Bizә yazırlar:      
       
          
1  
        

Kürdәmirdәn...

1966-cı ilin sözüdür...Kürdәmirdә yeddiillik uşaq musiqi mәktәbinin açılması rayonda böyük әks-sәda doğurdu. Tәsadüfi deyil ki, hamı bu fәrәhli günü sevinclә xatırlayır: axı, hәmin mәktәbin açılması unudulmaz vә sevimli bәstәkarımız Qara Qarayevin adı ilә bağlıdır. İndi o vaxtdan tәxminәn 35 ilә yaxın bir müddәt keçir vә bütün bu illәr әrzindә direktor işlәdiyim zaman hәm sevincli, hәm dә çәtin anlarımız az olmayıb.

Adәtәn, hәr bir işin başlanğıcı çәtin olur. Amma biz işә böyük hәvәslә girişdiyimizә görә çәtinliklәr bizi qorxutmadı. İlk növbәdә valideynlәrlә, rayon rәhbәrliyi ilә sıx әlaqә saxladıq. Rayon camaatının musiqi mәktәbinә böyük maraq göstәrmәsi işlәrimizin qaydaya düşmәsinә çox kömәk etdi.

Cәmi üç müәllimlә işә başlamışdıq: mәn, hәyat yoldaşım Şәhla xanım vә bir nәfәr tar müәllimi. İlk vaxtlar üç otaqdan ibarәt olan mәktәbimizdә yalnız fortepiano vә tar tәdris olunmasına baxmayaraq, birinci il burada artıq 60 şagird oxuyurdu. Aylar, illәr ötdükcә mәktәbimizin fәaliyyәt dairәsi genişlәndi. әlavә sinif otaqları vә bir akt zalı tikildi (hazırda mәktәbdә 30 sinif otağı vardır). Bu müddәt әrzindә Respublika Mәdәniyyәt Nazirliyi tәrәfindәn mәktәbә hәdiyyә olaraq 1 royal, 10 pianino vә digәr bir çox musiqi alәtlәri verildi. Onu da deyim ki, indiyәdәk biz hәmin alәtlәrdәn istifadә edirik vә hazırkı maddi-texniki çәtinliklәri nәzәrә alaraq onları yaxşı saxlamağa, qorumağa çalışırıq.

Mәktәbin şagird kontingenti artdıqca ixtisaslı müәllim kadrlarına böyük ehtiyac duyulurdu. Vә sonralar Ü.Hacıbәyov adına Ağdam Musiqi Texnikumundan vә elәcә dә Şәki Musiqi Mәktәbindәn göndәrilәn ixtisaslı musiqi müәllimlәri hesabına Kürdәmir Musiqi Mәktәbinin kadr sarıdan ehtiyacı ödәnildi. Belә bir kömәk sayәsindә artıq yerli kadrlar yetişirdi. Fәrәhlә demәk olar ki, indi burada çalışan 87 nәfәr musiqi müәlliminin 83 nәfәri mәhz mәktәbin öz yetirmәlәridir.

İndi burada 8 şö'bә, o cümlәdәn pianino, tar, kamança, skripka, qarmon, nağara, xanәndә şö'bәsi üzrә tәdris aparılır.

1984-cü ildәn Kürdәmir yeddiillik uşaq musiqi mәktәbi Respublika Mәdәniyyәt Nazirliyinin sәrәncamı ilә rayon İncәsәnәt mәktәbinә çevrilib. İndi burada 420 nәfәrә yaxın şagird tәhsil alır.

Rayon incәsәnәt mәktәbinin müәllimlәrdәn ibarәt "Kür" instrumental ansamblı vә şagirdlәrdәn ibarәt xalq çalğı alәtlәri ansamblı vә rәqs qrupu fәallıq göstәrir. Hәmin musiqi kollektivlәri rayon tәdbirlәrindә, әlamәtdar günlәrdә, bayram mәrasimlәrindә maraqlı konsert proqramı ilә çıxış edirlәr. Mәktәbin musiqi kollektivlәri, hәmçinin, dәfәlәrlә "N" hәrbi hissәlәrindә, cәbhә bölgәlәrindә olmuş, әsgәrlәr qarşısında konsertlәr vermişlәr. Hәmin әn'әnә bu gün dә davam edir.

Yeri gәlmişkәn qeyd edәk ki, mәktәb, әrazidәki "N" hәrbi hissәlәrini hamiliyә götürmüşdür vә ayda iki dәfәdәn az olmayaraq hәmin hissәlәrdә müәllim vә şagirdlәrin iştirakı ilә konsertlәr verilir. Mәktәbin kömәyi ilә hәrbiçilәrin klubları musiqi alәtlәri ilә tә'min olunmuşdur.

Kürdәmirin musiqi alәminә nәzәr saldıqda görkәmli aşıq Şakir Hacıyevi, iste'dadlı müğәnni Eynulla Cәbrayılovu, gözәl sәnәtkar Hәsrәt Hüseynovu, Qara Eyyubovu minnәtdarlıq hissi ilә xatırlayırıq. Qocaman sәnәtkar aşıq әhmәd Rüstәmov bu gün dә gәnc sәnәtkarların yetişmәsindә öz kömәyini әsir-gәmir. İndi rayonda geniş tanınan vә sevilәn müğәnni vә musiqiçilәrdәn Sәfalı әliyev, Hüseynqulu Hüseynov, Hizami Rzayev, Nәsrulla Mәmmәdov, Nәcib Kürdәmirli, Maşallah Nәbiyev, әnvәr әhmәdov vә başqaları ustad sәnәtkarlarımızın yolunu davam etdirirlәr.

Mәktәbdә tәhsil alan şagirdlәrә musiqi fәnlәri öyrәdilmәklә yanaşı, Azәrbaycanın görkәmli bәstәkarları vә musiqi xadimlәrinin hәyat vә yaradıcılığı geniş tәbliğ olunur. Dünya klassiklәrinin yaradıcılığı barәdә әtraflı mә'lumatlar verilir.

Hәr il sentyabr ayının 18-dә Ü.Hacıbәyovun vә Müslüm Maqomayevin anadan olduqları günün qeyd edilmәsi mәktәbdә bir әn'әnәyә çevrilmişdir. Bundan әlavә mәktәbdә Qara Qarayevin, Fikrәt әmirovun, Sәid Rüstәmovun, Süleyman әlәsgәrovun, Arif Mәlikovun yaradıcılığına hәsr olunmuş günlәr keçirilir, şagirdlәrin ifasında hәmin bәstәkarların әsәrlәrindәn ibarәt konsertlәr tәşkil edilir.

İndi Kürdәmir İncәsәnәt mәktәbi öz mә'zunu, Qarabağ uğrunda döyüşlәrdә hәlak olmuş Mehman Eminovun adını daşıyır.

Mәktәbdә metodiki guşә yaradılıb ki, bundan hәm müәllimlәr, hәm dә şagirdlәr istifadә edirlәr. ә'laçı şagirdlәr üçün "şәrәf lövhәsi" tәrtib olunub. әyani vәsait kimi dünya şöhrәtli bәstәkarların, musiqi xadimlәrinin portretlәri mәktәbin divarlarını bәzәyir.

Bәs problemlәr, qayğılar nәdәn ibarәtdir? Con on il әrzindә yeni dәrs proqramlarının olmaması işimizdә xeyli çәtinlik yaradırdı. Lakin Respublika Mәdәniyyәt Nazirliyinin tәdris-metodika kabineti bu yaxınlarda yeni proqram tәrtib edәrәk bizә çatdırmışdır. Yeri gәlmişkәn deyim ki, tәdris zamanı әvvәllәr rus vә xarici ölkә bәstәkarlarının әsәrlәrinә daha çox üstünlük verilir vә bununla da bizim milli musiqimiz bir növ kölgәdә qalırdı. Yaxşı haldır ki, indiki proqramda Azәrbaycan musiqisi әsas yer tutur vә şagirdlәr buna xüsusi maraq göstәrirlәr. Mәsәlәn, Ü.Hacıbәyovun, F.әmirovun, E.Nәzirovanın vә bir çox digәr bәstәkarlarımızın gözәl musiqi işlәmәlәri vardır ki, onları şagirdlәr tәbii ki, daha tez, daha asan mәnimsәyir vә sevә-sevә öyrәnirlәr. Yaxşı olar ki, indiki nәsil bәstәkarlarımız uşaqlar üçün bu qәbildәn olan әsәrlәrә öz yaradıcılıqlarında geniş yer versinlәr.

Bir mәsәlәni dә qeyd edim: bir çox musiqi әsәrlәrinә, xüsusәn dә fortepiano әdәbiyyatına böyük ehtiyacımız var. Vaxtilә bu notları bizim sifarişimiz әsasında Moskva vә Leninqraddan göndәrirdilәr. Olan az-çox әsәrlәr dә tәlәbatı ödәmir vә dәrsliklәrin, yeni musiqi әsәrlәrinin nәşr olunmasına böyük ehtiyac duyulur.

Azәrbaycan Bәstәkarlar İttifaqının rәsmi orqanı olan "Musiqi dünyası" jurnalının nәşrә başlaması hamımızı sevindirir. Vә fürsәtdәn istifadә edәrәk yeni yaranan jurnalın ilk nömrәsinin çapdan çıxması münasibәtilә Sizi mәktәbimizin müәllim vә şagird kollektivi adından ürәkdәn tәbrik edir, jurnala uzun ömür, yaradıcılıq uğurları arzulayırıq.

Davud ӘLӘKBӘROV,
Kürdәmir rayon

İncәsәnәt mәktәbinin direktoru.suallarımıza cavab verirlәr...Son vaxtlar kütlәvi informasiya vasitәlәrindә Rәşid Behbudovun muzeyindәn qiymәtli eksponatların oğurlanması barәdә mә'lumat verilir. Bu haqda geniş mә'lumat almaq üçün bizә dә müraciәtlәr olub. Biz dә bu müraciәtlәrlә bağlı araşdırma apardıq. Suala Azәrbaycan Musiqi Mәdәniyyәti Dövlәt Muzeyinin direktoru A.Bayramova cavab verir:

-1995-ci ildә Azәrbaycan Respublikasının Mәdәniyyәt naziri Polad Bülbüloğlunun tәşәbbüsü ilә vә әmrinә әsasәn R.Behbudovun xatirәsini әbәdilәşdirmәk üçün Mahnı Teatrında müğәnninin memorial iş otağının açılması qәrara alınmışdı. Ekspozisiyanın açılışı ilә mәşğul olmaq aparıcı profilli muzey kimi Azәrbaycan Musiqi Mәdәniyyәti Dövlәt Muzeyinә tapşırılmışdı. Muzey iş otağında olan әşya vә ya avadanlıqları müvәqqәti memorial otağın yaradılmasında istifadә etmәk mәsqәdilә Mahnı Teatrından siyahıya әsasәn aktla qәbul etdi.

O illәr Azәrbaycan Musiqi Mәdәniyyәti Dövlәt Muzeyinin әsas ekspozisiyası hәlә olmadığından R.Behbudovla bağlı fondumuzda olan materialları memorial iş otağında nümayiş etdirmәk imkanını әldә etdiyimiz üçün çox sevindik. Memorial otaqda R.Behbudovun yaradıcılığını daha dolğun açmaq üçün müxtәlif mәnbәlәrdәn (Dövlәt Şәkil Qalereyasından R.Behbudovun büstünün gәtirilmәsi - müәllif İbrahim Zeynalovdur), şәxsi arxivlәrdәn әldә etdiyimiz kolleksiyalar, müxtәlif şәxslәrdәn topladığımız materiallar vә s. әsasında ekspozisiyanı tәşkil etdik.

Mәn Sizi bir daha әmin etmәk istәyirәm ki, dәyәrindәn asılı olmayaraq muzeyә daxil olan bütün materiallar müvafiq qaydada mühafizә olunur vә muzeydәn hәr hansı bir әşyanın oğurlanması barәdә heç bir fakt yoxdur.

R.Behbudovun hәyat yoldaşı Ceyran xanım bә'zi mәnbәlәrә yazdığı mәktubunda da qeyd edir ki, "o, muzeyә heç bir әşya vermәmişdir".

Әgәr R.Behbudova mәxsus olan әşyalardan hansısa itibsә, biz bu haqda heç bir mә'lumat verә bilmәrik. Belә ki, bütün bunlar heç bir vaxt muzey әşyası olmayıb vә tәbii ki, muzeydәn oğurlana bilmәz. Bu әşyalar R.Behbudovun ailәsinә mәxsus şәxsi әşyalar ola bilәr.

Hal-hazırda Azәrbaycan Musiqi Mәdәniyyәti Dövlәt Muzeyinin yeni ekspozisiyasında tәrtibat işlәri aparılır. Azәrbaycan musiqi mәdәniyyәtinin bir çox görkәmli xadimlәri kimi, görkәmli müğәnnimiz R.Behbudov da gәlәcәkdә bu ekspozisiyada öz layiqli yerini tapacaqdır.


1  
copyright by musiqi dunyasi 1999-2000© design by grArt 2000©
Next Page Previous Page English Back to Home About site