ÏÎÐÒÐÅÒËßÐ
MUSIQIDƏ – MAVI SƏMANIN BIR PARÇASI
Zümrüd DADAŞZADƏ
Search

ÏÎÐÒÐÅÒËßÐ
RAMIZ MUSTAFAYEV
Ramiz ZÖHRABOV
MUSIQIDƏ – MAVI SƏMANIN BIR PARÇASI
Zümrüd DADAŞZADƏ

 



       Azərbayjan Bəstəkarlar Ittifaqının zalında yeni əsərlərin növbəti dinləyişi keçirilirdi – darıxdırıjı və yeknəsəq. Fortepiano, jürbəjür kamera heyyətləri üçün yaratmalar – sifətsiz və sönük – bir-birini ləng əvəzləyirdi. Və birdən bu qurtarmaq bilməyən «ümumi hərəkət formalar»ı axınına bir səs müdaxilə etdi – təravətli, ejazkar. Bu səsin qeyri-adi saflığı, təbiiliyi məftun edir, joşğun temperamenti, daxili əzəməti heyrətləndirirdi. Mən əsərin müəllifi ilə maraqlandım. Yanımda əyləşmiş həmkarım qulağıma pəsdən pıçıldadı: Rəhilə Həsənovadır da. Odur, elə özü royal arxasında əyləşib. Əsərin adı da «Çeşmə»dir – prelüdlər silsiləsi…
       Bu hadisə 80-ji illərin ortalarına təsadüf edir. Mən o zaman Konservatoriyanı yenijə bitirib Bəstəkarlar Ittifaqında işə başlamışdım. Doğrusu, müasir Azərbayjan musiqisi haqqında bilgilərim pərakəndə xarakter daşıyırdı – ayrı-ayrı müəlliflərin ayrı-ayrı əsərləri səviyyəsində təsəvvürlərdən uzağa getmirdi. R. Həsənovanın musiqisi o saat diqqətimi çəkdi və mən indən bəri onun yaradıjılığını böyük diqqətlə izləməyə başladım.
       Bəstəkarın sənət dünyası ilə hər sonrakı görüş heyrət doğururdu, təəjjübləndirirdi, düşünjələrə, təhlilə sövq edirdi. Eyni zamanda görürdüm ki, bəzi kəslər bu müəllifin musiqisinə qarşı inkar mövqeyini tutur, onun axtarışlarının səmərəsini şübhə altına alırdı. Etiraf edim ki, R. Həsənovanın musiqisi, doğrudan da, qavrayış üçün asan deyil. Yalnız araşdırmaya meylli, həssas musiqi duyumlu dinləyijilər müəllifin ustalıqla qurduğu labirintlərdən keçə bilərlər. Və əgər bu yol dəf olunarsa, sonujda bir mükafat kimi mənəvi sarsıntı və daxili saflaşma labüddür.
       R. Həsənovanın milli injəsəntdə mövqeyi özünəməxsusdur: o heç kimi təqlid etmir, heç kimə bənzəmir. Bəstəkarın mürajiət etdiyi mövzular və həmin mövzuların musiqidə təjəssümü yolları onun tam müstəqilliyinə, jəsarətinə, təxəyyülünün hüdudsuzluğuna dəlalət edir.
       Mən yazımı heç də təsadüfən kifayət qədər rəmzi ad daşıyan əsərdən – «Çeşmə»dən başlamadım. Haradan, hansı dərin qatlardan öz başlanğıjını götürür bu çeşmə? Musiqidə həmin suala aydın javab tapırıq: ulu muğamlardan, Azərbayjanın şux oyun havaları və al-əlvan el nəğmələrindən. Silsiləni dinlədikjə tədrijən onun büllur kimi duru melodiyalarının, yallı, jəngi rəqslərini xatırladan çoxçeşidli ritmlərinin jazibəsi altına düşür, ayrı-ayrı pyeslərin ardıjıllığında müəyyən jiddi məntiq duyursan.
        «Çeşmə» R. Həsənovanın yaradıjılıq axtarışlarının başlıja istiqamətini – milli musiqini, daha geniş götürsək, milli təfəkkür qanunauyğunluqlarını müasir sənətin ifadə vasitələri ilə dilləndirmək jəhdini çox qabarıq əks etdirir. Bu fikrin təsdiqi üçün bəstəkarın istənilən əsərinə – xalq ifaçılığı xüsusiyyətlərini özünəməxsus təjəssüm etdirən solo violonçel üçün sonatasına, simli kvartetlərinə, muğamların inkişaf prinsiplərinə dayaqlanan üç simfoniyasına, mərasim estetikası ilə bağlı sıra-sıra yaratmalarına («Səma», «Dərviş», «Qəsidə» və s.) mürajiət etmək kifayətdir.
       Bəstəkarın yaradıjılığının köklərini araşdırdıqda istər-istəməz uşaqlıq və tələbəlik illərinə üz tutmalı olursan:
        - Kiçik yaşlarımdan fortepiano arxasında improvizə etməyi sevərdim. Məna dərinliyini anlamasam da, muğamları dinləməkdən böyük həzz alardım. Bəlkə ona görə ki, əmim Ildırım Həsənov gözəl xanəndə olmuşdur. Onun «Çahargah» oxumağını heç vaxt unutmaram, - deyə Rəhilə xanım xatırlayır.
       70-ji illərdə Ü. Hajıbəyov adına Azərbayjan Dövlət Konservatoriyasında təhsil alarkən tale onu milli bəstəkarlıq məktəbinin öndəri, alijənab və xeyirxah insan Qara Qarayevlə görüşdürdü. 70-dən artıq bəstəkar yetişdirmiş professor Q. Qarayevin bir müəllim kimi əsas jəhəti hər bir tələbənin fərdiyyətini aşkarlamaq, onu düzgün istiqamətləndirmək, kiçijik bir qeydi, iradı ilə düşünməyə, arayıb-axtarmağa vadar etmək idi. Sonralar Rəhilə Həsənova Ustadın dərslərini xatırlayaraq yazırdı: «O, axtarış tələb edirdi, çünki öz yaradıjılığı da fasiləsiz axtarış timsalı idi… Bəzən Müəllimin dərslərində möjüzə baş verirdir: tələbənin uğursuz «yaratması» - «çirkin ördək balası» xırda düzəlişdən sonra «qamətli ağ qu quşuna» çevrilərdi…»
       R. Həsənovaya zövq məhdudluğu tam yabançıdır. Onun fikrinjə, istənilən dövrə, ənənəyə aid musiqi, məsələn, hind raqası, Çin ənənəvi sənəti, XX əsr avanqardının nümunələri və ya Avropa klassik musiqi mədəniyyəti yaradıjılığa təkan verə bilər. Başlıja meyar musiqinin yüksək bədii məziyyətləridir. «Baxın fəlsəfi dərinliyini, Bartokun folklora münasibətini və Stravinskinin ixtiraçılıq qabiliyyətini uzlaşdırıb yaradıjılıqda böyük nətijələr əldə etmək mümkündür", – deyən Rəhilə xanım daim sənətdə ideal axtarışındadır.
       Dinləyiji ətalətini dəf etmək, təkrara yol verməmək – R. Həsənovanın bir bəstəkar kimi başlıja xüsusiyyətini belə müəyyənləşdirmək olar. Son 20 il ərzində o, Azərbayjan musiqisinə tamamilə yeni nəfəs, obraz və mövzular gətirməyə müvəffəq olmuşdur. Bəstəkar milli təfəkkürün, mədəniyyətin çox dərin qatlarına enir, ən müəxtəlif, bəzən gözlənilməz məxəzlərdən – sufizm fəlsəfəsindən, qədim mərasimlərdən, xalça sənətindən ideyalar əxz edir.
       Məsələn, Üçünjü simfoniyada (1979) musiqi prosesi bir növ sufinin qət etdiyi yolu müxtəlif vasitələrllə modelləşdirir. Həmin proses – yolun sonunda bəstəkar «nurlanma», «vəjd» effektinə nail ola bilir. Oricinal instrumental heyət üçün «Pirəbədil» əsəri (1996) isə xalçaçılıq sənətinə dair xüsusi ədəbiyyatın mütaliəsi nətijəsində yaranmışdır. Hələ gənj yaşlarında xalçaçı qızların işini saatlarla müşahidə etməyi sevən Rəhilə xanım bu əsərdə xalı toxunması-na xas təkrarlanan, sanki «ilişib büdrəyən» ritmi ixtiraçılıqla «qura» bilmiş, «Pirəbədil» xalça növü üçün səjiyyəvi həndəsi fiqurların musiqidə təjəssümünüü axtarıb tapmışdır.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page