70 YAŞLI G.G.ŞAROYEV ADINA
Yusif VƏLIYEV
 

Professor Georgi Georgiyeviç Şaroyev adına 35 saylı onbirillik musiqi məktəbi Azərbaycanda,xüsusilə də Bakı şəhərində fəaliyyət göstərən musiqi məktəbləri arasında özünün yüksək, nailiyyətləri və ənənələri ilə tanınan bir məktəbdir.

       Bu il məktəb yaranmasının 70 illik yubileyini qeyd etməyə hazırlaşır. Məktəbin yaradıcısı adını daşıdığı,Azərbaycan Respulikasının əməkdar incəsənət xadimi, professor G.G.Şaroyev olmuşdur. O, Azərbaycanda professional musiqi təhsilinin və fortepiano ifaçılığı məktəbinin inkişafında böyük xidmətləri olmuş mahir pianoçu, təcrübəli pedaqoq idi. Görkəmli rus bəstəkarı və pianoçusu Anton Rubinşteynin nəslindən olan G.G.Şaroyev Peterburq konservatoriyasını bitirdikdən sonra 1919-cu ildə Azərbaycanda professional bəstəkarlıq məktəbinin və musiqi təhsilinin bünövrəsini qoymuş Üzeyir Hacıbəyovun dəvəti ilə Bakıya musiqi müəllimi kimi gəlmiş və ömürlük taleyini bu şəhərlə bağlamışdır. O, Üzeyir Hacıbəyovla çiyin-çiyinə milli musiqiçi kadrlarının yetişdirilməsi uğrunda əzmlə,yorulmadan çalışmışdır. Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyasının) yaradılmasında böyük əmək sərf etmiş G.G.Şaroyev 1921-ci ildən ömrünün sonuna kimi (50 ilə yaxın bir müdd ətdə) ADK-da çalışmış, müəllimlikdən professora kimi şərəfli bir yol keçmişdir. O,uzun illər boyu konservatoriyada fortepiano kafedrasının müdiri, fortepiano fakultəsinin dekanı,müəyyən müddət konservatoriyanın elmi və tədris işləri üzrə prorektoru olmuşdur. O, bütün ömrünü yüksək səviyyəli professional musiqiçi kadrların yetişdirilməsinə həsr etmiş, bununla da Azərbaycanda musiqi mədəniyyətinin inkişafında əhəmiyyətli xidmətlər göstərmişdir.

       Diqqətinizə bir məktubu təqdim etmək istərdim:

        «Doroqoy Qeorqiy Qeorqieviç!

       …Ə oçenğ çasto i oçenğ xoroşo Vas vspominaö i poçemu-to seqodnə zaxotelosğ Vam napomnitğ o sebe. Poverğte v moö çestnostğ i v çestnostğ skazannoqo, ə vam obəzan tem, çto reşil svoö ciznğ otdatğ muzıke. I za gto spasibo,bolğşoe spasibo. Ehe spasibo za to, çto çasto Vı bıli bolee çutkim,çem moy rodnoy oteü. Prostite za dopuhennıe qrubıe oşibki v moey cizni. Üeluö Vas krepko, iskrenne. Na vsö ciznğ Vaş uçenik Karik!!!»


       Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyində saxlanılan bu məktubu 1938-ci il 29 noyabr tarixində gənc Qara Qarayev Moskvadan ilk musiqi müəllimlərindən biri olan Georgi Georgiyeviç Şaroyevə yazmışdır. Məktubun səmimi ifadə tərzini olduğu kimi çatdırmaq üçün onu orijinalda sizlərin diqqətinə təqdim etmək qərarına gəldim.Çünki elə tərcüməsiz də burada ifadə olunmuş fikirlərin şərhə ehtiyacı qalmır. Bu G.G.Şaroyevin bir müəllim kimi böyüklüyünü sübut edən ən inandırıcı sənəddir.

       G.G.Şaroyev böyük bir pianoçular nəsli yetişdirmişdir. Yetirmələrinin əksəriyyəti sonradan onunla birlikdə çalışaraq, Azərbaycan fortepiano ifaçılığı məktəbinin inkişafında mühüm rol oynamış, respublikadan kənarda da çox məşhurlaşmışlar. Onların arasında xalq artisti, əməkdar incəsənət xadimi kimi fəxri adlarla təltif olunanlar az deyil. Bu sırada professorlar Kövkəb xanım Səfərəliyevanı, Elmira Nəzirovanı, Çingiz Sadıxovu, Rafiq Quliyevi, I.Q.Plyamı göstərə bilərik. Eyni zamanda G.G.Şaroyevin tələbələri olmuş Natella Sinamdzqvarişvili, Nizami Dadaşlı və bir çox başqalarını qeyd etmək olar.

       Professor Rafiq Quliyev müəllimi haqqında belə söyləyir: «Mən iyirmi ildən artıq bir müddətdə G.G.Şaroyevlə ünsiyyətdə olmuşam. Müəllimimlə bir kafedrada çalışmışam. Dəfələrlə onun qarşısında imtahanlarda,dinləyişlərdə və ya solo konsertlərdə çıxış etmək səadəti mənə nəsib olub. Mən həmişə onun məsləhətlərinə ehtiyac duyurdum.Hər çıxışımdan sonra onun rəyini eşitmək mənim üçün vacib idi. Və əgər o mənim çiyinlərimi qucaqlayıb desəydi ki : «Bilirsiniz, bu gün heç də pis deyildi,» bundan mən böyük məmnunluq duyurdum. Bu bir neçə kəlmə Ustadın dilində səslənən ən böyük tərif idi.Uzun illər mən Georgi Georgiyeviçlə çiyin-çiyinə çalışaraq,onun pedaqoji prinsiplərini əxz etmişəm.

       Tale mənə Georgi Georgiyeviçlə bağlı daha bir xoşbəxtlik nəsib edib,buna görə də mən Müəllimimə ömrüm boyu minnətdaram. Çünki G.G.Şaroyevin yetirmələrindən biri-Tamilla Abiyeva mənim həyat yoldaşımdır,qızım Səbinə isə G.G.Şaroyevin tələbəsi Gennadi Breykinin sinfində oxumuşdur. Beləliklə,mənim üçün müqəddəs olan bir insanın şərəfinə özümü Ş a r o y e v ç i adlandırmağa tam haqqım vardır.»

       G.G. Şaroyevin yetirdiyi mütəxəssislər,eyni zamanda, onların da tələbələri hal-hazırda Bakı Musiqi Akademiyasında, Azərbaycan Milli Konservatoriyasında, A.Zeynallı adına Musiqi Kollecində, Bülbül adına orta ixtisas musiqi məktəbində, G.G.Şaroyevin adını daşıyan 35 saylı onbirillik uşaq musiqi məktəbində və respublikamızda, həmçinin onun hüdudlarından kənarda yerləşən digər şəhərlərdəki musiqi təhsili ocaqlarında çalışırlar. Bütün bunlar G.Şaroyevin böyük bir ifaçılıq məktəbi yaratdığını sübut edir.

       Bakı Musiqi Akademiyasının prorektoru, professor Oqtay Abbasquliyevin G.G.Şaroyev haqqında xatirələrindən bir parçasını orijinalda olduğu kimi sizə təqdim etmək istəyirik: «Muzıkant şirokoy grudiüii i kulğturı, çelovek hedrıx duşevnıx kaçestv Q.Şaroev oliüetvorəl obraz muzıkalğnoqo deətelə s bolğşoy bukvı. Vse, kto znal gtoqo udivitelğnoqo çeloveka, əvləöheqo soboy primer beskorıstnoy predannosti iskusstvu, muzıke, navseqda soxranət v paməti obraz vdoxnovennoqo muzıkanta, mudroqo pedaqoqa i dobroqo, otzıvçivoqo çeloveka»…

        Bəstəkar, musiqişünas Nərgiz Şəfiyevanın xatirələrindən : «Yadımdadır, X sinif şagirdi Vaqif Vəkilov (Səməd oğlu) konsertlərin birində Baxın g-moll orqan prelüdünü çox təsirli tərzdə ifa etdi.Georqi Georqiyeviç gözlənilmədən yerindən qalxıb səhnəyə tərəf getdi.Işarə ilə Vaqifi səhnənin kənarına çağırıb onun əlini sıxdı… Konservatoriyada bəstəkarlıq ixtisasından qəbul imtahanını verəndən sonra təlaş içində kənarda durub nəticəni gözləyirdim;şöbə üzrə bəstəkarlara ayrılan yerlərin məhdudluğu haqda hamımız xəbərdar idik.Birdən rektorun kabinetinin qapısı açıldı .Imtahanda iştirak edən Georgi Georgiyeviç mənə yaxınlaşıb çalınan əsərlərim haqda müsbət rəyini bildirdi,təbrik etdi. Bu, çox gözlənilməz oldu»...

       G.G.Şaroyevin tələbəsi,əməkdar incəsənət xadimi,professor Elmira Nəzirovanın xatirələrindən: «Vstretitğ v cizni nastoəheqo nastavnika, obresti «svoeqo» Pedaqoqa gto samoe bolğşoe sçastğe dlə kacdoqo. A, osobenno, dlə çeloveka tvorçeskoqo,muzıkanta-ispolnitelə, koqda liçnostğ Uçitelə vseqda prisutstvuet v tvorçestve uçenika. Sudğba bıla blaqosklonna ko mne, mne oçenğ povezlo -iskusstvu obheniə s muzıkoy uçilasğ u Qeorqiə Qeorqieviça Şaroeva. Za vsö dlinnuö ciznğ v iskusstve, mne vıpalo bolğşoe sçastğe obheniə s prevosxodnımi muzıkantami-pedaqoqami. Kacdıy iz nix çto-to vnes v mo¸ ponimanie prekrasnoqo. Odin iz zameçatelğnıx uçiteley moix, Narodnıy artist SSSR, laureat mnocestva presticneyşix konkursov, professor, zaveduöhiy kafedroy Moskovskoy Konservatorii Əkov Izrailoviç Zak, kak to, mocet bıtğ dace s nekotoroy obidoy, skazal: «I vse taki, Glğmira, tolğko Şaroeva Vı priznaete svoim nastoəhim pedaqoqom i edinstvennım muzıkalğ nım avtoritetom»…



Materiallarla bütövlükdə tanış olmaq üçün jurnalın çap variantına müraciət edə bilərsiniz.









Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70