ÇARDAŞ VƏ MARKALAR VƏ YAXUD MARKALARDA ƏKSINI TAPAN MACAR RAPSODIYASI
Eldar ISKƏNDƏROV
 


        Eranın IX yüzilliyində Dunay (Tuna) sahillərində oxşarsız dili və musiqi folkloru ilə bütün Avropadan seçilən böyük bir «etnik ada» yarandı. Uralda axtarır və həmin etnik birliyin Şərqi Avropada finn-uqor və türk tayfalarının qaynayıb-qarışmasından törədiyini iddia edirlər. Doğrudan da türk tayfaların Böyük Köçü yolunda əski macar xalq melodiyaları ilə qohum mari (çeremis), udmurt, çuvaş, mordva, xantı və mansilərin musiqi folkloru «adacıqları» indi də yaşamaqdadır. Macar musiqişünaslığı, lap özülü qoyulduğu andan milli folklorun Şərqdəki köklərinə maraq göstərir və göstərməkdədir.
        Əski macar müsiqisinin qaynaqları görüntüləri heç də tam, bitkin deyil. Bəzən bizlərə elə gəlir ki, macar musiqi folklorunda biz ən əski türk-monqol və finn-uqor ənənələrini aydın eşidib duyuruq (pentatonika və pentakord üslubu).
       Macar xalq ağılarının melodiyaları sibirdəki xantı və mansilərin musiqi folklorunda yaşayır. Noqay tatarları, başqurdlar və, hətta, Anadolu türklərinin xalq mahnıları ilə oxşarlıqlar macar folklorunun qan yaddaşında Asiya xatirələrinin uyudyuğunun göstəricisidir. Yəni əslində, macar musiqi mədəniyyəti əski şərq musiqi mədəniyyətinin qərbə doğru irəliləmiş ən uzun qoludur. Həmin mədəniyyət və onun mulodiya çevrəsi uzun zamanlar Avropa ənənələli yabancı olmuşlar. Digər tərəfdən Qərbi – Avropa xalqları və slavyanlarla qonşuluq macar musiqisinin intonasiya özülünə təsir etməyə bilməzdi.
       Təqdim edilən ilk 3 markada orta yüzilliklərdə şəhər musiqiçilərinin çaldığı musiqi alətləri əks olunub. Artıq XV-XVI yüzilliklərdə macarlar Italiya, Fransa və Polşada çoxsəsliliyin xor və instrumental formalarını mənimsəyirlər. Tanınmış macar musiqiçisi və şairi A. S. Molnar (4-cü marka) fransız psaltırını (zəbur kitabını) ilk dəfə macar dilinə çevirmişdir.
       XVII yüzilliyin sonunda köçəri musiqiçilərin – macar köçərilərinin – qaraçıların təsiri ilə yeni musiqi üslubu meydana gəlir. Macar qaraçısı Yanoş Bixari (5-ci marka) 1801-ci ildə Peşt şəhərində orkestr yaradır və həmin kollektiv üçün mahnı və rəqs melodiyalarını işləyir. Çox şıdırğı skripkaçı olan Y. Bixari 80-dən artıq əsərdə verbunkoş üslubunu son dərəcə yetkinləşdirir ki, sonralar onun əsasında çardaş janrı yarandı. Verbunkoşun mahiyyəti hələ lazımlı şəkildə öyrənilməyib, lakin burada əski xalq rəqsləri (haydut və çoban rəqsləri) ilə yanaşı müsəlman sərqinin və digər üslubların təsiri duyulur. Verbunkoş dil-üslubu rəmzlər, bədii surətlər və qeyri-adi melodik «gəzişmələrlə» zəngindir.
       Ilk öncə verbunkoş üslubu Y. Haydn və V. A. Motsartın, daha sonra isə Dittersdorf, L. Bethoven, K. M. Veber, F. Şubert, H. Berlioz və ən, nəhayət, I. Brams kimi bəstəkarların yaradıcılığında getdikcə daha dolqun əks olunub. Y. Haydnın «Macar rondosundan» tutmuş I. Bramsın «Macar rəqsləri» və fortepiano üç ün sonatasınadək.
       Daha sonrakı 2 marka macar operasının yaradıcısı Ferents Erkellə bağlıdır. Italyan və fransız opera ənənələrindən faydalanan F. Erkel öz macar operalarında verbunkoş və xalq mahnı melodiyalarına geniş yer vermişdir. F. Erkelin vətənpərvər ruhlu və tarixi məzmunlu operalarında macar xalqının azadlıq uğrunda yadellilərlə mübarizəsi öz əksini tapıb.
       Macar musiqi mədəniyyətinin irəliləyişində Esterxazi knyaz nəslinin fəaliyyəti danılmazdır. Həmin nəsildən bir çoxları opera truppası və orkestr saxlamış, bəzən özləri də musiqiçi olmuş və tanınmış sənətkarlara havadarlıq etmişlər. Tanınmış Avstriya bəstəkarı Y. Haydn 30 il ərzində Esterxazi Saray kapellasının bədii rəhbəri və dirijoru işləmişdir. Məhz Esterxazi knyazlarının qoyun sürüləri baş baxıcısının ailəsində dünyaya gəlmiş bir oğlan uşağı 9 yaşında artıq öz dövrünün ən tanınmış pianoçularını üstələməyə başladı. Dahi macar Ferents List öz dövründə dünya musiqi mədəniyyətinin ən sayıman simalarından idi: simfonik poema janrı, çağdaş fortepiano və dini məzmunlu musiqi onun adı ilə bağlıdırlar (17 marka və küçük vərəq).
       Sonraki gələn marka 1875-ci ildə Budapeştdə əsası qoyulmuş macarıstan musiqi akademiyasının 100-illik yubileyi ilə bağlı buraxılmışdır. Həmin akademiyanın ilk prezidenti Ferents List, ilk bədii rəhbəri isə Ferents Erkel olmuşlar.

       F. Listin çağdaşı Mixay Moşonyi haradasa onun əleyhdarı sayıla bilər. Çox gözəl kontrabasçalan, musiqiçi-publisist (Macarıstanda ilk musiqiçi qəzetin təsisçisi və redaktoru) və bəstəkar kimi Moşonyi milli köklərə daha yaxınlığı və ümumavropa ənənələrindən daha uzaqlığı ilə seçilsə də, Macarıstanda romantizm meyarlarının ən yenilməz müdafiəçisi idi.
       1848-1849-cu illər inqilabının iştirakçısı, macar bəstəkarı Karoy Qoldmark milli musiqidə Şərq mövzularından faydalanmışdır. O, «Şakuntala» uvertürası və «Bilqeyis»(«Səba padşahı») operaları ilə ad çıxarmışdır ki, sonuncudan səhnə avia markasında öz əksini tapıb.
       Vyana operettası janrının biçimlənməsində macar bəstəkarlarının ən sanballı xidmətləri var. Ferents Leqar inacar olduqça şən və yelbeyin operettalarında musiqi dili ilə ən yüksək insani yaşantıları gərçəkləşdirə bilib və bunun nəticəsində onun yaratdığı surətlər ölməzdir. Avstriya markası bizlərə F. Leqarın «Şən dul qadın» operettasında baş qadın qəhrəmanı – Qanna Qlavarini təqdim edir.
       XX yüzəlliyin başlancığı öz yaradıcılıqları ilə hətta hazırkı çağdaş musiqinin irəliləyişinə yön verən yeni macar bəstəkarlarının sənət meydanında ilk addımları dövrudur. Onlar milli ideyaların XIX yüzilliyə xas olan ifadə yollardan, çeynənmiş romantik meyarlardan təngə gələrək musiqi sənətinə yeni nəfəs gətirmişdilər.
       Bela Bartok – dahi bəstəkar, pianoçu və Macarıstan, Rumıniya, Slovakiya, Serbiya, Bolqarıstan, Ukrayna, Xorvatiya, Türkiya və ərəb ölkələri folklorunun ən tanınmış araşdırıcısıdır (3 marka və bir blok). Onun musiqi yaradıcılığı folklorun ən əski və dərin qatlarından qidalanan qeyri-adi melodika və ritmlə seçilir. Bela Bartokun bir sıra əsərləri, o cümlədə «9 sehrli maral» kantatasının klavirı (blok) və «Göysaqqallı hersoq» operası macar markalarında öz əksini tapmışlar. «Ağacdan düzəldilmiş şahzadə» baletindən səhnə isə Monqolustan miniatüründə öz əksini tapıb.
       B. Bartokun ən yaxın dostu və silahdaşı Zoltan Koday onun araşdırmalarını davam etdirməklə yanaşı, özünün yaddaqalan əsərləri ilə macar musiqi mədəniyyətini zənginləşdirmişdir. 1982-ci ildə çıxan blok onun xatirəsini yad edir.
       1963-cü ildə Macarıstan poçtu ilə buraxılan Budapeşt musiqi akademiyasının professoru, romantik simfonik poemalar və kamera əsərlərin müəllifi Leo Veynerin də xatirəsinə əklil qoydu.
       Macarıstanın bugünkü musiqili həyatı filatelist materiallarda öz geniş əksini tapıb. Sıradakı markada ölkənin musiqi incəsənətinin yüksəlişinin rəmzi kimi violonçelli qız təsvir olunub.
       Macarıstan opera teatrını da markalarda tanımaq olar. I miniatür teatrın memarı Mikloş Iblə, 1984-cü ildə buraxılan blok isə opera teatrının açılışının 100 illiyinə həsr olunub.
       Məhz markalarda öz musiqisini geniş və çoxqalarlı «səsləndirdiyinə» görə Macarıstan ən filatelist ölkələr arasında sayımlı yerlərdən birini tutur.

(Ardı var)









Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70