Azərbaycanda da, onu çevrələyən ölkələrdə də, lap uzaqlarda da professor Ələkbər Mirzə oğlu Iskəndərov tanınmış şəxsiyyətdir. Onun çoxsaylı yetirmələri istər ifaçılıq, istər müəllimlik, istərsə də elmi-metodiki araşdırmalar yönündə böyük uğurlar qazanmışlar.
Ələkbər Iskəndərov 1921-ci il iyunun 20-ində Bakıda dünyaya göz açmışdır. 1950-ci ildə Uz. Hacıbəyov adına Azərbaycan Dövlət konservatoriyasında I.P. Konoplyovun fleyta sinfini bitirdikdən sonra görkəmli bəstəkarımız Qara Qarayevin dəvəti ilə konservatoriyada fleyta sinfi ona tapşırılır. Və həmin dövrdən bu günlərədək «Iskəndərov sinfi» Azərbaycan və digər ölkələr üçün fleytaçılar hazırlayır. Gözəl ifaçı və qayğıkeş müəllimin ən özəl cəhəti ondan ibarətdir ki, o həmişə, hər zaman gənc istedadlarda basmaqəliblərdən uzaq, daha çox fərdiliyə meylli musiqi duyumu oyatmağa çalışır. Ələkbər müəllimin pedaqoji fəaliyyəti çoxçalarlıdır. Çox zaman tədris proqramının seçimi məqamında o özü də fleytası ilə şagirdinin köməyinə gəlir, hər bir əsərin ifa incəliklərini canlı şəkildə gənc nəslə aşılayır. Digər tərəfdən, Ələkbər müəllim əsərlərin sırf mexaniki yolla qavranmasına dözmür, həmişə bədii məna açımına üstünlük verir. Onun sinfində ifa olunan əsərlərin repertuarı nə dərəcədə geniş olsa da, daim genişlən
məkdədir: bu topluda F. Pulenkin «Sonatasını», Rene-Batonun «Passakaliyasını»,
A. Dütiyenin «Sonatası» və digər fransız bəstəkarlarının çoxsaylı əsərlərini, Kent Kennonun «Gecə monoloqu» və çox-çox başqalarını qeyd etmək olar.
Ələkbər Iskəndərovun pedaqoji fəaliyyəti nəticəsində ali musiqi məktəbimiz 50-dən artıq fleytaçı buraxıb. Bununla yanaşı o, məktəb-studiyada, Respublika incəsənət gimnaziyasında və 8 ¹-li uşaq musiqi məktəbində uğurla çalışır.
Ə. Iskəndərovun yetirmələrindən opera və balet teatrı orkestrinin solisti, respublikanın əməkdar artisti R. Babayevin; əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru T. Hacıyevin; respublikanın əməkdar artisti, dosent M. Ağamalızadənin; Dövlət simfonik orkestrinin solistləri E. Ibrahimovun,
E. Mustafayev və O. Bağırovanın; teleradioşirkətin simfonik orkestrinin solisti A. Iskəndərovun; Müdafiə nazirliyi əlahiddə nümunəvi orkestrinin pikkoloçusu I. Orucovun; teleradioşirkətin simfonik orkestrinin artistləri T. Əliyev və R. Feyzulinin və, nəhayət, bu sətirlərin müəllifinin adları çəkilə bilər.
Fleyta üçün yazılanların fəal təbliğatçısı kimi
Ə. Iskəndərov uzun illərdir ki, Azərbaycan bəstəkarlarının yeni əsərləri ilə respublika radiosu və televiziyası ilə çıxış edir. Bir sıra bəstəkarlarımız məhz
Ə. Iskəndərovun ifaçılıq sənətkarlığından duyğulanaraq ona bir neçə yaddaqalan əsərlər həsr etmişlər: F. Əmirov – «Lirik mahnı»; Rauf Hacıyev – «Mahnı»; Tofiq Quliyev – «Səhər»; və, nəhayət, Arif Məlikov – Fleyta ilə orkestr üçün «Konsertino».
Ələkbər Mirzə oğlu Iskəndərov 30 ildən artıq bir dövrdə – 1945-dən 1978-dək və daha sonralar
M. Maqomayev adına Azərbaycan Dövlət filarmoniyası və Üz. Hacıbəyov adına Dövlət simfonik orkestrinin əvəzsiz solisti işləmişdir. Notun üzündən oxumaqda fitri istedadı ilə seçilən ifaçı yeni yazılmış əsərləri və bəstəkarların dil-üslubunu, dəsti-xəttini, demək olar ki, bircə baxışla duyub-anlayırdı. Kollektiv çalğının belə məqsədyönlü qurulması əsil musiqiçi sənətkarlığının artımı və yetkinliyi məktəbidir. Niyazi, A. Qauk, Staseviç, K. Kondraşin, L. Ginzburq, B. Xaykin, N. Raxlin, K. Rojdestvenski kimi dirijorlarla işləyən Ə. Iskəndərov böyük və yüksək səviyyəli orkestr çalğısı məktəbi keçmişdi ki, bu da onun solo çıxışları üçün tükənməz ilham mənbəyi olmuşdur.
Onun solo qastrol çıxışları SSRI-nin çox-çox bölgə və şəhərini, - Moskva, Riqa, Tallinn, Kiyev, Xarkov, Qazan, Odessa, Tbilisi, Dnepropetrovsk, Barnaul və i.a. kimi mədəniyyət mərkəzlərini çevrələmişdi. Həmin qastrolları radio və televiziya lent yazıları, elmi-metodik tədqiqatlarla uzlaşdıra bilən
Ə. Iskəndərov Azərbaycan Dövlət simfonik orkestrinin vaxtı ilə ən «sadiq», «yorulmaz» ifaçısı sayılırdı. Belə bir fikir var ki, orkestr çalğısı musiqiçi-solisti bir növ «sönükləşdirir» və solo çıxışları ilə orkestrdə çalğını bir araya sığışdırmaq mümkün deyil. Lakin bununla yanaşı Timofey Dokiştser kimi sözün əsil mənasında dahi trubaçalan deyir ki, «orkestrdə kollektiv çalğı konsert fəaliyyəti aparan ifaçının, - yəni onun özünün peşəkar səviyyəsini lazımlı şəkildə zənginləşdirir, mənəvi baxımdan isə kömək edir, nizam-intizam və məsuliyyət aşılayır. Ifaçı özünənəzarət və özünədüzəliş kimi keyfiyyətlər qazanır.»
Ələkbər müəllimin tədris-metodik vəsaitlərin işlənməsi yönündə xidmətləri ölçüyəgəlməzdir. Azərbaycan Elmlər Akademiyası memarlıq və incəsənət institutunun aspiranturasını uğurla bitirən Ə. Iskəndərov 1969-cu ildə B. Trizno və A. Dmitriyevin rəhbərliyi altında namizədlik dissertasiyası müdafiə edib. Maraqlıdır ki, müdafiə zamanı opponent kimi Moskva Böyük teatrı orkestrinin solisti və Moskva konservatoriyasının professoru Y. Yaqudin həmin dissertasiyanı çox yüksək qiymətləndirmişdi. Bir neçə il sonra isə Ələkbər müəllimin «Azərbaycan bəstəkarlarının yaradıcılığında fleytanın yeri» adlı monoqrafiyası işıq üzü gördü.
Kamera musiqiçiliyi çevrəsində Ə. Iskəndərovun xidmətləri danılmazdır. 1950-1975-ci illərdə o, Azərbaycan radiosu və televiziyası nəfəsli kvintetinin, 1979-cu ildən isə Azərbaycan Dövlət konservatoriyası triosunun bədii rəhbəri və solisti işləyib. Nəhayət, Ə. Iskəndərovun tədris vəsaitlərinin çapına da çox əmək sərf etdiyi danılmazdır.
Daim fleyta üçün pedaqoji repertuarın genişlənməsi qayğısına qalan professor Azərbaycan bəstəkarlarının çoxsaylı əsərlərini fleyta və fortepiano üçün köçürmüş və inləmiş və onlardan ibarət bir neçə toplunu Bakıda və, hətta, Moskvada çap etdirmişdir.
Bütün yuxarıda deyilənlər bir şəxsiyyətin – görkəmli ifaçı, pedaqoq-ustad, fleyta üçün repertuar biçimləyən oricinal müəllif və işləyici (aranjiman), alim və metodist, Respublikanın əməkdar artisti, sənətşünaslıq namizədi, professor Ələkbər Mirzə oğlu Iskəndərovun 50-illik yorulmaz və tükənməz sənət fəaliyyətinin məzmunu və nəticəsidir. Ona 100 il ömür arzulayırıq.
Yusif AXUNDZADƏ
Hörmətli oxucu! "Musiqi dünyası" jurnalında tanınmış musiqi xadimləri, bəstəkarlar və pedaqoqlara həsr olunmuş məqalələrin çıxması artıq bir ənənəyə çevrilmişdir. Jurnalın bu nömrəsində də biz ənənəyə sadiq qalırıq.
Bu günkü qonağımız Bakı Musiqi Akademiyasının dosenti Gövhər Qulu qızı Hüseynovadır.
Noyabr ayının 19-u Gövhər xanımın doğum günüdür, 2001-ci il isə Gövhər xanım üçün yubiley ilidir.
Gözəl insan, musiqişünas, müəllim haqqında onun keçmiş tələbələrinin xatirə və təbriklərini sizə təqdim edirik.
Ayrı-ayrı şəxslər tərəfindən yazılmış xatirələrdə oxucu bir ümumilik, bir oxşarlıq duyacaq.
Təəccüblənməyin! Bu, Gövhər xanımın şəxsiyyətindən irəli gələn ümumilikdir. Gövhər xanım bütün zamanlarda dəyişməz, öz üslubuna sadiq qalan, sənətdə öz dəst-xətti, öz mövqeyi olan müdrik bir insandır.
Geniş oxucu kütləsini yubilyar haqqında şagirdlərinin, tələbələrinin dedikləri ilə tanış etməyi özümüzə borc bilirik.
Ilk sözü Azərbaycan Mədəniyyət və Incəsənət Universitetinin kafedra müdiri, sənətşünaslıq namizədi, dosent Iradə Köçərliyə veririk:
"Musiqi elementar nəzəriyyəsi" fənnini ilk dəfə Gövhər xanımdan öyrənmişik. O vaxt bizim 7–8 yaşımız vardı. Biz hələ müəllim sənətinin,azyaşlı uşaqlara ilk musiqi savadını öyrətməyin nə qədər çətin olduğunu hələ anlamırdırq. Yalnız illər keçdikdən sonra özümüz müəllim kimi fəaliyyət göstərərkən və ya elmi işlərlə məşğul olarkən müəllimin bizə verdiyi biliyi qiymətləndirir, müəllim peşəsinin ağırlığını başa düşürük. Bu baxımdan bütün müəllimlərimizə, o cümlədən Gövhər xanıma borcluyuq. "Musiqi nəzəriyyəsi" musiqi elminin əsası kimi mühüm bir fənndir və Gövhər xanım keçdiyi dərslər zamanı bizim biliklərimizin möhkəm bünövrəsini qoymuşdur və biz elmi-pedaqoji fəaliyyətimizdə bu biliklərimizin müsbət nəticələrini hər gün hiss edirik.
Gövhər xanım mənim üçün hərtərəfli biliyə, böyük təcrübəyə, həm ənənəvi, həm də müasir dünyagörüşünə malik müəllim olmaqla bərabər, həmişə heyranlıqla yanaşdığım gözəl bir Azərbaycan qadınıdır.
Hələ uşaq vaxtı, bütün qızlar kimi, mən də gözəl olmağı və Gövhər müəlliməyə oxşamağı arzulamışam. Onun həm zahiri görünüşü, həm müəllimlərə gərək olan davranışı, mədəniyyəti, savadı biz şagirdlər üçün həmişə nümunə olmuşdur.
Gövhər xanım həmişə olduğu kimi, yenə də gözəldir, yaradıcılıq axtarışlarında, müəllimlik fəaliyyətindədir. Onu yubileyi münasibətilə təbrik edir, cansağlığı, yeni yaradıcılıq uğurları arzulayıram.
Gövhər xanım haqqında xatirələrini Bakı Musiqi Akademiyasının dosenti, bəstəkar Elnarə Dadaşova belə qələmə almışdır:
Gövhər xanımla mənim ilk görüşüm çox-çox illər öncə olub. Yadımdadır, mənim musiqi nəzəriyyəsi üzrə dərslərim konservatoriyanın dördüncü mərtəbəsində, 412 ¹-li sinifdə keçirdi. O vaxt mənim cəmi-cümlətanı altı yaşım var idi. Qrupumuz həmin illər üçün kifayət gədər iri idi. Mən bu faktı qəsdən nəzərinizə çatdırıram. Məlumdur ki, altı yaşlı uşaqlar nadinc, səs-küylü olurlar. Lakin Gövhər xanımın dərslərində biz (altı yaşlı, hazırlıq qrupunun şagirdləri) özümüzü çox ədəblə aparırdıq. Bu ondan irəli gəlirdi ki, müəlliməmiz – Gövhər xanım – öz təmkinli, gözəl davranışı ilə bizi cəzb edirdi.
Xarici gözəlliyi ilə daxili aləmi biri-birindən üstün olan Gövhər xanım həm də ahəngli danışıq qabiliyyətinə malik bir insan olub və indi də bu keyfiyyətlərini itirməmiş bir insandır. Bu xüsusiyyət musiqidə ilk kövrək addımlarını atan balaca "həmkarlarıma" da, mənim özümə də çox böyük təsir göstərirdi. Biz onun xoşuna gəlmək istəyirdik. Oğlanlı-qızlı, hər birimiz hazırcavab olmağa çalışırdıq.
Solfecio dərsləri isə bizim üçün əsl bayram idi. Indiyə kimi o illərdə oxuduğumuz mahnılar yadımdadır. Oxuduqlarımız səhnələşdirilmiş şəkildə ifadələnirdi. Onu da deyim ki, hər birimiz müəlliməmizin səliqəsinə heyran olurduq, özümüz də səliqəli, nümunəvi, gözəl olmağa çalışırdıq.
Çox illər sonra mən Gövhər xanımla çiyin-çiyinə işləməyə başladım.
Vurğulamalıyam ki, bu gün də Gövhər xanım təravətini, incə zərifliyini itirməyib. Bütün bunlar Gövhər xanım Hüseynovanın yüksək peşəkarlığına mane olmur. Əksinə – bu amillər biri digərini tamamlayır. O, öz davranışı ilə tələbələrin də, müəllim heyətinin də hörmətini qazanmış bir şəxsiyyətdir.
Gövhər xanımla birgə işləmək, ondan dərs almaq və ünsiyyətdə olmaq mənim üçün çox illər bundan öncə olduğu kimi, bu gün də böyük zövq və fərəh bəxş edir.
Mən Gövhər xanımla dəfələrlə imtahanlarda iştirak etmişəm. Imtahanlarını çox kolleqial, nəzakətli, məzmunlu keçirərək, Gövhər xanım təmkini və xeyirxahlığı ilə mənə örnək olurdu və indi də belədir.
Arzu edərdim ki, bizim bu günkü tələbələrimiz də çox illər sonra rastına çıxan şagirdlərindən xəcalət çəkməsinlər, şagirdlərinin xatirələrində uzun illər dəyişilməz, nümunəvi şəxsiyyət kimi qala bilsinlər. Beləliklə də, əgər onlar yaşa dolduqca bütün bu amilləri özlərində saxlayıb artıra bilsələr – onda əsl müəllim səadətinə layiq bir insanlar sayıla bilərlər.
Gövhər xanım sözü bütöv, səbrli və sədaqətlidir. Ona bundan sonra da bu keyfiyyətləri ilə seçilməyi arzu edirəm.
Indi isə Bakı Musiqi Akademiyasının dekanı, sənətşünaslıq namizədi, dosent Şəhla Mahmudovanın müəllimi haqqında dediklərini sizə təqdim edrik:
Gövhər xanımdan söz açmaq mənimçin həm asandır, həm çətin. Asandır ona görə ki, sənətdə artıq öz sözünü demiş, peşəkarlığın ən yüksək səviyyəsinə çatmış bir musiqişünasın fəaliyyəti barədə təsəvvür yaratmaqəçın sadəcə olaraq onun gördüyü işləri sadalamaq kifayət olardı. Çətindir ona görə ki, Musiqi adlı dünyanın qapısını mənimçin açan, mənə not əlifbasını və nəzəriyyənin əsaslarını öyrədən, tələbəlik çağımdan məni elmi işə həvəsləndirən və rəhbərlik edən, daim qayğısını hiss etdiyim sevimli müəllimim, bu gün isə kolleqam, iş yoldaşım olan bir insana subyektiv münasibətimi gizlədə bilməyəcəyimdən, hissə qapılaraq, demək istədiklərindən hansınısa unudacağımdan ehtiyat edirəm.
Gövhər xanım musiqi aləmində öz yerini tapmış yetkin musiqişünaslarımızdan biridir. Həm elmi və pedaqoji sahədə, həm bir musiqi təbliğatçısı kimi Gövhər xanım öz fəaliyyəti ilə nəinki Azərbaycanda, onun hündudlarından kənarda da tanınan musiqiçilərimizdəndir. Bu gün Azərbaycan musiqiçilərinin beynəlxalq miqyasda fəaliyyətindən, xarici ölkələrdə çalışan və milli musiqimizin nailiyyətlərini nümayiş etdirən sənət xadimlərimizdən tez-tez söz açırıq. Bəlkə də çoxları bilmir ki, bu sahədə ilk addımları atan mütəxəssislərimizdən biri Gövhər xanım olub. O, hələ 1968–1970 illərdə həyat yoldaşı, gözəl musiqiçi, uzun illər BMA-nın ifaçılıq fakültəsinin dekanı olan mərhum Tohid Quliyevlə birgə Baqdadda çalışıb, Iraqda ilk musiqi məktəbini açıb. 1993–1999-cu illərdə isə Gövhər xanım Türkiyənin Bilkənt Universitetində işləyən musiqiçilərimiz içərisində xüsusi hörmət və nüfuz qazananlardan biri olub.
Zənnimcə, Gövhər xanımın musiqi mədəniyyətimizdəki rolu ilk növbədə onun pedaqoji işdəki xidmətlərilə müəyyən edilir. Gövhər xanım musiqişünaslıqla bağlı ən çətin, məsuliyyətli bir sahəni – pedaqoji fəaliyyəti seçib. Mənim fikrimcə, pedaqoq, müəllim anlayışı Gövhər xanımın simasında yeni çalarlar və bəlkə də özünün əsl böyük mənasını tapıb. Bu gün qocalı-cavanlı ən müxtəlif peşə sahiblərinə xüsusi hörmət, ehtiram əlaməti olaraq işlətdiyimiz "müəllim" sözü Gövhər xanımın təkcə əsas fəaliyyət sahəsini, 45 il davam edən işini bildirən anlayış deyil. Müəllimlik, bu işə başladığı ilk gündən Gövhər xanımın bütün həyat tərzini, davranışını, ətrafdakı insanlarla münasibətlərini müəyyən edən bir məfhum olub. Gövhər xanım təkcə məktəbdə və konservatoriyada dərs dediyinə görə deyil, bir insan kimi, vətəndaş kimi, mütəxəssis kimi Azərbaycanlı qadın kimi çoxlarının müəllimi olub. O, öz şagirdləri və tələbələrinə təkcə musiqi tarixini, nəzəriyyəsini deyil, ləyaqətli bir v
ətəndaş kimi yetişməkçin bəlkə bundan daha vacib cəhətləri – vətənə, xalqa məhəbbət hissini, milli mənəviyyatımıza, adət-ənənələrimizə, incəsənətimizə, dilimizə qarşı qayğıkeşliyi, hər bir işdə səliqə-sahmanı, intizamı gözləməyi, təmizliyi, düzgünlüyü öyrədib. Və bütün bunları bir çoxları kimi tövsiyə, öyüd-nəsihət verməklə deyil, öz şəxsi nümunəsilə, mühazirə və məşğələlərdə nümayiş etdirdiyi hərtərəfli biliklərilə, davranış tərzində özünü büruzə verən daxili mədəniyyəti, alicənablığı ilə təlqin edib. Uzun müddət Gövhər xanımla ünsiyyətdə olan bir adam kimi deyə bilərəm ki, bu ünsiyyət – əsl həyat məktəbidir.
Gövhər xanımın elmi fəaliyyəti də onun müəllimliyi, pedaqoji işindən ayrılmazdır və xeyirxah məramla bağlı olub, Azərbaycan dilində yazvılmış musiqi dərslikləri sarıdan çəkdiyimiz qıtlığı qismən də olsa aradan qaldırmaq məqsədinə yönəldilib. Təsadüfi deyil ki, milli musiqişünaslığımız qarşısında duran onlarca problemli məsələ içərisində Gövhər xanımı məhz elələrini seçib ki, bunlar tədris prosesində praktiki əhəmiyyət kəsb edir. Odur ki, Gövhər xanımın indiyədək tərtib etdiyi tədris proqramları, elmi-metodiki səciyyə daşıyan işləri, rus dilindən tərcümə etdiyi və özünün yaratdığı dərslik və dərs vəsaitlərinin heç biri rəflərdə tozlanıb qalan kitablara çevrilməyib və işıq üzü gördüyü gündən ən çox işlənən biblioqrafiya nümunəvəri olub.
Bu işlər içərisində L. Mazelin "Musiqi əsərlərinin quruluşu" kimi fundamental əsərin Azərbaycan dilinə tərcüməsini, Gövhər xanımın müəllifi olduğu və Azərbaycan dilində bu fənn üzrə ali məktəblər üçün yazılmış ilk nümunə – "Harmonya" dərsliyini (hazırda nəşrdədir), Z. Bakıxanova ilə birgə yazdığı, milli musiqimizin nümunələrinə əsaslanan "Solfecio" vəsaitini, Bethovenin 32 fortepiano sonatasının təhlilinə həsr edilmiş metodiki işini xüsusi qeyd etmək istərdim. Elmi araşdırma ilə az-çox məşğul olan hər kəs, xüsusən doğma dilimizdə yazan musiqişünaslar bir tərəfdən tərcümə işinin çətinliklərinə, digər tərəfdən dərslik və dərs vəsaiti yaratmağın məsuliyyətinə yaxşı bələddirlər. Bunu da hamı bilir ki, belə işlər onların tərtibçisi, tərcüməçisi üçün deyil, ilk növbədə bunların ünvanlandığı mütəxəssislər, müəllim və tələbələr üçün mənəvi qazancdır, çünki müəllifə şöhrət gətirmək, onu tanıtdırmaqdan daha çox ümumi işin xeyrinə xidmət edir. Könüllü olaraq bu çətin,
lakin xeyirxah işi öz çiyninə almış musiqiçi kimi Gövhər xanımın xidməti çox böyükdür.
Gövhər xanımın simasında, şəxsiyyətində cəlb edən maraqlı cəhətlərdən biri – onun sənətdə də, həyatda, məişətdə də nümayiş etdirdiyi qəribə bir tamlıq, mən deyərdim ki, üslub sabitliyidir. Və bu, heç vaxt dəyişməyən, lakin bütün zamanlara, hər bir şəraitə uyğunlaşan, müasirliyini itirməyən bir üslubdur. Ulu Tanrının Gözəl yaratdığı Gövhər xanımın hətta davranışına da, geyiminə də üslub bitkinliyi xasdır. Çoxumuz üçün əziyyətli məişət yükü olan ev işlərinə də Gövhər xanımı bir yaradıcılıq meydanı kimi yanaşır. Qonaqpərvər, süfrəsi həmişə açıq olan Gövhər xanımın ustalıqla hazırladığı ləziz yeməklər, kiçik mənzilində yaratdığı səliqə-sahman onu evdarlıqdan da zövq alan əsl xanım kimi səciyyələndirir. Onu tanıdığım kündən indiyə kimi həyatmızda, cəmiyyətimizdə baş verən proseslər, xüsusən iki əsrin sərhədində şahidi olduğumuz köklü dəyişikliklər, çoxlarımızın maddi və mənəvi dəyərlərə münasibətini dəyişdirən, bəzilərimizi sarsıdan reallıqlar şəraitində belə Göv
hər xanımın həyata sağlam baxışına, öz mövqeyinə, prinsiplərinə sədaqətli şəxsiyyətlərdən biridir.
Bu kiçik yazımda Gövhər xanımın dolğun portretini yaratmaq iddiasında olmayaraq, sevimli müəllimimin ad günü, əlamətdar yubileyi ərəfəsində öz ürək sözlərimi dediyim üçün özümü xoşbəxt sayıram.
Hörmətli Gövhər xanım!
Siz hər vaxt mənə "qızım" deyə müraciət edirsiniz. Bu səmimiliyi, bu qayğını mən Sizin simanızda ən kiçik vaxtlarımdan duymuşam. Yeddi yaşlı uşağa "siz" deyə müraciət etdiyiniz, onun kiçik "mən"liyinə böyük hörmətlə yanaşdığınız dövrdən çox vaxt keçib.
Indi mən özüm tələbələrimə Sizin kimi "qızım" deyirəm. Mənə aşıladığınız sənətə vurğunluğu, insanlara qarşı olan səmimiliyi indi mən öz tələbələrimə çatdırmağa çalışıram. Buna nail oluramsa, bu Sizin xidmətinizdir.
Siz mənim üçün sözün əsl mənasında müəllim, xanımlar xanımı, şahanə gözəlliyə malik olan bir qadınsınız.
Siz həm də xoşbəxt anasınız. Cəsarətlə deyə bilərəm ki, Siz böyüdüb boya-başa çatdırdığınız övladlarınızla fəxr edə bilərsiniz. Əgər oğlunuz Pərviz, Quliyevlər ənənəsinə sadiq qalaraq professional bəstəkardırsa, qızınız Gülşən məhz Sizin sənətin davamçısına çevrilmişdir.
Gövhər – qiymətli daş, həyat bəxş edən deməkdir. Siz bu adı doğrulda bilmişsiniz. Iki gözəl balanıza həyat bəxş edə bilmiş, qiymətli daşa bənzər parlaq şüalarınızla ətrafınızı işıqlandırmağa qadir olmuşsunuz.
Əziz müəllimim! Bu həzin payız günündə Sizi yubileyiniz münasibəti ilə ürəkdən təbrik edirəm, can sağlığı, yeni-yeni uğurlar arzulayıram.
Zeynəb Ismayılzadə.
Subjektivnoe ohuhenie ot muzıki kompozitora Faradca Karaeva mnoqomernoe, slocnoe i neobıçnoe: ohuhenie toqo, çto v finale svoix proizvedeniy avtor, kak pravilo, niveliruet (i dace izvlekaet) muzıkalğnıy smısl, slovno predpolaqaə perepisatğ vs¸ soçinenie zanovo. Ottoqo-to bolğşinstvo eqo muzıkalğnıx opusov i predsta¸t qlubinnım filosofskim absurdom. Takoe predopredeləetsə ne tolğko paradoksalğnostğö kompozitorskoqo mışleniə, no i svoevoliem uverennoqo v svoey vısokoy kvalifikaüii, znaniəx i stepeni talanta Mastera muzıkalğnoy kompoziüii. A gto uce inoy urovenğ muzıkalğnoy iqrı, inoe uslovie muzıkalğnoy kompoziüii, inıe pravila zvukovoqo suhestvovaniə, inaə, soverşenno liçnostnaə preambula: çto-to vrode gkzistenüialğnoqo tezisa - absurd ne meşaet citğ, no on meşaet citğ sçastlivo.
(Qde net filosofskoqo absurda, tam net i tvorçeskoqo bıtiə).
Uce buduçi professorom i Zaslucennım deətelem iskusstv Azerbaydcana rasskazıval, çto kak-to ş¸l po rodnomu qorodu nikem ne uznannıy, budto bı dlə vsex neznakomıy. ޸l, po-novomu raspoznavaə nastroeniə i mısli obocaemıx bakinüev, po-novomu uqadıvaə precnie qorodskie vıraceniə, oznaçeniə i postroeniə. ޸l, zaxl¸stnutıy dosele nevedomoy radostğö: bıtğ postoronnim, znaçit vs¸ ponimatğ, videtğ i slışatğ.
I s detstva ciznğ ne tolğko obıçnaə - sovkovaə, şkolğno-bakinskaə, malğçukovaə, - ne tolğko dinamiçnaə i razves¸laə - dcazovaə, veçernəə i noçnaə, - ne tolğko zvonko-familğnaə - sın velikoqo Kara Karaeva! - no i ciznğ nevnətnaə, strannaə, ne soprikasaöhaəsə s kakoy-libo storonoy realğnosti, ciznğ bez rodnıx, çucix, druzey i nedruqov. Gta-ta, poslednəə iz detskix cizney, uvı, tak i ne stanet osnovnoy, edinstvennoy ciznğö kompozitora Faradca Karaeva.
(Spraşivaö, kak emu kacetsə, na skolğko proüentov realizovalsə eqo kompozitorskiy dar? On ce v otvet, çto prəmo-taki «civ¸t» Rene Maqrittom, Maksom Frişem, Qilom Gvansom i Xuan Ramon Ximenesom. Otveçaet, çto istinno mocno toqda lişğ realizovatğsə, esli osozna¸şğ sebə ne kompozitorom, ne pogtom, ne xudocnikom i ne filosofom, a tem samım Nikto. Tolğko. Dobavləet. Komu gto dano i kto o tom znaet?).
Do pervoqo svoeqo po-nastoəhemu gpoxalğnoqo dlə azerbaydcanskoy (a to dlə vsey sovetskoy toqda) muzıki proizvedeniə - Sonatı dlə dvux ispolniteley - bılo mnoqo vsəkoy xoroşey vsəçinı: i Vtoraə fortepğənnaə sonata, i dva ərkix. Izıskannıx baleta, i serğ¸zneyşiy Konçerto-qrosso, i neoklassiüistskiy Fortepğənnıy konüert … Da malo li xoroşey muzıki bılo do Sonatı dlə dvux isponiteley?! No nastupaet qod 1976-y, i imenno s gtoqo vremeni Faradca Karaeva vpolne mocno predstavlətğ. Kak kompozitora evropeyskoqo masştaba i znaçimosti. Zdesğ bı na gtu temu - temu evropeyskoy znaçimosti azerbaydcanskoqo avtora - privesti massu üitat ot Gdisona Denisova i Alğfreda Şnitke do Vladimira Tarnapolğskoqo i Viktora Ekimovskoqo, - da tolğko çto toqo? Dlə koqo i dlə çeqo? Tem bolee, çto sam kompozitor menee vseqo nucdaetsə v slavoslovii i proüedurnıx primerax.
O strannoy eqo nepriznannosti i bolee çem udivitelğnom umalçivanii eqo imeni v rodnom qorode i rodnoy strane besedovali redko i korotko. Stranno i udivitelğno vdvoyne , ibo za imenem Faradca Karaeva stoəli ne tolğko mecdunarodnaə slava i avtoritet azerbaydcanskoy muzıki, no i noveyşaə naüionalğnaə kompozitorskaə şkola, üelaə pleəda çisto faradc-karaevskix uçenikov, v svoö oçeredğ utvercdaöhix vısoçayşiy professionalizm naşey muzıki. Dostatoçno kazatğ, çto sredi eqo uçenikov i laureatı mecdunarodnıx kompozitorskix konkursov i forumov, i avtorı, soçinəöhie po zakazam veduhix mirovıx muzıkalğnıx kollektivov, i lödi, çği proizvedeniə postoənno ispolnəötsə v luçşix zarubecnıx zalax i auditoriəx. Slovom, çelovek, tak mnoqo delaöhiy dlə svoeqo rodnoqo iskusstva, tak mnoqo rabotaöhiy na ukreplenie i prodvicenie eqo mecdunarodnoqo avtoriteta, po-nastoəhemu, kak on toqo davno zaslucivaet, vs¸ eh¸ u sebə ne oüen¸n i ne priznan. Uvı, no gto estğ, i ob gtom bı ne pisatğ, qovor
itğ i razmışlətğ, a …
Çerez dva qoda emu şestğdesət. Vozrast, koneçno ce! Za pleçami ne tolğko opıt trudnoqo i bespokoynoqo bıtiə, i v tvorçeskom portfele ne tolğko soçineniə masterovitıe i vıdaöhiesə - Monodrama «Puteşestvie k löbvi». Serenada dlə bolğşoqo simfoniçeskoqo orkestra, «1791», üikl kamerno-simfoniçeskix «Tristess», Strunnıy kvartet, «pğesı» instrumentalğnoqo teatra «V ocidanii Qodo» po S. Bekketu, «Polocenie vehey» i «Malenğkiy (ne)spektaklğ», kompoziüii dlə razliçnıx ansambley i orkestrovıx qrupp, vseqo seyças i ne upomənutğ, - no (i gto-to naivacneyşee!) i soverşenno individualğnıy stilğ cizni i tvorçestva. Poslednee, pravda, razqovor osobıy, rassucdenie dlitelğnoe i detalğnoe. Odnako c, zameçu, çto ni ciznğ, ni tvorçestvo eqo, nesmotrə na kacuhuösə protivoreçivostğ, ne naruşaöt üelğnosti miroporədka i mirozdanğə. V tom svoə osobaə (a)loqiçeskaə sootnosimostğ so svoey naüiey, so svoey naüionalğnoy tradiüiey, s sobstvennoy nasledstvennoy familiey - Karaev - i s dosticeni
em liçnoy vnutrenney qarmonii.
O qrəduhem 60-letii vspomnilosğ i v svəzi s nedavno proşedşim avtorskim - vpervıe v rodnom qorode! - konüertom, no bolee ot naşeqo vneşneqo bezrazliçiə.
Eh¸ do naçala (kak i do vsəkoqo naçala) bılo izvestno, çto nazov¸tsə Faradcem i çto v buduhem vsö ciznğ stanet dokazıvatğ, çto ne sın Kara, a sam po sebe, nezavisimo i svobodno. Takoe vot buntarstvo. Takoe vot neprisposoblençestvo. Voobhe-to, smeşno. Smeşno komu-to çto-to dokazıvatğ, çto-to vtolkovıvatğ, çto-to otstaivatğ. Vs¸ odno, kak bılo, tak i estğ, a kak estğ tak i … Kstati, poslednie let dvadüatğ pətğ tak i civ¸t, niçeqo nikomu ne dokazıvaə. Kamenğev bolee ne razbrasıvaə, no i ne sobiraə osobenno. Obronil kak-to çto-to pro ustalostğ, to li ot cizni, to li cizni ot neqo, a sam vdruq v puçinu obnovleniə, v omut vozrocdeniə, ne oqlənuvşisğ i ne prisluşavşisğ.
Pomnite, «pobeda povtoreniə nad sxodstvom»? (Çğə tolğko?).
Estğ u neqo soçinenie «Ist es genug?..», çto v perevode s nemeükoqo zvuçit primerno tak - «Gto koneü?,,» Ne samoe, na moy vkus, luçşee soçinenie F. Karaeva. Odnako imenno ono konüeptualğno predstavləetsə mne naibolee xarakterizuöhim naşeqo Mastera. V gtom neqromkom opuse beznad¸cnostğ vsəkoy çeloveçeskoy cizni əvləet soboy i bessmıslennostğ vsəkoqo çeloveçeskoqo obhestva. I besperspektivnostğ vsəkoqo razuma. Tak osuhestvləetsə popıtka ustranitğ xaos v kulğture i iskusstve, nastupivşiy s gpoxi prosvetiteley, kotorıe vdruq vsem nam razjəsnili, çto çeloveçeskaə üennostğ - obhestvo i razum. Vpolne mocet bıtğ… Tolğko v deystvitelğnoy, realğnoy cizni zakonı razuma - gto zakonı budto iz inoy deystvitelğnosti i inoy realğnosti. Vot avtor i celaet vmeste s kulğturoy ottorqnutğ i gtu samuö realğnostğ. Eh¸ odin faradc-karaevskiy stık filosofii i absurda, eh¸ odno razvençanie mifa o nekoy çeloveçeskoy istine, eh¸ odin avtorskiy dekonstrukt privıçno-obıdennoy cizni-smerti.
Nınçe, mı, odnako, ne o mifax i dekonstruküiəx, ne o filosofii i absurde, a o konüerte. Nınçe mı o sostoəvşemsə, nakoneü, avtorskom veçere F. Karaeva. Nınçe zemləki-bakinüı uslışali mnoqo zameçatelğnoy muzıki. V pervom otdelenii kompoziüiö «Nemnoqo muzıki dlə Dc. Kramba», «Malenğkuö muzıku peçalğnoy noçi» (posvəh¸nnuö doçeri Medine) i blestəhuö orkestrovku Desətoy sonatı A. Skrəbina. Vo vtorom qlubinno-naüionalğnuö triloqiö «Propovedğ, Muqam i Molitva» i odno iz poslednix soçineniy avtora - vokalğno-instrumentalğnuö kompoziüiö «Kolıbelğnaə» na slova Qarsii Lorki.
Mı vooçiö ubedilisğ, skolğ raznoobraznı muzıkalğnıe əzıki Mastera, skolğ mnoqolika eqo stilistika, mı uslışali, kak leqko i prosto on operiruet modeləmi i konüeptami noveyşeqo iskusstva, kak estestvenno ohuhaet i vbiraet v sebə samıe razliçnıe muzıkalğnıe tekstı i sistemı, mı ponəli neçto i o Qlavnom eqo Muzıkalğnom Zamısle: rasseçğ edinoe mirovoe üeloe, edinoe vremə-prostranstvo na mıslimoe (i izmışləemoe) koliçestvo muzıkalğno-zvukovıx urovney, çtobı, v itoqe, nayti Svo¸ prostranstvo bıtiə i nebıtiə, Svo¸ vremə löbvi i nelöbvi.
Inoqda kacetsə, çto v muzıke F. K. net ni zritelə, ni sluşatelə, a estğ postoronniy nablödatelğ. Nablödatelğ, kotorıy zaxodit za «zakrıtıy zanaves» i postepenno stanovitsə ravnopravnım uçastnikom muzıkalğnoqo predstavleniə, vmeşivaəsğ v eqo perepitii i kollizii, vliə na eqo razvitie, odnako niçeqo ne znaə ni o sodercanii, ni o strukture. No takoe, kak bılo skazano, bıvaet tolğko inoqda, da i to tolğko kacetsə.
Rauf FARXADOV
(Rossiə, Moskva)
Sənatşünaslıq namizədi, Trabzon Qara Dəniz Universitetinin professoru Nazim Bağırovdan söz düşəndə ilk növbədə xatirimizə 1957-ci il düşür ... Həmin il Nazim böyük maestro Niyazinin idarəsilə Y. Hacıbəyov adına Azərbaycan Dövlət simfonik orkestrinin müşayiətilə dünya musiqisinin incilərindən sayılan P. Çaykovskinin fortepiano ilə simfonik orkestr üçün I saylı «Konserti»ni Azərbaycan Dövlət Filarmoniyasında çalmışdı. Açığını deyək ki, bu mürəkkəb əsərin ifası dövrü mətbuatda geniş işıqlandırıldı. Axı, o zaman Nazim 12 saylı uşaq musiqi məktəbinin 7-ci sinfində təhsil alırdı. Əsər isə Konservatoriyanın yuxarı kurslarının proqramına daxil idi. Həmin il Nazim ifaçılıq sənəti üzrə Respublika festivalının laureatı adına da layiq görüldü.
Sonrakı illərdə Nazim A. Zeynallı adına musiqi texnikumunu bitirdi və Azərbaycan Dövlət Konservatoriyasına daxil oldu. O, görkəmli pianoçu-pedaqoq, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Q. Şaroyevin sinfində təhsilini uğurla davam etdirərək oranı əlaçı kimi qurtarır.
Müstəqil yaradıcılıq yoluna qədəm qoyduqdan sonra o, A. Zeynallı adına musiqi texnikumunda müəllim kimi çalışmaqla yanaşı, tələbələrin Azərbaycan dilində dərsliklərinin yazılmasına da böyük əmək sərf edir.
Təəssüflə onu qeyd etməliyik ki, nə tərcümədə, nə də milli dilimizdə orta ixtisas musiqi məktəblərinin Azərbaycan bölməsində təhsil alan tələbələr üçün musiqi nəzəriyyəsi (harmoniya, polifoniya, əsərlərin təhlili, elementar musiqi nəzəriyyəsi), eləcə də musiqi tarixi üzrə dərsliklər cüzidir. Adətən, bu fənləri aparan müəllim rus dilində olan dərsliklərdən istifadə edir.
Bu çatışmazlığı görən Nazim əvvəl musiqi texnikumları üçün nəzəriyyə və musiqi tarixi fənlərindən dərsliklər yazır. Onun ilk sanballı dərsliyi orta ixtisas musiqi məktəblərinin tələbələri üçün nəzərdə tutulan «Musiqinin elementar nəzəriyyəsi» (Bakı, Maarif, 1882) idi.
Bundan sonra orta ixtisas musiqi məktəblərinin tələbələri üçün harmoniya kursu sahəsində ilk dərsliyi də yazdı. Bu iri həcmli «Harmoniya dərsliyi»ndən («Maarif», 1989) Bakı Musiqi Akademiyasının tələbələri də istifadə edirlər.
N. Bağırovun həmmüəllif S. Qasımova ilə yazdığı azərbaycan və rus dillərində «Azərbaycan Sovet musiqi ədəbiyyatı» (Bakı, Maarif, 1985, 1986) dərslikləri Azərbaycanda, eləcə də onun hüdudlarından uzaqlarda tanınan bəstəkarların həyat və yaradıcılıq yoluna həsr olunmuşdur.
1983-cü ildə Bakıda çap etdirdiyi «Solfecio» fənni üçün «Tək və iki səsli imlalar»da maraqlı dərs vəsaitidir.
Qeyd etdiyimiz dərslik və dərs vəsaitlərin çapı bu sahədə çatışmazlığı müəyyən dərəcə ödəyə bildi.
Onu da deyək ki, tədqiqatçının dərsliklərində aydın, səlis, sadə ifadə tərzi diqqəti çəkir. Bu ümdə cəhətlər Nazim müəllimin pedaqoci fəaliyyətində önəmli yer tutur.
N. Bağırovun maraq dairəsi genişdir. O, özünü dərsliklər və dərs vəsaitlərinin, elmi-metodiki işlərlə məhdudlaşdırmır. O, həmçinin xalq musiqisinin tədqiqinə də elmi yaradıcılığı boyu xüsusi müraciət edir. 80-cı illərdə Azərbaycan EA-nın Memarlıq Incəsənət Institutunun dissertantı olan N. Bağırov, eyni zamanda «Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi» şöbəsində elmi işçi vəzifəsində də çalışırdı. 1985-ci ildə o, «Azərbaycan bəstəkarlarının fortepiano konsertlərində xalq musiqi qaynaqları» mövzusunda dissertasiyanı Daşkənddə müvəffəqiyyətlə müdafiə edərək sənətşünaslıq namizədi alimlik dərəcəsinə yekdilliklə layiq görüldü. Bu sətirlərin müəllifi dissertantın opponenti kimi müdafiədə iştirak edərək N. Bağırovun dissertasiya işinə elmi şura tərəfindən ciddi marağın şahidi oldu.
N. Bağırovun elmi yaradıcılığının bir şaxəsini xalq musiqi incilərinin toplanması və nota yazılması işi təşkil edir. Məhz onun daha çox aşıq musiqisinə marağı vardır. Bunun nəticəsidir ki, N. Bağırov «Aşıq havaları» məcmuəsini Bakıda, «Aşıq Qərib» dastanını isə nota yazıb 1999-cu ildə Trabzonda nəfis şəkildə çap etdirmişdi. O, «Aşıq havaları»nı görkəmli aşıqlar - Şəmşir və Kamandarın ifasından, «Aşıq Qərib» dastanını isə aşıq Aslan Kosalının ifasından nota köçürmüşdür. Hər iki əsər fortepiano üçün işlənilmişdir. Bu məcmuələr xüsüsilə tədris üçün çox dəyərlidir. Onlardan Bakı Musiqi Akademiyasında, Azərbaycan Dövlət Mədəniyyət və Incəsənət Universitetinin musiqi fakultəsində, eləcə də respublikamızda fəaliyyət göstərən musiqi texnikumlarında tədris olunan «Azərbaycan xalq musiqisinin əsasları», «Azərbaycan xalq musiqi yaradıcılığı» kurslarında istifadə olunur.
Yeri gəlmişkən onu da deyək ki, «Aşıq Qərib» dastanının not yazısı Azərbaycanda ilk örnəkdir. Bu dastanı vərəqlədikcə hiss olunur ki, müəllif not
yazısı sahəsində səriştəli bir mütəxəssisdir. Bu məcmuə aşıqşünaslığı zənginləşdirən dəyərli bir töhfədir.
Burada ən əsas cəhət odur ki, o, aşığın ifasını olduğu kimi, bütün təfsilatı və təfərrüatı ilə geniş imkanlara malik fortepiano aləti üçün köçürmüşdür. Bu keyfiyyət imkan vermişdir ki, aşıq dastanının not yazısından dünya musiqiçiləri və tədqiqatçıları, eləcə də Ali və orta ixtisas musiqi təhsili alan tələbələr istifadə edə bilsinlər.
N. Bağırov əmisi, görkəmli bəstəkar Zakir Bağırova bir monoqrafiya da həsr etmişdir. O, bəstəkarın opera, simfonik, kamera-instrumental, kamera-vokal əsərlərini təhlil etmiş, üslubunu yığcam və obrazlı bir dildə araşdırmağa nail olmuşdur. Müəllif Z. Bağırovun musiqi folklorundan hansı yollara bəhrələndiyini dəlillər və faktlarla açıb göstərə bilmişdir.
1972-ci ildə N. Bağırov estrada musiqisi sahəsində «Qızıl payız» Ümumittifaq müsabiqəsində birinci dərəcəli diploma layıq görülmüşdür.
N. Bağırov 1994-cü ildən Trabzon Qara Dəniz Universitetində professor vəzifəsində çalışır. Onu da xatırladaq ki, 36 min tələbəsi olan Trabzon Universiteti Türkiyə Respublikasında üçüncü yer tutur.
Trabzonda çalışdığı dövrdə o, həm fortepiano ixtisas sinfində, həm də nəzəri fənlər üzrə dərsləri də aparır. Müəllimliklə yanaşı o, dərsliklər və dərs vəsaiti yazıb türk dilində çap etdirir. Bu mə nada biz tək və çoxsəsli «Musiqi imlalarını» (Trabzon, 1994), «Azərbaycan xalq rəqsləri»ni (fortepiano üçün işləmələr), fortepiano üçün «Pyeslər», Fortepiano üçün çalışmalar» (1997), «Musiqi nəzəriyyəsi»ni, «Aşıq Qərib» dastanını (1999) xüsusi qeyd etmək istərdik. Hazırda bu kimi dərslik və dərs vəsaitlərindən Türkiyə Respublikasının Universitetlərinin musiqi fakultələrində istifadə olunur.
N. Bağırov Trabzon Universitetində vaxtaşırı solo konsertləri ilə də çıxış edir. Onun repertuarında dünya musiqi klassiklərinin və müasir bəstəkarların əsərlərilə yanaşı, mütləq olaraq Azərbaycan bəstəkarlarının fortepiano üçün müxtəlif janrlı əsərləri də əsas yer tutur. O, harada olursa-olsun Azərbaycan bəstəkarlarının əsərlərini, həmçinin xalq musiqisi nümunələrinin mahir təfsirçisi və təbliğatçısı kimi çıxış edir.
N. Bağırov daim öz üzərində işləyən, özünə tələbkar, gündən-günə sənətkarlığını artıran musiqiçidir. Istedadlı musiqiçi-alim, bacaraqlı pedaqoq N. Bağırov elmi və pedaqoji fəaliyyətinin çiçəklənmə və müdriklik çağlarını yaşayır. Bu il zəhmətkeş alimin 60 yaşı tamam olur. Söz yox ki, bundan sonrakı illərdə də onun elmi işləri, pedaqoji və ifaçılıq fəaliyyəti bəhrəli olacaqdır. Biz bu yolda ona möhkəm cansağlığı, daha böyük uğurlar diləyirik.
Ramiz ZÖHRABOV Ilhamlı çıxışları ilə musiqi ictimaiyyətinin diqqətini cəlb etmiş Bakı Musiqi Akademiyasının müəllimləri N. M. Sadıqzadə və F. B. Əhmədbəyovadan ibarət fortepiano duetinin ifası əsərlərin maraqlı təfsiri, gözəl ansambl duyumu ilə fərqlənir. Xüsusilə bu duet tərəfindən I. S. Baxın iki fortepiano üçün Do major konsertinin ifası (dirijor – respublikanın əməkdar artisti Teymur Göyçayev) bəstəkar üslubunun dərin yozumu və yüksək ifaçılıq keyfiyyətlərinin nümayişi ilə dinləyiciləri heyran etmişdir.
Bu yaxınlarda Azərbaycan pianoçuları
N. M. Sadıqzadə və F. B. Əhmədbəyova Isveçrədə olmuş, Neşatel şəhərində keçirilən Redinq – Piett beynəlxalq fortepiano duetləri seminarında iştirak etmişlər. Bu, Azərbaycan fortepiano duetinin beynəlxalq səviyyədə ilk çıxışı idi.
Seminarı tanınmış fransız pianoçusu Janin Redinq təşkil etmişdi. Burada Rusiya, Bolqarıstan, ABŞ, Israil, Çin və başqa ölkələrdən gəlmiş duetlər iştirak edirdi. Seminar çox yüksək səviyyədə təşkil olunmuşdu, dəbdəbəli konsert zalı, professionalların qiymətləndirdiyi "Bösendorfer" royalları iştirakçıların ixtiyarına verilmişdi.
Lakin ifaçılar qarşısında qoyulmuş tələblər də ciddi idi. Belə ki, mütləq iki royal üçün yazılmış əsərlər notsuz (əzbər) ifa olunmalı idi. Onu da deyək ki, Azərbaycanlı fortepiano dueti bu tələblərin öhdəsindən bacarıqla gəldi. Duetin repertuarı Bax, Motsart, Sen-Sans, Miyo kimi bəstəkarların əsərlərindən ibarət idi.
Bizim fortepiano duetinin çıxışları seminarın sədri Janin Redinqin diqqətini cəlb etmiş və o, Azərbaycan pianoçuları ilə yaxından maraqlanmışdır. O, həmçinin, imkan düşdükcə, Bakıya gələcəyini və burada sənətkarlıq dərsləri verəcəyini də və'd etmişdir. Seminarın iştirakçıları və dinləyiciləri də bizim pianoçuları hərarətlə qarşılamış, onların müəllimləri ilə maraqlanmışlar.
Seminarda Rusiya, Israil pianoçuları ilə yanaşı, Azərbaycanın fortepiano dueti də diploma (sertifikat) layiq görülmüşdür.
N. M. Sadıqzadə və F. B. Əhmədbəyovanın parlaq çıxışları Azərbaycan pianoçuluq sənətinin yüksək səviyyəsini bir daha təsdiq etmişdir. Biz də onlara gələcəkdə yeni yaradıcılıq uğürları arzulayırıq.
Tofiq BAKIXANOV
p align>
|