Hazırkı məqalə Azərbaycan caz musiqisində ən əhəmiyyətli və maraqlı yaradıcı təmayüllərdən biri olan etno-caz istiqamətinin təşəkkülü probleminə həsr olunmuşdur. Bu proses nəticəsində Azərbaycan caz ifaçılığında 1950-60-cı illərdə formalaşan sənətkarların, xüsusən Rafiq Babayev və Vaqif Mustafazadənin yaradıcılığına xüsusi diqqət ayrılır. Müəllif ilk əvvəl ümumdünya caz tarixində etno-caz istiqamətinin formalaşmasına gətirib çıxaran amilləri araşdırır. Bu amillər sırasında 1930-50-cı illərdə caz sənətində yaranmış bir-sıra üslublar, modal texnika, caz-rok kimi istiqamətlər nəzərdən keçirilir. Azərbaycanda etno-caz istiqamətinin yaranmasının rüşeymləri Tofiq Quliyev və Rauf Hacıyev kimi bəstəkarların yaradıcılığına gedib çıxır. 1960-cı illərdə fəaliyyət göstərən iki əsas caz ifaçısı, pianoçu və bəstəkarlar olan Rafiq Babayev və Vaqif Mustafazadə bu istiqamətin Azərbaycan caz sənətində klassik təməlini formalaşdırır. Məqalədə hər iki ifaçının fortepiano pyesləri – Tofiq Quliyevin “Arzular” romansı, R.Hacıyevin “Sevgilim” mahnısı, R.Babayevin 1 saylı fortepiano prelüdü təhlil edilir və onların əsas cəhətlərini üzə çıxaran qənaətlər açıqlanır.
Açar sözlər: Azərbaycan cazı, modal caz, etno-caz, Rafiq Babayev, Vaqif Mustafazadə
Этно-джазовое направление в Азербайджанской джазовой музыке и его проявление в композиторском творчестве
Данная статья посвящена проблеме формирования этно-джазового направления, одного из самых значительных и интересных творческих направлений в Азербайджанской джазовой музыке. Как результат этого процесса особое внимание уделяется творчеству художников, сформировавшихся в Азербайджанском джазовом исполнительстве в 1950-60-е годы, в частности Рафика Бабаева и Вагифа Мустафазаде. Автор исследует факторы, приведшие к формированию этно-джазового направления в общемировой истории джаза, а также в истории азербайджанского джаза. В числе этих факторов рассматривается ряд стилей, возникших в джазовом искусстве в 1930-50-е годы, таких направлений, как бибоп, кул-джаз, модальная техника, джаз-рок. Истоки возникновения этно-джазового направления в Азербайджане восходят к творчеству таких композиторов, как Тофик Гулиев и Рауф Гаджиев. Рафик Бабаев и Вагиф Мустафазаде, два главных джазовых исполнителя, пианисты и композиторы, работавшие в 1960-е годы, формируют классическую основу этого направления в Азербайджанском джазовом искусстве. В статье представлены фортепианные пьесы обоих исполнителей – романс «Арзулар» Тофика Кулиева, песня «Севгилим» Рауфа Гаджиева, фортепианная Прелюдия № 1 Р.Бабаева и раскрываются выводы, раскрывающие их основные аспекты.
Ключевые слова: Азербайджанский джаз, модальный джаз, этно-джаз, Тофик Кулиев, Рауф Гаджиев, Рафик БабаевEthno-jazz direction in Azerbaijani jazz music and its manifestation in composer's creativity
This article is devoted to the problem of the formation of ethno-jazz direction, which is one of the most important and interesting creative trends in Azerbaijani jazz music. As a result of this process, special attention is paid to the creativity of artists, especially Rafig Babayev and Vagif Mustafazadeh, who were formed in the 1950s and 60s in Azerbaijani Jazz. The author first examines the factors that led to the formation of the ethno-jazz direction in the history of world jazz. Among these factors, a number of styles, modal techniques, jazz-rock, which appeared in jazz art in the 1930s and 50s, are considered. The origins of the ethno-jazz direction in Azerbaijan go back to the work of composers such as Tofig Guliyev and Rauf Hajiyev. Rafig Babayev and Vagif Mustafazadeh, two major jazz performers, pianists and composers, who worked in the 1960s, form the classical foundation of this direction in Azerbaijani jazz art. The article contains piano plays by both performers – a romance "Thoughts" by Tofig Guliyev, song “Beloved” by Rauf Hadjiyev, Rafig Babayev's piano prelude No. 1 is analyzed and the conclusions revealing their main features are disclosed.
Keywords: Azerbaijani Jazz, modal jazz, ethno-Jazz, Tofig Guliyev, Rauf Hadjiyev, Rafig Babayev