Üslub ümumi anlayışdı. Bu, məlum olduğu kimi təzahürün bir çox qrupunun əlaqələndirən obyektiv bədii vahidin yüksək növüdür. Bununla belə – üslub anlayışı çox tərəflidir, çünki bunu bütövlükdə milli üslub kimi və yaxud ayrı sənətkarın üslubu kimi – yəni fərdi üslüb kimi başa düşmək olar. Üslüb – elə xüsusiyətin, nümunənin, əlamətlərin kompleksinin nümunəsidir ki, bu konkret dövrün bu və ya digər milli məktəbindən yaranan həm fərdi müəllifin yaradacılığı üçün, həmçinin də bütöv istiqamət üçün tipik ola bilər. Üslub eyni zamanda yaxınlaşdırır və uzaqlaşdırır, birləşdirir və fərqləndirir. Üslub haqqında, onun vahidliyi haqqında bütövlükdə əsərin obrazlı quruluşu planında, bəstəkarın yaradıcılıq ənənələrinə münasibətində, bəstəkarın həyata və dinləyicilərə olan münasibəti baxımından danışmaq olar. Musiqidə üslub vahidliyi onun dilində, tematizmdə və formayaranmasında izlənir. Üslub haqqında müəyyən janrların obrazlarının quruluşu planında, müəyyən dövrən tarixi eta
pının estetik normaları planında, həmçinin bu və ya digər janrlarda bəstəkar əsərlərinin xüsusiyyətlərində istifadə olunan ifadə vasitələri planında da danışmaq olar.
Məşhur musiqişünas L. A. Mazel yazır: "Müsiqi üslubu – müəyyən sosial-tarixi əsasda yaranan və müəyyən dünyagörüşü ilə bağlı olan musiqi təfəkkürü sistemidir, ideya-bədii konsepsiyasının obrazı və onların təcəssümünün vasitəsidir...
Üslub anlayışına həm musiqi vasitəsi, həm də məzmunu daxildir, vasitələrin məzmunlu sistemi daxildir"1.
"Əsərlərdə olan üslub xüsusiyyətləri anlayışı bu və ya digər əsərin konkret məzmununun təcəssüm formasına, yəni musiqi ifadə vasitələri anlayışı ilə bərabərləşir"2.
Hər bir üslub onun təbiətini, səcliyyəsini xarakterizə edən, onu başqalarından fərqləndirən prinsipial əhəmiyyətli ümumilik xüsusiyyətlərinə malikdir (təbiidir ki, musiqinin estetik quruluşu əhəmiyyət kəsb edir). Üslubda prinsipial fərqlərin tədqiqi və yaxud nəzəri anlayışı musiqi dilinin və quruluşunun bütün komponentlərinin tədqiqi ilə əlaqədardır. Ü. N. Tülinin redaksiyası altında çıxmış "Musiqi forması" dərsliyində uslub anlayışı bir qədər başqa tərzdə ifadə edilmişdir. Üslub anlayışının "yaradıcı xüsusiyyətinin, ifadə tərzinin adi anlayışının müəyyən edilməsindən sonra belə bir ifadə qeyd edilir: "əslində, üslub anlayışı qat-qat genişdir; o, ifadə vasitələrinin (cəm şəklində və ayrılıqda) hər hansı əsərin, bəstəkarın yaradıcı istiqamətinə xas olan keyfiyyət və xarakterini müəyyən edir" və s.
Artıq 40-cı illərdə ilk əsərlərini yaradan zaman F. Əmirovun musiqisi özündə parlaq ifadə edilmiş melodik, harmonik və kompozisiya quruluşunun əsasını əks etdirirdi ki, bu da onun yaradıcılıq üslubunun əsasını təşkil etdi. Əmirov musiqisinin bədii-üslub quruluşu xüsusi maraq kəsb edir. Əmirovun üslubu obyektiv intonasiya əsası və subyektiv emosionallıqla, parlaq ifadə olunan milli ənənələrlə müəyyən olunur. Şübhəsiz ki, bəstəkarın üslubunun formalaşmasında şifahi xalq yaradıcılığının iki janrı əsas rol oynayır – bu, onun milli simasını müəyyən edən ənənəvi muğam və mahnı janrıdır. Əmirov musiqisinin əsas xüsusiyyətlərindən biri olan parlaq subyektiv emosionallıq onun yaradıcılığının əhəmiyyətli hissəsinidə obrazların romantikləşməsinə gətirib çıxartdı. Təbiidir ki, öz individual-milli simasını taparaq Əmirovun romantizmi bir çox romantik bəstəkarların səciyyəvi xüsusiyyətlərindən biri olan amillərlə (faktorlarla) ifadə edilmişdir. Əmirovun musiqisində bu hər şey
dən əvvəl fərdi dünyagörüşünün zənginliyində, ehtirasda, fikrin ifadə qüvvəsində, melodik başlanğıjında özünü göstərir.
Əmirov yaradıcılığının etik-estetik əsasına görə, məzmunun və onun inkişaf xəttinə görə romantikdir. Onun romantizmi hər şeydən əvvəl bəstəkarlıq təfəkküründə, janr prinsiplərində və janr yeniliklərində, ladın semantikasında özünü göstərir. Beləliklə, onun əsərləri romantizmin bədii-üslub sisteminə aid edilir. Məsələn, (əsərlərin araşdırılması zamanı) bəstəkarın melodiyası, ideyaları, obrazları, tematikası, ümumi ideyaları təcəssüm etdirilərək romantiklərin melodiyasına xas olan daxili ekspressiya və genişliklə dolğunlaşır. Belə bir hal bəstəkarın yaradıcılığında harmoniya sahəsində özünü göstərərək milli ladın major-minor sistemi ilə qarşılaşaraq romantik sənətin üslub xüsiyyətlərindən olan rəngarəngliklə təsvir edilir. Şəxsi mülahizələrin məhrəmanə lirik tonu, melosun ehtiraslı – potetik tonu, romantik estetikanın sintezi Əmirovun üslubunu məhz romantik üsluba yaxın olan bir çox müasirlərinin üslubundan fərqləndirir və müəyyən edir. Əmirovun dəst xəttinin xüsu
siyyətlərindən bir çoxu bəstəkarın 40-cı illərdə yazdığı əsərlərdə parlaq əksini tapmışdır ("Ulduz" romansı, "Gülüm" qəzəl-romansı, fortepiano variasiyaları, prelüdlər və s.).
Bu əsərlərin musiqi üslubu, şübhəsiz, Ü. Hacıbəyovun ənənələrini davam etdirərək artıq tipik Əmirov cizgilərini nümayiş etdirir. Demək olar ki, Əmirov o bəstəkarlardandır ki, üslubu tez bir zamanda formalaşaraq romantik melodiyasına xas olan fərdiliyi ilə qeyd edilir. Əgər ümumi cəhətlər bu halı əlaqələndirirsə, xüsusi cəhətlər onun özünəməxsusluğunu yaradır (beləliklə, üslu beyni zamanda yaxınlaşdırır və uzaqlaşdırır, birləşdirir və fərqləndirir – onun dialektikası bundadır "Gülüm" qəzəlinin Əmirova xas olan musiqi üslubu tipikdir. Lakin qəzəl Hacıbəyovun ənənələrini davam edir. Məsələn, Əmirov romansda Şur (q-moll) ladını qoruyub saxlayır, bununla belə bəstəkar sərbəst və geniş surətdə Şurun koloristik və emosional imkanlarından istifadə edir. O, sərbəst surətdə lad alterasiyalarının əsasında yaranan mikroxromatikaya müraciət edir, subdominanta sahəsi ilə əlaqələndirərək (II, VI, VI) ikinci pilləni əskildir, VI natural pilləni yüksəlmiş altıncı pillə ilə qarşı
-qarşıya qoyur. Muğam oxumalarından geniş istifadə edərgk, melosu bəzəklərlə zənginləşdirərək, bəstəkar, onu metro-ritmik dairəsindən əhəmiyətli dərəcədə azad edir və melodik xətti xilas edir. Beləliklə, melodik xəttin özünə məxsus axarlığı – bütövlüyü yaranır ki, bu da melodik muğam bağlılığını xatırladır. Romantik meyl sözsüz, həm subdominanta qrupunun alterasiyalılığlı ilə, gizli tonikanın göməkçi tonla əvəz edilməsi ilə özünü biruzə verir. Melodik ekspressiya ilə yanaşı, bəstəkar üslubunun ən parlaq xüsusiyyətlərindən biri olan harmoniyanın və orkestrin parlaq rəngarəngliyini qeyd etmək lazımdır. Bu funksional cəhətdən rəngarəng romantikanın, yəni, major-minor həmahəngliyinin, lakin milli ladın əsasında VI yüksələn və VI natural pərdələrindən əmələ gələn rəng qalarlarıdır. "Ulduz" romansı sırf-milli özünəməxsus dili ilə fərqlənərək romantizmin bədii üslub sisteminə üzvi surətdə daxil edilir. Romansın melodiyasına geniş ifadə qüvvəsi xasdır. Əvvəl qeyd etdiyimiz obyektiv intonasiya əsasının və subyektiv em
osionallığın sintezi burada da obrazların romantikləşməsinə getirib çıxardı. Milli lad çalarları burada klassik funksional harmoniya və major sistemi ilə deyil, tipik romantik rəngarəngliklə musiqidə xüsusi kolorit yaradan impressionizm ilə qarşılıqlı əlaqəyə girir. Həmçinin qeyd edək ki, opera və vokal musiqisi sahəsində Əmirovun lirik təbiəti daha dolğun və parlaq gözə çarpır. Bəstəkara xas olan açıq, sırf millilik, təsviri ahəngdarlıq, nəhayət-poetik obrazların açığlanmasında romantik coşqunluq özünü biruzə verir. Bütövlükdə bir sıra mahnılarda Əmirov xalq musiqi janrlarına yaxın olan parlaq obrazların yaranmasına cəhd göstərirdi. Məsələn, "Toy", "Lay-lay" mahnıları buna misal ola bilər. Bəstəkar onları artıq dərəcədə obyektivləşdirir və eyni zamanda konkretləşdirir. Həmçinin Əmirov mahnıların obrazlarını yeni ifadə vasitələri ilə müasirləşdirir. Bu xalq musiqisindən gələn intonasiyaların xüsusi rəngarəngliyi, xüsusi sadəliyi, və eyni zamanda melodik üslubun bütövlükdə parlaq fərdiliyi ilə əlaqədardır. Li
rikanın romantik məxfi-şəxsi tonunu "1001 gecə" baletinin səhifələrində və "Sevil" operasında da izləyə bilərik (buna misal Sevil və Balaşın ariyaları ola bilər).
Rusiyanın məşhur musiqişünası S. Skrebkov yazır: "Hər bir üslub onun təblətini, spesifikasını səciyyələndirən, bir üslubu digərindən fərqləndirən ümumi mühüm prinsial cizgilərə malikdir.
Bu fərğlənmələr yalnız musiqinin daxili estetik quruluşuna aid deyil – musiqinin bədii təşkilinin özü ictimai təxsislə müəyyən edilir ki, musiqi sənəti də öz dövründə bunu qəbul edir"3.
Əmirovun musiqisi daima geniş dinləyici kütləsinə yönəlmişdir ki, bu da bəstəkarı şübhəsiz ünsiyyət yollarının axtarışına gətirib çıxardı. Buradan da xalq sənəti janrlarına və hər şeydən əvvəl şifahi yaradıcılığın ənənəvi janrı olan – müğama – üzvi istinad özünü biruzə heyir. Musiqi əsəri tematizm, dil-quruluş kimi üç cəhətin dramaturji vahidi olaraq bu cəhətlərin münasibətində hədsiz müxtəliflik imkanlarına malikdir. Tematik məzmun – mövzunun dinləyicidə canlı musiqi obrazı yaratmaq qabiliyyəti – üslubun bütün növlərinin realistik musiqi estetikasının əsas tələbidir. Lakin, mövzunun məzmunluğu vacibdir. Bu keyfiyyətlər Əitrova daha yaxındır. Eyni zamanda Əmitrovun mövzularının tematizmi çox vaxt obraz cəhətdən müəyyən edilmişdir və bunun səbəbi onun janrlılığıdır.
S. Skrebkov4 qeyd edir ki, müvzunun obrazlı müəyyənləşməsi həmişə onun konkret canr siması ilə əlaqədardır, və o, musiqinin janr xüsusiyyətini musiqi mövzusunun reçitativliyi, "mahnılığı" "rəqsvariliyi" kimi anlayışlarla müəyyən edir. Hələ XIX əsrdən romantik musiqidə inkişaf edən fərdi özünəməxsus xüsusiyyətlər məlum olduğu kimi hal hazırda tematizmin janr çalarlarının müxtəlif rəngarəngliyini əldə etmişdir, və bu da romantik sənətin ən vacib amillərindən biridir. Üslub məfhumunun özü bütövlükdə əsərin və mövzunun janr növünün fərdiləsiməsinin vasitəsi oldu. Əmirov musiqisinin başqa müəlliflərdən fərqlənən üslub xüsusiyyətini dinləyicilər daim hiss edirlər. Lakin üslubda prinsipial fərqlərin nəzəri dərki və əsası dəqiq "zərgar" tədqiqini tələb edən mürəkkəb və əhəmiyyətli məsələnin çətinlikləri ilə əlaqədardır. Geniş fərdi ifadənin zənginliyi (hər şeydən əvvəl, melosda, daha sonra rəngarəng harmoniyada) Əmirov üslubunun ən vacib prinsiplərindən biridir. Obraz mənasının çozcəhətliliyi
(heç olmasa lirika hüdudunda) və musiqi intonasiyalarının "mikroskopik" zəngin təfsilatının müxtəlifliyi, hissələri mürəkkəb kompozisiya prinsiplərinin əsasında əlaqələndirən və fərdiləşdirilmiş motivlərin halqasından təşkil edilmiş tematizm bəstəkarın özünəməxsus musiqi məntiqindən danışır. Bu, intonasiya əlaqələrinin özünəməxsus dialektikası, qarşılığlı çevrilməsi, dönməsi, melosun və tematizmin dəyişilmə bacarığı, xalq musiqisinin ehtiyatından götürülmüş prinsip və üsulların əsasında yaranan forma təşkilidir. Bütün bunlar ondan bəhs edir ki, mill əsasda formalaşan məntiqi və klassik-romantik prinsipləri çevik qavrayan Əmirov eyni zamanda musiqi dramaturgiyasının bu prinsiplərini bədii qanuna uyguluğla sintezləşdirir və yeni keyfiyyətlərlə təqdim edir.
Əmirov – lirikdir. Onun bütün musiqisini yaradıcılığının aparıcı obraz sahəsi olan lirikka təşkil edir. Hər hansı bir həyat mənzərəsi, mübarizə, epik dastan – bütün bunlar onun əsərlərində fərdi, şəxsi, lirik aspektdə istiqamətləndirilir. Hətta. epik, dramatik mülahizələr, fəlsəfi fikirlər lirik çalarlara boyanır. Lirikanın özünün çalarları da müxtəlifdir. Lirikanın dərəcəsi-romantik-patetik təsirlilikdən incə məlahətliliyə kimidir. O, özünü emosional cəhətdən dolğun, həzin, plastik, məişət janrı planında da biruzə verir. F. Əmirovun lirikasında muğam üslubunun və musiqi kompozisiyasının mahnı üsulları həmişə diqqəti cəlb edir – burada aparıcı melodiya (səs) və poetik söz daim ön plandadır. Əmirovun musiqisi zəngnliyinə görə nadir lirik sənətdir. Onun melodiyasının və tematizminin intonasiya üslub mahiyyəti ondadır ki, melodiyanın müxtəlif xüsusiyyətləri milli sahədə olduğu kimi, ümum-avropa vokal-instrumental xüsusiyyətlərini də özündə cəmləşdirir (biz burada mahnı reçitativ, deklamasiya, rəqsi
nəzərdə tuturuq).
Əmirovun musiqisi böyük potensial fərdi qüvvəyə malikdir və bu qüvvələr tematik cəhətdən daha bədii və məzmunlu olmaq imkanını aşkar edir. Əmirovun melodiyasında funksional qarşıdəyişilmələr çox vaxt linearlığa əsaslanır – başqa sözlə – linearlıq funksiyaların qarşılığlı dəyişilməsi üçün imkan yaradır. Sözsüz Əmirov yaradıcılığının üslubuna onun bir çox xüsusiyyətlərini müəyyən edən xalq ifaçılıq təcrübəsindən götürülmüş janrlara, şifahi ənənəvi musiqi janrına etdiyi istinad təsir göstərir. Mahnı, rəqs, muğam janrının və aşıq yaradıcılığının xüsusiyyətlərindən müxtəlif aspektlərdə geniş istifadə edərək Əmirov eyni zamanda klassik ənənələrə istinad edir və bu sintezdə musiqi ifadəsinin üzvü qovuşmasının yeni imkan və vasitələrinin axtarılmasına başlamışdır. Janrların sintezində yeni ifadə vasitələrinin axtarışları Əmirovu öz üslub sisteminin fərdiləşdirilmiş xalq materialının ifadəsinə gətirib çıxardı. Məsələn, Əmirovun muğama olan münasibəti onların müxtəlif intonasiyalarının geniş həyata keçiril
məsində və təfəkkür qanunauyğunluğu ilə bərabər eyni zamanda simfonik muğam janrlarının yaranmasında özünü biruzə verdi. Xalq musiqisi və şifahi ənənəvi yaradıcılıq sahəsində Əmirovun dəst-xəttində iki janr aparıcı əhəmiyyət kəsb edir: muğam və mahnı. Muğamın intonasiya materialına möhkəm istinad edərək, onların inkişafının üsul və prinsiplərini istifadə edərək, bəstəkar çox vaxt bu materialı mahnı tipinin forma-sxemində həyata keçirir, beləliklə xalq yaradıcılığının iki janrının keyfiyyət və prinsiplərini ümumiləşdirir. Əlbəttə, simfonik muğamlarını yaradarkən Əmirov bir sıra dəyişikliklər etməliydi. Təsadüfi deyil ki, Q. Qolovinski yazır: "əgər, əsər və yaxud onun elementi bir üslub çərçivəsindən başqa bir üsluba keçirsə, onda onun dəyişməsi zəruridir"5. Sözsüz ki, parlaq melodist olaraq – "melodiya onun musiqisinin ruhudur" – deyə Şostakoviç yazırdı, – Əmirov təbii ki, həmişə melosa, onun aparıcı roluna istinad edir.
Q. Qarayev yazırdı: "musiqidə emosional başlanğıcın aparıcısı olan melodiya bəstəkarın əsas ifadə vasitəsidir"6.
"Sevil" tamaşasının quruluşundan sonra I. Martınov qeyd edirdi: "F. Əmirovun musiqisi azərbaycan mahnı və muğamlarının qeyri-adi özünəməxsus gözəl intonasiyaları ilə dolğundur"7. Müxtəlif intonasiya quruluşlu çoxçeşmdli melodik tiplərin arasında müxtəlif mahnı quruluşlu melodiyalar əsas diqqəti cəlb edir. Mahnı tipli bu melodiyalar aramla sərbəst inkişaf edir və axarlıdır. Onlar həzin, sevgi-lirik, çox vaxt qəmli, kədərli, ehtiraslı-emosional, işığlı və dalğındırlar və s. Bu tip melodiyaların intonasiya-tematik məzmunu və obrazlı-emosional ifadə vasitəsinin diapozonu çox genişdir. Xüsusi lirik dolğunluğu, ifadəliliyi, həyəcanı ilə Əmirovun bu melodiyaları həmişə genişliyi ilə fərqlənir. Bəstəkarın istinad etdiyi xalq təcrübəsində olduğu kimi bu melodiyalar adətən aramlı və yaxud bir qədər aramlıdırlar, xalq mahnıları və çox vaxt muğamlarda təsadüf edilən improvizasiya axıcılığı, xanə bölgülərinən elə bil ki, arabir silinməsi bu melodiyaların səcliyyəvi xüsusiyyətidir. Buna misal opera
ariyaları, "Gülüm" romansı, simfonik əsərlərdən parçalar, baletdən sevgi mövzusu və s. ola bilər. Melodiyaların başqa bir növü xalq təcrübəsində olduğu kimi mahnılı-rəqsvaridir, cəld hərəkətlidir, qısa nəfəslidir, lakin əvvəl bəhs etdiyimiz melodiya növündən fərqli olaraq burada obrazların əhval-ruhiyyəsi daha da məhduddur. Bu, incə, şux, çox vaxt yumoristik obrazlardır. Onlar dəqiq ritmlidir, qısa motiv və obrazlara çox asan bölünürlər və adətən qısa sətri formalara yerləşdirilir. Məsələn, operadan Atakişinin kupletləri, baletdən Mərcanənin rəqsi mövzusu, bir sıra fortepiano miniatürlərinin mövzusu nümünə ola bilər. Birinci və ikinci növ melodiyaların tematik inkişafı motiv və onun variantlı təkrarı üzərində qurulur. Özünəməxsus tərzdə birləşdirilmiş və təkrar olunan hissələr onların melodik xəttini təşkil edir, burada motivlər ardıcıl variant halında təkrar olunur, əsas motivdən adətən yeniləri "yetişir", törəmələr yaranır. Yeni yaranmaların tonu üzərində sekvensiyalarla yerini dəyişir ki, bu da xalq mahnı
və rəqslərinin səciyyəvi xüsusiyyətini əks etdirir. Bir sıra xalq mahnılarını təhlil etsək deyilənlərin şahidi olarıq. Bu nümunələrdə hər bir sonrakı motiv əvvəl gələn motivdən əmələ gəlir ("Aman nənə", "Araz üstə", "Ay laçın").
Rəqs melodiyalarının ifadə quruluşu və tipi bir qədər başqadır. Əmirovun rəqs melodiyaları kiçik diapazonlu, qısa nəfəslidir, onlarda tez-tez kiçik motiv özəklər təkrar olunur. Bu tip melodiyalarda dəyişilmə melodik deyil, daha çox ritmikdir, tez-tez ilk tematik özəyə qayıtma baş verir (xalq musiqisində olduğu kimi). Bu melodiyalarda olçü sürəti hətta kiçik motivlərin variant təkrarlarının müəyyən dəyişkənliyi özünü göstərir. Çox vaxt Əmirovun musiqisində melodiyaların sintetik növünə də təsadüf olunur. Onlarda xalq mahnı xüsusiyyətləri ilə müasir kütləvi mahnılar üzvi surətdə qovuşur. Qeyd etmək lazımdır ki, bu melodiyalarda klassik major-minorun funksional əsası parlaq biruzə olunur. Bu tip melodiyalarda melodik yüksəkliyə cəhd qeyd olunur, nəticədə səsin tessiturası genişlənir. Çox vaxt bu sintetik melodiyalar septakkord və üç səsin pərdələrinə əsaslanır. Melodiyanın istiqaməti "əsil" mahnılardan fərqli olaraq yüksəlir.
Azərbaycan musiqisində melosun bu cür sintetik növü hələ 20 illərin sonu – 30 illərin əvvəllərində mövcud idi. Üz. Hacıbəyovun və M. Maqomayevin ilk kütləvi mahnılarında Maqomayevin və Hacıbəyovun operalarında kütləvi mahnılara və marşlara xas olan üstünlüklə yeni intonasiyalar səslənirdi.
(ardı var)
ƏDƏBIYYƏT:
1 Mazel L. Musiqi əsərlərinin quruluşu. M., 1960 il.
2 Mixaylov M. Musiqidə üslub. "Muzıka", 1981, səh. 127.
3 Skrebkov S. Musiqi üslublarının bədii prinsipləri. "Muzıka", M., 1973, səh. 16.
4 Skrebkov S. Musiqi üslüblarının bədii prinsipləri. "Muzıka", M., 1973, səh. 17.
5 Qolovinski Q. Bəstəkar və folklor". "Muzıka", M., 1981, səh. 273.
6 Qarayev Q. Sevil. "Bakinskiy raboçiy" qəzeti. 13 yanvar, 1954 il.
7 Martınov I. "Sevil" çadranı atır. "Izvestie" qəzeti, 24 may, 1959 il.
p align>
|