Xәbәrlәr      
       
          
1  
        

Mayın 11-dә Londonun görkәmli musiqi salonunda - "Royal festival holl"da Firәngiz әlizadәnin yaradıcılığına hәsr edilmiş gecә keçirilmişdir.

Konsert başlanmazdan әvvәl salonun sәhnәsindә ingilis bәstәkarı Ceyms Makmillan ilә Firәngiz әlizadә arasında müasir musiqinin inkişaf yolları, Şәrq vә Qәrb mәdәniyyәtlәrinin qarşılıqlı tә'siri barәdә, habelә Firәngiz xanımın özünün yaradıcılığı barәdә bir növ dialoq-söhbәt olmuşdur.

Ceyms Makmillanın dediyi kimi, ilk dәfәdir ki, İngiltәrә musiqiçilәrinin tәşәbbüsü ilә Londonda, "Royal festival holl"da Azәrbaycan bәstәkarının yaradıcılıq gecәsi keçirilir. Firәngiz әlizadә özünün ilk cığıraçan nüfuzunu bu dәfә dә tәsdiq etmişdir.

London filarmoniya orkestri musiqiçilәrinin ifasında Firәngiz әlizadәnin "Kәsişmәlәr-1" vә "Kәsişmәlәr-2" әsәrlәri sәslәnmişdir.


Martın 25, 27 vә 28-dә Almaniyanın Berlin, Hamburq vә Kil şәhәrlәrindә Avropada ilk dәfә olaraq "Oriyental Caz Festivalı" keçirilmişdir. Festivalda Azәrbaycanı "BAKUSTIK-CAZZ" ansamblı tәmsil etmişdir. Caz-ansamblın tәrkibinә S.Qәmbәrov (rәhbәr, fortepiano), C.әmirov (dilli alәtlәr), R.Bünyadov (elektro-gitara), E.Hәsәnov (bas-gitara), T.Cabbarov (zәrb alәtlәri) daxildir. Ansambla hәmçinin Q.Sadıqov (saz) vә A.Bayramova (xanәndә) dә'vәt edilmişdilәr. Layihәnin rәhbәri C.Quliyevdir. Konsertlәrin kifayәt qәdәr yüksәk bәdii sәviyyәdә keçmәsi tәşkilatçıları bu festivalı әn'әnәvi etmәk qәrarına ruhlandırdı. Ansamblın festivalda ifa olunmuş kompozisiyaları hәm dә "RECON" firması tәrәfindәn lazer kompakt-diskinә yazılmışdır.


1999-cu il mayın 6-da Eda Spanyardın rәhbәrlik etdiyi mәşhur holland Niew Ensemble-nin Amsterdamın әn gözәl konsert zallarından birindә -Concertgebouw - keçirilmiş konsertinin proqramında F.Qarayevin "Xütbә, muğam vә surah" әsәri sәslәnmişdir. Bu ansamblın sifarişi ilә yazılmış, әn'әnәvi Avropa alәtlәri ilә yanaşı, Azәrbaycan xalq çalğı alәti tardan istifadә edilmiş bu әsәrin premyerası ötәn ilin fevral ayında keçirilәn simli-mizrablı alәtlәr festivalında olmuşdur. Amsterdamdan başqa Niew Ensemble-nin Eysxed (7 may), Utrext (10 may) şәhәrlәrindә konsertlәri olmuşdur. Tarda xalq çalğı alәtlәrinin әn yaxşı ifaçısı M.Müslümov çıxış etmişdir.


İyunun 10-dan 20-dәk Sofiyada (Bolqariya) keçirilmiş müasir musiqi - "Muzıka Nova" festivalında Azәrbaycan bәstәkarı E.Mirzәyev iştirak etmişdir. Gәnc müәllifin 13 alәt üçün yazılmış "Intra Cancellos" ("Mәhdud mәkanda") әsәrini Draqomir Yosifovun rәhbәrliyi ilә Sofiyanın "Musica Nova" ansamblı ifa etmişdir.


Cabbar Qaryağdıoğlu adına Muğam ansamblı iyun ayında iki nüfuzlu beynәlxalq festivalda çıxış etmişdir. İyunun 4 vә 5-dә Mela-Musigue festivalı çәrçivәsindә Parisin "Qrande salle de la Vielette" zalında konsertlәr keçirilmişdir. Solist kimi mәşhur xanәndә Qәndab Quliyeva çıxış etmişdir. Ötәn il onun Fransada Dünya Mәdәniyyәt Evi (Maison des Cultures du Monde) tәrәfindәn INEDIT seriyası ilә buraxılan kompakt diski çıxmışdır.

İyunun 23-dә әn'әnәvi yay incәsәnәt bayramı - "City of London Festival" çәrçivәsindә Londonun "Stationers Hall"da ansamblın konserti olmuşdur. Solist kimi gәnc xanәndә Zabit Nәbiyev çıxış etmişdir. O, ötәn ildәn muğam üçlüyünün tәrkibindә müvәffәqiyyәtlә çıxış edәrәk Azәrbaycan incәsәnәtini xarici konsert turnelәrindә tәmsil edir.

C.Qaryağdıoğlu adına ansambl 1989-cu ildә gözәl kamançaçı Fәxrәddin Dadaşovun rәhbәrliyi ilә yaradılmışdır. Uzun illәrdir onun hәqiqәtәn әvәzsiz vә layiqli hәmkarı tarzәn Möhlәt Müslümovdur. Bu iki musiqiçi muğam üçlüyünün daimi әsasını tәşkil edir. Müğәnni kimi onlar müxtәlif tәdbirlәr üçün - konsert turnesi vә müxtәlif ölkәlәrdәki yazılışlar üçün muğam incәsәnәtinin "ulduz"larını vә ya daha gәnc ifaçıları cәlb edirlәr.


1999-cu il avqustun 7-dә İsveçrәdә, әn'әnәvi Pomanshorn musiqi festivalında TAG Enseble (Vintertur) ifasında F.Qarayevin "Kiçik tamaşa"sı sәslәnmişdir.


Azәrbaycan bәstәkarlıq mәktәbinin bünövrәsini dahi sәnәtkar Üzeyir Hacıbәyov qoyduğu kimi, bu mәktәbin yetirmәlәrini tanıdıb, onların yaradıcılığını respublika daxilindә vә xaricindә tәbliği dә mәhz Böyük Ustadın adı ilә bağlıdır. 1938-ci ildә Moskvada Azәrbaycan mәdәniyyәti ongünlüyünü xatırlatmaq kifayәtdir.

Bu sәnәt bayramlarında mәdәniyyәt vә incәsәnәt xadimlәrimiz yeni әsәrlәrini vә öz ifaçılarımızı tәqdim edir. Geniş tamaşaçı auditoriyası qarşısında bir növ hesabat verirdilәr.

Son zamanlar Azәrbaycan vә Rusiya mәdәniyyәt nazirliklәri tәrәfindәn imzalanmış müqavilәyә әsasәn Moskva şәhәrindә Azәrbaycan mәdәniyyәt vә incәsәnәt ongünlüyü, Bakıda isә Rusiya mәdәniyyәt vә incәsәnәt ongünlüyü keçirilmişdir. Bu da hәr iki ölkә arasında mәdәni әlaqәlәrin möhkәmlәnmәsi demәkdir. Bu il aprel ayınının 26-dan 30-dәk 160 nәfәrdәn ibarәt nümayәndә hey'әti Azәrbaycan mәdәniyyәti günlәrini keçirmәk üçün Moskva şәhәrinә yola düşmüşlәr. Nümayәndә hey'әtinin tәrkibindә Respublika Mәdәniyyәt Nazirliyinin nümayәndәlәri - nazir müavini ә.Vәliyev, Baş incәsәnәt idarәsinin rәisi ә.Lalayev vә incәsәnәt idarәsinin digәr әmәkdaşları iştirak etmişlәr.

Azәrbaycan vә Moskva hökumәt nümayәndәlәrinin iştirakı ilә mәtbuat konfransı keçirilmiş, rәssamlarımızın әsәrlәrindәn ibarәt sәrgi nümayiş etdirilmişdir. S.Vurğun adına Rus Dram Teatrı artistlәrinin ifasında dramaturq Elçinin "Mәnim sevimli dәlim", dramaturq V.Ponovun "İdeal cütlük", "Dәli yığıncağı", Pantomima Teatr studiyası ölmәz Füzuli poemasının motivlәri әsasında "Leyli demә" vә "Nağaraçılar" tamaşalarını vә R.İbrahimbәyovun filmlәrini tamaşaçılara tәqdim etmişlәr. Aprel ayının 29-da isә Moskva şәhәrinin "Rossiya" mәrkәzi konsert zalında respublikamızın incәsәnәt ustalarının iştirakı ilә qala-konsert keçirilmişdir. Konsert iştirakçılarını Azәrbaycan mәdәniyyәt naziri, respublikanın xalq artisti Polad Bülbüloğlu vә Moskva hökumәti mәdәniyyәt komitәsinin sәdri İqor Buqayev salamlamışlar. P.Bülbüloğlu öz çıxışında qeyd etmişdir ki, "Rossiya" konsert zalında dahi Azәrbaycan bәstәkarları - Ü.Hacıbәyovun, Qara Qarayevin, Fikrәt әmirovun әsәrlәri ifa olunub. Onun çıxışlarından sonra incәsәnәt ustalarından ibarәt konsert başlandı. Konsertdә Tofiq Quliyevin, Cahangir Cahangirovun, Rauf Hacıyevin vә digәr bәstәkarların mahnılarını respublikanın xalq artisti Azәr Zeynalov, әmәkdar artist Brilyant Dadaşova, Faiq Ağayev, Aygün Kazımova, Qәrinә Kәrimova vә prezident tәqaüdçüsü Amil Mәmmәdov ifa etmişlәr. T.Göyçayevin rәhbәrliyi ilә Q.Qarayev adına Azәrbaycan Dövlәt Kamera Orkestri vә respublikanın xalq artisti Afaq Mәlikovanın rәhbәrlik etdiyi mahnı vә rәqs ansamblının kollektivi dә uğurla çıxış etmişlәr.


Azәrbaycan hökumәtinin tәklifi ilә YUNESKO-nun Baş konfransı bәşәr sivilizasiyasının mәdәni dәyәrlәrindәn biri - "Kitabi-Dәdә Qorqud" dastanının yubileyini YUNESKO-nun әlamәtdar tarixlәr tәqviminә daxil etmişdir. Bu münasibәtlә 1999-cu il iyunun 5-dәn 8-dәk Parisdә YUNESKO-nun iqamәtgahında "Dәdә Qorqud" dastanının 1300 illik yubileyini keçirmәk üçün respublika baş nazirinin müavini, yubileyin keçirilmәsi üzrә dövlәt komissiyasının sәdr müavini E.әfәndiyevin rәhbәrliyi ilә respublikanın rәsmi nümayәndә hey'әti Fransada olmuşdur.

Nümayәndә hey'әtinә dövlәt komissiyasının sәdr müavini, Yazıçılar Birliyinin sәdri Anar, komissiyanın üzvlәri - Rәssamlar İttifaqının sәdri - Fәrhad Xәlilov, mәdәniyyәt naziri Polad Bülbüloğlu, akademik Kamal Talıbzadә, EA-nın M.Füzuli adına әlyazmalar İnstitutunun baş elmi işçisi, filologiya elmlәri doktoru Şamil Cәmşidov, Y.Mәmmәdәliyev adına Naxçıvan Dövlәt Pedaqoji Universitetinin rektoru, professor İsa Hәbibbәyli, Xarici İşlәr Nazirliyinin xüsusi tapşırıqlar üzrә sәfiri, YUNESKO üzrә Azәrbaycan Respublikası Milli Komissiyasının baş katibi Ramiz Abutalıbov, mәdәniyyәt vә incәsәnәt, kütlәvi informasiya vasitәlәrinin tәmsilçilәri daxil idilәr.

İyunun 7-dә YUNESKO iqamәtgahının mәrkәzi salonunda "Dәdә Qorqud"-un 1300 illiyinә hәsr olunmuş beynәlxalq elmi simpozium keçirildi. Simpoziumu giriş sözü ilә Respublikamızın Fransadakı sәfiri E.Hüseynova açdı. Simpoziuma sәdrlik edәn nümayәndә hey'әtinin başçısı, yazıçı E.әfәndiyev, tanınmış qorqudşünaslardan filologiya elmlәri doktoru Şamil Cәmşidov, türk dili qurumunun başqanı, professor әhmәd Bican әrcilasun, şәrqşünas Altan Göyalpla birlikdә "Dәdә Qorqud" dastanını fransız dilinә tәrcümә etmiş akademik Lui Bazen, AEA-nın Me'marlıq vә İncәsәnәt İnstitutunun şö'bә müdiri, sәnәtşünaslıq doktoru, professor, musiqişünas Zemfira Sәfәrova, Qazaxıstandakı "Dәdә Qorqud" fondunun prezidenti, professor Poladbәy Abdulrәsulov, filologiya elmlәri doktoru, professor İsa Hәbibbәyli, "Dәdә Qorqud"un qırğız dilinә tәrcümәçisi İbrahim Abduvәliyev dastanla bağlı maraqlı mә'ruzәlәrlә çıxış etmişlәr.

E.әfәndiyev mәrasimdә çıxış edәrәk vurğulamışdır ki, YUNESKO-nun binasında artıq üçüncü tәdbirdir ki, qeyd olunur: M.Füzulinin 500 illiyi, Q.Qarayevin 80 illiyi vә "Kitabi Dәdә Qorqud" dastanının 1300 illiyi. Bütün bu tәdbirlәrin yüksәk sәviyyәdә keçirilmәsi üçün respublika prezidentinin şәxsi salamını YUNESKO-nun baş katibi Federiko Mayora çatdırmışdır. Respublika mәdәniyyәt naziri P.Bülbüloğlu da çıxış etmiş vә bu günlәrdәn xatirә olaraq YUNESKO-ya suvenir xalça vә milli geyimli gәlincik hәdiyyә vermişdir.

Azәrbaycan incәsәnәt ustaları - xalq artistlәri Ağaxan Abdullayev, әminә Yusifqızı, әmәkdar artist Nәzakәt Teymurova, "Yuğ" teatrının aktrisası Mehriban Zәki, "Pantomima" teatrının aktyorları Pәrviz Mәmmәdrzayev vә Nigar Gülәhmәdova, Türkiyә, Qazaxıstan, Qırğızıstan, fransız aktyorlarının vә Dövlәt rәqs ansamblının bir qrup rәqqasәsi dә maraqlı konsert proqramı ilә çıxış etmişlәr.

"Kitabi-Dәdә Qorqud" dastanı ilә bağlı әlyazmalardan, rәssamlarımızın tәsviri sәnәt әsәrlәrindәn, kitaba çәkilmiş illüstrasiyalardan, qәdim musiqi alәtlәrindәn vә xalçalardan ibarәt sәrgi nümayiş etdirilmişdir.


1  
copyright by musiqi dunyasi 1999-2000© design by grArt 2000©
Next Page Previous Page English Back to Home About site