ÏÎÐÒÐÅÒËßÐ
MUSIQIDƏ – MAVI SƏMANIN BIR PARÇASI
Zümrüd DADAŞZADƏ
Search

ÏÎÐÒÐÅÒËßÐ
RAMIZ MUSTAFAYEV
Ramiz ZÖHRABOV
MUSIQIDƏ – MAVI SƏMANIN BIR PARÇASI
Zümrüd DADAŞZADƏ

 



       Zəngin təxəyyülün daha bir qəfil işartısı – fortepiano üçün «Meyxana» əsəri (1996). Bədahətən deyilən məzhəkə xarakterli musiqili şeri – meyxananı fortepianonun sözsüz dilinə «tərjümə edərkən» bəstəkar məxsusi ritmləri qabardır, həm də ifaya teatr elementləri (pianoçu ayrı-ayrı musiqi jümlələri arasında çırtma çalır ki, bu da meyxana məjlisləri üçün səjiyyəvidir) gətirir.
       Ümumiyyətlə, R. Həsənova recissor təfəkkürlü bəstəkardır. O, konsert ifası üçün nəzərdə tutulan sırf instrumental əsərləri teatr tamaşası kimi qurmağı sevir. Burada musiqiçilər çox zaman aktyor vəzifəsini öhdəsinə götürür, səhnədə hərəkət edir, pəsdən nə isə pıçıldayır və ya gur çağırışla diqqəti səfərbər edirlər.
       Bu gün yaradıjılıq axtarışlarının müxtəlifliyinə, canr, mövzu rəngarəngliyinə baxmayaraq, biz R. Həsənovanın vahid musiqi üslubu haqqında danışa bilərik.
       Bəstəkar musiqi materialının «əsas-köməkçi» prinsipi üzrə bölgüsündən tam imtina edir. Onun əsərlərinin təməlində vahid bir fikir durur: məhz həmin fikrin ardıjıl, məqsədyönlü inkişafı, tədrijən yeni keyfiyyətlərlə zənginləşərək çox asta, ləng, lakin durmadan genişlənməsi, daxildən artımı məxsusi dramaturci relyef əmələ gətirir, müəllifin prosessual təfəkküründən xəbər verir. Həmin prosesin təşkilində iştirak edən ayrı-ayrı ritmlərin, motivlərin hər dəfə azajıq da olsa dəyişilən sonsuz təkrarları və prosesin nətijəsi kimi törəyən sarsıdıjı kulminasiyalar müəlli-fin bənzərsiz üslubunun başlıja jəhətidir. Ümumiyyətlə, R. Həsənova hansı əsərini yazırsa yazsın müəyyən bir mərasim (ritual) quraşdırır: olsun sufi mərasimi («Səma», «Dərviş», Üçünjü simfoniya), olsün novruz mərasimi («Kosa-kosa» balet-pantomimi), olsun matəm mərasimi («Mərsiyə», «Qəsidə») və ya olsun xalça toxumaq mərasimi («Pirəbədil»).
       R. Həsənovanın əsərlərini dinlədikjə, onların Azərbayjan milli musiqisi, ilk növbədə muğamlarla bağlılığını açıq-aşkar duyursan. Lakin burada hər hansı bir sitatdan, iqtibasdan əsər-əlamət belə yoxdur. Bəstəkar bu və ya digər muğamın guşəsində bir an belə qərarlaşmayaraq səjiyyəvi dönümləri elə qeyri-adi tərzdə qovuşdurur ki, son dərəjə qeyri-sabit, mütəhərrik, qəliz naxışlardan hörülmüş musiqi toxuması yaranır.
       R. Həsənovanın minimum elementlər vasitəsilə irimiqyaslı əsərlər yaratmaq bajarığı heyrətamizdir! Təsadüfi deyil ki, bəzən bəstəkarın üslubunu 60-70-ji illərdə Amerika musiqisində geniş intişar tapmış minimalizm jərəyanına aid edirlər. Hərçənd R. Həsənovanın bu yazı texnikası ilə «görüşü» müəyyən mənada təsadüfi xarakter daşıyır: yəni bəstəkar özü, müstəqil surətdə muğamı dərindən mənimsəyib sufizm fəlsəfəsinə nüfuz edərək ifadə vasitələrinin məhdudlaşdırılması – minimalizm ideyasına gəlib çıxmışdır, Həm də bu jərəyana dair materiallar ölkəmizdə mütaliəsi imkan daxilində olan mətbuat səhifələrində yalnız 90-jı illərdə dərj olunmuşdur. Moskvada keçirilən «Avanqard - 90» festivalında isə ilk dəfə minimalizmin ən səjiyyəvi nümunələri səslənmişdir. Halbuki R. Həsənovanın minimal musiqinin məxsusi Azərbayjan variantını təmsil edən Üçünjü simfoniyası 1979-ju ildə yazılıb. Demək olar ki, bu simfoniya və bəstəkarın bir sıra başqa əsərləri XX əsr sənətinin ən qabaqjıl təmayülləri ilə həmahəng səsələnərək, o dövrün musiqi fəzasında aparılan axtarışları qabaqlamış, faktiki, minimalizmə mürajiətlə yazılmış ilk nümunələrdən olmuşdur. Bunu 1989-ju ildə Bakıda «Üzü zirvəyə» adı ilə keçirilən Yeni Musiqi Günlərinin iştirakçılarının – simfoniya isə ilk dəfə məhz bu festivalda səslənmişdir, - təəssüratları da təsdiqləyir. Polyak bəstəkarı Yeci Kornoviç tanınmış fransız bəstəkarı Tristan Müray (Murail) və Azərbayjan müəllifinin yazı ədası arasında oxşar jəhətlərin mövjudluğunu heyrətlə qeyd etmişdir.
       Eyni zamanda R. Həsənovanın əsərlərinin təməlində duran material öz-özlüyündə daha maraqlı, daha tutumludur, burada hadisələrin jərəyanı mexaniki təkrardan çox-çox uzaqdır və son nətijədə, minimalist opuslardan fərqli olaraq təsir qüvvəsi baxımdan xeyli əhəmiyyətlidir.
       R. Həsənova musiqinin ənənəvi canrları – simfoniya, kvartet, sonataya mürajiət etsə də, onları qeyri-adi tərzdə yozur, milli təfəkkür süzgəjindən keçirir. Məsələn, onun III simfoniyası klassik dördhissəli modeldən çox-çox uzaqdır. Əsər birhissəlidir, vahid bir özəkdən yetişdirilir, «dinamik durğunluq» dramaturgiyasına əsaslanır, həm də elə bil qapanmır, son durğu işarəsindən məhrum edilir, açıq qalır. Bu xüsusiyyətlər bir tərəfdən Şərq fəlsəfəsi və musiqisi, digər tərəfdən müasir Qərb mədəniyyətinə, ədəbiyyatına xas bəzi təmayüllər, məsələn, «şüurün axını» (« stream of consciousness”) ideyası (Joys, Prust) ilə bağlıdır. Eyni zamanda R.Həsənova milli musiqi dilinin ən sadə elementləri (gəzişmələr, milli rəqs ritmləri) əsasında böyük jazibəyə malik, xüsusi prosessual keyfiyyətlərinə görə Avropa formalarından heç də geridə qalmayan oriicinal konstruksiyalar ujaldır. Onun musiqisində Qərb və Şərq təfəkkür tipləri bir nöqtədə çarpazlaşaraq, sintezin bərabər əsaslarda m ümkünsüzlüyü iddiasını inkar edir.
       Bəllidir ki, XX əsrin ikinji yarısında simfoniyada sonata formasının şəksiz inhisarına son qoyulur: onun ijra etdiyi funksiyanı atipik, hər bir konkret halda müəllifin təxəyyül süzgəjindən keçirilən başqa formalar öz öhdəsinə götürür.
       R. Həsənovanın bir sıra əsərlərində, o jümlədən III simfoniyasında gözümüz önündə quraşdırılan proses sonata formasından nə qədər uzaq olsa da, öz təsir qüvvəsinə görə paradoksal tərzdə həmin ənənəvi formaya yaxınlaşır. Çünki burada prosesin nətijəsi – forma-kristal deyil, muğamdakı kimi prosesin özü tipikləşdirilib.1
       R. Həsənovanın bəstəkar-recissor keyfiyyətləri onu teatrla görüşdürməyə bilməzdi. Hələ tələbəlik illərində o, iki fəslin – qışın və baharın mübarizəsinə həsr olunmuş «Kosa-kosa» balet-pantomimini yaratmışdır.
       Bütün əsər bir saatajan davam edən vahid mərasim rəqsi kimi düşünülmüşdür, - deyə Rəhilə xanım xatırlayır. Biz təkjə Azərbayjan mifologiyası, milli xalq teatrının qədim formaları deyil, Asiya, Afrika xalqlarının rəqsləri ilə tanış olmuşduq. Ifaçılar heyəti xor, fleyta və zərb alətlərindən ibarət idi. Özü də musiqiçilər səhnədə yerləşdirilərək üzlərinə maska taxmış iki aktyor – mimin rəqsini müşayiət edirdilər. Buradaja səhnədə nəhəng şamlar quraşdırılıb yandırılmalı idi. «Kitabi-Dədə Qorqud» dastanından ayrı-ayrı parçaların oxunuşu da tamaşanın ümumi ruhuna çox gözəl uyğun gəlirdi. O zaman, 25 il əvvəl, kiçik kollektivimiz – recissor Tərlan Qorçiyev, mən, rəssam, baletmeyster və aktyorlar çox böyük həvəs və əzmlə çalışırdı. Hamı bizim işimizi qəribəliyin təzahürü kimi qiymətləndirirdi. Balet onda səhnə üzü görmədi…

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page