Qara Qarayev və musiqi, folkloru çox əhatəli bir problemdir və şübhəsiz ki, kiçiq bir məqalədə bu problemin bütün cəhətlərini əhatə etmək mümkün deyildir. Qara Qarayev bütün əsərlərində xalq musiqisinin qanunauyğunluqlarına söykənmişdir. Lakin Q,Qarayevin musiqi dili xalq musiqisinin ən qiymətli özəyini yəni lad-intonasiya xüsusiyyətlərini özündə cəmləşdirir. una görə də biz tədqiqiat dairəsini müəyyən dərəcədə məhdudlaşdıraq. Əsas diqqətimizi Q.Qarayev musiqisində milli lad-intonasiyaların təzahürü məsələsinə yönəltmişik. Daha dəqiq desək, biz Q.Qarayevin yaradıcılığını mərhələrlə araşdıraraq, xalq musiqi mənbələrindən, xüsusilə lad-intonasiyalardan istifadə üsullarının təkamülü prosesini izləməyə və bu aspektdə Q.Qarayevin əsərlərində xalq musiqisi ilə əlaqə prinsiplərini açıqlamağa çalışmışıq.
Qeyd etmək lazımdır ki, Azərbaycan xalq musiqisi ilə əlaqə Q.Qarayev yaradıcılığının hər bir dövründə özünü büruzə vermişdir. Bəstəkarların üslub axtarışları folklora yaxınlıq dərəcəsini və xalq musiqisindən istifadə üsullarının mürəkkəbliyini şərtləndirmişdir.Buna görə də bəzən Q.Qarayevin əsrlərində mürəkkəb transformasiyaya uğramış xalq musiqi elementlərini təhlil etmək çətin görünür.
Q.Qarayev xalq musiqisinin ümumi qanunauyğunluqlarını, lad əsasını, harmonik və ritmik xüsusiyətlərini professional musiqi qanunları ilə, milli bəstəkarlıq məktəbinin naliyyətlərilə, müasir musiqinin texniki vastələrilə qovuşdurur. Q.Qarayev musiqisinin kökləri milli lad-intonasiya əsasları ilə sıx bağlıdır. Məhz lad-intonasiya milliliklə müasirliyi üzvi surətdə bir-birinə qovuşduran tellərdir.
Təsadüfi deyil ki, görkəmli musiqişünas alim L.Mazel müasir dövrün Gerşvin, Albenis, De Fayla, Bartok, Koday, Yanaçek, Martinu, Villa Lobas, Voan Uilyams kimi bəstəkarları sırasında Q.Qarayevin də adını çəkərək, yazır ki, mütərəqqi dünya musiqi mədəniyyətinə müxtəlif ölkələrin, o cümlədən, amerika zəncilərinin, ispan, macar, çex, Azərbaycan, afro-braziliya, ingilis xalq musiqisinin xüsusi lad cizgiləri böyük təsir göstərir.
Q.Qarayevin yaradıcılığına gəlincə, qeyd etmək lazımdır ki, məhz milli lad- intonasiyalarının bəstəkarın yaradıcılıq məqsədlərinə tabe edilməsi nəticəsində yüksək səviyyəli əsərlər yaranmışdır.
Q.Qarayevin yaradıcılığı əsrimizin 30-40-cı illərində formolaşaraq inkişaf etmişdir.
Haqqında danışdığımız dövr bəstəkarın tələbəlik illərinə təsadüf edirdi. O, həm müəllimlərinin rəhbərliyi altında bəstəkarlıq sənətinin sirlərinə yiyələnir, həm də onların ənənələrindən bəhrələnərək öz üslubunu təkminlləşdirirdi.
Bu mərhələdə fortepoano və orkestr üçün «Sevinc poeması», «Ürək mahnısı» və «Səadət nəğməsi» kantataları, Birinci və Ikinci simfoniyalar, «Vətən» operası ( C.Hacıyevlə birgə), «Azərbaycan suitası», «Sarskoye selo heykəli» fortepoano pyesi, fortepiano üçün Soiatino, xalq mahnı işləmələri və onlarca başqa əsərlər yaranmışdır. Bu dövürdə yaranmış əsərlər keçid mahiyyəti daşısa da bəzən mübahisə və tənqid obyektinə çevrilsə də, onların hər birinin meydana gəlməsi Azərbaycan musiqisində əhmtəli hadisə, bəstəkarın yaradıcılığında irəliyə doğru mühüm addım kimi qiymətləndirilir.Bu əsərlər, eyni zamanda, bəstəkarın yaradıcılıq üslubunun formalaşma prosesini əks etdiri.
Bu əsərlərdə xalq mahnı və rəqs intonasiyaları, məqam quruluşu, muğam təfəkkür tərzi, aşıq musiqisi elementləri öz əksini tapmışdır. Xalq musiqisindən alınmış hər bir üsulu bəstəkar öz yaradıcılıq süzgəcindən keçirmiş,öz bədii məqsədinə tabe etmişdir.
Onu da qeyd edək ki, bu dövrün əsərlərində xalq musiqisi ilə əlaqə bəzən aydın nəzərə çarpır, bəzən də daha dərində olurdu.Bu da həmin dövrdə bəstəkarın milli üslubunun qeyri-müəyyənliyi haqda rəylər doğururdu. Çünki o zaman folklora münasibətdə konservativ mövqe üstünlük təşkil edirdi. Q.Qarayevin dar çərçivəyə sığışmayan yenilik axtarışları «yabançı dil» kimi qələmə verilirdi, bəstəkarın yazı üslubunu «süni» və «qəribə» hesab edənlər də tapılırdı. Lakin həmin əsərlərdə bu günkü meyarlarla yanaşsaq, görərik ki, bu fikirlər əsassızdır. Əsas şərt bəstəkarın xalq musiqisindən «çox və ya az» istifadə etməsi deyil, onun milli ruhu duymasıdır.
Məsələn, «Ürək mahnısı», «Səadət nəğməsi» kantatalarında bəstəkar Azərbaycan lad-intonasiyalarından sadə, lakin olduqca effektli bir tərzdə istifadə etmişdir. Hər iki əsərin mövzularında şur ladının istinad pərdələri, kadans ifadələri özünü aydın büruzə verir. Birinci və ikinci simfoniyalarında isə Q. Qarayev polifinik yazı üsullarını Azərbaycan xalq musiqisinin ümumi inkişaf prinsipləri, ritm və lad-intonasiya xüsusiyyətləri ilə qovuşdurmağa cəhd göstərir. Bu simfoniyalarda o, Azərbaycan ladlarının daha dərin qatlarına nüfuz etməyə çalışmışdır. Buna görə də bu simfoniyalarda lad-intonasiyalarından istifadə üsulları daha professionaldır.Yaradıcılığının ilkin mərhələsində Q.Qarayevin xalq musiqisindən istifadə üsullarını, xüsusilə onun milli ladlara istinadını araşdırarkən, belə bir nətcəyə gəlmək olur ki, Q.Qarayevin ilk əsərlərində milli lad-intonasiyalar «təmiz», « saf» şəkildə eşidilir, sonrakı əsərlərdə isə bəstəkar ladların qovudurulmasına, laddaxili modul
yasiyalara daya geniş yer verir. Bu üsullarla onun yetkin əsərlərində daha da inkişaf etdirilərək, yaradıcılığının apardığı prinsipinə əevrilir.
Bu baxımdan 1947-ci ildə yazılmış « Leyli və Məcnun» simfonik poemasını xalq musiqisi ilə əlaqə sahəsində bəstəkarın cəsarətli axtarışlarının bəhrəsi və həm də nəticəsi kimi qiymətləndirmək olar. Xalq musiqisinin dərin köklərilə bağlı bu əsərdə milli xüsusiyyətlər özünə məxsus, orcinal bir forma kəsb edir.
«Leyli və Məcnun» simfonik poemasının mövzuları böyük gərginliyi, dramatizmi ilə diqqəti cəlb edir.Onlar lad-harmonik, ritm , tembr və s. cəhətdən inkişaf edərək tədricən mürəkkəbləşir. Buradan milli lad- intonasiyalardan sərbəst və dolğunluqla istifadə olunur. Giriş mövzuda şur ladının, əsas mövzuda şüştər ladının, köməkçi mövzuda rast ladının xüsusiyyətlərinə istinad edən bəstəkar bütövlükdə xalq musiqi təfəkkürünün ən dərin qatlarında yatan qanunauyğunluqların dərk edərək, üzə çıxartmağa çalışır.
Poemada qeyd etdiyimiz ladların mühüm funksional pərdələri qabarıq verilmişdir. Buradakı formul xorekterli səciyyəvi lad-intonasiyalar «milli əlamət» rolunu oynayaraq, mövzuların inkişaf prosessindəki gərginliyi tənzimləyir. Bu prosses Q.Qarayevə məxsus bir sərbəstliklə, sadə ifadə vastələrindən istifadə etməklə həyata keçirilir.
«Leyli və Məcnun» simfonik poemasında Azərbaycan xalq musiqisinin lad sistemi formanın dinamikləşdirilməsində mühüm rol oynayır.
«Leyli və Məcnun»-da əldə olunmuş uğurlar 50-ci illərdə « Yeddi gözəl» baletində davam etdirilmişdir. «Yeddi gözəl» baletinin milli lad-intonasiya və tematizm cəhətdən təhlili göstərir ki, xalq musiqisinin intonasiya və ritimləri əsərin ümdə xüsusiyyətlərini, onun necə deyərlər « canını» təşkil edir.
Baletdə xalq instrumental musiqisini müəllim üçün mühüm yaradıcılıq mənbəyi olmuşdur. Əsərdə milli musiqi folklorunun xüsusiyyətlərini, ilk növbədə lad sahəsində özünü göstərir. Belə ki, xalq melodiyalarının əhəmiyyətli dərəcədə dəyişilməsi lad transformasiyası ilə sıx bağlıdır.
Xüsusilə Ayişə obrazının səciyyələndirilməsində, bu obrazın musiqi – dramaturji inkişaf xəttində xalq musiqi dilinin maraqlı amilləri təzahür edir. (Nümunə üçün onlardan birini – leytmotiv əhəmiyyəti kəsb etmiş aşağı istiqamətli sekunda intonasiyasını qeyd etmək olar ki, bu da Azərbaycan musiqisinin lod-intonasiya spesifikası ilə bağlıdır).
Xysusi qeyd etmək lazımdır ki, Q.Qarayev bu əsərlərində musiqi materialının inkişafında muğam prinsiplərində özünə məxsus istedadla istifadə etmişdir.
Q.Qarayevin bu baletində tapdığı milli musiqi mənbələrilə bağlı ifadə vastələri və üsulları sonrakı illərdə yazdığı əsərlərdə də inkişafa uğramışdır. Bəstəkarın yaradıcılığında xalq mənbələrinə istinad prinsiplərinin təkamül yolunun yeni və daha kamil mərhələsi 1965-ci ildə Üçüncü simfoniyasının yaranması ilə bağlıdır.
Bu simfoniyasında, ilk növbədə, müasir professional sənətinin inkişaf etmiş vasitələri ilə xalq musiqi təfəkkürünün sintezi öz əksini tapmışdır. Bunun Q.Qarayevin özü belə şərh edirdi ki, «12 tonlu texnikaya ciddi riayət edərək, milli musiqi yazmaq olar». Üçüncü simfoniyanın melodik funksionallıq yönümündən araşdırılması göstərir ki, burada xalq musiqisi ilə əlaqənin yeni növü meydana çıxır. Başlanğıcını xalq musiqisindən götürən və seriya üslubu ilə yaxından qovuşan melodiyanın motiv quruluşu, motiv variantlılığı kimi xüsusiyyətləri Q.Qarayevin seriya ilə folkloru qovuşdura bilməsi üçün zəmin olmuşdur.
Simfoniyanın ilk xanələrindən səslənən və 1-hissənin inkişafında mühüm yer tutan lad-intonasiya elementi aşağı hərəkətli kiçik sekunda intonasiyası diqqətə layiqdir. Bu intonasiya verilmiş mövzunun kontekstinə məntiqi surətdə daxil olaraq, obraz-məzmun mənasını dərinləşdirir.Bundan əlavə, bu simfoniyanın lad-intonasiya qurluşunda ardıcıl təzahür edən kvarta prinsipi də Azərbaycan lad sisteminin qanunauyğunluqlarındandır. Üçüncü simfoniyada bu cür qanuauyğunluqlar müasir hormoniyanın 12 pərdəli sistem, dissonansiyaların müstəqilliyi, funksionallıq kimi əsas xüsusiyyətləri ilə çulğalaşır.
Beləliklə, Q.Qarayevin əsərlərində xalq musiqisindən istifadənin yeni üsulları formalaşmış və bəstəkarın yaradıcılıq üslubunun mühüm tərkib hissəsinə çevrilmişdir. Bu üsulların formalaşma prosesi bəstəkarın bütün yaradıcılığı boyu davam etmiş, hər bir yeni əsərdə təkminlləşərək, yüksək pilləyə qalxmışdır. Bəstəkarın yaradıcılığının təkamül prosesinin izlənməsi bunu bariz surətdə göstərir. Q.Qarayevin hansı mövzuya mürvciətindən, nə cür yaradıcılıq məsələsi həll etməyindən asılı olmayaraq, o, milli köklərdən ayrılmır. Əgər yaradıcılığının ilkin dövründə xalq musiqisi ilə professional sənət arasında qovuşma nöqtələrinin axtarışı diqqəti cəlb edirsə, yetkin əsərlərdə bəstəkar bu qovuşmaya nail olur. Sənət sahəsində onun hər bir yeni naliyyəti milli mənbələrə daha dərin əlaqəsini büruzə verir.Q.Qarayev Azərbaycan bəstəkarlıq məktəbi məkanında xalq musiqisinə, muğam köklərinə yeni baxışın, yeni münasibətin əsasını qoymuş, milli musiqi mənbələrindən novator sənətkar k
imi istifadə etmişdir.Təqdirə layiqdir ki, onun bu aspektdə yaradıcılıq ənənələri çağdaş dövrün bəstəkarları tərəfindən diqqətlə öyrənilir və onların yaradılmasında yeni keyfiyyətlə davam etdirilir.
p align>
|