À×ÛËÌÀÌÛØ ÑßÙÈÔßËßÐ
BƏSTƏKARIN MÜQƏDDƏS RUHUNU ƏMƏLLƏRIMIZDƏ YAŞADAQ!
Raziyə ƏLIYEVA
ROSTROPOVIÇLƏRIN NƏSL ŞƏCƏRƏSI
Şeyla HEYDƏROVA
AZƏRBAYCANIN BAŞ ORKESTRI NIyazI epoxası (ARDI)
Nigar ƏLIYEVA Fərəh ƏLIYEVA
ÇARDAŞ VƏ MARKALAR VƏ YAXUD MARKALARDA ƏKSINI TAPAN MACAR RAPSODIYASI
Eldar ISKƏNDƏROV
ÜZEYIR BƏY HACIBƏYOV
Səadət QARABAĞLI
|
|
1957-ci ildə Azərbaycan musiqisi dekadasınln açılışında orkestr ilk dəfə olaraq Q. Qarayevin “Ildırımlı yollarla” baletindən süitanı, F. Əmirov və E.Nəzirovanın ərəb müvzularına konsertini,
R. Hacıyevin Oratoriyasını, Ə. Abbasovun “Poemasını”, M. Əhmədovun “Uşaq süitasını” ifa etdi1. Orkestr məşhur ifaçılarla əməkdaşlığını davam etdirir. Bu dövrdə orkestrlə Çaykovski adına Beynəxalq müsabiqənin laureatı L. Vlasenko (Çaykovskinin I f-no konserti) və Lyu-Şi-Kun (Listin I f-no konserti) çıxış etdi. 1958-ci ildə də Bakıda keçirilən “Zaqafqaziya baharı” festivalında Q. Qarayevin, C. Hacıyevin, S. Hacıbəyovun, Niyazinin əsərləri ilə yanaşı, C. Cahangirovun “Azad” operasından fraqmentləri ifa edlir.
1958-ci ildə simfonik orkestr Qərbi Avropa, rus və Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət geniş və rəngarəng proqramla Türkmənistan, Qırğızıstan, Özbəkistan, Qazaxıstan, Tacikistanda 20-dən artıq konsert verir.
1958-ci ildə Bakıda Böyük teatrın qastrolları zamanı Moskvalı həmkarlar orkestrin fəaliyyətinə, ifaçılıq səviyyəsini yüksək qiymətləndırirlər. Böyük Teatrın baş dirijoru A. Məlik-Paşayev yazırdı: “Mən ilk dəfədir ki, Ü. Hacıbəyov adına Azərbaycan Dövlət simfonik orkestrini eşitmişəm. Mürəkkəb partituraların texniki ifası baxımdan cilalanmış, emosional dolğunluğu ilə ifası hamımıza böyük təsir göstərdi. Niyazi kimi istedadlı baş dirijorun mütəmadi, gərgin fəaliyyətinin nəticəsində bu kollektivin parlaq gələcəyini əvvəlcədən görmək olar”.
Orkestrin musiqiçiləri əsasən konservatoriyanın və musiqi texnikumunun yetirmələri idilər Onlar üçün orkestr böyük bir məktəb oldu: skripkaçı konsertmeyster B. Məmmədzadə, fleytaçı
Ə. Iskəndərov, truba çalan K. Babayev, trombonçalan Ş. Qurbanov, qoboyçalan F. Sadıxbəyov, arfaçalan A. Abdullayeva, violonçelçalanlar I. Turiç və Q. Krupkin, altist M. Rzayev. Sənət fəaliyyətinə orkestrdə başlamış bir çox musiqiçilər sonralar SSRI-nin aparıcı musiqi kollektivlərində (Böyük Teatr, SSRI Dövlət simfonik orkestri, Leninqrad Opera və Balet teatrının orkestri və s.) çalışırdılar. Hal-hazırda bu əlaqələrin coğrafiyası bütün dünyanı əhatə edir. Bakı Musiqi Akademiyasının professorları Ə. Iskəndərov, B. Məmmədzadənin həyatının böyük bir hissəsi orkestrlə bağlı olmuşdur. Təbiidir ki, orkestrin tərkibində nəsillər bir-birini əbəz edirdi. Lakin bu, orkestrin ümümi əhval-ruhiyyəsinə, iş qabiliyyətinə, ifaçılıq səviyyəsinə xələl gətirmirdi. Veteranlar sənətinin sirlərini, orkestr duyumunu məmnuniyyətlə gənclərə ötürür, varislik ənənələrini qoruyub saxlayırdılar. 50-ci illərin axırlarında ifaçılıq səviyyəsi simfonik orkestrə öz repertuarına dünya musiqisinin şedevrlrini, Listin “Faust” simfoniyasını, Mosar
tın “Rekviyem”, I. S. Baxın “Matveyin əzablarını” (A. Yurlovun rəhbərliyi ilə xor kapellası ilə) yüksək səviyyədə ifa edir. Konsertlərin birində Raxmaninovun “Bahar”, Çaykovskinin “Moskva” kantataları da A. Yurlovun rəhbərliyi ilə xor kapellası ilə birlikdə səsləndirilir.
1958-ci ildə Moskvada Azərbaycan ədəbiyyatı və incəsənəti ongunlüyündə Azərbaycan Dövlət Opera və Balet teatrının üç tamaşası ilə yanaşı, Dövlət Simfonik Orkestrimin də parlaq konsert proqramları paytaxt dinləyicilərinin mühakiməsinə verilir: Çaykovckinin IV simfoniyası, Raxmaninovun II f-no konserti (solist – T. Mahmudova),
Q. Qarayevin “Alban rapsodiyası”, Ü. Hacıbəyovun, S. Hacıbəyovun, F. Əmirovun, Ç. Hacıyevin əsərləri... Konsertləsin birində iştirak edən italyan dirijoru və pianoçusu K. Sekki yazırdı: “Orkestrin çalğısını üslub, ifaçılıq niyyətlərinin təravət və dərinliyi fərqləndirir.”
1960-ci ildə Bakıda keçirilən Zaqafqaziya musiqi ifaçılarının I müsabiqəsində orkestr fəal iştirak edirdi. Qeyd etmək lazımdır ki, Niyazi istedadlı gənclərə həmişə himayədarlıq edirdi. O, konservatoriya tələbələri, uşaq musiqi məktəblərinin şagirdləri ilə çıxışlara xüsusi diqqət yetirirdi. Niyazinin təşəbbüsü ilə Bülbül adına orta ixtisas musiqi məktəbində müsabiqələr keçiriləndə də, bu müsabiqə qaliblərinin simfonik orkestrlə çıxışına maestro Niyazi həmişə özü dirijorluq edirdi.
1960-ci ildə simfonik orkestr rəngarəng repertuarla pərəctişkarlarını sevindirir: Şubertin “Tamamlanmamış simfoniyası”, Mosartın sol minor simfoniyası, Veberin “Oberon” və “Azad atıcı” operalarına uvertyuralar, Bethovenin V fortepiano konserti, fortepiano, xor və orkestr üçün “Fantaziya”sı (solist – D. Başkirov). Orkestr tərəfindən ilk dəfə olaraq Q. Qarayevin “Ildırımlı yollarla” baletindən II süitanın, amerika bəstəkarı E. Mak-Dayelin II “Hindu süita”sından fraqmentlər, pianoçu Bella Davidoviç ilə C. Gerşvinin fortepiano konsertinin ifa olunması, F. Əmirovun müəllif gecəsinin keçirilməsi Bakının musiqi həyatında əlamətdar hadisəyə çevrildı.
Həmin ildə Azərbaycan Dövlət Simfonik Orkestri Çaykovski adına I Beynəlxalq müsabiqənin qalibi Amerikalı pianoçu Van Klibern ilə Şumanın və Raxmaninovun konsertlərini ifa edir. Fransız pianoçusu Monik da lya Brüşolri orkestrlə Bakıda ilk dəfə olaraq K. Sen-Sassın Beşinci konsertini ifa etmişdir. 1960-ci ildə Dövlət Simfonik orkestri – respublikanın əməkdar kollektivi adına layiq görülür.
1965-ci ildə növbəti “Zaqafqaziya baharının” açılışında zəngin və yeni proqramla çıxış edən orkestri T. Xrennikov yüksək qiymətləndirdi. Orkestrin proqramlarına Azərbaycan bəstəkarlarının yeni əsərləri – A. Məlikovun “Metamorfozlar”, V. Adıgözəlovun skripka konserti, F. Əmirovun “Simfonik rəqsləri”, R. Mustafayevin “Vaqif» və “Polad” operalırından parçalar daxil edilmişdi.
Məqalənin həcmi orkestrin bütün konsert proqramlarını əhatə etməyə imkan vermədiyinə görə ən mühüm tədbirləri qeyd etməklə kifayətlənirik.
1965-ci il. Türk bəstəkarları Adnan Sayqun və Camal Erkinin müəllif konsertləri: Adnan Sayqunun III simfoniyası, fortepiano konserti; C. Erkinin skripka konserti və II simfoniyası.
1965-ci il – Q. Qarayevin “Don Kixot” simfonik qravürlərinin ifası.
Azərbaycan bəstəkarlarının musiqisi həmişə Dövlət Simfonik orkestrinin repertuarının özəyini təşkil etmişdir: tənqidçilər qeyd edirlər ki, dirijor Qarayev musiqisinin dramatik gərginliyini, F. Əmirov əsərlərinin lirik həyəcanını, C. Hacıyevin monumental freskalarının epik vüs“ətini,
S. Hacıbəyovun partituralarının dolğun rəngarəngliyi əks etdirir.
Orkestrin baş dirijoru əvvəllər çalınmış, dinləyici rəğbətini qazanmış bir səra əsərlərə yenidən qayıdır, hər dəfə onların traktovka və ifasında yeni cizgiləri üzrə çıxarırdı. Orkestr yenidən Çaykovskini, Skryabini ifa edirdi.
1966-ci ildə Niyazinin dirijoruğu ilə simfonik orkestrin konsertlərinin birində milli fortepiano ifaçılıq məktəbinin ulduzu, o zaman hələ konservatoriyanın tələbəsi F. Bədəlbəyli Sen-Sansın II fortepiano konsertini ifa etmişdir. Simfonik orkestrin çışxışları Azərbaycanın əskər payonlarını, müxtəlif müəssisələrini, hərbi hissələri əhatə edir, uşaqlar və tələbələr üçün hər ay abonoment konsertləri, müharizələr təşkil edilirdi.
|