REDAKSIYADAN: Sənətşünaslıq namizədi Nailə Mehdiyeva Azərbaycan musiqişünaslığında Qara Qarayev irsinin tədqiqatçılarından biri kimi tanınmışdır.
Hal-hazırda Türkiyədə yaşayıb fəaliyyət göstərən N.Mehdiyevanın redaksiyamıza göndərdiyi məktubundan göründüyü kimi, Qara Qarayevin yaradıcılığı türk musiqi ictimaiyyətinin də daim diqqət mərkəzindədir. Elə bəstəkarın epistolyar irsindən seçilmiş səhifələrin türkçə nəşri bunun bariz nümunəsidir. Qeyd etmək istərdik ki, Q. Qarayevin haqqında söhbət gedən məktubları ilk dəfə bəstəkarın 60 illik yubileyi münasibətilə 1978-ci ildə Moskvada nəşr olunan «Kara Karaev. Statği. Pisğma. Vıskazıvaniə.» («Qara Qarayev. Məqalələr. Məktublar. Mülahizələr».) kitabında (tərtibçi redaktor L.Karaqiçeva) çap edilmişdir. Əminik ki, rus dilində yazılmış həmin məktubların son illərdə Almaniyada və Türkiyədə çap olunduğunu bilmək və onların türkicəyə tərcümələri ilə tanışlıq Azərbaycan oxucuları üçün böyük maraq kəsb edəcək.
Milli mədəniyyətimizin fəxrlərindən biri olan Qara Qarayev yaradıcılığı Türkiyə musuqi ictimaiyyətində böyük maraq doğurur. Bilkənd Simfonik Orkestrinin proqramlarında tez-tez Qara Qarayev musiqisinin səslənməsi dahi bəstəkarın şəxsiyyətinə, həyat və yaradıcılığına olan maraqdan irəli gəlir. Bu günlərdə tanınmış türk jurnalisti Dinçer Yıldızın alman dilindən türkcəyə çevirdiyi D.D.Şostakoviçin Qara Qarayevə yazdığı məktublar türk mətbuatında işıq üzü gördü. Məktublar xronoloji ardıcıllıqla 1941-1970-ci illəri əhatə edir. (Yazışmalar D.Şostakoviçin vəfatına 5 il qalmış kəsilir). Məlumdur ki, dahi bəstəkar D.D.Şostokoviç eyni zamanda böyük müəllim olmuş, rus bəstəkarları pleyadasının, elecə də digər milli mədəniyyətlərin inkişafında mühüm rol oynamışdır.
Qara Qarayevin D. Şostakoviçin sinfində təhsil aldığı tələbəlik illəri professional musiqiçi kimi bəstəkarın yaradıcılıq işlərində və formalaşmasında böyük rol oynamışdır. Qara Əbülfəz oğlu Moskva Konservatoriyasını bitirdikdən sonra belə D.Şostakoviçlə əlaqəsini kəsməmişdi. Bu məktublarda öz əksini tapmış münasibətlər onların həyatında sonsuz dostluğa və sevgıyə çevrilmişdi. Böyük sənətkardan söz düşəndə onun həyatının hər hissəsi və yaradıcılığı maraq doğurur. Dahi bəstəkarın zəngin irsinin tədqiqində D.D.Şostakoviçin Q.Qarayevə yazdığı məktublar musiqişünaslar üçün qiymətli bir mənbə olacaqdır.
Türk jurnalisti və yazıçısı Dinçer Yıldız ədəbiyyat, musiqi və fəlsəfə məsələlərinə həsr olunmuş bir sıra kitab və məqalələrin müəllifidir. Dinçer Yıldız 1937-ci ildə Uskidarda (Türkiyə) anadan almuşdur. Ilk təhsilini Kayrseridə, 1956-1960-cı illərdə isə Stambul Universitetində təhsil almışdır. Eyni zamanda fəlsəfə və musiqiyə maraq göstərmişdir. 1965-1998-ci illərdə Almaniyada yaşayıb, orada Antroposofik dünyagörüşləri sahəsinin tədqiqi üzrə Pedaqoji Universitetə daxil olub təhsilini davam etdirmişdir. Bu təhsil ocağını bitirdikdən sonra 6 il ərzində Kassel şəhərində əqli zəif inkişaf etmiş uşaqlar üçün məktəbdə işləyib, musiqi, ritmlər və oyunlarla bağlı psixika və fiziki tapşırıqlara dair yeni metodiki sistem işləyib hazırlamışdır.
Dinçer Yıldız 1980-ci ildə Dortmunda köçür və orada 1998-ci ilədək öz pedaqoji fəaliyyətini davam etdirir.
1999-cu ildə Türkiyəyə (Ankara) qayıdır. Burada o, Almaniyada tamamladığı «Fəlsəfi şerlər», «Musorski və Milli musiqi» kitablarını dərc etdirir. 2000-ci ildən onun yazıları Bakıda da məşhur olan «Cumhuriyet» qəzetində və internetdə www.yenisayfa.com «Köşə yazıları» rubrikası altında dərc olunur, eyni zamanda «Orkestra» jurnalı ilə əməkdaşlıq edir.
Nailə MEHDIYEVA
ŞOSTAKOVIÇIN KARAYEVE BETIKLERI
Dinçer YILDIZ (Turkiyə, Ankara)
p align>
|