Şərq, eləcə də türkdilli xalqlar arasında ən geniş yayılmış simli musiqi alətlərindən biri də tənburdur.
Tənbur növlərinə görə müxtəlifdir. Uzaq Şərqdən Qərb ölkələrinə qədər böyük bir coğrafi ərazidə müxtəlif formaları, müxtəlif adlarla yayılmışdır. Orta Asiya türk xalqları tərəfindən geniş istifadə edilməkdədir. Qazaxlarda «dombra», qırğızlarda «dombura», özbəklərdə «dombrak», türkmənlərdə «danbura», osmanlı türklərinə yaxın olan türklərdə «tanbura», bir çox Qərb xalqları arasında «domra» adı ilə yayılmış bu alət Azər-baycanda tarixən tənbur adı ilə çox məşhur olmuşdur. Baş və orta barmaqla çalınır. Gövdəsi tut, və ərik, üzü şam, qolu isə qoz ağacından hazırlanır. Qədimliyi ilə bir çox müsiqi alətlərindən fərqlənən tənbur musiqi alətinin təsvirinə hələ miniatür rəsminin bir o qədər təşəkkül tapmadığı dövrlərdən əvvəl rast gəlmək olar. Yaxın Şərqdə qazıntılar zamanı tapılmış XI əsrə aid bir çini boşqab üzərində iki simli tənbur çalan varsağın təsviri verilmişdir. Bundan başqa, XII-XIII əsrlərə aid edilən bir çox saxsı qablar ü
zərində tənburun təsviri verilib. Orta əsrə aid musiqi alətlərinin təsvirində tənbur ilə yanaşı qopuz, dütar, uzan və başqa alətlərin təsviri var. Ümumiyyətlə, bir çox musiqişünaslar, dütar, setar, çahartar, qopuz və onlara bənzər simli musiqi alətlərini tənburun növlərindən hesab edirlər. Dahi şairimiz Füzuli setarla tənbur arasında fərq görmür. O, «Həft-cam» əsərində setarla söhbətindən bəhs etdiyi halda həmin əsərin sonluğunda mütrübdən alətlərin sirrini öyrənərkən, eyni aləti tənbur təsvir edir. Füzuli əsərlərinin birində tənburu belə vəsf edir:
Şeytan kimi hiylə evinin cövhərisən sən,
Min dürlü bəla xəznəsinin gövhərisən sən,
Bir tordu sənin qolların üstündəki saplar,
Bir tor ki, ömür bağçasının mücrünü ovlar…
Bir barmağı ki, öz sinənə cəlb elədin sən,
Asudəliyin təsbihini tulladın əldən,
Bu dəm dilə gəldi o xəbər sahibi – tənbur.
Üz tutdu əzəl sonra mənə söylədi: «Bir dur!
Gəl, olma, – dedi, – gizli çalan, pərdəni
yırtan,
Vurma üzümə olsa da eybim, sən ey insan!
Rəğbət elə tənburə, müğənni, gəl ürəkdən,
Rəğbət açarilə ona da bir qapı aç sən.
Aç bir qapı ki, izhar olub nəşələr ondan,
Qəlblər gülərək daim olar gül kimi
xəndan…1
XIII əsrdə yaşamış Azərbaycanın görkəmli musiqişünası Səfiəddin Urməvi «Kitabi-əl-ədvar» əsərində iki simli alət olan Xorasan və Bağdad tənburları haqqında geniş məlumat verir.
Azərbaycanda bu alət orta əsrlərdə çox geniş yayılmış və quruluşunun müxtəlifliyinə görə Şirvan tənburu adı ilə məşhur olmuşdur.
XIV–XV əsrlərdə yaşamış Azərbaycan musiqi-şünası Əbdülqədir Marağayi bir sıra musiqi alətləri ilə yanaşı Şirvan tənburu haqqında da ətraflı məlumat verir. O, «Məqasidül əl-əlhan» əsərində yazır: «Şirvanlılar tənburu o sazdır ki, təbrizlilər ondan çox istifadə edir. Onun quruluşu armud şəklində olur. Səthi uzundur. Ona iki tək sim bağlanır. Qollarında pərdələri olur. Elə köklənir ki, onun aşağı simində çalınan nəğmə yuxarı simində çalınan nəğmənin 8/9-nə barəbər olur.
Segah çalmaq istədikdə şəhadət barmağı ilə aşağı simi, başqa barmaq ilə də yuxarı simi tutursan. Beləliklə, segah iki ahəngdə olur». 2
Türk tənburu Şirvan tənburundan kasasının və səthinin kiçikliyi ilə fərqlənib. Nizaminin, Füzulinin, Qətran Təbrizinin və bir çox orta əsr klassiklərimizin əsərlərində tənbur haqqında maraqlı məlumatlar var. Orta əsr miniatür sənəti əsərlərində bir sıra musiqi alətləri ilə yanaşı tənburun da geniş təsviri veril-mişdir. 1530-cu ildə ustad Soltan Məhəmmədin çəkdiyi «Zöhhakın edamı» rəsmində yerdə oturub iki telli, qısa qollu Şirvan tənburu çalan musiqiçinin təsviri verilmişdir.
1556-cı ildə Mirzə Əli tərəfindən çəkilmiş «Ozan-aşıq» miniatür-rəsm əsərində də bu alətin təsviri var.
Tənbur o dövrlərdə saray məclislərində də özünə geniş yer tapıb. Belə ki, bir sıra miniatürlərdə cənnətdəki qanadlı huri-mələklər belə tənbur çalan yerdə təsvir olunub. Nizaminin «Sirlər xəzinəsi» əsərinə çəkilmiş rəsmlərdə cənnətdəki huri-mələklər padşahı Bilqeyisin taxtı tənbur çalan mələklər ilə əhatə olunmuşdur. Ümumiyyətlə, orta əsr miniatür sənət əsərləri istər o dövrdəki milli musiqimizin, istərsə də daha qədim mədəniyyətimi-zin ayrı-ayrı sahələrinin araşdırılmasında misilsiz xəzinədir. Orta əsrlərə aid türk ensiklopediyasında tənbur haqqında belə məlumat verilir: «Tənbur, ümu-miyyətlə, alt gövdəsinin daha kiçik və qolunun uzun olması ilə uddan fərqlənir. Şimali Afrikada və Iranda geniş yayılmışdır. Növləri müxtəlifdir. Şirvan tən-burunun armud şəklində dərin bir gövdəsi və iki teli vardır. Bu alət Təbriz əhalisi arasında rəğbətli idi».
Həmin tarixi faktlardan belə məlum olur ki, bu alət Cənubi Azərbaycanda geniş yayılmış və uzun müddət istifadə olunmuşdur. XVIII əsrin əvvəllərin-də yaşamış təbrizli Miranın «Miran ağlar, tənbur ağ-lar, tar ağlar» misrası fikrimizi bir daha əsaslandırır.
Tənbur ifaçılıq sənəti Azərbaycanda XIX əsrin ikinci yarısından etibarən tədricən azalmağa başlayır. Lakin Şimali Qafqazda, Dağıstanda tənburun başqa növləri yaşamaqdadır.
Bu gün xalqımızın öz kökünə qayıtdığı bir vaxtda orta əsrlərdə istifadə olunmuş bir çox musiqi alətlərimizlə yanaşı özünün bənzərsiz ifa tərzi ilə fərqlənən zərif səsli, iki telli Şirvan tənburuna həyat verib onu yenidən musiqi dünyamıza qaytarmaq çox vacibdir.
Əsrimizin əvvəllərindən Azərbaycan musiqi mədəniyyətinin inkişafında əldə olunan nailiyyətlər hamıya məlumdur. Dahi bəstəkarımız Ü.Hacı-bəyovla başlanan bu nailiyyətlər M.Maqomayev, Q.Qarayev, F.Əmirov, Niyazi və b. yaradıcılığı ilə yüksək zirvələrə qaldırılmış, indiki nəsil isə bu nailiyyətləri əzmlə davam etdirir.
Hazırki illərdə istər Amerikada, istərsə Avropa, istərsə də Asiya ölkələrində bir çox konsert mövsümlərində keçirilən simfonik konsertlərin proqramlarına F.Əmirovun, A.Məlikovun, V.Adı-gözəlovun, C.Quliyevin və b. əsərlərinin daxil edilməsi, əlbəttə, fəxrimizdir.
Son vaxtlar bu nailiyyətlər yeni-yeni keyfiyyətlər kəsb etməkdədir. Məsələn, keçən il Yaponiyada tanınmış bəstəkar Fərhəng Hüseynova opera sifariş edilib. Bu münasibətlə müəllif bir neçə dəfə orada olmuşdur. Hazırda operanı bitirmək üzrədir. Hələ ötən ilin sentyabrında isə Türkiyədə F.Əlizadə ilə bir balet sifarişinin müqaviləsi bağlanmışdı. Cari il yanvarın 3-də Türkiyənin Mersin şəhərinin yeni yaradılan Balet teatrında ilk tamaşa olaraq F.Əlizadənin «Boş beşik» əsərinin ilk tamaşası böyük uğurla keçmişdir.
Almaniyada F.Qarayevə simfoniya sifariş verilib. Müəllif əsər üzərində səylə çalışır və tez-tez ora gedir.
Beləliklə, müasir musiqimiz Beynəlxalq aləmdə səylə öz işini davam etdirməkdədir. O da məlumdur ki, bu vaxtadək Almaniyada yerləşən Beynəlxalq Müasir Musiqi Cəmiyyəti (BMMC) dəfələrlə özünün keçirdiyi festivallarında bizim bəstəkarların əsərlərini eşitmiş, ona yaxından bələd olmuşdur.
BMMC 1992-ci ildə yaranmışdır. Həmin ildən etibarən cəmiyyətin üzvü olan ölkələrdən hər birində vaxtaşırı olaraq «Ümumdünya musiqi günləri» başlığı altında Müasir musiqi festivalları keçirilir və bir qayda olaraq bu festivallara dünyanın bütün qitələrindən tanınmış musiqiçilər axışıb gəlirlər.
Hər festivalda BMMC-nin baş məclisinin iclası da keçirilir. Həmin iclasda rəhbərliyin hesabatı dinlənilir. BMMC-nin üzvlüyünə yalnız ayrı-ayrı ölkələrin professional bəstəkarlar təşkilatları qəbul oluna bilərlər. Həmin təşkilat mütləq BMT tərəfindən tanınmış müstəqil ölkəyə mənsub olmalıdır.
1992-ci ilin əvvəllərində Azərbaycan Bəstəkar-lar Ittifaqı BMMC-yə üzv olmaq üçün rəsmi ərizə ilə müraciət etmişdi. Həmin ilin sentyabrında Cəmiy-yətin baş məclisinin növbəti iclasında ərizəyə baxıldı və gizli səsvermə yolu ilə respublika yekdilliklə cəmiyyətə üzv qəbul olundu. Yeri gəlmişkən onu da xatırladaq ki, keçmiş SSRI respublikalarından yalnız Litva və Belorusiya həmin cəmiyyətə üzv idi.
BMMC-nin üzvü olmaq təkcə böyük şərəf deyil, eyni zamanda məsuliyyət işidir. Belə ki, biz dünya festivallarının iştirakçısı olmalı və dünya musiqi ictimaiyyətini yeni müasir Azərbaycan musiqisi ilə tanış etməliyik.
BMMC üzvlərindən hər birinin illik üzvlük haqqını 1300 alman markası təşkil edir. Ümid edirik ki, hər il Respublika Bəstəkarlar Ittifaqının bu vəsaiti ödəməsi və hər dəfə festivalla əlaqədar xaricə getmək xərclərinin çəkilməsi, eləcə də yaxın illərdən birində həmin festivallardan birinin Bakıda keçirilməsi üçün tələb olunan xərclərin ödənilməsinə respublika dövləti yaxından köməklik göstərəcəkdir.
1 Füzuli– «Həft-cam» (tərcüməsi B. Qasımzadənindir) səh. 118.
2 Əbdülqadir Marağayi, «Məqasidül-əlhan» əsərindən. M. Müsəddiq «Qobustan» jurnalı ¹ 1. səh. 74.
p align>
|