2004-cü il avqust ayının 23-də Prinston Universitetinin Radiosu (Nyu Cersi ştatı) 5 saat fasiləsiz olaraq Azərbaycan klassik musiqisini yayımladı. Bu görünməmiş bir hadisə idi: Amerika Birləşmiş Ştatlarında klassik radio tarixində ilk dəfə olaraq, Azərbaycan musiqisi belə geniş təmsil olımmuşdu. WPRB 103.3 FM dalğasında yayım-lanan bu proqram Marvin Rozen tərəfindən onun həftəlik «Klassik Kəşflər» verilişi üçün hazırlanmışdı. Axtarın: OURWORLD.cs.com/clasdis.
Azərbaycan musiqisini yayımlayan bu proqra-mın təşkil olunmasında "Azərbaycan International" jurnalının baş redaktoru Beti Bleyer böyük rol oynamışdır. "Azərbaycan International" jurnalı haqda əlavə məlumat almaq üçün AZER.com veb səhifəsinə baş çəkin.
Rozenin verilişində adətən digər klassik radiolarda səslənən tipik Betxoven, Bax və digər Avropa bəstəkarlarının əsərləri deyil, daha az tanınmış klassik musiqi əsərləri səslənir. Rozen özü klassik pianoçudur və Azərbaycan bəs-təkarlarının əsərlərini ifa edərək solo konsertlər verib. Onu ən çox Fikrət Əmirovun «Min bir gecə» baletini tam fasiləsiz olaraq radiosunda səsləndirə bilməsi sevindirib.
WPRB Radiosunın özünəməxsus xüsusiy-yətlərindən biri də ondan ibarətdir ki, ona internet vasitəsilə qulaq asmaq olar. Yayımlanan coğrafi ərazidən kənarda yaşayan hər bir kəs dünyanın istənilən yerində WPRB.com internet səhifəsində verilişin gedişi zamanı onu dinləyə bilər.
Rozenin səsləndirdiyi əsərlərdən çoxu 1997-ci ildə "Azərbaycan International" jurnalı tərəfindən Amoco şirkətinin sponsorluğu ilə hazırlanmış 6 diskdən ibarət «Azərbaycan Klassik Musiqisi» toplusundandır. 6 saatlıq bu topluya 15 bəstəkarın 74 əsəri daxildir. Toplunu AZER.com səhifəsində yerləşən internet dükandan əldə edə bilərsiniz.
Indi də haqqında söhbət açdığımız konsertin proqramını sizə təqdim edirik.
6:00 - 7:00 (Bazar ertəsi, 23 avqust, 2004)
1. Üzeyir Hacıbəyov (1885-1948). «Koroğlu» operasından Uvertüra, Azərbaycan Dövlət
Simfonik Orkestrinin ifasında; dirijor Yalçın Adıgözəlov; «Azərbaycan klassik musiqisi» disk toplusundan 5-ci dısk (AKM 5).
2. Qara Qarayev (1918-1982). “Leyli və Məcnun,” Azərbaycan Dövlət Simfonik Orkestri,
dirijor Yalçın Adıgözəlov (AKM 2).
3. Fərəc Qarayev (1943). Üç polifonikPyes, pianoda ifa edir Murad Adıgözəlzadə.
4. Tofiq Quliyev (1917-2000). Skripka üçün Konsertlya Minor. Skripkada Mark
Lyubotski, SSR Radio və Televiziyasının Böyük Simfonik Orkestri, dirijor Yuri Temir-kanov.
5. Vasif Adıgözəlov (1935). “Qərənfil,” tarda Ramiz Quliyev,Azərbaycan Dövlət Kamera Orkestri dirijor Yaşar Imanov (AKM 6)
7:00-8:00
1. Siyavuş Kərimi (1954). “Peyzaj.” Pianoda Murad Adıgözəlzadə.
2. Soltan Hacıbəyov (1919-1974). “Karvan.” Azərbaycan Dövlət Simfonik Orkestri, dirijor
Yalçın Adıgözəlov (AKM 1).
3. Azər Rzayev (1930). Skripka və piano üçün Sonata. Skripkada Arif Manaflı, pianoda Fərhad Bədəlbəyli.
4. Aqşin Əlizadə (1937). “Cəngi.” Qoboyda Oleq Qreçko; Azərbaycan Dövlət Kamera Orkestri; dirijor Yaşar Imanov (AKM 6).
5. Üzeyir Hacıbəyov (1885-1948). “Koroğlu” operasından, “Nigarın ariyası”, birinci pərdə. Ifa edir Qərinə Kərimova, soprano, Azərbaycan Dövlət Simfonik Orkestri; dirijor Yalçın Adı-gözəlov (AKM5).
6. Üzeyir Hacıbəyov (1885-1948). “Koroğlu” operası, “Nigarın ariyası”, ikinci pərdə. Ifa edir Qərinə Kərimova, soprano, Azərbaycan Dövlət Simfonik Orkestri; dirijor Yalçın Adıgözəlov (AKM5).
7. Üzeyir Hacıbəyov (1885-1948). “Koroğlu” operasından Xanəndənin Mahnısı. Ifa edir Səfurə Əzimi, Vokal, Azərbaycan Dövlət Simfonik Orkestri; dirijor Yalçın Adıgözəlov (AKM 5).
8:00-9:00
1. “Sarı gəlin” xalq mahnısı əsasında impro-vizasiya; Balabanda Əlixan Səmədov.
2. Ismayıl Hacıbəyov (1949). Vatto ruhunda yazılmış Üç Skeç; Pianoda Murad Adıgözəlzadə.
3. Kəmalə Əlizadə (1978). Prelüd və Skerso; Pianoda Murad Adıgözəlzadə.
4. Hacı Xanməmmədov (1918). Tar və Orkestr üçün 2 nömrəli konsert. Ifa edir Ramiz Quliyev və Azərbaycan Dövlət Simfonik Orkestri; dirijor Yalçın Adıgözəlzadə. (AKM 3).
5. Çingiz Sadıxov (1929). Cənubi Azər-baycan Xalq Mahnısı. Pianoda ifa edir Çingiz Sadıxov.
6.Cavanşir Quliyev (1950). Muğam lad-larında yazılmış interlüdiyalarla altı pyes. Pianoda Rəna Rzayeva.
9:00- 10.00
1. Fikrət Əmirov (1922-1984). “Min bir gecə” baleti. Bolşoy Teatrın Orkestri; dirijor Nazim Rzayev; Olımpıa OCD 578 A&B.
10.00-11.00
1. Fikrət Əmirov. “Min bir gecə” baleti,ardı.
2. Firəngiz Əlizadə (1947). «Habü-Sayağı». Violonçeldə Yo-Yo Ma və xüsusi pianoda Joel Fan.
3. Sevda Ibrahimova (1939). Azərbaycan mövzusunda beş Pyes; Pianoda Murad Adı-gözəlzadə.
«Azərbaycan International» jurnalı
p align>
|