Ustadlarimizin xatirəsinə:
Zülfi Adıgözalov – 100 Böyük sənətkar mənəviyyətımızda yaşayır Ş. Hüseynov |
|
ər bir xalqın özünəməxsus, spesifik musiqi mədəniyyətinin təməl qatları vardır. Azərbaycan xalqının bütövlükdə musiqi dünyasının zəminində hətta onun hüdudlarından kənarda da intişar tapmış "xalq dühasının ən parlaq yaradıcılıq məhsulu", onun "musiqi dilinin... lüğət fondu" (Əfrasiyab Bədəlbəyli) olan muğamat fenomeni dayanır. Mənəvi aləmimizin bu musiqi kökümüzün həmişə pöhrələnən və yaşıl olan təzahürləri nəinki xalq mahnılarında, təsniflərdə, aşıq havalarında və rəqslərdə ifadə tapır, eyni zamanda peşəkar bəstəkar yaradıcılığına güclü təsir edən güclü ilham mənbəyi olur. Məlumdur ki, bəstəkarın hər hansı bir əsəri uzun müddət ifa edilməsə də, onun nə vaxtsa və haradasa səslənməsi perspektivi həmişə qalır. Bunun üçün dünya musiqi aləmi və eləcə də hər bir milli bəstəkar statik not sisteminə borcludur. Lakin milli xalq musiqimizin özünə-məxsus ifa dinamiklimyinə və improvizasiya imkanlarına malik olan muğamların milli-xəlqi özəlliyini not sistemi ilə adekvat saxlamaq olarmı? Əlbəttə, yox. Çünki xalq musiqisinin əsasən şifahi ənənəli funksional mahiyyətini özündə ehtiva edən muğamat kimi mənəvi bir fenomeni nota köçürmək onun ifa melismlərindən uzaq olan formal-statik mündərəcəsini tarixən saxlaya bilər, lakin canlı sənət təlqinini verə bilməz. Xalq musiqimizin bazisini təşkil edən muğamatın varlığına xalqın özünə təkrar-təkrar təlqin edən və bununla da onun həmişəyaşarlığını və həmişəyaşıllığını təmin edən muğamatçı-xanəndə zümrəsinin misilsiz tarixi rolu vardır. Azərbaycanın görkəmli muğam ifaçı-sənətkarı, xalq musiqi mədəniyyətini öz səsi, öz avazı və öz dəst-xəttilə yaşadan Zülfi Adıgözəlov bu tarixi-tipoloji zümrənin ən parlaq nümayəndələrindən biri olmuşdur. Məhz Z.Adıgözəlov kimi sənətkarların timsalında Azərbaycan milli muğam ifaçılığı özünün tipik yaşarlıq mövcudluğunu tapmış, məhz belə xəlqi xanəndələr özlərinin ifa yaradıcılığında başqaları üçün, estetik anlayışla desək, mimesis məktəbini, yəni təqlid olunma nümunələrini yaratmış və eyni zamanda muğamlarımızın tükənməz improvizasiya və ifa interpritasiyası imkanları ilə zənginliyini sübut etmişlər. Muğamın xanəndə təfsirində xalqın estetik zövqünə təsir dairəsində qorunub saxlanması və onun hər bir novator ştrixlərilə zənginləşdirilməsinin "Rast", "Şur", "Segah-zabul", "Mahur-hindi", "Hümayun" və s. Z.Adıgözəlova məxsus ifa təzahürlərinin estetik təlqini təsadüfi deyildir ki, muğamdan səriştəli xəbərdar olanlar olanların yaddaşında məşhur, istedadlı xanəndənin adı ilə təşbihə gətirilir: "Zülfi rasti", "Zülfi şuru", "Zülfi segah-zabulu", "Zülfi mahur-hindisi", "Zülfi hümayunu" və s. Bu cür ifaçılıq metaforaları hər xanəndəyə qismət olmayır. Belə təşbih-qiymətlər yalnız sənət korifeylərinə aid edilir. Z.Adıgözəlov da məhz korifey siqləti xanəndə zümrəsini yaradanlardan olmuşdur. Təbiidir ki, belələrini barmaqla saymaq olar, çünki onlar muğam ifaçılığının tipologiyasını hazırlamışlar. Məhz bu məntiqə uyğun olaraq muğamın tədrisində belə sənətkarların ifa mədəniyyətinin bənzərsiz əlamətləri xüsusi vurğulanır. Z.Adıgözəlovun muğamat ustası kimi ifaçılıq mədəniyyətiinə gətirdiyi ənənəçilik və novatorluq cizgi və ştrixlərinin istər sənətşünaslıq, istərsə də kulturoloji baxımlardan səciyyələndirilməsi zərurəti günün aktual tədqiqat problemlərindəndir. Çünki "Zülfi Adıgözəlov fenomeni"nin həmişəyaşarlıq sirləri bu gün kulturoloji meyarlardan işıqlanmalıdır. Azərbaycan muğam ifaçılığının xanəndə təfsirinin Z.Adıgözəlovun sənət şəxsiyyəti statusu və musiqi mədəniyyətimizin nəinki emosional-psixoloji, eyni zamanda rasional çatlarında yaşamasının reallığı bu gün öz aktuallığı ilə maraq doğurur. Z.Adıgözəlovun anadan olmasının 100 illiyi ilə Bakının Nardaran qəsəbəsində və S.Hacıbəyov adına Sumqayıt musiqi texnikumunda bu günlərdə xatirə tədbirlərinin keçirilməsi muğamsevərlərin yaddaşında xanəndənin sənətinə dərin rəğbət və hörmətin bariz real təzahürü kimi səciyyələndirilməsidir. Nardaran qəsəbəsində keçirilən xatirə tədbirinin özünəməxsus əlaməti vardır: muğam sənətinin sərrafı olan bu qəsəbə sakinləri tarixən hər xanəndəni toy və digər şənlik məclislərinə dəvət etməzlər; Z.Adıgözəlov bu qəsəbənin muğamsevərlərinin estetik zövqlərini oxşayan nadir xanəndələrdən olmuşdur. Xatirə tədbirə Azteleradionun diktoru Rafiq Haşımovun aparıcılığı ilə respublika televiziyası ilə də göstərilmişdir. Tədbirdə respublikanın xalq artisti Əlibaba Məmmədov klassik muğam ustası Z.Adıgözəlovun ifaçılıq məktəbinin xüsusiyyətlərini və onun məktəbinin Əbülfət Əliyev, Hacıbaba Hüseynov, İldırım Həsənov və b. davamçılarını xüsusi vurğuladı. Xanəndə Tələt Qasımov XX əsrdə muğam ifaçıları kimi üç böyük xanəndənin Seyid Şuşinski, Xan Şuşinski və Zülfi Adıgözəlovu xatırlatdı. Nardaran ağsaqqalları Hacı Zəki və Arif Muxtaroğlu xatirələr söylədilər. Nardaranlı, respublikanın əməkdar artisti Məmmədbağır Bağırov böyük xanəndə haqqında uşaqlıq xatirələrini danışdı, onun "şikəsteyi-fars" muğamının ifa variantını təsirli bir ovqatla yamsıladı. Tarix elmləri doktoru, Sovet İttifaqı qəhrəmanı Məzahir Abbasov xatirələrindən danışdı. Sənətşünaslıq doktoru E.Babayev, xalq artisti C.Əkbərov, Həkim Qəni, xalq artisti A.Qasımov və V.Abdullayev, tarzən S.İbrahimov, sənətşünaslıq doktoru R.Zöhrabov, sazəndə dəstələri (M.Müslümov, F.Dadaşov, N.Abdullayev və M.N.Əsədullayev) tədbirin fəal iştirakçılrı kimi çıxış edirlər. Sumqayıtda S.Hacıbəyov adına musiqi texikumunun direktoru Malik Quliyevin və şəhər icra hakiiyyətinin başçısı Şakir Abışovun fəal iştirakı ilə keçirilən tədbirdə respublikaının adlı-sanlı sənət adamları, musiqiçilər, bəstəkarlar Z.Adıgözəlovun haqqında öz ürək sözlərini söylədilər. Respublikanın xalq artistləri R.Mustafayev, Arif Babayev, Nəriman Əzimov, əməkdar artist M.B.Bağırov, müğənni Aygün Hümbətova Z.Adıgözəlovun yubileyi ilə bağlı çıxış və ifalarında onun sənətini yüksək qiymətləndirdilər. Ağsaqqallardan Zülfi kişi, Saray və Corat kəndlərinin sakinləri xanəndə haqında xatirələrini söylədilər. Böyük xanəndəmiz Z.Adıgözəlov xatirə və yaddaşlarda yaşayır. Çünki böyük sənətkarlar mənəvi baxımdan heç vaxt ölmürlər.
|