AZƏRBAYCANDA XOR IFAÇILIĞININ FORMALAŞMASINDA ALEKSANDR YURLOVUN ROLU
Leyla MƏMMƏDOVA
 

Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası xor dirijorluğu kafedrasının yaradılması tarixi görkəmli rus xormeysteri, özünəməxsusluğu ilə seçilən parlaq novator-sənətkar, gözəl pedaqoq və ictimai xadim Aleksandr Aleksandroviç Yurlovun (1927-1973) adı ilə bağlıdır. Onun aktiv təşkilatçılıq qabiliyyəti, həmçinin pedaqoji, yaradıcı və ictimai fəaliyyəti peşəkar Azərbaycan xor ifaçılığı sənətinin formalaşmasında silinməz bir iz qoyub.

       A.Yurlov Bakıya 1954-cü ildə Azərbaycan Dövlət Konservatoriyasının rəhbərliyinin dəvəti ilə gəlmişdi. O vaxt onun 27 yaşı olmasına baxmayaraq o, bir mütəxəssis kimi kifayət qədər nüfuza malik musiqiçi idi. Uşaq evinin yetirməsi olan A.Yurlov öz musiqi savadını əvvəlcə M.Qlinka adına Leninqrad Dövlət Akademik kapellasının xor məktəbində, sonralar isə Moskva Dövlət Konservatoriyasının xor dirijorluğu fakultəsində, görkəmli rus xormeysteri, istedadlı müəllim, Aleksandr Vasilyeviç Sveşnikovun sinfində alıb. Bu illər ərzində A.V.Sveşnikov öz şagirdi A.Yurlovda nəhəng iradə qüvvəsini tərbiyə etmiş, xor sənətinə hədsiz fanatik sədaqət hissini aşılaya bilmişdir. Bütün həyatı boyu müəlliminin nüfuzu A.Yurlov üçün ən yüksək əlçatmaz zirvə olmuş və müəllim ilə tələbə arasındakı səmimi dostluğun yaranmasına səbəb olmuşdur.

       Moskva konservatoriyasını bitirərkən, A.Yurlov 5 il ərzində – 1949-cu ildən 1954-cü ilə qədər «Dövlət Rus Mahnısı Xorunun» xormeystri kimi çalışıb (indiki Dövlət Akademik Rus xoru). Paralel olaraq o, Moskva Xor Musiqi Məktəbində əsas fənnlərdən dərs deyib. 1953-cü ildə A.Yurlov A.Sveşnikovun sinfində Moskva Konservatoriyasının aspiranturasını uğurla bitirdi və 1954-cü ildə namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etdi, bu da öz növbəsində istedadlı musiqiçinin nəzəri hazırlığını təsdiq edirdi.

       Məlumdur ki, Azərbaycan Dövlət Konservatoriyasının rəhbərliyi bir neçə il ərzində respublikada xor ifaçılığı sənətini qaydaya salmağa çalışırdı.1 Son dərəcədə gözəl istedad və təkrarolunmaz ictimai bacarığı olan A.Yurlov, Azərbaycan Dövlət Konservatoriyasının rektorluğunun böyük marağına səbəb oldu. Nəticədə, bir sıra danışıqlardan sonra 1954-cü ilin avqust ayında A.Yurlov A.Sveşnikovun məsləhəti ilə Bakıya gəldi. Bu hadisəni A.Yurlovdan yaxşı heç kəs xatırlaya bilməz. Onun əziz müəllimi A.Sveşnikova yazdığı məktubdan bir parçanı diqqətinizə çatdırmaq məqsədəuyğun olardı. Məktub oktyabrın 5-də yazılmışdır:

        «…V Baku ə priexal 23 avq[usta] i s 26-qo pristupil k rabote. Prinəli menə na pervıx porax xoroşo, a çto budet dalğşe – uvidim. Rabotı oçenğ mnoqo. Vse naxoditsə v dovolğno zapuhennom sostoənii, tak çto ə propadaö v konservatorii s utra do veçera. Komnatu ə poluçil zdesğ ce, v konservatorii, no prişlosğ srazu sdelatğ remont i privesti ee v neobxodimıy dlə cilğə vid. Moy denğ obıknovenno naçinaetsə s 8 çasov, a konçaö ə, s pererıvom na obed, çasov v 8-9 veçera.

Raboçaə obstanovka dovolğno slocnaə, no v üelom sostav i pedaqoqov, i studentov xoroşiy, i s nimi mocno mno[qo]e sdelatğ pri uslovii vladeniə sistemoy vostoçnıx priemov. Gtomu delu ə seyças userdno i obuçaösğ. S gtoqo qoda mne udalosğ sozdatğ v konservatorii do seqo vremeni otsutstvuöhiy xorovoy klass. Otdelenie nebolğşoe – 20 çelovek, no s pribavleniem teoretikov i çasti dobrovolğüev-vokalistov xor mocet poluçitğsə.
(müəllif tərəfindən qeyd olunub – L.M.). Prinimaö vse merı dlə orqanizaüii xora studentov vuzov, no naskolğko moqu suditğ ob gtom, delo gto zatəcnoe i reşitsə ne skoro. Voobhe rabota zdesğ dlə menə oçenğ polezna. Ə srazu poluçil klöçi ot vseqo mexanizma vuza i smoqu mnoqomu nauçitğsə. Dumaö, çto gto oçenğ vacno, i oçenğ blaqodaren Vam za to, çto sumeö poznakomitğsə i s gtim delom…

       Muzıkalğnaə ciznğ zdesğ dovolğno slabo razvita. Qastrolerı tipa L.Orlovoy i Kardona priezcaöt, no sluşatğ ix malo interesno. Znakomlösğ s azerbaydcanskoy muzıkoy i naşel v ney mnoqo interesnoqo. (müəllif tərəfindən qeyd olunub – L.M.). Estğ bolğşoe çislo oçenğ krasivıx i slocnıx ritmiçeski narodnıx pesen. Delaö koe-kakie obrabotki, poka poluçaetsə ploxo. Vidimo, nucno bolğşe znatğ…»2


       Burada qeyd etmək lazımdır ki, ümumiyyətlə A.Yurlov rus xalq mahnılarının xor üçün çox gözəl işləmələrini hazırlamışdı və həmin məktubdan aydın olur ki, Azərbaycan Dövlət Konservatoriyasında işlədiyi dövrdə o, Azərbaycan xalq mahnılarını da xor üçün işləməyə cəhd göstərirdi. Aydındır ki, bu iş A.Yurlov üçün bir qədər çətin idi. Bunun üçün milli təfəkkürün spesifikliyini, musiqi materialının milli xüsusiyyətlərini – o cümlədən lad xüsusiyyətlərini, metroritmikanı, janr formalarını, inkişaf prinsiplərini və s. dərindən hiss etmək lazım idi. Bunların hamısı rus xorları ilə işləmək metodikasından qat-qat seçilirdi. Lakin A.Yurlov Azərbaycan musiqisinin xüsusiyyətlərini duya bilmiş və Azərbaycan xor musiqisini dünya xor sənətindən təcrid olunmadan xarici, rus xor musiqisi ilə yanaşı dərs proqramlarına salınmasına nail olmuşdu. A.Yurlovun keçirdiyi maraqlı açıq dərslər buna parlaq sübut ola bilər. Məsələn, Ü.Hacıbəyovun «Koroğlu» operasından «Çənlibel» xorunun metodik interpretasiyasına həsr olunmuş dərs və ya P.Borodinin «Knyaz Iqor» operasının II şəklindən Yaroslavna və qızların səhnəsi və s. Bu dərslərə Azərbaycan Dövlət Konservatoriyasının bütün fakultələrində oxuyan tələbələri, hətta müəllimlər də toplaşırdı. Çünki A.Yurlovun məruzələri hamı üçün çox maraqlı və faydalı idi. Lakin A.Yurlov xalq musiqisinə xüsusi rəğbət bəsləyirdi. Demək olar ki, peşəkar Azərbaycan musiqisinin xüsusiyyətlərini o bilavasitə xalq musiqisi və folklorun köməkliyi ilə hiss edə bildi.

       Xüsusi qeyd etmək lazımdır ki, A.Yurlov keçmiş SSRI məkanında ilk şəxs idi ki, bütün qadağalara baxmayaraq rus dini musiqisinə bir növ, ikinci həyat verdi və nəticədə müxtəlif dövrlərin rus musiqi mədəniyyətinin geniş mənzərəsini yaratmış oldu. Bu çətin işdə ona məşhur alimlər-medevistlər – M.Brajnikov və V.Protopopov kömək edirdilər. Bildiyimiz kimi, onlar uzun illər boyu qədim not əlyazmalarının açılışı ilə məşğul idilər. Təsadüfi deyil ki, bir sıra qədim rus dini əsərlərinin dirçəlməsi məhz A.Yurlovun adı ilə bağlıdır.

       XVI-XVII əsrlərin Rus musiqisinin bir çox əsərləri, o cümlədən M.Berezovski, V.Paşkeviç, A.Vedelin və b. xor əsərləri də kapellanın ifasında yenidən bərpa edildi. Demək olar ki, xorun və onun rəhbərinin böyük səyi nəticəsində «yeni» rus musiqisi yarandı. O əsərlərin əksəriyyəti paleoqraf-alimlər tərəfindən ilk dəfə nota salınmışdı. Lakin qeyd etmək lazımdır ki, A.Yurlov bu musiqinin ifasında itirilmiş ənənələri qaytarmağa çalışmırdı. Onun axtarışlarının əsas məqsədi qədim musiqidə ümumbəşəri həyatın nəbzinin döyüntüsünü vermək idi və bu əsərlər üzərində işləyərkən A.Yurlov onlara musiqi mədəniyyəti «abidələri» kimi yanaşmışdır. Onun üçün və eləcə də dinləyicilər üçün zaman məsafəsi məfhumu itirdi. Belə ki, xor əsərləri üzərində işləyərkən A.Yurlov ilk növbədə melodiyanın saf ifadə gücünü göstərməyə, həqiqi intonasiya – sözün və hissin intonasiyasını tapmağa çalışırdı. Bundan başqa, xormeyster xor oxunuşunda heç vaxt akademik və xalq ifa tərzlərini birləşdirməyə can atmırdı. Oxumanın təsviri ifadəliliy i intonasiya vasitəsilə əldə edilirdi. Bir musiqiçi–rəhbər kimi A.Yurlovun gücü onda idi ki, o, böyük ifaçı kollektivlərini öz iradəsinə deyil, vahid iradəyə – musiqiyə tabe etməklə yanaşı hər bir ifaçıya sərbəst yaradıcılıq imkanı verirdi. A.Yurlov deyirdi:

        «Vacno tolğko çtobı obrahenie k starinnoy muzıke ne obrahalosğ v samoüelğ. Nucno ne tolğko znakomitğ s gtoy muzıkoy. Vacnee obnarucitğ svəzğ vremen, datğ ponətğ sluşateləm, çto tvorçestvo naşix sovremennıx kompozitorov, kotorım mı qordimsə seqodnə, estğ rezulğtat razvitiə vsey naşey kulğturı iz qlubinı vekov».3


       1 Bax: «Musiqi dünyası» jurnalı, B.,¹1-2/15, 2003, səh.163-167, məqalə «Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında xor dirijorluğu kafedrasının yaradılması tarixi», müəllif – L.Fərəcova (Məmmədova).
       2 «Muzıkalğnaə Akademiə» jurnalı, M., 1997, ¹3, səh. 113-114. Qeyd edək ki, məktublar A.Yurlovun «Statği i vospominaniə, materialı» kitabından götürülüb. Tərtibçi – I.Marisova. M., 1983.
       3 «Sovetskaə muzıka» jurnalı, M., 1974, ¹3, səh.84.


       
Əsas mövzuya qayıdaraq deməliyik ki, respublikamızda peşəkar xormeyster məktəbinin yaranmasında A.Yurlov şəxsiyyətinin xüsusi rolu bir fakt olaraq danılmazdır. Azərbaycan Dövlət Konservatoriyasında cəmi 2 il çalışmasına baxmayaraq o, hətta ifaçılıq fakultəsinin dekanı olmuş, Azərbaycan Dövlət Konservatoriyasının xor dirijorluğu şöbəsinin müəllimlərinin peşəkar fəaliyyətini aktivləşdirmişdi və A.Yurlovun qələbəsi məhz o oldu ki, Konservatoriyamızda xor dirijorluğu şöbəsinin əsasında xor dirijorluğu kafedrası açıldı.

       Burada bir sənədi təqdim etmək məqsədə-uyğun olardı:

        «Pisğmo direktora Azerbaydcanskoy Qosudarstvennoy Konservatorii A.D.Abbasova sekretarö ÜKLKSM Azerbaydcana N.M.Qadcievu ob orqanizaüii samodeətelğnoqo xora studentov vısşix uçebnıx zavedeniy q.Baku.

       6 sentəbrə 1954 qod.

       … Osoboe vnimanie udeleno v naşey strane razvitiö xorovoy samodeətelğnosti, ibo xorovoe penie əvləetsə odnim iz naibolee deystvennıx, vospitıvaöhix i orqanizuöhix vidov muzıkalğnoqo iskusstva.

       V poslednie qodı v praktike xudocestvennoy samodeətelğnosti rəda krupnıx qorodov vse bolğşee znaçenie priobretaöt studençeskie xorı. Xorı studentov orqanizovannıe v Moskve (pri Moskovskoy Qosudarstvennoy ordena Lenina Konservatorii im. P.I.Çaykovskoqo), Leninqrade, Kieve, polğzuötsə populərnostğö i prinosət bolğşuö polğzu.

       Net somneniə, çto v Azerbaydcane takce dolcno bıtğ podxvaçeno gto vacnoe naçinanie.
       V svəzi s gtim direküiə Konservatorii predlaqaet orqanizovatğ pri Konservatorii samodeətelğnıy xor studentov vısşix uçebnıx zavedeniy q.Baku.
       V xor budut vovleçenı naibolee odar¸nnıe uçastniki xorovoy samodeətelğnosti vuzov.
       V osnovu repertuara xora budut polocenı narodnıe pesni, proizvedeniə sovetskix kompozitorov, luçşie obrazüı klassikov muzıki.
       Zanətiə xora predpolaqaetsə provoditğ dva raza v nedelö.
       Rukovoditğ xorom budet prepodavatelğ Konservatorii kandidat iskusstvovedeniə Örlov A.A. K zanətiəm xora takce budut privleçenı v kaçestve assistentov diric¸ra studentı starşix kursov xorovoqo otdeleniə Konservatorii…

       Direktor Azerbaydcanskoy Qosudarstvennoy Konservatorii im.U.Qadcibekova, doüent, kandidat iskusstvovedeniə,A.D.Abbasov»4


       Həmin sənəddən görünür ki, Azərbaycan Dövlət Konservatoriyasının rəhbərliyi bu işdə A.Yurlova əlindən gələni əsirgəmirdi və çalışırdı ki, o tez bir zamanda məqsədinə çata bilsin.

       A.Yurlovun 1954-cü il oktyabrın 16-da A.Sveşnikova göndərdiyi məktubdan bir neçə maraqlı parçanı təqdim edirik:

        «… Rabotaö mnoqo, i rabota interesnaə…

       Rabotaö poka tolğko v konservatorii i otkazıvaösğ ot druqix priqlaşeniy - nado osmotretğsə i voyti v gtu ciznğ. S blaqodarnostğö vspominaö Vaşi sovetı i nastavleniə, oni mne oçenğ priqodilisğ i pomoqaöt. Calğ, çto net vozmocnosti popolnitğ ix, i prixoditsə dovolğstvovatğ starımi zapisəmi...

       Moy konservatorskiy xor (xorovoy otdel) postepenno obrastaet pevüami za sçet vokalistov, no poka ehe gto oçenğ ploxo. Çislom (no ne qolosami) mı dostiqli çelovek 35, i estğ nadecdı. S xorom studentov vuzov poka ploxo kleitsə. Calğ, çto bolen Abbasov i ne mocet vmeşatğsə v gto delo…

       Kollektiv zdesğ v üelom xoroşiy, drucnıy, no rabotı s nim mnoqo. Qlavnoe – nucno udelətğ emu mnoqo vremeni, çto ə v meru sil i delaö…»5


       Məktubdan aydın olur ki, Azərbaycan Dövlət Konservatoriyasında xor sinfinin yaradılması çətin bir prosses idi və A.Yurlov bu işi, faktiki olaraq,sıfırdan başladı. Hərçənd, Ü.Hacıbəyovun bu istiqamətdə apardığı işləri xüsusi olaraq nəzərə almaq lazımdır, lakin əfsuslar olsun ki, 50-ci illərin əvvəlində çox böyük çətinliklərlə əldə edilmiş xor ifaçılığı təcrübəsi, demək olar ki, itirilmişdi.

       Istedadlı bəstəkar və artıq o illərdə həm Azərbaycan, həm də müasir dirijor və bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi olmuş Niyazinin məqaləsindən bir parçanı əyani misal kimi göstərmək maraqlı olardı. «Za razvitie xorovoqo iskusstva v Azerbaydcane» adlı məqalə 1954-cü ilin dekabrında çap olunmuşdur:         «…ploxuö usluqu okazala naşey muzıke likvidaüiə sozdannoqo U.Qadcibekovım Azerbaydcanskoqo Qosudarstvennoqo xora, konüertı kotoroqo v Moskve proşli s bolğşim uspexom. V 1950 qodu likvidirovana takce i Qosudarstvennaə kapella. Faktiçeski v naşey respublike seyças net xorovoqo kollektiva, sposobnoqo propaqandirovatğ mnoqoqolosnoe penie…»5

       Əvvəlki məktubdan gördüyümüz kimi, Azərbaycan Dövlət Konservatoriyasının rəhbərliyi bu vəziyyətdən çıxış yolu axtrırdı və çalışırdı ki, Azərbaycanda peşəkar xor kollektivini yaratsın, hətta Moskva, Leninqrad və Kiyev şəhərlərindəki kimi digər ali məktəb tələbələri bu işə cəlb edilsin. Bu işdə A.Yurlov əsas təşəbbüskar oldu, çünki məhz onun bu cür kollektivlərlə çalışmaq üçün lazımi təcrübəsi var idi və ümumiyyətlə, o böyük xor kollektivləri və böyük kütlələrlə işləməyi sevirdi. A.Yurlov qısa bir vaxt ərzində Bakıda belə bir birləşmiş xoru yarada bildi və onun tərkibinə Azərbaycan Dövlət Konservatoriyasının müxtəlif fakultələrinin tələbələrindən başqa, Azərbaycanın bir sıra ali məktəblərinin – məsələn, Tibb Institutunun, Neft və Kimya Institutunun və s. tələbələri də daxil oldu.

       Dirijor Niyazi ilə birlikdə, A.Yurlov Azərbaycan Lenin Komsomolu Gənclər Birliyinin Mərkəzi Komitəsinin Respublikanın Mədəniyyət Nazirliyinin təşəbbüsünü həyata keçirərək I Respublika «Mahnı bayramı»nı hazırladı. Bu bayram 1954-cü ildə dekabrın 5-də və 6-da olmuş və respublikamızın əhalisinin geniş təbəqəsini əhatə etmişdir.

       Qeyd etmək lazımdır ki, bu cür «Mahnı bayramları» gələcəkdə respublikamızda geniş yayılmışdı. Bu isə Üzeyir bəyin öz birinci operasına xor səhnələrini daxil etməkdə haqlı olduğunu sübut edir. Üzeyir bəy həmişə deyirdi ki, Azərbaycan xalqı xor sənətinə çox yaxındır.


       4 «Azərbaycan arxivi» kitabı, B.,¹2-3 (25-26), 1985, s.236-237.
       5«Muzıkalğnaə Akademiə» jurnalı, M., 1997, ¹3, səh.114.
       6«Bakinskiy raboçiy» qəzeti, «Za razvitie xorovoqo iskusstva v Azerbaydcane» məqaləsi, 1954-cü il, 10 dekabr. «Azerbaydcanskaə Qosudarstvennaə Konservatoriə im. Uzeira Qadcibekova (1921-1971)» kitabından. Bakı, «Azərnəşr», 1972. səh.183.
       
Aydındır ki, bu bayramları Bakıda təşkil etmək A.Yurlov üçün çox çətin idi. 1955-ci il aprelin 14-də II Respublika «Mahnı bayramını» hazırlayan zaman A.Yurlov A.Sveşnikova yazırdı:

«…Oçenğ trudno zdesğ sovsem odnomu. Sicu v konservatorii s utra do veçera. Seyças ehe pribavilsə novıy prazdnik pesni, kotorıy dolcen budet sostoətğsə v mae mesəüe. V konservatorii uçebnıy qod idet k konüu. Qotovimsə k sessii. Zavtra budet konüert naşeqo studençeskoqo xora. Nesmotrə na eqo nesoverşenstvo i uboqostğ, ə vse ce reşilsə pokazatğ eqo. Poem azerbaydcanskie narodnıe pesni, pesni azerbaydcanskix kompozitorov, koe-çto iz klassiki.

Zdesğ estğ neskolğko interesnıx obrabotok azerbaydcanskix pesen dlə xora bez soprovocdeniə. Kak tolğko ko mne ix prinesut, ə nepremenno postaraösğ Vam ix poslatğ. Sam toce sdelal odnu obrabotku narodnoy pesni. Qovorət – niçeqo…»7


       Gördüyümüz kimi, A.Yurlovu Azərbaycan xalq musiqisi daim maraqlandırır və o, xalq mahnılarını xor üçün həvəslə işləyir, hətta müəyyən uğurlara nail olur.

       II «Mahnı bayramına» gəldikdə isə bütün problemlərə baxmayaraq 8, A.Yurlov maraqlı proqramı hazırlaya bilmişdi. Birləşmiş xorun tərkibinə Azərbaycan Dövlət Konservatoriyasının tələbələri, bir sıra özfəaliyyət xorları, Azərbaycan Dövlət Opera və Balet Teatrının solistləri, Bakı Zabitlər Evinin (BODO) xor ansamblı və s. daxil edilmişdi. Onların ifasında V.Muradelinin «Partiyamız», A.Novikovun «Demokratik gənclərin himni», Q.Qarayevin «Dəniz neftçilərinin mahnısı», Ü.Hacıbəyovun işləməsində «Ay, bəri bax» xalq mahnısı və s. əsərlər ifa olunmuşdu.

       Bayramdan sonra A.Yurlov müəlliminə yazırdı:

        «…8 maə proveli vtoroy v respublike prazdnik pesni. Sobrali xor v 17000 ((!) - müəllifin qeydi – L.M.) çelovek, i v üelom vışlo. Poslednie dve nedeli pered prazdnikom spal po neskolğku çasov – ezdil vsödu i repetiroval…

       Seyças, koqda ə tak naqrucen, ə osobenno blaqodaren Vam za to, çto Vı vospitali vo mne kaçestvo mnoqo rabotatğ, ne ustavaə, i mne v gtom oçenğ xoçetsə bıtğ poxocim na Vas…»9


       Bu sətirlər 50 il əvvəl yazılıb, lakin onları indi də oxuyarkən təəccüblənirsən ki, A.Yurlov necə də istedadlı və öz işinə sadiq insan idi. O, əsl musiqiçi idi. Bundan başqa o, zəngin mənəviyyata malik olan bir şəxsiyyət kimi seçilirdi və yaşının az olmasına baxmayaraq o, Bakıda olarkən həm tələbələr, həm də müəllimlər arasında böyük nüfuz və həmçinin böyük sevgi qazana bilmişdi. Bu keyfiyyətlər isə əsl dirijor və xormeyster üçün çox vacibdir.

       A.Yurlova milli ayrı-seçkilik, ya da rusiyafobiyalıq hissləri yad idi. O, eyni həvəslə Azərbaycan və rus kollektivləri ilə çalışırdı və ona görə də Azərbaycanda xor ifaçılığı sənətinə böyük xeyir verə bilmişdi.

       A.Yurlovun xormeysterlik bacarığından danışarkən, yaddan çıxartmamalıyıq ki, o, həmçinin paralel olaraq Azərbaycan Dövlət Konservatoriyasında müəllimlik fəaliyyəti aparırdı. 1956-cı ildə Azərbaycan Dövlət Konservatoriyasının ilk 7 xormeyster – məzunlarından bir neçəsini qeyd etmək olar.

       Nicat Məlikov – Azərbaycan Respublikasının əməkdar artisti, uzun illər Azərbaycan Dövlət Opera və Balet Teatrının baş xormeysteri kimi çalışıb, onunla yanaşı Azərbaycan Dövlət Konservatoriyasında müəllimlik fəaliyyəti aparıb, Azərbaycan Dövlət Konservatoriyasının dosenti olub.

       Ləman Atakişiyeva – Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi. 0, 1969-cu ildə A.Yurlovun rəhbərliyi ilə Qnesinlər adına Musiqili-Pedaqoji Institutun aspiranturasını bitirib. L.Atakişiyeva 1977-ci ildə Respublikamızda Kamera xorunu yaratdı.10 Bu xor tez bir zamanda peşəkarlar arasında rəğbət qazandı, xor kollektivlərinin Imumittifaq müsabiqəsində laureat adını aldı, Krımda keçirilən «Pesnə nad zalivom» ənənəvi xor festivalında I mükafatı aldı. Bundan başqa, L.Atakişiyeva Azərbaycan Dövlət Konservatoriyasında müəllimlik fəaliyyəti aparmış və professor dərəcəsinə çatmışdır.

       Həmin 7 nəfərdən R.Əfəndiyevi və K.Abbasovu da qeyd etmək olar ki, onların fəaliyyəti də gələcəkdə Azərbaycan xor musiqisinə müəyyən uğurlar qazandıra bildi.


       7«Muzıkalğnaə Akademiə» jurnalı, M., 1997, ¹3, səh.115.
       8 Nəzərdə tutaq ki, Niyazi öz məqaləsini II «Mahnı bayramı»ndan sonra yazmışdır.
       9«Muzıkalğnaə Akademiə» jurnalı, M., 1997, ¹3, səh.115.
       10 1966-cı ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Dövlət xor kapellası bərpa olunmuşdu. Bədii rəhbər və baş dirijor E.Novruzov idi.
       
Əlbəttə, A.Yurlovun Bakıda çox qısa müddətdə işləməsi, onun bilavasitə öz tələbələrinin 5 illik konservatoriya təhsilini sona çatdırmasına imkan vermədi. Lakin onun Azərbaycan xor ifaçılığı sənətinə gətirdiyi nailiyyətlərin gələcəkdə peşəkar xormeysterlər nəslinin yetişdirilməsi prosesinə böyük təsiri oldu. Haqlı olaraq, 1972-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının 50 illiyi münasibəti ilə A.Yurlova Azərbaycan Respublikasının xalq artisti adı verildi. Bu da zənnimizcə, Azərbaycan xalqının istedadlı musiqiçiyə verdiyi yüksək qiymət idi.

       Bu məqalə A.Yurlovun gələcək fəaliyyətini araşdırmağı qarşısına məqsəd qoymur, lakin istedadlı xormeysterin yaradıcılıq fəaliyyətinin bəzi məqamlarını qeyd etmək məqsədəuyğun olardı.

       Dediyimiz kimi, A.Yurlov Bakıdan 1956-cı ildə gedir və 1957-ci ilə kimi Leninqrad Konservatoriyasında xor dirijorluğu fakultəsində dərs deyir. 1958-ci ildən o Respublika Rus Xor Kapellasının rəhbəri olub. Həmin kollektiv 1973-cü ildən etibarən A.Yurlovun vaxtsız vəfatından sonra onun adını daşıyır. Yurlovun 10 ildən çox rəhbərlik etdiyi bu Kapellanın repertuarında dövr, üslub, bəstəkar yaradıcılığı və ya dramaturji fikir birliyində təzahür edən müxtəlif musiqi təbəqələri dirçəldilmişdir.

       Demək lazımdır ki, A.Yurlovun bir dirijor və Respublika Rus Kapellasının rəhbəri kimi püxtələşməsində XX əsrin böyük bəstəkarı Q.Sviridovun əvəzsiz rolu oldu. Q.Sviridov hesab edirdi ki, xor sənəti hər bir xalqın mənəvi həyatının vacib hissəsidir. «Patetik oratoriya», «Sergey Yeseninin xatirəsinə poema», «Kursk nəğmələri», «Qar yağır», «Drevyannaya Rus», «Yaz kantatası» və s. – demək olar ki, bütün bu əsərləri birinci dəfə Yurlovun xoru ifa etdi. Belə bir yaradıcılıq əlaqələrinin nəticəsi kimi A.Yurlovun vəfatından sonra Q.Sviridovun maraqlı bir əsəri – acapella xoru üçün 3 hissəli «A.Yurlovun xatirəsinə Konsert»i yarandı.

       Ümumiyyətlə, A.Yurlov hesab edirdi ki, rus bəstəkarlarının əsərlərini yorulmadan təbliğ etmək lazımdır. Onun kapellasının repertuarında Voronejdən K.Massalitinov, Krasnodardan Q.Plotniçenko, Dağıstandan M.Kajlayev və Ş.Qalayev, Udmurtiyadan Q.Korepanov, Çuvaşiyadan F.Lukinin və b. bəstəkarların əsərləri mühüm yer tuturdu.

       Vacib bir faktı qeyd etmək lazımdır ki, A.Yurlov keçmiş Sovet dövrünün musiqisində kantata-oratorial janrın inkişafında fəal iştirak etmişdi. Məhz 50-ci illərin axırından etibarən bu janrda yazılmış əsərlərin sayı çoxaldı. Məsələn, D.Şostakoviç, D.Kabalevski, O.Taktakişvili, A.Şnitke, A.Flyarkovski, R.Boykonun və b. əsərlərini qeyd etmək olar. Həmin janrın inkişafı sözsüz ki, A.Yurlovun və onun rəhbərlik etdiyi kapellanın adı ilə bağlı idi. Kapellanın repertuarında adı çəkilmiş bəstəkarların əsərlərindən başqa, A.Davidenkonun xor əsərləri, V.Şebalinin «Lenin» simfoniyası, S.Prokofyevin «Oktyabrın 20 illiyi», «Aleksandr Nevski» kantataları və «Vokaliz»i, R.Şedrinin «Sizə, həlak olanlar» adında xor əsəri və s. var idi.

       Kapellada işləyərkən A.Yurlov eyni zamanda Qnesinlər adına Musiqili-Pedaqoji Institutunda xor dirijorluğu kafedrasına rəhbərlik edirdi.

       Müəllimi A.Sveşnikovdan yüksək səviyyəli peşəkarlıq və təşkilatçılıq qabiliyyətini əxz etmiş, A.Yurlov öz işinin fədaisi olmuşdur, həmişə çox tələbkar, dəqiq və heç bir güzəştə getməyən bir xormeyster idi.

       Maraqlıdır ki, çox vaxt A.Yurlov, yüksək intellektə malik bir şəxs kimi, imtahanlarda öz sualları ilə hətta həmkarlarını da təəccübləndirirdi. O, tələbələrdən öyrənilən əsərin partiturası ilə əlaqədar olan bütün sualları – bəstəkar yaradıcılığını, müəyyən dövrü, hətta rəssamlığı, siyasəti və s. araşdırmağı tələb edirdi. Lakin, imtahanlarda o, sərt olmaqla yanaşı, həmçinin çox xeyirxah idi.

       A.Yurlovun təşəbbüsü ilə Qnesinlər adına Musiqili-Pedaqoji Institutunda 1966-cı ildə «Xalq xorlarının rəhbəri» şöbəsi yarandı. Bu işə folkloru, xalq musiqisini dərindən bilən mütəxəssislər cəlb edilmişdi, o cümlədən A.Rudneva, N.Kaluqina, V.Xorkov, V.Şürov, N.Meşko (Şimali rus xalq xorunun rəhbəri), L.Xristiansen, K.Massalitinov və b.

       1970-ci ildən başlayaraq, A.Yurlov həmin ali məktəbin professoru vəzifəsində çalışır, 1971-ci ildən isə o, Ümumrusiya Xor Cəmiyyətinin rəhbəri kimi də çalışır və həmin cəmiyyətin fəaliyyətinin ilk günündən başlayaraq məsul katib və sədr müavini kimi çalışıb. Bu işdə cəmisi 2 il fəaliyyət göstərdiyinə baxmayaraq, A.Yurlov öz hərtərəfli istedadını göstərə bilmişdi. Mübaliğəsiz demək olar ki, bu illər adı çəkilən cəmiyyətin çox məhsuldar və intensiv yüksəliş illəri idi.

       A.Yurlov 1967-ci ildən Dövlət mükafatı laureatı, 1970-ci ildən RFSRI-nin (RSFSR) xalq artisti, 1972-ci ildən Azərbaycan SSR-nın xalq artisti olmuşdur. Demək olar ki, A.Yurlov keçmiş SSRI məkanında xor ifaçılığı mədəniyyətini dünya miqyasına çıxarmış, onu ümumdünya səviyyəsində yeni bir zirvəyə qaldırmışdır.

       Xülasə, Q.Sviridovun sözlərindən yaxşı etiraf olmaz:

        «…Petğ seyças tak, kak peli do Örlova, nevozmocno».11

       Zənnimcə, bu sözləri, bilavasitə Azərbaycan xor ifaçılığı sənətinə də şamil etmək olar.


       11«Sovetskaə muzıka» jurnalı, M., 1974, ¹3, səh.77.







Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70