Muğam sənətimizin Seyidi        
Seyid Şuşinski - 110         
Tahirə SƏFƏROVA           
1  
A.Paşayev
Ürəkləri oxuyan xanəndə

R.Məmmədova
Səhnəmizin Məcnunu

T.Səfərova
Muğam sənətimizin Seyidi

M.Quliyev
Sənətdə izi qalan sənətkar


 

 

 

 

        
"Təsnif"

zərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi yarandığı vaxtdan bu günədək xalqımızın görkəmli musiqi xadimlərinin, el xanəndələrinin, musiqiçilərin həyat və fəaliyyətini əks etdirən sənədləri toplayır, sistemləşdirir, təbliğ edir. Belə görkəmli şəxsiyyətlərdən biri, bu il anadan olmasının 110 ili tamam olan S.Şuşinski haqda da muzeyimizdə xeyli material toplanmışdır: müxtəlif illərin fotoşəkilləri, mətbuatda çıxmış məqalələr, kitablar, afişalar və s.

əfsanəvi gözəlliklər diyarı Şuşa, Qarabağ torpağının xalqımıza bəxş etdiyi görkəmli şəxsiyyətlər - Ü.Hacıbəyov, Niyazi, Bülbül, Z.Adıgözəlov, Xan Şuşinski, Q.Primov kimi, S.Şuşinski də özünəməxsus dəst-xətti, yaradıcılığı ilə musiqi tariximizdə silinməz izlər buraxmışdır.

Gənc Seyid ilk təhsilini mədrəsədə almışdı. Atası erkən rəhmətə getdiyindən onun tərbiyəsi ilə xalası Məşədi Hürzad və əmisi Məşədi Seyidəli məşğul olmuşdular. Məşədi Hürzad Qarabağ toylarının qadın məclislərində oxuyardı. əmisi isə dövrünün qabaqcıl ziyalılarından idi. Gənc xanəndənin musiqi sahəsindəki təhsili ilə o şəxsən özü məşğul olur, klassiklərin şe'rlərini ona öyrədib, muğam üstündə oxudardı.

Gənc Seyidin bir xanəndə kimi yetişməsində böyük müğənni Cabbar Qaryağdıoğlunun böyük tə'ciri olmuşdur. Bu barədə sonralar o, belə deyirdi: "Cabbar kimi bir ustad xanəndə olmaq üçün öz üzərimdə həvəslə çalışırdım. Odur ki, saatlarla Cabbarın qrammafon vallarına qulaq asar, həmişə onun oxumağını eşitməyə can atardım".

Musiqi elminin sirlərinə yiyələnmək üçün əmisi onu M.M.Nəvvabın musiqi məktəbinə gətirir. İki ildən artıq təhsil aldıqdan sonra Nəvvab onun el şənliklərində, musiqi məclislərində oxumasını məsləhət görür.

S.Şuşinskinin çox yüksək səs diapazonu var idi. O, muğamları çox dəqiq ifası ilə seçilərmiş. Bütün dinləyicilər, hətta sənət yolunda saç-saqqal ağartmış, özünü təsdiq etmiş xanəndələr belə onun təkrarolunmaz ifasını heyranlıqla dinləyərdilər.

Gənc S.Şuşinski xüsusi musiqi təhsili görməsə də, özünün sə'yi və bacarığı sayəsində, özündən xeyli yaşlı və təcrübəli xanəndələrdən, musiqiçilərdən musiqi elminin sirlərini öyrənmişdi.

Bir çox bölgələrdə, o cümlədən Qazaxda, Gəncədə elə toy məclisləri olmazdı ki, onu də'vət etməsinlər: o qədər sevilən və arzuolunan xanəndə idi ki, toya də'vət edən əhali özü onun günlərini öz aralarında bölürdülər.

1911-ci ildə S.Şuşinskini Tiflisə də'vət edirlər. Verdiyi konsertlərdən sonra, o burada da az bir zaman içərisində məşhurlaşır.

1912-ci ildə görkəmli yazıçımız C.Məmmədquluzadənin, Yusifbəy Tahirovun təşəbbüsü və S.Şuşinskinin köməyi ilə Tiflisin azərbaycanlılar yaşayan hissəsində "Auditoriya" adlı klub açılır. Burada konsertlər və teatr tamaşaları göstərilirdi. S.Şuşinski də konsertlə çıxış edir və əldə etdiyi pulun hamısını kluba hədiyyə edirdi.

S.Şuşinski tək xanəndə kimi yox, həm də aktyor kimi tamaşalarda da uğurlu çıxışlar edir. Tiflis səhnəsində tamaşaya qoyulan Ü.Hacıbəyovun "Leyli və Məcnun"un da İbn-Səlamı, "Arşın mal alan"da əsgəri, "O olmasın, bu olsun"da Sərvəri uğurla oynayır.

Lakin onun fəaliyyəti tək bununla bitmir. S.Şuşinski həm də bir xeyriyyəçi kimi fəaliyyət göstərir, o nəinki tamaşalardan ona düşən pulu almır, həm də ehtiyacı olan aktyorlara kömək edirdi.

Tədqiqatçı F.Şuşinski "Azərbaycan xalq musiqiçiləri" kitabında yazır: "Mirzə Cəlilin Şərq musiqisinə olan həvəsi və musiqi alətlərində çalmağı bacarması onun Seyid Şuşinski kimi məşhur bir xanəndə ilə dostluğuna müsbət tə'sir etməyə bilməzdi. Eyni zamanda dinə, cəhalətə, avamlığa və nadanlığa qarşı mübarizə aparan "Molla Həsrəddin" jurnalının mə'nəvi və siyasi əhəmiyyətini dərk edən Seyid, jurnalın vaxtlı-vaxtında çıxması üçün əlindən gələn köməyi əsirgəməzdi. Məhz buna görə də Seyid Tiflisin kübar ailələrinin toy şənliklərindən əldə etdiyi gəlirdən "Molla Həsrəddin" jurnalının nəşrinə sərf edirdi".

O, toy məclislərindən, sahibi olduğu restoran və mehmanxanalardan əldə etdiyi gəliri ehtiyacı olan aktyor və tələbələrə, qəzet və jurnalların nəşrinə sərf edərdi.

S.Şuşinskini Mirzə Cəlil, əbdürrəhim bəy Haqverdiyev, Hüseyn ərəblinski ilə yanaşı Hüseyn Cavidlə də xüsusi tellər bağlayırdı. Cavid şe'riyyətinin dərin hikməti, üsyankarlığı, mə'na dərinliyi, ədalət axtarışı, məntiqi onu xüsusilə cəlb edirdi. Cavid əfəndinin şe'rlərini daha çox üsyankar ruhlu, mübariz "Çahar-gah"da, "Mənsuriy-yə"də oxuyardı.

1913-14-cü illərdə Kiyevdə onun ifasında muğamlarımız qrammafon vallarına yazılır. 1926-cı ildə dahi Üzeyir bəyin təşəbbüsü ilə Azərbaycan Dövlət Konservatoriyasına də'vət edilir, burada muğamın sirlərini gənc nəslə açıqlayır. 1939-60-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasında solist, ömrünün son illərində isə Opera və Balet Teatrında muğam operaları üzrə məsləhətçi işləyir.

S.Şuşinski ömrünün iyirmi ildən artıq bir dövrünü (1943-65-ci illər) Asəf Zeynallı adına Musiqi Məktəbində gənc nəslə muğam sənətinin əsrarəngiz sirlərini öyrətmişdir. H.Rzayeva, Y.Kələntərli, ə.əliyev, R.Muradova, Z.Xanlarova, İ.Rzayev məhz S.Şuşinskinin tə'limindən bəhrələnmiş, onun xeyir-duası ilə talelərini bu e'caskar, cazibəli olduğu qədər də mürəkkəb olan sənətə bağlamışlar. Bu is yalnız Azərbaycan musiqisinin incə çalarlarını, mə'na dərinliklərini, muğamların mahiyyətini bilənlərə müyəssər olmuşdur.


 
1  
copyright by musiqi dunyasi 1999-2000© design by grArt 2000©
Next Page Previous Page English Back to Home About site