YUBILEY TƏBRIKLƏRI
-
 

       «Musiqi Dünyası» jurnalının bütün kollektivini və yaradıcılarını əlamətdar yubileyi münasibətilə ürəkdən təbrik edirik. Azərbaycan Bəstəkarlar Ittifaqının tə’sis etdiyi bu nəşr mübaliğəsiz demək olar ki, artıq musiqi həyatımızın ayrılmaz və üzvi tərkib hissəsinə çevrilib. Təşkilatımızın fəaliyyəti, musiqi məkanında baş verən ən maraqlı yeniliklər, dəyərli araşdırma və tədqiqatlar, bəstəkar və musiqişünaslarımızın yubiley tarixləri, həyat və yaradıcılığı, düşüncələri, keçmişin açılmamış səhifələri - bir sözlə musiqi sənəti ilə bağlı ən rəngarəng və müxtəlif sahələr, problemlər burada əksini tapır.

       Arzu edərdik ki, jurnalımızın ömrü uzun olsun, səhifələrindəki yazılar isə böyük maraq və həvəslə qarşılansın.

       Respublikanın xalq artisti,

       Dövlət mükafatı laureatı,

       Professor

        ADIGÖZƏLOV Vasif







        Musiqi Dünyası» jurnalı 5 ildən artıqdır ki, fəaliyyət göstərir. Bu müddət ərzində o, Azərbaycan musiqi elminin, musiqi həyatının kifayət qədər dolğun mənzərəsini yaradan ciddi elmi – maarifçi bir nəşr kimi nüfuz qazanmışdır. Zənnimcə, «Musiqi Dünyası» jurnalının ən böyük müsbət keyfiyyəti onun çoxşaxəli məzmunu və xarakteridir. O, musiqi ilə maraqlanan ən müxtəlif təbəqələrin, alim – tədqiqatçıların, musiqi ifaçılarının, ciddi akademik dairələrlə yanaşı, musiqi ilə maraqlanan geniş oxucu kütləsinin də tələbatını ödəyir. Azərbaycanda ilk ixtisaslaşdırılmış musiqi jurnalı kimi fəaliyyət göstərən «Musiqi Dünyası» çox önəmlidir ki, öz səhifələrində xarici mütəxəssislərə də, onların elmi araşdırmalarına da böyük yer verir, bir sözlə, Azərbaycan oxucularını da xaricdə gedən elmi axtarışlardan xəbərdar edir.

        Mən «Musiqi Dünyası» jurnalına gələcəkdə uğurlar arzulayıram.

        BƏBƏLBƏYLI Fərhad

       Bakı Musiqi Akademiyasının rektoru,

        SSRI xalq artisti, professor







       «Musiqi dünyası» jurnalının Baş redaktoru cənab T.Məmmədova

       ««Musiqi Dünyası» jurnalının beş illik yubileyi münasibəti ilə yaradıcı kollektivinizi ürəkdən təbrik edirik!

       «Ilk sayının çıxdığı tarixdən elə də çox vaxt keçməməsinə baxmayaraq, bu günün çoxsaylı qəzet və jurnalları sırasında jurnalın öz yeri, öz siması vardır və oxucuları onun hər nömrəsini səbirsizIiklə gözləyirlər. «Açılmamış səhifələr», «Musiqişünaslığın aktual problemləri», «Musiqi nəzəriyyəsi», «Müəllif və hüquq», «Kulturoloji məsələlər» və s. rubrikalar altında musiqişünaslığın aktual problemləri, musiqi sənətimizin keçmişi və bu günü, böyük sənətkarlarımızın həyat və yaradıcılıqları, əqli mülkiyyət məsələləri və s. haqqında dərc olunan rəngarəng elmi, nəzəri, tarixi və başqa materiallar oxucular tərəfindən maraqla qarşılanır. Jurnalda əqli yaradıcılıq nəticələrinə və onların müəlliflərinə göstərilən xüsusi diqqət və müəllif hüquqlarına hörmətlə yanaşılması da sizin uğurlarınızı şərtləndirən müsbət keyfiyyətlər kimi təqdirəlayiqdir.

       «Sizə bolluca oxucu sevgisi, yeni-yeni yaradıcılıq uğurları və uzunömürlü olmağı arzu edirik!

        IMANOV Kamran        Azərbaycan Respublikası Müəllif Hüquqları

       Agentliyinin sədri







       Yaşadığımız dövr milli mədəniyyətlərin vahid dünya çərçivəsində qarşılıqlı əlaqəsi, qarşılıqlı zənginləşməsi dövrüdür. Informasiya çoxluğu - radio, televiziya, müxtəlif mətbuat vasitələri, nəhayət, Internet şəbəkəsi bu prosesi gücləndirir, xalqları bir-birinə yaxınlaşdırır, bir-birilə qovuşdurur. Bəşər sivilizasiyasının bir parçası olan, Azərbaycan da bu axına qoşulmalı, öz zəngin milli sərvətini bütün dünyaya mümkün qədər tez və dürüst çatdırmalıdır. Artıq beş ildir fəaliyyət göstərən «Musiqi Dünyası» jurnalı bu çətin, məsuliyyətli, lakin, şərəfli bir vəzifəni öz üzərinə götürmüşdür. Artıq beş ildir qarşısına nəhəng məqsədlər, amallar qoymuş bu ilk musiqi jurnalı Azərbaycan naminə, inamla irəliyə doğru addımlayır, elmi tapıntılar, yeni fikirlər uğrunda çarpışır. Öz adına uyğun olaraq geniş və hərtərəfli mövzu dairəsinə malik olan jurnalın musiqi dünyası müasir «Musiqi tarixi və nəzəriyyəsi»ni, «Irsimiz»i, «Musiqi təhsili»ni, «Musiqi tənqidi»ni, Dünya musiqisinin kor ifeylərinin «Portretlər»ini, «Musiqili teatr»ı və s. əhatə edərək həm elmi-nəzəri, həm publisistik, həm pedaqoji, həm də maarifçilik funksiyalarını öz üzərində daşıyır.

       Jurnal beynəlxalq mahiyyət kəsb edərək, ilk növbədə, bütün türk dünyasının mənəvi dəyərlərini, eləcə də, digər xalqların elmi fikirlərini özündə əks etdirir. Bir sıra tanınmış musiqişünasların – Y.Xolopov, M.Aranovski, V.Meduşevski, A.Cumayev və başqalarının rus və türk dillərində dərc olunmuş məqalə və müsahibələri dediklərimizi bir daha sübut edir.

       Artıq beş ildir ki, «Musiqi Dünyası» jurnalı Azərbaycan dilində çapdan çıxır. Iyirminci əsrin son illərində doğma dilimizdə gözəl «qələmi» olan istedadlı musiqişünaslar nəslinin yetişdiyi bir dövrdə, bəlkə də, zərurətdən doğan bu jurnalın Azərbaycan türkcəsində musiqi-elmi dilinin formalaşmasında da əhəmiyyəti böyükdür. Artıq beş ildir ki, «Musiqi Dünyası» Azərbaycanda ilk jurnal olaraq həm çap, həm də elektron variantda nəşr olunur. Bu isə Internet-jurnalın beynəlxalq aləmə birbaşa çıxışı deməkdir. Azərbaycan musiqi mədəniyyətinin qısa bir zaman çərçivəsində dünyaya inteqrasiyası, tanınması, və özünütəsdiqi deməkdir.

       Bütün uğurların əldə edilməsində jurnalın bütün yaradıcı heyətinin əməyi hədsiz dərəcədə böyükdür. Xüsusilə, baş redaktor T.Məmmədovun yüksək elmı peşəkarlığı, müasir dövrün nəbzini tutmaq qabiliyyəti, ziddiyyətlərlə dolu olan dünyəvi proseslərin axarına qatılmaq, milli dəyərləri qorumaq bacarığı, güclü vətənpərvərlik və vətəndaşlıq hissi jurnalın ən son tələblərə, müasir standartlara uyğun şəkildə ərsəyə gəlməsini təmin etmişdir.

       Jurnal özünün yaradıcılıq uğurlarının proqramıtək böyük mütəfəkkir-şair Hüseyn Cavidin aşağıdakı müdrik misralarını -

       Turana qılıncdan daha kəskin ulu qüvvət

       Mədəniyyət, mədəniyyət, mədəniyyət.

seçərək bu böyük amal – Azərbaycan mədəniyyətinin tərəqqisi uğrunda zirvəyə doğru irəliləməkdədir.

       Arzum budur ki, «Musiqi dünyası» uzun ömürlü olsun. Hər bir müəllif əvvəlki tək «Sovetskaya muzıka», «Muzıkalnaya jizn» və başqa jurnallarda deyil məhz burada çap olunan elmi-nəzəri yazıları ilə fəxr etsin. Qoy jurnalın bütün yaradıcı kollektivinin, hər birimizin «Musiqi Dünyası» dolğun məzmunlu, möcüzə dolu duyğular aşılayan əlvan çalarlı, ecazkar səslərlə, əsrarəngiz təranələrlə dolu bir dünya olsun.

       Hörmətlə,

       Azərbaycan Dövlət Mədəniyyət və Incəsənət

       Universitetinin Elm və yaradıcılıq

       işləri üzrə prorektoru

       professor DADAŞEVA Solmina




Curnal "Musiqi dunyasi" dlə menə – gto peçatnoe slovo, kotoroe dostatoçno polno osvehaet realii sovremennoy muzıkalğnoy cizni. Gto izdanie – ne tolğko krasivıy, stilğnıy curnal: na eqo straniüax vseqda mocno nayti raznoobraznuö informaüiö - ot novinok muzıkoznaniə (vplotğ do nauçnıx rabot aspirantov Moskovskoy konservatorii), do interesneyşix intervğö s predstaviteləmi intellektualğnoy glitı Moskvı. Celaö curnalu dercatğ gtu vısoçayşuö planku i vpredğ!

ÜENOVA Valeriə

doktor iskusstvovedeniə,

professor





Curnal stal neotjemlemoy çastğö muzıkalğnoqo mira Moskvı. U menə ohuhenie, çto "Musiqi Dunyasi" suhestvoval vseqda, on kak nekiy qarant stabilğnosti v poluçenii neobxodimoy informaüii. Çto ə moqu pocelatğ curnalu? To ce, çto i sebe: objektivnosti, proüvetaniə, professionalğnıx materialov, çtobı lödi, rabotaöhie v curnale, çuvstvovali sebə komandoy, çtobı informaüiə v n¸m bıla takoy ce vıverennoy. Nadeösğ, curnal i v buduhem ostanetsə letopisüem muzıkalğnoy cizni. Uspexov!

RAQS Öriy

doktor iskusstvovedeniə,

professor





Curnal "Musiqi dunyasi" zanəl opredel¸nnoe mesto v muzıkalğnoy srede. On bezoşiboçno uç¸l üelevuö auditoriö, sposob podaçi materialov (na raznıx əzıkax), politika bıla strateqiçeski absolötno pravilğnoy. Kacdıy mocet nayti v curnale to, çto ihet. Gto znaçitelğno rasşirəet çitatelğskuö auditoriö. Priətno, çto on eceqodno soverşenstvuetsə, zatraqivaə vs¸ bolğşe aspektov kulğturnoy cizni: na straniüax "Musiqi dunyasi" mocno oznakomitğsə ne tolğko s muzıkovedçeskimi novinkami, no i s rabotami po filosofii, kulğturoloqii.

Xoçetsə pocelatğ curnalu proüvetaniə, udaçi i dalğneyşeqo razvitiə.

Ministr kulğturı i massovıx kommunikaüiy RF,

zaveduöhiy kafedroy teorii muzıki MQK,

doktor iskusstvovedeniə,

professor SOKOLOV Aleksandr







Pozdravləö s malenğkim öbileem komandu i vsex çitateley curnala "Musiqi Dunyasi" Vedğ gto ne tolğko vaş öbiley, no i naş toce. Celaö proüvetaniə, beskoneçnıx uspexov, çtobı pətiletie stalo desətiletiem i dalee, çtobı soverşenstvovanie ne ostanavlivalosğ i, v konüe konüov, curnal prevratilsə v nastoəhiy bestseller muzıkalğnoy cizni.

NAZAYKINSKIY Evqeniy

doktor iskusstvovedeniə,

professor





Doroqie druzğə!

       Pozdravləem vas s pervım, a potomu oçenğ znaçimım öbileem! Blaqodarə Vam mir klassiçeskoy muzıki raskrılsə ehe şire dlə tısəç melomanov, stremitelğno stavşix vaşimi çitateləmi i poklonnikami. Mı s qordostğö priçisləem sebə k ix çislu. Spasibo vam za vaş trud!

       S uvaceniem,

       NOVRUZOV Ruslan

       Qlavnıy redaktor qazetı Internet News







Qlavnomu redaktoru Tariglö Mammedovu i

redaküionnoy kolleqii curnala “Musiqi dunyasi”

       Doroqie druzğə i kolleqi!

       V nıneşney suete bılo priətno uznatğ o «malom» öbilee curnala “Musiqi dunyasi”, Vaşeqo löbimoqo detiha, i prisoedinitğ svoy zapozdalıy qolos k uce prozvuçavşim pozdravleniəm. Liçno dlə menə Vaş curnal – gto ne tolğko postoənno suhestvuöhaə vozmocnostğ dlə publikaüii nauçnıx statey, no i «nitoçka», svəzıvaöhaə menə s kolleqami i druzğəmi v Azerbaydcane. Mne dostavləet udovolğstvie vspomnitğ, kak posle dolqix let pererıva naçalosğ vozobnovlenie svəzey s muzıkovedami Azerbaydcana. I gto blaqodarə liçnım usiliəm Qlavnoqo redaktora Vaşeqo zameçatelğnoqo curnala. Vı kak redaktor proəvili civoy interes i, mocno skazatğ, nepokolebimuö nastoyçivostğ v privleçenii uzbekistanskix avtorov dlə osveheniə na straniüax curnala problem muzıkalğnoy kulğturı Uzbekistana i Sredney Azii v üelom.

       Nucno li qovoritğ, çto v naşe neleqkoe dlə kulğturı vremə izdanie takoqo curnala – gto udivitelğnoe delo. Mne neizvestnı muzıkovedçeskie curnalı takoqo objema i sodercaniə v reqione Üentralğnoy Azii. K socaleniö, ix prosto net. Mnoqoplanovostğ, raznoobrazie rassmatrivaemıx problem muzıkalğnoy kulğturı, stremlenie vıyti na vısokiy mecdunarodnıy urovenğ – vse gto i mnoqoe druqoe prisutstvuet v curnale “Musiqi dunyasi”. Curnal vpolne opravdıvaet i s dostoinstvom neset svoe emkoe i obəzıvaöhee nazvanie – «Mir muzıki». Ot sebə liçno i ot imeni mnoqix naşix uzbekistanskix kolleq xoçu pocelatğ Vam vsem i Vaşemu curnalu novıx tvorçeskix dosticeniy v osvoeniə mirovoqo muzıkalğnoqo prostranstva.

        DCUMAEV Aleksandr,

       kandidat iskusstvovedeniə,

       predstavitelğ po informaüionnoy svəzi

       Mecdunarodnoqo Soveta po Tradiüionnoy Muzıke (ICTM) v Uzbekistane




Musiqi dünyası» jurnalının yaranması xalqımızın şad bir dövrünə -çoxdan bəri arzuladığı müstəqillik dövrünə təsadüf etmişdir. Elə bir dövrə ki, o dövrdə yaradıcı ziyalılarımızın, elm və mədəniyyət xadimlərimizin əsərlərində, xalqın mənəviyyatında, sosial-mədəni həyatında əsaslı dəyişikliklər getməyə başlamışdır. Bunlarla yanaşı, sənətkarlarımız xüsusi fəallıqla dünyada gedən qloballaşma və inteqrasiya proseslərinə qoşulmışlar. Və təbii ki, respublikanın musiqi həyatında, yaradıcılıqda baş verən mühüm hadisələr, yeniliklər mütləq bir nəşrdə öz əksini tapıb, müzakirə edilib, xalqa çatdırılmalı idi. Belə bir tarixi missiyanı da məhz sənətşünaslıq doktoru Tariyel Məmmədovun baş redaktoru olduğu «Musiqi Dünyası» jurnalı öz üzərinə götürmüşdür. Bu nəfis nəşr öz vəzifəsini bu gün də uğurla həyata keçirməkdədir. Mən jurnalın yaradıcı heyətini yubileyi münasibətilə təbrik edir, çətin və məsuliyyətli işində uğurlar diləyirəm.

       ƏFƏNDIYEV Rasim

       AMEA-nın Memarlıq və Incəsənət

       Institutunun direktoru, akademik







       Musiqi Dünyası» jurnalı redaksiyasının kollektivinə         Mədəniyyət Işçiləri Müstəqil Həmkarlar Ittifaqının Respublika Komitəsi, Sizin gözəl kollektivinizi -«Musiqi Dünyası» jurnalının yaradıcı heyətini 5 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir.

       Böyük sevgi və yüksək peşəkarlıqla ərsəyə gətirdiyiniz «Musiqi Dünyası» jurnalı qısa bir zamanda respublikamızın mədəni-ictimai həyatında özünə layiqli yer tutmuş və geniş oxucu auditoriyasını cəlb edə bilmişdir.

       Azərbaycan musiqi mədəniyyətinin, musiqi elminin və musiqi təhsilinin aktual problemlərinin öyrənilməsinə və mədəni irsimizin qorunmasına yönəlmiş nəcib əməliniz, ölkəmizin musiqisevərləri arasında yüksək qiymətləndirilir.

       Musiqimizin bütün inkişaf mərhələlərini özündə əks etdirən «Musiqi Dünyası» jurnalı, yarandığı ilk gündən bu vaxta kimi, dahi bəstəkarlarımızın ölməz əsərlərinin və xalq musiqimizin təbliğini nəinki respublikada, hətta bütün dünyada fəal həyata keçirməkdədir.

       Əminik ki, Azərbaycanda ilk dəfə çap olunan «Musiqi Dünyası» jurnalı, beynəlxalq elmi-pedaqoji, tənqidi-publisistik mədəni-maarif yönümlü ilk professional səviyyəli nəşr olmaqla yanaşı, neçə-neçə gənc nəslin estetik tərbiyəsinin formalaşmasına, vətənə, milli dəyərlərə məhəbbət hissinin aşılanmasına xidmət göstərəcəkdir.

       Sizi bir daha bu əlamətdar tarix münasibətilə təbrik edir, uzun ömür, can sağlığı və doğma Azərbaycanımızın çiçəklənib qüdrətlənməsi yolunda uğurlar arzulayırıq.

       Hörmətlə,

       SƏTTAROVA Cəmilə

        Mədəniyyət Işçiləri Müstəqil Həmkarlar Ittifaqı

       Respublika Komitəsinin Sədri





       B eş yaşın mübarək!

       Sənət o vaxt inkişafda olur ki, ona tənqidi yanaşmağa şərait mövcud olsun....«Musiqi Dünyası» elmi-pedaqoji, tənqidi-publisistik və mədəni-maarif musiqi jurnalı məhz bu mövcudluğu özündə yaratmışdır.

       Jurnalın çox gözəl yaradıcı heyəti vardır. Azərbaycan Bəstəkarlar Ittifaqı və Bakı Musiqi Akademiyasının professor-müəllimləri, görkəmli bəstəkarlarımız, musiqişunaslar və alimlər jurnalın ərsəyə gəlməsinə çox böyük əmək sərf etmişlər.Jurnalın baş redaktoru gözəl musiqiçi Tariyel Məmmədov olduqca sadə, təvazökar bir insandır. O, jurnalın beynəlxalq standartlara uyğun gəlməsi üçün çox işlər görmüşdür. Hətta Internet şəbəkəsində jurnalın saytlarının yaranmasına nail olmuşdur.

        «Musiqi Dünyası» jurnalı musiqinin bütün janrlarını əhatə etdiyi kimi, elmi-pedaqoji sahədə də fəaldır. Bakıda fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin fəaliyyəti, bugünkü həyatımızda rolu və tədrisin dinamik inkişafında pedaqoqların əməyi jurnalın səhifələrində vaxtaşırı işıqlandırılır.

       Jurnalın təsisçilərini, redaksiya heyətini, redaktorlarını, baş redaktoru və bütün əməkdaşlarını jurnalın fəaliyyətinin 5-ci ildönümü münasibətilə təbrik edir, onlara yaradıcılıq uğurları və müstəqil Azərbaycanımızın inkişafı naminə məqsədyönlü işlərində uğurlar arzulayıram.

       QURBANOV Həsənağa

       Bakı Şəhər Mədəniyyət Idarəsinin



       Rəisi Azərbaycan Respublikasının

       Əməkdar Incəsənət Xadimi




«MUSIQI DÜNYASI» JURNALININ

       BAŞ REDAKTORU

       CƏNAB TARIYEL MƏMMƏDOVA

       Hörmətli Tariyel müəllim!

       Sizi, rəhbərlik etdiyiniz «Musiqi Dünyası» jurnalını yaranmasının 5 ili münasibəti ilə təbrik edirik. Fəxrlə qeyd etmək lazımdır ki, jurnal nəşrə başladığı ilk gündən oxucuların rəğbətini qazanmışdır. Biz çox şadıq ki, jurnalın ilk nəşrinin təqdimetmə mərasimi 18 sentyabr 1999-cu ildə muzeyimizin filialı olan Niyazinin mənzil-muzeyində keçirilmişdir. «Musiqi Dünyası» jurnalının əhatə dairəsi genişdir. Respublikada yeganə jurnaldır ki, musiqi nəzəriyyəsi, musiqi tarixi, musiqişünaslığın aktual problemləri, məxəzşünaslıq, kulturoloji məsələlərinə, beynəlxalq elmi-pedaqoji, tənqidi-publisistik, mədəni-maarif və digər elm sahələrinə aid maraqlı və sanballı məqalələr dərc edilir.

        «Musiqi Dünyası» jurnalı beynəlxalq miqyasda tanınır və onun bir çox ölkələrlə (ABŞ, Ingiltərə, Almaniya, Türkiyə, Rusiya, Özbəkistan, Qazaxıstan, Qırğızıstan) sıx yaradıcılıq əlaqələri vardır. Böyük fəxr hissi ilə onu da qeyd etmək lazımdır ki, qədim musiqisi və mədəniyyəti olan Ukrayna kimi böyük bir dövlətin bu sahədə jurnal nəşri yoxdur. Məlum olduğu kimi, jurnalın müxtəlif məzmunlu 14 saytı yaradılmışdır. Sizin jurnalın bu saytlarında muzeyimizin bilavasitə iştirakı ilə Azərbaycan musiqi mədəniyyəti tarixinə aid eksponatlardan ibarət elektron sərgi yaradılmışdır. Bu elektron sərginin köməyi ilə Azərbaycan musiqi mədəniyyətini dünyaya tanıtmaq sahəsində Sizin jurnal böyük işlər görür. Bu nailiyyətlər qarşılıqlı əməkdaşlıq sahəsində əldə edilmiş və gələcəkdə də müvəffəqiyyətlə davam etdiriləcəkdir.

       Hörmətli baş redaktor, Sizə bu şərəfli işlərinizdə uğurlar arzulayırıq.

        HÖRMƏTLƏ

        BAYRAMOVA Alla

        MUZEYIN DIREKTORU





        «Musiqi Dünyası» jurnalının

       Baş redaktoru professor T.Məmmədova

       Hörmətli Tariyel müəllim!

       Hər bir xalqın kimliyi onun mədəniyyətində öz əksini tapır. Musiqi isə xalqın Milli varlığının, mənəvi dəyərinin pozulmaz möhürüdür. Musiqi elə bir incəsənət növüdür ki, dilindən, dinindən, yerindən asılı olmayaraq hər yerdə, həmişə hədd bilmədən, sərhəd tanımadan ürəklərə yol tapır, hamının anlayacağı dildə öz xalqının kimliyindən danışır. Bu mənada, Azərbaycan musiqisi artıq dünyanın hər yerinə ayaq açıb, bütün dünya ilə danışa bilir. Bu müqəddəs yolda «Musiqi Dünyası» jurnalı da 5 ildir ki, uğurla addımlayır, Azərbaycanı dünyaya tanıdır. Ən önəmli cəhətlərdən biri də odur ki, jurnal dünyanın məlumat arenasına dövrün tələb etdiyi formada da çıxa bilir. Bu gün bu çox vacib və gərəkli məsələdir. Azərbaycanın zəngin musiqi irsini, qədim mədənıyyətini dünyaya tanıtmaq ölkələr fəth etmək qədər böyük hünərdir. Jurnalın nəşrinə məsul şəxslərdən bir də ona görə razıyıq ki, çap olunan hər nömrədən Milli Kitabxanaya vaxtında çatdırırlar. Bir kitabxanaçı kimi jurnalın oxucular tərəfindən maraqla qarşılanması oxunması bizi çox sevindirir. Bu fakt jurnalın uğuru və həm də milli-mənəvi sərvətimizin dəyərini ölçən meyardır. Bütün kitabxana ictimaiyyəti adından və öz adımdan jurnalınızın 5 yaşını ürəkdən təbrik edir, ona bu müqəddəs yolda bol-bol uğurlar arzulayıram.

       QAFUROVA Leyla

       M.F.Axımdov adına

       Azərbaycan Milli

       Kitabxanasının direktoru,

       Əməkdar Mədəniyyət işçisi





       Müstəqil ölkəmizin öz musiqiçilərinə, musiqi xadimlərinə, musiqisevərlərinə, ümumiyyətlə xalqımıza bəxş etdiyi ən dəyərli ərməğanlardan biri də -«Musiqi Dünyası» jurnalıdır.

       Uzun illər azərbaycanlı musiqiçilər müstəqil, əhatəli, elmi-publisistik bir dərginin nəşrini arzulamışdılar. Nəşr olunduğu ilkin sayından—«Musiqi Dünyası» öz məsləkini, məfkurəsini, prinsiplərini, dəqiq təyin etmiş, Azərbaycan musiqi elminin, tarixinin, ifaçılıq, folklorşünaslıq, bəstəkarlıq sənətinin ən aktual problemlərinə, ən sirli qatlarına nüfuz edə bilmək əzmini bariz göstərmişdir.

       Fərəhli haldır ki, nəşr olunduğu bu illər ərzində «Musiqi Dünyası» dahi bəstəkarımız Üzeyir Hacıbəyovun adını, xatirəsini, əməllərini daim uca tutub, hər sayında bu ulu Öndərimizi müxtəlif məqalələrdə, elmi yazılarda yad etmişdir. Bütün istedadlı qələm sahiblərinə öz səhifələrini səxavətlə açan bu jurnal Ü. Hacıbəyovun ev-muzeyinin də neçə-neçə əməkdaşının elmi məqalələrini məmnunluqla çap etmişdir. Məhz bu səbəbdən, haqlı olaraq, muzey «Musiqi Dünyası»nı ən yaxın dostu kimi sevir, onun hər uğuruna sevinir, onun şadlığına qoşulur.

       Bu gün «Musiqi Dünyası» jurnalının beş yaşı tamam olur. Üzeyir Hacıbəyovun ev-muzeyi də öz səmimi təbrikləri ilə bu jurnalı sevənlərə qoşulur. Arzu edirik ki, bu jurnal dünyanın bütün qitələrində, bütün xalqların musiqisevərlərinin sevimlisi olsun. Gün olsun, yubileylər sırasına «Musiqi Dünya»sının 50, 500 illik yubileyləri də əlavə olunsun.

       FƏRƏCOV Sərdar

       Bəstəkar,

       Üzeyir Hacıbəyovun ev-muzeyinin direktoru


       Congratulations on the occasion of the 5th Anniversary of Musiqi Dunyasi. Being an editor myself, I am always amazed at the work of Tariyel Mammadov who is the driving force of this publication. We have a saying: The measure of man is what he does with what he has! With limited resources, Tariyel moves mountains. His passion, his vision, his genius, his energy, his experimentation and knowledge of new technology, his love for music and for fellow music makers, and for the education of youth of the nation aqe all focused on preserving and promoting the vast legacy of this wonderful intellectual and emotional phenomenon called Azerbaijani music. We aqe all beneficiaries. Mau there be manu moqe Jubilees for his endeavors.

       With great respect and admiration, Betty BLAIR, Editor

       Azerbaijan International Magazine

       AZER.com, AZERI.org, AZgallery.org and HAJIBEYOV.com

       Los Angeles and Baku March 2005
















Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70