AZƏRBAYCANIN BAŞ ORKESTRI NIyazI epoxası (ARDI)
Nigar ƏLIYEVA Fərəh ƏLIYEVA
 


       1938-cI Ildə Azərbaycan IncəsənətInIn bIrIncI Moskva dekadasından sonra NIyazI sImfonIk orkestrIn baş dIrIjoru və bədII rəhbərI tə“yIn edIlIr. Azərbaycan Dövlət FIlarmonIyasI XII mövsümü simfonik konsertlərlə başlayır. Ilk iki konserttə Moskva dekadasından sonra “Şərəf nişanı” ilə təltif olunmuş Niyazi dirijorluq edirdi. “...Ilk dəfədir ki, Dövlət Filarmoniyası mövsümü özunun simfonik orkestri ilə açır. Demək olar ki, simfonik mədəniyyətin inkişafının təməli qorulmuşdur”1.
       Niyazi opera teatrında fasilələrlə işləyirdi, lakin simfonik orkestrdən o heç zaman ayrı düşməmişdi. Orkestrin yarandığı dövrdə Niyazi onun bədii rəhbəri, N. P. Anosov isə baş dirijoru idi. N. P. Anosov orkestrlə cəmi 2 ilk işlədi. 1945-1948-ci illərdə orkestrin baş dirijoru vəsifəsində təcrübəli musiqiçi, tanınmış dirijor, professor Leo Ginzburq çalışmışdır2. Qərbi Avropa və rus musiqisindən ibarət klassik repertuarın hazırlanmasında onun böyük əməyi olmuşdur. 1948-ci ildən isə həyatının son gününə qədər simfonik orkestrin baş dirijoru və bədii rəhbəri Niyazi olmuşdur. Beləliklə, Azərbaycan Dövlət Simfonik orkestrinin yaradıcılarından biri olmuş mayestro Niyazinin yaradıcılığı – ölkəmizin baş orkestrinin tarixində şanlı mərhələdir. Niyazinin rəhbərliyi ilə orkestr ən yüksək peşəkarlıq zirvələrinə qalxmış, necə-necə musiqiçilər nəslini yetişdirən əsl sənət məktəbi olmuşdur. Necə-necə musiqiçi Nuyazini ösünün ystadı və himayədarı hesab edir. Niyazinin adı milli musiqi sənətində “qızıl mərhələ”nin simvoluna çevrilmişdir.
       1944-cü ildə Tiflisdə Zaqafqaziya respublikalarının musiqi dekadası ərəfəsində 1940-ci ildə buraxılmış simfonik orkestr Üz. Hacıbəyovun təşəbbüsü ilə yenidən formalaşdırılır. Elə ilk məşqdəcə orkestr ifaçıları kollektivə Üzeyir Hacibəyovun adının verilməsi ideyasını irəli sürürlər. Sənət tarixində belə unikal hadisələr o qədər də çox deyil. Elə o vaxtdan Azərbaycan musiqi sənətinin flaqmanı Dövlət Simfonik Orkestri dahi Üzeyir Hacibəyovun adını daşıyır. Dekada günləri orkestr məs“ uliyyətli yaradıcılıq sınağından uğurla çıxdı. Simfonik konsert proqramlarında azərbaycan bəstəkarlarının müharibə illərində yaratdığrı əsərlər – Q. Qarayevin Birinci simfoniyası, C. Hacıyevin Birinci simfoniyası, S. Hacıbəyovun Birinci simfoniyası, F. Əmirovun cəbhədə həlak olmuş gənc bəstəkar M. Israfilzadənin xatirərəsinə həsr olunmuş Simfonik poeması və b. əsərlər səsləndi. Gənc bəstəkarların yaradıcılıqını yüksək qiymətləndirən Ü. Hacıbəyov yazırdı: “... mürəkkəb orkestr üslubu texnikasını onlar mükəmməl mənimsəmişlə r. Simfonik formaya yiyələnməkdə də onlar müvəffəqdirər”.
       Dekadadan sonra orkestrin qarşısında yeni, çətin ifaçılıq məsələləri durur. Bu illər – repertuarın genişləndirilməsi proqramını reallaşdıran gərkin fəaliyyət dövrü idi. Niyazinin iş masasında üslüb və ideya-estetik baxımından mürəkkəb əsərlər dururdu.
       1. “Bakinskiy raboçiy” – 2 iyul 1938-ci il.
       2. Leo Morisev Ginzburq (1901-1979) – məşhur rus dirijoru, pedaqoq, Moskva konservatoriyasının professoru. Onun yetirmələrindən K. Abdullayev, V. Dudarova, D. Kitayenko, A. Lazarev, V. Fedoseev, F. Mansurov və b. Qeyd etmək olar.
       Çaykovskinin “Romeo və Cülyetta” üvertyura-fantaziyası, “Manfred”, IV və VI Simfoniyaları, Balakirevin “Islamey” simfonik poeması, Taneyevin “Iohann Damaskin” kantatası, Musorqskinin “Keçəl dağda gecə” simfonik lövhəsi, Rimski-Korsakovun “Şəhrizad” süitası, Bethovenin I, V, VIII simfoniyaları, “Eqmont”, “Koriolan” uvertyuraları, Listin “Prelüdlər” poeması, Berliozun “Fantastik” simfoniyası, Şubertin, Vaqnerin, Ravelin əsərləri...
       1946-ci ildə Niyazi Leninqradda dirijorların Ümumittifaq baxışında iştirak edir. D. Şostakoviçin başçılıq etdiyi münsiflər həy“ətinin qərarı ilə o, müsabiqənin layreatı adını qazanır. Münsiflər həy“ətinin rə“yinə görə “fitri istedadı və böyuk təcrübəsi Niyazinin Azərbaycan Dövlət Simfonik orkestrinin baş dirijoru və bədii rəhbəri vəsifəsində çalışmasını təsdiq edir”.
       Tezliklə müsabiqədən sonra simfonik orkestr Niyazinin başçılıqı altında yeni yaradıcılıq planları üzərində işə başlayır. Konsertlərdə Leyaskovkinin “Slavyan rapsodiyası”, Prokofyevin “Romeo və Cülyetta” baletindən süita, Knipperin VIII sinfoniyası, Berliozun, Veberin, Listin əsərləri səslənir.
       1947-ci il centyabrın 27-də Azərbaycan Dövlət Filarmoniyasında orkestr böyuk uğurla azərbaycan bəstəkarlarının yeni əsərlərindən ibarət böyük konsert proqramı təqdim edir. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin 800 illik yubileyinə yazılmış Q. Qarayevin “Leyli və Məcnun” simfonik poeması, F. Əmirovun “Nizami” simli simfoniyası bütövlüklə azərbaycan simfonik musiqisinin kamillik mərhələsini açır. Orkestr hər çıxışı ilə get-gedə artan, cilalanan peşəkarlıöğı, həmahəngliyi, məharəti ilə musiqisevərləri sevindirirdi. O, Azərbaycan bəstətarlarının ən yaxın “məsləkdaşına” çevrilir, onların yaradıcılıq təşəbbüslərinə təkan verir, reallaşdırırdı. Niyazinin rəhbərliyi ilə bu kollektiv azərbaycan simfonik musiqisinin əsl-yaradıcılıq laboratoriyasına, təbliğatçısına çevrilir. “Leyli və Məcnun” simfonik poemasından sonra Niyazi və simfonik orkestr Qara Qarayevin demək olar ki, bütün simfonik əsərlərinin mahir təfsirçisi və ilk ifaçısı olmuşdur. 1947-ci ildə orkestr maraqlı proqramla çıxış edir. Bu dəfə də ko llektiv təqdim etdiyi əsərlərə - C. Haciyevin III simfoniyası, M. Əhmədovun “Simfoniyettası”, Ə. Abbasovun fortepiano və orkestr üçün konserti, F. Əmirovun “Şur” və “Kürd-Ovşarı” simfonik müğamlarına yğurlu ifa həyatı bəxş edir.

       1946-ci ildən orkestr Bakıya qastrol səfərlərinə gələn görkəmli dirijorlarla da çıxış edir. Qauk və Ivanov (Moskva), Mravinski (Leninqrad), Raxlin (Kiev), Dmitriadi (Tbilisi) ilə yaradıcılıq ünsiyyəti bəhrəli olmuşdur.
       1949-cu ildə Azərbaycan bəstəkarlarının yaradıcılıq baxışında orkestr simfonik konsertlərdə yeni əsərlərlə çıxış edir. Proqrama M. Əhmədovun simfoniyası, S. Ələsgərovun “Vətən” simfoniyası, C. Hacıyevin oratoriyası, F. Əmirovun simfonik muğamları, Qara Qarayevin “Leyli və Məcnun” simfonik poeması, S. Hacibəyoun “Gulşən” baletindən süita, C. Cahangirovun, “Arazın o tayında” vokal-cimfonik poeması, A. Babayevin “Uvertyra"sı, Ə. Abbasovun “Konsertinosu”, B. Zeydmanın violonçel və simfonik orkestr üçün konserti, Niyazinin “Rast” simfonik muğamı daxil idi.
       1949-1950-ci illərdə orkestrin repertuarı Balakirevin “Tamara”, Borodinin “Bahadır simfoniyasi”, Skryabinin “Poema ekstaza” əsəri ilə zənginləşir. Bethovenin IX simfoniyasının, Şostakoviçin “Məşələr haqqında nəğmə” oratoriyasının, eləcə də A. S. Puşkinin anadan olmasının 150 illiyi münasibətilə Rimski-Korsakovun “Qızıl Xoruz” operasının konsert ifası prespublikanın musiqi həyatında əlamətdar hadisə idi. Bu illərdə orkesrtr tez-tez SSRI-nin məşhur musiqiçiləri ilə çıxış edirdi. Orkestrlə Qriqin fortepiano konsertini böyük mübəffəqiyyətlə ifa etmiş SSRI xalq artisti, pianiçu Qoldenveyzer yazırdı: “Mən Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik orkestrini dəfələrlə dinləmişəm. Həm texnika, həm də bədiilik baxımından o həmişə xoş təəssürat oyadır. Bu kollektivlə çalmaq... mənə uzun müddət xatirimdə yaşayacaq böyük zövq verdi”.
       1951-ci ildə Niyazi Çexoslovakiyada “Praqa Baharı” festivlında uğurla çıxış etdikdən sonra (Praqa padiosu və Çex fiapmoniyasının orkestri ilə) Bakıda simfonik orkestrlə festivalda dirijorluq etdiyi Dvorjakın Beşincı, Çaykovskinin Dördünçü simfoniyasını dinləyicilərə təqdim edir. 50-60-cı illərdə Azərbaycan Dövlət Simfonik Orkestri ilə Niyaziylə yanaşı bir sıra dirijorlar da işləmişlər. Orkestrin ikinci dirijoru kimi məhsuldar çalışan Leninqrad konservatoriyasının məzunu Əhəd Israfilzadə, Çingiz Hacıbəyov, Əşrəf Həsənov, Kamal Abdullayev, Əfrasiyab Bədəlbəyli də orkestrin ifaçlıq tarixində parlaq iz qoymuşlar.
       Niyazinin doğma qardaşı olan Cingiz Hacıbəyov orkestr repertuarında müasir bəstəkarların, - xususilə də D. Şostakoviç də S. Prokofyevin əsərləsinin təmsil olunmasında böyük rol oynamışdır. Orkestr məşqlərinin böyük hissəsi də onun payına düşürdü. Simfonik orkestrin musiqi məktəbləri ilə abonement konsertlərinin keçirilməsi də mütamadi olaraq Çingiz Hacıbəyovun adı ilə bağlı olmuşdur.
       1952-ci ildə Niyazinin rəhbərliyi ilə simfonik orkestr yeni premyeranı – Qara Qarayevin “Alban rapsoduyasını” təqdim edir. Bu əsərin ifası xüsüsi bir əks-səda doğurur. Belə ki, Qara Qarayev onu məhz orkestrə ithar etmişdi. 1953-cü ildə yeni əsərlər üzərində gərgin iş nəticəsində R. Hacıyevin skripka və orkestr üçün konserti ilk dəfə səslənir. Təkcə 1953-cü ildə Bakıya gələn parlaq ifaçıların konsertləri isə əsl musiqi bayramına çevrilir: S. Rixter Bethovenin III fortepiano konsertini, E. Gilels Çaykovskinin I fortepiano konsertini, B. Davidoviç Rahmaninovun “Paqanini mövzusuna rapsodiya”, J. Zak Raxmaninovun I fortepiano konsertini, Q. Barinov Çaykovskinin skripka konsertini ifa edirlər.
       Simfonik orkestrin repertuarında Çaykovskinin əsərləri həmişə əhəmiyyətli yer tutmuşdur. Niyazi ən müxtəlif cəviyyəli və tərkibli ayditoriya, istır tələbələr, istər neftçilər qarşısında daimi Çaykovckini ifa edirdi. Çaykovskinin II simfoniyası, “1812-ci il” uvertyuraları bu dövrün ən çox çalınan əsərləri sırasında olmuşdur.
       Simfonik orkestr ümumdunya simfonik musiqi ədəbiyyadının ən fəal təbliğatçısı kimi mütamadi iş aparırdı. Məhz bu illərdən başlayaraq Niyazi konsertdən əvvəl musiqişunasların giriş mühazirələri ilə çıxışı ən“ənəsinin əsasını tutur. Istedadlı musiqişunas Elmira Abbasova çıxışlarını belə xatırlayır: “O, (Niyazi) həmişə filarmoniyanın cəhnəyə çıxış qapıcında dayanar və diqqətlə qulaq asardı. Bu məni həm həyəcanlandırar, həm də ilhamlandırardı. Məni xüsusilə hamulik konsertlərində çıxışlar cəlb edirdi. Niyazi öz orkestri ilə haralarda çıxış etmirdi: mayestro hərbi hissələdə çıxış etməyi xücucilə sevirdi”. 1979-cu ildən Moskvalı musiqişunas J. Dozortseva da mühazirəçi kimi konsertlərə cəlb olunur.
       1954-cü ilin mayında simfonik orkestr A. Dvorjaka həsr olunmuş konsertdə bəstəkarın IX simfoniyasını ifa edir. Respublikanın baş orkestri Azərbaycan Bəstəkarlar Ittifaqının keçirdiyi bütün musiqi tədbirlərinin – plenum, festival və qurultayların əvəzolunmaz iştirakçıcı idi. 1954-cü ildə Azərbaycan Bəstəkarlar Ittifaqının plenumunda orkestr yeni əsərləri – S. Ələsgərovun II simfoniyasını, E. Nəzirovanın fortepiano konsertini, B. Zeydmanın “Rapsodiya”sını, Ə. Hüceynzadənin “Sülhün səsi” kantatasını, S. Hacıbəyovun “Ukraynaya salam”, C. Cahangirovun “Dostluq nəğməsi” süitası ifa edir.
       1955-ci ildə Bakıda keçirilən sovet musiqisi festivalında simfonik orkestrin ifasında azərbaycan bəstəkarları – Üz. Hacıbəyov, Q.Qarayev, S. Hacıbəyov, F.Əmirovla yanaşı D. Kabalevski, I. Ştoqarenko, I. Peyko, V. Muxtarovun əsərləri səslənir. Niyazinin təfsirində iki monumental simfonik partitura – S. Prokovyevin VII simfoniyası və C. Hacıyevin Dördüncü Simfoniyası xüsusilə böyük maraqla qarşılandı. Azərbaycan Bəstəkarlarının I qurultayında orkestr fəal yaradıcılıq rejimində işləyir. Yeni nəfəs və ilhamla kollektiv Üz. Hacıbəyovun “Koroğlu” operacının uvertyurasını, F. Əmirovun, Niyazinin simfonik muğamlarını, R. Hacıyevin “Gənclik simfoniyasını”, eləcə də bir sıra yeni əsərləri – S. Hacıbəyovun “Uvertyura”sını, N. Əliverdibəyovun “Balet süitasını”, H. Rzayevin “Babək” simfoniyasını, A. Rzayeüvin skripka konsertini ifa edir. Qurultayın işində iştirak edən D. Şostakoviç və görkəmli musiqişunas V. Vinoqradov Niyazini həssas təfsirçi və yorulmaz təbliğatçı adlandıraraq qeyd edirlər ki, “o milli müəlliflərə bu cür mürəkkəb janrda fəal işləməyə imkan verir”.
       1956-ci ilin əvvələrində simfonik orkestrin beynəlxalq müsabiqələr laureatları V. Mejanov (Çaykovskinin I f-no konserti) və V. Başkirovla (Mosart və Skryabinin f-no konsertləri) konsertləri böyük əks-səda doğurur.

       1957-ci ildə Azərbaycan musiqisi dekadasınln açılışında orkestr ilk dəfə olaraq Q. Qarayevin “Ildırımlı yollarla” baletindən süitanı, F. Əmirov və E.Nəzirovanın ərəb müvzularına konsertini, R. Hacıyevin Oratoriyasını, Ə. Abbasovun “Poemasını”, M. Əhmədovun “Uşaq süitasını” ifa etdi1. Orkestr məşhur ifaçılarla əməkdaşlığını davam etdirir. Bu dövrdə orkestrlə Çaykovski adına Beynəxalq müsabiqənin laureatı L. Vlasenko (Çaykovskinin I f-no konserti) və Lyu-Şi-Kun (Listin I f-no konserti) çıxış etdi. 1958-ci ildə də Bakıda keçirilən “Zaqafqaziya baharı” festivalında Q. Qarayevin, C. Hacıyevin, S. Hacıbəyovun, Niyazinin əsərləri ilə yanaşı, C. Cahangirovun “Azad” operasından fraqmentləri ifa edlir.
       1958-ci ildə simfonik orkestr Qərbi Avropa, rus və Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət geniş və rəngarəng proqramla Türkmənistan, Qırğızıstan, Özbəkistan, Qazaxıstan, Tacikistanda 20-dən artıq konsert verir.
       1958-ci ildə Bakıda Böyük teatrın qastrolları zamanı Moskvalı həmkarlar orkestrin fəaliyyətinə, ifaçılıq səviyyəsini yüksək qiymətləndırirlər. Böyük Teatrın baş dirijoru A. Məlik-Paşayev yazırdı: “Mən ilk dəfədir ki, Ü. Hacıbəyov adına Azərbaycan Dövlət simfonik orkestrini eşitmişəm. Mürəkkəb partituraların texniki ifası baxımdan cilalanmış, emosional dolğunluğu ilə ifası hamımıza böyük təsir göstərdi. Niyazi kimi istedadlı baş dirijorun mütəmadi, gərgin fəaliyyətinin nəticəsində bu kollektivin parlaq gələcəyini əvvəlcədən görmək olar”.
       Orkestrin musiqiçiləri əsasən konservatoriyanın və musiqi texnikumunun yetirmələri idilər Onlar üçün orkestr böyük bir məktəb oldu: skripkaçı konsertmeyster B. Məmmədzadə, fleytaçı Ə. Iskəndərov, truba çalan K. Babayev, trombonçalan Ş. Qurbanov, qoboyçalan F. Sadıxbəyov, arfaçalan A. Abdullayeva, violonçelçalanlar I. Turiç və Q. Krupkin, altist M. Rzayev. Sənət fəaliyyətinə orkestrdə başlamış bir çox musiqiçilər sonralar SSRI-nin aparıcı musiqi kollektivlərində (Böyük Teatr, SSRI Dövlət simfonik orkestri, Leninqrad Opera və Balet teatrının orkestri və s.) çalışırdılar. Hal-hazırda bu əlaqələrin coğrafiyası bütün dünyanı əhatə edir. Bakı Musiqi Akademiyasının professorları Ə. Iskəndərov, B. Məmmədzadənin həyatının böyük bir hissəsi orkestrlə bağlı olmuşdur. Təbiidir ki, orkestrin tərkibində nəsillər bir-birini əbəz edirdi. Lakin bu, orkestrin ümümi əhval-ruhiyyəsinə, iş qabiliyyətinə, ifaçılıq səviyyəsinə xələl gətirmirdi. Veteranlar sənətinin sirlərini, orkestr duyumunu məmnuniyyətlə gənclərə ötürür, varislik ənənələrini qoruyub saxlayırdılar. 50-ci illərin axırlarında ifaçılıq səviyyəsi simfonik orkestrə öz repertuarına dünya musiqisinin şedevrlrini, Listin “Faust” simfoniyasını, Mosar tın “Rekviyem”, I. S. Baxın “Matveyin əzablarını” (A. Yurlovun rəhbərliyi ilə xor kapellası ilə) yüksək səviyyədə ifa edir. Konsertlərin birində Raxmaninovun “Bahar”, Çaykovskinin “Moskva” kantataları da A. Yurlovun rəhbərliyi ilə xor kapellası ilə birlikdə səsləndirilir.
       1958-ci ildə Moskvada Azərbaycan ədəbiyyatı və incəsənəti ongunlüyündə Azərbaycan Dövlət Opera və Balet teatrının üç tamaşası ilə yanaşı, Dövlət Simfonik Orkestrimin də parlaq konsert proqramları paytaxt dinləyicilərinin mühakiməsinə verilir: Çaykovckinin IV simfoniyası, Raxmaninovun II f-no konserti (solist – T. Mahmudova), Q. Qarayevin “Alban rapsodiyası”, Ü. Hacıbəyovun, S. Hacıbəyovun, F. Əmirovun, Ç. Hacıyevin əsərləri... Konsertləsin birində iştirak edən italyan dirijoru və pianoçusu K. Sekki yazırdı: “Orkestrin çalğısını üslub, ifaçılıq niyyətlərinin təravət və dərinliyi fərqləndirir.”
       1960-ci ildə Bakıda keçirilən Zaqafqaziya musiqi ifaçılarının I müsabiqəsində orkestr fəal iştirak edirdi. Qeyd etmək lazımdır ki, Niyazi istedadlı gənclərə həmişə himayədarlıq edirdi. O, konservatoriya tələbələri, uşaq musiqi məktəblərinin şagirdləri ilə çıxışlara xüsusi diqqət yetirirdi. Niyazinin təşəbbüsü ilə Bülbül adına orta ixtisas musiqi məktəbində müsabiqələr keçiriləndə də, bu müsabiqə qaliblərinin simfonik orkestrlə çıxışına maestro Niyazi həmişə özü dirijorluq edirdi.
       1960-ci ildə simfonik orkestr rəngarəng repertuarla pərəctişkarlarını sevindirir: Şubertin “Tamamlanmamış simfoniyası”, Mosartın sol minor simfoniyası, Veberin “Oberon” və “Azad atıcı” operalarına uvertyuralar, Bethovenin V fortepiano konserti, fortepiano, xor və orkestr üçün “Fantaziya”sı (solist – D. Başkirov). Orkestr tərəfindən ilk dəfə olaraq Q. Qarayevin “Ildırımlı yollarla” baletindən II süitanın, amerika bəstəkarı E. Mak-Dayelin II “Hindu süita”sından fraqmentlər, pianoçu Bella Davidoviç ilə C. Gerşvinin fortepiano konsertinin ifa olunması, F. Əmirovun müəllif gecəsinin keçirilməsi Bakının musiqi həyatında əlamətdar hadisəyə çevrildı.
       Həmin ildə Azərbaycan Dövlət Simfonik Orkestri Çaykovski adına I Beynəlxalq müsabiqənin qalibi Amerikalı pianoçu Van Klibern ilə Şumanın və Raxmaninovun konsertlərini ifa edir. Fransız pianoçusu Monik da lya Brüşolri orkestrlə Bakıda ilk dəfə olaraq K. Sen-Sassın Beşinci konsertini ifa etmişdir. 1960-ci ildə Dövlət Simfonik orkestri – respublikanın əməkdar kollektivi adına layiq görülür.
       1965-ci ildə növbəti “Zaqafqaziya baharının” açılışında zəngin və yeni proqramla çıxış edən orkestri T. Xrennikov yüksək qiymətləndirdi. Orkestrin proqramlarına Azərbaycan bəstəkarlarının yeni əsərləri – A. Məlikovun “Metamorfozlar”, V. Adıgözəlovun skripka konserti, F. Əmirovun “Simfonik rəqsləri”, R. Mustafayevin “Vaqif» və “Polad” operalırından parçalar daxil edilmişdi.
       Məqalənin həcmi orkestrin bütün konsert proqramlarını əhatə etməyə imkan vermədiyinə görə ən mühüm tədbirləri qeyd etməklə kifayətlənirik.
       1965-ci il. Türk bəstəkarları Adnan Sayqun və Camal Erkinin müəllif konsertləri: Adnan Sayqunun III simfoniyası, fortepiano konserti; C. Erkinin skripka konserti və II simfoniyası.
       1965-ci il – Q. Qarayevin “Don Kixot” simfonik qravürlərinin ifası.
       Azərbaycan bəstəkarlarının musiqisi həmişə Dövlət Simfonik orkestrinin repertuarının özəyini təşkil etmişdir: tənqidçilər qeyd edirlər ki, dirijor Qarayev musiqisinin dramatik gərginliyini, F. Əmirov əsərlərinin lirik həyəcanını, C. Hacıyevin monumental freskalarının epik vüs“ətini, S. Hacıbəyovun partituralarının dolğun rəngarəngliyi əks etdirir.
       Orkestrin baş dirijoru əvvəllər çalınmış, dinləyici rəğbətini qazanmış bir səra əsərlərə yenidən qayıdır, hər dəfə onların traktovka və ifasında yeni cizgiləri üzrə çıxarırdı. Orkestr yenidən Çaykovskini, Skryabini ifa edirdi.
       1966-ci ildə Niyazinin dirijoruğu ilə simfonik orkestrin konsertlərinin birində milli fortepiano ifaçılıq məktəbinin ulduzu, o zaman hələ konservatoriyanın tələbəsi F. Bədəlbəyli Sen-Sansın II fortepiano konsertini ifa etmişdir. Simfonik orkestrin çışxışları Azərbaycanın əskər payonlarını, müxtəlif müəssisələrini, hərbi hissələri əhatə edir, uşaqlar və tələbələr üçün hər ay abonoment konsertləri, müharizələr təşkil edilirdi.

       1968-ci ildə Simfonik orkestr Azərbaycan bəstəkarlarının III qurultayına haırlaşir. Türkmənistanda gastrol səfərində olur. Bu mövsümdə orkestr Bethoven irsinə xüsusi diqqət yetirir: Bethovenin V, VIII simfoniyaları, “Eqmont”, “Koriolan” simfonik uvertyurada, türk pianoçu A. Sarıça ilə IV fortepiano konserti ifa olunur.
       70-ci illərdə simfonik orkestrin fəaliyyətində maarifçilik, təbliğatçılıq cəhətləri güclənir. Belə ki, o dövrdə respublika rəhbərliyi – Heydər Əliyevin təşəbbüsü ilə hər ay hökumət və partiya fəalları ücün simfonik konsertlər təşkil edilirdi. Konsertlərin proqramları rəngarəng idi: burada həm dünya musiqi klassikası, həm müasir, həm də azərbaycan musiqisi təmsil olunurdu. Ümumiyyətlə, 70-ci illərdə simfonik orkestr bütün rəsmi bayramlar, ən müxtəlif miqsaylı və səviyyəli tədbirlərin əvəzolunmaz iştirakçısı idi. Partiya-təsərrüfat fəalları üçün təşkil olunan konsertlərdə musiqişunas J. Dozorseva da ön söz ilə çıxış edirdi. O illəri moskvalı mühazirəçi belə xatırlayırdı: “...Hər konsertin proqramını biz bir ay əvvəldən müzakirə edirdik, maestro hər konsert proqramına mütləq azərbaycan musiqisini daxil edirdi”. 1971-ci ildə Azərbaycan Dövlət Simfonik orkestri ilə M. Rostropoviç çıxış edir. 1976-ci ildə orkestr japon dirijoru Koqasi Morinin rəhbərliyi ilə Mosartın, Be thovenin əsərlərini ifa edir. Orkestrlə çıxış edən macar dirijoru Vladimir Valeki də musiqisevərlər böyük rəğbətlə qarşılayır. Məhz bu qövrdə Niyazinin təşəbbüsü ilə Üzeyir Hacıbəyovun doğum günü 18 sentyabr Musiqi günü elan edilir. Bu gün keçirilən bayramda həmişə dahi Bəstəkarın adını daşıyan konservatoriyanın (indiki Bakı Musiqi Akademiyasının) qarşısında mütləq Azərbaycan Simfonik Orkestri çıxış edir. 70-ci illərin daha bir neçə əlamətdar musiqi tədbirlərini sadalayaq: 1972 – Niyazinin 60 illik yubileyi, 1974, 1979 – Azərbaycan bəstəkarlarının IV, V qurultayları, 1975 – Üzeyir Hacıbəyovun 80 illiyi.
       1982-ci il Azərbaycan Dövlət Simfonik orkestrin tarixində əlamətdar bir tarixdir. Bu ildə orkestrin 60 illiyi, Niyazinin 70 illiyi və yaradıcılıq fəaliyyətini 50 illiyi böyük təntənə ilə qeyd olundu. Azərbaycan Respublikası Ali Soveti Rəyasət həyətinin fərmanı ilə orkestr ifacılarının böyük bir qrupu fəxri adlarla təltif olunur. Mətbuatda orkestrin yubileyi geniş işıqlandırılır, qəzet və jurnallarda çoxcaylı məqalə və materiallar çap olunur. O dövrdə “Kommunist” qazetində “Azərbaycan simfoniyası” başlığı verilmiiş yubiley məqalələri ifasında mayestro Niyazinin “Milli mədəniyyətin fəxri” məqaləsi mərkəzi yer tuturdu. O, orkestr tarixini əlamətdar hadisələri işqlanlırır. Çaykovkinin V simfoniyasının ifası ilə səhnəyə qədəm qoyan Azərbaycan Dövlət Simfonik Orkestrinin püxtələşməsi mərhələlərini sadalayan mayestro müxtəlif illərdə bu kollektivdə işləyən, əməkdaşlıq edən peşəkarların, ifaçıların adlarını sadalayır.
       1 Dekada ərzində həmçinin C. Haciyevin IV simfoniyası, Q. Qarayevin “Alban rapsodiyası”, F. Əmirovun “Şur” simfonik müğamı və b. əsərlər də ifa olunmuşdu.
ƏDƏBIYYƏT:
       1. E. Abasova, K. Kasimov. – Oçerki muzıkalğnoqo iskusstva Sovetskoqo Azerbaydcana. B., 1970.
       2. Muzıka Sovetskoqo Azerbaydcana v dni Oteçestvennoy voynı. – B., 1945.
       3. S. Kerimov – Xudocnik udivitelğnoqo talanta. B., 1972.
       4. Magstro Niəzi. Vospominaniə, statği, pisğma. – B., 1987.
       5. Azerbaydcanskaə Qosudarstvennaə Filarmoniə imeni M. Maqomaeva. – B., 1959.
       6. Niyazi – “Milli mədəniyyətin iftixarı” – “Kommunist” qəzeti, 16.07.82.






Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70