AZƏRBAYCAN BƏSTƏKARLAR ITTIFAQININ
LƏNKƏRAN TƏŞKILATINDAN YAZIRLAR... Yaqut HƏSƏNOVA |
2002-ci il may ayının 10-da Respublikamızın Prezidenti Heydər Əliyevin doğum günü münasibətilə Lənkəran musiqi texnikumunun zalında
1 saylı Lənkəran uşaq musiqi məktəbi şagirdlərinin konserti olmuşdur. Tamaşaçıların, müəllim və tələbələrin böyük maraq hissi ilə gözlədiyi konserti açan I sinif şagirdi Təhməzli Aydanın (müəllimi Qasımova R.) ifasında dahi bəstəkarımız F.Əmirovun «Məzəli rəqs» və rus xalq mahnısı «Kalinka»nın yaratdığı şux əhval-ruhiyyə bütün tədbir boyu hökm sürdü. Konsertin repertuarında xalq musiqimizlə yanaşı, Azərbaycan bəstəkarlarından F.Əmirovun, Q.Qarayevin, S.Rüstəmovun, T.Quliyevin, A.Məlikovun, xarici ölkə bəstəkarlarından Ş.Qunonun, F.Şopenin, A.Borodinin yaradılıqlarına müraciət olunmuşdur. Əsərlər müxtəlif sinif şagirdlərinin - fortepianoda M.Həsənli (I sinif); S.Hüseynov (III sinif); N.Cavadov və A.Nəhmətov (IV sinif); F.Babayeva, Ş.Həsənova, I.Nəhmətova (V sinif); G.Kazımlı və A.Cəfərova (VI sinif); Ş.Heydərova (VII sinif), tarda - C.Talıbov və R.Hüseynov (IV sinif); K.Bağırov (V sinif); kamançada – A.Axundov (IV sinif); balabanda – V.Salayev (IV sinif); qarmonda – H.Kərimovun (IV sinif) ifasında səsləndi. Be
lə ki, müəllimlərdən R.Qasımova, Z.Əliyeva, G.Rzayeva, S.Əliyeva, Z.Salmanova, E.Əliyeva, V.Cabbarova (fortepiano); C.Həsənov, S.Hüseynova, F.Nəcəfov, H.Kərimov (xalq çalğı alətləri) öz şagirdlərinin ifasında çəkdikləri əməyin bəhrəsini bir daha gördülər. Konsertin sonunda xanəndə Nəzərova Ruhiyyənin (müəllim – A.Rüstəmov), Ə.Əsgərov (tar) və T.Şərifovanın (kamança) müşayiəti ilə oxuduğu «Qatar» təsnifi Azərbaycan xalqının ölməzliyini, yaşayıb yaratmaq əzmini bir daha sübut etdi. |