IDMAN VƏ MUSIQI –
GÖZƏLLIK HARMONIYASIDIR

Imruz ƏFƏNDIYEVA
 

«Esli tı zanimaeşğsə muzıkoy i filosofiey, upracnəy telo qimnastikoy, esli tı atlet, to upracnəysə v filosofii».
                               Platon


       Qədim və gözəl Azərbaycan diyarım… Sənin necə də qüdrətli, dahi və zəngin mədəniyyətin, ənənələrin var. Bəli, bu torpaq xalqıma ən istedadlı və görkəmli musiqi korifeyləri bəxş etmişdir.

       Azərbaycan xalq rəqsləri, mahnıları qədim zamanlardan bu günümüzə qədər gəlib çatmışdır. Hal-hazırda da xalqımız bu inciləri dərin məhəbbətlə qoruyub saxlayır. Məhz bu gözəl xalq nümunələrində bizim adət-ənənələrimiz yaşayır.

       Bu gün xalq musiqimizdə və bəstəkarlarımızın yaradıcılığında musiqinin idman ilə bağlılığı, əlaqəsi bizi maraqlandırır. Bir neçə qədim mahnılarımızı xatırlatmaq istərdim: «Piyada Koroğlu», «Paroxod», «Minəydim atın kəhərini» və başqaları xalqımızın ənənələrini əks etdirir.

       Tanınmış ifaçı Zakir Mirzəyev qeyd edir ki, Bakıda keçmiş yüzilliyin əvvəllərində zorxana var idi: «Zorxananın oyunları musiqi sədaları altında keçirdi. Oyunun tempinə uyğun olaraq dumbulun sədası gah güclənir, gah da zəifləyirdi».1

       Bildiyimiz kimi, «Koroğlu» dastanında öz əksini tapan cəng nəğmələri silsiləsi bədii-estetik üslub etibarı ilə aşıq melodiyaların ən qədim mənbələrinə əsaslanır.

       Həmçinin qeyd etməliyik ki, əsrlər boyu yaşamış, unikal və dahi dastanımız «Kitabi Dədə Qorqud»da biz qeyri-adi musiqi nümunələrinə rast gəlirik. Belə ki, qopuzçalanlar döyüş zamanı ön cərgədə gedirdi və bu çalanlar ən mərd, cəsarətli insanlar idi…

       XX əsrin əvvəllərində «Kəşkül» adlı məcmuə buraxılmışdır (Sbornik tatarskix, persidskix i tureükix narodnıx pesen). Bu məcmuəyə janr etibarilə müxtəlif mövzular daxil edilmişdir, külli miqdarda mahnı-marşlar dərc olunmuşdur. Şerlərin bir qismi M.Ə.Sabir, H.Zərdabiyə məxsus idi, digərləri az tanınmış şairlərin idi. Maraqlıdır ki, həmin məcmuədə daha çox mahnı-marşlar təqdim olunmuşdur. Onların sözləri Ü.Hacıbəyovun operalarından populyar melodiyalara oxunurdu.

       Sonrakı mərhələdə Ü.Hacıbəyovun yaratdığı «Qızıl əsgər» (sözləri M.S.Ordubadinindir) mahnısı xüsusi yer tutur. Bu mahnı 20-ci illərdə tez-tez səslənirdi. Fikrimizcə, bu mahnı nəinki Azərbaycanda qəhrəmani-patriotik janrın əsasını qoymuşdur, həmçinin sonrakı onilliklərdə yazılan , yaradılan idman haqqında mahnı-marşlar Üzeyir bəyin əsərlərindən bəhrələnmişdir. Çünki Ü.Hacıbəyovun mahnısında, ilk növbədə, gözəçarpan hərəkət vurğulu ritm, musiqinin dinamikliyi, marşvariliyi, fəallığı kimi xüsusiyyətlər yeni nəsil bəstəkarlarını valeh etmişdir.

       T.Quliyevin sonralar yazdığı «Müdafiə marşı» (sözləri: H.Natiqindir) məhz Ü.Hacıbəyovun ənənələrinin davamıdır.

       Müharibənin ilk günlərində yazılan M.Israfilzadənin «Yəhərləyin atları» (sözləri: Z.Xəlilindir) qəhrəmanın igidliyindən, atların bu döyüşlərdə insanlarla birgə şücaət göstərməsindən bəhs edir.

       1950-60-cı illərdə respublikamızda müxtəlif festivallara həsr edilmiş gözəl mahnılar, kantatalar və digər əsərlər yaranır: M.Mirzəyevin «Gənc idmançılar mahnısı» (sözləri: X.Əfəndiyevindir), Q.Hüseynlinin «Idmançılar mahnısı» (sözləri: H.Abbaszadənindir), «Yürüş mahnısı» (sözləri: H.Abbaszadənindir), «Gənc alpinistlər» (sözləri: T.Əyyubovundur), Niyazi və Rauf Hacıyevin birgə yazdıqları «Festival mahnısı (marş)» (sözləri: A.Lyubyanitskinindir), Z.Bağırovun «Festivala yürüş» (sözləri: A.Lyubyanitskinindir), R.Hacıyevin «Gənclik marşı» (sözləri: E.Mehdiyevindir) və digərləri idmanla musiqinin qarşılıqlı əlaqəsindən, vəhdətindən, gəncliyimizin fədakarlığından bəhs edir.

       C.Cahangirovun «Yürüş mahnısı» (sözləri: Ə.Əlibəylinindir), «Düşərgə nəğməsi» (sözləri: Q.Qasımzadənindir), A.Rzayevanın «Düşərgə» nəğməsi (sözləri: N.Rəfibəylinindir) məhz bu mövzuya həsr olunmuşdur.

       1980-ci ildə Moskvada keçirilən Olimpiada üçün Qara Qarayev bəstəkarlıq məktəbinin istedadlı nümayəndəsi Azər Dadaşov idmançılara həsr edilmiş gözəl kantata yaratdı:
«Sçastğö, da!» (sözləri: V.Kolmanovskinindir). Bu kantata solo, xor və simfonik orkestr üçün bəstələnmiş bir hissəli kompozisiyadır. Əsərin musiqisində idmana xas olan fəal marş ritmi, hərəkəti, gümrah və şən əhval-ruhiyyə öz parlaq təcəssümünü tapır.


       Bəstəkar Əziz Əzizlinin də yaradıcılığında idman mövzusu xüsusi yer tutur. Ə.Əzizlinin yazdığı «Idmançılar marşı» 1980-ci illərdə idmançıların himni kimi qəbul olunmuşdur. Həmin əsər vaxtilə bütün rəsmi konsertlərdə, həmçinin nümayişlərdə idmançıların göstərdiyi xüsusi proqramlarını, hərəkətlərini əks edirdi. Daha sonra Ə.Əzizlinin idmançılara həsr edilmiş «Serebristıe palatki» (sözləri: L.Amstislavskinindir) mahnısı da maraqlıdır. Bu əsərin yaranması da diqqəti çəkir. Quba rayonunda istirahət zamanı, idmanla məşğul olan bir neçə pioner, bəstəkardan xahiş edirlər ki, o, onlar üçün mahnı yazsın. Və həmin mahnı sonra pioner düşərgəsində istirahət edənlərin ən sevimli əsərinə çevrilir.

       Ə.Əzizlinin gənclərə, idman ustalarına olan məhəbbəti, xoş münasibəti, inamı bəstəkarı yeni bir mahnı yaratmağa sövq etmişdi: «Veter» (sözləri: A.Xaldeyevindir) mahnısının ifaçısı da məhz Əziz olmuşdur. Bu mahnı turizm haqqında ən gözəl mahnılardan biri kimi Ümumittifaq radiosunda səslənirdi.

       Görkəmli bəstəkar V.Adıgözəlov məşhur «Novruz» kantatasında xalq ənənələrinə sadiq qalaraq, qədim idman oyununu «Kos-kosa»nı canlandırmışdır. Kantatanın III hissəsi – Allegretto – «Kos-kosa» adlanır. Həqiqətən də bu maraqlı oyun öz təcəssümünü musiqidə tam dolğunluğu ilə tapmışdır.

       R.Zöhrabov xalq çalğı alətləri orkestri üçün yazdığı «Norvuz bayramı» süitasında xalq ənənələrini canlandırır. Əsər üç hissədən ibarətdir: 1) «Kos-kosa»; 2) «Qavalla rəqs»: 3) «Kəndirbazlar». Məhz bu əsərdə müəllif musiqidə idmanla əlaqədar, müxtəlif ritmli hərəkətlər, dinamik obrazlar yaratmışdır.

       Xüsusi olaraq, Azərbaycan bəstəkarları uşaqlar üçün idman haqqında gözəl və yadda qalan nəğmələr bəstələmişdilər. O.Zülfüqarovun Səttar Zərdablının sözlərinə yazdığı «Idman» mahnısı balacalarımızın ən sevimli əsəridir və tez-tez səslənir:

«Kim sevirsə idmanı,
Bir, iki, üç, dörd
Poladdan olar canı
Bir, iki, üç, dörd».


       Bu sözlərin musiqidə sanki «sinxron» təcəssümünü görürük.
       Həmçinin S.Rüstəmovun «Kosmonavtlar» (sözləri: V.Tatarinovundur), M.Əhmədovun «Balacalar marşı» (sözləri: C.Məmmədovundur), F.Qarayevin «Səfərdə» mahnısı (sözləri: R.Zəkanındır) kimi əsərləri də uşaqlar üçün çox səmimi yazılmışdır.
       N.Nəbiyevin «Gənclik marşı» (sözləri: D.Gədəbəylinindir) da qeyd olunmalıdır.

       Bu yaxınlarda BMA-da keçirilən F.Əmirov adına nəfəsli alətlər üzrə müsabiqənin yekun konsertində F.Bədəlbəylinin «Azərbaycan Olimpiyaçılarının marşı» səsləndi. Əsər olduqca şən, gümrah və təntənəli səpkidə yazılıb. Konsertdə bu əsər istedadlı dirijor Yusif Axundzadənin təfsirində səsləndirildi. O, böyük sənətkarlıqla, zövqlə və səmimiyyətlə F.Bədəlbəylinin bu əsərini dinləyicilərə çatdırmışdır.

       Bəstəkar S.Fərəcov da bu yaxınlarda «Idmançılar himni»ni (sözləri: E.Dilqəmoğlunundur) yaratmışdır. Onu da deyə bilərəm ki, idman və musiqi bütün dövrlərdə bir-birilə yaxın əlaqədə olmuş, bu günümüzlə daha çox əlaqədədir.

       Heç də təsadüfi deyil ki, idmana Dövlətimiz və şəxsən hörmətli Prezidentimiz cənab IlhamƏliyev xüsusi diqqət göstərir. Biz daima dövlətimiz tərəfindən idmana qayğının şahidi oluruq. Azərbaycan Milli Olimpiya Komitəsinə başçılıq edən möhtərəm Ilham Əliyev respublikada idman sahəsinin inkişafına böyük diqqətlə yanaşır. Məhz bu diqqətin nəticəsində respublikada idman sahəsi gündən-günə inkişaf edir, yeni-yeni qaliblər meydana çıxır.

       Mən inanıram ki, bizim bəstəkarlarımız bundan sonra da idmana həsr olunmuş yeni-yeni gözəl və ifadəli musiqi əsərləri yaradacaqlar.


ƏDƏBIYYAT

       1 Mirzəyev Z. Zorxana haqqında. Milli Aviasiya Akademiyasının 10 illiyinə həsr olunmuş Beynəlxalq elmi-nəzəri konfransın materialları. «Ekstremal vəziyyət. Harmoniya və Şərq döyüş sənətləri» (17-19 aprel 2002-ci il). Bakı, s. 65.








Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70