"CAZ VƏ BLYUZ – 2002" FESTIVALI ILƏ BIRLIKDƏ
Sözün doğrusu, aprel ayının 13-ü yarıdan çox zal toplamış Respublika Sarayında "Amerika səsləri" təşkilatının prezidenti Con Fergüssonun "I Caz və Blyuz" festivalını açıq və respublikada keçirilən bu kimi ilk tədbir elan edərkən məni dərhal bürüyən təəccüb hissini uzun müddət boğa bilmədim. Axı, ümumən, caz festivalların keçirilişi Azərbaycanda ənənə halını almasa da, hələ 60-cı illərdən mövcuddur. Bakının və keçmiş SSRI-nin caz dinləyiciləri isə 1988-ci il paytaxtımızda Yaşıl teatrda keçirilmiş və bu kimi tədbirlərin sonuncusu olmuş Ümumittifaq caz-festivalını tez-tez xatırlayırlar…
Lakin son on iki ilin gedişatı gətirdiyi siyasi, iqtisadi və mədəni dəyişiklikləri yaxud bunların ucbatından getdikcə mənəvi və zövq cəhətdən sustalan caz dinləyicilərimizin müqəddəratını düşündükcə və Azərbaycanda ilk dəfə beynəlxalq səviyyədə təşkil olunduğunu biləndə bu tədbirin həqiqətən də ilkin və zəruri olduğunu anladım. Caz cəmiyyəti - daşıyıcı və dinləyicisi üçünsə festival öz ənənəsini qoruyub saxlayaraq əsl bayrama çevrildi: onun qədəmi bütün ilin sonük musiqi həyatını xeyli dirçəltdi, bir-sıra susmuş, illərlə karıxıb qalmış problemləri yerindən titrətdi. Həmçinin çoxdandan bütün dünyanın caz müsiqiçiləri üçün əbədi və son on ildən bəri bizim caz həyatımızın normal nəbzini yavaşıdan əngəllərdən biri – maddi-təşkili yonümlü problemləri bir qədər “”keyitdirib’’ musiqiçilər üçün qarşılıqlı mədəni mübadilə, birgə əməkdaşlıq kimi çox vacib məqamları, bir növ nemətləri b
əxş etdi.
“”Caz və Blyuz’’ festivalının verdiyi böyük bir töhfə kimi master-klasslar və seminarları xüsusi vurğulasam mənimlə caz auditoriyasının müxtəlif təbəqələri – professionallarından tutmuş qeyri-professionallarınadək – razılaşar. Çünki bu tədbirlərin nəticəsi – təkçə vaxt otdükçə caz səhnəmizə qismən daxil ola bilmiş, az ya da çox vaxt ərzində caz sənətinin praktiki səmtinə yönələn, başqa sözlə az-çox formalaşmış gənc istedadlarla bərabər, uşaqların, məktəblilərin iştirakı oldu. Bu, haradasa S.Stanislavskinin tez-tez eşitdiyim “”Məktəb oxusa, xalq da oxuyar!’’ kəlməsində nəzərdə tutulan xalqın oxumasını xatırlatdı…
Master-klassların keçirilişi bu prinsip üzrə qurulmuşdu: “”Caz və Blyuzun’’ elə ilk günü, aprelin 8-n etibarən Bülbül adına orta ixtisas musiqi məktəbi, BMA-nın müxtəlif auditoriyalarında, Caz-klubda caz instrumentlərinin əsas sahələrini – fortepiano, kontrabas, nəfəç, zərb alətləri və vokal üzrə festivalın qərbi qonaqlarının seminarları başlandı.
Hələ əvvəlcədən keçirdikləri beşgünlük seminarların naqisliyini etiraf edən həmin musiqiçilərin təvazökar cestinə baxmayaraq, ölkəmizdə cazın tədrisi ilə məşğul olan təcrübəli müəllimlər bu görüşlərdən müəyyən nəticələr əldə edə bilərdi.
Master-klassların müxtəlif otaqlarda sinxron keçirilməsi səbəbindən seçməyə məcbur idim, buna görə də onların doğurduğu təəssüratları bölüşərkən bəzi təfərrüatları nəzərdən qaçırdığımı boynuma alıram.
Zənnimcə, müəyyən maraqla, məsuliyyət hissilə Əminə Fiqarovanın fortepiano, Kim Prevostun vokal, Rut Deyvisin kontrabas, Bill Solinin gitara, Kris Strikin zərb alətləri üzrə keçirdiyi seminarlar daha da müfəssəl təşkil olunmuş, daha canlı, həvəsləndirici mühitdə keçirdi. Müxtəlif musiqi (R.Behbudov adına ¹2, ¹6) məktəblərinin şagirdləri əvvəlcədən öyrənilməyə verilmiş mövzuların (məşhur “”Satin Doll’’ və “”Summertime’’) sxematik notlarını musiqiçilərlə birlikdə təkrarən, daha təfsilatlı nəzərdən keçirdilər: bu zaman elementar caz fakturasının nümunələri başa salınırdı; vokalçı iştirakçılara isə əsasən səhnədə sərbəstlik duyumu təlqin edilirdi. Sırf nəzəri biliklərin qavranılmasından sonra bilavasitə ifa prosesinə – başqa bir sinifdə fleytaçı B.Plattonun yaratdığı seçilmiş iştirakçılardan ibarət kiçik «band»-inə göndərilən uşaqlar aldığı biliklərin dərhal tətbiqini tapırdılar. Qərbi musiqi tədris sisteminə aid bu sadə və adi metodun, deməli, ekspozisiyaya ehtiyacı var
imiş!
Digər seminarlarda aparıcılardan aldığım səthi məlumat – uşaq və gənclərin olduqca istedadlı, bir çox lazımi musiqi qabiliyyətinə, duyumuna malik olması və bu musiqini böyük yanğı, sevgi hissilə ifa etmək həvəsi – məni təəccübləndirmədi (bizim xalqın fitri musiqi istedadından əlavə, caz musiqisinə olan qeyri-şüuri, bəlkə də genetik meylini həmişə qeyd edirəm). Deyilənlərin eyforiyasına qapılmayaraq sadəcə həmin dərslərdə fərqləndirilən bəzi iştirakçıların – pianoçular Emil Məmmədov, Şahin Növrəsli, Anar Yusifov, Riad Məmmədov, Fərid Nağıyev, Nərminə Ilyasova, Rüstəm Quliyev, vokalçılar Aliyə Orucova, Renarə Şəmsiyeva, kontrabasist Ruslan Məmmədov, zərb alətləri üzrə Rüfət Seyfətdinov və başqalarının adını çəkmək istərdim.
Gəldiyim daha bir qənaət o oldu ki, gələcəkdə bu və ya başqa yönümlü layihələrdə daha səmərəli, yaradıcı master-klasslara nail olmaq lazımdır və bunun üçün qabaqcadan hazırlıq görülməli, qarşılıqlı aktivlik, dəqiqlik, məqsədəyönlülük güdülməlidir. Yeri gəlmişkən, seminarlar zamanı gənclərin əsas qismində mənfi bir xüsusiyyət diqqətimi cəlb etdi: ya bu görüşlərə hazırlıqsız gəlməkdən yaranan qeyri-şüuri məyusluq, ya da həddindən ziyadə diqqətin yayınması kimi səbəblərdən onlar qəribə, çox hallarda demaqoci ruh alan mübahisələrə, isbatlara aludə olurdular. Bu söz-söhbətlər arxasında gizlənən bəzi məqsədlərin müsbətliyini heç də inkar etməyərək, onların master - klasslara ayrılmış vaxta faydasız mənasızlığını təsbit edirəm: bu tip görüşlər əsas vəzifəsinə uyğun olaraq məlumat və biliklərin artmasına istiqamətləndirməlidir.
Zənnimcə, deyilənlər kontur üzərində ayrı-ayrı nöqtəciklər kimi bir relyefi qabardır: çoxdandan bəri qanımıza, canımıza hopmuş, lakin əsaslı surətdə dərk edilməmiş caz musiqisinin tədrisə ehtiyacı açıq-aydın özünü büruzə verir.
. . .
Söhbətimi master–klass və seminarlardan başlamağım heç də festivalın musiqi hissəsinə aprelin 9-12-dək Caz-klubda keçən cem-seyşnlər və 13-14-ü Respublika Sarayında keçirilmiş böyük konsert çıxışlarına biganəliyi yaxud onların rolunu zəiflətməyi bildirmir. Konsertlər həmişə caz-festivalların mərkəzi, həlledici tədbirləri olaraq qalır, çünki məhz burada təqdim olunan produksiyanın hərtərəfli - tənqidi, üslub və kompozisiya, analitik və informasiya yonümlü təhlili nəticəsində musiqinin inkişafı az-çox stimullaşdırılır. Vurğulayım ki, caz-festivalların təhlil prosesi ikiqat mürəkkəbləşir, ilk növbədə rəngarəng caz polistilistikası və bundan irəli gələn leksikon çoxşaxəliliyi, sırf ifacılıq məsələləri eyni dərəcədə diqqət tələb edir.
Üslubi rakursu ön plana çəkərkən, burada festivalları daim müşayiət edən “”stil palitrası’’ müxtəlifliyi yox, daha çox müəyyən bir üslüba yanaşma tərzlərini, onun müxtəlif cür qavranılması nümunələrini müşahidə etdim.
Bu baxımdan festivalın dominant üslubu kimi standart mövzu, forma kompozisiya, əsasında qurulan janrların (konsertdə konkret olaraq blyuz, ballada və bossa-novanın) müəyyən aparıcı üslüblar sintezində tətbiqini bildirən ənənəvi və eyni zamanda müasir meynstrim cərəyanını qeyd edərdim. Və bu təsadüfi deyildi, çünki buraya dəvət olunmuş cəmi üç ölkə Niderland, ABŞ, Isveçdən olan 15 və 20-dən çox bakılı musiqi öz sənətini nümayiş etdirirdi, heyətlər isə bütün musiqiçilərin 4-5 gün ərzində müxtəlif kombinasiyalarda birləşməsindən “”yaradılırdı’’. Odur ki, ənənəvi cazın modifikasiyası üzrə iki tərəfin “”rəqabəti’’ gedirdi.
Əgər xronoloji ardıcıllıqda getsək, söhbətimizi ilk konsert gününü açmış Sax’n Hop triosundan başlamalıyıq. Dinləyicilərin rəğbətini asanlıqla dərhal qazanmış bu heyətin üzvləri bir neçə ənənəvi fərdi üslublara, maneralara gözəl bələd olsalar da onların xalq musiqisindən daha çox bəhrələndikləri duyulurdu və bu prinsip onların bəstələrindəki orijinallığı, harmotik-ritmik çalarların təravətliliyini, polifonik ifadəni təyin edirdi. Auditoriyadakı gərginliyi saxlamaq üçün trionun müraciət etdiyi priyomlar: harmonik və ritmik atım-tutumlar, dinləyiciləri qane etmək məqsədilə dönə-dönə təkrarlanan intonasiyalar, üsullar bəzən monotonluğa aparıb çıxarırdı. Fərdi səsi və ifa tərzinə görə onların tenor-saksofonçusu Mattias Ştrik ilk gündən diqqətimi cəlb etdi.
Bu dəfə Mayk Del Ferronun triosu ilə birgə çıxış edən Koko Yorkun təqdim etdiyi iki proqram onun Bakıda (1998 və 2001-ci illərin yayında) konsertlərdən daha parlağı, yaddaqalanı oldu.
“”C-dən Z-dək Cazz’’ proqramında Koko zər-zibalı səhnə geyimində bir-sıra caz standartlarının bir qədər şoulaşdırılmış ifasını təqdim etdi. Hər bir nömrənin adını müğənni dinləyicilərlə apardığı söhbətlərdə elan edərək ifa zamanı da söhbət-şou xəttini qırmırdı. K.Yorkun ustalığını, vokal və səhnə artistizmini daha çox “”Corcovado’’, “”Love For Sale’’, və “”Bye Bye Blackbird’’ mövzuları açdı. (Nədənsə budəfəki çıxışı K.Yorku hal-hazırda aparıcı caz müğənnilərindən biri Didi Bricuoterlə müqayisə və assosiasiya etməyə meylləşdirirdi). Onun ikinci çıxışı - “”Böyük Blyuz Konserti’’ – müğəninin həmin səmimi, məzəli, yumordan məhrum olmayan şou ruhunda davam etsə də, həmişə təqdim etdiyi folk oxumaları manerasına daha yaxın idi. Və məhz bu çıxışdan etibarən York tərəfindən fəal tətbiq olunan “”caz bir mədəniyyət’’ və “”caz bir folklor növü kimi’’ iki yanaşma tərzini özüm üçün kəşf etdim.
ABŞ Hava Qüvvələrinin Biq-Bendi çox impulsiv, enerjili çalğısı ilə və diksilendlərlə ifa olunan suinq aləmini canlandırmaqla dərhal dinləyicilərin rəğbətini qazandı.
Özünəməxsus və anlaşıqlı bir pianoçu kimi Mayk Del Ferro özünü tanıtdı: onun subyektiv yanaşma tərzi klassik musiqidən bəhrələnməsində, xüsusilə opera ariyaları, mövzularına kompozisiyalarında özünü göstərdi. Del Ferronun gözəl balanslaşdırılmış səs ifası səlis, çox hamar və sakit təsir bağışlayan qamma-passaj çalğısı onun “”Bel Canto’’ adlı proqramda Kavaradossinin ariyası, bir çox opera mövzuları, T.Quliyevin “”Sənə də qalmaz’’ mahnısı əsasında qurduğu kompozisiyaların heyranedici lirikasına, böyük zövqlə tərtib olunmuş harmonik – modulyasiya relyefinə qoşulub gözəl romantik-akademik caz üslubunu nümayiş etdirdi.
Del Ferro həm də həssas bir müşayiətçi kimi də nəzərdən yayınmırdı: əvvəl K.Yorkun proqramında O.Pitersonun manerasına yaxın blyuz və suinq aləminə rəvanlıqla keçərək, festivalın təntənəli romantik apofeozu-dünya caz ulduzu Tuts Telemansın partnyorlarından biri oldu. Həmin çıxış günü dahi Telemansın ifasına “”The Days of Wine and Roses’’, “”One Note Samba’’, Ivan Linsə məxsus “”Try again’’, “”Con Lennonun “”Imagine’’, Jako Pastoriusun “”Three Views of secret’’, Lui Armstronqun ‘’What A Wonderful World’’ mövzuları səslənərək ənənəvi cazın sadə, özünəməxsus romantik, ürəklərə tez yol tapan qollarından daha birini dinləyicilərə tanıtdı.
Həmvətənimiz Əminə Fiqarova öz həyat yoldaşı Bart Plattonun kollektivi ilə böyük məhəbbətlə qarşılandı. Onların nailiyyətlərini, üslub dəst–xəttini daha dolğun əks etdirən ikinci ‘’New Orleans Edition’’ proqramı, daha dəqiq - birgə buraxdıqları albomdan ‘’Firewind’’, ‘’Song For Gaby’’, ‘’Canal Street Blues’’, ‘’Past In Present’’ kompozisiyaları oldu. Ümumiyyətlə adını çəkdiyimiz albomu məharətlə işlənmiş kompozisiya; orkestrovka, tembr və harmoniya–modulyasiya sahəsində nəfis tapıntılar səciyyələndirir. Fiqarovanın birinci proqramına gəldikdə isə pop-vokal Kim Prevost və gitaraçı Bill Soli ilə birgə çıxışı daha çox Prevostun konserti təsirini bağışladı.
Ənənəvi klassik cazı bizim iki heyət də - pianoçu Eldar Rzaquluzadənin rəhbəri olduğu Azərbaycan Televiziya və Radiosunun caz qrupu (kontrabasist Rauf Sultanov, gitaraçı Rafiq Velimetov; zərbçi Gennadi Qasiyev ilə birlikdə) və Rauf Babayevin məşhur “”Bəri bax “” uşaq vokal kollektivinin birgə çıxışı da böyük artistizmlə ifa etdi.
Beləliklə, «Caz və Blyuzun» son iki gündə bizə təqdim etdiyi üslub modifikasiyası, müxtəlif səhnə interpretasiya variantları, yeni yanaşma növləri barədə təsəvvürləri genişləndirmiş qaleriyasının sonucu yaxınlaşırdı. Əlbəttə ki, Bakı dinləyicilərinin (onların nisbətən passiv olan həvəskar hissəsini nəzərdə tuturam) ənənəvi və ya klassik kimi səciyyələndirilən üslub zövqünün tərbiyə prosesinə şərh etdiyim çıxışların təsiri az olmadı.
Lakin bu iki gün ərəfəsində hal-hazırda artıq saysız – hesabsız üslub və maneralar, metodlar, cərəyanlar, müxtəlif ifaçılıq prinsipləri, kənardan siraət edən yad təsirlər və qarşıdan gələn yeni perspektivli ideyalar «selində boğulan» caz mədəniyyətinin qurtulmasına göstərilən kömək alternativi ideyası məni bərk narahat edirdi. Həmin ideyanın ayrı–ayrı cizgiləri görünməyə, bir–birinə bitişib kontur yaratmağa başladı: sırf fərdi, milli şüur, yaradıcı münasibəti saxlamaq şərtilə zehn və qəlbin vəhdətindən yaranan musiqi…
Bunu sezib duymağıma iki Bakılı musiqiçinin – S.Qəmbərov və V.Sadıqovun çıxışları təkan verdi.
Salman Qəmbərovun artıq altı il rəhbərlik etdiyi «Bakustik-caz» hər dəfə yeni heyət biçimi ilə heyran edir, yeni obraz və modellərlə dinləyicini darıxmağa qoymur. Ancaq proqram, obraz yeniliyinə baxmayaraq, qrupun əsas invariantı – üslub birliyi və ideyanı dəqiq açıqlayan cilalanmış, tam kompozisiya olaraq qalır.
Qəmbərovun olduqca artistik təbiəti – valeh edir. «Bakustikin» artıq bir neçə festivalda ifa olunan «East or West?» proyektinə aid «Qara kürəkli qağayı» bu dəfə vokalsız, fortepiano ilə nağaranın (Eldar Qafarov) duetində səsləndi: heyət dəyişikliyinə uğrasa da kompozisiya teatr xarakteri, orijiniallığını itirmədi. «Gözəlim sənsən» xalq mahnısı solo qoboyun (Əlibaba Ağayev) və arabir solo royalın ixtiyarına verilib nəfis harmonik boyalarla xüsusi ekspressivlik qazandı. Qəmbərovun müşayiəti və Rain Sultanovun solo, zərbçi Ramin Sultanov, basist Pərviz Məmmədovun ifasında səslənən mərhum caz ustamız Rafiq Babayevin «Qoca dəyirmançı» kompozisiyası da bu xətti davam edirdi. Həmçinin «Bakustik-cazın» Sax’n Hop triosu ilə birgə ifa etdiyi ilk bəstənin özünəməxsus qüssəli lirikasını qeyd etmək istərdim.
Qalır…… Qalır bizim gənc musiqiçiləri nəsli. Zənnimcə, konsert günləri və cem-seyşnlərdə yalnız qısamüddətli çıxış imkanı əldə etsələr də, hərə öz ifa tərzini, üslub meyllərini, öz fərdi xüsusiyyətlərini nümayiş etdirdi. Mən, gözəl saunda, frazirovka duyumuna malik Ruslan Ağababayevi, improvizasiya qabiliyyəti və fərdi ifaçılıq cizgiləri çoxdan formalaşmış Şahin Növrəsli və gələcəyin liriklərindən birinə çevriləcək Emil Məmmədovu nəzərdə tutub onlara sönməz yaradıcılıq ruhu və müvəffəqiyyətlər arzulayıram!
Indi isə bir–sıra ümumi fikirlər doğurmuş bu bayramın əks – sədalarını dinləyək. Fikirmcə, həm biz – ifaçı və musiqişünasların, dinləyicilərin və onların – yəni təşkilatçı və sponsorların zövqünün inkişafında, mənən irəliləməsində bundan xeyirli nə ola bilər?
Müəyyən səbəblərdən, üstünlüyü mədəni ictimaiyyətimizin əsas hissəsi – musiqiçilərə verib iki sualımla onlara üz tutdum.
1. Festivalın musiqi hissəsinin verdiyi təəssüratlar.
2. Digər fikirlər, arzular.
Rəhilə Həsənova, bəstəkar:
- Mənə belə gəlir ki, konsertlərin ən maraqlı hissələri öz musiqiçilərimizin ifası idi: onlar məntiqlə, böyük bir zövqlə kompozisiyalar yaratmış, caz musigisinin dili ilə birgə milli musiqimizin lad, harmonik yaxud ritmik elementlərini ahəngləşdirə bilmişlər. Mən ukrayna cazına çox qulaq asmışam və muqayisə üçün deyə bilərəm ki, onlar konsert yaxud CD-dən dinlədikləri musiqinin tə’siri altındadırlar, çox zaman stereotip təkrarlara yol verirlər. Azərbaycan cazı isə yaman sərbəstləşib. Məsələn, festivala dəvət olunanlardan biri, pianoçu Mayk Del Ferronun da yanaşma tərzi – caz musiqisinin opera ariyaları, fraqmentləri ilə sintezləşdirilməsi – də maraqlı idi. Burada rastlaşdığımız maraqlı forma, aranjiman üzrə tapıntılara baxmayaraq, onlar, yəni qərbi musiqiçilərin yaradıcılığı heç bir dərin təəssurat bağışlamadı.
Master-klassların yalnız birində oldum və məndə belə fikir yarandı ki, onlar yaxşı təşkil olunmayıblar. Bəlkə caz master-klassları, seminarları fərqlənir, belə olmalıdır, bilmirəm, lakin onları keçirən müəllimin səthi münasibətini duydum. Axı master-klass mexanizmi nədir? Bu, professional müəllimin profesional tələbəyə təfsir, material üzərində işləmə metodları barədə maksimal dərəcədə verəcəyi məsləhətlər, informasiyalar deməkdir. Və bu dərsləri aparan müəllim həm iştirakçı, həm də dinləyici üçün onların maraqlı keçməsinə can atmalıdır.
Bir də: mənə elə gəldi ki, bizim musiqiçilər özləri də beləcə master-klasslar verə bilər. Onlar buna hazırdırlar.
Rauf Sultanov, bas gitaraçı:
- Musiqi hissəsi çox yaxşı, normal təşkil olunmuşdu. Yaxşı musiqiçilər çağırılmışdı: M. Del Ferro yaxşı pianoçudur və yaxşı da triosu var idi, onun kontrabasisti Yasuhito Mori Avropanın ən yaxşı basistlər onluğuna daxildir. Mori isə öz növbəsində bizim caz musiqiçilərinin profesionallığını xüsusi qeyd etdi: o, Bakıya gələrkən cazımızın vəziyyətindən xəbəri vardı, lakin gözləri ilə bu cür yüksək səviyyəni gördükdə xoş bir şok hissi keçirdi.
Mən texniki hissədən yaman narazı qaldım və səbəb də həmin tədbirin professional musiqiçilərlə, bu sənətin biliciləri ilə hesablaşmayaraq keçirilməsi idi. Bu necə festivaldır ki, yerli musiqiçiləri adam yerinə qoymurlar, onların xarici həmkarlar ilə ünsiyyətinə şərait yaratmırlar, açılış keçirib öz musiqiçilərini xəbərdar etmirlər, bütün musiqiçilərə aid olan xidmət məsələlərində isə ayrı-seçkilik salırlar. Öz musiqiçisini saymayıb əcnəbiyə hörmət göstərmək düzgündürmü? Inanın, mən özüm neçə-neçə festivalın iştirakçısı olmuşam, ancaq bu kimi hadisələrə heç yerdə rast gəlməmişəm.
Cem-seyşnlər də çox savadsız təşkil olunmuşdu: qonaqların Avropa mehmanxanasında qaldığını nəzərə alıb, oraya appratura gətirib cem-seyşnləri orada da keçirmək olardı.
Gələcək bu kimi tədbirlərdə mən, əlbəttə ki, bu cur məqamlarla bir daha toqquşmaq istəməzdim.
Salman Qəmbərov, pianoçu, bəstəkar:
- Musiqi tədbirlərini iki qeyri-bərabər tərkib hissəsinə ayırmaq olar. Musiqiçini yaxşı tanımaq, onunla qeyri-rəsmi şəraitdə bilavasitə yaradıcı ünsiyyətdə olmaq imkanını cem-seyşnlər verir. Konsertə isə zəif musiqiçi də çıxıb üç il ərzində hazırladığı bir neçə kompozisiyanı çala və aplodismentlər qazana bilər – bu asandır.
Bircə bu qərara gəldim ki, dəvət olunanlar içərisində dünya səviyyəli yeganə sənətkar – Tuts Telemansdır. Ümumiyyətlə, bütün dünyada caz-festivallar – əlbəttə ki, Montre ya da Şimali dəniz festivalını istisna etsək – bu prinsip üzrə təşkil olunur: Dünya səviyyəli təkçə bir ulduz dəvət alır və qalan orta səviyyəli musiqiçilər onun ətrafına toplaşdırılır. Bu hamının keçdiyi ümumi təcrübə yoludur, odur ki, şikayət etməyə dəyməz. Hətta, deyərdim, günahdır – əcnəbi musiqiçilər arasında samballıları vardı, onların hamısı ilə cem-seyşnlərdə tanış oldum. Bart Platto yaxşı fleytaçıdır. Yasuhito Mori gözəl kontrabasistdir.
Almaniyadan gələn Sax ‘n Hop triosunu da çox bəyəndim: onların ifa etdiyi musiqi mənə çox yaxın idi. Sonradan cem-seyşnlərdə bu üç saksofonçunun necə mədəni, ədəbli olduğunu, öz yerini, öz əhəmiyyətini, cem-seyşn prosesinin bütün incəliklərini duyan bilici, səriştəli musiqiçi olduqları bilindi. Onların, xüsusilə Verner Inqlertin keçirdiyi master-klasslar da, fikrimcə, ən faydalı, maraqlısı oldu.
Cemlərdə mən Kris Strik kimi məharətli zərbçini da tanıdım. Maraqlısı budur ki, caz-klubda o, özünü daha çox şoumen kimi göstərdi və bu da, aydındır, qızışmış publikanın təsirləri idi.
Respublika Sarayında isə Kris əsl cazmen, həssas bir musiqiçi kimi özünü tanıtdı. Heyf ki, onun çox ciddiliklə hazırlaşdığı solo hissəsini publikamız tamamlamağa qoymadı: solonun yarısından əl çalmağa başlayan çanyandıranlarımıza görə Kris solonu başqa səmtə yönəltməyə məcbur oldu. Yeri gəlmişkən xatırladım ki, solo zamanı aplodismentlərə başlamaq düzgün deyil, belə ki, solo – musiqiçinin əvvəldən sonadək inkişaf edən fikridir. O, öz fikrini tədricən açdıqca sən də əl çala bilərsən. Heç bir alət üçün, heç bir yerdə solo zamanı əl çalmazlar, yalnız növbəti alət ifaya başlayanda bu mümkündür.
Publikamız, ümumiyyətlə, çox qeyri-professirnaldır. Indiyədək bütöv bir nəsil yetişib və bilmir – harda, nə vaxt, nəyə öz reaksiyasını versin. Tuts Telemansın çıxışı günü onu buraxmayıb, bisə qaldırmaq əvəzinə başqa vaxtı çığırıb-bağıran publika nədənsə susub qalmışdı.
O ki, qaldı arzulara,sənin vətəninə geridə qalmış ölkə kimi münasibət bəsləyəndə nəsə arzulamaq çətindir – sənin özünə də münasibət elə olacaq. Belə fikirləşirəm ki, bu, bizim özümüzdən asılıdır və güman edirəm ki, artıq keçmişdə qalan «Caz və Blyuz» festivalındakı bütün musiqiçilərimizin çıxışlarından sonra haqqımızda yaranan və artıq əcnəbi musiqiçilərlə bölüşdürülən təsəvvürlərdən sonra müəyyən dəyişikliklər baş verməlidir. Sadəcə bizlər də – hərə öz səviyyəsində tər tökməlidir, öz ölkəsinin imicinə hörmət qazandırmaq naminə işləməlidir.
Pianoçu və bəstəkar Vaqif Sadıqov:
- Ilk beynəlxalq səviyyəli festival rakursundan baxsaq – buraya olduqca nüfuzlu musiqiçilər çağrılmışdılar. Cazın korifeylərindən biri – Tuts Telemans özü daxili aləmi, tükənməz xoşxasiyyətliyi ilə, ilk baxışdan sadə, məzəli aləti ilə qəlbləri fəth etməklə bir nümunədir. Mayk Del Ferro və Dmitri Meteni formalaşmış caz musiqiçiləridir. Del Ferro ifaçılıq nyuanslar, gözəl səs oyununa, fortepiano çalarlarına mükəmməl bələd olub onları məharətlə tutuşdurmağı bacarır.
Bizim gənc musiqiçilərimizin də hamısı bacarıqlıdır. Ruslan Ağababayev çox ahəngli və ritmik çalır. Şahin Növrəsli isə çoxdandan diqqətimi cəlb edir: onun ritmik duyumunu, ifaçılıq xüsusiyyətləri, barmaqlarını çox bəyənirəm. Emil Məmmədovun çalğısında melodiklik duyulur; bu, çox gənc, romantik və cazla mahnı–estrada harmonik priyomlarından məhrum olmayan musiqidir ki, bunlar üslubi xüsusiyyətlərdir.
Festivalların keçirilişi zəruridir: əvvəla, dünyanın müxtəlif nöqtələrindən gələn musiqiçi axını bizim həyatımızda, mədəniyyətimizdə, yerli və beynəlxalq ictimai fikirində rezonans doğurur. Ikincisi, musiqi ilə ən sıx təmas vasitəsi CD yaxud video materiallar yox, məhz festivallardır – öz təcrübəmə əsaslanıb bunu deyirəm. Bir şərtlə ki, bu musiqiyə professional münasibət bəsləyib onun müxtəlif tərəflərini yaxşı qavrayasan və öz mənfi cəhətlərini də obyektiv görə biləsən.
Musiqiçilərimizə isə arzum budur ki, öz üzərlərində daha çox, ciddi işləsinlər və bir–birinə hörmət, gözəl insani münasibət, yumor hissi bəsləsinlər. Məncə festival və konsertlər bu baxımdan da kömək edə bilər, yoxsa onlarsız musiqiçi konservləşir, məhdud aləmə qapılır.
Sağ olsun amerikalılar və avropalılar ki, həmin festivalı həyata keçirdilər və yaxşı olardı ki, bu yardımı bizdən hələ əsirgəməsinlər, çünki öz iqtisadi şəraitimizlə biz hələ ki, buna qadir deyilik.
* * *
Mən də həmsöhbətimin son sözünə qatılıb «I Beynəlxalq Caz və Blyuz» festivalını həyata keçirmiş Mədəniyyət Nazirliyinə, ABŞ səfirliyinə, «Amerika səsləri» təşkilatı, Lüfthanza, Yunokl, ACCELS, Qaradağ sement idarəsi, Radisson şirkətinə, Avropa mehmanxanasına öz dərin minnətdarlığımı bildirirəm: əslinə baxdıqda, caz həyatımızın uzun–uzadı durğunluq dövründən tədricən qurtulma prosesində növbəti həlledici addımı onlar atıb. Amma heyf, addımın davamına bəslənilən ümidlər boşa çıxsa!…
Turan Məmmədəliyeva
Fotolar R.Nağıyev və S.Pirizadənindir.
Almaniyadan gələn Sax ‘n Hop triosunu da çox bəyəndim: onların ifa etdiyi musiqi mənə çox yaxın idi. Sonradan cem-seyşnlərdə bu üç saksofonçunun necə mədəni, ədəbli olduğunu, öz yerini, öz əhəmiyyətini, cem-seyşn prosesinin bütün incəliklərini duyan bilici, səriştəli musiqiçi olduqları bilindi. Onların, xüsusilə Verner Inqlertin keçirdiyi master-klasslar da, fikrimcə, ən faydalı, maraqlısı oldu.
Cemlərdə mən Kris Strik kimi məharətli zərbçini da tanıdım. Maraqlısı budur ki, caz-klubda o, özünü daha çox şoumen kimi göstərdi və bu da, aydındır, qızışmış publikanın təsirləri idi.
Respublika Sarayında isə Kris əsl cazmen, həssas bir musiqiçi kimi özünü tanıtdı. Heyf ki, onun çox ciddiliklə hazırlaşdığı solo hissəsini publikamız tamamlamağa qoymadı: solonun yarısından əl çalmağa başlayan çanyandıranlarımıza görə Kris solonu başqa səmtə yönəltməyə məcbur oldu. Yeri gəlmişkən xatırladım ki, solo zamanı aplodismentlərə başlamaq düzgün deyil, belə ki, solo – musiqiçinin əvvəldən sonadək inkişaf edən fikridir. O, öz fikrini tədricən açdıqca sən də əl çala bilərsən. Heç bir alət üçün, heç bir yerdə solo zamanı əl çalmazlar, yalnız növbəti alət ifaya başlayanda bu mümkündür.
Publikamız, ümumiyyətlə, çox qeyri-professirnaldır. Indiyədək bütöv bir nəsil yetişib və bilmir – harda, nə vaxt, nəyə öz reaksiyasını versin. Tuts Telemansın çıxışı günü onu buraxmayıb, bisə qaldırmaq əvəzinə başqa vaxtı çığırıb-bağıran publika nədənsə susub qalmışdı.
O ki, qaldı arzulara,sənin vətəninə geridə qalmış ölkə kimi münasibət bəsləyəndə nəsə arzulamaq çətindir – sənin özünə də münasibət elə olacaq. Belə fikirləşirəm ki, bu, bizim özümüzdən asılıdır və güman edirəm ki, artıq keçmişdə qalan «Caz və Blyuz» festivalındakı bütün musiqiçilərimizin çıxışlarından sonra haqqımızda yaranan və artıq əcnəbi musiqiçilərlə bölüşdürülən təsəvvürlərdən sonra müəyyən dəyişikliklər baş verməlidir. Sadəcə bizlər də – hərə öz səviyyəsində tər tökməlidir, öz ölkəsinin imicinə hörmət qazandırmaq naminə işləməlidir.
Pianoçu və bəstəkar Vaqif Sadıqov:
- Ilk beynəlxalq səviyyəli festival rakursundan baxsaq – buraya olduqca nüfuzlu musiqiçilər çağrılmışdılar. Cazın korifeylərindən biri – Tuts Telemans özü daxili aləmi, tükənməz xoşxasiyyətliyi ilə, ilk baxışdan sadə, məzəli aləti ilə qəlbləri fəth etməklə bir nümunədir. Mayk Del Ferro və Dmitri Meteni formalaşmış caz musiqiçiləridir. Del Ferro ifaçılıq nyuanslar, gözəl səs oyununa, fortepiano çalarlarına mükəmməl bələd olub onları məharətlə tutuşdurmağı bacarır.
Bizim gənc musiqiçilərimizin də hamısı bacarıqlıdır. Ruslan Ağababayev çox ahəngli və ritmik çalır. Şahin Növrəsli isə çoxdandan diqqətimi cəlb edir: onun ritmik duyumunu, ifaçılıq xüsusiyyətləri, barmaqlarını çox bəyənirəm. Emil Məmmədovun çalğısında melodiklik duyulur; bu, çox gənc, romantik və cazla mahnı–estrada harmonik priyomlarından məhrum olmayan musiqidir ki, bunlar üslubi xüsusiyyətlərdir.
Festivalların keçirilişi zəruridir: əvvəla, dünyanın müxtəlif nöqtələrindən gələn musiqiçi axını bizim həyatımızda, mədəniyyətimizdə, yerli və beynəlxalq ictimai fikirində rezonans doğurur. Ikincisi, musiqi ilə ən sıx təmas vasitəsi CD yaxud video materiallar yox, məhz festivallardır – öz təcrübəmə əsaslanıb bunu deyirəm. Bir şərtlə ki, bu musiqiyə professional münasibət bəsləyib onun müxtəlif tərəflərini yaxşı qavrayasan və öz mənfi cəhətlərini də obyektiv görə biləsən.
Musiqiçilərimizə isə arzum budur ki, öz üzərlərində daha çox, ciddi işləsinlər və bir–birinə hörmət, gözəl insani münasibət, yumor hissi bəsləsinlər. Məncə festival və konsertlər bu baxımdan da kömək edə bilər, yoxsa onlarsız musiqiçi konservləşir, məhdud aləmə qapılır.
Sağ olsun amerikalılar və avropalılar ki, həmin festivalı həyata keçirdilər və yaxşı olardı ki, bu yardımı bizdən hələ əsirgəməsinlər, çünki öz iqtisadi şəraitimizlə biz hələ ki, buna qadir deyilik.
* * *
Mən də həmsöhbətimin son sözünə qatılıb « I Beynəlxalq Caz və Blyuz» festivalını həyata keçirmiş Mədəniyyət Nazirliyinə, ABŞ səfirliyinə, «Amerika səsləri» təşkilatı, Lüfthanza, Yunokl, ACCELS, Qaradağ sement idarəsi, Radisson şirkətinə, Avropa mehmanxanasına öz dərin minnətdarlığımı bildirirəm: əslinə baxdıqda, caz həyatımızın uzun–uzadı durğunluq dövründən tədricən qurtulma prosesində növbəti həlledici addımı onlar atıb. Amma heyf, addımın davamına bəslənilən ümidlər boşa çıxsa!…
Turan Məmmədəliyeva
Fotolar R.Nağıyev və S.Pirizadənindir.
p align>
|