AZƏRBAYCAN RESPUBLİKASININ
DÖVLƏT HİMNİ
 
 
Musiqisi: Üzeyir Hacıbəyov
Sözləri: Əhməd Cavad, 1918
Bərpa, transkripsiya və aranjimanı: Aydın Əzimov, 1989

Previous Page    Next Page Next Page
sound Himn Azerbaijan


Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu!
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!

link Adobe Acrobat PDF

1 
Previous Page
copyright by musiqi dunyasi 1999-2000© design by grArt 2000©