À×ÛËÌÀÌÛØ ÑßÙÈÔßËßÐ
AZƏRBAYCANIN BAŞ ORKESTRI NIyazI epoxası (ARDI)
Nigar ƏLIYEVA Fərəh ƏLIYEVA
Search

À×ÛËÌÀÌÛØ ÑßÙÈÔßËßÐ
BƏSTƏKARIN MÜQƏDDƏS RUHUNU ƏMƏLLƏRIMIZDƏ YAŞADAQ!
Raziyə ƏLIYEVA
ROSTROPOVIÇLƏRIN NƏSL ŞƏCƏRƏSI
Şeyla HEYDƏROVA
AZƏRBAYCANIN BAŞ ORKESTRI NIyazI epoxası (ARDI)
Nigar ƏLIYEVA Fərəh ƏLIYEVA
ÇARDAŞ VƏ MARKALAR VƏ YAXUD MARKALARDA ƏKSINI TAPAN MACAR RAPSODIYASI
Eldar ISKƏNDƏROV
ÜZEYIR BƏY HACIBƏYOV
Səadət QARABAĞLI

 



       1968-ci ildə Simfonik orkestr Azərbaycan bəstəkarlarının III qurultayına haırlaşir. Türkmənistanda gastrol səfərində olur. Bu mövsümdə orkestr Bethoven irsinə xüsusi diqqət yetirir: Bethovenin V, VIII simfoniyaları, “Eqmont”, “Koriolan” simfonik uvertyurada, türk pianoçu A. Sarıça ilə IV fortepiano konserti ifa olunur.
       70-ci illərdə simfonik orkestrin fəaliyyətində maarifçilik, təbliğatçılıq cəhətləri güclənir. Belə ki, o dövrdə respublika rəhbərliyi – Heydər Əliyevin təşəbbüsü ilə hər ay hökumət və partiya fəalları ücün simfonik konsertlər təşkil edilirdi. Konsertlərin proqramları rəngarəng idi: burada həm dünya musiqi klassikası, həm müasir, həm də azərbaycan musiqisi təmsil olunurdu. Ümumiyyətlə, 70-ci illərdə simfonik orkestr bütün rəsmi bayramlar, ən müxtəlif miqsaylı və səviyyəli tədbirlərin əvəzolunmaz iştirakçısı idi. Partiya-təsərrüfat fəalları üçün təşkil olunan konsertlərdə musiqişunas J. Dozorseva da ön söz ilə çıxış edirdi. O illəri moskvalı mühazirəçi belə xatırlayırdı: “...Hər konsertin proqramını biz bir ay əvvəldən müzakirə edirdik, maestro hər konsert proqramına mütləq azərbaycan musiqisini daxil edirdi”. 1971-ci ildə Azərbaycan Dövlət Simfonik orkestri ilə M. Rostropoviç çıxış edir. 1976-ci ildə orkestr japon dirijoru Koqasi Morinin rəhbərliyi ilə Mosartın, Be thovenin əsərlərini ifa edir. Orkestrlə çıxış edən macar dirijoru Vladimir Valeki də musiqisevərlər böyük rəğbətlə qarşılayır. Məhz bu qövrdə Niyazinin təşəbbüsü ilə Üzeyir Hacıbəyovun doğum günü 18 sentyabr Musiqi günü elan edilir. Bu gün keçirilən bayramda həmişə dahi Bəstəkarın adını daşıyan konservatoriyanın (indiki Bakı Musiqi Akademiyasının) qarşısında mütləq Azərbaycan Simfonik Orkestri çıxış edir. 70-ci illərin daha bir neçə əlamətdar musiqi tədbirlərini sadalayaq: 1972 – Niyazinin 60 illik yubileyi, 1974, 1979 – Azərbaycan bəstəkarlarının IV, V qurultayları, 1975 – Üzeyir Hacıbəyovun 80 illiyi.
       1982-ci il Azərbaycan Dövlət Simfonik orkestrin tarixində əlamətdar bir tarixdir. Bu ildə orkestrin 60 illiyi, Niyazinin 70 illiyi və yaradıcılıq fəaliyyətini 50 illiyi böyük təntənə ilə qeyd olundu. Azərbaycan Respublikası Ali Soveti Rəyasət həyətinin fərmanı ilə orkestr ifacılarının böyük bir qrupu fəxri adlarla təltif olunur. Mətbuatda orkestrin yubileyi geniş işıqlandırılır, qəzet və jurnallarda çoxcaylı məqalə və materiallar çap olunur. O dövrdə “Kommunist” qazetində “Azərbaycan simfoniyası” başlığı verilmiiş yubiley məqalələri ifasında mayestro Niyazinin “Milli mədəniyyətin fəxri” məqaləsi mərkəzi yer tuturdu. O, orkestr tarixini əlamətdar hadisələri işqlanlırır. Çaykovkinin V simfoniyasının ifası ilə səhnəyə qədəm qoyan Azərbaycan Dövlət Simfonik Orkestrinin püxtələşməsi mərhələlərini sadalayan mayestro müxtəlif illərdə bu kollektivdə işləyən, əməkdaşlıq edən peşəkarların, ifaçıların adlarını sadalayır.
       1 Dekada ərzində həmçinin C. Haciyevin IV simfoniyası, Q. Qarayevin “Alban rapsodiyası”, F. Əmirovun “Şur” simfonik müğamı və b. əsərlər də ifa olunmuşdu.
ƏDƏBIYYƏT:
       1. E. Abasova, K. Kasimov. – Oçerki muzıkalğnoqo iskusstva Sovetskoqo Azerbaydcana. B., 1970.
       2. Muzıka Sovetskoqo Azerbaydcana v dni Oteçestvennoy voynı. – B., 1945.
       3. S. Kerimov – Xudocnik udivitelğnoqo talanta. B., 1972.
       4. Magstro Niəzi. Vospominaniə, statği, pisğma. – B., 1987.
       5. Azerbaydcanskaə Qosudarstvennaə Filarmoniə imeni M. Maqomaeva. – B., 1959.
       6. Niyazi – “Milli mədəniyyətin iftixarı” – “Kommunist” qəzeti, 16.07.82.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page