À×ÛËÌÀÌÛØ ÑßÙÈÔßËßÐ
BƏSTƏKARIN MÜQƏDDƏS RUHUNU ƏMƏLLƏRIMIZDƏ YAŞADAQ!
Raziyə ƏLIYEVA
ROSTROPOVIÇLƏRIN NƏSL ŞƏCƏRƏSI
Şeyla HEYDƏROVA
AZƏRBAYCANIN BAŞ ORKESTRI NIyazI epoxası (ARDI)
Nigar ƏLIYEVA Fərəh ƏLIYEVA
ÇARDAŞ VƏ MARKALAR VƏ YAXUD MARKALARDA ƏKSINI TAPAN MACAR RAPSODIYASI
Eldar ISKƏNDƏROV
ÜZEYIR BƏY HACIBƏYOV
Səadət QARABAĞLI
|
|
1938-cI Ildə Azərbaycan IncəsənətInIn bIrIncI Moskva dekadasından sonra NIyazI sImfonIk orkestrIn baş dIrIjoru və bədII rəhbərI tə“yIn edIlIr. Azərbaycan Dövlət FIlarmonIyasI XII mövsümü simfonik konsertlərlə başlayır. Ilk iki konserttə Moskva dekadasından sonra “Şərəf nişanı” ilə təltif olunmuş Niyazi dirijorluq edirdi. “...Ilk dəfədir ki, Dövlət Filarmoniyası mövsümü özunun simfonik orkestri ilə açır. Demək olar ki, simfonik mədəniyyətin inkişafının təməli qorulmuşdur”1.
Niyazi opera teatrında fasilələrlə işləyirdi, lakin simfonik orkestrdən o heç zaman ayrı düşməmişdi. Orkestrin yarandığı dövrdə Niyazi onun bədii rəhbəri, N. P. Anosov isə baş dirijoru idi.
N. P. Anosov orkestrlə cəmi 2 ilk işlədi. 1945-1948-ci illərdə orkestrin baş dirijoru vəsifəsində təcrübəli musiqiçi, tanınmış dirijor, professor Leo Ginzburq çalışmışdır2. Qərbi Avropa və rus musiqisindən ibarət klassik repertuarın hazırlanmasında onun böyük əməyi olmuşdur. 1948-ci ildən isə həyatının son gününə qədər simfonik orkestrin baş dirijoru və bədii rəhbəri Niyazi olmuşdur. Beləliklə, Azərbaycan Dövlət Simfonik orkestrinin yaradıcılarından biri olmuş mayestro Niyazinin yaradıcılığı – ölkəmizin baş orkestrinin tarixində şanlı mərhələdir. Niyazinin rəhbərliyi ilə orkestr ən yüksək peşəkarlıq zirvələrinə qalxmış, necə-necə musiqiçilər nəslini yetişdirən əsl sənət məktəbi olmuşdur. Necə-necə musiqiçi Nuyazini ösünün ystadı və himayədarı hesab edir. Niyazinin adı milli musiqi sənətində “qızıl mərhələ”nin simvoluna çevrilmişdir.
1944-cü ildə Tiflisdə Zaqafqaziya respublikalarının musiqi dekadası ərəfəsində 1940-ci ildə buraxılmış simfonik orkestr Üz. Hacıbəyovun təşəbbüsü ilə yenidən formalaşdırılır. Elə ilk məşqdəcə orkestr ifaçıları kollektivə Üzeyir Hacibəyovun adının verilməsi ideyasını irəli sürürlər. Sənət tarixində belə unikal hadisələr o qədər də çox deyil. Elə o vaxtdan Azərbaycan musiqi sənətinin flaqmanı Dövlət Simfonik Orkestri dahi Üzeyir Hacibəyovun adını daşıyır. Dekada günləri orkestr məs“ uliyyətli yaradıcılıq sınağından uğurla çıxdı. Simfonik konsert proqramlarında azərbaycan bəstəkarlarının müharibə illərində yaratdığrı əsərlər – Q. Qarayevin Birinci simfoniyası, C. Hacıyevin Birinci simfoniyası, S. Hacıbəyovun Birinci simfoniyası, F. Əmirovun cəbhədə həlak olmuş gənc bəstəkar M. Israfilzadənin xatirərəsinə həsr olunmuş Simfonik poeması və b. əsərlər səsləndi. Gənc bəstəkarların yaradıcılıqını yüksək qiymətləndirən Ü. Hacıbəyov yazırdı: “... mürəkkəb orkestr üslubu texnikasını onlar mükəmməl mənimsəmişlə
r. Simfonik formaya yiyələnməkdə də onlar müvəffəqdirər”.
Dekadadan sonra orkestrin qarşısında yeni, çətin ifaçılıq məsələləri durur. Bu illər – repertuarın genişləndirilməsi proqramını reallaşdıran gərkin fəaliyyət dövrü idi. Niyazinin iş masasında üslüb və ideya-estetik baxımından mürəkkəb əsərlər dururdu.
1. “Bakinskiy raboçiy” – 2 iyul 1938-ci il.
2. Leo Morisev Ginzburq (1901-1979) – məşhur rus dirijoru, pedaqoq, Moskva konservatoriyasının professoru. Onun yetirmələrindən K. Abdullayev, V. Dudarova, D. Kitayenko, A. Lazarev,
V. Fedoseev, F. Mansurov və b. Qeyd etmək olar.
Çaykovskinin “Romeo və Cülyetta” üvertyura-fantaziyası, “Manfred”, IV və VI Simfoniyaları, Balakirevin “Islamey” simfonik poeması, Taneyevin “Iohann Damaskin” kantatası, Musorqskinin “Keçəl dağda gecə” simfonik lövhəsi, Rimski-Korsakovun “Şəhrizad” süitası, Bethovenin I, V, VIII simfoniyaları, “Eqmont”, “Koriolan” uvertyuraları, Listin “Prelüdlər” poeması, Berliozun “Fantastik” simfoniyası, Şubertin, Vaqnerin, Ravelin əsərləri...
1946-ci ildə Niyazi Leninqradda dirijorların Ümumittifaq baxışında iştirak edir. D. Şostakoviçin başçılıq etdiyi münsiflər həy“ətinin qərarı ilə o, müsabiqənin layreatı adını qazanır. Münsiflər həy“ətinin rə“yinə görə “fitri istedadı və böyuk təcrübəsi Niyazinin Azərbaycan Dövlət Simfonik orkestrinin baş dirijoru və bədii rəhbəri vəsifəsində çalışmasını təsdiq edir”.
Tezliklə müsabiqədən sonra simfonik orkestr Niyazinin başçılıqı altında yeni yaradıcılıq planları üzərində işə başlayır. Konsertlərdə Leyaskovkinin “Slavyan rapsodiyası”, Prokofyevin “Romeo və Cülyetta” baletindən süita, Knipperin VIII sinfoniyası, Berliozun, Veberin, Listin əsərləri səslənir.
1947-ci il centyabrın 27-də Azərbaycan Dövlət Filarmoniyasında orkestr böyuk uğurla azərbaycan bəstəkarlarının yeni əsərlərindən ibarət böyük konsert proqramı təqdim edir. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin 800 illik yubileyinə yazılmış Q. Qarayevin “Leyli və Məcnun” simfonik poeması, F. Əmirovun “Nizami” simli simfoniyası bütövlüklə azərbaycan simfonik musiqisinin kamillik mərhələsini açır. Orkestr hər çıxışı ilə get-gedə artan, cilalanan peşəkarlıöğı, həmahəngliyi, məharəti ilə musiqisevərləri sevindirirdi. O, Azərbaycan bəstətarlarının ən yaxın “məsləkdaşına” çevrilir, onların yaradıcılıq təşəbbüslərinə təkan verir, reallaşdırırdı. Niyazinin rəhbərliyi ilə bu kollektiv azərbaycan simfonik musiqisinin əsl-yaradıcılıq laboratoriyasına, təbliğatçısına çevrilir. “Leyli və Məcnun” simfonik poemasından sonra Niyazi və simfonik orkestr Qara Qarayevin demək olar ki, bütün simfonik əsərlərinin mahir təfsirçisi və ilk ifaçısı olmuşdur. 1947-ci ildə orkestr maraqlı proqramla çıxış edir. Bu dəfə də ko
llektiv təqdim etdiyi əsərlərə - C. Haciyevin III simfoniyası, M. Əhmədovun “Simfoniyettası”, Ə. Abbasovun fortepiano və orkestr üçün konserti, F. Əmirovun “Şur” və “Kürd-Ovşarı” simfonik müğamlarına yğurlu ifa həyatı bəxş edir.
|