eyli
vaxt idi ki, Azərbaycanın ən məşhur, ən gözəl, ən şöhrətli qadınlarından
biri Qəmər xanım Almaszadə haqqında, janrından asılı olmayaraq,
nəsə hazırlamaq istəyirdim. Sözün düzü, xeyli vaxt dedikdə bu istəyin
məndə nə vaxtdan yarandığını dəqiq deyə bilmərəm. Çünki, hələ tələbəlik
illərində, konservatoriyada oxuduğum zaman məndə Qəmər xanımın şəxsiyyətinə,
adına böyük maraq oyanmışdı. Həmişə onunla yaxından tanışlıq, səsini
dinləmək, xatirələrini eşitmək arzusunda olmuşam.
1992-ci
ilin yanvar ayından Azərbaycan Dövlət Televiziyasında işləməyə dəvət
olundum. Elə o vaxtdan da ilk Azərbaycan balerinası, səhnəmizin
şahzadəsi Qəmər xanım Almaszadə haqqında televiziya verilişi hazırlamaq
istəyi məni rahat buraxmırdı. Lakin hər dəfə göstərdiyim cəhdlər
boşa çıxır, mən veriliş hazırlamaq planımı ildən ilə keçirirdim.
Keçən ilin əvvəllərindən başlayaraq XX əsr Azərbaycan mədəniyyəti
salnaməsinin televiziya variantını hazırlamağı qərara aldım. Yüzilliyin
son ilində mədəniyyətimizin keçdiyi şərəfli yola bir daha nəzər
salmaq məqsədi ilə "Azərbaycantelefilm" Yaradıcılıq birliyində 20
filmdən ibarət sənədli filmlərin çəkilişinə razılıq aldım. Neç şübhəsiz
ki, bu çox məsuliyyətli, olduqca ağır və gərgin zəhmət tələb edən
bir layihədir. Eyni zamanda bu iş şərəfli olmaqla yanaşı məndən
və bütün yaradıcı qrupumuzdan böyük məsuliyyət tələb edir. 20 filmdən
ibarət "Hər şey olduğu kimi" silsiləsinin bir filmini mütləq əfsanəvi
Qəmər xanıma həsr etməyi planlaşdırmışdım. Çünki Qəmər xanım XX
əsrdə Azərbaycan mədəniyyətinin ən parlaq, ən təkrarolunmaz simalarından
biri olmaqla yanaşı, həm də əsrin son ilində, yəni 2000-ci il mart
ayının 15-də onun 85 yaşı tamam olurdu. Mən hər vasitə ilə Qəmər
xanımla görüşməyə can atırdım. Lakin onun yaxınları hər dəfə sevimli
sənətkarın səhhətinin ağır olduğunu bildirərək, görüşməyimizə imkan
yaratmırdılar. Qəmər xanımın qardaşı, qocaman teatr rəssamı Ənvər
Almaszadəni, qardaşı oğlu bəstəkar Çingiz Almaszadəni heç cür yola
gətirə bilmirdim. Bu filmin çəkilişinin tarixi bir hadisə, gələcək
nəsillər üçün vacib olması haqqında söylədiyim fikirlər də karıma
gəlmirdi. Nəhayət, Çingizdən tam açıq danışmağı, bütün çılpaqlığı
ilə hər şeyi izah etməsini tələb etdim. Çingiz xeyli tərəddüd keçirdikdən
sonra əsəbi halda bildirdi: "Mənim bibim bugünkü vəziyyətində tamaşaçıların
qarşısına çıxa bilməz. Siz başa düşməlisiniz ki, o, cavanlığında
çox gözəl və yaraşıqlı bir qadın olub. Qəmər xanım canlı əfsanədir.
Qoy insanların yaddasında elə də qalsın. Biz istəmirik ki, tamaşaçılar
onu bu vəziyyətdə görsünlər. O, artıq yaşa dolub. Yaddaşı korlanıb.
Bir saat bundan əvvəlki hadisəni belə xatırlamır. Yalnız keçmiş
günləri ilə yaşayır. Ona görə də qorxuruq ki, film yaxşı alınmasın..."
Sözün
açığı mən Qəmər xanımın yaxınlarının təşvişini başa düşürdüm. Çingiz
Almaszadə ilə şərtləşdik ki, biz çəkilişlərə başlayaq. Əgər Qəmər
xanıma layiq film alınmasa, efirə buraxmarıq. Bir sözlə, uzun mübahisələrdən
sonra çəkilişə başlamaq üçün razılıq əldə etdik. Çəkiliş gününü
də təyin etdik. Mən çəkilişə bir neçə gün qalmış ssenarini bütünlüklə
dəyişməli oldum. Tamamilə yeni bir forma taparaq klassik sənədli
film janrından imtina etməyi qərara aldım. Mən Qəmər xanımla bağlı
Azərbaycan Dövlət foto-kino arxivində qorunan bütün kinokadrları
əldə edərək onları video kassetə köçürdüm və özümlə videomaqnitofon
götürərək həmin arxiv kadrlarını Qəmər xanıma göstərdim. Qəmər xanım
bu kadrları gördükcə 50 il, 60 il bundan əvvəlki dövrə qayıdaraq
həyatında, yaradıcılığında baş verən bütün hadisələri yenidən yaşamağa
başladı. Bu priyom sanki onun yaddaşını silkələdi. O, uşaqlıq dövründən
başlayaraq son vaxtlara qədər özü ilə bağlı verdiyim bütün suallara
aydıncasına cavab verirdi. Kameramız da bütün bunları çəkirdi. Həqiqətən
də olduqca maraqlı bir film alındı. Filmlə bağlı Qəmər Almaszadə
haqqında əldə etdiyim məlumatları istəkli oxucularla bölüşmək istəyirəm.
Qəmər
Almaszadə 1915-ci il mart ayının 15-də Bakıda anadan olub. Ğşaqlıq
illəri Azərbaycan tarixinin çox ziddiyyətli bir dövrünə təsadüf
etsə də, eyni zamanda bu dövr mədəniyyətimizin, incəsənətimizin
formalaşdığı, inkişaf etdiyi bir dövr idi. Bakıda bir neçə teatr
fəaliyyət göstərirdi. Üzeyir bəy Hacıbəyov musiqimizin, mədəniyyətimizin
inkişafı üçün yeni cığırlar açır və həmkarları ilə gələcəkdə bütün
dünyanı heyrətə gətirəcək böyük bir məktəbin əsasını yaradırdı.
O
dövrdə Bakıda balet məktəbi yox idi. Sadəcə olaraq 1923-cü ildə
özəl, şəxsi bir studiya yaradılmışdı. Bu balet studiyasında əsasən
qeyri millətlərdən olan uşaqlar məşğul olurdular. Kiçik Qəmərlə
qonşu olan bir rəfiqəsi də həmin studiyaya yazılır və müəllimlərdən
öyrəndiyi hərəkətləri evə gəlib Qəmərə göstərirdi. Qəmər rəfiqəsinə
həsəd apararaq hər gün onun balet studiyasından qayıtmasını səbirsizliklə
gözləyir və öyrəndiyi yeni rəqs hərəkətlərini təkrarlamağa tələsirdi.
Getdikcə Qəmərin rəqsə, baletə olan marağı, həvəsi onu nəhayət ki,
studiyaya gətirir. O, evdəkilərdən xəbərsiz rəfiqəsi ilə balet studiyasına
gəlir. Bu studiya şəxsi olduğuna görə ora yazılmaq üçün 6 manat
pul ödəmək lazım idi. Balaca qızcığaz heç kimə bildirmədən bir müddət
studiyaya ödəmək üçün xəlvəti pul toplamağa başlayır. 5 manat topladıqdan
sonra yenidən studiyaya gəlir. 1 manat çatmasa da müəllimləri onun
baletə olan həvəsini görüb Qəməri studiyaya qəbul edirlər. Beləcə,
əfsanəvi balet ustası çox parlaq və şöhrətli yaradıcılıq yolunun
ilk cığırlarını keçməyə başlayır. Qəmər elə ilk gündən müəllimlərinin
diqqətini özünə cəlb edərək sonsuz həvəslə verilən bütün tapşırıqları
yerinə yetirir. O, studiyada oxuyan sagirdlərin iştirakı ilə oynanılan
"Billur çarıq və Zoluşka", "Karnaval", "Sehirli fleyta", "Koppeliya",
"Kavaleriya düşərgəsi" və b. tamaşalarda çıxış edir.
1926-cı
ildə Qəmərin həyatında əlamətdar və maraqlı bir hadisə baş verir.
Opera teatrının səhnəsində balet studiyasının şagirdləri L. Delibın
"Koppeliya" əsərini oynayırdılar. Qəmər də bu tamaşada iştirak edir.
İkinci akt başlanır. Pərdə açılır. Ğsta Koppeliusun düzəltdiyi kuklalar
səhnədə düzülüblər. Zalda tam sakitlikdir. Birdən zalda oturan uşaqlardan
biri qışqırır:
"-
Ana, ana! Bax, o, Qəmərdir". Cəhrayı rəngli çox gözəl paltarda olan
kukla - Qəmər hərəkətə gəlir. O, səhnənin önünə yaxınlaşaraq onu
görüb qışqıran qardaşı Ənvəri sakit olmağa çağırır. Sonra yerinə
qayıdaraq yenidən "cansızlaşır" və kuklaya çevrilir. Tamaşaya mane
olduqlarına görə Qəmərin qardaşı Ənvəri və anasını zaldan çıxarırlar.
Balaca Qəməri də tamaşadan sonra müəllimləri möhkəm danlayırlar.
Lakin sonralar hamı bu hadisəni bir lətifə kimi sevə-sevə, gülə-gülə
xatırlayırdı. Onu da qeyd etməliyəm ki, Qəmərin baletlə məşğul olmasından
atasının uzun müddət xəbəri yox idi. O, bu haqda yalnız anasına
söyləmişdi. Anası qızının baletə olan sonsuz həvəsini görüb studiyada
dərslərini davam etdirməyə razılıq vermişdi. "Koppeliya" tamaşasında
sonra Qəmərin atası qızının xəlvəti məşğuliyyətindən xəbər tutur.
Bu xəbər onu dəhşətə gətirir. Atası heç cürə qəbul edə bilmir ki,
qızı teatrda səhnəyə çıxıb tamaşalarda iştirak edir. Qəmər xanım
atasının qəzəbini belə xatırlayır: "Atam baletlə məşğul olmağımı
və səhnəyə çıxdığımı biləndə qəzəbindən evdə hər şeyi sındırıb dağıtmağa
başladı. Mən qorxumdan gizlənmişdim. O, məni tapanda gizləndiyim
yerdən çıxıb otağın ortasındakı dəyirmi stolun ətrafında dövrə vurmağa
başladım. Atam əlində ağacla qaçaraq qışqırırdı: "Səni öldürəcəyəm.
Ay qız, sən dəli olmusan? Məşədi Hacıağanın qızı... açıq camaatın
qabağına çıxır. Bu nə deməkdir? Öldürəcəyəm səni".
Həmin
gün bir təhər canımı atamın əlindən xilas edə bildim. Bir neçə gün
studiyaya getmədim. Anam əzab çəkdiyimi görüb atamı yavaş-yavaş
sakitləşdirməyə və onu yumşaltmağa başladı. Nəhayət, atamın qəzəbi
keçdikdən sonra o, mənim studiyaya getməyimə razılıq verdi. Lakin
dönə-dönə tapşırdı ki, bir daha səhnəyə çıxmayım. Biz anamla atamın
studiyaya getməyimə razılıq verməsinə çox sevindik. Ümumiyyətlə,
həkim işləyən anam çox mütərəqqi bir qadın idi. O, teatrı, xüsusilə
də baleti çox sevirdi. Anam mənim ilk tənqidçim idi. Hələ uşaqlıqdan
və hətta sonrakı illərdə də, peşəkar səhnədə çalışdığım zamanlarda
da mən bütün rəqslərimi ilk olaraq anama göstərirdim. Anam mənə
çox qiymətli məsləhətlər verirdi. Hərdən hətta elə olurdu ki, onun
tənqidlərindən mən hönkür-hönkür ağlayırdım. Lakin sonra başa düşürdüm
ki, anam haqlıdır".
20-ci
illərdə Azərbaycanda müxtəlif teatr truppaları fəaliyyət göstərirdi.
Həmin truppalar həm dram əsərlərini, həm də operaları tamaşaya qoyurdular.
Üzeyir bəyin, Müslüm Maqomayevin, Ərəblinskinin xidmətləri sayəsində
teatr truppaları iki yerə ayrılır. Üzeyir bəy həmkarları ilə birlikdə
ayrıca opera teatrının fəaliyyət göstərməsini vacib bir məsələ kimi
qaldırır və nəhayət, 1925-ci ildə teatr truppalarının iki yerə bölünməsi
nəticəsində Azərbaycanda "Türk opera teatrı" yaranır. 1930-cu ildə
gənc Qəmər Almaszadə balet studiyasını bitirərək opera teatrına
işə qəbul olunur. Atası qızını müəllim görmək istəyirdi. Onun Qəmərin
opera teatrına işə girməyindən xəbəri yox idi. Qəmər paralel olaraq
atasının məsləhəti ilə pedaqoji texnikuma daxil olur. Texnikumda
təhsil almaqla yanaşı Qəmər opera teatrında yaradıcılıqla ciddi
məşğul olmağa başlayır. Onun iştirak etdiyi bütün tamaşalar böyük
uğurlar qazanır. Üzeyir bəy 15 yaşlı Qəməri hər vasitə ilə müdafiə
edir və onun gələcəyi haqqında ciddi düşünür. Qəmər Üzeyir bəyin
diqqət və qayğısından, məsləhətlərindən ruhlanaraq öz üzərində ciddi
surətdə çalışır. Lakin atasının buna heç cür razı olmayacağını dərk
edərək vəziyyətdən çıxış yolu axtarır. Qəmər xanım Opera Teatrında
çalışdığı ilk illərini belə xatırlayır: "Hər dəfə səhnəyə çıxandan
sonra evə qorxa-qorxa gedirdim. Atamın qəzəbindən çəkinirdim. Bilirdim
ki, nə qədər gizlətsəm də, əvvəl-axır o səhnəyə çıxmağımdan xəbər
tutacaq. Həmin dəhşətli anın qorxusu məni rahat buraxmırdı.
Günlərin
birində qrim otağında idim. Tamaşanın başlanmasına lap az qalırdı.
Birdən qarderobçu qadın otağıma girərək dəhşətdən bərəlmiş gözlərini
mənə zillədi və "Atan zaldadır"- dedi. Mən özümü itirmişdim. Nə
edəcəyimi bilmirdim. Dizlərim əsirdi. Tamaşanı pozmamaq üçün birtəhər
özümü ələ alaraq səhnəyə çıxdım. Tamaşadan sonra qrim otağına qayıtdım
və tez-tələsik qrimi sildim. Evə getməkdən qorxurdum. Xeyli gözlədikdən
sonra qorxa-qorxa evə gəldim. Həmin gün atam mənə heç bir söz demədi.
Deyəsən çıxışım onun xoşuna gəlmişdi. Həm də sonralar bildim ki,
Üzeyir bəyin mənə öz doğma qızı kimi göstərdiyi münasibət atamı
bir qədər sakitləşdirib. O, sonralar tez-tez mənim oynadığım tamaşalara
baxmağa gələrdi. Lakin bu haqda heç vaxt mənə bir söz deməzdi".
Qəmər
xanım Almaszadə beləliklə böyük, peşəkar səhnəyə qədəm qoyur. Bu
addımı atmaq o dövrdə olduqca çətin idi və sonsuz cəsarət tələb
edirdi. Çünki elə bir dövr idi ki, Azərbaycan qadını hələ çadra
altında gəzir və heç bir hüquqa malik deyildi. Elə bir dövr idi
ki, səhnədə qadın rollarını kişilər ifa edirdi. Məhz belə dövrdə
böyük səhnəyə gəlib kütləvi tamaşalarda iştirak etmək, tamaşalardakı
rəqsləri ifa etmək böyük qəhrəmanlıq və mətanət tələb edirdi. Qəmər
xanım lap gənc yaşlarından bu cəsarəti, qəhrəmanlığı özündə tapır
və cəmiyyətin heç cür qəbul edə bilmədiyi bir addımı atır.
1932-ci
ildə Üzeyir bəyin təşəbbüsü ilə Qəmər xanım peşəkar balet təhsili
almaq üçün Moskvaya göndərilir. O, Böyük Teatrın nəzdindəki balet
məktəbinə daxil olur. M. Leontyeva, A. İ. Çekrıgin, Monaxov kimi
tanınmış balet ustalarından dərs alan Qəmər xanım təhsilini uğurla
davam etdirir. Həmin ildə Bakıda
M.
F. Axundov adına Dövlət Böyük Türk Teatrında
R.
M. Qlierin məşhur "Şahsənəm" operası yenidən səhnəyə qoyulmaq üçün
hazırlanır. "Şahsənəm" operası ilk dəfə 1927-ci ildə səhnəyə qoyulmuşdu.
Lakin həmin vaxt əsər uğur qazana bilməmişdi. Çünki operanın librettosu
olduqca zəif yazılmışdı və tamaşa rus dilində göstərilirdi. "Şahsənəm"
operası hazırlanarkən ilkin olaraq librettonu yazmaq görkəmli dramaturq
Cəfər Cabbarlıya tapşırılır. Lakin hansı səbəbdənsə sonralar ədibə
inamsızlıq göstərilir və əsərin librettosunu yazmaq M. Qalperinə
tapşırılır. Bir dramaturq kimi olduqca zəif olan Qalperinin librettosu
əsasında yazılan opera 1927-ci ildə uğursuzluğa düçar olur. Ona
görə də 1932-ci ildə Azərbaycan dilində libretto yazmaq yenidən
Cəfər Cabbarlıya tapşırılır. Eyni zamanda həmin dövrdə Moskva konservatoriyasının
dirijorluq fakültəsində təhsil alan Əfrasiyab Bədəlbəyli də operanın
yeni redaksiyasının hazırlanmasında iştirak etmək üçün Bakıya çağırılır.
"Şahsənəm" operasını ikinci redaksiyada səhnələləşdirmək üçün qızğın
iş gedir. R. M. Qlier əsərdəki "Vakxanaliya" və fars rəqslərinin
yalnız Qəmər Almaszadənin ifasında etməsini arzuladığını təkidlə
bildirir. Ona görə də Qəmər xanımı Moskvadan Bakıya çağırırlar.
"Şahsənəm" operası ikinci redaksiyada çox böyük uğurlar qazanır.
Təhsilini
davam etdirmək istəyi Qəmər xanımı rahat buraxmır. Nəhayət, 1933-cü
ildə gözəl Qəmər xanım Leninqrad (indiki Sankt-Peterburq) şəhərindəki
qocaman, dünyaca məşhur xoreoqrafiya məktəbinə daxil olur. Özü də
Mariya Feodorovna Romanova-Ğlanovanın sinfinə. O, dünya baletinin
sönməz ulduzu Qalina Ğlanovanın anası və müəllimi idi. Əlbəttə,
Qəmər xanım üçün bundan böyük xoşbəxtlik ola bilməzdi. Mariya Feodorovna
Qəmər xanımın istedadına valeh olur və onunla hamıdan fərqli, çox
ciddi məşğul olur. Xoreoqrafiya məktəbində Qəmər xanımı hamı istedadına
görə "Almaz"- deyə çağırırdı.
1936-cı
ildə Qəmər xanım təhsilini böyük müvəffəqiyyətlə başa vuraraq Bakıya
qayıdır. Azərbaycanın xoreoqrafı, milli baletimizin yaradıcısı artıq
fəaliyyət göstərən balet məktəbində və opera teatrında çalışır.
Həmin il Qəmər Almaszadənin yüksək səviyyədə təhsil alıb Bakıya
dönməsini nəzərə alaraq Üzeyir bəy filarmoniyanın nəzdində Azərbaycan
xalq rəqsləri ansamblını yaradır. O, gənc Qəməri ansamblın bədii
rəhbəri təyin edir. Eyni zamanda Üzeyir bəy Azərbaycanın bütün bölgələrindən
xalq rəqslərini toplayıb böyük səhnəyə gətirməyi çox vacib bir vəzifə
kimi ansamblın qarşısında qoyur. Qəmər xanım xoreoqrafiya məktəbində,
opera teatrında və yeni yaranmış ansamblda yorulmaz fəaliyyətə başlayır.
Üzeyir bəyin göstərişi ilə ansamblın nəzdində xüsusi ekspedisiya
qrupları yaradılır. Musiqiçilərdən, bəstəkar və kinooperatordan
ibarət olan bu ekspedisiya qrupları Qəmər xanımın rəhbərliyi ilə
Azərbaycanın müxtəlif rayonlarına səfərə çıxır və xalq rəqslərini
toplamağa başlayırlar. Həmin rəqslər sonra ansamblın repertuarına
daxil edilərək peşəkar səviyyədə ifa olunur. Qəmər xanım bu sahədə
misli görünməmiş xidmətlər göstərərək Azərbaycanın müxtəlif bölgələrindən
saysız-hesabsız xalq rəqslərini toplayır və onları böyük səhnəyə
gətirir.
Ansambldakı
əvəzolunmaz fəaliyyəti ilə yanaşı görkəmli sənətkar opera teatrına
da olduqca məhsuldar xidmət göstərir. O, M. Maqomayevin "Şah İsmayıl",
"Nərgiz", Qlierin "Şahsənəm", Üzeyir bəyin "Koroğlu" operalarında
rəqsləri qeyri-adi yüksək səviyyədə ifa edir və tamaşaçıların rəğbətini
qazanır.
1939-cu
ildə Bakı xoreoqrafiya məktəbinin ilk buraxılışı olur. Bu münasibətlə
bəstəkar Əfrasiyab Bədəlbəyli uşaqlar üçün bir pərdəli "Tərlan"
baletini yazır. Hələ Moskvadan və Leninqraddan bir-biri ilə yaxından
tanış olan, sonralar ailə həyatı quran bu iki görkəmli sənətkar
Azərbaycan mədəniyyətinə çox böyük xidmətlər göstərmişlər. 1936-cı
ildə Üzeyir bəyin təşəbbüsü ilə yaradılan rəqs ansamblında da hər
iki sənətkar birgə fəaliyyət göstərmiş və Azərbaycanın rayonlarını
bir-bir gəzərək yüzillərdən bəri mövcud olan xalq rəqslərimizi toplayaraq
onlara əbədi həyat vermişlər. Ə. Bədəlbəylinin "Tərlan" baletini
Qəmər xanım xoreoqrafiya məktəbinin tələbələrinin qüvvəsi ilə səhnələşdirir.
Bu onun xoreoqraf kimi ilk işi idi. Məhz Əfrasiyab Bədəlbəyli -
Qəmər Almaszadə birliyi 1940-cı ildə Azərbaycan baletinin bünövrəsini
qoyur. Görkəmli bəstəkar sevimli həyat yoldaşına həsr etdiyi "Qız
qalası" baletini yaradır. Mədəniyyətimizin ən parlaq incilərindən
olan "Qız qalası" baletindəki əsas rolu - Gülyanaq rolunu Qəmər
xanım qeyri-adi yüksək ustalıqla ifa edir və Azərbaycan balet məktəbinin
əsasını yaradır.
Bir
jurnal məqaləsində görkəmli sənətkar Qəmər Almaszadənin keçdiyi
böyük, uğurlu və müqayisəolunmaz yaradıcılıq yolunu bütünlüklə işıqlandırmaq
mümkün deyil. Milli mədəniyyətimizin ən parlaq simalarından olan
Qəmər xanım Almaszadənin yaradıcılığı xüsusi tədqiq olunmalı və
araşdırılmalıdır. Onun göstərdiyi təkrarolunmaz xidmətlər hər zaman
sənətşünasların diqqətini cəlb edəcəkdir. Lakin mən bir məsələni
xüsusi ilə qeyd etmək istəyirəm. Qəmər xanım özü qeyd edir ki, onun
iki dahi müəllimi olub. Biri
M.
F. Romanova-Ğlanova, digəri isə ölməz Azərbaycan xalqı. Görkəmli
sənətkarın əlçatmaz yaradıcılıq uğurları məhz bu iki böyük məktəbin
vəhdətindən yaranmışdır. Qəmər xanım klassik baletlə Azərbaycan
milli rəqs elementlərinin sintezi əsasında dünya balet tarixində
yalnız özünəməxsus orijinal bir məktəb yaratmışdır. O, dünyanın
ən məşhur səhnələrində Azərbaycan baletinin şöhrətini göylərə qaldırmış
və balet tarixində bütöv bir dövr yaratmışdır. Qəmər xanım mədəniyyət
tariximizdə ən parlaq bir səhifədir. Mən yalnız bircə dəfə onunla
görüşsəm də bu günə qədər həmin zərif, incə, olduqca gözəl və qeyri-adi,
əsil Azərbaycan qadınının təsir dairəsindən çıxa bilməmişəm.
Çəkilişimizi
başa vurduqdan iki gün sonra xəbər aldım ki, Qəmər xanım evdə yıxılıb
və ayağını sındırıb. Bütün dünyanı heyrətə gətirən, quş kimi süzən
bu ayaqlar ömrü boyu ona şan, şöhrət, uğur, pərəstiş, sonsuz sevgi
gətirdiyi halda indi əzab və iztirablar verir. Dünyanın bu amansız
işlərindən heç baş açmaq olmur. Bu qədər zərif və nəcib, xeyirxah
və gözəl, istedadlı və təvazökar qadın ömrünün 85-ci ilində yataq
dustağına çevrilib.
Allah
Sizə şəfa versin, Qəmər xanım. Kaş ki, mən bu xəbəri eşitməyəydim.
Heç cürə qəbul edə bilmirəm ki, sevimli, əziz, mehriban, gözəl Qəmər
xanımın ayağı sınıb və məhz ayağı ona əzab verir...
Qəmər
Almaszadənin ifa etdiyi rollar:
1931-ci
il - Tao Xoa. R. Qlier. "Qırmızı lalə".
1936-cı
il - Medora. A. Adan. "Korsar".
1939-cu
il - Mariya. B. Asafyev. "Baxçasaray fontanı".
1940-cı
il - Gülyanaq. Ə. Bədəlbəyli. "Qız qalası".
1943-cü
il - Raymonda. A. Qlazunov. "Raymonda".
1945-ci
il - Odetta-Odilliya. R. Çaykovski. "Qu gölü".
1945-ci
il - Kitri. L. Minkus. "Don Kixot".
1949-cu
il - Maşa. P. Çaykovski. "Şelkunçik".
1950-ci
il - Gülşən. S. Hacıbəyov. "Gülşən".
1952-ci
il - Ayşə. Q. Qarayev. "Yeddi gözəl".
Qəmər
Almaszadənin quruluş verdiyi əsərlər:
1939-cu
il - Ə. Bədəlbəyli. "Tərlan" (Xoreoqrafiya məktəbi).
1948-ci
il - Ə. Bədəlbəyli. "Qız qalası".
1949-cu
il - İ. Morozov. "Doktor Aybolit".
1949-cu
il - S. Hacıbəyov. "Gülşən".
1951-ci
il - S. Hacıbəyov. "Gülşən" (SSRİ Dövlət mükafatına layiq görülüb.
Yeni redaksiya).
1951-ci
il - B. Asafyev. "Baxçasaray fontanı".
1952-ci
il - Q. Qarayev. "Yeddi gözəl".
1954-ci
il - R. Qlier. "Qırmızı lalə".
1955-ci
il - P. Çaykovski. "Yatmış gözəl".
1956-cı
il - A. Kreyn. "Laurensiya".
1957-ci
il - B. Zeydman. "Qızıl açar".
1958-ci
il - Ə. Bədəlbəyli. "Qız qalası" (yeni redaksiya).
1959-cu
il - R. Driqo. "Arlekinada".
1959-cu
il - S. Hacıbəyov. "Gülşən" (yeni redaksiya).
1959-cu
il - C. Cahangirov. "Məhsul" süitası (Qəmər xanım bu əsərin solo
hissəsini Moskvada, Böyük Teatrın səhnəsində ifa etmişdir. Bu onun
səhnədə son rəqsi idi. Həmin il sənətkar SSRİ xalq artisti adına
layiq görülür).
1961-ci
il - A. Adan. "Jizel".
1963-cü
il P. Çaykovski. "Qu gölü".
1965-ci
il - Ə. Abbasov. "Qaraca qız".
1968-ci
il - F. Əmirov. "Şur".
1973-cü
il - L. Minkus. "Don Kixot.
1974-cü
il - C. Cahangirov. "Şənlik rəqsi" (konsert süitası).
1977-ci
il - Ə. Bədəlbəyli. "Qız qalası" (Yeni redaksiya).
Qəmər
Almaszadənin operalarda ifa etdiyi rəqslər:
S.
Quno. "Faust".
M.
Musorqski. "Boris Qodunov".
A.
Borodin. "Knyaz İqor".
C.
Verdi. "Aida".
Ü.
Hacıbəyov. "Leyli və Məcnun", "Koroğlu".
M.
Maqomayev. "Şah İsmayıl".
R.
Qlier. "Şahsənəm".
Onu
da qeyd etməliyəm ki, 1970-ci ildə İraq Mədəniyyət Nazirliyinin
dəvəti ilə Qəmər xanım Almaszadə bu ölkə tarixində ilk dəfə olaraq
milli rəqs ansamblı yaratmaq üçün Bağdada gedir. İki illik gərgin
əməyin nəticəsində görkəmli sənətkar İraqda çox gözəl bir rəqs kollektivi
yaradır. Bu kollektiv nəinki İraqda, dünyanın bir çox ölkələrində
də böyük şöhrət qazanır. Qəmər xanım İraqda da milli rəqsləri həvəslə
öyrənir və onları böyük səhnəyə gətirir. İraq milli rəqs ansamblı
Qəmər xanımın rəhbərliyi ilə 50-dən artıq ölkədə konsertlər vermiş
və müxtəlif beynəlxalq rəqs festivallarında iştirak edərək qələbələr
qazanmışdır. Bu günə qədər də İraqda Qəmər xanımın adı hörmət və
ehtiramla yad edilir.
Qəmər
Almaszadənin yetirdiyi görkəmli balet ustaları:
Leyla
Vəkilova - SSRİ xalq artisti, SSRİ Dövlət mükafatı laureatı.
Nailə
Nəzirova - SSRİ xalq artisti, SSRİ Dövlət mükafatı laureatı.
Vera
Tsiqnadze - Gürcüstan xalq artisti, SSRİ Dövlət mükafatı laureatı.
Rəfiqə
Axundova - Azərbaycanın xalq artisti.
Tamilla
Şirəliyeva - Azərbaycanın xalq artisti, SSRİ Dövlət mükafatı laureatı.
Çimnaz
Babayeva - Azərbaycanın xalq artisti, Respublika Dövlət mükafatı
laureatı.
Tamilla
Məmmədova - Azərbaycanın əməkdar artisti.
Güllü
Xuda Qulu - Varna opera teatrının baletmeysteri (Bolqarıstan).
Olqa
Arifulina - Azərbaycanın əməkdar artisti.
İrina
Nizamətdinova - Azərbaycanın əməkdar artisti.
Valentina
Zeynalova, Lüdmila Letyaqina - M. F. Axundov adına Azərbaycan Dövlət
Akademik opera və balet teatrının solistləri.
Olqa
Pavlova -"Moskva klassik baleti" ansamblının solisti.
A.
Putinova - Leninqrad "Xoreoqrafik miniatürlər" ansamblının solisti.
M.
Abdullayeva, V. Nekrasova - Kirov adına Leninqrad opera və balet
teatrının solistləri.
V.
Klevşinskaya-Budarina - Novosibirsk opera və balet teatrının solisti
və başqaları.