UŞAQ XOR IFAÇILIĞININ YARANMASINDA ÜZEYIR HACIBƏYOVUN ROLU
Allahverdi XƏLƏFOV
 

       Azərbaycan musiqi ədəbiyyatında mövcud olan uşaq xoru repertuarı üçün yazılan əsərlər daim nəzər-diqqəti cəlb edirlər. Milli ruhda yaradılmış uşaq xor əsərləri professional bəstəkarlar tərəfindən qələmə alınmışdır.

       Bu janrın ilk nümunəsini Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyov yaratmışdır. Məhz onun yaratdığı ilk musiqi nümunələri uşaq repertuarında yeni və çox əhəmiyyətli cığır açmışlar.

       Məhz Sovet dövründə yaranmış və formalaşmış Azərbaycan professional bəstəkarlıq məktəbi, bilavasitə bu ideoloji prinsipin arxasınca getmiş və bu yolda öz fəaliyyətini göstərmişdir.

       Buna sübut olaraq, Üzeyir Hacıbəyovun müəllifi olduğu "Ey Vətən" adlı mahnısını nümunə göstərə bilərik. Bu əsər, bilavasitə uşaq repertuarı üçün nəzərdə tutulsa da, eyni zamanda müəyyən patriotik proqrama malikdir.

        Nümunə 1.

       Diqqəti çəkən cəhət odur ki, bu əsərdə musiqi materialı bilavasitə uşaq repertuarı ücün nəzərdə tutulsa da, cox maraqlı bir intonasiya quruluşuna malikdir. Əsərdə milli musiqi dili özünü çox professional şəkildə göstərmişdir. Musiqinin proqramına uyğun nikbinlik hissi mahnının əsas xarakterin büruzə verir.

       Uşaq repertuarı ücün yazılan bu mahnı çox yüksək professionallıqla bəstələnmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan musiqi ədəbiyyatında, bu kimi əsərlərdə, uşaq repertuarına mövcud olan spesifik xüsusiyyətlərdən çox böyük məharətlə istifadə olunmuşdur.

       Not nümunəsindən gördüyümüz kimi, burada uşaq xor ifacılığı üçün nəzərdə tutulmuş səs bölümü mövcuddur ki, bu prinsip də, məhz uşaq xor kollektivinin düzgün səs tessiturasında, harmonik və polifonik qanunlara riayət edilməklə yerinə yetirilir.

       Əsər fortepianonun müşayəti ilə ifa olunur. Fortepianonun fakturasına nəzər salsaq, görərik ki, burada çox möhtəşəm akkordların səslənməsi, bilavasitə çoxsəsli xor ifasının bir növ köməkçi rol oynamasına dəlalət edir.

       Çox maraqlı xüsusiyyətlərdən biri də odur ki, məhz bu kimi uşaq repertuarında yazılmış mahnılar, xorlar, sonralar onların professional şəkildə yaranmasına və ya musiqi təfəkkürünün bilavasitə bu yönümdə inkişaf etməsinə səbəb olmuşdur. Çünki, hər bir professional musiqiçi və ya bəstəkar, məktəb illərində, bu kimi mahnılar əsasında müəyyən bədii-estetik tərbiyə almış olur. Bu xüsusiyyət də, bilavasitə musiqi zövqünün müəyyən mənada zənginləşməsinin, formalaşmasının ilkin təzahürüdür. Məhz bu cəhətdən, göstərmək olar ki, Üzeyir Hacıbəyovun bu kimi mahnılarının yaranması Azərbaycan musiqisində uşaq xor ifaçılığının notlu nümunəsinin (professional) meydana gəlməsinə dəlalət etmişdir. Burada çox vacib bir xüsusiyyəti göstərmək lazımdır ki, bu əsər müasir və klassik musiqi ənənələri daxilində, bir növ sərhəd rolunu oynayır.

        Nümunə 2.

       Yuxarıda verilmiş nümunə Üzeyir Hacıbəyovun həmin mahnısındandır. Nümunədən gördüyümüz kimi, bəstəkar burada klassik Avropa xor ifaçılıq prinsipindən istifadə etmiş və "a capella" ifa üslubuna əsaslanmışdır. Xüsusilə göstərmək lazımdır ki, bu nümunədə milli musiqinin ifası və inkişafı kontekstində, bilavasitə Qərb musiqi ənənəsi də özünü göstərir və onunla paralel hərəkət edir.

       Bildiyimiz kimi, Azərbaycan musiqi tarixində, xor ifaçılığının ilkin nümunələri özünü notsuz, şifahi şəkildə göstərmişdir. Lakin, buna baxmayaraq, müasir dövrümüzdə, nəinki böyük xor, həmçinin uşaq xoru da professional şəkildə inkişaf etməkdədir.

       Göstərilmiş nümunəni təhlil etsək, burada milli Azərbaycan muğam ladlarının mövcudluğunu görərik. Bunlar məhz Üzeyir Hacıbəyov tərəfindən kəşf edilmiş elmi-nəzəri konsepsiyaya tabedir.

        Nümunə 3.

       Həmin əsərdən verilmiş bu nümunədə müəyyən işarələr vasitəsilə kiçik mikrointonasiyalar özünü göstərir ki, bunlar da müəyyən muğamın lad düzümünün əsasını təşkil edir. Bu mahnıda bəstəkar bilavasitə istinad etdiyi müəyyən lad-məqamın mikro hissəsini təqdim etmişdir. Məhz, bu xüsusiyyət, səslənmə etibarilə dinləyicidə müəyyən assosiativ "rənglər" yaradır ki, bu da bilavasitə milli ahəngin yaranmasına dəlalət edir.

       Göstərilmiş işarələrlə, müəyyən notların hərəkəti özünü büruzə verir və bu nöqteyi-nəzərdən kiçik elementlər də bəlli olur. Məhz bu kimi elementlərin birləşməsi, bilavasitə müəyyən lad-məqamın səslənməsinə və ya qurulmasına xidmət edir.

       Burada xüsusilə bir məqamı göstərmək lazımdır ki, bu da musiqi quruluşu təcrübəsində çox vacib bir prinsipdir. Bildiyimiz kimi, xor üçün bəstələnmiş musiqi xüsusi prinsiplərə, yaradıcı xüsusiyyətlərə cavab verməlidir. Hər bir musiqi xor üçün işlənilə və ya ifa oluna bilməz. Belə musiqidə, insan səsinin imkanları, onun qabiliyyətinə cavab verən keyfiyyətlər özünü göstərməlidir. Işləmə nöqteyi-nəzərindən də hər bir musiqi əsəri xor üzrə tətbiq edilə bilməz.

       Buradan belə bir nəticəyə gəlinir - xor musiqisi, bəstəkarın qarşısına spesifik xüsusiyyətlər qoyur və bilavastə onu həll etməyi tələb edir.

       Üzeyir Hacıbəyovun xor üçün yazılmış digər mahnılırından birini nəzərdən keçirək.

        Nümunə 4.

       Verilmiş nümunə Üzeyir Hacıvəyovun "Bayram günü" mahnısından bir hissədir. Bu əsər çox səlis, nikbin xarakterli intonasiya əsasında qurulmuşdur. Bu mahnı marş ritmində yazılmış və ritmik cəhətdən dəqiqlik, səlistlik tələb edən bir musiqi nümunəsidir.

       Artıq adından bəlli olduğu kimi, bu mahnı vətənpərvərlik hisslərini daşıyır. Bu mahnıda Sovet ideologiyasının çox güclü təbliğatı və təsiri mövcuddur. Əsər, çox ciddi bir faktura əsasında qurulmuş və səlis xor yazısına malikdir.

       Mahnı ritmik cəhətdən çox dəqiq və ciddidir. Daha dəqiq desək, mahnının obraz xarakteristikasında möhtəşəm marş tərənnümü, çox ciddi ritmik şəkildə özünü büruzə verir.

       Təhlili davam etmək məqsədi ilə, daha bir mahnını nəzərdən keçirməyi məqsədəuyğun sayırıq. Bu əsər görkəmli bəstəkarımız Müslüm Maqomayevin "Yaz" adlı mahnısıdır.



Materiallarla bütövlükdə tanış olmaq üçün jurnalın çap variantına müraciət edə bilərsiniz.









Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70