Beynəlxalq Musiqi Kolleksiyasında
(BMK-NSA) könüllü şəkildə çalışdığım altı aylıq bir müddətdə oradakı
kartoteka kataloqunun kompyüterə köçürülməsi işinə kömək etdim.
BMK-da saxlanılan 10 000, yaxud 78 rpm diskin içərisində rastlaşdığım
səs yazılmış 460 düymlük vallar məndə çox maraq oyatdı. Bir qismi
Qafqazda, digər bir qismi isə Türküstanda (indi mərkəzi Asiya deyilir)
yazılmış bu vallar Tiflisdə fəaliyyət göstərən Qrammofon Şirkətinin
Regional Ofisi tərəfindən buraxılmışdı və Birinji Dünya Müharibəsinədək
olan dövrü əhatə edir.
1901-ji ildə Tiflisdə fəaliyyətə
başlayan Qrammofon Şirkəti 1918-ji ilədək işləyirdi. Fəqət, həmin
il başlanan müharibə şirkəti regionu tərk etməyə məjbur etdi və
Rusiyada inqilabın başlanması sonradan şirkətin öz işinin bərpasına
imkan vermədi.
Qrammofon şirkətinin buraxdığı hər
bir val in-cə-sə-nət aləmində nadir bir hadisədir və onların hamısı
bütövlükdə sovet hakimiyyətinədək olan dövrlərdə regionun mədəni
həyatının təsvirini canlandırır. Buraxıldıqdan sonra zəmin valların
mənsub olduğu regionda satıldığını nəzərə alsaq, o zaman bunların
BMK-ya nə şəkildə düşdüyünü təsəvvür etmək çətin deyil. Bunlardan
10-u iqtisadçı, səyyah və jurnalist Filips Praysın qızı tərəfindən
hədiyyə edilib. 1912-ji ildə Türküstan ərazisi ilə keçərək uzun
bir məsafə qət edən Prays Monqolustanadək səyahət edərək ”Sibir’’
kitabını yazıb. O, region haqqında ”Namə’lum Monqolustan’’ adlı
oçerkin müəllifi Duqlas Karruzersi müşayiət etmişdir. Əlamətdar
haldır ki, Prays 1997-ji ildə yazılmış vallardan biri istisna olmaqla
qalanlarını həmin səyahət zamanı toplamışdır. 1909-ju ildə yazılmış
sayı 36-ya çatan valların bir yaxud iki kolleksioner tərəfindən
satın alındığı güman edilir.