Istəməzdim ki, istəklərimin təsiri altına düşüm və məqaləni daha ifadəli və daha zəmli adlandırım. Lakin, "Volkaçıların Bülbül adına Ikinci Bəynəlxalq müsabiqəsi" – bu deyimin şərhə, fikrimcə, ehtiyacı yoxdur.
Ümumiyyətlə, belə bir müsabiqənin keçirilməsi ideyası çoxdan meydana gəlib. Həyata keçirilməsini isə hamı səbirsizliklə gözləyirdi, özü də təkçə yarışlarda iştirak etmək arzusuyla yox, ən əsas sənətkarlıq ab-havasında görüşmək, gərəkli problemləri müzakirə etmək, müasir vokal sənətinin vəziyyətindən danışmaq və i. a. Və, nəhayət, həmin ideya baş tutdu.
1997-ci ildə keçirilən Vokalçıların Bülbül adına I Beynəlxalq Müsabiqəsi Azərbaycan vokal sənətinin tarixində yeni bir səhifə açdı.
Birinci müsabiqə Azərbaycan vokal sənətinin banisi Bülbülün anadan olmasının 100 illiyinə həsr edilmişdi. Bizim ölkəmizin vokal sənətinin inkişaf tarixində Bülbül şəxsiyyəti, demək olar ki, yeni bir dövrdür. Bülbül nadir istedadı ilə Azərbaycan xalqının əbədi sevgisini qazanıb. Beynəlxalq müsabiqənin bu görkəmli müğənninin adı daşıması, həmin müsabiqənin həm bizim, həm də qonaqlarımızın nəzərində nüfuzunu bir daha yüksəldir. Həmin sənət yarışının ilk dəfə keçirilməsinə baxmayaraq, bir sıra ölkələrdən 60-a yaxın iştirakçı toplaşmışdır.
Münsiflər heyətinin tərkibinə vokal sənətinin görkəmli mütəxəssisləri təyin edilmişdi. Onlara Beynəlxalq Musiqi Xadimləri Ittifaqının Sədri SSRI-in Xalq artisti, professor və akademik Irina Konstantinovna Arxipova Sədrlik eləyirdi. Daha sonra o zamankı münsiflər heyətinin tərkibini bir də yada salaq: Beynəlxalq Musiqi Xadimləri Ittifaqının vitse-Prezidenti, Moldovanın Musiqi Xadimləri Ittifaqının Sədri, SSRI-in Xalq artisti, professor, Mariya Biyeşu; Gürcüstanın Xalq artisti, professor, Nodar Andquladze; SSRI-in Xalq artisti, Ü. Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru, Azərbaycanın Misuqi Xadimləri Ittifaqının Sədri, professor Fərhad Bədəlbəyli; SSRI-in Xalq artisti, professor Fidan Qasımova; Azərbaycan Respublikasının Xalq artisti, Ü. Hacıbəyov adına Bakı Musiqi Akademiyasının vokal kafedrasının müdiri, professor Xuraman Qasımova; SSRI-in Xalq artisti, professor Firəngiz Əhmədova; Moldova Xalq artisti, Kişineu Milli operasının baş dirijoru və bədii rəhbəri Aleksandr Samoile; SSRI-in Xal
q artisti, professor Yelena Miroşniçenko; Nyu-York "Metropoliten-opera"sının bədii şurasının üzvü, ABŞ Musiqili-ifaçılığı Cəmiyyətinin Prezidenti Nedda Kassey.
Bəli, belə bir müsabiqənin münsiflər heyətinin tərkibi də mütləq elə yüksək səviyyəli olmalı idi. Lakin, bu cür münsiflərin qarşısında çıxış etmək heç də asan məsələ deyildi.
Eyni zamanda demək istərdim ki, müsabiqə iştirakçılarının da səviyyəsi kifayət qədər yüksək idi. Bütün III turu keçmək, və hətta Laureat adını almaq o demək idi ki, vokalçı çox yüksək peşəkarlıq göstərib və sənət ustalığı məktəbi imtahanından alnıaçıq çıxıb.
Müsabiqənin keçirildiyi günlər (19.XI–1.XII) əsil incəsənət, gənclik və dostluq bayramı adlandırıla bilərdi.
Bizim üçün xüsusi xoşa gələn hadisə o oldu ki, azərbaycanlı iştirakçıları bir sıra əhəmiyyətli uğurlara çatdılar: Əli Əsgərov Qran-Pri mükafatını aldı; Həsən Enami, Qərinə Kərimova, Adil Axundov – Laureat oldular. Hətta kənc müğənnimiz Fəridə Məmmədova "Ümüd" mükafatını qazandı. Bütün bunlar Azərbaycan vokal məktəbinin parlaq qələbəsi idi.
Vokalçıların Bülbül adına I Beynəlxalq Müsabiqəsi tarixin nailiyyətinə çevrildi, lakin o xülasələr ki müsabiqədən çıxarılan nəticələr gələcəyə yönəldilməli idi.
Məhz I müsabiqənin ortaya suallar qoyduğunu fikirləşmək düzgün olmazdı: doğrusu, bu sənət bayramı həmin sualları daha kəskin qabardaraq onlara verilməsi cavabları, həllini gözləyən məsələləri bir daha kündəmə gətirdi. Hərçənd ki, müsabiqələrin başlıca məqsədlərindən biri də budur. Hətta, gələcək üçün işıqlı perspektivlərin təyini təqdirəlayiqdir: müsabiqəni 3 ildə bir keçirmək qərarı ümüd verirdi ki, ölkəmizin vokal sənəti dinamik şəkildə irəliləyəcək və müsabiqənin beynəlxalq yayımı getdikcə genişlənəcəkdir.
Üç il keçdi... Və 2000-ci il sentyabrın 18-də, xalqımızın Musiqinin Bayramı günü, bu dəfə Vokalçıların Bülbül adına II Beynəlxalq Müsabiqəsi təntənəli açılışında öz əksini tapdı.
Əsasən münsiflərin tərkibi dəyişməmişdir. Lakin, Amerikadan Nedda Kassey obyektiv səbəblərə görə gələ bilmədi; Y. Miroşniçenkonun əvəzinə Ukrayna Respublikasının Xalq artisti, profesor Z. Xristiç dəvət olunmuşdu; münsiflərin tərkibinə hətta SSRI-in Xalq artisti, akademik V. Pyavko (Rusiya) və sənətşünaslıq doktoru Frans Müller-Hayzer (Almaniya) daxil edilmişdir.
Birinci müsabiqəyə nisbətən iştirakçıların sayı çoxalmışdır və dəqiq desək 79 nəfər idi. Baxmayaraq ki, öncədən 150 nəfər müsabiqə təşkilat komitəsinə sifariş göndərmişdi. Belə bir vəziyyətin bir sıra obyektiv səbəbləri vardı: ən əsası isə böyük məsafələr və maddi çətinliklərdi. Məsələn, Misir, Slovakiya, Yakutiya-Saxa, Komi ölkələrindən sifarişi sahibləri həmin səbəblərə görə gələ bilmədilər.
Hər halda, II müsabiqədə 14 ölkədən iştirakçı çıxış etdi: Rusiya, Ukrayna, Moldova, Gürcüstan, Kazağıstan, Başkortostan, Gırğızstan, Tatarstan, Özbəkistan, Türkmənistan, Türkiyyə, Kitay, Cənubi Koreya və nəhayət, Azərbaycan vokal məktəblərinin qabaqcıl nailliyətləri ilə bizi tanış edə bildilər.
Cəmi 3 il keçsə də, vokalçıların bizim müsabiqəyə marağı nəinki azalmayıb, əksinə, artıb.
Indi isə, gəlin II Müsabiqədən daha ətraflı söhbət açaq.
I tur, təbii ki, çox böyük və gərgin keçdi. Dörd gün ərzisində, müsabiqənin iştirakçıları çalışırdılar ki, öz səslərini, səs imkanlarını və öz ifaçılıq məktəblərinin üstünlüklərini göstərsinlər.
Seçmə nəticəsində II tura cəmi 37 nəfər keçə bildi: o cümlədən, yeddi Soprano, beş Bas, yeddi Metso-Soprano; yeddi Tenor və dörd Bariton.
Azərbaycan vokal məktəbinin 7 nümayəndəsi
II tura keçə biliblər: Inarə Babayeva, Rəna Mustafayeva, Faridə Məmmədova, Dilşad Əsədova, Eldar Əliyev, Timur Abdikeyev, Seymur Kərimov.
Biz onlara azarkeşliyimizdə çox şad idik, lakin həmin sırada elələri var idi ki, bizi heyran etdilər. Əvvəla, Eldar Əliyev. Indiyədək imkanımız olmayıb ki, Eldarın oxumasını eşidək: axı, o artıq 8 ildən çoxdur ki, Italiyada çalışır. Müsabiqədən qabağ biz haqqında çox eşitmişik, lakin I turda çıxışı, doğrusunu desək, hamımızı həyəcana gətirdi. Aydın idi ki, bu vokalçı müsabiqənin laureatı olmalıdır.
Bundan başqa, Rəna Mustafayeva da çox yaxşı təsir bağışladı. Onun çox gözəl səsi var, oxumaq mədəniyyəti yüksəkdir, lakin Eldardan fərqli, təcrübəssizliyi hiss olunurdu (hərcənd ki, 5-6 ildən artıq böyük səhnədə çıxış edir). Burada gənc müğənninin az da hiss olunan zəif psixoloji hazırlığını qeyd edək. Həmin çatışmayan cəhətlər II turda özünü daha qabarıq aşkar etdi. Şübhəsiz ki, Rəna III turun bütöv proqramını I turdakı kimi oxusaydı, müsabiqənin laureatı adına layiq görülərdi. Lakin, çox təəssüf...
Ümüd bağışlayan iki çox cavan müğənnimiz – Timur Abdikeyev və Seymur Kərimov isə hamını təəccübləndirdilər. Hələ ki biz onları böyük səhnədə görüb eşitməmişdik, eyni zamanda da belə uğurlu çıxışlarını gözləmirdik. Hər ikisi bütün imkanlardan istifadə edib layiqli çıxış göstərmək üçün çox çalışdılar.
II tur. Hamının həyəcanına, gərilmiş əsəblərinə, təəssürat keçirməyinə baxmayaraq, müsabiqədə ümumi ab-hava çox "rəhmli" və dostyana idi. II turun tələbləri, əlbəttə ki, I turunkundan qat-qat çətin idi. Burada ifaçının musiqiçi mənəviyyatı aşkarlanmalı, o özünü bir şəxsiyyət kimi təqdim və təsdiq etməlidir. Çoxları həmin məqsədə çata bilmədi: hətta o vokalçılar ki, I turda çoxlu ümüd bağışlamışdılar. Məsələn, Türkiyyədən Nurdan Güçük Ekmençi I turda, qarşısında qoyulan tələblərin öhdəsindən gələrək, böyük ümidlər oyatdı, II turda isə çox kafi oxudu – təkçə A. Zeynallının "Ölkəm" romansını istisna eləmək şərti ilə. Romans çox gözəl ifa olunaraq hamımızı dərindən duyğulandırdı.
II turda Tatarstandan Tatyana Mazurenko çox yaxşı çıxış etmişdir. Gözəl səsi var, lakin bir böyük çatışmayan cəhəti də var – Italyan dilini həddinnən pis bilir. Bu da böyük nöqsandır. Lakin çox istedadlı və, necə deyərlər, olduqca "ağıllı" müğənnidir.
Fəridə Məmmədovaya gəldikdə xüsusiylə düzgün tələffüzü ilə fərqlənirdi. Özü də italyan, alman, ya da Azərbaycan dilində oxuduğundan asılı olmayaraq. Gözəl peşəkarlıq səviyyəsidir! Onun bütün çıxışları da, hərtərəfli mənada yüksək səviyyədə idi. Qeyd etməliyik: Fəridə I Müsabiqədən sonra öz sənətində irəliləməkdədir və bir vokalçı kimi artıq yetkinləşib. Təkçə olaraq arzulıyardıq ki, ifaçılıqda incəlik və zərifliyə daha çox üstünlük versin.
Dilşad Əsədova çoxsunun çəkindiyi Ü. Hacıbəyovun "Sənsiz" romansını ürəklə oxudu. Hər halda Dilşadın çox nadir və gözəl səsi var. Arzu edərdik ki, təhsilini Italiyada davam edib təkmilləşdirsin.
Irina Makarova (Rusiya) – bizə müsabiqənin ən parlaq xatirələrindən birini bağışladı. Şəxsən mən,
N. Rimskiy-Korsakovun "Ölməz Kaşşey" operasından Kaşşeyin reçitativın belə ifada heç zaman eşitməmişəm. Və, yəqin ki, təkçə mən yox. Heç bilinmir, Bakıda belə bir ifanı bir də eşidə biləcəyikmi? Bütövlüklə, çox gözəl metso idi.
Yelena Manistina (Rusiya) isə həddindən artıq nadir səs sahibidir. Misilsiz kontraltodur! Və turların hər ikisində proqramını, demək olar ki, parlaq ifa etdi. Heç kəs şübhə etmirdi ki, Yelena laureatlıq adına layiq görüləcək.
Və, nəhayət Eldar Əliyev bizi yenə də sevindirdi. I turda Motsartın "Don-Juan" operasından Don Juanın reçitativ və ariyasını parlaq ifa etdikdən sonra, II turda hər oxuduğu əsərlə özünün ümumi musiqi mədəniyyətini və vokal sənətinin səviyyəsini çox gözəl açıqlaya bildi. Həm gözəl bir artistdir, həm gözəl səsin sahibidir, parlaq vokal əsasları var. Hər təqdim etdiyi əsər – A. Borodinin "Dlc bereqov otçiznı dalhney" romansı, S. Raxmaninovun "Aleko" operasından Qocanın hekayətı, A. Zeynallının "Ölkəm" romansı və C. Verdinin "Attila" operasından Attilanın ariyası – ən yüksək tərifə layiqdirlər.
Beləliklə, III tura 11 iştirakçı keçdi. Onların adları çəkiləndən sonra bir neçə mükafat və diplomlar verildi:
– Xalq mahnının ən yaxşı ifası – Pek Sen Qil
(tenor), Cənubi Koreya.
Təəssüflər olsun ki, bizim vokalçılarımız nədənsə xalq mahnılarını lazımlı səviyyədə təqdim edə bilmədilər.
– "Ümüd" mükafatı – Timur Abdikeyev (bas),
Azərbaycan.
Doğrudan da müsabiqənin tapıntısıdır.
– Bülbülün repertuarından Azərbaycan bəstəkarın romansının ən yaxşı ifadəsi – Olqa Çernışova (soprano),
Rusiya.
Qeyd edək ki, bu ildən Olqa Böyük Teatra dəvət edilib. Əlbəttə, bizimkilər bu mükafatı alsaydılar, daha təbii olardı.
– Milli əsərin ən yaxşı ifası – Sulxan Qvelesiani
(bariton), Gürçüstan.
Mükafat Azərbaycan Musiqi Xadimləri Ittifaqından təqdim edilmişdir.
– Artistizmə görə – Seymur Kərimov
(bariton), Azərbaycan.
I. K. Arxipovanın fondundan.
– Müsabiqənin 3 ən yaxşı konsertmeysteri – Alsu Barışnikova (Rusiya),
Tamil Quliyeva
(Azərbaycan), Mariya
Çianişvili (Gürçüstan).
Heyf ki, Dmitriy Simbirtsev, Lüdmila Uritskaya kimlərə mükafatlar çatmadı. Çox peşəkar musiqiçilərdir.
III turda, orkestrlə ifa, vokalçılar üçün çətin bir imtahan oldu. Azərbaycan Dövlət Simfonik Orkestri və onun baş dirijoru R. Abdullayev çox çətin və sanballı işin öhdəsindən gəldilər. Hətta, mən deyərdim ki, Rauf müəllim vokalçılara hətta mümkünlüq dərəcəsindən daha artıq gömək edirdi.
Orkestrlə oxumaq, vokalçı üçün çox çətindir. Böyük təcrübə lazımdır. Məsələn, Gürcüstandan Leqi Imedaşvili – baxmayaraq ki, təcrübəsi də az deyildi – tamamilə özünü itirmişdi və öz proqramın öhtəsindən demək olar ki, gələ bilmədi. Türkiyyədən Türkmənoğlu Ömər də II turda F. Əmirovun "Sevil" operasından Balaşın ariyasını böyük inamla oxuduğu halda, həmin ariyanı III turda orkestrlə oxuyarkən, heyəcandan səs gücünü itirmişdir. Bundan başqa, onun oxuma üslübu üzərində hələki çox-çox işləmək gərəkdir.
Taras Ştonda A. Borodinın "Knyaz Iqor" operasından knyaz Qalitskinin mahnısını, demək olar ki, əla oxudu və göstərdi ki, hər halda o yetişmiş bir vokalçıdır.
III turun nəticələri gözlənilməz deyildi:
Qran Pri – Eldar Əliyev (bas), Azərbaycan.
I mükafat – Yelena Manistina (metso-soprano),
Rusiya; Irina Makarova (metso- soprano), Rusiya.
II mükafat – Taras Ştonda (bas), Ukrayna;
Tatyana Mazurenko (soprano),
Tatarstan.
III mükafat – Fəridə Məmmədova (soprano),
Azərbaycan; Anjelina Şvaçka
(metso-soprano), Ukrayna; Leqi
Imedaşvili (bas), Gürcüstan.
IV mükafat – Ömər Türkmənoğlu (tenor), Tür-
kiyə; Oksana Şved (soprano),
Rusiya; Mixayıl Qubskiy (tenor),
Rusiya.
Beləliklə, III tura keçən həmin 11 nəfər hamılıqla Laureat adını aldılar. Bu da heç təəccübləndirici hal deyil. Sadəcə olaraq, iştirakçıların səviyyəsi, doğrudanda, yüksək idi.
Arzu edərdik ki, Bülbül adına Müsabiqənin laureatları mükafatlarla nəin ki fəxr etsinlər, həm də bu adlar və layiq olduqları mükafatlar, sənət yetkinliyi meyarı sayılsın.
Deyirlər ki, qabağcadan demək yaxşı deyil. Lakin, inamla deyə bilərik ki, Vokalçıların Bülbül adına III Beynəlxalq müsabiqə daha da maraqlı keçməlidir. Biz hamımız səbirsizliklə gözləyəcəyik. Gözəllik intizarı, gözəllik həsrəti elə sənətin möhtəşəm güçü deməkdir.
Indi isə sizə bir neçə müsahibə təqdim eləcəyik ki, bir sıra görkəmli mütəxəssislərin fikir düşüncələri ilə tanış ola biləsiniz.
NODAR ANDQULADZE
– münsiflər heyətinin üzvü –
müsahibə rus dilində keçirilib və
onun orijinalını sizlərə çatdırmaq lazımi bildik –
L. F.: – Nodar Davidoviç, kak Vı sçitaete, v çem qlavnaə üennostğ mecdunarodnıx konkursov vokalistov?
N. A.: – V pervuö oçeredğ ə bı otmetil tot fakt, çto v stolğ təcelıe dlə nas, citeley Zakavkazğə vremena, imenno Kavkaz naçinaet privlekatğ vnimanie mirovoy muzıkalğnoy obhestvennosti k takomu canru, kak vokalğnoe iskusstvo. Gto qovorit o vozrosşem avtoritete naşix stran. Mı provodili v Qruzii Mecdunarodnıy Andquladze konkurs tenorov posvəhennıy 100-letiö so dnə rocdeniə Davida Andquladze, a zdesğ, v Azerbaydcane, s bolğşim razmaxom provoditsə Mecdunarodnıy konkurs vokalistov im. Bölğ-Bölə. Do six por na Kavkaze ne bılo mecdunarodnıx konkursov. Bıli tolğko Zakavkazskie konkursı, kotorıe sami po sebe uce otoşli v istoriö. Uce na II konkurs Bölğ-Bölə pribılo uçastnikov bolee çem iz 10 stran, i gto nas oçenğ raduet.
Voobhe, çto takoe mecdunarodnıy konkurs? Gto oçenğ interesnoe i privlekatelğnoe sobıtie. Konkurs sobiraet oçenğ bolğşoe koliçestvo pevüov. Ə vseqda stremlösğ k tomu, çtobı molodecğ kak mocno bolğşe ezdila na konkursı, çtobı oni çahe obhalisğ mecdu soboy, uçilisğ druq u druqa. Vedğ v çem naşa osnovnaə üelğ? V tom, çtobı vokalğnoe iskusstvo ne zaqloxlo.
Koneçno, konkursı provodətsə vo mnoqix stranax. Inoqda, v odnoy strane ix bıvaet nekolğko, kak naprimer v Italii, Ispanii, Rossii i dr. Takie konkursı vıəvləöt mnoqo novıx talantov, a qlavnoe, sposobstvuöt tomu, çtobı naşa molodecğ, kacdoe novoe pokolenie, ne poterəli druq druqa. Nam seyças nucno mıslitğ v mecdunarodnom masştabe.
Mı vse rosli na takix naçalax. Ə pomnö, çto dlə nas vsex znaçila v 50-e poslevoennıe qodı pobeda I. Arxipovoy i Q. Vişnevskoy na Varşavskom festivale molodeci. Potom bıli druqie konkursı i mı uce kak-to druq druqa ponimali. Mı, kstati, qovorili na dnəx ob gtom s I. K. Arxipovoy.
Da, koneçno, mnoqoe mocno peredatğ i slovami, i kniqami, i statğəmi, i dace postanovleniəmi, no samoe qlavnoe – gto "razvitğ" uxo i "çuvstvo uxa". Vedğ, çto qrexa taitğ, sovremennoe obhestvo uce davno idet po "linii qlaza". I ne tolğko v iskusstve. Objektom stanovitsə vse. I gto vse – vne subjekta. A penie – isklöçitelğno subğektivnıy proüess. I slux zdesğ vzət şiroko, ne tolğko v fizioloqiçeskom, no i v duxovnom plane. U B. Pasternaka estğ zameçatelğnoe vıracenie: "Vzqləd vovnutrğ – gto slux" t. e. "vzqlənuv" vovnutrğ mı niçeqo ne uvidim, mı mocem tolğko uslışatğ.
A çto dlə nas əvləetsə samım vacnım? Samoe vacnoe to, çtobı ne poterəlasğ kulğtura, ə bı dace skazal, masştab slışanğə. Mı dolcnı slışatğ druq druqa, a ne tolğko videtğ.
Pevçeskoe iskusstvo, penie, kakoe bı ono ni bılo – esli, koneçno, otbrositğ poşlətinu v storonu, kotoraə, kstati skazatğ, vseqda bıla, dace v gpoxu Vozrocdeniə – gto objedinenie duş. Krome toqo, gto kakaə-to svəzğ s potustoronnim. Esli uniçtocitğ gto mistiçeskoe naçalo, to iskusstvo poqibaet. Ostaetsə tolğko "qolıy" praqmatizm i praktiüizm.
Koneçno, moqut vozniknutğ kakie-to novıe vidı iskusstva, no penie çelovek ne dolcen terətğ nikoqda.
Ə sovsem nedavno vıpustil sbornik moix oçerkov po vokalğnomu iskusstvu i objedinil ix pod nazvaniem "Homo canto" – "çelovek poöhiy" t. e. ə predlocil ehe odnu differenüiaüiö çeloveka. Tak ce kak, naprimer, "çelovek tvorəhiy", "çelovek sozidaöhiy" i t. p. Gto eqo duxovnıe xarakteristiki. Ne xotelosğ bı, çtobı çelovek v svoem razvitii terəl bı svoi samıe sokrovennıe kaçestva. A odno iz samıx sokrovennıx, gto narodnaə muzıka i klassiçeskaə muzıka. I oba oni osnovanı imenno na penii. Dace Neyqauz, v svoey kniqe "Iskusstvo fortepiannoy iqrı" qovoril "...pervoosnovoy vsey slışimoy muzıki, əvləetsə penie".
Zvuk, voobhe, oçenğ mohnaə vehğ. U Vilğeqora estğ oçenğ interesnoe vıskazıvanie: "...zvuk pronikaet tuda, kuda ne mocet proniknutğ solneçnıy svet". Koneçno, vse gto nucno ponimatğ v duxovnom plane.
Vsem lödəm iskusstva neobxodimo prilocitğ vse usiliə dlə toqo, çtobı mecdunurodnıe konkursı molodeci otracalisğ v pervuö oçeredğ na ix duxovnom mire. Pokolenie sozdaöt. I sozdaet ix ne odin çelovek. I. K. Arxipova, za poslednie 40 let, provela v gtom smısle, kolossalğnuö rabotu. Ona ne zamknulasğ v ramkax svoix liçnıx dosticeniy. Ə ee konkursı nazıvaö Akademiey, potomu çto koqda konkurs provoditsə s ee prisutstviem, oüenoçnıy urovenğ momentalğno povışaetsə. I vse ee konkursı obretaöt ne lokalğnoe, tak skazatğ, a mecdunarodnoe znaçenie v smısle razvitiə vokalğnoy iskusstva. S odnoy storonı – soxranenie tradiüiy, no tradiüii gti civotvorəhie. Takie, kotorıe budut dviqatğsə vpered. A kto budet dviqatğsə vpered, esli ne molodecğ, kotoraə, v svoö oçeredğ, budet razvivatğsə na osnove tradiüiy.
Tak ə oüenivaö mecdunarodnıe konkursı.
L. F.: – Çem, s Vaşey toçki zreniə, osobenno poradoval II Mecdunarodnıy konkurs vokalistov im. Bölğ-Bölə?
N. A.: – Zameçatelğnıe meüüo-soprano. Gto bıla "straşnaə" sila! Kakie masştabı! I vedğ gto vse molodecğ. Pravda, odni bolee opıtnıe, uce vıstupali na kakix-to konkursax i dace imeli naqradı i laureatskie zvaniə, no koqda oni zdesğ vse vmeste sobralisğ... Ə, naprimer, ne pomnö ni odnoqo konkursa, qde sostav meüüo-soprano bıl bı na takom urovne.
No bolğşe vsex na gtom konkurse mne, koneçno, ponravilsə Glğdar Aliev. Ə znaö, skolğko vnimaniə respublika udelila eqo vospitaniö, kak pevüa, v Italii. I nucno skazatğ, çto on opravdal vse nadecdı. Krome toqo, ə dolcen skazatğ, çto eqo vnutrenniy talant ehe bolğşe, çem on pokazal.
Vot, naprimer, bas iz Qruzii Mixail Kolelişvili – oçenğ boqataə natura. No, v otliçie ot Glğdara, on ehe ne sozrel dlə takoqo samostoətelğnoqo vıstupleniə. I v gtom smısle Mixail ehe ne mocet predstavlətğ ni sebə, ni üelikom naşu şkolu. V gtom qodu mı planiruem otpravitğ eqo na uçebu v Italiö, i tam on, koneçno, mnoqomu nauçitsə.
A vot Glğdar – gto uce zrelaə liçnostğ. Voobhe, oçenğ interesno to, çto slovo "persona" obrazuetsə kak "samovıəvlenie çerez zvuk" t. e. "per-sona" – gto tot, kto çerez zvuk zaəvləet o sebe.
Takuö leqkostğ podxoda k materialu, kak u Glğdara, ə redko vstreçal. Gto qovorit o neveroətnoy variantnosti eqo talanta. Variantnostğ – gto xarakteristika tvorçeskoqo naçala v çeloveke.
Glğdar, koneçno, oçenğ opıtnıy peveü. Süena dlə neqo rodnoy dom. I gtot dom eqo vooduşevləet.
Molodım nucno stremitğsə k tomu, çtobı dostiçğ gtoqo. Süena ne dolcna bıtğ dlə nix kakim-to "kupolom", a naoborot, na süene oni dolcnı polnostğö raskrıvatğsə. Opətğ-taki, konkursı v gtom oçenğ pomoqaöt. Pomoqaet i sorevnovatelğnıy moment.
Ə bı vsem molodım konkursantam posovetoval bı, koneçno, s odnoy storonı, oçenğ xoçetsə pobeditğ, no s druqoy storonı, ne menğşe znaçenie dlə ix vnutrenneqo, individualğnoqo rosta imeet i to, çto na konkurse proəvətsə ix slabıe storonı. Ix nucno ponətğ i postavitğ pered soboy üelğ ix preodoletğ. Gto kak raz i budet zaloqom ix razvitiə.
Koneçno, konkursant mocet gtoqo i ne ponətğ. I svalit svoi oşibki na sluçaynıe obstoətelğstva, ili dace na predvzətoe otnoşenie k nemu cöri (vedğ nemalo bıvaet i takix pretenziy). No s I. K. Arxipovoy gto ne proydet: ona prekrasnıy speüialist. Ə vseqda qovorö: "Qde Arxipova – tam klassika".
L. F.: – Nodar Davidoviç, kak Vı sçitaete, estğ li u nıneşneqo pokoleniə vokalistov kakie-libo obhie, ərko vıracennıe professionalğnıe şeroxovatosti?
N. A.: – Ə bı skazal, çto trudnee vseqo im daetsə sintez slova i muzıki pri ispolnenii, Voobhe, gto samaə slocnaə oblastğ v vokalğnom ispolnitelğstve.
V odno vremə v Rossii, pod davleniem mocet bıtğ ploxo ponətoqo soüialistiçeskoqo realizma obuçenie v gtom smısle velosğ ne v tom napravlenii. V svoe vremə, ehe v 30-e qodı Dc. Sartr qovoril: "... ə ne perdstavləö, çto takoe realizm toqo, çeqo nikto ne znaet, no ə löblö soüializm". On, koneçno, skazal gto oçenğ ostroumno. Deystvitelğno, gti dva slova – soüialistiçeskiy realizm – vzaimoisklöçaöhie.
U nas – ə imeö vvidu bıvşiy Sovetskiy Soöz i soüstranı – poluçilsə ne "soüialistiçeskiy realizm", a skoree "soüialistiçeskiy naturalizm". Realizm – gto sovsem druqaə kateqoriə.
I vot gtot t. n. "soüialistiçeskiy realizm" bıl ponət tak, çto muzıka – niçeqo, a slovo – vse. I nucno skazatğ, çto gto znaçitelğno podportilo russkuö vokalğnuö şkolu.
Fiquralğnoe vıracenie F. Şaləpina – "nucno petğ tak, kak qovorişğ" – bılo nepravilğno ponəto. Gto ce sovsem druqoy qovor imelsə vvidu – muzıkalğnıy qovor! I slovo zdesğ ne dolcno prinicatğ muzıku, a, naoborot, vozvışatğsə nad ney. Inaçe qovorə, muzıka dolcna vozvışatğ slovo. I tolğko toqda mı perexodim v plan pogzii.
A fiquralğnoe vıracenie F. Şaləpina bılo ponəto kak metod. I mnoqie klassı v Rossii, osnovıvaəsğ na gtoy fraze, tak i uçili svoix uçenikov dolqie qodı.
V te qodı çasto protivopostavləli italğənskuö i russkuö vokalğnuö şkolu i sçitalosğ, çto v posledney bolğşie znaçenie obretaet slovo.
A vot, naprimer, esli vzətğ bioqrafiö takoqo kompozitora, kak Bellini. Vedğ kak on naçinal soçinətğ svoö muzıku? On xodil po komnate i deklamiroval libretto. I deklamiruə libretto, u neqo uce nabiralsə opredelennıy melodiçeskiy "squstok". Bellini bıl velikiy melodist. Kak qovoril Dc. Verdi, "takix bolğşix i krasivıx melodiy v penii nikto i nikoqda ne sozdaval". I on, kak sozdatelğ melodii, şel ot slova. No kak on k gtomu şel?! On şel çerez muzıku, on videl i çuvstvoval vsö zadumannuö muzıku.
Tak çto v gtom voprose ne vse tak prosto...
Voobhe, opera naçinalasğ "reəitar əantanto", s "qarmonii razqovarivatğ". Gto slova odnoqo iz osnovateley operı – Kaççini – v eqo znamenitom predislovii k metodiçeskoy rabote po novoy muzıke, posvəhennoy madriqalu. Potom gta ideə razvilasğ i rasşirilasğ. A v osnove lecala ideə Platona, kotoraə svoim obrazom vostanavlivalasğ v "qarmonii razqovarivatğ".
Problema slova v penii oçenğ bolğşaə. Obıçno, storonniki vlasti slova vıdviqaöt Evanqelie, qde qovoritsə "v naçale bılo slovo". No u gtoy frazı estğ üelaə istoriə i nelğzə ee tak prosto vosprinimatğ.
Davno idet gta borğba, çto vacnee slovo ili muzıka. I gta borğba dolcna bıtğ. Gto i estğ sovpadenie protivopolocnostey. Nucno sozdatğ ix sintez. I kacdıy staraetsə sozdatğ gtot sintez po-svoemu. Kak vo vremə soçineniə muzıki, tak i vo vremə ispolneniə.
Zdesğ nucno skazatğ, çto u molodıx ispolniteley gta zadaça ne vseqda na 1-om meste. Oni uvlekaötsə dviceniem zvuka, eqo krasoçnostğö, staraötsə ovladetğ diapozonom, podvicnostğö, melodiçnostğö qolosa i dr.
L. F.: – Gto, navernoe, əvləetsə priçinoy toqo, çto u nekotorıx ispolniteley vesğ predstavlenıy repertuar zvuçit v opredelennom smısle odnoobrazno.
N. A.: – Soverşenno verno. Oçenğ çasto, koqda mı obsucdaem kakoqo-nibudğ ispolnitelə ə qovorö, çto on odinakovo poet Doniüetti i Çaykovskoqo. Gto "ne" razliçie menə oçenğ korobit. Gto oznaçaet, çto gtot vokalist stilistiçeski dlə gtix proizvedeniy ne raskrıt. Tam ne tolğko slovo, tam ne raskrıta i muzıka, i xarakter.
Vproçem, gta problema ne tolğko u molodıx pevüov...
Qlavnoe, çtobı gto vovremə vıəvilosğ. A konkus kak nelğzə luçşe gtomu sposobstvuet.
L. F.: – Nodar Davidoviç, kak bı Vı oüenili sovremennuö vokalğnuö şkolu Azerbaydcana?
N. A.: – Çto kasaetsə staroy şkolı, to ona bıla na urovne obheevropeyskix standartov. Gto bıl klassiçeskiy urovenğ.
A çto osobenno üenno v Azerbaydcane v smısle vokala seqodnə? Gto neveroətnoe boqatstvo qolosov. Vot, naprimer, laureatı I mecdunarodnoqo konkursa im. Bölğ-Bölə Qarina Kerimova i Ali Askerov. Ehe, ə bı otmetil Renu Mustafaevu, vıstupavşuö na II konkurse. U nee boqateyşiy qolos. Pravda menə ehe na I ture nastorocilo to, çto ona ne smoqla uverenno vzətğ mi-bemolğ v konüe Kavatinı Löçii. A ee srıv na II ture vsex oçenğ oqorçil. Vozmocno, gtot repertuar ey ne podxodil.
Ehe Farida Mamedova. Ona neveroətno tvorçeski odarennıy çelovek. No u nee nablödaetsə nekotoraə opasnostğ forsirovki qolosa. Krasivoe ne oznaçaet "silğnoe". Nucna utonçennostğ. Kstati, forsirovka qolosa nablödalasğ i na I konkurse.
Vot ehe, oçenğ talantlivaə peviüa Dilğşad Asadova. U nee toce boqateyşiy qolos, no, k socaleniö, on u nee voobhe ne orqanizovan. Ə imeö vvidu, pravilğno ne orqanizovan.
Voobhe, v Azerbaydcane bolğşe löbət vnutrenne – skonüentrirovannıe qolosa. Ə bı skazal, çto v üelom qrudnoy reqistr çutğ-çutğ preobladaet nad qolovnım. V professionalğnom penii gto nepremenno skacetsə na diapozone i na dvicenii qolosa. Dıxanie, toce, dolcno bıtğ bolee korrektnoe. Dıxanie v penii voobhe oçenğ slocnoe ponətie. Ə vseqda qovorö, çto koqda qovorət, çto "iskusstvo petğ – gto iskusstvo dıxaniə", gto dıxanie ponimaöt fizioloqiçeski. A italğənüı qovorət na samom dele tak: "iskusstvo petğ, gto I iskusstvo dıxaniə". Tak çto, v dıxanii toce dolcno prisutstvovatğ iskusstvo. I ono dolcno sozdatğ iskusstvo dıxaniə, a ne prosto kakoy-to ventiləüionnıy proüess. S pravilğnım dıxaniem srazu poəvləetsə qibkostğ i leqkostğ v penii.
Tak çto, v osnovnom, u vaşey molodeci nablödaetsə uvleçenie siloy qolosa za sçet qibkosti, glastiçnosti, frazirovki i izəhestva. U vas estğ takie priznannıe peviüı i prekrasnıe pedaqoqi kak Fidan i Xuraman Kasimovı. Ix oüenki v gtix voprosax absolötno toçnıe. Staraytesğ bolee vnimatelğno prisluşivatğsə k ix rekomendaüiəm.
Vı ne dumayte, çto ə ne qovorö vse gto v svoey konservatorii! Naoborot, dace ehe bolğşe! No, kak qovoritsə, "net prorokov v svoem Oteçestve".
Molodecğ vaşa, koneçno nas oçenğ poradovala.Osobenno Glğdar Aliev. Gto peveü oçenğ vısokoqo klassa.
L. F.: – Çto naposledok Vı pocelali bı podrastaöhemu pokoleniö vokalistov?
N. A.: – Ə oçenğ rad takomu trepetnomu otnoşeniö k konkursu, rad çto estğ takaə talantlivaə molodecğ. Day boq, çtobı oni i dalğşe ne terəli druq druqa, znali druq druqa i razvivalisğ vmeste. Vedğ v penii – fantastiçeskaə sila. "Çelovek poöhiy" neset v sebe takoy bolğşoy duxovnıy zarəd, çto çerez svoe penie on peredaet eqo nam, sluşateləm i t. o. penie objedinəet vsex nas.
POLAD BÜLBÜLOĞLU
- Azərbaycan Respublikasının Mədəniyyət Naziri –
– Bülbül Fondunun Prezidenti –
Leyla Fərəcova: Nəhayət, vokalçıların Bülbül adına II Beynəlxalq müsabiqəsi sona yetib. Hər bir müsabiqənin canlı şəxsiyyət kimi öz misilsiz siması, öz ürəyi, öz xasiyyəti və öz ömrü var. Polad müəllim, hər halda həmin musabiqəyə kim həyat verdi? Bu ideya necə meydana gəldi? Həmin məsələnin həllində Sizin yeriniz necə görünür?
Polad Bülbüloğlu: Azərbaycan vokalçıların Beynəlxalq müsabiqəsinin təşkili fikri məni çoxdan düşündürürdü. Hələ 1987-ci ildə Bakıda vokalçıların M. I. Qlinka adına XII Ümumittifaq müsabiqəsi keçirilirdi. O zaman mən Azərbaycan Dövlət Filarmoniyasının direktoru vəzifəsində idim və müsabiqənin işində bilavasitə yaxından çalışırdım. Görkəmli müğənni Irina Arxipovanın rəhbərlik etdiyi mötəbər münsiflər heyəti Azərbaycan vokal məktəbini yüksək qiymətləndirmişdi. Bizim vokalçılarımız həmin müsabiqəsinin bir neçə mükafatına və diplomlarına layiq görülmüşdülər. Elə həmin vaxt mən milli vokal müsabiqənin keçirilməsinin zəruriliyini anladım. Çünki artıq müsabiqənin keçirilməsi üçün möhkəm zəmin yaranmışdı. Möhkəm zəmin deyərkən mən ilk öncə hər il neçə-neçə gənc istedadları yetişdirən Bakı Musiqi Akademiyasının vokal kafedrasını, eləcə də səhnəsində bir çox görkəmli Azərbaycan sənətçilərinin və dünya şöhrətli ifaçıların çıxış etdiyi Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrını nəzərdə tuturam.
Milli musiqi müsabiqəsinin keçirilməsi ilə bağlı fikirlərimi Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli və məşhur müğənnilərimiz Fidan və Xuraman Qasımovalarla da tez-tez bölüşürdüm.
Bundan başqa, Azərbaycanımızın paytaxtı haqlı olaraq sənətçilər şəhəri şöhrətini qazanmışdır. Neçə-neçə beynəlxalq səviyyəli musiqi festivalları Bakıda hər zaman böyük uğurla keçirilirdi. Zənnimcə, "Musiqili sentyabr", "XX əsr musiqisi", "Xarı bülbül", "Zirvəyə doğru", "Musiqidə ipək yolu" və s. festivalları xatırlamaq kifayət edər. Demək, belə tədbirlərin keçirilməsində artıq yetərincə təcrübə toplaya bilmişdik.
Hamıya yaxşı məlumdur ki, 1997-ci ildə Azərbaycan professional vokal sənətinin banisi, pedaqoq və ictimai xadim, professor Bülbülün anadan olmasının 100 yaşı tamam oldu. Həmin ilin 20 avqust tarixində hörmətli Prezidentimiz cənab Heydər Əliyev Bülbülün yubileyinin yüksək dövlət səviyyəsində qeyd olunması ilə bağlı Fərman imzaladı. Respublika Prezidenti Bakıda vokalçıların Beynəlxalq müsabiqəsinin keçirilməsi təklifini bəyəndi və Fərmana müsabiqə ilə bağlı xüsusi bənd əlavə edildi. Beləliklə, müsabiqənin dövlət himayəsi təmin olundu.
Mən çox həyəcanlı idim. Müstəqil Azərbaycanın Mədəniyyət Naziri və Bülbülün oğlu kimi üzərimdə ikiqat məsuliyyət hissi var idi. Əlbəttə, Mədəniyyət Nazirliyi belə bir yaradıcılıq yarışmasının təşkilində və keçirilməsində bilavasitə iştirak etdi. Mənə isə Təşkilat Komitəsinə rəhbərlik tapşırıldı. Zaman çox məhdud idi. Fərman avqust ayında imzalandı, müsabiqə isə noyabrın 18-dən dekabrın 1-nə kimi keçirilməli idi. Bizim öhdəmizdə yalnız 3 ay qalırdı. Etiraf etmək lazımdır ki, çox böyük, mən deyərdim ki, hədsiz qüvvə tələb edən təşkilati iş aparılmışdı. Biz günün 24 saatını çalışırdıq. Və bunun nəticəsində məhdud zaman ərzində ağlasığılmaz, ilk baxışda mümkünsüz hesab edilən işlər görüldü.
Sevincimin həddi-hüdudu yox idi. Çünki müxtəlif ölkələrdən istedadlı gəncləri bir yerə, daha doğrusu öz ətrafımıza toplaya bilmişdik. Bu isə Azərbaycanın dünya üçün açıq məkan olduğuna dəlalət edir, mənəviyyatın və gözəlliyin dövlət və cəmiyyət üçün ən yüksək sərvət olduğunu bir daha vurğulayırdı.
XX əsrin görkəmli müğənnisi Irina Konstantinovna Arxipovanın rəhbərlik etdiyi Beynəlxalq münsiflər heyətinin tərkibinə yüksək səviyyəli vokalçılar və musiqiçilər daxil oldular. SSRI Xalq artisti, Dövlət Akademik Rusiya Böyük Teatrının solisti Vladislav Pyavko; SSRI Xalq artistləri, Ukraynadan Kiyev Konservatoriyasının professorları Yevgeniya Miroşniçenko və Zoya Xristiç; Moldovadan görkəmli müğənni Mariya Biyeşu; Kişineu və Izmir Opera teatrlarının baş dirijoru Aleksandr Samoile; gözəl tenor və pedaqoq, Gürcüstanın Xalq artisti, professor Nodar Andquladze; Bülbülün opera səhnəsindəki tərəf-müqabili, SSRI Xalq artisti Firəngiz Əhmədova; Bakı Musiqi Akademiyasının rektoru, görkəmli pianoçu Fərhad Bədəlbəyli; Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri, SSRI Xalq artisti Fidan Qasımova və Bakı Musiqi Akademiyası vokal kafedrasının müdiri, Respublikanın Xalq artisti Xuraman Qasımova; ABŞ müğənnisi Nedda Kasey; Almaniyadan sənətşünaslıq doktoru Frants Müller-Hayzer dediklərimin bariz
nümunəsidir. Ümumiyyətlə, keçən hər iki müsabiqədə münsiflər heyətinin tərkibi stabil və dəyişilməz qaldı.
I. K. Arxipovanın təssüratlarına əsaslansaq, hər iki müsabiqədə iştirakçıların tərkibi inanılmaz qədər güclü idi. Yaradıcılıq rəqabəti turdan tura artırdı. Münsiflər heyəti üzvləri bəzən çox ciddi seçim qarşısında qalırdılar. Mən fəxr edirəm ki, Bülbül adına müsabiqələrin qalibləri artıq beynəlxalq miqyasda tanınmışlar və bir çox ölkələrin ən möhtəşəm səhnələrində uğurla çıxış edirlər. Onu da qeyd etmək istəyirəm ki, məhz Bülbülün yubiley tədbiri nəticəsində, qalibləri müsabiqə başa çatdıqdan sonra bir neçə xarici ölkəyə aparmaq və ən gözəl konsert salonlarında onların ecazkar səslərini nümayiş etdirmək şansı əldə olundu.
L. F. : Dünya musiqi mədəniyyətində ölkəmizin vokal sənəti hər zaman layiqli yer tutub. Necə hesab edirsiniz, müasir vokal sənətimiz həmin ənənələrin davamçısı ola bilərmi? Bizim cavan və istedadlı vokalçıların yaradıcılığında daha çox hansı cəhətlərə xüsusi diqqət yetirilməlidir?
P. B. : Azərbaycan vokal musiqi mədəniyyəti Respublikamızda vokal sənətinin bütün janrlarının inkişafında əvəzsiz rol oynamış, görkəmli sənətçilərin adları ilə zəngindir. Düşünürəm ki, Üzeyir Hacıbəyovun, Müslüm Maqomayevin, Bülbülün, Niyazinin, Qara Qarayevin, Fikrət Əmirovun, Əfrasiyab Bədəlbəylinin, Cahangir Cahangirovun, Tofiq Quliyevin, Səid Rüstəmovun, Rauf Hacıyevin, Rəşid Behbudovun, Fatma Muxtarovanın, Ağababa Bünyatzadənin, Ivetta Karasyovanın, Idris Ağalarovun, Ibrahim Cəfərovun, Firəngiz Əhmədovanın, Mürsəl Bədirovun, Zeynəb Xanlarovanın, Müslüm Maqomayevin, Fidan və Xuraman Qasımovaların, eləcə də gənc nəslin – Qərinə Kərimovanın, Azər Zeynalovun, Əli Əsgərovun və başqalarının adlarını çəkmək kifayətdir.
Lakin ötənlərə nəzər salsaq, vokal sənətinin dünəninin bu günündən daha yüksəkdə olduğunu görərik. Ilk öncə bu, əlbəttə, yaradıcı kadrların respublikadan kənara dəhşətli bir axını ilə əlaqədardır. Digər tərəfdən, SSRI dağılandan sonra, vokal kadrların yetişdirilməsində haqlı olaraq ad qazanmış Rusiya və Ukraynanın aparıcı tədris ocaqlarında gənc istedadların stajekeçmə imkanları xeyli məhdudlaşmışdır. Bizim daimi işləmək və heç olmasa ustad siniflərinin müntəzəm keçirilməsi üçün adlı-sanlı pedaqoqları Bakıya dəvət etmək imkanlarımız xeyli məhduddur. Bundan başqa vokalçıların sənət keyfiyyətləri, professional təhsili ilə əlaqədar seçim meyarlarının səviyyəsi aşağı enmişdir. Hələ 1937-ci ildə professor Bülbül öz məruzəsində qeyd etmişdir ki, opera teatrı üçün yeni vokalçı kadrların yetişdirilməsi ciddi problemə çevrilmişdir. Onlarla istedadlı müğənni, gözəl səs imkanlarına və uzunillik təhsilə baxmayaraq, məqsədə nail olmurlar. O, insan səsinin möhkəm və dözümlü olması ilə bağlı məsələlərin lazımi sə
viyyədə araşdırılmamasını qeyd edirdi. Bülbül yazırdı ki, bizim pedaqoqlar səs tellərinin zədəsindən çəkinərək məşğələləri çox ehmallıca aparırlar. Nəticədə isə müğənnilərin əksəriyyəti tədris ocaqlarını zil səslərsiz bitirirlər.
Bəzən vokalçılar proqram seçimində öz səs imkanlarını nəzərə almırlar. Deyilənləri isbat etmək üçün bir misal gətirmək istərdim: Vokalçıların II müsabiqəsində iştirakçılardan biri V. Bellininin "Somnambula" operasından Aminanın ariyasını ifa etmək istədi, lakin öhdəsindən gələ bilmədi. Mütəxəssislərə yaxşı bəllidir ki, Aminanın ariyası ifa üçün nə dərəcədə mürəkkəbdir və elə buna görə də soprano repertuarının zirvəsi hesab olunur. Repertuar düzgün seçilmədiyi üçün I-ci turda parlaq çıxış edən müğənni II-ci turda ifa zamanı dayanıb-duruxdu, üzr istəyərək səhnəni tərk etdi.
Gördüyünüz kimi, Bülbülün hələ 1937-ci ildə dediyi sözlər bu gün də öz əhəmiyyətini itirməmişdir – vokal təhsili ilə bağlı problemlər indi də mövcuddur və hətta özünü bu gün daha qabarıq büruzə verir.
L. F. : – Müsabiqədə qələbə qazanmaq iştirakçılara əslində nə verir? Onları hansı gələcək gözləyir?
P. B. : – Bütün müsabiqələr musiqi, gənclik və dostluq bayramı olmaqla yanaşı, hər bir sənətçinin taleyində çox önəmli mərhələdir. Bülbül adına müsabiqələr qaliblərə uğur gətirdi və dünya səhnələrinin qapılarını onların üzünə açdı. Mətbuatda dərc olunan çoxsaylı resenziyalar, xoş məramlı məqalələr bunu təsdiq edir. Fransada keçirilən Berlioz adına festivalda Əli Əsgərovu və Həsən Enamini hərarətlə alqışladılar, Besik Qabitaşvili Avropanın ən mötəbər opera səhnələrində çıxış edir, Eldar Əliyev isə Milanda "La Skala" teatrında çalışır, Avropanın ən məşhur səsyazma studiyalarında zəmanəmizin görkəmli dirijorları Rikkardo Muti, Klaudio Abbado, Rikkardo Şayi kimi sənətçilərlə musiqi əsərlərini yazdırır. Bütün bunlar məni çox fərəhləndirir.
L. F. : – Polad müəllim, 2003-cü ildə III-cü müsabiqəni keçirmək üçün planlarınız və bu çevrədə yeni ideyalarınız varmı?
P. B. : – Müsabiqənin proqramı və şərtləri artıq özünü doğrultmuş və vokalçıların səs imkanları, hazırlıq səviyyələri, musiqi duyumu, səhnə mədəniyyəti haqqında obyektiv fikir yürütmək üçün imkan yaratmışdır. Məhz elə buna görə də bu sahədə dəyişikliklər planlaşdırılmır. Iştirakçıların sayından asılı olaraq, müsabiqənin işçi məqamları müəyyən olunacaqdır.
Zənnimcə, müsabiqə yalnız yaradıcılıq yarışması olaraq qalmır, o, həm də musiqişünaslıq fikrinin, musiqi tənqidinin inkişafına mühüm təkan, təcrübə mübadiləsinə şərait yaradır. Bülbül müsabiqəsi hələ ilk addımlarını atır, cəmi 2 yaşı var. O, bir çox Beynəlxalq müsabiqələr içərisində ad və nüfuz qazanmalıdır. Bunun üçün mükafat almış laureatların müxtəlif opera teatrlarında səhnə təcrübəsini təşkil edərək müsabiqənin təbliğinə nail olmaq vacibdir. Məhz bu zaman yer kürrəsinin müxtəlif regionlarında müsabiqəyə inam və maraq artacaqdır.
L. F. : – Polad müəllim, "Musiqi dünyası" jurnalının redaksiyası yaxın gələcəkdə "Azərbaycanın böyük sənətkarları" mövzusunda Ü. Hacıbəyov, Niyazi, F. Əmirov, Q. Qarayev, Bülbül haqqında saytlar hazırlamağı planlaşdırır. Bu il ərzində biz bir neçə bu cür sayt hazırlamışıq. "V. Mustafazadə", "Musiqi dünyası" jurnalı, "Azərbaycan bəstəkarları və musiqişünasları". Biz istərdik ki, "Bülbül" haqqında da sayt hazırlayaq. Həmin sayt hər iki (1997-I, 2000-II) müsabiqə haqqında məlumatlarla tamamlamaq olardı. Bundan başqa, Internet vasitəsilə III müsabiqəyə dəvətləri göndərə və sifarişləri qəbul edə bilərdik. "Musiqi dünyası" jurnalı redaksiyası bu sahədə Sizinlə əməkdaşlıq etməyə hazırdır. Həmin fikrə necə baxırsınız?
P. B. : – Azərbaycan mədəniyyət xadimlərinə həsr olunmuş saytların açılması zamanın tələblərinə uyğundur və çox vacibdir. Sizə isə Bülbül müsabiqəsinə göstərdiyiniz diqqət üçün təşəkkür edirəm. Müsabiqə üçün Internetdə sayt açmaq ideyası məqsədyönlü bir işdir və təqdim edəcəyiniz konkret təkliflərlə münasib zamanda tanış olmağa hazıram.
"Musiqi dünyası" jurnalı respublikamızda yeganədir və onun nəşrinə ciddi ehtiyac var. Əlbəttə, jurnalın işıq üzü görməsi bir çox problemlərlə bağlıdır. Mən Sizi gözəl anlayıram, elə buna görə də jurnalınıza uğurlar, geniş oxucu auditoriyası arzulayıram.
L. F. : – "Musiqi dünyası" jurnalının fəaliyyəti ilə tanış olmusunuz. Mədəniyyət Naziri, professional bəstəkar, ifaçı-müğənni kimi bizim jurnala münasibətinizi bilmək istərdik. Bizim oxuculara nə arzulayardınız?
P. B. : – Zaman məhdudluğuna baxmayaraq, jurnalınızın yeni nömrəsi ilə tanışlıq üçün hər bir kiçicik imkandan istifadə edirəm. "Musiqi dünyası" jurnalı respublikamızın musiqi həyatını əhatə etdiyi üçün bir bəstəkar, müğənni və Mədəniyyət Naziri kimi mənim diqqətimi çəkir. Burada dərc olunan məqalələr, resenziyalar çağdaş mövzuları, zəmanəmizin problemlərini və reallıqlarını əhatə edir. Mən arzu edərdim ki, məqalələr daha kəskin, deyilən söz daha kəsərli, bəzən isə hətta "mübahisəli" olsun, çünki iti tənqidi fikirsiz irəliləyiş, inkişaf mümkün deyil. Mövzu isə istənilən qədərdir. Əslində gündəlik mətbuatda və televiziya kanallarında şəhərimizdə keçirilən çoxsaylı konsertlər, yeni teatr tamaşaları haqqında məlumatlar ciddi təhlilsiz, informasiya şəklində verilir. Bu səbəbdən də Sizin jurnalın professional oxucular arasında hörmət qazanacağına inanıram.
Elə mənim də arzum budur.
Oxucularınıza isə tövsiyyəm budur: musiqini sevin, onu bütün qəlbinizlə daha dərindən duyun, konsertlərə, opera və balet tamaşalarına tez-tez getməyi unutmayın. Əslində Sizin jurnalınız məhz bu məqsədə xidmət edir.
Xoşca qalın! Uğur və müvəffəqiyyət Sizə hər zaman qismət olsun!
FƏRHAD BƏDƏLBƏYLI
münsiflər heyətinin sədr müavini –
–
L. F.: – Fərhad müəllim, necə hesab edirsiniz, müsabiqənin iştirakçıları layiqincə qiymətləndirilib?
F. B.: – Müsabiqənin nəticəsində hər zaman qaliblər və uduzanlar olur. Bu da təbiidir. Aydındır ki, heç vaxt hamı razı qala bilməz. Lakin, nəzərə almaq lazımdır ki, bu müsabiqədə maksimum dərəçəsində ədalət gözlənilib. Münsiflərin tərkibi çox nüfüzlu mütəxəssislərdən ibarət idi – I. Arxipova, M. Biyeşu, F. və X. Qasımovalar, N. Andquladze, F. Əhmədova və b. Onlar, demək olar ki, bütün sənət müsabiqələrində (əsasən, keçmiş SSRI-da) hökm çıxarmışlar və bu səviyyəli sənətkarlarla mübahisə aparmaq yersiz və lazımsız bir işdir. Yeri gəlmişkən, demək istərdim ki, mükafatları bölüşdürəndə qərarlar əsasən yekdilliklə qəbul olunurdu. Belə bir halda Eldar Əliyevin qalibiyyəti mənim üçün çox əziz və qiymətlidir.
Fürsətdən istifadə edərək deməliyəm ki, Eldarın uğurlu çıxışı gözlənilməz oldu, 1-2 ayın söhbətidir. Yayda Eldar mənim yanıma gəldi ki, Italiyada aparılan fəaliyyət haqqında hesabat versin. Mən ona müsabiqəyə qalmağı və çıxış etməyi təklif etdim. Çox şadam ki, mənim təşəbbüskarlığım belə parlaq nəticəyə gətirdi.
L. F.: – Azərbaycan vokal məktəbinin yetirmələri haqqında nə deyə bilərsiniz?
F. B.: – Zənnimcə, Fəridə Məmmədovanın belə bir müsabiqədə mükafatlandırılması, bizim vokal məktəbimizin müvəffəqiyyət göstəricisidir. Müsabiqədə çox güçlü vokalçılar iştirak ediblər və onlarla eyni səviyyədə yarışmaq Fəridə üçün çox şərəflidir. O, çox gözəl və sonadək sabit oxudu.
Çox heyf ki, Rəna Mustafayeva qələbə doğru sonadək mübarizə apara bilmədi. I turda o, çox yaxşı çıxış etmişdi. II turda isə... Müsabiqələrdə belə büdrəmələr az olmur və onlarla mübarizə etmək mümkün deyil. Bütün vokalçılarda ifa zamanı cürbəcür çətinliklər yarana bilər, lakin ifanı dayandırmaq olmaz. Həmin məqamı keçib, mütləq ifanı davam etdirmək lazım idi. Yaqin ki, təcrübəsi çatmadı. Rənanın gözəl perspektivləri var və onun qələbələri, inanıram ki, hələ gələcəkdədir.
Bilirsinizmi, müsabiqələr, demək olar ki, işin yarısıdır. Vokalçılar gələcəklərini fikirləşməlidirlər. Bunun üçün səhnədə imkan çatdıqca çox oxumalıdırlar: operalarda, tamaşalarda, kamera konsertlərində. Çox vaxt elə olur ki, I-ci mükafatı alan gölgədə qalır, III-cü ya da IV-cü mükafatı alanlar isə durmadan irəliləyirlər. Ona görə cavanlarımıza arzu edərdim ki, mümkün qədər səhnədə çalışsınlar.
L. F.: – Fərhad müəllim, fikrinizcə, I-ci, yoxsa II-ci müsabiqə daha maraqlı idi?
F. B.: – II müsabiqə daha güclü idi. Münsiflər də bu fikirnən razılaşırdılar. Sadacə olaraq, II-ci müsabiqədə təcrübəli vokalçı çox idi: Y. Manistina, I. Makarova, M. Qubskiy, A. Şvaçka, T. Ştonda, L. Imedaşvili və başqaları.
L. F.: – Müsabiqəçilərin repertuar seçimi haqqında nə deyə bilərsiniz? Siz bilən, bir qədər yeknəsəq deyildimi?
F. B.: – Doğrudur, hiss olunurdu ki, əksər hallarda proqramlar yekrəngdir. Praktiki olaraq müasir musiqi oxunmur. I. Brams, Q. Volf, R. Ştrausun və b. əsərlərini çox az ifa edirlər. Sözsüz ki, repertuarları imkan çatdıqca müxtəlif üslub və sepgidə yazılan əsərlərdən quraşdırmaq lazımdır. Bu mənada Rəna Müstafayeva və Fəridə Məmmədovanın daha yüksək göstəriciləri vardır.
Ümumiyyətlə, Eldar, Fəridə və Rəna güclü bir triodur və onları hər-hansı beynəlxalq müsabiqələrdə utanmadan göstərmək olar.
XURAMAN QASIMOVA
– münsiflər heyətinin üzvü –
L. F.: – Xuraman xanım, Siz klassik vokal sənətinin ifaçısı kimi, hələ gənc yaşlarınızdan bir sıra nüfuzlu müsabiqələrdə iştirak edərək, yüksək qələbələr qazanmışsınız. Zaman keçdikcə, Siz vokal sənətinin zirvələrini fəth etdiniz və hal-hazırda öz böyük təcrübənizi bir müəllim kimi, daha doğrusu, Ü. Hacıbəyov adına Bakı Musiqi Akademiyası vokal bölümünün başçısı və professoru kimi, gənc vokalçılara çatdırmaq üçün ciddi çalışırsınız. Bununla bağlı, Vətənimizdə keçirilən bir sıra gənc vokalçıların müsabiqələrinin sədri və münsiflər heyətinin üzvü olmuşsunuz. Necə hesab edirsiniz, Vokalçıların Bülbül adına Beynalxalq müsabiqəsi dünyada tanınmış Müsabiqələrlə uyuşa bilərmi?
X. Q. – Azərbaycanda klassik opera sənətinin gözəl və təkrarolunmaz ilk ifaçısı, xalqımızın sevimlisi – Bülbülün adını daşıyan müsabiqənin çox "gənc" olduğunu inkar etmək olmaz. Demək olar ki, onun yalnız "iki yaşı" var. Ümüd etmək lazımdır ki, bir qədər vaxt keçdikdən sonra bu müsabiqə, ola bilsin ki, bütün dünyada tanınsın. Lakin, bu da bir sıra amillərdən asılıdır. Məsələn: müsabiqənin hörmətini yüksək səviyyədə saxlamaq, müsabiqədən geniş informasiya yaymaq və ilk növbədə, münsiflər heyyətinin ciddi sürətdə qiymət vermə qabliyyətindən. Yəni münsiflərin heç bir güzəştə getməməsi və iştirakçıların proqramlarının yalnız yüksək səviyyədə ifa olunmasına görə onların peşakarlığına görə yüksək qiymət verilə bilər. Çox sevindirici bir haldır ki, hər iki keçirilmiş müsabiqələrin ən yüksək mükafatı – Qran-Pri – Azərbaycanın nümayəndələri qazanmışlar. 1997-ci ildə Əli Əskərov, 2000-ci ildə isə – Eldar Əliyev. Və bu fakt heç də münsiflər heyətinin güzəştindən xəbərdarlıq etmir, əksinə, biz hamımız
bilirik ki, axır vaxtlar Azərbaycanda klassik vokal sənətinə böyük maraq artıb və gənclər öz istedadlarını sınamaq üçün, həvəslə Musiqi Akademiyasının vokal bölümünə daxil olmağa can atırlar. Bu bölümdə təhsil alan hər tələbənin addım-addım keçdiyi ilk sənət yolunu mən, şəxsən, bir kafedra müdiri kimi, izləyirəm və bütün təhsil prosesinin tələbkarlığı və ciddiliyi, imtahan vaxtı tələbələrin qazandıqları nailliyyətlərindən bilinir. Bu baxımdan, Azərbaycan vokalçılarının yüksək qələbələri heç də gözlənilməz deyildi.
L. F.: – Xuraman xanım, Eldar Əliyev Sizin tələbəniz olub?
X. Q.: – Yaxşı olardı ki, bu sualı onun özünə verəydiniz. Maraqlısı odur ki, tələbə özü müəllimi barəsində danışsın. Hal-hazırda, onu deyə bilərəm ki, Eldar yalnız bir il müddətində mənim sinifimdə çalışıb, və əlbəttə, məni geniş mənada "müəllim" adlandıra bilməz. Bəlkə də, əksinə, tamamilə başqa fikirdədir? Lakin, keçdiyimiz o qısa dərs müddətindən bəlli idi ki, onun gözəl və böyük təbii imkanları var və bunu inkişaf etdirməyə dəyər. Tələbə ikən Eldar Azərbaycan Dövlət xor kapellasında, sonra isə Opera və Balet teatrı xorunda çalışıb. Sənətini çox sevirdi və ona ciddi yanaşırdı. Tale elə gətirdi ki, o öz təbii səs imkanlarının püxtələşməsi üçün Italiyaya getmək fürsətini qazandı. Beləliklə, 1992-ci ildən Eldar təhsilini Italiyada davam etdi. Savadlı musiqiçi olduğuna baxmayaraq, o orada çox çətinliklərə rast gəlib və nəticədə, Italiyada yaşadığı 9 il ərzində vokal sənətinin incəliklərinə yiyələnərək, indiki zamanda – 29 yaşında – bir vokalçı kimi etimad qazanıb.
Eldar iki il "La skala" kimi teatrın stajorlar qrupunda çalışıb. Bəllidir ki, bu özü də böyük məktəbdir. Öncədən kiçik rollarda, sonralar isə daha böyük opera rollarında iştirak edib. Nəzərə almaq lazımdır ki, bu "La Skala" kimi teatrda olub və Eldar ilk səhnə təcrubəsini məhz belə məşhur bir teatrın səhnəsində, adlı-sanlı sənətçilərlə başlayıb.
Baxmayaraq ki, Eldar, dediyi kimi, özünü müsabiqə müğənnisi saymır, lakin onun bu müsabiqədə böyük qələbəsi hamımızı sevindirdi, özünü isə, hətta, təəccübləndirdi.
Lakin, hələ müsabiqənin I turundan görünürdür ki, o peşəkardır: baxmayaraq ki, müsabiqədə başqa ölkələrdən təcrübəli və güclü vokalçılar heç də az deyildi. Lakin, Eldarın yaxşı musiqi anlayışı, ifaçılıq mədəniyyəti, zahiri səhnə görünüşü həm münsiflər heyətinin, həm də dinləyicilərin qəlblərinə yol tapdı.
L. F.: – Ola bilərmi ki, siz, yəni münsiflər heyəti, Bülbül adına Müsabiqənin qaliblərini hansısa başqa bir tanınmış müsabiqələrdə iştirak etməsi üçün tövsiyyə edəsiniz?
X. Q.: – Sualınız çox maraqlıdır. Hələ I-ci müsabiqədən sonra belə təşəbbüs yaranmışdı və 1998-ci ilin yayında Moskvada keçirilən ənənəvi, və demək olar ki, dünyada çox nüfuzlü müsabiqələrdən biri sayılan –
P. I. Çaykovski adına Beynəlxalq müsabiqədə Azərbaycandan üç nəfər iştirak etmək etimadını qazandılar. Onlar – Əli Əsgərov (bas), Qərinə Kərimova (soprano) və Həsən Ənami (tenor) – I müsabiqədə laureat adlarını qazanmışdılar və ümidlə Moskvaya göndərildilər. Yalnız, çox təəssüf ki, oradan uğursuz qayıtdılar. Bunların səbəbi nədir – dinləmədən demək çətindir. Bəlkə, böyük həyəcan keçirərək, istədiyi kimi çıxış edə bilməyiblər, bəlkə də rəğiblərin səviyyəsi olduğca güclü olub və ya münsiflərin yüksək tələbkarlıqlarındanmı? Bilmirəm.
Hamıya məlumdur ki, 40 ildən çox yaşı olan bu müsabiqənin ümümdünya şöhrətini qazanmış laureatları sırasında vaxtı ilə V. Atlantov, Y. Nesterenko, M. Biyeşu, Y. Obraztsova və digər tanınmış ifaçılar olublar. Belə bir müsabiqənin qalibi olmaq və "laureat" adını daşımaq – özü də bir böyük şərəf olmaq şərti ilə, həm də, ümümdünya miqyaslı sənətçiliyin təsdiqidir, və həmin qələbə, gələcəkdə yüksək beynəlxalq sənət meydanlarına çıxışdır.
Bu baxımdan, məncə, məsuliyyət nəinki Bülbül adına Müsabiqənin təşkilatçılarının, – lap elə hamımızın çiyninə düşür. Bizim musabiqənin səviyyəsi çox yüksək olmalıdır! Tələbat qat-qat artmalıdır və zaman keçdikcə, dünya opera səhnələrində, və konsert salonlarında bizim laureatlarımızın çıxışları keçirilməlidir.
Biz buna nail olmaq arzusu ilə, əlbəttə ki, əlimizdən gələni bütün bacarığımızdan və imkanlarımızdan istifadə etməliyik.
L. F.: – Xuraman xanım, müsabiqə üçün proqram nə prinsip üzrə seçilməlidir? Hər bir turun ayrı-ayrılıqda əsas məqsədi nədədir?
X. Q. – Ümümiyyətlə, bütün yarışmalarda və müsabiqələrdə başlıcası – proqramdır. Proqramlara böyük önəm vermək lazımdır. Adətən, müsabiqələr III turdan ibarətdir və hər turun öz şərtləri var. I-ci və II-ci turlarda əsərlər fortepiano müşayiəti ilə ifa olunur, III-cü tur isə – simfonik orkestrin müşayiəti ilə. Hansı turda hansı əsərləri ifa etmək lazımdırsa, müsabiqənin ümumi şərtlərində izah olunur.
Iştirakçılar həmin şərtlər ilə tanış olandan sonra əsərləri öz istəklərinə və bacarığlarına görə seçirlər.
Ilk çıxışda, yəni I turda, ifaçı çalışmalıdır ki, proqramı səs imkanlarını göstərmək şərti ilə, səliqəylə və ehtiyatla ifa etsin və bununla, II-ci tura keçmək üçün yetərli bal toplasın.
II-ci turda proqram bir qədər genişlənir və çətinləşir. Burada ifaçının fərdi imkanları açılır; onun bədii keyfiyyətlərinə, mədəniyyətinə üstünlük verilir.
III-cü turda isə, artıq iki opera ariyası ifa edərək, orkestrin müşayiəti ilə oxumaq, aktyorluq və səs quvvəsi imkanlarını göstərmək lazımdır.
Bunlardan əlavə, hər bir müsabiqənin, adətən xüsusi proqramı da var. Bülbülün adına müsabiqədə də, I turda iştirakçılar ölkəsinin öz xalq mahnılarından birini, II turda isə Bülbülün repertuarında olan ən tanınmış romanslarından – "Ölkəm", "Sənsiz", "Sevgili canan", "Ulduz" və digər birini seçib ifa etməlidirlər.
Yeri gəlmişkən, böyük təəssüflərlə demək istərdim ki, müsabiqədə bizi təmsil edən iştirakçılar həmin məsələnin öhtəsindən gələ bilmədilər. Bəlkə də elə hesab edirdilər ki, milli musiqimizi və bu musiqinin klassik nümünələrini ifa etmək heç də çətin deyil və elə buna görə də, bu problemə bir qədər formal yanaşıblar. Məncə, tamamilə yanlış fikirdir. Bizim milli musiqimiz olduğca gözəl və zəngindir. Vokal bölümünün tədris proqramında da Azərbaycan milli və klassik əsərləri ifasına xüsusi diqqət yetirilir.
Bülbül, klassik vokal sənətində ilk təhsil almış ifaçı kimi, Italiyada təcrübə keçdikdən sonra, Azərbaycan Dövlət Konservatoriyasında müəllimlik işini məhz bizim milli musiqimizin əsasında yaranan, klassik vokal əsərlər və klassik vokal üslubda xalq mahnılarının ifasından başlamışdı. Və bu mənada, Bülbül, öz sənəti ilə, gələcək nəsillər üçün böyük bir irs qoyub getmişdir.
Əlbəttə ki, II musabiqədə O. Çernışovanın (Rusiya) Azərbaycan romansının ən yaxşı ifasına görə mükafata layiq görülməsi, bizdən və ilk növbədə ifaçı gənclərimizdən həmin məsələyə daha da ciddi yanaşmağı tələb edir.
Digər tərəfdən də, başa düşürəm ki, bu cür sənət incəliklərini nə sözlə, nə da izahla açıqlamaq olmur. Çox-ço[ sənət sirrlərini başa salmaq, göstərmək və öyrətmək olar, lakin öz canını, ürəyini və ruhunu başqasına aşılamaq mümkün deyil.
L. F.: – Xuraman xanım, bəs diksiya və tələffüz problemləri haqqında nə deyə bilərsiniz? Çox zaman gözə çarpırdı ki, müğənni bu sahədə kifayət qədər peşəkar deyil.
X. Q. – Bu suala cavab verməkdən öncə, demək istərdim ki, mükəmməl müğənni olmaq üçün insanda 5 amilin varlığı vacibdir: səs, nəfəs, eşitmə, tələffüz və yaxşı vokal düşüncə tərzi. Adları çəkilənlərdən biri olmayanda, başqa cəhətlərin də mənası itir və özünü mükəmməl müğənni saymaq düzgün deyil.
Yəqin bilirsiniz ki, nə mən, nə də Fidan xanım, Italiyada təhsil almamışıq. "Bell-canto" məktəbinin incəliklərinə yiyələnməkçün var qüvvəmizlə çalışmışıq. Bu böyük məktəbin zirvələrini fəth etmək üçün uzun illər boyu təmkinlə, hövsələ ilə zəhmət çəkmişik.
Italiyan dili – bu məktəbin əsas dilidir. Lakin, başqa dillərdə də düzgün oxumaq, düzgün tələffüz etmək və sözlə musiqinin vəhtədini düzgün ifa etmək, vokalda əsas məqsədlərdən biridir.
Son zamanlar belə vəziyyət yaranıb ki, hamı oxumaq istəyir. Gənc vokalçılar tez bir zamanda "ulduz" olmaq arzusu ilə özlərində böyük nöqsanları görmürlər, dərk etmirlər. Və özlərinə, sənətə böyük ziyan vururlar. Qoy düşünməsinlər ki, peşəkar müəllimlərin nəzərindən qaça biləcəklər.
Vaxtı ilə, 60-cı illərə qədər, bizim vokal şöbəmizə müxtəlif şəhərlərdən mütəxəssislər dəvət olunurdu. Onların arasında Drozdov, Trifonov, Valatsi kimiləri tanınmış müğənnilər olublar. Qeyd etmək lazımdır ki, onlar rus, alman, italyan dillərini mükəmməl bilərək, eyni zamanda, Azərbaycan dilini də öyrənib dərs verirdilər. Ümümiyyətlə, çox dil bilmək xeyirlidir.
Vokal sənətində xüsusən italyan dili tam dərinliyi ilə öyrənilməlidir. Yəni o, gənc vokalçılar ki, təhsilin davamını Italiyada alıblar, böyük üstünlük qazana bilirlər.
Yeri gəlmişkən, demək olar ki, Eldar Əliyevin də bu müsabiqəyə hazırlığı zaman bir sıra çətinliklər vardı: axı o, 8 il ərzində əsasən italyanca danışıb və o dildə oxuyub. Alman, fransız,hətta rus dilində oxumaq (tələffuz baxımından) ona çətinliklər bahasına başa gəlir. Mən daha Azərbaycan musiqisinin ifasından danışmıram! Ona görə də, Eldar burada olarkən və müsabiqəyə hazırlaşarkən biz ona bu məsələdə mümkün dərəcədə kömək göstərdik.
L. F.: – Başqa iştirakçılarımızdan nə deyərdiniz? Onların müsabiqədə çıxışlarını necə qiymətləndirirsiniz?
X. Q.: – Unutmaq lazım deyil ki, müsabiqə – yarış deməkdir, və hər kəs öz qüvvəsini sınamağa qabildir. Əlbəttə, yarışlarda gözlənilməz hadisələr də olur. Misal üçün, çox istedadlı, gənc və ümidverici vokalçımız – Rəna Mustafayeva. I-ci turda uğurla çıxış edəndən sonra, yüksək bal topladı və asanlıqla II-ci tura keçdi. Lakin, II-ci turda daha da yaxşı çıxış etməsi üçün, proqramda dəyişikliklər etdi və ... vəziyyətini çətinləşdirdi. Halbuki, buna heç ehtiyac belə yox idi! Hətta, seçdiyi əsərlər çox çətin idi. Nəticədə, ifa zamanı Rənanın səsi bir neçə dəfə, necə deyirlər, "kəsildi". Inanın ki, münsiflər heyətinin üzvləri çox çətin vəziyyətə düşdülər, hamı üçün təəccüblü və ürəksıxıcı hal yarandı...
Rənanın həqiqətən təbii və çox gözəl səsi var, lakin hələ ki, 21 yaşı var, gəncdir, və belə bir risk etməyə dəyməzdi. Ola bilsin ki, 10-15 dəqiqə səhnəyə çıxmazdan qabaq bu iki hissədən ibarət olan çətin bir ariyanın bütün passajları alınırdı, səhnədə isə gözlənilmədən vəziyyət dəyişə bilərdi, cünki, müsabiqə – bir yarışdır və həyəcan öz işini görür.
Baxmayaraq ki, Rəna özünə çox güvənən, çalışqan bir vokalçıdır, yalnız daha çox gənc olduğu üçün, nəfəsi hələ ki, zəifdir. Ona görə də, təbiidir ki, seçdiyi proqram, gözlədiyimiz kimi, alınmadı və, nəticədə, yarışmanı sona çatdıra bilmədi.
Bir də, bir vokalçı kimi özün haqqında yaxşı təsir saxlamaq da çox vacibdir. Arzu edirəm ki, tez bir zamanda o, öz imkanlarını layiqincə göstərə bilsin.
Qaldı ki, Fəridə Məmmədovaya, deyə bilərəm ki, o, öz idraki ilə fərqlənirdi. Fəridə yaxşı musiqiçidir,
Ü. Hacıbəyov adına Bakı Musiqi Akademiyasının iki bölümündə oxuyub (vokal və f-no), musiqi üslüblarını yaxşı bilir və anlayır, ona görə də onunla işləmək asandır. Fəridənin də nöqsanı, fikrimcə, repertuarı ilə bağlıdır. O ifadə tərzində bir qədər hisslərə qapınır. Bilirsiniz, güclü, gur səslə və ya çətin ariyalarda yüksək notları götürməklə peşəkar dinləyicini təəccübləndirmək və ya aldatmaq olmur, və bir müsabiqədə bütün imkanların açmaq da mümkün və düzgün deyil. Müsabiqələrdə iştirak etmək istəyən şəxs və ümümiyyətlə, gənc vokalçılarımız bilməlidirlər ki, bütün gələcək fəaliyyətlərində vokal proqramlarını düzgün qurmağa çalışsınlar. Hər yaşın öz vokal imkanları var və məşhur opera partiyaları hazırlayarkan ciddi düşünmək lazımdır: ifaçıya istedaddan başqa, daxili müdriklik də gərəkdir.
Sözsüz ki, Fəridə Məmmədova bu müsabiqədə layəqətlə çıxış edib, hamımızı ürəkdən sevindirib. O, sənət yolunun başlanğıcında olmağına baxmayaraq, uğurla irəliləyir. Ona gələcək yaradıcılıq yolunda böyük nailliyyətlər qazanmağı arzulayıram.
L. F.: – Ümümiyyətlə, gənc vokalçılarımıza nə arzu edərdiniz?
X. Q.: – Bütün yuxarıda dediklərim, yalnız Rəna və Fəridəyə aid deyil, eyni zamanda, müsabiqədə iştirak edən komandamıza aiddır. Gələcəkdə yarışlarda çıxış etmək arzusuyla olanların və gənc istedadlı vokalçılarımıza hamılıqla aid olan məsləhətlərim və tövsiyyələrimdir.
Bundan başqa, onlara öz üzərində ciddi çalışmalarını arzu edərdim. Heç bir uğur asanlıqla qazanılmır. Istedad daim çalışqanlıq tələb edir. Şükürlər olsun ki, indiki zaman, bütün imkanları cavanlara verir. Həmin imkanlardan istifadə edərək, gənc istedadlarımız özlərini dünya səhnələrində göstərməlidirlər. Sənət ömrü çox qısadır, zaman isə sürətlə irəli gedir. Gənclərimiz gözəl və zəngin musiqini dinləyərək, dünya sənət incəlikləri sirrini öyrənərək, zövqlərini genişləndirməlidirlər.
O ki, qaldı biz müəllimlərə, bütün toplanmış təcrübəmizi onlarla bölüşməyə hazırıq. Hər halda, Fidan xanımın və mənim biliklərimiz də gənc vokalçılar üçün az deyil. Təəssüflər olsun ki, bu günkü tələbələr bizim gənc vaxtımızdakı tələbələrdən çox fərqlənirlər...
L. F.: – Problem nədədir? Axı, əvvəlcə dediyiniz kimi, vokal şöbəsinin populyarlığı gün-günə artır, abiturientlər məhz vokal şöbəsində oxumağa can atırlar?
X. Q.: – Sadəcə olaraq, indiki zamanədə hamı müğənni olmaq istəyir. Elə tələbələr var ki, doğrudan da sənətə ciddi yanaşaraq peşəkar ifaçı olmaq istəyirlər və elələri də var ki, nə məqsədlə bu şöbəyə daxil olublar, bilmək çətindir...
Dəfələrlə demişəm ki, səs – ilahi bir vergidir və ya vardır, ya da yoxdur!!! Hətta, hər "güclü" səsi də "gözəl" səs adlandırmaq olmaz. Biz – müəllim və mütəxəssislər – yalnız sənətin əsaslarını düzgün öyrətməklə yanaşı, səsin təbii imkanlarını genişləndirib və inkişaf etdirə bilərik. Sözsüz ki, tələbənin özündən də çox şey asılıdır. Onun çalışqanlığı ən vacib amildir. Istedada malik insan bunu çox gözəl dərk etməlidir. Müəllim isə, məhsuliyyət hiss edərək, tələbədə maraq artıraraq, ona gömək etməlidir.
Mən çox xahiş edərdim ki, bizim bölümdə təhsil almaq istəyən gənclərimiz, şöbəmizin isteqaməti haqqında daha ətraflı məlumatla tanış olsunlar və yalnız bundan sonra öz seçimlərini edib, qəbula gəlsinlər. Elə fikir yaranmasın ki, bu bölümdə oxumaq üçün təkcə gənclərin və ya da onların valideyinlərinin istəyi kifayətdir. Həqiqi istedad olmasa, biz möcüzə yarada bilmərik!
L. F.: – Xuraman xanım, bəs orkestrimizdən nə deyə bilərsiniz?
X. Q.: – Həqiqətdir ki, son illərdə Azərbaycan Dövlət simfonik orkestri, onun bədii rəhbəri və baş dirijoru, xalq artisti, professor Rauf Abdullayevin tələbkar rəhbərliyi nəticəsində böyük nailliyyətlər qazanıb. Simfonik musiqisinin pərəstişkarları orkestrin uğurlarının artımını izləyərək, onun müvəffəqiyyətlərinə çox sevinirlər. Və, əlbəttə, bu yalnız R. Abdullayevin rəhbərliyinin, böyük əmək və zəhmətinin nəticəsidir.
Bildiyimiz kimi, finala 13 iştirakçı qalmışdı və hərəsi iki opera ariyasını ifa etməliydi. Ariyaların bəziləri Bakıda, demək olar ki, ilk dəfə səslənirdi, bəziləri isə, çox çətinliyinə görə nadir hallarda ifa olunurdu. Belələri də vardı ki, bizə çox yaxşı tanış idilər. Hamısını nəzərə olaraq, biz əvvəlcədən bilirdik ki, orkestrin üzərinə necə ağır məsuliyyət düşəcək. Lakin, R. Abdullayev bir peşəkar kimi, böyük təcrübəli dirijor kimi hamıya tanış olsada, Fidan xanıma və mənə, xüsusən, bir yüksək səviyyəli dirijor – müşahidəçi kimi də tanışdır. O, uzun illər opera və balet teatrımızın baş dirijoru olub və bizimlə birlikdə neçə-neçə tamaşaların üzərində çalışıb. Opera musiqisini çox sevir və mükəmməl bilir. Və onun böyük bir peşəkar olmağını, vokalçılarla işləmək qabiliyyəti səviyyəsinin hər zaman şahidi olmuşuq.
R. Abdullayev bu məsulliyətli işdən çəkinmədən başımızı uca etdi. Müsabiqəyə gələn qonaqlarımız həsrətlə deyirdilər ki, "...kaş ki, biz də belə bir dirijorla tez-tez görüşək və işləyək". Müsabiqənin ən maraqlı və şərəfli hissəsi simfonik orkestrin uzərinə düşür və bu dəfə böyük qürur hissi ilə orkestrımızın rəhbərinə minnətdarlığımızı bildirməliyik.
L. F.: – Xuraman xanım, müsahibənin axırında soruşmaq istərdim ki, Siz bilən Bülbül adına II Beynəlxalq Müsabiqənin əsas nəticəsi nədir?
X. Q.: – Əlbəttə, hər bir musiqili yarışların, müsabiqələrin öz tarixi olur və bu da onun yaranmasından və inkişafından aslıdır. Sözsüz ki, səviyyə artımı I-ci müsabiqədən fərqlənir. Xüsusən bizim gənc vokalçılarımız özlərini daha yetkin göstəriblər, səviyyələri kifayət qədər yüksəlib və bizim vokal şöbəmizin müəllimlərinin əməyini də qeyd etmək istərdim. Gələcəkli vokalçılarımız sənət meydanına çıxırlar, artırlar. Məsələn, Seymur Kərimov və Timur Abdikeyev müsabiqədə çıxış edərkən fərqləndilər və hətta, xüsusi mükafatlara layiq görüldülər.
Beləliklə, demək olar ki, gənc vokalçılarımız estafeti layiqincə qəbul edirlər. Mən öz tərəfimdən də çox şadam ki, Irina Konstantinovna Arxipova, bu müsabiqənin şöhrətli qonağı və münsiflər heyətinin Sədri kimi, dəfələrlə qeyd etmişdir ki, "...Azərbaycan vokal məktəbi gözəl inkişaf edir və çox layəqətli əllərdədir – yəni Fidan və Xuraman Qasımova bacıları nəzarəti altındadır". Bu sözləri eşidərkən, çox sevindik və eyni zamanda, demək lazımdır ki, bu məsulliyyəti artıq neçə illərdi ki, çiynimizdə daşıyırıq.
Onu deyə bilərəm ki, Fidan xanım və mən öz səhnə və ifaçılıq təcrübəmizi, eyni zamanda, müəllimlik peşəsində də tələbkarlıqla, yüksək səviyyədə davam edəcəyik.
Çalışacayıq ki, Azərbaycanda keçirilən Bülbülün adına vokalçılar müsabiqəsi öz səviyyə yüksəkliyi ilə dünya miqyaslı müsabiqələrin cərgəsində dayansın.
Bu bizim vətəndaşlıq borcumuzdur!
FRANS MÜLLER-HAYZER
– münsiflər heyətinin üzvü
– müsahibə alman dilində aparılıb və burada onun tərcüməsini təqdim edirik –
L. F.: – Cənab Müller-Hayzer, necə hesab edirsiniz, Bülbül adına Beynəlxalq müsabiqəsinin ən müsbət cəhəti nədir?
F. M.-H.: – Qeyd etmək lazımdır ki, bu müsabiqənin başqa-başqa müsabiqələrdən bir neçə üstün cəhətləri var. Ən əsası isə odur ki, burda çıxış edən müğənnilərin çox gözəl və keyfiyyətli səsləri var. Bu baxımdan məsləhət görərdim ki, Bülbül adına müsabiqə haqqında məlumatı bütün dünyada yayasınız. Məsələn, Almaniyada xüsusi Mərkəz var, Beynəlxalq müsabiqələrin Mərkəzidir və həmin Mərkəzə Bülbül adına Beynəlxalq müsabiqədən tam məlumatı, broşürləri, kitabçaları, dəvətnamələri təqdim etsəydiniz məqsədəuyğun olardı. Yəni bu əməl reklam kimi də gərəklidir.
L. F.: – Müasir Azərbaycan vokal məktəbindən nə deyə bilərsiniz?
F. M.-H.: – Çox dəyərlidir. Sizin müğənnilərin böyük perspektivləri var və gələcəkdə daha geniş tədbirlərdə iştirak edə bilərlər.
L. F.: – Bizim cavan vokalçılarımıza nə arzu edərdiniz?
F. M.-H.: – Arzu edərdim ki, müğənniləriniz xalq musiqisinə daha da yaxın olsunlar. Bütün dünyada xalq mahnılarının oxunmasına yüksək qiymət verilir və bu məsələyə ciddi fikir vermək lazımdır.
Ikinci növbədə arzu edərdim ki, müasir musiqiyə diqqət yetirsinlər. Ümumiyyətlə, keçmiş sovet ölkələrində barokko musiqisi kifayət qədər yayımlanmayıb. Və, bəlkə də, repertuarın kasıblığı bununla bağlıdır. Baxmayaraq ki, müasir musiqi yaradan bəstəkarlarınız var, müasir vokal əsərlərin ifası gözə çarpmır. Bu görümdən, müsabiqədə oxuyanlar (tək Azərbaycanda yox, bütünlükdə), beynəlxalq standartlara uyğun gəlmirlər.
Dediklərim səs keyfiyyətinə aid deyil. Adicə ifa üslubu, ifa səpgisi ilə bağlıdır. Dünyada yayılmış barokko və başqa cərəyanlar vokalçıların repertuarında özünə yer tutmalıdır. Çünki, qeyd etmək lazımdır ki, bəzi müğənnilər üçün müasir bəstəkarların əsərlərini oxumaq çox çətindir. Təbii ki, hər musiqinin öz auditoriyası olmalıdır. Auditoriyanı isə hazırlamaq gərəkdir.
Nəticədə, bir daha demək istərdim ki, müsabiqədə təqdim edilən vokalçıların səsləri çox güclüdür və hətta bizdəki, yəni Almaniyada olan vokalçıların səslərindən daha da zəngindir.
FIRƏNGIZ ƏHMƏDOVA
münsiflər heyətinin üzvü –
–
L. F.: – Firəngiz xanım, Sizin fikrinizcə, müsabiqənin əsas əhəmiyyəti nədədir? Və nəticəsini nədə görürsünüz?
F. Ə.: – Mən hesab edirəm ki, bu cür müsabiqənin meydana gəlməsi təkcə Azərbaycanda yox, ümumdünya miqyasında da vacib bir hadisədir. Bundan savayı, bu müsabiqə – beynəlxalq müsabiqədir və həmin fakt bizim üçün olduğca təqdirəlayiqdir. Eyni zamanda, bu müsabiqə görkəmli müğənnimiz Bülbülün adı ilə bağlıdır. Bu da bizim üçün çox əzizdir. Həm birinci, həm də ikinci müsabiqəyə bir neçə ölkədən çox hazırlıqlı ifaçılar gəlmişdir. Lakin, məni bizim vokalçılarımız çox şadlandırdı. Ümumiyyətlə, Azərbaycan vokalçıları üçün hazırkı müsabiqənin çox böyük əhəmiyyəti var. Axı onlar bir neçə il hazırlaşırlar, öz ifaları üzərində çalışırlar, can yandırırlar ki, ustalıq səviyyələrini artırsındar və s. və i. a. Deyilənlər hamılıqla çox vacibdir.
L. F.: – Firəngiz xanım, Siz neçə illər ərzində bizim aparıcı opera müğənnisi, hətta səhnədə Bülbülün tərəf-müqabili olmusunuz. Sizin fikrinizlə, hal-hazırda Azərbaycanda vokal məktəbinin vəziyyəti nə yerdədir?
F. Ə.: – Şəxsən mən bizim cavan vokalçılarımızdan tamamilə razıyam. Əvvəla, onların bizim nəslimizə nisbətən işləmək və fəaliyyət göstərmək üçün daha geniş imkanları var: tez-tez səfərlərə çıxırlar, başqa-başqa sənət ustalarına qulaq asırlar və s. və i. a. Bu da, demək olar xüsusi şəkildə bir məktəbdir. Eyni zamanda, bizim müğənnilərimizin oxumaq mədəniyyəti çox yüksək səviyyədədir.
Ikinci müsabiqəyə 70-dən artıq ifaçı gəlmişdi: Rusiyadan, Gürcüstandan, Qazaxıstandan, Ukraynadan, Tatarstandan, Moldovadan, Koreyadan, Türkiyədən və s., və bizim vokalçılarımız özlərini çox ləyaqətli təqdim etdilər. Xüsusilə də Eldar Əliyevi, Fəridə Məmmədovanı qeyd edərdim. Təəssüflər olsun ki, Rəna Mustafayeva öz çıxışını dayandırdı və III tura keçə bilmədi. O, mənə bir müğənni kimi çox böyük təsir bağışladı: birincisi – texniki cəhətdən; ikincisi – ifacılıq mədəniyyəti, və üçüncüsü – bu qız öz səsini düzgün ifadə etməyi bacarır. Lakin, o hələ çox cavandır, onun qələbələri hələ gələcəkdədir və inanıram ki, bunu qarşıdan gələn müsabiqələr göstərəcək.
L. F.: – Firəngiz xanım, siz necə hesab edirsiz, I-ci və ya da II-ci müsabiqələrdən hansı daha maraqlı idi?
F. Ə.: – I-ci müsabiqədə Qərinə Kərimova (III mükafat) böyük təsir bağışladı. Mən özüm opera müğənnisiyəm və deyə bilərəm ki, Qərinədə əsil mənada opera səsi var. Əli Əsgərov da (Qran-Pri) çox ləyaqətli bir vokalçıdır.
Qaldı ki, II-ci müsabiqəyə, demək lazımdır ki, hələ I turdan sonra jürinin sədri Irina Konstantinovna Arxipova bizə dedi ki, şübhəsiz Eldar Əliyev Qran-Pri almalıdır. Mən çox fəxr edirəm ki, bizim vokalçılara belə bir yüksək qiymət verilir.
Deyərdim ki, həm I-ci, həm də II-ci müsabiqədə iştirakçılar çox güclüydülər. Lakin, II-ci müsabiqədə iştirakçıların səviyyəsi daha yüksək idi. Eyni zamanda yaxşı səslər çox idi. Xüsusi ilə qeyd edərdim Yelena Manistinanı (Rusiya), Irina Makarovanı (Rusiya), Sulxan Qvelesianini (Gürcüstan) və başqaları. Ümumiyyətlə, gürcü vokal məktəbinin ustası Nodar Andquladze böyük sənətkar və gözəo müəllimdir. O çox təcrübəli mütəxəssisdir və demək lazımdır ki, hər halda gürcü vokalçıları özlərini çox təmkinli təqdim ediblər. Təkcə Leqi Imedaşvili (II mükafat) xoşuma gəlmədi. Mən bilən o, çox "soyuqqanlı" müğənnidir və bəzi obrazları yarada bilmir. Yelena Manistina isə ən böyük tərifə layiqdir. Çox qüvvətli və möhkəm vokalçıdır, gözəl ifaçılıq ustalığı var.
L. F.: – Fikrinizcə, belə bir ifaçı qaldı ki, ona siz, münsiflər, mükafat verə bilmədiniz?
F. Ə.: – Yox. Baxmayaraq ki, güclü ifaçı çox idi, mükafatlar və laureat adları, məncə, çox ədalətli verilib.
ALXAS ƏLIYEV
– Müsabiqənin təşkilat komitəsinin sədr müavini –
L. F.: – Alxas müəllim, Siz Bülbül adına Beynəlxalq müsabiqənin təşkilat komitəsinin sədr müavini idiniz. Müsabiqəylə bağlı hazırlıq işləri necə aparılır?
A. Ə.: – Azərbaycan üçün beynəlxalq müsabiqə yeni bir əlamətdir. Sovet dövründə Bakıda müxtəlif ümümittifat müsabiqələr aparılırdı, lakin beynəlxalq müsabiqə heç vaxt keçirilməyib. Baxmayaraq ki, bizim böyük tədbirlərlə bağlı təcrübəmiz az deyil, bu işdə bizə kömək göstərmək üçün Beynəlxalq Musiqi Xadimləri Ittifaqının Sədri I. K. Arxipovaya müraciət etdik və o öz köməyini əsirgəmədi.
Müsabiqələri müvəffəqiyyətlə başa çatdırmaq üçün bütün real imkanlardan istifadə etdik. I müsabiqəyə 70-ə yaxın, II müsabiqəyə isə 90-dan artıq ifaçı gəlmişdi.
Onu da qeyd etməliyəm ki, I müsabiqəni keçirmək üçün bizim cəmi yarım il vaxtımız var idi, lakin II müsabiqəyə isə biz 2 il ərzində hazırlaşdıq. Elə buna görə də II müsabiqəyə biz daha əsaslı sürətdə yanaşdıq. 1998-ci ilin axırına kimi biz bütün dəvətnamələri və lazım olan sənədləri göndərdik. Əlbəttə, bu çox çətin iş idi.
L. F.: – Dəvətləri hansı prinsip üzrə göndərdiniz? Sizə belə əziyyətli işdə kömək edən olubmu?
A. Ə.: – Keçmiş Sovet Ittifaqının Konservatoriyalarına, Azərbaycan Respublikasının xaricdəki səfirliklərinə, nəhayət, xarici ölkələrinin Azərbaycandakı səfirliklərinə dəvətnamələr göndərmişik. Hətta Polad Bülbül oğlu Azərbaycan Respublikasının Mədəniyyət Naziri, təşkilat komitəsinin Sədri kimi və Bülbül Fondunun Prezidenti kimi xüsusi görüş keçirmişdir. Azərbaycana təyin edilmiş xarici ölkələrin nümayəndələrini dəvət edib onlaradan xahiş etmişdi ki, bizə bu tədbirdə kömək göstərsinlər.
Daha sonra, Azərbaycanın Moskvadakı Səfirliyi vasitəsi ilə biz dəvətləri Bakıda nümayəndəlikləri olmayan xarici ölkələrin səfirliyinə də çatdırdıq. Bu işdə bizə Xarici Işlər Nazirliyinin də böyük köməyi dəydi.
Biz çalışırdıq ki, mümkün qədər çox ölkələr bu müsabiqədən xəbər tutsunlar və iştirak etsinlər.
L. F.: – Bu cür görkəmli musiqiçiləri eyni zamanda bir yerdə yığmaq heç də asan iş deyil. Onlar hamılıqla, yəqin ki, bir neçə ay qabaqcadan yaradıcılıq planları qurublar. Bu işdə hansı çətinliklərlə rastlaşmısınız?
A. Ə.: – Doğrudan da, elə təşkilat məsələləri var ki, onlar həmişə kadr arxasında qalırlar. Ümumiyyətlə, bu cür vəzifəni yerinə yetirmək çox çətin və əziyyətlidir. Lakin hamı bizə yardım əlini uzatdı və köməyini əsirgəmədi.
I. K. Arxipova, lap əvvəldən bu müsabiqədə həmişəlik münsiflər heyətinə sədrlik etməyə məmuniyyətlə razılıq verdi. O, doğurdan da dahiyanə müğənnidir, vokal sənətində böyük və nüfuzlu şəxsiyyətdir və bizim parlaq vokalçımız Bülbülün xatirəsini həmişə yüksək səviyyədə yad edir. I. K. Arxipovanın sədrliyi münsiflərin tərkibində görkəmli ifaçıları birləşdirdi və birlik dəqiq, düzgün və ədalətli işləyə bildi.
Təbiidir ki, bü cür hörmətli tərkibi eyni vaxtda toplamaq çox çətin idi.
Misal üçün, Mariya Biyeşu hər il Kişinyovda "Mariya Biyeşu dəvət edir" adı ilə festival keçirir və hətta həmin vaxt onun yubileyi ilə bağlı festival keçirilməli idi. O, bizim xahişimizlə öz tədbirini bir həftə qabağa çəkdi.
Z. P. Xristiç, tədris ilinin başlanmasına baxmayaraq, imkan tapdı ki, müsabiqəyə gələ bilsin.
A. Samoile Izmirdə baş dirijordur, Londonda qastrolları nəzərdə tutulmuşdu. O, da qastrollarını irəli çəkdi və müsabiqədən sonra dərhal Londona uçdu.
N. D. Andquladze çox məşğul insandır, vokal üzrə böyük mütəxəssisdir. 2000-ci ildə D. A. Andquladzenin adına tenorlar müsabiqəsi keçirməli idi. O, da, xüsusən bizim müsabiqəyə görə, bu tədbiri keçirtdi 2001-ci ilə ki, bizə mane olmasın.
F. Əhmədova ümumiyyətlə Özbəkistanda işləyir.Onun da iştirakı çox vacib idi, axı o səhnədə Bülbülün tərəf müqabili olub.
F. və X. Qasımova bacıları Azərbaycan vokal məktəbimizin fəxridirlər. Onlarla da xüsusi danışıqlar aparıldı.
Frants Müller-Hayzer Almaniydan müsabiqəyə gəldi. Xeyli vaxt onunla da danışıqlar aparılıb.
Çox təəssüf ki, I müsabiqənin münsiflər heyətinin üzvlərindən biri – Amerikadan Nedda Kassey II müsabiqəyə gələ bilmədi. Biz onun şərtlərini yerinə yetirə bilmədik.
F. Ş. Bədəlbəyli münsiflər heyətinin sədr müavini seçilmişdi. Ona hamı etibar edir. O çox təcrübəli və dahi musiqiçidir.
II müsabiqə münsiflərinin tərkibi çətinliklər bahasına uğurlu alındı.
L. F.: – Münsiflər heyətinin üzvləri, müsabiqədən başqa, yaradıcılıq görüşlərində, konsertlərdə və s. və i. a., tədbirlərdə iştirak ediblərmi?
A. Ə.: – Bəli, bir sıra tədbirlərdə. Xüsusi olaraq qeyd etmək lazımdır ki, münsiflər heyətinin üzvləri Bülbülün xatirə muzeyini ziyarət etdilər. Orada Bülbülün həyat yoldaşı Ədilə xanım ilə səmimi görüş keçirildi. Çoxlu xatirələr yada düşdü. Demək olar ki, balaca bir konsert də baş tutdu. F. Bədəlbəyli royalın arxasına oturdu, X. Qasımova isə Bülbülün repertuarından iki romans oxudu. Hamı çox təsirləndi. Hətta gözləri yaşaranlar da oldu. Belə dəqiqələr heç vaxt unudulmur...
Inanıram ki, qarşıda gələn III, daha sonra IV və s. Bülbül adına Beynəlxalq müsabiqələr nəinki Azərbaycan vokal musiqi mədəniyyəti tarixində, hətta bütün dünyada öz layiqli yerini tutacaqdır.
AZAD ƏLIYEV
Ş. Məmmədovanın adına Opera studiyasının direktoru –
–
L. F.: – Sizin üçün müsabiqənin ən parlaq və təsirli xatirəsi nədir?
A. Ə.: – Eldar Əliyev. O məni heyran etdi. Xüsusi ilə mən I turda oxunan Don Juanın ariyasını qeyd edərdim. Ümumiyyətlə, o Hendelin oratoriyasından ariya oxumalı idi. Çıxışına bir gün qalmış o öz fikrini dəyişdi və Don Juanın ariyasını, hətta reçitativlə oxudu. Çox çətin ariyadır və belə yüksək səviyyədə ifası Eldarın vokal məktəbinin əyani göstəricisidir. Eldar müsabiqəyə çox ciddi yanaşırdı. Avqustun axırından gündə 5 saat opera studiyasında məşq edirdi: 2 saat özü və 3 saat konsertmeysterlə. Hər notun, hər səsin üstündə ayrıca işləyirdi. Düzünü desək, Eldarın qələbəsi hamını ürəkdən sevindirdi.
Rəna Mustafayeva haqqında da fikrimi bildirmək istərdim. O çox yaxşı vokalçıdır. Sadəcə olaraq, müsabiqəyə psixoloji cəhətdən hazır deyildi. Bu da mən bilən cavanlığın və təcrübəsizliyin nəticəsidir. Rəna konkursa çox ciddi hazırlaşırdı. Zənnimcə, hazırlaşmağa bir qədər tez başladı və nəticədə sentyabrın 2-3-ü üçün tamamilə hazır idi. Qalan 15 günü gözləmək onun üçün çətin psixoloji təzyiq oldu. Inanıram ki, gələcəkdə özünü daha yaxşı, daha yetkin göstərəcək.
Deyilənlərdən başqa, xüsusi qeyd etməliyəm ki, Dövlət Simfonik Orkestrimiz olduqca böyük və keyfiyyətli iş görüb. Onlar qısa bir zamanda bir sıra əsərləri öyrənib hazırladılar. Baxmayaraq ki, hansı əsərin III tura keçəcəyi bilinmirdi. Nəzərə alınmalıdır ki, orkestrin tərkibi cavanlaşdırılıb və hal hazırda əsasən cavan musiqiçilərdən ibarətdir. Müsabiqəyə 10 gün qalmış orkestr məşqələrə başladı. Onlar praktiki olaraq, Fransadakı qastroldan qayıdarkən, dərhal məşqləri başladılar. Axırıncı günlər orkestr gündə 8-9 saat məşq edirdi. Və nəticədə demək lazımdır ki, orkestrin müşayiəti çox professional səviyyədə keçdi. Birinci növbədə belə müvəffəqiyyət orkestrin baş dirijoru Rauf Abdullayevin səyidir. Vokalı müşayiət etmək çox çətindir, hətta, ümumiyyətlə, bütün dünyada orkestrin və dirijorun professional dərəcəsi akkomponement üzrə aşkarlanır. Açıq danışsaq, nəfəs alətləri qrupu digərlərinə nisbətən zəif idi. Bununda obyektiv səbəbləri var: orkestrdə nəfəs alətləri ifaçıları çatışmır, xüsusən də mis-nəfəsli qr
upda. Təkcə onu arzulayıram ki, nəfəs alətləri qrupu bütün orkestrin səviyyəsinə çatsın.
ELDAR ƏLIYEV
Qran-Pri mükafatının sahibi –
–
L. F.: – Eldar, Sizin üçün bu müsabiqədə iştirak etmək bir qədər gözlənilmədən olub. Müsabiqədən nə demək istərdiniz?
E. Ə.: – Müsabiqənin hazırlığı və gedişi, demək olar ki, ən yüksək səviyyədə idi. Iştirakçıların tərkibi də hətdinnən artıq güclü idi.
Iki-üç il bunnan qabaq mən Belveder müsabiqəsinin iştirakçısı olmuşam və qeyd etməliyəm ki, həmin müsabiqənin səviyyəsi qat-qat bizim müsabiqədən aşağı idi. Orada elan etmişdilər ki, müsabiqədə iştirak etmək üçün 3 min sifariş qəbul edilib. Mən bilmirəm, bu 3 mini necə və kimlərdən seçiblər, amma finala kimi ən orta səviyəli müğənnilər keçdilər. Parlaq müğənnilər, demək olar ki, yox idi.
Mən özümü orta səviyyəli vokalçı sayıram. Bunu pis mənada başa düşmək lazım deyil. Əksinə, bu o deməkdir ki, heç olmazsa, Italiyada mənim üçün həmişə iş tapılar. Nəyə görə? Ona görə ki, oxumağım çox hamahəng və sabitdir, xüsusilə də sürətlə qalxmalar və, ən əsas, enmələr nəzərə çarpmır. Belə fəaliyyət isə bu günümüz üçün beynəlxalq standarta uyğundur.
Doğrusunu desək, mən Qran-Pri mükafatını heç gözləmirdim. Hərçənd mənim üçün bu çox xoşagələn bir nəticədir. Bayaq dediyim kimi, özümü orta səviyyəli peşəkar müğənni saysam da, belə başa düşürəm ki, Qran-Pri mükafatını mənə sənətimdə qazandığım uğurlara görə veriblər, daha müsabiqədə çıxışlarıma görə yox. Mən bilən, Qran-Pri mükafatı Yelena Manistinaya verilməliydi. Taleyin ədalətsizliyidir ki, o mənimlə bir müsabiqədə yarışırdı. Ümümiyyətlə, mən demək istəyirəm ki, həm cavan, həm nisbətən təcrübəli – kişi və qadın səsləri və s. göstəricilər birgə qiymətləndirilib. Belə səviyyəli müsabiqələrdə mükafatlar, misal üçün, aşağıdakı kimi adlandırılmalıdırlar: müsabiqədə ən yaxşı ifa; ən gözəl səs; vokalda ən yüksək texnika və s. Və, nəhayət – 5-6 sayda – sənət uğurlarına görə mükafat. Qoy 3-cü mükafat olsun, amma daha ən yüksəyi – Qran-Pri – yox. Məsələn, təəssüflər olsun ki, I müsabiqədə Əkrəm Poladov heç bir mükafata təqdim olunmayıb...
Müsiflər heyətinə çox yüksək səviyyəli mütəxəssislər toplaşmışdı. Onların hamısı gözəl insan idilər. Onlar üçün oxumaq çox xoşa gələn bir hadisə idi. Ümümiyyətlə, məhz müsabiqədə oxumaq müğənni üçün heç də xoşa gələn hadisə deyil. Lakin, münsiflərimiz hamıya çox istiqanlı və xeyirxaqlıqla yanaşırdılar.
L. F.: – Necə olub ki, Siz o çətin dövrdə Azərbaycandan Italiyaya oxumağa getdiniz?
E. Ə.: – Mədəniyyət Nazirliyi və şəxsən Polad Bülbül oğlunun təşəbbüsü ilə 1992-ci ildə Italiyaya oxumağa getdim. Doğrusu, biz 4 nəfər idik: mən, Nərgiz Kərimova, Emil Əkbərov, Adil Axundov. Akademiyaya müsabiqə ilə keçdim mən. Beləcə bir il Ozimo şəhərində oxudum. Ozimoda mənimlə, yeri gəlmişkən, Əkrəm Poladov da təhsil alırdı, Akademiyanın səviyyəsi kifayyət qədər peşəkar deyildi, və bir ildən sonra mən oradan getdim. Özümü sınadım, və "La-Skala" teatrın himayəsində təşkil edilən kurslarda təhsili almaq hüququnu və təqaüdu uddum.
L. F.: – Həmin təhsil haqqında nə deyə bilərsiz?
E. Ə.: – Italiyada elə bir təşkilat var – "lodjermistlər". Yəni "qalyorka"çılar. Onlar assosiasiyalara birləşirlər və onların böyük hörməti, nüfüzü və, bunnan savayı, sanballı fondları var. "Lodjermistlər" mənə böyük köməklik göstərdilər. Mən isə əvəzində çox işləməli idim. O vaxt mən maestro Karlo Berlotsi ilə çalışırdım və, əsasən, Verdinin əsərlərini oxuyurdum.
Assosiasiya məni olduqca irəli çəkdi. Inanın ki, onlar real bir qüvvədir! Sonra isə həmin təşkilat məni bilavasitə "La Skala" teatrına təqdim etdi. "La Skala"da məni dinlədilər və seçib müsabiqəyə göndərdilər. Həmin müsabiqədə mən çox əzəb çəkdim, sanki səni hissə-hissə "sökürlər". Vəziyyətlə bağlı yerindəcə çıxış yolu tapmalıydım. Bütün bu strukturdan keçib hamıya sübut etməlisən ki, sən "italiyalısan". Müsabiqədən qalib kimi qayıtdım və opera teatrında rol aldım. Mən, necə deyirlər, dərhal anlayırdım ki, kimsə məndən nə istəyir, və nəticədə iki ildən sonra hamılıqla məni qəbul etdilər.
Sizə bir sirr açmaq istəyirəm: mən, ümümiyyətlə, yaxşı psixoloqam. Bəlgə də həmin səbəbdən məni hamı "sevdi". Həm də ona görə ki, böyük ümüdlər verirəm və italyan dilində gözəl danışıram. Bu isə onlar üçün ən böyük meyar sayılır. Indiki zamanda mənə iki agentlik xidmət göstərir, və iki agentlik – artıq çoxdur.
Bildiyiviz kimi, "La Skala" repertuar teatrıdır, və o, əlbəttə ki, keyfiyyət göstərməlidir. Demək lazımdır ki, orada kommersiya son həddə çatdırılıb: bütün iş təyinləşdirilib, hər şey ödənilib, və bəlkə də buna görə həmin maşın-sistem yaxşı işləyir.
Əsil opera – əsil mənada – Bolonya və Florensiya teatrlarında saxlanılıb. Hər iksində operanın ruhu, operanın ab-havası yaşayır. Bunnan başqa, orada çox xeyirxah və gözəl insani münasibətlər yox deyil.
L. F.: – Tamaşaçılar necə? Həmişə anşlaqlardımı?
E. Ə.: – Tamaşaçılar, təbii ki, operanı çox sevirlər və ürəkdən qəbul edirlər. Zallar isə, demək olar ki, həmişə dolu olurlar. Zalda boş yerlər varsa, bu hansısa anlaşılmazlıqın nəticəsidir: ya kimsə xəstələnib, ya da gecikib və s.
L. F.: – Onda bir sual. Tənqidçilərin Sizə münasibəti necədir?
E. Ə.: – Ümümiyyətlə, orada tənqidlə heç kəs, siz deyən, ciddi hesablaşmır. Bundan başqa, onu heç kim oxumur. Xüsüsən müğənnilər.
Bilirsiz, oradaki tənqid mən, deyərdim ki, bizimkinnən çox fərqlənir. Təzə-təzə mən oxuyurdum, sonra isə marağım itdi.
L. F.: – Siz özünütənqidi qəbul edirsinizmi?
E. Ə.: – Mən obyektiv düşünən insanları salamlayıram.
Mənim üçün tənqid hardasa məmnuniyyətsizliyin və aplodismentlərin ortasındadır. Mən bilən, ən obyektiv tənqidi təcrübəli bir dirijor verə bilər.
Orada tənqid çox abstrakt şəkildədir. Məsələn, belə bir ibarə – "...Teatr daha çoxuydu, nəyinki opera". Bunu necə başa düşmək lazımdır? Axı artist üçün çox yersiz məzəmmətdir.
L. F.: – Siz öz repertuarınızdan nə deyə bilərsiz?
E. Ə.: – Nə verirlər – onu da oxuyuram. Praktiki olaraq, hər şeyi oxuyuram. Iş çox olanda – 7-8 "opera məhsulu" yığılır, həm də eyni əsərlərdən: iki "Attila", iki "Riqoletto" və s. Əsasən, Verdi, Donisetti, Bellini, Rossini və Motsartın operalarını oxuyuram.
L. F.: – Siz necə hesab edirsiniz, sizi hal-hazırda bas yaxud bariton səsi ilə bağlamaq olar?
E. Ə.: – Yəqin ki, 2-3 ilə tamamilə formalaşaram. Hal-hazırda, hələ deyə bilmərəm ki, mənim bas ya da bariton registri var. 3-4 il əvvəl planlaşdırılmış işlərimi yerinə yetirim, sonra bir il istirahat edib, daha sonra yeni keyfiyyətli səslə 5-6 partiya düzəldib yalnız onları oxuyacayam. Mən hələ qərara almamışam ki, hansı registrə üstünlük verim.
L. F.: – Bizim cavan müğənnilərdən Sizin diqqətinizi kim cəlb edib? Azərbaycanın vokal məktəbindən nə deyə bilərsiniz? Biz nə edə bilərik ki, mümkün qədər milli vokal məktəbimizin səviyyəsini qaldıraq?
E. Ə.: – Birinci növbədə Italiyadan, ya da o biri ölkədən 2-3 peşəkar – məsləhətçi dəvət etmək lazımdır.
Ikincisi, tələbələrin səfərlərini təşkil etmək.
Seymur Kərimovun çox gözəl səsi var, Timur Abdikeyevın, Innarə Babayevanın və başqaların da həmçinin. Hamıda istedad var və həmin istedadlardan dördəlli yapışmalıyıq. Misal üçün, Seymurda ilkin vokal əlamətlər var idi, lakin indi o artıq mənim səviyyəmdədir.
L. F.: – ?!
E. Ə.: – Müəllimlik düz aparılmayıb. Parlaq və böyük imkanlı səsi indi, heç olmasa, yaxşı orta səviyyədə saxlamaq lazımdır. Bu səviyyəyə çatmaq üçün 22-23 yaşından irəliləmək, sənətdə addımlamaq lazımdır, 24 yaşında isə – artıq "qaçmaq" lazımdır. Bu – karyeradır, və mənsəbə can atmaq deməkdir.
Bir az ehtiyatsız danışıram, mənnən sonra küsə bilən də olar. Lakin, o sistemi çox gözəl bilirəm. Eyni zamanda, yeganə xarici və cavan müğənniyəm ki, Italiya teatrında oxuyur və Italiyada yaşayıram. Orada cavan baslardan hamısı italyanlardı. Basları, ümümiyyətlə, barmaqla saymaq olar. Bunnan başqa, xarici, müğənnilərdən bu günədək 1 nəfər vardı: yuqoslaviyalı Aleksandr Svan. Indi isə mənəm.
Səhnədə kim oxuyur? – Ulduzlar.
Ulduzlar kimdir? – Italyanlar.
Ona görə də işləmək çox çətindir və mümkün qədər bu incə məsələnin üstündən ötmək gərəkdir.
L. F.: – Sizə Azərbaycan Dövlət Simfonik Orkestr necə təsir bağışladı?
E. Ə.: – Hiss olunur ki, onlar çalanda başqa-başqa problemləri düşünürlər.
Hamı üçün çətin zamandır. Onlarda, mən deyərdim ki, vətənpərvərlik hissi yoxdur. Burada ən başlıcası musiqiçi vicdanı gərəklidir. Onlar əlbəttə çox çalışırdılar, lakin bu lazımi dərəcədə deyildi.
Rauf müəllim çox ziyalı insandır və çox yaxşı dirijordur. O olardan qəti sürətdə diqqət tələb etməlidir. Xaricdə dirijor gələn kimi, orkestrantlar, neçə deyirlər, nəfəs almaqda qorxurlar.
L. F.: – Siz öz gələcəyinizi necə və harada görürsünüz?
E. Ə.: – Bakı mənim indiki zamanım və keçmişimdir. Və ürəkdən istərdim ki, gələcəyimi də burada görüm. Buradan getmək lazım deyil. Mən istərdim Azərbaycan opera teatrında çalışım, hətta təkcə müqənni kimi yox. Istərdim tez bir zamanda bizim operada "Boqema"nı tamaşaya qoyaq.
L. F.: – Axı belə bir tədbirlər üçün çoxlu miqdarda vəsait ayırılmalıdır. Bizim teatrın belə imkanı varmı?
E. Ə.: – Şəxsən mənə qonorar lazım deyil. Italiyadan müğənniləri gətirəcəyəm və onlar da, mən də, çalışacayıq ki, baha başa gəlməsin.
Onlar çox yaxşı müğənnidirlər, sadacə olaraq həmin struktura düşə bilmirlər. Inanın ki, mən təkcə ona görə keçdim ki, psixoloji çəhətdən belə bir imtahana hazır idim.
L. F.: – Eldar, Sizə elə gəlmir ki, psixologiya və fəlsəfə, ümümiyyətlə Sizin daxili aləminiz üçün çox yaxın bir sahələrdi?
E. Ə.: – Belədir ki var. Mən fəlsəfəyə də böyük maraqla yanaşıram. Indiki zamanda isə mənim öz fəlsəfi təsəvvürlərim var.
L. F.: – Yəqin, ki, neqativ baxımlara üstünlük verirsiniz?
E. Ə.: – Yox. Mənim təsəvvürlərim mobildir. Insana qarşı münasibətdən asılıdır. Bir də şəraitdən, vəziyyətdən...
L. F.: – Sizin yaradıcılıq planlarınız?
E. Ə.: – Dediyim kimi, arzulayıram ki, Bakıda "Boqema" operasını tamaşaya qoyaq. Mən Opera Teatrının Direktoru A. Məlikovnan danışmışam, inanıram ki, bu planlarımız həyata keçəçək.
Istərdim ki, opera bütövlüklə italyan dilində getsin, hətta xor səhnələri də. Bu tamaşa, sırf gənclər tamaşası olardı. Özüm lap rejissorun assistenti vəzifəsini də öz üzərimə götürərdim. Bu iş mənim məhsulumdursa, deməli hər şeyi öz bildiyim kimi eləyərdim.
Hərçənd, nəyinki bu proyekt. Istərdim ki, Bakıda hətta opera festivalı keçirilsin. Bu mənim ən istəkli arzumdur!
AXIR SÖZ
Nəhayət, müsabiqə başa çatdı... Lakin, hələ uzun bir müddət hamı bu müsabiqənin təəssüratı ilə yaşayacaq...
Bir arzumuz var, – bütün Azərbaycan xalqının arzusudur, – Qarabağı azad etmək arzusu...
Istərdik ki, Müsabiqənin mükafatlandırma mərasimləri və laureatların sonuncu çıxışları azad olunmuş torpaqlarımızda – Bülbülün Vətənində, Şuşada, keçirilsin. Bu isə – müsabiqənin tacı və Bülbülün xatirəsinə ehtiramımız kimi anlanılar və yozulardı.
Inanırıq ki, qarşıdan gələn Vokalçıların Bülbül adına Beynəlxalq Müsabiqəyədək həmin inamımız, arzumuz və istəyimiz həyata keçirilsin.
p align>
|