İFAÇILIQ:
Mstislav Rostropoviçlə keçən unundulmaz gütlər E. İskəndərov |
|
nun gəlişi çoxdan gözlənildiyindən, bu gəlişə hazırlığa da çox öncədən başlanılmışdı. Gəlişinin vaxtı vaxtaşırı arxaya keçirilir, tarixlər bir-biini əvəz edə-edə uzun yol keçir və, nəhayət, bu uzun gözləmənin sonucunda, axır ki, işıq görünür. Onu Bakıya gətirmək üçün hamımızın tanıdığı Musiqi Akadeiyasının rektoru, professor Fərhad Bədəlbəyli İsrailə uçaraq tez bir zamanda, ən çətin hava şəraitinə baxmayaraq, Yolu Gözlə-nilənlə əl-ələ verib, Bakıya qayıdır. Özünün 2004-cü ilədək işlənmiş sıx yaşamı cədvə-lində O, Vətəninin ziyarətinə bu il 5 günlük zaman kəsimi ayıra bilmişdir. Burada O yad deyil, hamı özününkülərdir, və hava limanı binasında ilk görünüşü ilə hər şey sanki daha canlı vəzn axarına düşür. O, hətta oturuşunda-duruşunda belə daimi hərə-kətdədir və saçdığı gözəgö-rünməz enerji dalğaları yaxın çevrəsindəki insanları sanki dəyişib. Onun bol-bol aforizmləri, hikmətli kəlamları yağış tək səpələ-nir, qığılcım saçan məzələri isə daim "hədəfə düşürlər". Haqqında söhbət açacağımız Böyük Şəxsiyyət ilk yaradıcılıq, ilk kəşf yönlü Kişilərin bürcü olan Qoç bürcü altında dünyaya göz açıb. Sözlərim sanballı olsun deyə, İohann Sebastian Bax, Yozef Haydn, Sergeylərdən Raxmaninov və Prokofyev, Bela Bartok və çox uzun görkəmli ifaçılar sırasını sadalaya bilərəm. Hələ yazıçı, şair və ən azman siyasətçilərin adlarını çəkməsəm, daha yaxşıdır. Hər yerdə, hər şeydə və hər anda qoçaqlıq və çətinliklərə sayğısızlıqla yanaşı sadəlövhlük, inamcıllıq, safqəlblik və ən nəhayət, hər yerdə və hər şeydə kin saxlamamaq - budur haqqında söhbət açacağımız Qoç bürcü yetirməsinin əl başlıca çalarları! Ən başlıcası isə, kainat miqyaslı bu canlı olayın yeganə, lakin çox tutumlu bircə adı var, - Dahi Musiqiçi. Onun ulu ata-baba və nənələri, - Hannibal, Yadviqa və digər Rostropoviçlərin vətəni Polşa olub, və çox güman ki, ilk dəfə ulularının qəbrini özünün 70 illik yubiley təntənələrində ziyarət edib. Həmin olay 1997-ci ilin martında Polşa televiziyası tərəfindən peyk televiziyası ilə bütün dünyaya yayımlanmışdı. Onun özü də Polşada anadan ola bilərdi. Lakin alın yazısına görə məhz odlar və maqlar, yaxud muğlar - kahinlər, sehrbazlar diyarında anadan olmalı idi ki, onun ovsunlayıcı kamanından qopan qığılcımlar hətta daş ürəklərə belə od sala bilsin. O, yaxud da Onun oxşarı ancaq tanrıların məskəni (bu haqda ən əski Misirdə, "Ölülər kitabında" bilgilər verilib) Bakıda dünyaya göz aça bilərdi və O, görkəmlilərdən görkəmli violençel ifaçısı, əvəzsiz dirijor və gözəl pianoçu olmağa borclu idi. Bəli, ancaq və ancaq borclu idi. Çünki Onun atası, - dahi rus violençel ifaçısı və istedadlı bəstəkar Leopold Vitold oğlu (Vitoldoviç) Rostropoviç (1892-1942) vaxtı ilə Peterburq konservatoriyasını qızıl medalla, özü də o zamanın ən sayımlı ifaçısı və pedaqoqu A.V.Verjbiloviçin, - ümumdünya "virtuozunun" sinfi üzrə bitirmişdi. Burada "virtuoz" sözünün, qısa da olsa, açımını vermək yerinə düşərdi. O zamanlar və daha öncə, "virtuoz" dedikdə, öz çağdaşlarından daha və, hətta, qat-qat şıdırğı çalğıları ilə seçilən, passajları ("keçidləri"), texniki "xırdalıqları və başqa çətinlikləri daha iti ifa etməyi bacaran çalğıçılar nəzərdə tutulurdu. Danılmaz həqiqətdir ki, belə "virtuozların" çalğı texnikası dairəsində tapıntıları çalğını təkmilləşdirir, daha sonra isə bəstəkarların faydagötürməsi ilə sonuclanırdı. Qayıdaq söhbətimizə. Beləliklə, Leonid Rostropoviç ən yetkin ustad olan A.Verjbiloviçdən öyrəndiyini öyrənərək, aşıqların dili ilə desək, "ustad şilləsi yesə" də, doymur, və öz dövrünün canlı əfsanəsi Pablo Kazalsa (1876-1973) da şagirdlik etməkdən çəkinmir. Leopold Rostropoviç həm də əla bəstəkar imiş və özündən sonra geniş yaradıcılıq irsi qoyub, lakin mən burada Mstislav Rostropoviçin son gəlişi zamanı verdiyi bilgini - 4 violençel konsertinin adını çəkə bilərəm. M.Rostropoviç, özünün 5 il irəliyə gərgin yaşam cədvəlinə baxmayaraq, vaxt tapıb atasının arxivini bir daha nəzərdən keçirəcyinə söz verdi. ə, ola bilər ki, vaxtı ilə bir neçə dəqiqə əlimdə saxadığım və titul səhifəsinin üzünü çıxara bildiyim "Azad Azərbaycan" orkestr süitası partiturasının əlyazması günlərin bir günü tapılsın. Əgər tapılsa, onun ifa birinciliyi Bakıya veriləcək. Ata-Rostropoviç 7 il Azərbacanda yaşamış, burada ilk dəfə milli simli kvartet yaratmışdı. Onun tələbələrindjən sayımlıları - Asəf Zeynallı, Ələkbər Daşdəmirov və İsaak Turiç musiqi mədəniyyətimiz tarixində silinməz izlər qoyub getmişlər. Ana-Sofya Nikolayevna Fedotova - Rostropoviç, N.N.İqumnovun tələbəsi və yüksək səviyyəli pianoçu da həyat yoldaşı ilə birgə 1932-ci ilədək Azərbaycan Dövlət konservatoriyasının müəllimi olmuşdur.
Hazırda, ən yüksək səviyyədə göstəriş və mədəniyyət nazirliyi ilə Leopold və Mstislav Rostropoviçlər ev-muzeyinin direktoru Şeyla Heydərovanın birgə çalışmaları sayəsində muzeyin ekspozisiyası və saxlancı genişlənir, o dövrün ab-havasının bərpası yönündə işlər görülür. M.Rostropoviçin bacısı Veronika Leopoldovnanın yaddaşından belə görünür ki, yaşadıqları o zamankı evdə qrammafon yox imiş, lakin çox gözəl "Becher" royalı dövrəsində axşamlar tez-tez musiqiçi dostlar yığışıb, cürbəcür heyətlər və birliklərdə çıxış edərmişlər. Və heç bir, hətta ən yetkin lent, yaxud lazer yazısınn əvəz edə bilmədiyi canlılardan da canlı Musiqi səslənirmiş. Və bu ruh yüksəkliyi ab-havası hələ o zamanlar, uşaqkən, bəlkə də lap ana bətnində, Slavanın hüceyrələrinə hopmuşdu. Burada öz musiqiçi - müəllim yozumum mənim düşüncələrimə yeni yön verir. Belə düşünürəm ki, Slavanın dünyaya göz açdığı "27.III.1927" tarixə ana bətnində keçirdiyi 9 ayı da artırmaq yerinə düşər. Necə ki, ən əski Çin ənənələrində dünyaya gələn hər bir körpəyə bir yaş artıq sayılırdı. Dahi macar bəstəkarı və alimi Zoltan Kodayın məktəbəqədər musiqi tərbiyəsi sisteminə görə, violonçel çalan hamilə qadının çalğısı zamanı violonçelin ana bətninə yaxın alt üzü (yaxud qapağı) səs və obertonlar dalğaları yaradır. Və ifa olunan əsərlərin təsiri altında döl daha həmahəng, musiqili və daha geniş duyumlu, ən nəhayət, xəstəliklərə dözümlü böyüməyə başlayır. Nə isə, yaşantılara qapıldım.
"Master-klass" sözü geniş yayılsa da, azərbaycanlı oxucu üçün bir qədər qeyri-adi səslənəcək. Lakin dilimizə çevirsək, "Ustad dərsləri", yaxud "Açıq ustad dəsləri" və yaxud "Ustad "görkü" kimi səslənəcək. M.L.Rostropoviçin "Ustad dərsləri"nin çox uzaq tarixi kökləri var (1964-cü il) və, hazırda, belə açıq dərslərin ənənəyə çevrildiyi haqda danışmaq olar. Və əgər bir sıra siyasi və digər romantiklərin öncəgörmələrin-də Bakının gələcək III minillikdə dünya musiqi mədəniyyəti mərkəzlə-rindən birinə çevriləcəyi gözlənilirsə, "Ustad dərsləri" mərkəzlərindən biri görüntüsü artıq yaranmaqdadır. Təkcə bizim tələbələr deyil, ayrı-ayrı ölkələrin vətəndaşları - musiqiçiləri də Böyük Ustadın Bakı Musiqi Akademiyasındakı açıq dərslərinə "düşməyə" çalışırlar. "Master-klass", yaxud "Ustad dərsləri"nin qaynaqlarına qayıdaraq "Sovetskaya kultura" qəzetinin 28 may 1964-cü il tarixli sayından bir parçanı oxucuların nəzərinə çatdırmaq istəyirəm. Mstislav Rostropoviç: "Azərbaycanlı dostlarım məni çox xoşagələn, ürəyəyatan təkliflə qarşıladılar: Üz.Hacıbəyov adına Azərbaycan Dövlət konservatoriyasının violençel ixtisaslı tələbələri üçün açıq dərs vermək təklifi ilə... ...Mən özüm üçün sevinc doğuran olay aşkarladım. Sən demə, Azərbaycan konservatoriyasının violençel sinfinin olduqca yüksək professional və bədii səviyyəsi var. Bu işdə mənim böyük dostum, istedadlı pedaqoq və musiqiçi, violonçel kafedrasının müdiri Sabir Əliyevin böyük xidmətləri danılmazdır. Böyük razılıqla təkcə onu vurğulayıram ki, violonçelçalan tələ-bələrlə işlərkən mənim azərbaycanlı dostum violonçel sənətinin ən qabaqcıl yenilikləri, qazancları və tapıntılarından faydalanır." Verilən bu parça-sitatdan göründüyü kimi, M.Rostropoviçin açıq dərslərinin, 1964-cü ildən başlayaraq, artıq 35 yaşı var. Əlbəttə, vaxtı ilə belə yüksək dəyərləndirilən milli violonçel məktəbimizin ağır günlər keçirdiyi göz qabağındadır. Tələbələrin sayı çox az, şagirdlərin sayı isə, demək olar, yox dərəcəsindədir. Hazırda Azərbaycanda violonçel sənətini yaşadanlardan dostum və sənətdaşım, professor Yuri Abdullayevin gərgin əməyi və bütün çətinliklərə sinə gərən uğurları göz qabağındadır. iolonçel sənətimizin ilk ustadı, professor S.Əliyevin sinfini məndən öncə bitirmiş Y.Abdullayev hazırda bütün gücünü, hər bir yeni imkan daxilində, violonçel sənətimizin yayılmasına sərf edir. M.L.Rostropoviçin açıq dərslərini "daim yeni tapıntı" adlandırmaq olar. Basmaqəliblərdən tamamilə uzaq belə dərslərdə hər şey öyrənəndən, - istər tələbə olsun, istərsə də yeniyetmə şagird, - öyrənəndən, onun istedad və bacarığından, professional yönü və insani özəlliyindən asılıdır. Və bu sadalananlar hər bir dəfə tamamilə oxşarsız, təkrarsız məsləhət və göstərişlər doğurur. Heç bir dərs öncəkini nəinki təkrarlamır, hətta ayrı-ayrı ünsürlərin yamsılanmasından belə söhbət gedə bilməz. Böyük ustad hər bir dərsində həyata baxışlarının yeni-yeni çalarlarını və onların musiqi yolları ilə açıqlanması imkanlarını aşkarlayır. Mstislav Leopoldoviç pedaqogikada özünə qarşı insafsız və amansızdır, düşünmədən bütün bilik və gücünü işə qoşur və öz heyrətamiz ustalığının sirrlərini heç zaman heç kəsdən əsirgəmir. Təkcə laureatlara deyil, sadə əyalət musiqiçisinə öz diqqətini və vaxtını əsirgəməyən Ustad məhz sadə musiqiçilərə köməyi özünə borc bilir. Axı həmin musiqiçi öz evinə, yurduna qayıdıb insanları faydalandıracaq, violonçel ifaçılıq sənəti səviyyəsini bacardığı qədər yüksəldəcək! ...Açıq dərslərin 4 günlük silsiləsi başa çatarkən F.Bədəlbəylinin çıxışından: "Bizimçün Sizin şəxsiyyətiniz ölçüyəgəlməz bilgi mənbəyidir. Bizim uşaqlar, gənclər dahi ustadı həmişə yad edəcəklər. Siz sarıdan onların bəxti gətirib. Ağlımıza gəlməz ki, Siz bir daha buralara dönməyəsiniz. Siz bizə musiqi dərsləri, sənət dərsləri ilə yanaşı, yüksək insani yaşantılar, insanlara insanlıq qayğısı dərsləri keçdiniz." M.Rostropoviçin cavab çıxışından: "Mənim bütün ömrüm boyu qazandığım uğurlar insanlara məhəbbətimlə bağlıdır. Mən insanları sevirəm." Və bu məqamda uzaq keçmişi, 1974-cü ili yada salır. Bu elə dövr idi ki, SSRİ-dən ailəsi ilə qovularaq konsertsiz, kontraktsız çox böyük sıxıntılar keçirirdi. İtaliyada Vatikana, - Roma papasının qəbuluna dəvət olunur. M.Rostropoviç papa ilə söhbət zamanı özü üçün gözlənilməz olaraq aşkarlayır ki, qarşısındakı xristianlığın başçısı onun ailəsi, düşdüyü çətin vəziyyət və hətta, iki qızı haqqında olduqca geniş bilgilənib. Ayrılarkən M.Rostropoviç Roma papasının dediklərinin yaddaşından ömrünün sonunadək silinməyəcəyini bildirdi: "Rostropoviç, kainatda Yer də, Göy də var, və bir olan Ulu Tanrı hər bir bəndəyə, hər bir dinə-məzhəbə, ən yüksək mənəvi dəyərlərə öz nəzərini əsirgəmir. Böyük Yaradanla Yer arasında çox uzunlardan da uzun pilləkən var. Və hər bir bəndə, hər hansı bir addım atmamış, düşünməlidir ki, öz addımını o hansı yöndə atır - yuxarı, yaxud aşağı. Sizin ən başlıca probleminiz budur, Rostropoviç, bütün qalanları heç düşüncələrinizə layiq deyil. Çünki Siz Allahın yanına, Ona doğru aparan pilləkənin daha yüksək nöqtəsindəsiniz." Daha sonra Mstislav Leopoldoviç belə bir olayı da xatırladı: "Günlərin birində geyinib hansısa konsertə tələsirdim. Bir dostum gəlib dedi ki, çox inandığı birisi onun haqqında "KQB-yə", yəni DTK-ya (Dövlət təhlükəsizlik komitəsinə) çuğulluq edib və satqını cəzalandırmaq, hətta öldürmək istəyir. Mən ona dedim ki, "gəl konsertə gedək, yolda və fasilədə söhbət edərik." Konsertdən sonra 0,5 litr araq da vurduq. Söhbət çuğulluq edən şəxs üzərinə gələndə, dostum dedi: "Cəhənnəm olsun, gəl adam sözü danışaq." Musiqi sənətinin gücü də bundadır. Dmitri Şostakoviç hamı ilə əl-ələ verib görüşürdü... Mən sizin üçün darıxacağam, sizləri düşünəcəyəm. Mənim üçün doğma yurd-yuvamı xatırlamaq xoşdur."
..."Mən uşaq ikən Bakıda yaşayarkən 5 yaşınadək royal çalır, musiqi bəstələyir, - bir sözlə fitri istedad idim. Lakin buranı tərk edərkən fitri istedadımı itirib, adi istedada çevrildim. Çox şey itirdim, gərək getməyəydim, Bakıda yaşayaydım. Qısası, müsabiqə laureatlarının konsertlərində çalarkən çox çətin, iti gedən, şıdırğı texnikalı əsərlər seçirdim. Məsələn: "P.Sarasate - "İntroduksiya və tarantella", yaxud da N.Paqanini -"Perpetum mobile". Və elə iti çalıram ki, dostlarım və azarkeşlərim heyranlıqdan coşurlar, lap dəlicəsinə. Bundan isə mən daha da qızışaraq deyirdim: "İstəyirsinizsə, gələn çıxışıda daha şıdırğı çalım?!" Soruşurlar: "Səsi gücləndirə bilərsənmi?" Deyirəm: "Əlbəttə, istədiyiniz qədər!" Bu söz məni tutdu və violonçelə elə güc verdim ki, hamı dəhşətə gəldi! Hamının dilindən düşmürdüm. Və birdən... Sergey Prokofyev mənə bir neçə söz dedi ki, - olduğu kimi sizlərə çadıracağam! - həmin sözləri hər bir kəs qoy "qulağına sırğa etsin". Özü də ömürlük. Sergey Prokofyev dedi: "Slava, siz gözəl bilirsiniz ki, musiqi duyumu insana anadangəlmə verilmir. Onu yetişdirmək, yetkinləşdirmək lazımdır. Musiqiçi zövqünü, bədii zövqü hər gün təmizləmək gərəkdir. Hər gün dişlərinizi təmizlədiyiniz kimi. Həmin sözlərdən sonra hamıdan iti, şıdırğılı və gurultulu çalmağı, səsə güc verməyi tərgitdim. Bu uşaq (Fərhad Haşımov - ixtisası skripka, Bülbül adına musiqi məktəbinin şagirdi. Əsəri - E.Lalo. İspan simfoniyası) lap yaranışından güclü musiqi duyumu ilə seçilir. Lakin onun musiqi duyumu imkanlarını qabaqlayır. Mən ona "leqato" ilə çalmağı tapşırdım, lakin onun "əsgərləri, yaxud döyüşçüləri" - yəni barmaqları beynində yerləşib əmr verən "general"ın göstərişlərini yerinə yetirə bilmirlər. Mən özüm 13 yaşında ikən P.Çaykovskinin "Rokoko" mövzusunda variasiyalarını öyrənib, həm royal, həm də orkestrlə çalırdım. Lakin 19 yaşında həmin əsərə qayıtdıqda, keçmişin yükündən yaxa qurtara bilmirdim. Ona görə, öz təcrübəmdən irəli gedərək, mən bu uşağa sadə etüdlərdən başlamağı məsləhət görərdim, - bir şərtlə ki, onları ayrı-ayrı ştrixlərlə çalsın. Məsələn, "triolları" 4 səsin "leqatosu" ilə çalmaq. Mən vaxtı ilə bu səpgidə onlarla etüdlər çalmışam. Deyilənlərin öbdəsindən gəldikdən sonra iki elementli 3 "leqato"- lu etüdlər qurmaq olar. Məsələn, 2 "detaşe" və 2 "leqato", gaxud 2 "detaşe" və 3 "leqato". Bütün bunları yaxşıca öyrəndikdən sonra, "general" rəsmi - keçidi tam idarə edə biləcək. Yəni qarşıda duran bədii məqsədlərdən qorxmamaq olar. Hal-hazırda texnoloji hazırlıq baxımından Yaponiya, Koreya və Çin elə irəli gediblər ki, onlara çatmaq ağlabatan iş deyil. İntonasiya təmizliyinə heç bir irad tutmaq olmur. Və mən istərdim ki, gələcək gəlişimə bu uşaq qamma və etüdlər hazırlayıb mənə göstərsin, çünki "İspan simfoniyasını" texniki çatışmazlıqla çalmaq olduqca qorxuludur.
Eyyub Əliyev - İxtisası-violonçel. Bakı Musiqi Akademiyası magistraturasının II kursu. Əsəri - R.Şuman. Violonçel ilə orkestr üçün konsert. Professor Y.A.Abdullayevin sinfi. Konsertmeyster - Kəmalə Nemanova. Bizim üçün burada ən çətin orta sürətdir. Mənim baxımımdan sənin ən başlıca çatışmazlığın vibrasiyadadır. Sizin vibrasiyanızın amplitudu azdır və çox aşağıdır, bu da səsi kiçildir, cılızlaşdırır. Lakin təkcə kiçildirmi? Çalğıçı bilməlidir ki, vaxtı ilə Moskva konservatoriyasında bütün musiqi səslənmələrini hərtərəfli araşdırıblar. Və belə çox maraqlı sonuca gəliblər ki, hər bir istənilən halda, hər bir istənilən məqamda oxuyan insanın vibrasiya amplitudu çalğıçının çıxardığı vibrasiyalı səs amplitudundan 2 dəfə böyükdür, yaxud genişdir. Vibrasiya amplitudunun böyüklüyü isə o deməkdir ki, səs obertonlarla daha zəngindir və daha gözəl səslənir. Texniki çalğı, yəni barmaq uclarının eyni yerləri ilə çalğısı zamanı toxunma, dəymə mənasında yaxşı texniki keyfiyyət əldə olunur. Lakin gözəl səslənmə almaq üçün barmaq ucundakı yastıqcanın ayrı-ayrı bölümlərindən (hissələrindən) faydalanmaq lazımdır (Burada M.Rostropoviç şaquli barmaqlar və onların yastıqcaları ilə çoxçalarlı səslərin necə alınmasını göstərir). Birincisi, güclü vibrasiya gərəkdir. İkincisi, vibrasiya tezliyi ayrı-ayrı hallarda, rəssam-boyakarın palitrasındakı boyalara oxşar dəyişməlidir. Palitranın boyalarla zənginləşdiyi, çoxçalarlığı rəssamın peşəkarlığını göstərir. "Passajları" kamanın güclü basqısı ilə çalırlar. Orta sürətli çalğıda arasıkəsilməz vibrasiya gərəkdir, daha sizdəki kimi, - ayrı-ayrı notların vibrasiyası şəklində yox. Məsələn, kişi səsləri - tenorların iki növü var. Lirik tenorların çox tezlikli vibrasiyası və çox da geniş hərarəti olmayan səsi var. Dramatik tenorlarda vibrasiya həmin tezlikli, lakin amplitudu daha genişdir, səsin gücü və tutumu da buna uyğundur." M.Rostropoviç F.Şumanın konsertinin bədii tərəfləri üzərində geniş dayandı. R.Şumanın tarixi dövrü və şəxsi yaşamı haqqında maraqlı bilgilər verdi. Faciəli məqamları vurğuladı. R.Şumanın violonçel konsertinin yaranması onun hələ gəncliyində bu alətə marağı ilə bağlıdır. Violonçelin şairanə və səmimiliklə dolu səs çaları, həzindən tutmuş coşğunluğadək geniş diapazonlu musiqi nitqi açıqlaması romantik yaşantılı bəstəkara olduqca yaxın idi. Hələ konsertə başlamamışdan bir il öncə violonçel üçün yazdığı pyeslərdə o öz yaradıcılıq məqsədinə doğru bədii yollar axtarıb-arayırdı. Violonçel konserti 1850-ci il oktyabr ayının cəmi 2 həftəsi ərzində Düsseldorf şəhərində yazılmış və bəstəkar yaradıcılığının klassik və romantik cizgilərin çarpazlaşdığı son dövrünə aiddir. Konsertin bütövlükdə ifası zamanı ortaya çıxan çətinliklərdən ən başlıcası musiqi dramaturgiyasının, bədii surətlərin simfonik inkişafının açımında bütövlüyün saxlanmasıdır. Əsərin ifası ifaçıdan bədii yetkinlik, son dərəcə təkmilləşmiş texnika və dinamik çoxçalarlı "kantilena" (ahəngdarlıq, oxunaqlıq), "detache", "legato", "sautille" parlaqlığı, "qanad çalan" "spikkato" və arpeciolar və i.a. tələb edir. Çətinliklər sırasında "qol" üzrə və qonşu simin üzərindən sıçrayışları da sadalamaq olar. Mstislav Leopoldoviç Eyyuba texniki və bədii ifaçılıq məsələlərini cizgiləyərək, onları sanki bir nüvəyə, yaxud başlanğıc ruşeymədək yığcamlaşdırdı. Və həmin qaynaqdan irəli gedərək, bacarıqlı ifaçı (Eyyubun isə istedadı, şübhəsiz ki, var!) araşdırılan əsər üzərində yaradıcılıq işi zamanı, sözsüz ki, professional artım və ifaçılıq uğurları qazana bilər.
Mstislav Leopoldoviçin sonuncu gəlişi onun müəllimi və böyük dostu Dmitri Şostakoviç şüarı altında keçmişdir desək, yanılmàrıq. Artıq àeroportda onu qarşqılàyanlara dediklərini yada salaq: "Bu yüz ili də bəşəriyyət başa vursa, D.Şostakoviç XX yüzilliyin ən dahi bəstəkarı sayılacaq. Şostakoviç mənim üçün qarşısında ömrüm boyu baş əydiyim bütdür. Bilirsinizmi, onun yazı masasının üstündə, şüşə altında M.Musorqskinin portretini həmişə görmək olardı. Səbəbini soruşanda, o belə cavab verdi: "Mən o gözlərə baxışlarımı zilləyərkən əsərlərimi kağız tullantıları səbətinə atmaqda çətinlik çəkmirəm." Hələ konservatoriyada tələbə ikən M.Rostropoviç 2 il ərzində D.Şostakoviçin alətşünaslıq sinfində fənni öyrənirmiş. Dəfələrlə Şostakoviçin müəllif gecələrində çıxış edər, əsərin fortepiano kəsimini (partiyasını) çalan bəstəkarla onun "40 N-li "opusunu" - violonçel və fortepiano üçün sonatasını ləşzətlə ifa edərdi. Onun sözlərinə görə, həmin əsər heyrətamiz dərəcədə maraqlı və mənəvi zənginliyi ilə yanaşı, alətlərin indiyədək açılmamış texniki imkanlarını aşkarlayır... Adı çəkilən sonata Ustadın 24 noyabr 1999-cu il tarixli açıq dərsində bizim üçün yeni tapıntı oldu. Əsər türkiyəli violonçelçalan Əli Sak və Bakı Musiqi Akademiyasının magistri Nərminə Əfəndiyeva (fortepiano) tərəfindən ifa olunurdu. Əli Sak çox istedadlı gəncdir və hazırda Ankara konservatoriyasında dərs deyir. Ankara prezident orkestrində violonçel çalan bacısı Pərvin Sunqar ilə o, açıq dərslərdə çıxış etmək üçün Bakıya gəlmişdi. Yəni onun çoxdankı arzusu həyata keçmişdi. Ankara konservatoriyasının rektoru və professoru Əli Doğanın şagirdi olan Əli Sak öz texniki hazırlığı və bədii səs duyumu ilə seçilirdi. Onunla "yaradıcılığa" başlayan Ustad öz çoxdilli səviyyəsini də, alman dilində dərs keçmək bacarığını da bütün parlaqlığı ilə açıb göstərdi. Əsərin I hissəsində başlıca diqqət musiqi ibarələrinə və "kantilenaya" - oxunaqlığa yönəldilmişdi. Ustad şagirdə bir neçə maraqlı göstəriş verdi ki, onlardan başlıcası kamanın başlanğıcı ilə sonu arasında səsin gücü və dolğunluğu baxımından dəyişməsini aradan qaldırmaq yolları idi. Musiqi ibarələrinin bütövlüyünün bədii məzmunda yeri və onların "sosiskayabənzər" parçalanmasının yolverilməzliyi də geniş açıqlandı. Əsərin iti gedən II "motorlu" hissəsini M.Rostropoviç zavod sexində dəzgahlama işlərinə bənzətdi. Sənətdə belə bədii yön konstruktivizm dövrü ilə səsləşir və incəsənətin texniki-estetik təsvirçiliyi əsərin bədii özəyini əyani aşkarlayır. Daha sonra son IV hissə ifa olunurdu ki, buradakı texniki çətinliklər D.Şostakoviçə xas olan biçimsiz şişirtmə və yumoru, şəklidəyişmiş sitatları arxa cərgəyə keçirməməli, əksinə, onların qabarıq səslənməsinə imkan yaratmalıydı. Mən belə düşünürəm ki, Əli üçün bu açıq dərs onun bədii yaradıcılığına güclü təkan deməkdir. Və yaxın gələcəkdə proqramına həmin əsərlə birgə İ.Bramsın sonatası salınmış konserti gənc ifaçının artan ustalığını əyani göstərməlidir. Əlbəttə, onun adından Bakı Musiqi Akademiyası rəhbərliyini və şəxsən rektor F.Bədəl-bəyli cənablarını alqışlamaq yerinə düşər.
M.Rostropoviç son gəlişində daha bir qeyri-adi əsərlə bizim "nazımızı çəkdi", bir növ "əzizlədi". Həmin əsər bizim günlərdə 40 illiyi tamam olan D.Şostakoviçin violonçellə orkestr üçün I konsertidir. M.Rostropoviçə həsr olunmuş konsertin ilk ifası 4 oktyabr 1959-cu il tarixdə Leninqradda, Y.Mravinskinin idarəsi altında Leninqrad filarmoniyası simfonik orkestri tərəfindən həyata keçirilib. Məşhur dirijorlardan Yudjin Ormandi vaxtı ilə əsəri "tarixi olay" adlandırmışdı. Konsertin solo kəsimini öyrənmək üçün Mstislav Leopoldoviçə cəmi 4 günlük vaxt lazım olmuşdu. 5-ci günü isə o, öz ifası ilə bəstəkarı heyrətə gətirmişdi. İfaçı haqqında "Pari press" (1961) qəzeti belə yazırdı: "Onun virtuoz çalğısı qeyri-adiliyi, lirikası ən yüksək insanilik səviyyəsi, səsləndirdiyi alət "məxməriliyi" ilə seçilir. Rostropoviç möcüzə yaratmışdır: o musiqi naminə şıdırğı çalğını unutdura bildi." Burada Mstistlav Leopoldoviçin öz sözlərini də misal gətirmək yerinə düşər: "İfaçı incəsənətdə yenilik arayan, bəstəkar düşüncələrini yerindən oynadan və onun yaradıcılıq maraqlarını hər hansı bir alətin repertuarına yönəldən bir insandır." Nəhayət, deyilənlərə Dmitri Şostakoviçin öz sözlərini artıraq: "...mən musiqini sevirəm. Mən özümü bütövlükdə musiqiyə həsr etmişəm və həsr edəcəyəm. Mənim üçün həyatımda tək bircə sevinc musiqidir. Bütün həyatım musiqidən ibarətdir." Doğrudan da, heç nə heç zaman D.Şostakoviçin musiqi yazmaq ehtirasını, sənət yanğısını söndürə bilməmişdir. Harada olursa-olsun. Musiqi onun içində yaşayırdı, onun içindən gəlirdi. Onun gördükləri, anladıqları, duyduqları və yazdıqları, - bütün yaşantılarından not yazısına çevrilmək istəyən səslər qaynaqlanırdı. Ayrı-ayrı çevrələrdə axtarışlar aparan bəstəkar incəsənətin başlıca özəyi olan tarixi vərəsəliyi həmişə yorulmadan vurğulayardı. Özümüzün gələcəyə canatım və irəliləyişimizdə biz öz keçmişimizlə, ölməz, ulu qaynaqlarımızla bağlandığımız telləri qırmamağa, yandırmamağa borcluyuq. Bəs bəstəkarla dinləyici arasında bağlılığın yaradıcısı və təşkilatçısı kimdir? Əlbəttə ki, ifaçı! Yenə də M.Rostropoviçə qayıdırıq: "Mənim sənətdə dəyişkənlik istedadım var, çünki ifaçı - musiqiçi dondan-dona girən buqələmundur (xameolondur). Əgər soruşsanız ki, hansı bəstəkarı, yaxud hansı əsəri xoşlayırsan? - cavab verməkdə çətinlik çəkəcəyəm. Mən ifa etdiyim bütün əsərləri dəlicəsinə sevirəm. " Mstislav Leopoldoviçin yaradıcılığının dirijorluq kəsimi haqqında danışarkən, yenə də onun dediklərinə müraciət etməliyik: "Mənim iki ixtisasımdan hər birinin tamam başqa-başqa psixoloji özülləri var. Və onlar heç də biri-birini tamamlamır. Violonçel mənim səsimdir və mən, müğənninin öz səsinə öyrəncəli olduğuna oxşar, violonçeli bədənimin ayrılmaz bölümü sayıram. Barmaqlarımın sinir ucları səs əldə edirlər, səsin yaranışında ortaqsız iştirak edirlər. Mən və violonçel, - aramızda heç kim yoxdur. İkimizik. Amma dirijorluq zamanı mənimlə hər hansı aləm arasında ikinci insan durur. Canlı insan. Mən öz yaşantılarımı, duyduqlarımı və yozduqlarımı əlimdə olan bütün imkanlarla orkestrdəki ifaçıya çatdırmağa çalışıram. Onun-ifaçının mən istədiyim kimi musiqini duyması üçün əl texnikası və sifətimin ifadələrindən tutmuş hipnozadək hər şeydən faydalanmağa çalışıram. " Doğrudan da, pianoçu və violonçelçalanı dinləməklə yanaşı, musiqiçinin səsləri necə "aldığını" görürük. Və onun ifasının bacarığı və istedadından asılılığını həmin andaca anlayırıq. Bəs dirijor? Çoxlarına elə gəlir ki, o ancaq əllərini yelləyir, amma digərləri "tər tökür." Əlbəttə, diqqətli dinləyici mütləq düşünəcək ki, nə üçün orkestr ayrı-ayrı dirijorların idarəsi altında oxşarsız səslənir? Əsil dirijor musiqiçiləri inandırıb öz arxasınca apara bilir və onun idarəsi altında musiqiçilər dəstəsi bölünməz, canlı quruma-orkestrə çevrilir. O hər bir musiqiçinin yaradıcılıq imkanlarını "çəkib üzə çıxararaq", onları tək bir məqsədə - əsərin təfsirinə yönəltməlidir. Dirijor sənətinin çətinliyi partituranın ən xırda ünsürlərini bir vahid mərkəzə, çevrəyə toplayaraq, musiqi əsəri adlanan sənət tikilisini memarcasına, sanki kosmosdan görmək bacarığının əvəzsiz gərəkliyindədir. R.Vaqnerin dirijorlar üçün qoyduğu əsas qayda belədir: sağ əl tempi, ölçü və sayı, sol əl isə alət və bölmələrin başlanğıclarını və nüansları göstərir. Bu qayda əllərin psixoloji baxımdan qeyri-asılılığını tələb edir. D.Şostakoviçin əsərlərinin olduqca çətin partituralarında adı çəkilən qaydanın dəyəri özünü tam aşkarlayır. Bir neçə başlanğıcı eyni zamanda göstərmək, yaxud ayrı-ayrı nüansları eyni zamanda göstərmək üçün əllərin hərəkətlərində tam "ayırma", yaxud "təbəqələşmə" gərəkdir ki, bu da M.Rostropoviçin imkanları çevrəsindədir. O hamını sözün əsil mənasında alətə qovuşaraq, əsərin dramaturji planının iştirakçısına çevirməyi bacarır. Məsələn: D.Şostakoviç. I simfoniyanın finalı (IV hissə), 1-ci rəqəm, simli alətlərin tremolosu. Mstislav Leopoldoviç: "Forte" başlayanda, tremolonu çox sönük çalırsınız. Sizdən bir xahişim var: həmişə eyni "forteni" saxlamaq lazım deyil. "Çəngəlləri" (>;< ) hər bir kəs eyni zamanda yox, fərdi yerinə yetirir. Canlı, axar su kimi. Dalğavari - birinin amplitudu I xanə, o birisininki 1/2 xanə. Lakin kresçendo və diminuendonu hər biriniz fərdi, kiçik amplitudalarla yerinə yetirirsiniz." Bu göstərişdən sonra həmin epizodda musiqi sanki canlandı. Həmin finaldaca - 43-cü rəqəmdə litavraçalanın triolları texniki baxımdan çətinlik yaradırdı. Dramatik gərginliyi son həddə çatdırmaq üçün M.Rostropoviç ifaçıya həmin triolları ancaq sağ əllə çalmaq göstərişini verdi. Dinamik gərginlik artımı həmin epizodun üç dəfə təkrarında səslənmənin zəifləmə xətti ilə aparılması və violonçelin tükürpədici "pianoda" solosu ilə başa çatdı. Burada deməliyəm ki, "p" və "pp" M.Rostropoviçin sevimli nüanslarıdır. Özünün dediyi kimi, "səs səssizlikdən doğur." O çox incə nüansları, "canlı həyat nəfəsli", "danışan" pauzaları çox sevir. Belə məqamlarda onun əvəzsiz "pianissimosu" - bütün zalın nəfəsini kəsir. M.Rostropoviçin yaddaşından: "Konsertlərdən birində Svyatoslav Rixter İ.S.Baxın prelüd və fuqalarında elə "pianissimo" ilə çalırdı ki, hamı artıq royalın zəif səsləndiyi gümanına gəlmişdi. Lakin sonra o elə güclü "forte" verdi ki, hamı yerindən dik atıldı." Bu xatirəsini danışdıqdan sonra Ustad simfoniyanın III hissəsindəki 10-cu rəqəmdə orkestr musiqiçilərinə "öz əsəblərindən elektrik cərəyanı buraxmaq" göstərişi verdi. Onun idarəsi altında orkestr dirijorun dəmir əlini, polad iradəsini hiss edir və hər bir musiqiçi təkcə öz ifa kəsimi çevrəsində deyil, orkestrin vahid metroritm axarında belə özəlliyini itirmədən özəlliklər toplumunun bərabərhüquqlu yaradıcısına çevrilir. Əsərin çətin yerlərini o çox asanlıqla "asanlaşdırır", çünki hamını çətinliyin çətin olmadığına inandırmağı bacarır. Orkestr elə bil öz-özünə ifa edir, bu da ilk növbədə Ustadın peşəkar bacarığından qaynaqlanan və orkestri hamılıqla ilhamlandıran, dinləyicilər tərəfindən isə sehirbazlıq kimi yozulan bircə sözlə açıqlanır: Möcüzə! M.Rostropoviçlə işləyən orkestr üçün həmin günlər, saatlar, yaddaşlarda dərin iz qoymaqla yanaşı, uzun zaman mənəvi güc qaynağına çevrilir. Onun ifaçılıq yolları öz oxşarsız sadəliyi ilə də, qarşıya qoyduğu bədii məqsədlərə çatmaq üçün tam dolğunluğu ilə də seçilir. Onun bədii üslub duyumu o qədər dərindir ki, istər-istəməz ən sıravi ifaçı tərəfindən asanlıqla qavranılır, bu da birgə ifa olunan musiqi əsərinə sanki yeni bahar nəfəsi verir və onunla birgə işləyənlər həmin məqamda təfsir etdikləri dövrün, zamanın təfsirindən coşaraq, yaradıcılıq xoşbəxtliyinin təravəti ilə nəfəs alırlar. O memartək, artıq məşqlərdə partituranın başlıca cizgilərini araşdıraraq, orkestrə aşılayır. Və onun ovsunlayıcı çubuğunun işarəsi ilə musiqiçilər violalara, kontrabaslara, faqotlara və i.a. çevrilirlər, musiqi hamını bir döyünən ürəkdə birləşdirir.
Burada bir neçə söz də orkestr haqqında demək istərdim, özü də ancaq yadelli qaynaqlardan sitat gətirəcəyəm: "Sabit saylı, daim qazancı olan orkestrlər az deyil. Onlarla tanışlıq yaxşı sahmanlanmış işin gedişi görüntüsü yaradır. Bu qaydalı, sahmanlı, səbrli iş yaradıcılıq uğurları ilə sonuclanır. Lakin sənətçilərdən çoxunun yaşamı "dəhşətlidir" desək, yanılmarıq. Deyilənlərin 50-ci illərə daha böyük aidiyyəti var. Yarımillik maaş qastrolçunun cəmi bir konsertinin qonorarından da azdır. Elə ölkələr var ki, köhnə mövhumatlarından indiyədək əl çəkmək istəmirlər. Həmin mövhumata görə, orkestrlər gözəl əsərlərin ifasından uğur və sevinc duyumlarıyla faydalanırlar ki, bu da onların əməyinin başlıca ödənişidir. Bir sözlə, "halva-halva deməklə ağız şirinləşməlidir. "...Lakin, məsələn, sıravi Paris orkestr ifaçısının yaşamı olduqca ağırdır... Bəzilərinin bütün gün ərzində öz xidməti vəzifələrini yerinə yetirmək üçün necə "dəridən-qabıqdan çıxdıqlarını" anlamaq belə çətindir. Məsələn, bir musiqiçi hər axşam həm "Medrano" sirkində, həm də operada çalırdı. O çox gözəl və dəqiq bilirdi ki, operada hansı vaxtda sololarla çıxış edəcək: qalanlarını isə öz şagirdinin öhdəsinə buraxırdı. Lazımlı məqamda həmin musiqiçi taksiyə oturaraq, boğazına ağ qalstuk keçirib (opera qaydalarına görə, orkestr musiqiçiləri ağ qalstuk geyməlidirlər), "Tristan və İzolda" yaxud başqa bir tamaşada ingilis tütəyinin solosunu ustalıqla ifa edir, yarım saat sonra isə, yenə də taksini "Medrano" sirkində coşğun sonluqda iştirak etmək üçün "qovurdu". Bundan savayı, həmin musiqiçi daha iki digər orkestrlə məşq edib, bir- iki işdənkənar dərs verməyi də unutmurdu. Bəlkə də ayrı-ayrı günlərdə hansısa simfoniya, yaxud da kinofilmin studiya yazılışına özünü çatdırırdı... Lakin ən maraqlısı odur ki, belə musiqiçilər yüksək yaradıcılığa gəldikdə, böyük həvəslə, əsl gənclik yorulmazlığı göstərə bilirlər!..
Bizim orkestrin vəzifələri çorxsaylı, işinin tutumu olduqca genişdir. Hər gün birgə və orkestr bölmələrinin ayrıca məşqləri, konsertlərg Orkestrin bədii rəhbəri və baş dirijoru, Azərbaycan Respublikasının xalq artisti, professor Rauf Canbaxış oğlu Abdullayevin işi isə, son dərəcə sanballı və tutumludur. Onun yerinə yetirdikləri vəzifələr arasında illik və yarımillik konsert proqramlarının quraşdırılması, həmin proqramlarda dinləyici zövqü, orkestrin ifaçılıq və yaradıcılıq səviyyələrinin artması kimi amillərin nəzərə alınması, yeni əsərlərlə, - az ifa olunan, yaxud da Azərbaycanda indiyədək ifa olunmamış dünya musiqisi klassikləri və çağdaş bəstəkarların əsərləri ilə geniş dinləyici kütləsinin tanışlığı, nəhayət, azərbaycanlı bəstəkarların yaradıcılığının yayımı... kimilərini sadalamaq olar. M.L.Rostropoviçin son gəlişi üçün bizim maestro ifa olunacaq partituraları nəinki əzbərləmişdi (və indiyədək həmin əsərlərin çoxsaylı ifaları ilə tanış olmuşdu!), o simfonik orkestri mətnlə zərgər dəqiqliyi ilə tanış edərək, Mstislav Leopoldoviç üçün bir növ "hazır özül" hazırlamışdı. Təkcə üstqurumu yaratmaq qalırdı.
Mstislav Lepoldoviç son gəlişində vaxt tapıb, atası və özünün adını daşıyan muzeyə də baş çəkdi. Mədəni irsin qorunub gələcək nəsillərə çatdırılmasına çox böyük əhəmiyyət verən Ustadın baxışlarını onun öz sözləri ilə oxuculara çatdırmaq istərdim: "Cəmiyyət və dövlətçiliyin yüksəlişində mədəniyyət və incəsənətin əhəmiyyətini bu gün də anlamayan insanlara mənim yazığım gəlir. Məgər iqtisadiyyatı lazımsız sayan tapılarmı? Xeyr! Lakin nədənsə heç kəs iqtisadiyyatla mədəniyyətin çoxsəviyyəli qarşılıqlı asılılığını anlamaq istəmir və anlamaq istəmir ki, onlardan birinə qarşı saymazyanalıq digərinin dəyərsizləşməsi ilə sonuclanır. Və bu haqda nə qədər çox düşünürəmsə, bəşəriyyət tarixinin ilk növbədə mədəniyyət tarixi kimi yozumunun düzgünlüyü mənim üçün daha parlaq aşkarlanır. Mənimçün Peterburqdakı malikanə, ən başlıcası, şəxsi arxivimi saxlamaqdan ötrü lazımdır. Uzun yaradıcılıq illəri boyu mən sonsuz sayda, son dərəcə dəyərli epistolyar (məktub) və not materialları toplamışam ki, onların gələcəyi məni narahat etməyə bilməz. Misilsiz materiallar bütün dünyaya səpələnib: Parisdə və Londonda, Nyu-York, Vaşinqton və Moskvada... Onlar qorunmalı, sistemləşdirilməli və öyrənilməlidirlər. Məsələn, burada D.Şostakoviç, S.Prokofyev, B.Britten, V.Qorovits, İ.Sternin və çox-çox başqalarının məktublarından söhbət gedir. Daha sonra şəxsən mənim üçün yazılan əsərlərin notları böyük saydadır. Mən ğörkəmli musiqiçilərin əlyazmalarını çox sevirəm: onlar arasında şəxsən mənə bağışlananlardan savayı, özümün satışda əldə etdiklərim də az deyil. Bütövlükdə götürsək, Peterburq arxivi mislı görünməmiş, heç nə ilə tutuşdurula bilməyən xəzinə, saxlancdır." Əlbəttə, Ustadın həmin sözlərindən sonra Leopold və Mstislav Rostropoviçlər adına Bakı muzeyini də dəyərləndirməyə dəyər. Muzeyin direktoru Ş.Heydərovanın geniş çalışmaları sayəsində muzeyin fondu getdikcə genişlənir, qiymətli, bəzən hətta əvəzsiz eksponatlarla zənginləşir. Hər yeni gəlişi zamanı Mstislav Rostropoviç özü ilə yeni-yeni sovqatlar gətirir, yaxud da mədəniyyət naziri P.Bülbüloğlu vasitəsilə muzeyin ünvanına çatdırır. Həmişə olduğu kimi, bu dəfə də, 1999-cu il noyabrın 22-ində bəşəriyyət tarixində ən böyük musiqiçi simalardan biri, Böyük Ustad Mstislav Rostropoviç Azərbaycan Respublikasının prezidenti H.Əliyev tərəfindən qəbul edildi. Qonağı, daha doğrusu, həmyerlimizi salamlayan H.Əliyev onun hər bir yeni səfərinin əhəmiyyətini, sözübütövlüyünü ayrıca vurğuladı. Və burada Ustad aşağıdakı sözləri ilə özünü bir daha tarixə yazdı: "Mənim hər il bir həftəliyə Azərbaycana səfərim hamını heyrətləndirir. Əlbəttə, bunun üçün bir neçə çıxışımın üstündən xətt çəkməli oluram. Lakin ən başlıcası odur ki, sözümün üstündə KİŞİ KİMİ (o, bu sözləri Azərbaycan dilində dedi!) durmuşam. Artıq açıq dərslər də keçirmişəm. Sizlərdə çox istedadlı uşaqlar var. Son dərəcə istedadlıg" Böyük Ustad haqqında çox danışa bilərik, Onun bizlərə ötürdüyü enerjini dağ selinə, daşqına da oxşada bilərik, yaddaşımızın dərinliyindən Onun maraqlı ibarələrini də yenidən üzə çıxarıb səbrlə araşdıra bilərik və i.a... Lakin nöqtə qoya bilmərik. Yalnız və yalnız nöqtələr... Biz Sizin yeni gəlişinizi gözləyirik, Ustad!
M.L.Rostropoviçin
açıq 22.XI.1999 I.Eyyub Əliyev (Violonçel). BMA magistraturasının II kursu. Prof. Y.A.Abdullayevin sinfi, konsertmeyster - Kəmalə Nemanova. İfa etdiyi əsər - R.Şuman. Violonçel ilə orkestr üçün konsert. II.Cəmilə Musayeva (skripka). 21 N-li uşaq musiqi məktəbinin VIII sinfi. Müəllim-prof. B.A.Mehdiyev, konsertmeyster - Musayeva Leyla. İfa edilən əsər - A.Korelli. Foliya. 23.XI.1999. I.Anar İbrahimov (skripka). BMA II kursu. Prof. B.A.Mehdiyevin sinfi, konsertmeyster - Tamilla Quliyeva. İfa edilən əsər - D.Şostakoviç. Skripka ilə orkestr üçün 2 N-li konsert. II.Aleksey Miltıx (violonçel). Bülbül adına musiqi məktəbi. V.Kraynovun sinfi, konsertmeyster - Yuliya Xadıkina. İfa edilən əsər - Y.Haydn. Konsert C-dur. III. Ləman Verdiyeva (skripka) Natəvan Məmmədova (skripka) Kamilla Quliyeva (alt) Eyyub Əliyev (violonçel) Prof. N.M.Abbaszadənin sinfi. İfa edilən əsər - E.Qriq. Simli kvartet. 24.XI.1999. I.Əli Sak (Türkiyə, violonçel). Konsertmeyster - Nərminə Əfəndiyeva. İfa edilən əsər - D.Şostakoviç. Violonçel ilə fortepiano üçün Sonata. II.Fərhad Haşımov (skripka). Bülbül adına musiqi məktəbi. S.Hacıyevanın sinfi, konsertmeyster - Afaq Hacıyeva. İfa edilən əsər - E.Lalo. Skripka ilə orkestr üçün İspan simfoniyası. III.Sabina Quliyeva (skripka). Bülbül adına musiqi məktəbi. S.Hacıyevanın sinfi, konsertmeyter - A.Hacıyeva. İfa edilən əsər V.A.Motsart. Skripka ilə orkestr üçün 5 nömrəli konsert, I hissə. 25.XI.1999. I.Ayna İsababayeva (violonçel). BMA magistraturası, II kurs. Prof. Y.A.Abdullayevin sinfi, konsertmeyster - K.Nemanova. İfa edilən əsər - Y.Haydn. Konsert C-dur. II.Lalə Muxtarova (skripka) və Tamilla Quliyeva (fortepiano). Baş müəllim K.Abasquliyevin sinfi. İfa edilən əsər - S.Prokofyev. Skripka ilə fortepiano üçün 1N-li Sonata. III.Bülbül adına musiqi məktəbinin kamera orkestri. Bədii rəhbər - Teymur Göyçayev. İfa edilən əsər - A.Vivaldi. 4 skripka ilə orkestr üçün konsert. Solistlər: Nigar Əsədova, Vadim Sandler, Sabina Quliyeva, Nigar Mirzəyeva.
Qaynaqlar: A.Qinzburq. Mstislav Rostropoviç. |