İFAÇILIQ:        
Fortepiano texnikasında müasir       
ifaçılıq effektləri işarələr     

S. Mirzəyev

      

X əsr musiqi tarixinə bəstəkarlıq və ifaçılıq sahələrində baş vermiş böyük dəyişikliklərlə həkk olundu. Yeni musiqi cərəyanları, məktəbləri, üslubları və tərzləri meydana gəldi. Tənqidçi məqalələrində tez-tez "avanqard", "modernizm", "seriallıq", "dodekafoniya" və s. kimi terminlər nəzərə çarpmağa başladı. Konservativ dinləyici və tənqidçi auditoriyasının etirazlarına baxmayaraq (Parisdə İ.Stravinskinin "Müqəddəs Bahar ayinləri" baletinin premyerasını xatırlayaq), müasir musiqi inkişaf edir və öz pərəstişkarlarını tapırdı. Beləliklə, 30-40-cı illərdə "Yeni Vyana məktəbi" formalaşdı (A.Şönberq, A.Berq, A.Vebern), 60-cı illərdə isə artıq müasir musiqinin "klassiklərinə" çevrilmiş C.Keyc və C.Kramb dünyaya tanındı. Yeni musiqinin inkişafı ilə ifaçı və nəzəriyyəçiləri heyrətə salan yeni bəstəkar yazı üslubları meydana çıxdı. Məsələn, Kramb "Makrokosmos"unun deşifrə tələb edən "spiralşəkilli" partiturasını xatırlayaq; yeri gəlmişkən, sonralar bu yazı üslubundan bizim həmyerlimiz Fərəc Qarayev də istifadə edəcək.

"Yeni" musiqi yalnız öz yazı formaları ilə deyil, eyni zamanda musiqi alətlərinin qeyri-ənənəvi istifadəsi ilə də təəccüb doğururdu: simli alətlər zərb kimi, piano zərb və simli kimi (tezliklə "hazırlanmış piano" (!) termini peyda oldu), zərb alətləri simli kimi, nəfəslilər küy səsləri üçün istifadə olunmağa başladı və s.

Keycin dünyada məhşur "4 dəqiqə 33 saniyə" piano əsərindən sonra aydın oldu ki, ifaçının da səhnədə hətta çalmayaraq belə interyerin bir hissəsinə çevrilməsi mümkündür. Təbii ki, bu əsər 60-cı illərdə Mauritsio Kaqelin "musiqi alətləri teatrı" janrının yaranmasına təkan verən hadisələrdən biri oldu: burada musiqiçilər yalnız ifaçı kimi deyil, oyunçu kimi də fəaliyyət göstərirlər. Sonralar bu əsər bir çox redaktlərə məruz qaldı. Fortepiano üçün yazılmış bu pyesi dəyişik ansambllara "çevirərək" "ifa edirlər" (məsələn: Avstriyanın "XX əsr" ansamblı bu əsəri simli trio və piano üçün nümayiş etdirdi).

Bəstəkarlıq texnikasının belə istiqamətdə gözlənilməz inkişafı tezliklə piano ifaçılığında da özünü aşkarladı. Belə ki, klassik və müasir fortepiano ifaçılığı köklü surətdə biri-birindən fərqlənməyə başladı. Müasir ifa tərzi heç də yalnız "hazırlanmış" pianoda çalmaqla bitmir, ifaçıdan alətin çapağında (yaxud gövdəsində), dempferlərində, simlərində də çalmaq, cürbəcür "simli" və zərb effektləri yaratmaq, müəllifin ideyasına görə ayağa durmaq, gəzmək, oxumaq, fit çalmaq, danışmaq, pıçıldamaq, müəyyən rollara girmək, müxtəlif əşyaların köməyi ilə pianoda görünməmiş səslər almaq və s. tələb olunur.

Bəstəkar yazı texnikasında da yeni piano ifaçılıq effektlərini işarə edən bir çox simvollar meydana çıxdı. Yeni effektlər yarandığca, bəstəkarlar onların notlarda fiksasiyası üçün ya yeni simvollar düşünür, ya da başqa alətlərdəki oxşar effektlərin simvolunu mənimsəyirdilər. Məsələn: simli alətlərin özəl effekti olan "flajolet"i piano əsərində qeyd etmək üçün məhz simlilər texnikasındakı işarədən istifadə olunur.

Daha sonra bəzi yeni çətinliklər ortaya çıxdı. Ayrı-ayrı bəstəkarlar eyni effekti müxtəlif işarələrlə, müxtəlif effektləri isə eyni işarə ilə qeyd edirdilər; bir effektin variasiyaları arasında qarışıqlıq düşürdü və i. a.. Bütün bunlar musiqiçilərin mühafizəkar baxışları və yeni not işarələrini deşifrə edən metodiki ədəbiyyatın olmaması üzündən (bəzi bəstəkarların öz əsərlərində simvollara annotasiya verdiyini nəzərə almasaq) yeni musiqinin tədrisi və ifası sahələrində böyük çətinliklər yaradırdı.

XX əsrin ikinci yarısında Azərbaycan bəstəkarlıq məktəbi də müasir not işarələrindən geniş istifadə etməyə başladı. Fərəc Qarayev, Oleq Felzer, Cavanşir Quliyev, Firəngiz Əlizadə, Rəhilə Həsənova, Əli Əlizadə, Zaur Fərhədov, Elmir Mirzəyev kimi bəstəkarların əsərlərində tez-tez müasir ifaçılıq effektləri ilə qarşılaşırıq. Bu effektlər və onların not simvolları ilə tanışlıq yuxarıda adı çəkilən müəlliflərin əsərlərini yalnız mütəxəssislər tərəfindən deyil, həm də ali musiqi tədris müəssisələri fortepiano fakultələrinin müəllim və tələbələri tərəfindən qavranılmasını, eləcə də tədrisi və ifasını asanlaşdıra bilər.

Məqalədə müasir notasiya simvollarının bəzi növlərinin deşifrə və interpretasiyası verilmişdir. Eyni zamanda simvolların (yaxud variyasiyalarının) rast gəlindiyi əsərlərin adları, mənşələri (başqa alətlərdən götürülmüşsə), əvəz oluna bildiyi təqdirdə klassik notasiya işarəti və not nümunələri verilmişdir.

AÇAR İŞARƏLƏRİ

1.

Bu işarə not mətninin bir oktava yuxarı çalınmasını göstərir.

Klassik yazılış tərzi:

Bax: Fərəc Qarayev (Azərbaycan)-"Cənab Bi-Layn - ekssentrik". 1997.

2.

İşarə not mətninin iki oktava yuxarı çalınmasını göstərir.

Klassik yazılış tərzi:

Bax: Fərəc Qarayev (Azərbaycan) - "POSTLUDİO". 1991.

3.

Yuxarıdakı nümunəyə (N2) paralel bir işarə. Mətnin iki oktava yuxarı çalınmasını göstərir.

(!?) (Bir çox bəstəkarların əsərlərində həmin işarə "15" rəqəmi ilə qeyd edilir.)

Klassik yazılış tərzi:

Bax: Ole Lützow Holm (İsveç) - "CHIAROS-KURO". 1982.

4.

İşarə mətnin bir oktava aşağı çalınmasını tələb edir. Klassik yazılış tərzi:

Bax: Fərəc Qarayev (Azərbaycan) -"Cənab Bi-Layn - ekssentrik". 1997.

5.

İşarə mətnin iki oktava aşağı çalınmasını tələb edir. Klassik yazılış tərzi: . Paralel işarə. Klassik yazılışı eynidir.

Bax: Ole Lützow Holm - "CHIAROS-KURO". 1982.

6.

Bu işarə "do" (c2) notunu göstərir. "Do"nun 3-cü və 4-cü xəttlər arasında yerləşməsi "sol

açarı"na ( ) işarə olub, musiqi mətninin həmin açar-

da oxunmasını tələb edir. Bax: Haruo Asakava

(Yaponiya) "Piano-Sonaro". 1978.

7.

"Do notunun (C) işarə edən kvadratın 2-ci və 3-cü xəttlər arasında yerləşməsi "bas açarı"-

nı ehtiva edir. Klassik yazılışı: .

Bax: Haruo Asakava (Yaponiya) "Piano-Sonaro". 1978.

METRİK VƏ RİTMİK SİMVOLLAR

8.

İşarə yuxarıdakı bütün notların aşağıdakına nisbətən forşlaq kimi çalınaraq uzanmasını göstərir. Klassik yazılış tərzi:

 

 

Bax: Fərəc Qarayev (Azərbaycan) -"Cənab Bi-Layn - ekssentrik". 1997.

9.

Lüftpauza. Notlar və musiqi ibarələri arasında kiçik bir ara (nəfəs). Pauza kimi eşidilir, lakin metrik ölçüdə nəzərə alınmır.

Bax: Fərəc Qarayev (Azərbaycan) -"Cənab Bi-Layn - ekssentrik". 1997.

10.

Beş saniyə uzunluğu olan fermata.

Bax: Elmir Mirzəyev (Azərbaycan) - "ALSO, SIE SIND GEKOMMEN". 1997.

11.

"Tremolo"nun üstündəki işarə, onun dörd saniyə uzanacağını bildirir.

Bax: Luciano Berio (İtaliya) - "LUFT KLAVIER". 1985.

12.

Bu işarə altındakı musiqi ibarəsinin altı saniyəyə çalınmasını tələb edir. Notların metrik bərabərliyi arzu olunur.

Bax: Luciano Berio (İtaliya) - "LUFT KLAVI-ER". 1985.

13.

işarəsi 2 not əvəzinə 3 notun çalınmasını tələb edir. Nümu-nədəki üç notun iki onaltılıq metrik ölçü içində çalınması musiqi ibarəsinin

triol kimi səslənməsinə səbəb olur: .

İşarənin müxtəlif variasiyalarına rast gələ bilərik:

; ; ; və s.

Bax: Oleq Felzer (ABŞ) - "VESTIGE". 1993.

14.

Repriza arasındakı not və ya musiqi parçasının durmadan başdan sonadək təkrarının müəyyən qədər uzadılması. Repriza A) variantında ad. libitum (istənilən qədər), B) variantında isə 14 saniyə ərzində təkrar edilməlidir.

Bax: Fərəc Qarayev (Azərbaycan) - "Forst şəhəri üçün musiqi". 1992. Serqey Pavlenko (Rusiya) -"GAMES". 1980.

15.

Metrik işarə. Açar və yaxud takt başında duraraq əsərin (və ya taktın) metrik sayını

göstərir. Klassik yazılışı: .

Müxtəlif variantlarda rast gəlinir: ; ; ;

və s.

Bax: Oleq Felzer (ABŞ) - "VESTIGE". 1993.

Fərəc Qarayev (Azərbaycan) - "POSTLUDIO". 1991.

16.

"Boşluq"la liqalanmış notlar. İşarə, yazılmış not və ya akkordun qeyri-müəyyən vaxt ərzində uzanmasını tələb edir. Sonrakı notların çalınmasına əngəl törədirsə, barmaqla saxlamayaraq, yalnız pedalda qalır.

Bax: Serqey Pavlenko (Rusiya) -"GAMES". 1980.

17.

Notun partitura boyunca nisbi uzanıqlığı işarəsi (sərbəst metrik saylı kamera əsərlərində rast gəlinir). A) variantında not növbəti nota qədər uzanır. B) variantında işarə iki not arasında liqa kimi eşidilir. C) variantında əsas notun uzandığı vaxdta forşlaqların pedalla "təmizlənərək", əsas notu "çirkləndirilməməsi vacibdir.

Bax: Oleq Felzer (ABŞ) -"VESTIGE". 1993.

A.Raskatov (Rusiya) - "Dolce far niente".

1991.

18.

Sürəti dəyişən not qruplaşmaları:

A) variantında - sürəti sərbəst artan (not ölçüləri sərbəst kiçilən), B) variantında sürəti sərbəst azalan (not ölçüləri sərbəst böyüyən) not qruplaşmalarını görürük. A) variantında not ölçuləri

səkkizlikdən ( ) altmış-dördliyə ( ), B) variantında

isə əksinə hərəkət edir. C) variantında qruplaşmanın

verilmiş not ölçüsünün ( ) uzandığı vaxt ərzində ça-

lınması tələb olunur. Bu variantın müxtəlif variasiyaları ola bilər (verilmiş ölçülərin müxtəlifliyi).

Bax: Masamitsu Takahashi (Yaponiya) - "Cap-riccio per piano-forte". 1982.

19.

"Forşlaqabənzər" pedal. Bu işarə pedalın müəyyən uzunluqda (notdan daha qısa) olmasını tələb edir. Məsələn, nümunədəki pedal not ölçüsünün 1/4-i olaraq, ötəri bir səs "həcmi" yaradır.

Bax: Luciano Berio (İtaliya) - "ERDEN-KLAVI-ER". 1969.

20.

Təkrar olunan (repetisiya) not və interval passajları daxilində accel. və rit. işarələri. Nümunədəki intervalların çubuqları arasındakı məsafənin azalması tempin artmasını, məsafənin artması isə tempin azalmasının göstərir. A) variantında qruplaşma daxilində intervallar dəyişməz qalırsa, B) variantında intervallardakı notlar ardıcıl dəyişərək passajın sonunda başqa bir interval əmələ gətirir. Gördüyümüz kimi bu, passajın yeyin (cəld) hissəsində baş verir.

Bax: Masamitsu Takahashi - "Capriccio per piano-forte". 1983.

21.

Hər iki əldəki notların "improvizasiyavari" çalınması. Not ölçülərinin saxlanılması vacibdir. Ritmin sərbəstliyinə görə sağ və sol əllərin notları üst-üstə düşməyə bilər.

Bax: A. Raskatov (Rusiya) - "Dolce far niente". 1991.

KLASTERLƏR

Klaster sözü kiçik və böyük sekundalardan yaradılmış akkord, çoxsəslilik mənasını verir (Q. Kauellin termini). "Klaster" ingilis dilindən "yığın" kimi tərcümə olunur. Fortepianoda çox zaman zərb effektli, politonal səs "ləkəsi" kimi eşidilir. Klaster bəzən "zərb" təzyiqi ilə başqa spesifik effektlərin də yaranmasına səbəb olur ki, onları daha sonra nəzərdən keçirəcəyik.

22.

Klaster; H (böyük oktavanın si notası) və cis1 (I oktavanın do # notası) arasındakı bütün notlar akkord kimi vurulur. Klassik yazılışı (H və cis klasterə daxildir):

Bax: Fərəc Qarayev (Azərbaycan) - "Forst şəhəri üçün musiqi". 1992.

23.

Klaster; b1 (I oktavanın si b notası) və g2 (II oktavanın sol notası) arasındakı bütün notların akkordunu göstərir (b1 və g2 daxil olmaqla) .

Bax: Luciano Berio - "FEUERKLAVIER". 1989.

24.

F (böyük oktavanın notu) səsindən aşağı mümkün olduqca çox notun akkordu. Bu nümunədə klasterin aşağı sərhəddi yoxdur.

Klassik yazılış tərzi:

Bax: Fərəc Qarayev

(Azərbaycan) -"Cənab Bi-Layn - ekssentrik". 1997.

25.

A) variantı - "pentatonik" klaster. Göstərilmiş hüdudlarda (B1-Des1) bütün qara dillə-rin basılması tələb olunur.

Klassik yazılış tərzi:

 

B) variantı - ağ dillərdən yaranmış akkord (H1-D1). Çalınma və klassik

yazılış tərzi: .

 

C) variantı - göstərilmiş hüdudlarda (c - F) bütün notların çalınmasını tələb edir, lakin bu variantda alt hüdud

F (fa) deyil, Fis (fa #) olacaq.

Yazılışı və çalınma tərzi:

Bax: Hideaki Suzuki (Yaponiya) "Parodi for 2 pianos". 1977.

26.

A) variantı. Diatonik (ağ dillər) klaster. e1 (I oktavanın "mi" notu) və e2 (II oktavanın "mi" notu) arasındakı bütün ağ dillərin çalındığı akkord. Klassik

yazılış və çalınma forması:

B) variantı. Xromatik klaster. e1 və e2 arasındakı bütün notların çalındığı (bütün dillərin istifadə olunduğu) akkord. İki əllə də çalına bilər.

Bax: Fərəc Qarayev (Azərbaycan) - "POST-LUDIO". 1991.

 

 

27.

"Böyük" klaster işarələri.

A) variantında d1 (I oktavanın

"re" notu) və g2 (II oktavanın

"sol" notu) arasındakı bütün səslər akkord şəklində çalınır. Bu halda akkord artıq əllə deyil, dirsəklə çalınır (qolun biləkdən dirsəyə qədər olan hissəsi ilə) .

B) variantında klasterin hüdudları h (kiçik oktavanın "si" notu) və d3 (III oktavanın "re" notu) dilləridir. Dirsəklə çalınır (lazım olarsa, bilək və barmaqlardan da istifadə edilir) .

Bax: Nikolay Korndorf (Rusiya) - "Yarilo". 1981. Peter Wettstein (İsveçrə) - "UNELIAISON". 1992.

28.

Xromatik klaster işarəsinin daha bir variantı. d1 (I oktavanın "re" notu) və g2 (II oktavanın "sol" notu) arasındakı bütün notlar akkord halında çalınır (hər iki əl istifadə oluna bilər) .

Bax: Masamitsu Takahashi (Yaponiya) - "Capric-cio per piano-forte". 1982.

İFAÇILIQ ÜSULLARI İŞARƏLƏRİ

29.

"Qlissando" (gliss.) işarələri.

Klassik yazılışı:

A) variantı: ağ dillər boyunca glissando (ox boyunca çəkilmiş rəsm ağ dilləri göstərir) .

B) variantı: pentatonik glissando; qara dillərdə ifa olunur (ox boyunca çəkilmiş rəsm qara dilləri göstərir) .

C) variantı: piano simləri boyunca glissando.

Bax: Olqa Rayeva (Rusiya) "Fortepiano üçün 7 uşaq pyesi". 1995.

30.

Klaviaturanın sonuna qədər davam edən glissando. A) variantındakı glissando sərbəst başlaya bilirsə (istənilən notdan),

B) variantında başlanğıc notu göstərilmişdir (e notu).

Klassik yazılışı:

Üzərində + işarəsi durursa,

qlissando piano simlərində ifa olunur. + işarəsinin öndəki notlar üzərində durduğu və annulyasiya ("sıfırlaşdırla") (ord.) olunmadığı halda da qlissando simlərdə çalınır.

Bax: Elmir Mirzəyev (Azərbaycan) - "ALSO, SIY SIND GYKOMMYN". 1997.

Masaoki Okasima (Yaponiya) - "A starri night". 1982.

31.

Notlar arasındakı xətt "glissando" nu göstərir. A) və B) variantlarında "glissando" qara dillərdə ifa olunur (xətt üzərində alterasiya işarələri var) .

C) variantında ağ dil-lərdə sadə glissando, D) variantında isə paralel glissando göstərilir. Para-lel glissando iki əllə ifa olunur.

Bax: Masaoki Okasima (Yaponiya) - "A starri night". 1982.

32.

Pitsikato işarələri(pizzikato) - simli ələtlərdən götürülmüş spesifik ifa üsulu.

A), B) və C) variantlarında bu ifa üsulunun müxtəlif yazılış növləri göstərilir. Bu ifaçılıq effekti açıq simin "çimdiklənməsin-dən" irəli gəlir (bəzi əsərlərdə pizz. -nun dırnaqla deyil, metal və ya plastik predmetlərlə çalınması tələb olunur). Pizz. işarəsi not üzərində durursa, öncə pianoda notun simlərini tapmaq gərəkdir. Bunun üçün dili yüngülcə basaraq çəkicin hansı simlərə vurduğunu öyrənərək, o simləri qeyd etmək lazımdır (məsələn, təbaşirlə). İşarə gliss. üzərində durursa, o zaman gliss. həmçini simlərdə ifa olunur. Pizz. özündən sonra annulyasiya (sıfırlaşdırma) tələb edir. Annulyasiya baş vermirsə, pizz. işarəsindən sonra bütün notlar simlrədə çalınır (annulyasiya işarəsini daha sonra nəzərdən keçirəcəyik) .

Bax: Elmir Mirzəyev (Azərbaycan) - "ALSO, SIY SIND GYKOMMYN". 1997.

Beat Furrer (İsveçrə) - "POEMAS". 1984.

Nikolay Korndorf (Rusiya) - "Yarilo". 1981.

33.

 

 

"Flajolet" işarəsi (flag.).

 

 

Simli alətlərdən götürülmüş spesifik ifa üsulu. Nümunənin aşağı notu basılacaq dili, yuxarı notu isə eşidiləcək səsi göstərir. Flajoletlər obertonlar sxeminə görə oktava, kvinta, tersiya və s. növlərdə olur. Nümunədə biz oktava flajoletini görürük. Bu ifaçılıq üsulu, pianonun simlərinin müxtəlif yerlərdən barmaqla sıxılaraq, həmin notun başqa əllə çalınmasından irəli gəlir. Simlər müxtəlif yerdən basılanda, çəkicin zərbəsi ilə bir neçə müxtəlif səs (oberton) verə bilir. Flajoleti ifa etmək üçün öncə aşağıda yazılmış notun (simin) rombla yazılmış oáertonunun səslənəcəyi (barmaqla sıxılacağı halda) nöqtəni tapmaq və təáaşirlə işarə etmək gərəkdir. Təmiz flajolet yalnız áir nöqtədə tapılır və 1-2 mm. yanlışlıq áelə xaric səslərə gətirib çıxara áilər. Obertonlar sxeminə görə flajoletlər sim üzərində müxtəlif məsafələrdə yerləşir və bu da, simlərə görə belə, fərqlənir. Ona görə hər bir flajoletə diqqət göstərərk, əsərin ifasından əvvəl onları tapıb işarələmək lazımdır. İfa zamanı öncə rombun işarə etdiyi oberton bir əlin barmağı ilə sıxılır, sonra isə aşağıda yazılmış nota digər əllə basılır. Pianonun dərinliyində yerləşən flajoletlərin ifası zamanı pianoçu ayaq üstə durmalıdır.

Bax: Elmir Mirzəyev (Azərbaycan) - "ALSO, SIY SIND GYKOMMYN". 1997.

34.

 

 

Bu simvol "press" ("basqı") işarəsi kimi tanınır. Spesifik zərb effekti verən bir ifa üsuludur. Çalındıqda tonal, uzanan və boğuq bir səs verir. həmin ifa üsulu ilə çalmaq üçün öncə işarənin altındakı notun simini (simlərini) tapmaq və bir əlin barmağı ilə dibdən sıxmaq lazımdır. Bununla simin vibrasiyası minimal hala gətirilir (səsi boğulur) və yalnız bundan sonra, digər əllə not çalınır. Əsərin çalınması zamanı problemlərin yaranmaması üçün "press" altındakı simlər əvvəlcədən tapılıb işarə olunmalıdır.

Bax: Elmir Mirzəyev (Azərbaycan) - "ALSO, SIY SIND GYKOMMYN". 1997.

35.

 

 

Annulyasiya işarəsi ordinaro - "sadə" (lat. ) mənasını verir. Öncə yazılmış ifa üsulları işarələrini sıfırlamaq üçün, sadə ifa tərzinə keçmək üçün istifadə olunur. Ord. işarəsindən sonra əsər bir başqa yeni işarələrə qədər piano dillərində çalınır. Ord. işarəsinin olmadığı təqdirdə öncəki işarələr qüvvədə qalır.

Bax: Elmir Mirzəyev (Azərbaycan) - "ALSO, SIY SIND GYKOMMYN". 1997.

36.

Diminuendo quasi niente (ital. ) . Səsin tam sıfıra qədər (eşidilməyəcək dərəcədə) getdikcə azalmasını tələb edən işarə. Bu növ dim. -ların sonu səslənmənin susmasına gətirir.

Bax: Elmir Mirzəyev (Azərbaycan) - "ALSO, SIY SIND GYKOMMYN". 1997.

37.

 

 

 

Senza suono işarəsi.

 

 

Rezonans effekti verən ifa üsuludur. Səssiz basılmış not və akkordlara (senza suono - "səssiz" (ital.) ) digər əllə vurulmuş klaster (A variantı) və ya çalınmış passaj (B variantı) vasitəsilə təsir olunduqda, sonradan eşidilən rezonans səslərini göstərir. həmin effekt öncə səssiz basılmış not simlərinin xarici təsir vasitələrinə (klaster və ya passaj), rezonansından yaranır. Rezonans havanın və piano dempferinin titrəməsindən irəli gəlir. Klaster və ya passajın ifaçından sonra rombla yazılmış notlar efemer surətdə "havada qalır". Senza suono effektini almaq üçün öncə rombla yazılmış notları səssiz basaraq saxlamaq, sonra dicər əllə klaster, akkord və ya passajı çalaraq pauza vermək gərəkdir. Bu zaman "səssiz" akkord buraxılmır və efemer bir akkord (çalınma-mış) eşidilir. Bu ifa üsulunun zərb alətlərindən alındığı ehtimal olunur.

Bax: Fərəc Qarayev (Azərbaycan) - "Forst şəhəri üçün musiqi". 1992.

"POSTLUDIO". 1991.

38.

A) variantı - bir not üzərində "tremolo" işarəsi (repetisiya). Klassik yazılış və ifa tərzi:

 

 

B) variantında "tremolo" getdikcə sürətlənir. İfa tərzi:

 

C) variantında "tremolo"nun sürətinin artması (accel.) və azalması (rit.) tələb olunur. İfa tərzi və yazılışı:

 

"Tremolo" üzərində + işarəsi varsa, simlərdə çalınmalıdır.

Bax: Əli Əlizadə (Azərbaycan) - "Qədim səslər". 1998. Masoki Okasima (Yaponiya) - "A starri night". 1982.

39.

Mümkün qədər sürətli çalınması tələb olunan not qrupları (prestissimo possibile).

A) variantında qruplaşma sonrakı akkorda forşlaq kimi çalınırsa, B) variantında qruplaşma sərbəst passaj rolundadır. Qruplaşmaların kə-narındakı dəyərlər müxtəlif olur (otuzikilik, onaltılıq və s.). Bəzən bir əsər daxilindəki qruplaşmaların dəyərləri fərqlənir. Bu zaman onları fərqli sürətlərdə çalmaq lazımdır.

Bax: Ole Vlutzow-Holm (İsveç) - "CIAROS-KURO". 1982.

Beat Furrer (İsveçrə) - "POEMAS". 1984.

Fərəc Qarayev (Azərbaycan) - "POSTLU-DIO". 1991.