TƏTBIQI KULTUROLOGIYA
VƏ SOSIOLOJI TƏDQIQATLAR

Ilqar HÜSEYNOV
 



       Tətbiqi kulturologiyanı sosioloji tədqiqatlardan ayrı təsəvvür etmək mumkün deyil. Çünki tətbiqi kulturologiya mədəniyyətin əsasən empirik tərəfi ilə məşğul olduğundan o, ictimai həyatda baş verən bütün proseslərin, tələbatların səviyyəsini və dərəcəsini müəyyənləşdirmədən mədəni əməli fəliyyətin inkişaf dinamikasından uzaq düşür. Bunun da nəticəsində cəmiyyətin mədəni həyatında durğunlur baş verir, təkamül ləng gedir. Gəmiyyətin mədəni həyatı isə rəngarəng olduğundan onun canlı orqanizmi olan insanların da sosial kateqoriyaları müxtəlifdir. Hər bir sosial kateqoriyaya malik olan insanların özünəməxsus mədəni tələbatları vardır. Məhz bu tələbatları dəqiqləşdirmədən, onların dərəcələrini müəyyənləşdirmədən mədəni-əməli işin həyata keçirilməsi və onun lazımı səviyyəyə çıtdırılması mümkün deyildir. Bu baxımdan sosioloji tədqiqatlar aparmadan müxtəlif sosial təbəqənin mənəvi ehtiyaclarını, onların bədii yaradıcılığa və digər özfəaliyyət sahələrinə olan meyllərini aşkar etmək çətindir. Həmçinin, əhalinin asudəvaxt müddətindəki mənəvi tələbatını da dəqiqləşdirməyə böyük ehtiyac vardır. Xüsusilə, Azərbaycan müstəqillik əldə etdikdən sonra bütün mədəniyyət müəssisələrinin fəaliyyəti bazar iqtisadiyyatı şəraitinə uyğun şəkildə təşkil olunmaqla istiqamətləndirilmişdir.

       Bazar iqtisadiyyatı şəraiti özünüidarəetmə prinsipinə əsaslandığı üçün mədəniyət müəssisələri əhalinin sosial-psixoloji durumunu, ayrı-ayrı fərdlərin və qrupların estetik duyumunu müəyyənləşdirməli, mənəvi tələbatın səviyyəsinə uyğun olan iş qurmalıdır.

       Tətbiqi kulturologiya sosioloji tədqiqatları mədəniyyət müəssisələrinin işinin müasir şəraitə uyğun olaraq düzgün qürülmasının əsas informasiya mənbəyi kimi qiymətləndirir, onun əldə etdiyi empirik materialların mədəni quruculuq proseslərinə tətbiq olunmasını zəruri hesab edir.

       Sosioloji tədqiqatlar adından məlum olduğu kimi sosial-mədəni mühitin real mənzərəsini əks etdirən vasitədir.

       Sosioloji tədqiqatlar qarşıya qoyulan konkret sulallar ətrafında təşkil olunur və onun nəticələri nəzəri təhlilin əsas mövzusuna çevrilir.

       Müəyyənləşdirilən suallar öz aktuallığı ilə fərqlənir və xarakter etibarı ilə mövcud həyatla, müxtəlif problemlərin ictimai, siyasi, mədəni mühiti ilə əlaqələndirilir. Tədqiqatın nəticələrinin mahiyyəti də qarşıya qoyulan sualların aktuallığından, ictimai dəyərindən çox asılıdır. Çünki bu sualların arxasında çox fəal ictimai varlıq olan insan və şəxsiyyət durur. Şəxsiyyət «özünün praktiki fəaliyyətini bir tərəfdən ətraf dünyanın obyektiv qanunauyğunluqlarını dərk etmək əsasında qurur. Bu qanunların tələblərinin adekvat surətdə əks olunması insanın təkcə fəaliyyətinin deyil, həm də sosial davranışının məzmununu şərtləndirir»1.

       Sosioloji tədqiqatlar apararkən həm şəxsiyyətin fəaliyyətinin və sosial davranışının xarakteri və tələbatı dəqiqləşdirilir, həm də bu tələbatın ödənilməsinin təcrübi mexanizmi işlənib hazırlanır.

       Rus kulturoloqları sosioloji tədqiqatın təşkilinin dörd əsas mərhələdən ibarət olduğunu qeyd edirlər:
       – tədqiqatın hazırlıq mərhələsi;
       – ilin sosioloji məlumatlarının toplanılması mərhələsi;
       – yığılmış məlumatların sistemləşdirilməsi və onların elektron-hesablama maşınları vasitəsilə sistemləşdirilməsi;
       – sistemləşdirilmiş məlumatların təhlili, tədqiqatın yekularına əsaslanan hesabatın hazırlanması, nəticə və rəylərin formalaşdırılması2.

       Sosioloji tədqiqatların aparılması forması qarşıya qoyulan məqsədin xarakterindən asılıdır. Tədqiqatın mahiyyəti onun məkanını və məntiqi xüsusiyyətini müəyyən edir. Tədqiqatın obyektinə çevrilən mövzunun əhatə dairəsi formanın dəqiqləşdirilməsində xüsusi rol oynayır.

       Öz xarakterik xüsusiyyətlərinə görə sosioloji tədqiqatın üç əsas növündən istifadə olunur. Bunlardan birincisi, kəsfiyyat xarakterli tədqiqatdır. Belə tədqiqatlar yığcam xarakter daşıyır və məhdud dairəni əhatə edir. O, ikili məlumatların, sənədlərin toplanılması və öyrənilməsi prosesidir. Sosioloji tədqiqatın bu növü daha geniş masştablı tədqiqatların ilkin mərhələsi hesab olunur. O, tədqiq olunan obyekt haqqında əlavə məlumatlar əldə etmək üçün imkanlar açır, yeni məlumatlar əldə olunmasına şərait yaradır. Buna görə də, bu növ tədqiqat yardımçı vasitə kimi özünü biruzə verir.

       Kəşfiyyat xarakterli tədqiqatın ekspres-sorğu xüsusiyyətli forması da vardır. Ekspress-sorğu xüsusi məlumatların əldə olunması prosesində istifadə olunur. Respondentlər müxtəif hadisə və faktlara bədahətən, aparılan sorğular nəticəsində münasibət bildirir. Məsələn, hər mühazirənin dinləyicilərindən, müxtəlif mədəni-kütləvi tədbirlərin, siyasi aksiyaların iştirakçılarından və s. proseslərin şahidlərindən ekspress sorğular götürülür.

       Sosioloji tədqiqatın ikinci növü, yazılı tədqiqat adlanır. Yazılı tədqiqat konkret sosioloji təhlilin ən mücərrəd formasıdır. Bu tədqiqat növünün qarşısında duran əsas məqsəd empirik məlumatların alınması və təcrübə prosesində əldə olunan bu məlumatların öyrənilməsidir.

       Yazılı tədqiqatın əhatə dairəsi daha geniş olur və əldə olunan məlumatlar sosioloji obyektin bütün tərəflərini geniş şəkildə öyrənməyə istiqamətləndirir. Əldə olunan məlumatların xüsusi hesabatı aparılır, onlara münasib olan təhlil metodu seçilir, tədqiqatın məqsədi, məzmunu, istiqamətləri, funksiyaları müəyyənləşdirilir.

       Yazılı sosioloji tədqiqatlar mükəmməl şəkildə hazırlanmış proqram əsasında yerinə yetirilir. Həmin proqrama uyğun olaraq əldə olunan materiallar qruplaşdırılır, xarakterizə edilir, qiymətləndirilir.

       Üçüncü növ sosioloji tədqiqatlar analitik tədqiqat adlanır. Analitik tədqiqat sosioloji tədqiqatın daha dərin məzmunlu təhlil növü olub, öürənilən obyuktin bütün tərəflərinə rasional mövqedən yanaşır.

       Analitik tədqiqat obyektinin bütün xarakterik xüsusiyyətlərini faktlar əsasında təhlil edir, onun məqbul və qeyri-məqbul tərəflərini üzə çıxarır. Həmçinin, analitik tədqiqata xeyli vaxt lazım gəlir və daha ortimal proqrama, fəaliyyət metodlarına ehtiyac yaranır.

       Analitik tədqiqat sosioloji materialların toplanılmasına və tədqiqinə kompleks şəkildə yanaşır. Burada müxtəlif formalı sorğulardan, müşahidələrdən, təhlillərdən istifadə olunur.

       Daha müstəqil tədqiqat forması olduğundan analitik tədqiqat mahiyyətcə eksperiment xarakteri daşıyır. Çünki tədqiqinə müxtəlif yanasma metodlarından istifadə etməsi müxtəlif hadisə və obyektin sosioloji tədqiqinə yeni cəhətlər əlavə edir.

       Sosiolji tədqiqatlar zamanı eksperimentlər aparmağın bir çox problemləri də mövcuddur. Çünki insan fəaliyyəti, cəmiyyətin həyatı ilə bağlı aparılan eksperimentlər bəzən nəticə etibarı ilə təsəvvürlər şəklində özünü biruzə verir. Buna görə də, sosioloq alimlər mənəviyatla bağlı məsələlər ətrafında eksperiment xarakterli tədqiqatların aparılmasını düzgün hesab etmirlər.

       Tətbiqi kulturologiya sosioloji tədqiqatlardan əsasən sosial layihələndirmə məqsədi üçün istifadə edir. Belə ki, bir çox mədəni-kütləvi tədbirlərin təşkili prosesində sosioloji tədqiqatların nəticələri əsasında sosial layihələndirmələr aparılır. Xüsusilə, müasir mərhələdə mədəni-kütləvi tədbirlərin həyata keçirilməsinin maliyyə imkanları sosial layihələndirmələrdən çox asılıdır. Çünki bu layihələrin reallaşdırılması əsasən qrantlar vasitəsi ilə həyata keçirilir. Bir sıra beynəlxalq təşkilatlar ayrı-ayrı mədəni kütləvi tədbirərə, yalnız elmi cəhətdən əsaslandırılmış sosial layihələrə qrantlar ayırır.

       Sosial proqnozlaşdırma da sosioloji tədqiqatlar əsasında yerinə yetirildikdə gələcək mədəni quruculuq proseslərinin inkişaf dinamikasını dəqiqləşdirir, əhalinin mənəvi tələbatını əvvəlcədən müəyyənləşdirir. Təbii ki, sosial layihələndirməyə və sosial proqnozlaşdırmaya bir ictimai quruluşun digəri ilə əvəz olunduğu halda daha böyük ehtiyac duyulur.

       «Sosial layihələşdirmənin əsas mahiyyəti qarşıya qoyulmuş məqsədə çatmaq üçün aşkar edilmiş vəzifə və problemləri həll etməyə imkan verən vasitələrin məzmununu quraşdırmaqdan ibarətdir. Bu vasitələr iki formada mövcud olur: layihələşdirilən obyektin sosial parametrlərinin sistemi və onların kəmiyyət göstəriciləri kimi, layihələşdirilən göstəricilərin həyata keçirilməsini təmin edən konkret təbdirlərin məcmuyu və gələcək obyektin keyfiyyət xarakterləri kimi»3.

       Qeyd olunan layihələşdirmənin əsas mahiyyəti və məzmunu mədəniyyətin bütün sahələrinin idarəetmə prosesinə tətbiq olunur.

       Sosioloji tədqiqatlar konkret metodologiya əsasında aparılır. Metodologiyaya əsaslanaraq ilk mərhələ tədqiqata hazırlıq işləri ilə bağlıdır. Hazırlıq mərhələsində tədqiqatın proqramı, iş planı tərtib olunur və yardımçı sənədlər müəyyənləşdirilir.

       Sosioloji tədqiqatların proqramı konkret obyektin, hadisə və ya prosesin öyrənilməsinə qərar verildikdən sonra işlənib hazırlanır. Təbii ki, tədqiqat obyekti metodoloji və nəzəri cəhətdən əsaslandırılır, onun ictimai əhəmiyyəti, aktuallığı müəyyənləşdirilir. Tədqiqat obyektinin bütün sahələri mütəxəssis təhlilindən keçir. Yalnız bundan sonra sosioloji tədqiqatın dərin düşünülmüş proqramı işlənilir. Proqram tədqiqatın bütün mərhələlərini əhatə edir, onu son nəticəyə qədər istiqamətləndirir. Elə bu cəhətinə görə də sosioloq alimlər proqramı tədqiqatın strateji sənədi adlandırırlar. Bunun əsasında sosioloji tədqiqatın vahid bir konsepsiyasına nail olmaq mümkündür.

       Mövzusundan asılı olmayaraq, hər bir tədqiqat obyekti formula edilir və problemin əhəmiyyəti baxımından əsaslandırılır. Ilk növbədə, sosioloji obyektin informasiya tələbatı öyrənilir. Eyni zamanda, tədqiqat obyektinə daxil olan hadisələrin, problemlərin sosial səviyyəli ziddiyyətləri nəzərdən keçirilir və bu ziddiyyət-lərin aradan qaldırılması yolları, vasitələri dəqiqləşdirilir. Lakin aparılan tədqiqat prosesində əngəllərdən qaçmaq üçün problemin yığcam-lığına xüsusi diqqət yetirmək lazımdır. Çünki problemin olduqca geniş masştabda öyrənilməsi istəyi bir çox çətinliklər yarada bilər. Xüsusilə, tədqiqat planı olduqca lakonik olmalı, mədəniyyət müəssisəsinin imkanlarına uyğunlaşdırılmalıdır.


       Hamıya məlumdur ki, mədəniyyət sahəsində tətbiqi kulturologiyaya aid sosioloji tədqiqatların reallaşdırılması işi ilə əsasən mədəniyyət müəssisələrinin əməkdaşları məşğul olurlar. Onların fəaliyyətləri isə regional xarakter daşıyır. Məhz, sosioloji tədqiqatların aparılması prosesində regional xüsusiyyətlərin nəzərə alınması iki planın konkret əhatə dairəsi üçün zəmin yaradır. Regional zəmində mövcud olan ziddiyyətlər, onların aradan qaldırılması yolları yeni kəmiyyət və keyfiyyət baxımından öyrənilir. Tədqiqatın aparıcı prinsipi kimi inkişaf meylləri və istiqamətləri dəqiqləşdirilir. Məsələn, ərazidə və ya regionda mədəni əyləncəyə, özləaliyyət yaradıcılığına, idmana, turizmə və s. mədəni təşkilatlara olan tələbat və maraqlar səviyyəsi aşkarlanır. Maraq və tələbatın aşağı və ya yuxarı olmasının səbəbləri analitik təhlil nəticəsində müəyyənləşdirilir. Bu proses mədəniyyət sahəsində, xüsusilə tətbiqi kulturologiya fəaliyyəti istiqamətində yeni keyfəyyət və kəmiyyət amil lərinə yiyələnmək üçün böyük əhəmiyyət kəsb edir.

       Yuxarıda tədqiqatın vahid bir problem ətrafında aparılmasına üstünlük verdik. Lakin, sosioloji tədqiqat zamanı bəzən bir çox problemin cavabının müəyyənləşdirilməsinə cəhdlər olunduğuna da təsadüf edilir. Buna «Cox problemli» tədqiqat deyirlər. Çox problemli sosioloji tədqiqatlar hadisələrin, inkişafa mane olan səbəblərin daha obyektiv şəkildə öyrənilməsi prosesini çətinləşdirir. Bir neçə problemin vahid tədqiqat prosesində öyrənilməsi fəaliyyət mexanizmini mürəkkəbləşdirir, xüsusilə əldə olunmuş sosioloji informasiyanın məzmununa dağınıqlıq gətirir. Bunun da nəticəsində həmin materiallar üzərində məntiqi ümumiləşdirmələr aparmaq çətinləşir.

       Sosioloji tədqiqatların aparılması prosesi bir çox metodoloji ümumiləşdirmə mərhələsindən ibarətdir. Birinci mərhələdə, sosioloji tədqiqatın məqsədi müəyyən edilir. Yalnız bundan sonra tədqiqatın əhatə dairəsi müəyyənləşdirilir.

       Sosioloji tədqiqat böyük praktiki əhəmiyyətə malik olub, bir sıra tədbirlərin iş planının hazırlanmasına, idarəetmə sisteminə aid olan qətiyyətli qərarların verilməsinə, sosial həyatın müxtəlif sahələri üzrə səmərəli fəaliyyətin təşkil olunmasına kömək edir.

       Ilkin mərəhələdə, sosioloji tədqiqatın təşkilatçıları qarşıya qoyulan məqsədlə bağlı olan problemlərin həllinə aid vasitə və imkanları nəzərdən keçirirlər.

       Ikinci mərhələ, tədqiqatın obyektinin müəyyən edilməsi və predmetinin dəqiqləşdirilməsi mərhələsidir.

       Təbii ki, sosioloji tədqiqatın obyekti insanların fəaliyyəti və onların biliyi, ümumi maraqları, fərdi xususiyyətləri və s. ilə əlaqədar ola bilər. Əsas məsələ ondadır ki, sosioloji tədqiqatın obyekti ictimai, siyasi, mədəni əhəmiyyət kəsb etməli, sosial problemlərin daşıyıcıları olmalıdır. Obyektin öyrənilməsi prosesində əldə olunan bilgilər əsasında sosial mühitə bu və ya digər formada təsir etmək imkanı yaranmalıdır. Nəzərə almaq lazımır ki, hər bir tədqiqat obyektinin hüdudları, yəni əhatə dairəsi müxtəlifdir. Eyni zamanda, bu və ya digər problemin meydana gəlmə səbəbləri bəzən tədqiqat obyektinin hüdudlarından kənarda özünü biruzə verir. Bu faktor tədqiqat obyektinin miqyasının daha da genişlənməsinə səbəb olur, sosioloji tədqiqatın obyektiv nəticələrinin müəyyənləşdirilməsinə imkan yaradır. Belə vəziyyəti müxtəlif mədəni-kütləvi təbdirlərdə, özfəaliyyət yaradıcılığı birliklərinin məşgələlərində və s. proseslərdə müşahidə etmək olar. Məsələn, özfəaliyyət yaradıcılığı dərnəklərində və birliklərində məşğələlərin səviyyəsinin aşağı olması, yaxud hər hansı tədbirin şablon metodika ilə keçirilməsi təkcə iştirakçıların fəaliğının aşağı səviyyədə olmasından asılı deyildir. Bəzən bu halın əsas səbəbini məşğələni aparan müəllimin, rəhbərin və ya təşkilatçının səviyyəsinin aşağı olmasında axtarmaq lazım gəlir. Bu vəziyyət isə tədqiqatın obyektini ikiləşdirir. Bir tərəfdən iştirakçılar və ya dinləyicilər ayrıca tədqiqat obyektinə çevrilir, digər tərəfdən isə bir obyekt kimi təşkilatçıların, müəllimlərin səviyyəsini, işgüzarlıq dərəcəsini və s. xüsusiyyətləri öyrənməyə zərurət yaranır. Bu amillərin aşkar edilməsi tədqiqat obyektinin düzgün müəyyənləşdirilməsi üçün real şəraiti aşkar edir. Məhz obyektin müxtlif tərəflərinin aşkar edilməsi və öyrənilməsi tədqiq olunan problemin hərtərəfli şəkildə öyrənilməsinə imkan yaradır.

       Üçüncü mərhələ, tədqiqat prosesində istifadə olunan vasitələrin, metodların və anlayışların məntiqi təhlilindən ibarətdir.

       Məntiqi təhlil zamanı əsasən tədqiqatın metodologiyası dəqiqləşdirilir və bu dəqiqləşdirməyə uyğun olaraq tədqiqat mexanizmi, onun vahid konsepsiyası ümumiləşdirilmiş formada işlənilir. Yalnız bu vəziyyətlərin həyata keçirilməsi əldə olunan ilkin informasiyaları zəruriləşdirir.

       Maraqlıdır ki, bu gün tətbiqi kulturologiyanın fəaliyyət imkanlarını tətbiqi sosiologiyadan ayrı təsəvvür etmək mümkün deyildir. Belə ki, hər iki sahə empirik materialların məntiqi quruluşuna xüsusi diqqət yetirir və bu məqsədlə də sosioloji tədqiqatlar zamanı metodoloji proseduranın həyata keçirilməsinə xüsusi həssaslıq yaranır. Tədqiqat prosesində mühüm yer tutan əsas anlayışlar geniş təhlil olunur. Məsələn, «sosial fəallıq», «sosial siyasi fəallıq», «sosial mədəni fəallıq» və s. anlayışların təhlili tədqiqatın istiqamətlərini genişləndirir, onun məzmununu, əhatə dairəsini dərinləşdirir. Müxtəlif anlayışların məntiqi təhlili zamanı tədqiqat obyektinin xarakterik xüsusiyyətləri aşkarlanır. Bu da nəticə etibarı ilə tədqiqatla bağlı yeni hipotezlərin meydana gəlməsinə səbəb olur. Tədqiqatın hipotezləri onun məqsədinin aydınlaşmasına yardımçı olur, müxtəlif metod və üsulların tətbiq olunmasına əsas yaradır. Hipotezin formula edilməsi nəticəsində tədqiqatın ümumi istiqaməti müəyyənləşdirilir. Hipotez vasitəsilə hər hansı faktın, hadisə və prosesin həll edilməsi üçün irəli sürülən elmi fərziyyələr məntiqi təhlil prosesində ya təsdiq olunur, ya da inkar edilir.

       Peşəkar kulturoloqlara və sosioloqlara məlumdur ki, obyektindən asılı olmayaraq bütün sosioloji tədqiqatlar əvvəlcədən müzakirə edilən müxtəlif fərziyyələrə əsaslanır.

       Fərziyyələr sosioloji informasiyanın toplanılması prosesində xüsusi əhəmiyyət kəsb edir və tədqiqatın operativliyini sürətləndirir. Bu prosesdə tədqiqatçının abstrakt idrakı xüsusi rol oünayır. Abstrakt idrak tədqiqatçının fantaziyasını artırır və bir çox anlayışların müəyyənləşdirilməsində ona yardımçı olur. Digər tərəfdən, abstrakt idrak tədqiqatçıya çevik düşünmək və fikir yürütmək imkanı verir. Xüsusilə ayrı-ayrı anlayışların məntiqi təhlili prosesində abstrakt idrak fikri fəallaşdırır, yeni metodlar seçimi imkanı yaradır.

       Sosioloji tədqiqatlar sosiologiyanın tətbiqi sahələrini əhatə edir. Onun qarşısına çıxan vəzifələr isə tədqiqat obyektinin məntiqi tələblərindən, məqsədindən irəli gəlir. Tədqiqat tətbiqi kulturologiya sahəsinə şamil edilirsə deməli, hipotezə uyğun olaraq o kulturologiyaya aid proseslərin öyrənilməsi ilə bağlı tələbləri ifadə edir. Bu da ona dəlalət edir ki, tədqiqatın mərkəzi sualı onun əsas vəzifəsini aşkar edir. Əsas vəzifə tədqiqatın məqsədi ilə bağlıdır. Mərkəzi sual da məqsədin mahiyyətindən asılıdır. Əgər məqsəd adamların istirahət və əyləncəyə ümumi marağını öyrənməkdən ibarətdirsə, bu məsələdə əsas vəzifə dəqiqləşdirilir. Lakin, mövzunun əhatə dairəsi tədqiqatın qarşısına əlavə vəzifələr də çıxarır. Çünki, tədqiqatın əhatə dairəsinə və xarakterinə uyğun olaraq əlavə məsələlərin öyrənilməsinə də ehtiyac yaranır. Məsələn, «hansı sosial və demoqrafik qrup istirahət və əyləncəyə daha çox meyillidir», yaxud «istirahət və əyləncənin maddi-texniki bazası mar aqlara uyğyndurmu» kimi suallar tədqiqatın əlavə vəzifələrini meydana çıxarır.

       Sosioloji tədqiqatın əsas vəzifəsi əmək kollektivində mənəvi iqtisadi tərbiyənin təhlili məsələsinə də aid edilə bilər. Sözsüz ki, bu əsas vəzifənin yerinə yetirilməsi üçün aşağıdakı əlavə vəzifələrin öyrənilməsinə də ehtiyac yaranır:
       – istehsal intizamının vəziyyəti;
       – istehsalçının estetik durumunun səviyyəsi;
       – kollektivdə peşəkar iqtisadi təfəkkürün vəziyyəti;
       – kollektivdə mənəvi tərbiyə işinin formaları və s.

       Sosioloji tədqiqatlar bütün cəmiyyətlərin həyatında inkişafın tənzimləyicisi, təkamülün hərəkət mexanizmi kimi nəzərə çarpır. Sosioloji tədqiqatlar aparmadan maddi, mənəvi, siyasi, elmi, dini və s. proseslərin inkişaf dinamikasını dəqiqləşdirmək və istiqamətləndirmək mümkün deyildir. Buna görə də, vaxtaşırı aparılan sosioloji tədqiqatlar ictimai həyatın bütün sahələri üzrə statistik məlumatların əldə olunmasına, insanların mənəvi və iqtisadi tələbatının öyrənilməsinə kömək edir. Sosioloji tədqiqatlar vasitəsilə əldə olunan məlumatların cəmiyyətin həyatına yaradıcılıqla tətbiqi təkamül prosesində yaranan durğunluqları aradan qaldırmaq üçün bir vasitəyə çevrilir.

       Eyni zamanda, sosioloji tədqiqatlar vasitəsilə bu və ya digər problemlər, məsələlər haqqında əhalinin ictimai fikri müəyyənləşdirilir və həmin müəyyənləşmənin müqabilində işlər görülür, ehtiyaclar ödənilir, yeniliklər meydana gəlir.

       Xüsusilə, mədəniyyət sahəsində aparılan sosioloji tədqiqatlar əhalinin müxtəlif kateqoriyalarının tələbatını öyrənir, bəzi özfəaliyyət yaradıcılığı, asudəvaxtın mədəni təşkili üçün lazım olan imkanları aşkar edir, yüksək mənəvi mühitin formalaşması üçün yeni forma və metodların işlənib hazırlanmasına sosial-informasiya mühiti yaradır. Klublarda, mədəni-idman komplekslərində, mədəniyyət və istirahət parklarında, əydəncə mərkəzdərində çalışan peşəkar mədəniyyət işçilərinin yaradıcılıq fəaliyyətləri üçün yeni imkanlar açır, onları bütün sahələr üzrə ictimai rəyin vəziyyəti haqqında dolğun informasiya ilə ardıcıl olaraq təmin edir.

       Sosioloji tədqiqatlar cəmiyyətin ictimai həyatının bütün sahələrində aparıldığı üçün onun işlək metodları da müxtəlifdir.

       Sosioloji tədqiqatın işlək metodları əvvəlcədən hazırlanmış tədqiqat proqramının məzmunundan, mahiyyətindən, qarşıya qoyduğu məqsəddən çox asılıdır. Məhz tərtib olunan proqramda sosioloji tədqiqatın metodiki hissəsi də öz əksini tapır. Bunlar təxminən aşağıda qeyd edilən əhatə dairəsinə malik olurlar:
       – məcmu halında tədqiqatın müəyyən edilməsi;
       – ilkin sosioloji informasiyanın yığılmasında istifadə olunan metodların xarakteristikası;
       – informasiyanın yığılması üçün instrumentariyanın məntiqi strukturu.


       Yuxarıda qeyd etmişdik ki, hər şeydən əvvəl, tədqiqat obyekti dəqiqləşdirilir. Tədqiqat obyekti mücərrəd bir anlayış deyil, konkret kollektivdən, sayı və əhatə dairəsi müəyyənləşdirilmiş insan qruplarından ibarətdir. Məlumdur ki, kollektivlər kəmiyyət və xarakter etibarı ilə müxtəlifdir. Kollektivin minlərlə üzvü və onlarla sosial qrupları ola bilər. Elə bir mühitdə sosioloji tədqiqatın hansı metodundan istifadə edilməsinin səmərəliliyi dəqiqləşdirilməlidir. Məsələn, minlərlə işci qüvvəsi olan böyük kollektivdə sosioloji tədqiqatın sorğu metodundan istifadə etmək çox çətindir. Birincisi, ona görə ki, tədqiqat obyekti kimi bütün insanlar arasında sərğu keçirmək uzun vaxt tələb edir. Uzun vaxt müddətində isə cəmiyyətin, kollektivin həyatında yeni sosial vəziyyət formalaşır. Bunun da nəticəsində aparılan sorğunun tətbiq olunma vaxtı ötüb keçir və çəkilən zəhmət hədər gedir. Digər tərəfdən sorğuya əhalinin böyük bir hissəsinin cəlb olunması külli miqdarda vəsait hesabına başa gəlir. Tədqiqata çoxlu sayda fəalların cəlb olunmasına ehtiyac yaranır. Tədqiqatın obyektinin əhatə dairəsi həm onun reallaşmasının ömrünü uzadır, həm də fəalları yorur və onların diqqətini mövzudan yayındırır. Bunun da nəticəsində tədqiqat köhnəlir və reallaşmadan nəticəsiz qalır. Buna görə də əksər hallarda sosioloqlar geniş masştablı sosioloji tədqiqatlardan çox təsadüfi hallarda – zəruri vəziyyətlərdə istifadə edirlər. Demək olar ki, həmişə sosioloji tədqiqatlar konkret sosial və demoqrafik qruplar üzrə seçmə xarakter daşıyır. Yəni tədqiqatın struktur xüsusiyyətlərinə, sosial-demoqrafik cəhədlərinə görə yığcam olaraq müəyyən tədqiqatın struktur xüsusiyyətlərinə, sosial-demoqrafik cəhdlərinə görə yıgcam olaraq müəyyən miqdarda adamlar seçilir. Elə buna görə də, sosioloqlar bu qanunauğunsuzluqdan istifadə ehnəyi «seçmə» üsul adlandırırlar. Alimlər sosioloji tədqiqatın keyfiyyətini də seçmə üsulundan düzgün və səmərəli layihələşdirilir və tədqiqat obyektinin dinamik xüsusiyyətləri nəzərə alınır.

       Seçmə layihəsində tədqiqat üçün ayrılmış insan qruplarının sosial tərkibi qeyd olunur Qarşıya qoyulan məqsəd və iş prinsiplər aşkarlanır. Insan qruplarının ayrılması aşağıdakı prinsiplərə əsaslanır:

       – sorğunun keçirilməsi mexanizmi müəyyənləşdirilir, onun texniki tərəfləri əsaslandırılır;
       – sorğunun gedişində əldə olunan informasiyanın doğruluğunun müəyyən edilməsinin texnologiyası dəqiqləşdirilir.

       Sosioloji tədqiqatın anket sorğusu, müsahibə, sənədlərin təhlili, söhbət, müşahidə və s. kimi müxtəlif metodları vardır. Tədqiqat zamanı hansı metoddan istifadə edilməsinə baxmayaraq onların hər biri tədqiqatın proqramının metodiki hissəsində qeyd olunan informasiya tələblərinə cavab verməlidir. Həmin proqramda ayrı-ayrı metod və üsulların xarakteristikası, tətbiq olunma xüsusiyyətləri, sualların qoyuluşu qaydaları öz əksini tapır və tədqiqat istiqamətvericilik funksiyasını yerinə yetirir. Məhz sosioloji tədqiqatın proqramında instrumentariyanın müstəqil sənəd kimi çıxış etməsi tədqiqat metodlarından istifadə etmənin keyfiyyət amilinə təsir edir, onları tənzimləyir.

       Eyni zamanda, yuxarıda deyilənlərlə yanaşı, informasiyaların işlənib hazırlanmasının məntiqi sxemi də sosioloji tədqiqat proqramında öz əksini tapır.

       Bütün bu qeyd olunanlar sosioloji tədqiqat proqramının hazırlanmasının çox mürəkkəb və peşəkarlığa əsaslanan bir iş olduğunu göstərir. Sosioloji tədqiqat proqramı çox ciddi sənəd olduğundan daha təcrübəli mütəxəssislər tərəfindən hazırlanır. Proqram hazırlanarkən tələskənliyə yol verilmir və lazım olduqda onun üzərində uzun müddət işləməyə vaxt sərf edilir. Bu tələbat sosioloji tədqiqat planının keyfiyyətini artırır və tədqiqatın daha yüksək elmi səviyyədə həyata keçirilməsinə müsbət təsir göstərir.

       Proqramdan əlavə sosioloji tədqiqatın iş planı da olur. Iş planı tədqiqatçının bütün fəaliyyətini istiqamətləndirir və görüləcək işin maliyyə məsələsini, həm də elmi-təşkilati ahəngdarlığına əlverişli təminat yaradılır. Iş planı görülən işlərə nəzarəti artırır, hesabatlara qanuni zəmin yaradır, maliyyə məsrəflərinin qarşısını alır. Iş planı tədqiqatın bütün mərhələlərində iş prosesini sabitləşdirir.

       Iş planının hazırlanması da peşəkar mütəxəssislər tərəfindən yerinə yetirilir. Onu hazırlayan adamlar idarəetmənin qanun və qaydalarını, icra fəaliyyətinin prinsiplərini yaxşı bilməlidir. Xüsusilə, sosial planlaşdırmanın prinsipləri haqqında onun geniş məlumatı olmalıdır. Iş planını hazırlayan mütəxəssis sosial planlaşdırmanın təkcə praktiki tərəfini deyil, həm də nəzəriyyəsini də bilməlidir. Digər tərəfdən, cəmiyyətin mədəni həyatına dərindən bələd olmalı, tətbiqi kulturologiyanın elmi-nəzəri tələblərini dərk etməli, sosioloji tədqiqatın nəticələrinin cəmiyyətin həyatına realizə edilməsi yollarını qabaqcadan proqnozlaşdırmağı bacarmalıdır. Məhz bu xüsusiyyətlər sosial hadisələrin elmi əsaslarla dərk edilməsinin mahiyyətindən irəli gəlir.

       Sosioloji tədqiqatın aparılması dəqiqlik tələb etdiyindən onun iştirakçıları arasında maarifləndirmə tədbirlərinin həyata keçirilməsinə çox böyük ehtiyac vardır. Tədqiqat prosesində iştirak edən adamlarla əvvəlcədən elmi-nəzəri, metodiki xarakter daşıyan iş aparılmalıdır. Yalnız bundan sonra onlar arasında dəqiq əmək bölgüsü həyata keçirilməlidir. Əmək bölgüsü aparıldıqdan sonra isə iştirakçıların təşkilati fəaliyyətləri bir-biri ilə əlaqələndirilməlidir.

       Məlumdur ki, sosioloji tədqiqatlar səviyyəsindən asılı olmayaraq bir sıra mürəkkəb mərhələlərdən keçir. Real həqiqətlərin üzə çıxarılması üçün isə hər bir iştirakçının, təşkilatçının praktiki fəaliyyəti vahid elmi mərkəzdən idarə olunur və həmin elmi mərkəz sosioloji informasiyanın keyfiyyətinə daima diqqət yetirir. Elmi mərkəz hər bir informasiyanın reallığa uyğun olub-olmamasını yoxlayır. Etiraf edək ki, bəzən sosioloji tədqiqata cəlb olunan hər hansı bir şəxsin saxta fəaliyyəti, yaxud səhlənkarlığı ucbatından elmi mərkəzə təhrif olunmuş yanlış informasiyalar da daxil ola bilir. Bu da tədqiqatın nəinki elmi səviyyəsini azaldır, eyni zamanda onun nəticələrini heçə endirir. Belə saxta tədqiqatları cəmiyyətin həyatına tətbiq etmək olmaz. Sovet dövründə sosioloji tədqiqatların saxta, şişirdilmiş informasiyaları çoxluq təşkil etmişdir. Çünki sovet cəmiyyətində informasiyanın ideoloji tərəfinə daha çox üstünlük verilmiş, bu isə nəticədə kapitalist dünyası qarşısı nda öyünmək üçün sosioloji tədqiqatın informasiyalarını saxtalaşdırmışdır. Əslində ideoloji-siyasi əhəmiyyət kəsb edən bu informasiyalar cəmiyyətin həyatında bir saxtakarlıq yaratmışdır. Bu saxtakarlığın nəticəsi olaraq hətta əmək göstəriciləri də şişirdilmiş, cəmiyyəti düzgün proqnozlaşdırmadan, inkişafa apara biləcək yeni layihələndirmələrdən məhrum etmişdir. Bunun nəticəsində isə sovet cəmiyyətinin bütün sahələrində bir dürğunluq yaranmış və həmin durğunluq 1991-ci ildə sovet imperiyasının dağılmasına gətirib çıxarmışdır.

       Məhz indi də sorğu blanklarının düzgün tərtib olunmaması halları da sosioloji tədqiqatlar zamanı qeyri-dəqiq məlumatların əldə olunmasına səbəb olur. Eyni zamanda anket sorğusunu aparan qrupların tez-tez dəyişdirilməsi təşkilatlanmanı zəiflədir, informasiyanın vaxtında əldə olunmasına mane olur. Informasiyanın vaxtında əldə olunması isə tədqiqatın aktuallığının itirilməsi ilə nəticələnir.

       Sosioloji tədqiqatın planında onun mərhələli şəkildə icra strukturunun forma və növləri müəyyənləşdirilir. Bu strukturlarla elmi-tədqiqat mexanizmi və texniki təchizat növləri də daxil edilir. Bu prosedur və əməliyyatların həyata keçirilməsi əsasən dörd blok üzrə planlaşdırılır.

       Birinci blokda, tədqiqatın proqram və instrumentasiyası müzakirə olunur və onların təsdiq olunması qaydaları müəyyənləşdirilir. Həmçinin, ilkin informasiyanı əldə edən qruplar formalaşdırılır. Yenicə formalaşmış bu qrupların təcrubi fəaliyyətlərini yoxlamaq və təkmilləşdirmək üçün əvvəlcə sınaq tədqiqatı həyata keçirilir. Sonra sınaqəhəmiyyəti kəsb edən tədqiqatın nəticələrinə görə əldə olunmuş ilkin informasiyanın proqram və instrumentasiyasına düzəlişlər edilir. Bu proseduranı keçdikdən sonra anket və ya musahibə blankları artırılır, sosioloji tədqiqatın instrumentasiyasına diqqət yetirilir.

       Ikinci blokda, ilkin informasiyanın əldə edilməsinə təminat yaradan təşkilati və metodiki işlər nəzərdə tutulur. Bu blokda həmçinin, sorğunun zamanı və məkanı, onun respandentləri növlərinin mərkəzləşdirilmiş şəkildə mövcudluğuna və yığıdmasına şərait yaradılır.

       Üçüncü blok, ilkin informasiyanın Elmi Hesablama Mərkəzində işlənib hazırlanması ilə əlaqədar olan əməliyyətların məcmusunu əhatə edir. Qeyd olunan mərhələdə tədqiqat qrupunun iştirakçıları hesablama mərkəzinin əməkdaşları ilə birgə işləyirlər.

       Dövrdüncü blokda, tədqiqat zamanı əldə olunmuş məlumatların nəticələri təhlil olunur, yekun hesabatları hazırlanır və başqa ehtiyac duyulan əlavə işlər yerinə yetirilir.

       Proqram və plandan başqa köməkçi sənədlər də mövcud olan normativə uyğun olaraq qabaqcadan müəyyənləşdirilir və əldə olunur. Bu sənədlər əsasən, maddi və texniki təchizatlarla əlaqədar olur. Həmin sənədlərdə sosioloji tədqiqata çəkilən xərclər hesabat şəklində öz əksini tapır. Eyni zamanda, təlimat xarakterli köməkçi sənədlər də burda lazım gəlir. Onlar arasında sorğuya cavab verənlərin təlimatlandırıcı sənədidir. Həmin təlimat sənəddə yığcam olaraq tədqiqatın məqsədi və vəzifələri öz əksini tapır. Eyni zamanda təlimatda sorğu keçirilən yer və onun yerinə yetirilmə muddəti, ilkin informasiyanı əldə edəcək adamların şəxsiyyəti, sorğunun xarakteri, forma və məzmunu və s. göstərilir.

       Qeyd edək ki, normativ sənədlərdə sorğu ilə bağlı olan bütün vacib məlumatlar öz dəqiqliyi və konkretliyi ilə fərqlənir. Burada sosioloji tədqiqat üçün zəruri oan bütün məsələlər izah olunur. Tədqiqatın növündən asılı olaraq onun vaxtı müəyyənləşdirilir. Məsələn, təsviri tədqiqat üçün 3-6 ay müddətinə aparılan ekspress sorğu yalnız 2-3 həftə davam edir.

       Tətbiqi sosiologiyanın təcrübədə ən geniş yayılmış formalarından biri anketləşdirmədir. Anketləşdirmə qrup və ya fərdi formada olur.
       Qrup şəklində anketləşdirmədən əsasən əmək kollektivlərində və təhsil müəssisələrində istifadə olunur. Sorğu aparılan qrup arasında anketlər paylanılmamışdan əvvəl həmin qrupla işləmək üçün bir nəfər təyin edilir. Bir nəfərin təlimata görə yalnız 15-20 nəfərlə sorğu aparmaq imkanı vardır. Məhz qrupla iş aparmaq üçün bir nəfərin təyin edilməsi respondentlərə sorğu ilə bağlı əlavə məlumatlar almaq imkanı yaranır, onlara fərdi məsləhətlər verilir, anketi doldurma qaydaları başa salınır. Hemçinin sorğu qrupuna təyin olunan şəxs tədqiqatın keyfiyyətinə birbaşa nəzarət edə bilir.

       Fərdi anketləşdirmə prosesində isə konkret sualları özündə əks etdirən anketlər reıpondentlərə iş yerlərində və ya yaşayış yerlərində raylanılır.
       Hal-hazırda ilkin sosioloji informasiyanın əldə edilməsində sorğu anketlərinin əhəmiyyəti də çox böyükdür.


       Sosioloji sorğu anketləri həm tədqiqatın obyekti ilə bağlı olan sualların əhatə dairəsinə görə fərqlənir, həm də obyekt haqqında keyfiyyət və kəmiyyət etibarı ilə fərqlənən informasiya toplumuna şərait yaradır. Digər tərəfdən, sorğu anketi vasitəsilə toplanılan informasiyanın təhlili də əlverişli olur. Həmin anketi təkrarən təhlil etmək üçün problem olmur.

       Ən əsas məsələ sorğu anketinin suallarının düzgün qurulması və onun konkretliyi məsələsidir. Həyat fəaliyyəti prosesində bizi əhatə edən proseslər və hadisələr haqqında suallar düşünmək ilk öncə çox sadə görünür. Ancaq tətbiqi sosiologiya sahəsində sualların qoyuluşu daha çox tədqiqatın funksiyasından və onun məzmun tələblərindən irəli gəlir. Suallar həm respendentlər üçün aydın olmalı, həm də onların hər birini maraqlandırmalıdır. Buna görə də istifadə olunan suallar öz məzmununa görə anket suallarını öz funksiyalarına görə əsas və qeyri-əsas bölgü üzrə qiymətləndirmək olar. Eyni zamanda qapalı və açıq suallar qrupu da vardır. Qapalı sual o hesab olunur ki, həmin sualın cavabının müxtəlif variantları olur.

       Qapalı suallar alternativli və qeyri-alternativli də ola bilər. Məsələn, respondentə hələ bir sualla müraciət etmək olar:
       «Siz özfəaliyyət yaradıcılığı ilə məşğul olursunuzmu?».

       Həmin suala qısa cavab vermək üçün munasibət «hə», «yox» sözlərini dairəyə almaqla bildirilir. Yaxud da, munasibət bildirilən variantın altından xətt çəkilir. Belə munasibət bildirmək repsondent üçün də asandır. Çünki cavabı geniş cümlə ilə yazmağa ehtiyac olmur. Bu da bütün şəraitdə respondentə anket sualına münasibət bildirmək imkanı verir.

       Sosioloji tədqiqatın sualları sorğu anketlərində bəzən cədvəl formasında da verilir. Nümunə olaraq aşağıdakı cədvələ diqqət yetirmək lazımdır: Vaxtımız çatırmı? Çatır Çatmır Çətinlik çəkirəm 1. istirahət və əyləncəyə + 2. ictimai işlərə + 3. mütaliəyə + 4. idmanla məşğul olmağa +

       Bu suallara «çatır», «çatmır» və «çətinlik çəkirəm» sözləri yazılmış qrafalardı Plyqı işarəsi qoymaqla münasibət bildirmək olar. Münasibət dairə və başqa işarə şəklində də bildirilə bilər.

       Sosioloji tədqiqat anketinin tərtibi və onun kompozisiya quruluşu xüsusi peşəkarlıq tələb edir. Anket bir növ respondentlərlə müsahibə ssenarisidir. O, respondenti maraqlandıra biləcək bir səviyyədə tərtib olunmalıdır. Xüsusi qpafik formasında tərtib olunmuş anketlərə daha çox diqqət yetimək lazımdır. Belə anketlərdə şriftlər aydın göstərilməli, müstəqil cavaba kifayət qədər geniş yer verilməli, işarələrdən və başqa qrafik vasitələrdən dəqiq istifadə olunmalıdır. Qrafik tərtibatda illüstrasiyaya daha çox üstünlük verilir və o respondentin psixoloji vəziyyətinə çox böyük təsir göstərir. Tərtibatçı illüstrasiya ilə psixoloji təsiretmə funksiyasını yerinə yetirir. Belə anketlərdə suallar da illüstrasiyalardan ibarət olur. Belə anketlər daha asan qavranılır. O, anketi doldurmağın rəngarəng texnikasının meydana gəlməsinə şərait yaradır. Psixoloji yükü azaldır, sualın mahiyyətini obrazlı formada açır.

       Sosioloji tədqiqatın poçt-sorğu forması da vardır. Poçt-sorğu forması, adından məlum olduğu kimi poçt vasitəsilə yerinə yetirilir. Sorğu anketləri müxtəlif ünvanlara poçt ilə göndərilir və eyni zamanda həm də məlumatlar da poçt vasitəsilə alınır.

       Ilk dəfə poçt sorğusundan 1880-ci ildə Karl Marks istifadə etmişdir. O, həmin ildə fəhlələr üçün sorğu anketi tərtib edərək onu «Revyu sosialist» jurnalında dərc etmiş və həmin jurnalın nüsxələri poçt vasitəsilə bütün Fransaya yayılmışdır. Rusiyada isə açot-sorğu anketi ilk dəfə 1918-ci ildə «Əməkçi xalqın səsi» («Qolos» trudovoqo naroda) qəzetində dərc edilərək Moskva vilayətinə yayılmışdır.

       Sovet dövründə də belə sorğu formasından istifadə olunmuşdur. Əsasən, XX əsrin 60-70-ci illərində sovet tədqiqatçıları poçt sorğularından istifadə etməyə səy göstərmişlər.

       Lakin poçt vasitəsilə sosioloji tədqiqatların aparılması indiki dövrdə böyük maliyyə xərcləri tələb edir. Digər tərəfdən, poçt sistemində hələ çevik əməliyyətların bərpa olunmaması poçt sorğusunun cavabını ləngidir. Təcrübə göstərir ki, poçt sorğusuna qaytarılan cavabın da faizi indiki mərhələdə çox aşağıdır. Iqtisadi cəhətdən inkişaf etmiş ABŞ, Ingiltərə, Fransa, Almaniya və s. ölkələrdə isə, poçt-sorğu anketlərindən geniş istifadə olunur.

       Sosioloji tədqiqatın poçt-sorğu forması müxtəlifdir. Belə ki, hazırlanmış anketlər poçt vasitəsilə müxtəlif ünvanlara göndərilməklə yanaşı, həm də anket sualları qəzet və jurnallarda çap olunur. Qəzet və jurnallarda çap olunan sorğulara vaxtında cavab alınması üçün mükafatlandırma metodlarından da istifadə edilir. Daha doğrusu, həmin anketlərdə qoyulan sualları düzgün cavablandıranlara bəzən müəyyən mükafatlar da vəd olunur. Əslində, bu həvəsləndirmə üsulu, sorğuya vaxtında operativ cavab almağa təminat yaratmaq üçün edilir.

       Müasir mərhələdə müsahibə sosioloji tədqiqatın ən çevik forması sayılır.
       Müsahibə üçün az vaxt lazım gəlir və böyük xərclər və vəsaitlər çəkməyə ehtiyac duyulmur. O, əvvəlcədən planlaşdırılsa da, şifahi sorğu xarakteri daşıyır.

       Anket vasitəsi ilə sosioloji tədqiqatların aparılması isə sorğudan fərqli olaraq müsahibə metodu respondentlə bir başa ünsiyyətə girmək və onun tədqiqatın obyektinə canlı şəkildə münasibətini öyrənmək imkanını verir. Həmçinin, hər hansı suala verilən cavabın əhatə dairəsi çox geniş olur və bu xüsusiyyət məzmuna uyğun olaraq toplanılan informasiyanın keyfiyyətini artırır.

       Lakin, müsahibə götürənlərin seçilməsi və onların hazırlanması müəyyən vaxt tələb edir. Çünki müsahibə götürənlər əsasən fəallar seçilir, onlar müəyyən müddət ərzində sosioloji tədqiqatın funksiyasına və tələbatına uyğun olaraq təlimatlandırılırlar.

       Indiki şəraitdə müsahibə vasitəsilə təqdiqatlar həm anket vasitəsilə yerinə yetirilir, həm də diktafonlardan geniş istifadə olunur.
       Belə ki, şifahi sorğunun nəticəsi sorğu anketində öz əksini tapır və əldə olunan informasiya təhlil olunmaq üçün Elmi Tədqiqat mərkəzinə ötürülür.
       Diktafon vasitəsi ilə əldə olunan informasiya da anketlərə köçürülməklə sənədləşdirilə bilər.

       Müsahibələr iş yerlərində, yaşayış yerlərində və əhalinin toplaşdığı kütləvi tədbirlərdə, izdihamlı küçələrdə keçirilə bilər.
       Tətbiqi sosiologiyada müsahibə sorğusunun üç növü mövcuddur: standartlaşdırılmış, fakslaşdırılmış və müstəqil müsahibələr.
       Standartlaşdırılmış müsahibə zamanı suallar çox konkret və dəqiq olur, respondentlə müsahibə götürən arasında reqlamentə əməl edilir.

       Əvvəlcədən hazırlanmış suallar müsahibə üçün nəzərdə tutulur, şifahi danışıq tərzinə uyğunlaşdırılır. Məsələn, «Sizə təqdim olunan bu vərəqdə asudəvaxt ərzindəki məşğuliyyətlərin müxtəlif növləri göstərilmişdir. Deyə bilərsinizmi, siz boş vaxtınızda bunların hansı ilə məşğul olursunuz?».

       Həmin andaca respondentə suala uyğun olan nömrələnmiş blank verilir. Yaxud müsahibə aparan şəxs respondentlərin şifahi cavabını verilən suala uyğun gələn blankda qeyd edir.
       Bəzən müsahibə anketlərində cavablar kodlaşdırılmış şəkildə qeyd olunur. Məsələn, «Siz hansı qəzetləri oxumağa daha çox üstünlük verirsiniz?» kimi sual qoyulduqda sorğu anketində çoxlu sayda qəzet adlarını göstərmək lazım gəlir. Respondent həmin qəzetlərdən birinə və ya bir neçəsinə nəzərdə tutulmuş kod işarəsi ilə münasibət bildirir.

       Fakslaşdırılmış müsahibələr tədqiqat obyektinə uyğun olaraq əvvəlcədən hazırlanır. Bu müsahibə üsulunun təlimatına uyğun olaraq respondentlər müsahibənin mövzusu ilə əvvəlcədən tanış olur, hətta onlarla tədqiqatın məzmunu ilə əlaqədar seminarlar da keçirirlər. Eyni zamanda respondentlər metodik göstərişlər alır. Mövzu ilə bağlı kitablar və məqalələrlə tanış olmaq imkanı əldə edirlər. Respondentlərlə hazırlıq işləri zamanında sosioloji tədqiqatın sualları da dəqiqləşdirilir.

       Müstəqil müsahibə isə sosioloji tədqiqat aparan şəxsin ilkin fəaliyyət mərhələsini əhatə edir. O, tədqiqatın məzmunu və problemlərini dəqiqləşdirmək üçün müəyyən ərazilərdə və ya müəssisələrdə müstəqil sorğular keçirir.

       Müstəqil müsahibə tədqiqatın suallarını əhatə edən plan olmadıqda da aparılır. Çünki bu tipli müsahibələr zamanı aparılacaq tədqiqatın mövzusu və əhatə dairəsi müəyyənləşdirilir. Tədqiqat aparan müsahibəçi respondentlərlə söhbətlər əsasında müəyyən mövzu ətrafında müzakirələr keçirir. Daha doğrusu tədqiqatın obyektinin aktuallığını dəqiqləşdirmək məqsədi ilə onun mövzusu ətrafında konkret müzakirələr aparırlar. Məhz bu müzakirələr zamanı tədqiqatın həm mövzusu və həm də onun qarşıya çıxan sualları ümumiləşdirilir.

       Tətbiqi kulturologiya sahəsində müşahidələrin aparılması və ondan səmərəli istifadə edilməsi mədəni fəaliyyətin keyfiyyətinin artmasına fəal təsir göstərir. Belə ki, müşahidələr yolu ilə mədəni-kutləvi tədbirlərin şablonçuluqdan xilas olunmasının qarşısı alınır. Kütləvi təblir prosesində klub fəalları müşahidə aparmaq prosesinə cəlb edilir, onların köməyi illə bədii ifadə vasitələrinə, tədbirin emosionallıq səviyyəsinə və s. xüsusiyyətlərə olan reaksiyaların dərəcəsi müşahidə olunur.

       Gözlə aparılan müşahidələrə vizual müşahidələr də deyilir. Vizual müşahidələr zamanı indiki inkişaf mərhələsində video kameradan da geniş istifadə edilir. Kütləvi tədbirlər gizli şəkildə lentə köçürülür və orada baş verən bütün hadisə və reaksiyaları təkrarən təhlil etmək və nəticə çıxarmaq imkanı yaranır. Ən çox eksperiment xarakterli tədbirlərdə vizual müşahidələrdən geniş istifadə olunur.


       Vizual müşahidə tətbiqi kulturologiya sahəsində ona görə geniş yayılmışdır ki, o, özünün konstruktivliyi və reallığı ilə fərqlənir. Hələ vaxtilə A.Eynşteyn gözəl müşahidənin əhəmiyyətini yüksək qiymətləndirərək demişdir: «Görüb dərk etməyin sevinci, insana gözəl təbiətin bəxşişidir»4.

       Deməli, birbaşa gözəl müşahidə aparmaq, müəyyən hadisələrin məzmun və mahiyyətini vizual şəkildə dərk etmək sosioloji tədqiqatın ən optimal metodlarından biridir. Bu metod tədqiqatçı ilə obyektin arasında canlı əlaqə yaradır, baş verən hadisələrə yerindəcə münasibət bildirmək və onlardan nəticə çıxarmaq imkanı verir.

       Sosioloji müşahidələr tarixən ictimai, siyasi proseslərin əsas tədqiqat metodu kimi geniş yer tutmuşdur. Hələ vaxtilə F.Engels düz 21 ay Ingiltərədə əhalinin siyasi fəallığı üzərində müşahidələr aparmış, onların sevinc və iztirablarını öyrənə bilmişdi5.

       Sosioloji müşahidələr əsasən insanların davranışlarını, onların bu və ya digər təcrübi proseslərə münasibətlərini öyrənmək metodudur. Bu metod asudəvaxt sahəsinə daha çox tətbiq olunur və insanların mədəni-əyləncəli vasitələrə münasibətlərini aşkar edir, aşkar olunmuş faktiki məlumatlar əsasında elmi təhlillər aparmaq imkanı yaradır. Bu müşahidələr əsasında mədəniyyət müəssisələri öz fəaliyyətlərində həm kəmiyyət, həm də keyfiyyət baxımından daima, ardıcıl olaraq yeniliklər edirlər.

       Sosioloji tədqiqatlar tətbiqi kulturologiya sahəsində mövcud olan əksiliklərin mübarizəsini üzə çıxarır, əksiliklərin daxili ziddiyyətlərini müəyyənləşdirir. Mədəni proseslərdəki daxili ziddiyyətlərin aşkarlanması təşkilatçıları inkişafa aparan yeni seçim qarşısında qoyur. Yəni mədəniyyətdəki daxili ziddəyyətlər sosioloji tədqiqatlar vasitəsilə aşkar edildikdən sonra onlar elmi təhlilə ötürülür. Elmi təhlil zamanı inkişafın yeni tələbləri müəyyənləşdirilir və onlara müvafiq olan fəaliyyət vasitələri seçilir. Yeni fəaliyyət vasitələri köhnəni sıxışdırıb tədricən aradan çıxarır, inkarı-inkar qanununa uyğun olaraq mədəni fəaliyyətin mahiyyətini yeniləşdirir. Daha doğrusu mədəni fəaliyyətin yeni forma və metodları meydana gəlir. Bu yenilik mədəni fəaliyyət prosesinin təşkilini şablonçuluqdan, durğunluqdan xilas edir. Təbii ki, inkişafın daxili ziddiyyətləri ilə bağlı olan bu proses dialektik qanknauyğunlunqlara cavab verən dinamik inkişaf mexanizmini yaradır.

       Yuxarıda qeyd edildiyi kimi, cəmiyyətdə müxtəlif sosial kateqoriyaya malik olan fərdlər və insan qrupları mövcuddur. Digər tərəfdən isə bu gün cəmiyyət üzvləri demokratik qruplara da bölünürlür.

       Bu fikrə bir qədər aydınlıq gətirmək üçün sosial kateqoriyalara və demokratik qruplara nəzər yetirmək lazımdır.

       Cəmiyyətdə insanlar öz peşələrinə, intellektual səviyyələrinə görə bir-birindən fərqlənirlər. Həmçinin, onların psixoloji durumları arasında da böyük fərq vardır. Həm peşə, həm də psixoloji-intellektual fərqlər insanların mənəvi davranışlarında, onların mənəvi tələbatlarında da özünü biruzə verir. Lakin insan ictimai varlıq olmaqla yanaşı o həm də fizoloji-psixoloji varlıqdır. Ictimai varlıq kimi hər bir fərdin həyatındakı fəaliyyətini müşahidə etmək mümkün olsa da insanın fizoloji-psixoloji aləmi qismən qapalıdır. Məhz bu qapalı aləmin qapılarını açmaq üçün tətbiqi sosiologiya elminin apardığı tədqiqatlara böyük ehtiyac vardır.

       Digər tərəfdən, insanların peşə fəaliyyətləri də onların bədii-estetik zövqlərinə, mənəvi aləmə münasibətlərinə bilavasitə təsir göstərir. Məsələn, neft-qaz sənayesində çalışanlarla incəsənət, mədəniyyət sahəsində çalışanların bədii-estetikmaraqlarını eyniləşdirmək olmaz. Lakin bəzən qeyri-mədəniyyət və incəsənət sahəsində çalışanlar arasında da yüksək bədii-estetik zövqə malik olan, eyni zamanda ədəbiyyat və incəsənətə maraq göstərən insanlar vardır. Təbii ki, bu, insanların bədii-mənəvi maraqları yalnız sosioloji tədqiqatlar vasitəsi ilə aşkarlana bilər. Tətbiqi kültürologiya sahəsinin təcrübəli mütəxəsisləri isə sosioloji tədqiqatların əldə etdiyi nəticələrdən bəhrələnərək bu insanların mənəvi tələblərinə differensial şəkildə yanaşır, eyni zamanda differensial maraqlar əsasında ümumiləşdirmələr aparır. Belə ki, təkcələr ümumiləşərək qruplar əmələ gətirir. Həmin qrupların maraqları isə mədəniyyət müəssisələrinin təşkilatçıları tərəfindən nəzərə alınır və əməli işlər görülür.

       Əslində, tətbiqi kulturologiya bütün sosial kateqoriyaların maraq və tələbatının ödənilməsini, əməli-mədəni fəaliyyətin əsası kimi qəbul edir. Buna görə də. Mədəniyyət müəssisələrində mədəni xidmət təşkil olunarkən əhalinin peşə maraqları da nəzərdə tutulur. Peşə bayramları ilə bağlı mədəni-kütləvi tədbirlər təşkil olunur. Peşəkarlığı artırmaq üçün müxtəlif peşələr üzrə dərnək və birliklər, kurslar yaradılır. Məsələn, Azərbaycan müstəqillik əldə etdikdən sonra kompyuter texnologiyası cəmiyyətimizin bütün sahələrinə tətbiq olunur. Elə peşə sahəsi yoxdur ki, orada kompyuter texnologiyasından istifadə olunmasın. Belə bir mərhələdə əhalinin böyük əksəriyyəti kompyuter texnologiyasından istifadə etmək vərdişlərinə yiyələnmək üçün bu sahəyə aid yaradılan ödənişli kurslara böyük maraq göstərirlər. Mədəniyyət müəssisəsi həmin marağın əhatə dairəsini sosioloji tədqiqat metodları ilə öyrənir, ona münasib olaraq öz fəaliyyətini qurur.

       Əhalinin müasir mərhələdə maraq dairəsi bazar iqtisadiyyatı ilə əlaqədar olaraq çox genişdir. Xüsusilə, beynəlxalq iqtisadi və mədəni əlaqələr ən adi peşə sahibini müxtəlif beynəlxalq dilləri bilməyə məcbur edir. Beynəlxalq dilləri öyrənmək bütün iş adamlarının fəaliyyət dairəsini genişləndirir. Bu səbəbdən də, aparılan sosioloji tədqiqatlar göstərir ki, insanlarda xarici dilləri öyrənməyə böyük maraq vardır. Bu maraqlar mədəniyyət müəssisələrinə müxtəlif dillər öyrənməyə istiqamətləndirilən ödənişli kurslar yaratmaq imkanı verir.

       Demoqrafik maraqlar dedikdə, müəyyən yaş qruplarına aid olan maraqların öyrənilməsi nəzərdə tutulur.
       Tətbiqi kulturologiya, psixologiya, pedaqogiya və s. humanitar elmlərin apardığı tədqiqatlara görə yaş qruplarının maraq və mənəvi tələbatları da müxtəlifdir. Xüsusilə, mədəni əyləncəyə, özfəaliyyət yaradıcılığına meyl müxtəlifiyi müxtəlif yaşlarda, müxtəlif formada təzahür edir. Altı yaşından 10 yaşınadək uşaqların marağı ilə, 14-18 yaşlı yeniyetmələrin maraqlarını eyniləşdirmək olmaz. Orta nəslin və ahıllıq yaşına çatanların isə öz maraqları, sosial tələbləri vardır.

       Bütün bu fərqləri təxmini təhlil edib mədəni xidmət sahələrini yaratmaq düzgün deyildir. Tətbiqi kulturologiya mənəvi ehtiyacların elmi əsaslarla öyrənilməsinə üstünlük verir. Bu məqsədlə də tətbiqi kulturologiya sosioloji tədqiqatların nəticələri əsasında yaradılan mədəni xidmət sahələrini daha keyfiyyətli iş hesab edir.

       Xüsusilə, indiki şəraitdə, yəni bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq təşkil olunan mədəni xidmət bu işdən bəhrə götürmək prinsipinə daha çox əsaslanır. Hal-hazırda mədəni fəaliyyət sovet dövründən fərqli olaraq daha azaddır. Azad fəaliyyət mədəniyyət təşkilatçılarının gündəlik fəaliyyətlərində özünü biruzə verir. Indi mədəniyyət işçiləri siyasət və ideologiyanın «əsiri» deyillər.

       Lakin, ideologiyadan tam uzaq düşmək, ümummilli marqları təbliğ edən mədəni fəaliyyəti inkar etmək, bu düzgün deyildir. Bazar iqtisadiyyatı şəraitində yaşasaq da dövlətçilik və milli maraqlara cavab verən, kütlələrdə vətənpərvərlik ruhunu aşılayan mədəni-kütləvi tədbirlərin keçirilməsinə də çox böyük ehtiyac vardır. Bu baxımdan tətbiqi kulturologiya elmi iqtisadi maraqlarla yanaşı, dövlət qupuculuğuna müsbət təsir göstərən, Azərbaycan xalqının ümummilli maraqlarını müdafiə edən. Düşmənə qarşı mübarizə təbliğatına çevirirlən mədəni-kütləvi tədbirlərin səviyyəsinin inkişaf etdilməsinə istiqamətləndirilən sosioloji tədqiqatların təşkil olunmasını da vacib hesab edir.

       Təbii ki, milli maraqları əhatə edən mədəni-kütləvi tədbirlərin də bədii ifadə vasitələri əhalinin sosial-mədəni, bədii-estetik tələbatına cavab verməlidir. Məhz həmin tələbatın səviyyəsini müəyyənləşdirmək, ifadə vasitələrinin keyfiyyətini artırmaq üçün tətbiqi sosiologiyanın tədqiqat formalarından, təhlil metodlarından geniş istifadə olunmalıdır.


ƏBƏBIYYAT

       1. Sosiologiya. Bakı, «Təbib», 1994, səh. 68.

        2. Kak provesti soüioloqiçeskoe issledovanie. Moskva, 1990. s. 12.
        3. Sosiologiya. Bakı, «Təbib», 1994, s. 104.
       
4. Kak provesti soüioloqiçeskoe issledovanie. M., 1990. s. 107.

       5. K. Marks, F. Gnqelğs. Soç. T. 2, s. 238.






Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70