Çoxəsrlik tarixə malik Azərbaycan xalq musiqisi son dərəcə zəngin və rəngarəngdir. Tarix boyu xalqın məhəbbət bəslədiyi mahnı, oyun havaları, aşıq musiqisi və muğamlar onun həyatı, məişəti, əmək və zəhmətilə bağlı olmuş, gündəlik səmərəli işində zəruri, həlledici rol oynamışdır.
XX əsrin əvvəllərinə qədər şifahı ənənəli şəkildə yaşayan Azərbaycan xalq musiqisi spesifik forma və janrlar müxtəlifliyi, zəngin ritmi, parlaq ifadə tərzi, özünəməxsus milli xüsusiyyətləri ilə seçilir. Onun xalq musiqiçiləri tərəfindən qorunub saxlanan ən yaxşı nümunələri əsrdən-əsrə, nəsildən-nəslə keçmiş və qiymətli bədii sərvət kimi bizə qədər gəlib çatmışdır.
Bu sərvəti müasir texniki vasitələrlə lentə yazmaq, nota alıb mühafizə etmək, toplu və məcmuələr şəkilində çap edib mədəniyyət abidəsi kimi qorumaq, yenidən xalqa, həm gələcək nəslə çatdırmaq musiqişünasların mügəddəs borcu, şərəfli vəzifəsidir.
XIX əsrin əvəllərindən Azərbaycan xalqının çox əsrlik mədəni irsinə, ənənələrinə, məişətinə, musiqisinə olan maraq getdikçə artır. Buna misal olaraq 1817-ci ildə Ivan Dobrovolskinin – "Asiya musiqi jurnalında", 1840-ci ildə Aleksandr Xodzkonun Londonda çap olunmuş "Koroğlu Şərq şair və xalq qəhrəmanı" adı altında kitabda, Petr Siyalskinin "Illyüstrasiya" jurnalında çap olunmuş not nümunələri şübhəsiz Azərbaycan musiqi folklorunun öyrənilməsində mühüm əhəmiyyət kəsb edir. Lakin, onların keyifiyyətsiz not yazıları, melodiyanın və metroritmin təhrif edilməsi, formanın daxili qanuna uyğunluqlarının pozulması, nümunələrin həqiqi səslənməsinə uyğun gəlmir və ciddi düzəlişlər tələb edir.
Həmin dövrdə Azərbaycan xalq musiqisi daima Azərbaycanın dahi bəsbəkarları Ü. Hacıbəyov və
M. Maqomayevin diqqət mərkəzində olmuşdur. Onlar, Azərbaycan musiqi folklorunu toplamağa, yazmağa və öyrənməyə hələ Qori müəllimlər seminariyasında oxuduqları illərdə başlamışlar. Bunu, onların əlyazmaları şəkilində olan ilk musiqi albomları bir daha təsdiq edir. Burada onu da qeyd etmək lazımdır ki, həmin albomlar, M. Maqomayevin, 1990-ci ildə Parisdə keçirilən ümumdünya sərgisində, Üzeyir bəyin isə 1901-ci ildə Tiflisdə mədəniyyət sərgisində nümayış olunmuşlar.
Əsrimizin 20-ci illərindən Azərbaycanda xalq yaradıcılığının yeni çiçəklənmə dövrü başlanır. Milli musiqi sənətinin klassik nümunələrinə əsaslanan xalq musiqi yaradıcılıqı xalq arasında geniş inkişaf taparaq yeni keyifiyyətlərlə zənginləşir və musiqi folklorşünaslıqın əsasını yaradır. Bu işdə mahir müğənənilər, aşıq və xanəndələr, xalq musiqi ifaçıları böyük rol oynamışlar. Ifaçılıq ənənələrinə sadiq qalan, onu daim inkişaf etdirməyə çalışan sənətkarlar icərisində Əsəd Rzayev, Mirzə Bayramov kimi aşıqlar, C. Qaryağdı oğlu, Bülbül Məmmədov, Səyid və Xan Şuşalı kimi xanəndələr, Qurban Pirimov, Ə. Bakixanov, Mansur Mansurov və başqa tarzənələrin sənətə bağlılığı bu gün üçün də nümunə məktəbi ola bilər. Onlar oba-oba gəzmiş, ansambllar təşkil etmiş və məşhurlaşmışlar. Beləliklə, xalq musiqiçilərinin sənəti dildən-dilə, nəsildən-nəslə keçir, peşəkar çizkilərlə zənginləşir və tədricən ümuxalq inçəsənətinə çevirilir.
1927-ci ildə Ü. Hacıbəyov və M. Maqomayev Azərbaycanda ilk dəfə olaraq "Azərbaycan türk xalq mahnıları" məcmuəsini nəşr edirlər. Məcmuəyə daxil olan 33 mahnıdan ikisini Üzeyir bəy özü bəstələmiş, 19 mahnını isə C. Qaryağdı oğlunun ifasından nota almışdır. Qalen mahnıları Zülfüqar Hacıbəyov toplamış, Üzeyir Hacıbəyov və M. Maqomayev isə onları nota salmışlar. Gərkəmli rus folklorçu, professor P. Fridolinin həmin məcmuəyə yazdığı müqəddimədə deyir ik, "Bu məcmuə yalnız ilk başlancıqdır, lakin elə başlancıqdır ki, Azərbaycan musiqi həyatında yeni şəfəq gətirmişdir". Həqiqətən də bu məcmuə Azərbaycanda musiqi folklorunun toplanmasında və nəşrində ilk mühüm addım idi.
Həmin dövrdə M. Maqomayevin topladığı üç yüzdən artıq Azərbaycan xalq musiqi nümunələrinin əlyazmaları da böyük maraq doğurur. Xalq yaradıcılığını öyrənmək üçün bu məcmuə zəngin, maraqlı materiallarla tərtib olunmuşdur. Xüsusilə məcmuənin qeydlər şöbəsində harada, nə vaxt və kim tərəfindən toplanmış musiqi nümunələri haqqında faktik materiallar çox qiymətlidir.
Azərbaycan EA-nın Əlyazmalar Institutunda saxlanan "Xalq musiqi yaradıcılığı" toplusu ilə yanaşı
M. Maqomayevin Azərbaycan muğam nümunəsinin nota salınması da diqqəti cəlb edir.
Məlum olduğu kimi, qeyri-temperasiyalı lad sistemi, bəzəkli melizmlər, melodiyanın improvizasiyalı və sərbəst metro-ritimli quruluşu uzun zaman muğamların nota alınmasında çətinlik törətmişlər-həmin problem hələ yaradıçılıqının ilk dövründə Üzeyir bəyi də düşündürürdü. Hətta bəstəkarın yaradıcılığında muğam, lad və metr qanunauyğunları öz əksini tapmasına baxmayaraq, muğam hələ çoxhissəli, tam şəkildə nota alınmamışdır.
Azərbaycan musiqi tarixində ilk dəfə olaraq 1928-ci ildə M. Maqomayev bu varib problemin həllində ilk addım atmış, görkəmli tarzan Q. Primovun ifasından "Rast" muğamını nota salmışdır.
Tar alətinin spesifikliyini dəqiq his edən M. Maqomayev öz not yazısında muğamın əsas strukturunun miniatür formada nəingi əks etdirməyə, həmçinin muğamın instrumental səslənmədə ifaçılıq xüsusiyyətlərini də daxil etməyə nail olmuşdur. Muğamın birsəsli ifasında diqqəti hər şeydən əvvəl, bir çox vasitələr – punktir ritmlər, pauzalar, sezuralar, qısa melodik quruluşun ifadəliliyi cəlb edir.
M. Maqomayevin "Rast" muğam yazısında muğam dramaturgiyasının tipik vasitələri: maye, hüseyni, vilayəti, şikəsteyi – fars, əraq və s. bölmələrin ardaçılığı da öz əksini tapmışdır.
Azərbaycan xalq musiqisinin nota salanması, tədqiqi və nəşr edilməsi sahəsində növbəti böyük addım 1932-çi ildə Azərbaycan dövlət Konservatoriyasının nəzdində Elmi Tədqiqat Musiqi Kabinəsinin yaradılması ilə bağlıdır. Xalq musiqisinin misilsiz bilicisi məşhur müğənni Bülbülün rəhbərlik etdiyi bu kabinə musiqi folklorunun toplanması və çap olunması ilə müntəzəm məşqul olmağa başlayır. Həmin təşkilatın xətti ilə respublikamızın müxtəlif zona və rayonlarına ekspedisiylar təşkil olunur. Bu məqsədlə, o dövrdə öz istedadı ilə fərqlənən bir sıra Azərbaycan bəstəkarları: A. Zeynallı, Q. Qarayev, F. Əmirov, C. Hacıyev, S. Rüstəmov, T. Quliyev,
Z. Bağırov Qarabağ zonasında, Lənkaran, Xaçmaz, Quba, Qusar, Dilican, Borcalı və başqa rayonlarda olmuş, xeyli miqdarda materiallar toplamışlar.
Həmin təşkilatın fəaliyyəti, eyni zamanda, qocaman ifaçıların iştirakı ilə xalq musiqi nümunələrini texniki səs yazma vasigəsilə toplamaqdan da ibart idi. Bülbülün təşəbbüsü ilə, o dövrdə fonoqrafın vasitəsilə C. Qaryağdı, Q. Primov, S. Şuşalı, Aşıq Əsəd Rzayev, Aşıq Mirzə Bayramov və başqa sənətkarların ifasında xeyli miqdarda xalq mahnıları, aşıq və oyun havaları toplanmışdır.
Xalq musiqisinin toplanması ilə yanaşı, bu qiymətli nümunələrin nəşr edilməsində də Bülbülün böyük xidməti olmuşdur. Bu baxımdan "50 Azərbaycan xalq mahnısı" məcmuəsi xüsusilə qeyd olunmalıdır. Məcmuəyə C. Qaryaqdı oğlunun ifasında Bülbül tərəfindən fonovaliklərə yazılmış mahnılar daxil edilmişdir.
Məcmuə Azərbaycan xalq mahnılarının öyrənilməsi və geniş yayılması işində böyük rol oynamışdır. Onun göməyi ilə musiqi həvəskarları və hüsusilə gənclər bir çox illər Azərbaycan xalq yaradıcılığının gözəlliyi və zənginliyini dərk etmişlər. Məcmuə bu günə qədər də öz əhəmiyyətini itirməmişdir. Məcmuədə olan mehnılar indi də geniş xalq arasında yaşayır və səslənir.
Elmi Təgqiqat musiqi ocaqını təkcə musiqi folkloru deyil. eyni zamanda nağılar, dastanlar, atalar sözü və xalq şerləri də maraqlandırırdı. Bütün toplanmış materiallar musiqi folklorunun tədqiqində qiymətli mənbədir. Onlar, vaxtilə 30-40-cı illərdə çap olunmuş bir sıra məcmuəllərin məzmununu təşkil etmişdir. Burada
S. Rüstəmovun nota alınmış "Azərbaycan xalq mahnıları", "Azərbaycan rəqs havaları", "Azərbaycan aşıq mahnıları" və "Azərbaycan xalq rəngləri" Azərbaycan musiqi irsini öyrənilməsi və yazılması yolunda böyük rol oynamışdır.
Elmi Tədqiqat Kabinə yarandığı ilk günlərindən Azərbaycan muğamlarının not yazısı ilə də məşqul olur. Burada, 1930-cı ildə maestro Niyazinin C. Qarayağdı oğlunun və Q. Pirimovun ifasından "Rast" və "Şur" muğamlarını nota yazdığını da qeyd etmək lazımdır. Bununla əlaqədar olaraq həmin dövrdə mətbuatda bir necə məqalələrlə yanaşı Üzeyir bəyin də məqaləsi çap olunmuş və o gənc bəstəkarın işini yüksək qiymətləndirərək kələcəkdə Azərbaycan bəstəkarlarını yaradıcılığında muğamların inkişaf perspektivini də qeyd etmişdir.
Üzeyir bəyin müqəddəs sözləri tez bir müddətə özünü doqruldur. Niyazinin ardınça muğamlara gənc bəstəkarlar Q.Qarayev, F. Əmirov, T. Quliyev, Z. Bağırov müraciət edirlər.
Niyazinin, Q. Qarayevin və F. Əmirovun muğam yazıları ayrıça çap olunmayıb. Onlar Moskva Konservatoriyasının professorları V. Krivonosovun və V. Belyevin elmi əsərlərində istifadə olunmuş və Moskva
P. Çaykovski adına konservatoriyasının kitabxanasında saxlanılır. T. Quliyevin və Z. Bağırovun isə "Rast", "Zabul" və "Dügah" dəstkahları 1936-ci ildə çap olunur.
Beləliklə muğamların not yazısı elə bir səviyyəyə çatır ki, dünya musiqi mədəniyyəti tarixində ilk dəfə olaraq Azərbaycanda tamamilə yeni bir janr – F. Əmirovun "Şur", "Kürd ovşarı", "Külüstan Bayatı-Şiraz", Niyazinin "Rast", S. Ələsgərovun "Bayatı Şiraz" simfonik muğamları yaranır.
1960-cı illərdən başlayaraq Azərbaycan musiqi folkloruna maraq daha da artır və bunun nəticəsində xalq musiqi yarazıcılığının müxtəlif janrlarını əhatə edən bir sıra məcmuələr çap olunur. Bunlardan S. Rüstəmovun, F. Əmirovun, T. Quliyevin, Ə. Bakıxanovun, B. Mansurovun, R. Zöhrəbovun, D. Məmmədbəyovun məcmuələrini xüsusi olaraq qeyd etmək lazımdır.
Son üç onillik ərzində şifahi ənənəli musiqinin yazısı və nəşr sahəsində əldə edilən nailiyyətlərdən biri də bəstəkar N. Məmmədovun muğam məçmuələridir. Əkər onun fortopiano üçün nəşr olunmuş birinci nümunələrində muğam dəm səsi ilə müşayiət olunurdusa, sonuncu, Moskvada çap olunmuş "Cahargah" və "Rast" muğamları dostkah şəklində nota alınmış xanəndənin və onu müşayiət edən tar, kemança və dəfin ifasında təsvir olunmuşdur. Bu məçmuələrin ən vaçib və qiymətli xüsusiyyətləri ondan ibarətdir ki, muğamlarda olan zəngin melodik və improvizasiya incəlikləri olduğı kimi, təbii səslənir.
Beləliklə, Azərbaycan xalq musiqisinin inkişaf yolunu, şifahi ənənədən nota yazma prosesini və onun tədqiqini nəzərdən keçirsək, bütün nailiyyətlər Azərbaycan musiqi folklorşünaslığın inkişafı üçün mühüm zəmin yaratmışdır. Təsadüfi deyil ki, qısa müddətə xeyli miqdarda Azərbaycan xalq musiqinin bütün növlərini əhətə edən monoqrafiya və kitabar çap olunmuşdu. Bunlardan, mən hüsusilə Ə. Eldarovanın "Azərbaycan aşıq sənəti" adlı monoqrafiyanı qeyd etmək istəyirəm. Çünki monoqrafiyanın müəllifi Azərbaycanın qədim və zəngin sahələrindən biri olan aşıq sənətinin tarixi və nəzəri problemlərini ilk dəfə araşdırmış təhlil etmişdir.
Hal-hazırda Azərbaycan EA Memarlıq və incəsənət institutunun musiqi folklor şöbəsi 10 cildən ibarət "Azərbaycan xalq musiqi antologiyası" və "Azərbaycan musiqi folklorunun "Atlası" üzərində işi tamamlamışdır.
"Azərbaycan xalq musiqi antoloniya"sı ən qədim dövrdən başlayaraq zamanəmizə qədər yaranmış musiqi folklor nümunələrini əhətə edir. Birinci cildə ailə, məişət, uşaq və lirik mahnılar, ikincisində isə fərdi və kütləvi ənənəvi mahnıları daxıldır. Üçünçü cildə aşıq havaları, dördüncü və beşinci cildlərdə isə, ilk dfə olaraq, lirik aşıq Qərib və qəhrəmanı Köroğlu dastanlarından istifadə olunmuş mahnılar əhətə olunur. Altıncı, yeddinci və səkkizinci cildlərdə yeddi əsas muğamlar, yəni "Rast", "Şur", "Segah", "Çahapgah", "Şüştər", "Bayatı-Şiraz" və "Hümayün" daxildir. Antoloqiyanın doqquzunçu çildə təsnif və rənglər, onuncu da isə rəqs və instrumental melodiyalar öz əksini tapmışdır.
"Azərbaycan musiqi atlası"nda isə Qarabağ, Naxcıvan, Şəki-Zakatala, Astara-Lənkoran, Şamaxı-Şirvan və başqa zonalar əhədə olunur. "Atlas"da müəyən zonalara xas olan xalq musiqi növləri araşdırılır və onların Azərbaycan musiqi mədəniyyətində olan tarixi əhəmiyyəti işıqlandırılır. Məsələn, Qarabağ muğam sənəti, onların ifaçıları və simli musiqi alətləri ilə fərqlənirsə, Naxcivanda gütləvi oyun havaları ("Yallı", "Ahışda"), aşıq sənəti və zərbi, nəfəsli (yan tütək, tulum zurnası) musiqi alətləri əsas yer tutur.
"Atlas"da tarixi məlumatlarla yanaşı, ayrı-ayrı zonalara xas olan etnoqrafik xaritələr, ifaçıların şəkilləri və musiqi not nümunələri təqdim olunur.
Hal-hazırda, həmin əsərləri çap etmək üçün maddi imkanlar axtarırıq, çox təəssüf olsun ki biz belə imkanlara hələ nayil olmamışıq, ümidlə yaşayırıq.
p align>
|