art
ayının 15-dә "Açıq Cәmiyyәt
- Azәrbaycan" Bakı mәdәniyyәt
vә incәsәnәt mәlumat mәrkәzindә
Azәrbaycan Respublikasının xalq artisti Vaqif
Mustafazadәnin yaradıcılığına hәsr
olunmuş WEB-saytın prezentasiyası keçirilib.
Prezentasiya mәrasimi ölkәmizin görkәmli
caz ustasının 60 illik yubiley tarixinә hәsr
olunmuşdur.
WEB-saytın
həyata keçirilməsində "Açıq Cəmiyyət - Azərbaycan" İnstitutu
və şəxsən İnstitutun icraçı müdiri cənab Devid Stabbs təşəbbüs
göstərərək sponsorluq etmişlər. Texniki köməklik məsələlərində
və, o cümlədən, INTERNET sisteminə yerləşdirilmə işində ABŞ Dövlət
Departamentinin mədəniyyət və təhsil bürosu - IREX/IATP - köməklik
göstərmişdir.
Proektin
müəllifi sənətşünaslıq elmləri doktoru Tariyel Məmmədov, redaktorlar
- Azad Ozan Kərimli və Xalid Məmmədov, rejissor - Xanlar Aslanov,
videomühəndis - Heydər Aslanov, səs mühəndisi Murad Şahbazi WEB-ustası
- Selvin Daşdəmirovdur. Həmçinin proyektin həyata keçirilməsində
Azərbaycanın musiqi mədəniyyəti Muzeyi, V. Mustafazadə adına humanitar
fondu,
V.
Mustafazadənin Ev muzeyi, V. Mustafazadə adına incəsənət məktəbi
də böyük köməklik göstərmişdirlər. İNTERNET oxucularına saytı
professor Fərhad Bədəlbəyli təqdim etmişdir.
Mərasimdə
IREX/IATP-nin Qafqaz üzrə regional koordinatoru cənab Vilyam Djensen
iştirak etmişdir.
Müasir
dövrdə kompyuter texnologiyalarının praktiki olaraq insanın bütün
həyat fəaliyyəti ilə bağlılığı şəraitində musiqi irsimizi gələcək
nəsillər üçün qorumaq və onlara çatdırmaq, milli musiqi mədəniyyətimizi
ümumdünya mədəni informasiya xəzinəsinə daxil etmək məqsədlərinə
xidmət edən bu kimi işləmələr ümumdünya oxucusunu respublikamızın
musiqili həyatı, onun elmi, təhsili və başqa-başqa musiqili proseslərilə
sərbəst yolla tanış etmək imkanı verir. INTERNET sistemi bu böyük
yolda ən real bazadır.
İndiki
zamanada multimidik saytların və onların daxilində olan videoqrafik
və audiovizual informativ vəsaitlərinin yaradılması metodikasının
inkişafı və geniş mənada istifadəsi artıq dərəcədə gərəklidir.
Elə bu səbəbə görə belə bir proyektin respublikamızda birinci
dəfə olaraq həyata keçirilməsi çox mühüm və qeyri-adi hadisədir.
Baxmayaraq ki, bu cür işləmə bizim üçün tamamilə yeni nümunədir,
onun yüksək səviyyəsi dünya standartlarına uyğundur.
Aprel
ayının 19-dan 21-nə kimi Qazağıstanda, Alma-Atı şəhərində INTERNET
sisteminin inkişafı və öyrənilməsi proyektləri koordinatorlarının
beynəlxalq görüşü keçirilmişdir. Həmin proyektlər ABŞ Dövlət Departamentinin
mədəniyyət və təhsil bürosu tərəfindən sponsorluq edilir. Görüşdə
bir sıra ölkələrin proyektləri təqdim edilmişdir: Belorusiya,
Moldova, Ğkrayna, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Azərbaycan,
Gürcüstan və Ermənistan. IATP proqramının Azərbaycandakı koordinatoru
Vitali İzmaylovun sözlərinə əsasən, bizim respublikamızdan təqdim
edilən V. Mustafazadənin yaradıcılığına həsr olunmuş WEB-sayt
xüsusi olaraq qeyd edilmişdir.
Diqqət
yetirilmişdir ki, proyekt yüksək informativ dərəcə daşıyır, ona
görə ki, həm elmi, həm populyar, həm biblioqrafikdir; bundan başqa
video-, foto- və, ən maraqlısı, səs materialı ilə təmin olunub.
Xüsusi
olaraq qeyd edilmişdir ki, belə bir sayt sponsorların yüksək səmərəli
əməkdaşlığını təqdim edir və bu cürə əməkdaşlıq Azərbaycan musiqi
mədəniyyətinin INTERNET-də yayılmasına və təbliğatına geniş imkanlar
açır.
Nəzərə
alsaq ki, ABŞ-da caz ən populyar bir musiqi istiqamətidir, V.
Mustafazadənin WEB-saytı dərhal böyük tələbat baxımından əks-səda
doğurmuşdur. Qeyri-adi orijinal bir fakt kimi cazın və muğamın
sintezi və Azərbaycanda bu istiqamətin inkişaf yolu bütün dünyanın
caz pərəstişkarlarının böyük marağına səbəb olub.
WEB-saytın
əsas məqsədləri ilə ətraflı tanış olmaq üçün proyektin müəllifi
Tariyel Məmmədova müraciət etdik.
T.
M. - Bildiyiniz kimi, belə proyektlərin əsas məqsədi Azərbaycanın
musiqi mədəniyyətinin müasir elektron vasitələrlə INTERNET sistemində
yayımıdır.
V.
Mustafazadənin WEB-səhifəsi iki dildə - ingilis və Azərbaycan
dillərində yaradılmışdır. İngilis versiyası bütün dünya oxucularını
təqdim edilən məlumatla tanışlığı üçün bir yoldur, elektron məlumatlarla
iki dildə istifadə edilməsi bütün türk və, o cümlədən, Azərbaycan
dilli oxucuların canlanması, fəallaşmasına və onların bütün dünyada
yerləşmiş musiqili mərkəzləri, fondları, institutları və i. a.
təşkilatlarını əməkdaşlığın operativ rejiminə daxil edilməsi üçün
daha geniş imkanlar yaradır. Demək lazımdır ki, V. Mustafazadənin
WEB-saytı distant təhsil üzrə tədris və idrak prosesinə daxil
edilə bilər.
Bundan
başqa, WEB-saytın metodik və biblioqrafik vəsait xüsusiyyətli
işlənməsi və yeridilməsi gələcəkdə onun Azərbaycan musiqi mədəniyyətinin
on-line kataloquna daxil olacağını nəzərdə tutur.
Faktiki
olaraq, bu proyekt multimidik saytların sistem üzrə metodikasının
qurulmasında birinci mərhələdir və rəqəmli məlumatı qorumaq məqsədi
ilə CD-ROM-da informativ yazıların əsası ola bilər.
Belə
işləmə əsl mənada hər bir mədəniyyət xadiminin yaradıcılığı haqqında
hərtərəfli kompakt bir elmi-didaktik vəsaitdir.
Gələcəkdə
biz elektron multimidik bilgi (məlumat)- soraq kitablarının azərbaycan,
ingilis və rus dillərində yaradılmasını planlaşdırırıq: məsələn,
Azərbaycan bəstəkarları və musiqişünaslarının musiqili soraq kitabını;
musiqili nəşrlərin kitabxanası; elmi və not vəsaitlərinin elektron
kitabxanası və i. a.
Bu
cür işləmələrin və proyektlərin əsas üstünlüyü odur ki, məlumatın
operativ işlənməsi aparıla bilər və ən yeni və qabaqcıl informasiyanı
lazımlı şəkildə daxil etmək olar.
Bu
gün biz yeni proyektlərin üzərində artıq dərəcədə çalışırıq, və
bu proyektlər də çox mühüm və bəlkə də, əsas məna daşıyırlar.
III minilliyə Azərbaycan musiqisinin ən əhəmiyyətli yadigarlarını
çatdırmaq bizim ən xoş niyyətli məqsədimizdir.