Kultoroloji Məsələlər:        
Əhmədbəy Ağaoğlunun      
mədəniyyət haqqında kulturoloji baxışlar  
 
Z. Dadaşzadə

      

(Birinci mәqalә)

öyük mütəfəkkirimiz Əhmədbəy Ağaoğlu özünün "Üç mədəniyyət" (İstanbul, 1927-ci il) kitabında İslam, Budda və Qərb mədəniyyətlərinə istinadən ümumiyyətlə mədəniyyət və onun spesifik təzahürlərinin tarixi, sosioloji və kulturoloji mahiyyətlərini tədqiq etmiş, xüsusilə xristianlıqdan Qərb sivilizasiyasına təkamülün və islam ölkələrində belə bir prosesi səciyyələndirən komporativ qənaətlərə gəlmişdir.

O, "mədəniyyət" kimi mücərrəd məzmunlu bir anlayışa öz konkret təfsirini verərkən belə bir fikri xüsusi olaraq vurğulayır ki, əgər bu məfhumda ifadə edilən məna əvvəlcə təsbit edilməzsə, sabit anlama gətirilməzsə, onda hər kəs bu anlayışı öz idrak və fəhminə görə qəbul edər və bununla da onu səciyyələndirmək yanlışlıqdan azad olmaz. Elə buna görə də yanlış anlama tərzinə yol verməmək və sözün əsl mənasında nədən söhbət getdiyini oxuculara çatdırmaq üçün mütəfəkkir "mədəniyyət" anlayışına hansı mənada təfsir etdiyini açıqlamağı ilkin məqsəd kimi qarşısına qoyur.

Məlum olduğu kimi mədəniyyət anlayışına müxtəlif təbirlərdə təriflər verilmişdir. Məhz bu amili nəzərdən qaçırmayan Ə.Ağaoğlu bütün tərifləri özündə ifadə edən, daha ümumi məzmun daşıyan bir mündəricəni təsbit edir. O sübut edir ki, mədəniyyət geniş əhatəli, onun strukturuna daxil olan ünsürləri ilə öz ifadəsini "həyat tərzi" anlayışında tapır və məhz buna görə də "mədəniyyət" demək - "tərzi-həyat" deməkdir qənaətinə gəlir. Mədəniyyət haqqında kulturoloji konsepsiyasını geniş mənada "həyat tərzi" anlamı zəminində hazırlayan kulturoloq belə bir açıqlama verir ki, burada "həyat" məfhumu ən geniş miqyaslı düşünüşə xidmət edir. Belə bir təfsirdə mədəniyyət təfəkkür və düşünüş tərzindən başlayaraq geyib-libas maddi şəkillərinə qədər həyatın bütün təzahürlərini özündə ehtiva edir. Ə.Ağaoğlu göstərir ki, mövcud müxtəlif çeşidli mədəniyyət zümrələrinin hər hansı birində ifadə tapan müəyyən bir sahəyə diqqət yetirilsə, onun əhatəsinə almış olduğu millətlərin çoxluğuna, yaşayış, cins, rəng, dil və sosial-psixoloji fərqlərinə baxmayaraq, onlarda bir sıra müştərək və ümumi xüsusiyyətlər görmək olar. Məhz bu müştərək xüsusiyyətlər həmin millətlərin və xalqların mənsub olduqları mədəniyyətin əsasını, ruhunu, mahiyyətini təşkil edir, onu başqalarından fərqləndirir və ayırır, məsələn islam həyat tərzi ilə tərbiyələnmiş və sosiallaşmış hər hansı adi bir adam İstanbuldan durub Mərakeşə, Əlcəzairə, Qahirəyə, Məkkəyə, Dəməşqə, Bakıya, Tehrana, Şiraza, Kabilə, Lahora, Kəlküttəyə və Səmərqəndə getsə, bu şəhərlərin heç birində özünü tamamilə yalqız-yabançı hiss etməz, başqa ictimai-psixoloji ab-hava duymaz, özünü az-çox alışmış olduğu mənzərələr və şəkillər, hərəkətlər və tövrlər arasında görər. Həmin ölkə və şəhərlərdə insanların geyim tərzləri, məişət formaları, adət və ənənələri az-çox onun öz evində, öz diyarında alışdıqlarına bənzər. Orada eyni sarıq, eyni əba, qadınlarda eyni yaşmaq, eyni kütləvi toplanma yerləri - məscidlər, eyni ibadətlər, eyni ozan, eyni ayinlər, eyni dualar və s. qarşıya çıxacaqdır.

Ə.Ağaoğlu bu oxşarlıq, bənzərlik cəhətlərini zahiri tərəfləri birləşdirən müştərək ünsürlər kimi səciyyələndirir və onları mədəniyyətin - həyat tərzinin maddi komponentləri kimi təfsir edir. Lakin o bu müştərəkliyi yalnız zahiri əlamətlərdə axtarmır, habelə, daha çox mahiyyət dərinliklərinə nüfuz edərək, zərurətə vararaq, bu oxşar xüsusiyyətlərin batinə, həyatın iç tərəfinə, insanların əhval-ruhiyyələrinə, anlama tərzlərinə, zehniyyətlərinə, bir sözlə mənəviyyata aid olan qatlarına qədər tədqiq edir, araşdırır. Mütəfəkkirin gəldiyi qənaətə görə, zəruri proses şəklini almış bu tarixi-mədəni intişar zəkaların məşğul olduqları mövzulara qədər sirayət edir. Məhz buna görə də təbii olaraq bir istanbullu bir mərakeşlini, bir kabillini, bir kəlküttəlini özü kimi düşünür, onları özünü məşğul edən mövzularla yaşayan, eyni surətdə anlayan kimi görür, qəbul edir.

Bizim mütəfəkkir bu universal halın digər mədəniyyət-həyat tərzi zümrəsinə, məsələn, Qərb və yaxud Avropa zümrələrinə mənsub olanlar arasında da mövcud olduğunu sübut edir. Məsələn, bir romalı Parisdə, yanada, Berlində, Londonda, aşinqtonda özünü mənsub olduğu mühitin çərçivəsində hiss edir. ə yaxud, Budda-Brahman həyat tərzinə alışmış bir yaponiyalı da Koreyada, Pekində, Tibetdə özünü özgə, yabançı hiss etmir.

Göründüyü kimi, Ə.Ağaoğlu öz konsepsiyalarında məhz bir mədəniyyət zümrəsinə mənsub olan xalqlar, millətlər arasındakı bu ümumi və müştərək xüsusiyyətləri həmin mədəniyyətin, həyat tərzinin mahiyyəti adlandırır.

Problemin nəzəri-kulturoloji təfsirini induktivə və deduktiv metodlardan istifadə etmək yolu ilə verən mütəfəkkir mədəniyyətin - həyat tərzinin mahiyyətində bir-biri ilə daxili, dialektik vəhdətdə olan iki tərəfin, iki qismin təsnifini aşkarlayır: maddi və mənəvi qism.

Maddi qism - geyim, libasların şəkli, binalarıntəqdimatı, ibadət və ayinlərin icra şəkillərindən ibarətdir.

Mənəvi qism isə, təfəkkür və hissiyyata aid olduğu üçün daha geniş dairə kəsb edir. Başqa cür deyilsə, hər bir həyat tərzinin özünəməxsus müştərək bir məfkurəsi - ideologiyası, bir zəka və zehniyyəti, dərk etmə tərzi vardır.

Ə.Ağaoğlu hər bir mədəniyyətin, müasir elmi-terminoloji meyarlarla deyilsə, sosial-psixoloji, mental mündərəcəsində müştərək bir əxlaqa, bir qiymət duyğusuna, müştərək bir xeyir və şər, gözəllik və eybəcərlik kimi estetik anlamlarına malik olması qənaəti ilə ümumiləşdirmə aparır.

Ə.Ağaoğlu XX əsrdə mədəniyyətdlərin yaxınlaşması tendensiyasına bir alim-mütəfəkkir səriştəsilə nəzərə alaraq, məhz onun inkişaf məntiqinə adekvat bir qənaətə gəlir ki, mədəniyyətlərin müasir mahiyyətini düzgün anlamaq üçün onların komporativ, tarixi-müqayisəli üsulla araşdırılması zamanın zəruri tələbidir. Məhz bu səbəbdən də o, Şərq-Qərb dixatomiyasının kulturoloji ölçülərlə qarşılaşdırır və çox orijinal nəticələrə gəlir. Sosiologiya və kulturologiya elmlərinə təzə konsepsiya verən mütəfəkkirin irsi bu baxımdan bizə zəngin material verir.Problemin nəzəri-kulturoloji təfsirini induktivə və deduktiv metodlardan istifadə etmək yolu ilə verən mütəfəkkir mədəniyyətin - həyat tərzinin mahiyyətində bir-biri ilə daxili, dialektik vəhdətdə olan iki tərəfin, iki qismin təsnifini aşkarlayır: maddi və mənəvi qism.

Maddi qism - geyim, libasların şəkli, binalarıntəqdimatı, ibadət və ayinlərin icra şəkillərindən ibarətdir.

Mənəvi qism isə, təfəkkür və hissiyyata aid olduğu üçün daha geniş dairə kəsb edir. Başqa cür deyilsə, hər bir həyat tərzinin özünəməxsus müştərək bir məfkurəsi - ideologiyası, bir zəka və zehniyyəti, dərk etmə tərzi vardır.

Ə.Ağaoğlu hər bir mədəniyyətin, müasir elmi-terminoloji meyarlarla deyilsə, sosial-psixoloji, mental mündərəcəsində müştərək bir əxlaqa, bir qiymət duyğusuna, müştərək bir xeyir və şər, gözəllik və eybəcərlik kimi estetik anlamlarına malik olması qənaəti ilə ümumiləşdirmə aparır.

Ə.Ağaoğlu XX əsrdə mədəniyyətdlərin yaxınlaşması tendensiyasına bir alim-mütəfəkkir səriştəsilə nəzərə alaraq, məhz onun inkişaf məntiqinə adekvat bir qənaətə gəlir ki, mədəniyyətlərin müasir mahiyyətini düzgün anlamaq üçün onların komporativ, tarixi-müqayisəli üsulla araşdırılması zamanın zəruri tələbidir. Məhz bu səbəbdən də o, Şərq-Qərb dixatomiyasının kulturoloji ölçülərlə qarşılaşdırır və çox orijinal nəticələrə gəlir. Sosiologiya və kulturologiya elmlərinə təzə konsepsiya verən mütəfəkkirin irsi bu baxımdan bizə zəngin material verir.

Ə.Ağaoğlunun kulturoloji baxışlarının təfsirinin ardını növbəti məqalələrimizdə oxuya bilərsiniz.