Təqdim olunan məqalədə müxtəlif illərdə opera janrında yazılmış əsərlərdə valideyn-övlad münasibətləri araşdırılmışdır. Məqalədə Qərbi Avropa, Rusiya və Azərbaycan bəstəkarlarının bəzi operalarında ata, ana və onların övladları arasında münasibətlərin əsərin süjet xəttinə təsiri məsələləri nəzərdən keçirilmiş və əldə olunmuş nəticələr ümumiləşdirilmişdir. Məqalədə C.Verdinin “Riqoletto” və “Aida”, A.Darqomıjskinin “Su pərisi”, A.Borodinin “Knyaz İqor”, A.Rimski-Korsakovun “Qar qız” və “Çar gəlini”, Ü.Hacıbəylinin “Koroğlu”, F.Əmirovun “Sevil” və F.Əlizadənin “İntizar” operaları araşdırılmışdır. Nəzərdən keçirilən bu operalarda valideyn-övlad münasibətləri, eləcə də ailə dəyərləri çərçivəsində obrazların psixoloji vəziyyətləri araşdırılmışdır. Məqalədə ilk dəfə olaraq, opera janrında yazılmış əsərlərdə valideyn-övlad münasibətləri tədqiq edilmiş və hər bir əsərdə məzmundan asılı olaraq, bu mövzuya yanaşma tərzinin xüsusiyyətləri işıqlandırılmışdır. Nəzərə çatdırılmışdır ki, valideyn-övlad münasibətlərində saf hisslərlə yanaşı, düzgünlük və ədalətlik prinsipinə riayət olunması nəzərə çarpan cəhətdir. Həmçinin, valideyn-övlad münasibətlərinin operalarının musiqi dilində ifadə olunması və süjet xəttinin inkişafının istiqamətlənməsində əhəmiyyəti vurğulanmışdır.
Açar sözlər: bəstəkar, opera, valideyn-övlad münasibətləri, ariya, ariozo, dramaturji inkişafВ представленной статье рассматриваются родительско-детские отношения в произведениях оперного жанра, написанных в разные годы. В статье в некоторых операх западноевропейских, русских и азербайджанских композиторов рассмотрено влияние отношений между отцами, матерями и их детьми на сюжетную линию произведения и обобщены полученные результаты. В статьe рассмотрены оперы «Риголетто» и «Аида» Дж.Верди, «Русалка» А.Даргомыжского, «Князь Игорь» А.Бородина, «Снегурочка» и «Царская невеста» А.Римского-Корсакова, «Кероглы» Уз.Гаджибейли, «Севиль» Ф.Амирова и «Интизар» Ф.Ализаде. В этих операх исследована психологические состояния героев, а также семейные ценности в рамках родительско-детских отношений. В статье впервые исследуются родительско-детские отношения в произведениях, написанных в оперном жанре, и в каждом произведении в зависимости от содержания оперы выделены особенности подхода к этой теме. Отмечено, что в родительско-детских отношениях наряду с чистыми чувствами заметным аспектом является соблюдение принципа справедливости. Также подчеркивалось значение родительско-детских отношений в музыкальном выражении опер и в направлении развития сюжетной линии.
Ключевые слова: композитор, опера, родительско-детские отношения, ария, ариозо, драматургическое развитиеIn the presented article, parent-child relationships are considered in works of the opera genre, written in different years. In the article, in some operas of Western European, Russian and Azerbaijani composers, the influence of relations between fathers, mothers and their children on the storyline of the work is considered and the obtained results are summarized. The article examines the operas “Rigoletto” and “Aida” by G.Verdi, “Rusalka” by A.Dargomyzhsky, “Prince Igor” by A.Borodin, “The Snow Maiden” and “The Tsar’s Bride” by A.Rimsky-Korsakov, “Korogly” by Uz.Hajibeyli , “Sevil” by F.Amirov and “Intizar” by F.Alizadeh. These operas explore the psychological states of the characters, as well as family values within parent-child relationships. The article is the first to explore parent-child relationships in works written in the operatic genre, and in each work, depending on the content of the opera, the features of the approach to this topic are highlighted. It is noted that in parent-child relationships, along with pure feelings, a noticeable aspect is adherence to the principle of justice. The importance of parent-child relations in the musical expression of operas and in the direction of the development of the storyline was also emphasized.
Keywords: composer, opera, parent-child relations, aria, arioso, dramaturgical development