“Ənənəvi – innovativ” dixotomiyası bədii yaradıcılığın tədqiqində böyük önəm kəsb edir. Çox vaxt bu cütlükdə ənənəvi komponent neqativ səciyyə ilə yüklənir. Lakin təcrübə göstərir ki, müasir mərhələdə ənənələrin yaradıcı tətbiqi mühüm bədii nəticələrə gətirib çıxara bilər. Ənənələr bəstəkarları fəal axtarış və cəsarətli bədii təcəssümə necə sövq edir? Məqalədə bu suala cavab axtarılır. Qeyd olunan problem təşəkkül və inkişafı zəngin milli ənənələrin (muğam, aşıq sənəti) müasir bəstəkarlıq texnikası və üsulları ilə uzlaşması yollarının axtarılmasından ibarət olan Azərbaycan akademik musiqisinin timsalında aydınlaşdırılır. Yeni cəhətlər, ilk növbədə, milli elementin gözə çarpan icrası səviyyəsində – ritmik, modal, intonasiya aspektləri vasitəsilə özünü göstərir, məsələn, “muğam sonorikası”nı doğurur. Milli musiqi təfəkkürü prinsiplərini təcəssüm etdirmək istəyi (dərin yanaşma) forma və xüsusi inkişaf tipinin qurulması qanunlarını diktə edir, statiklik, total variantlılıq, improvizasiya prinsipinin üstünlüyünü doğurur. Müəllif əsas müddəalarını illüstrasiya edərkən Aqşin Əlizadə, Fərəc Qarayev, Firəngiz Əlizadə, Rəhilə Həsənova, Cavanşir Quliyevin əsərlərinə üz tutur. Məqalədə Azərbaycan bəstəkarlarının yaradıcılığında bədii kəşflərin aşkarlanmasına, milli təfəkkürlə bağlı modellərin müəyyən edilməsinə cəhd göstərilir. Qloballaşma, milli özünəməxsusluğun “aşınması” kontekstində təqdim olunan nümunələrin müxtəlifliyi ənənələrin çağdaş sənətdə səmərəli rolunu, onların akademik musiqinin bütün bədii vasitələri sisteminin yenilənməsi üçün zəngin imkanlarını sərgiləyir.
Açar sözlər: “ənənəvi-innovativ” dixotomiyası, muğam, simfoniya, milli təfəkkür prinsipləri, bədii kəşf, variantlılıq, minimalizm, passion, “total musiqi”The dichotomy of “traditional - innovative” is one of the constants for the study of artistic creativity. Often the traditional component in this pair of phenomena was endowed with negative characteristics. However, practice shows that the creative embodiment of traditions leads to significant artistic results. The purpose of this article is to reflect how the traditions of musical culture stimulate composers to actively seek bold decisions. The stated problem is elucidated by the example of Azerbaijani academic music, the whole path of formation and development of which is the search for ways of interaction between rich national traditions (mugham, ashig art) with modern techniques and methods of composition. Innovations manifest themselves, first of all, at the level of the visible implementation of the national element - through the rhythmic, modal, intonational aspects, giving rise, for example, to “mugham sonoristics”. The desire to embody the principles of national musical thinking (in-depth approach) dictates the laws of building the form and a special type of development: hence the static, total variation (variability), and the predominance of the improvisational principle. The main provisions of the article are illustrated by the works of Agshin Alizade, Faraj Garayev, Frangiz Alizade, Rahilia Hasanova, Javanshir Guliyev. The result of the research is the identification of the artistic revelations, cognitive models associated with national thinking in the works of Azerbaijani composers. In the context of globalization, the leveling of cultural identity, the presented variety of examples demonstrate the fruitful role of traditions in contemporary art, their wide opportunities for updating the entire system of artistic means of academic music.
Keywords: dichotomy of “traditional - innovative”, mugham, symphony, principles of national musical thinking, artistic revelation, variation, minimalism, passion, “total music”