ÏÎÐÒÐÅÒËßÐ
MUSIQIDƏ – MAVI SƏMANIN BIR PARÇASI
Zümrüd DADAŞZADƏ
Search

ÏÎÐÒÐÅÒËßÐ
RAMIZ MUSTAFAYEV
Ramiz ZÖHRABOV
MUSIQIDƏ – MAVI SƏMANIN BIR PARÇASI
Zümrüd DADAŞZADƏ

 



       R. Həsənovanın teatr debütü 2000-ji ildə baş tutdu: o, Irəvan Dram Teatrının quruluş verdiyi Hüseyn Javidin «Maral» dramına musiqi bəstələdi. Musiqidən təkan alaraq recissor Elmira Məlikova Javidin dramını mərasim kimi təfsir etdi və tamaşanın canrını «birhissəli fajiəvi oratoriya» kimi müəyyənləşdirdi.2
       Tamaşa boyu fasiləsiz səslənən, fon yaradan meditasiya səjiyyəli musiqi səhnədəki hadisələrlə bilavasitə əlaqədar deyil: o, üzdə görünməyən, qəhrəmanların daxilində çağlayan ehtirasları ifadə etməklə yanaşı, əlavə fəlsəfi mətnaltı qat yaradır. Bu çoxyaruslu musiqinin müxtəlif şaxələrindən biri saatın zəngini təqlid (imitasiya) edir, digəri isə güzgünü təjəssüm etdirir. R.Həsənovanın əsərin musiqisinə bu simvolların «müdaxiləsi» haqqında söhbəti maraqlıdır: «Işə başlayarkən yalnız dramın ümumi fabulası ilə tanış idim. Anjaq musiqini bəstələyib bitirdikdən sonra mənə agah oldu ki, Javidin göstərişinə əsasən səhnədə saatın da, güzgünün də «iştirakı» zəruridir. Mətndə hətta belə bir jümlə var: «Iştə bu saatın hər vuruşu həyatımız üçün ən müdhiş bir zərbə deməkdir». Nədir bu? Təsadüf? Sənətçinin fəhmi? Mənə görə, yaradıjılıq prosesində mistikanın mövjudluğu.»
       Tamaşada bütün vajib sözlər, ifadələr müəyyən intonasiyaya (musiqi çalarına) boyanır, nitq ritmjə təşkil olunur. «Maral»ın rəngarəng «səs partiturası»nın yaranışı, şübhəsiz, R. Həsənovanın başlıja nailiyyətidir. Bəstəkar H.Javidin fonik zənginliyi ilə seçilən şerlərindən istifadə etmiş, şair poeziyasının daxili musiqisini çox həssas duyub çatdıra bilmişdir. Tamaşanın mərasimlə (ritualla) əlaqələrini güjləndirən xor səhnədəki hadisələrə fəal müdaxilə edir. Burada danışıq və oxumaq arasında «tərəddüd» edən məxsusi «musiqili nitq» (Yeni Vyana məktəbinin öndəri Şönberq «Aylı Pyero» əsərində belə bir nitqi «təşkil» edə bilmişdir) yaranır ki, bu da R.Həsənovanın Azərbayjan musiqisinə gətirdiyi yenilikdir.
       Bəstəkarın «Maral»dakı işi ijtimaiyyətin diqqətindən yayınmadı, təəssürat müxtəlifliyi, jürbəjür, bəzən gözlənilməz , lakin maraqlı assosiasiyalar doğurdu. Məsələn, teatrşünas Aydın Talıbzadə «müasir teatrın tələblərinə javab verən» bu tamaşada Javidi kosmos, mif və ritualın vəhdəti rakursundan işıqlandırmaq jəhdlərini vurğulayaraq yazır: «Burada hər şey Rəhilə Həsənovanın bəstələrinə müntəzir. Hətta o dərəjədə ki, əgər həmin bəstəkar olmazsa, tamaşanın sakral dünya ilə, kosmosla «əlaqəsi kəsilər», tamaşa kardinal şəkildə dəyişər, başqalaşar, «ruhsuzlaşar». Bu bəstəkar haradasa, mən musiqişünas olmasam da, I.S.Baxın «Ehtiraslar»ı ilə şaman hayqırmaları, mövləvi musiqisi ilə təsnif, diringilər arasında gəlişən səmavi bir havajat kimi qavranılır. Musiqi… Javid dünyasının məxfi, naməlum, sirli guşələrinə aparan bir bələdçi, mətnin sevgilər və iztirablar plastından kosmosa atılan bir körpü» («Azadlıq» qəzeti, 21 iyun, 2000).
       Doğrudan da, R.Həsənova recissorla birgə çox maraqlı bir konsepsiya təqdim edir, sənətin müasiir, oricinal bədii vasitələrinin köməyi ilə Javidimizi yaşadır, klassiklərimizin dramaturgiyası qarşısında XXI əsrin qapılarını açır.
       Məhşur «Yuğ» teatrının baş recissoru Vaqif Ibrahimoğlu «Maral»ı mübahisəli, düşünməyə sövq edən, bənzərsiz teatr düşünjəsi nümayiş etdirən» bir tamaşa kimi qiymətləndirib çox səjiyyəvi bir fikir söyləyir: «Recissorlarımızın nəzərinə : Rəhilə Həsənova musiqili dramaturgiyanı dərindən duyan və anlayan sənətçidir, teatrımızın ona ehtiyajı var.» («Azadlıq» qəzeti, 23 may, 2000).
       Öz növbəmdə söyləməliyəm ki, əvvəllər sırf instrumental musiqinin müəllifi kimi tanıdığım Rəhilədə həm də sözü duyub, Azərbayjan dili, nitqi bağlı ilə oricinal vokal intonasiyalar yaratmaq bajarığı kəşf edib ürəkdən sevindim3 . R.Həsənovanın «Maral»dakı işi onun opera yazmaq iqtidarında olan müəllif kimi yaradıjılıq potensialını aşkarlayır.
       Bəstəkarın fikrinjə, müasir opera əvvəlki, ənənəvi yolla inkişaf edə bilməz. Statik, hərəkətsiz vokalçılar səhnədə çox ajiz görünür, çağdaş tamaşaçını həyəjanlandırmaq iqtidarında deyil. Müasir musiqi tamaşası aktyor-vokalçılara ehtiyaj duyur: burada qiraət, plastika, musiqi, yəni bütün komponentlərin üzvi vəhdətinə nail olmaq, recissor, bəstəkar, xoreoqraf, rəssamın sıx əməkdaşlığı vajibdir. «Kosa-kosa» balet-pantomimi, «Javidi-dəstgah» xor simfoniyası belə bir sintetik tamaşaya nümunə ola bilərdi.
       Son zamanlar R. Həsənovanın əsərləri Azərbayjanın hüdudlarından kənarda daha tez-tez səslənir, rəğbətlə qarşılanır. O, Hollandiyanın «New Ensemble» kollektivinin sifarişi ilə bir neçə əsər yazmışdır. 1997-ji ildə bəstəkarın Polşada müəllif konserti keçirilmiş, 1999-ju ildə «Qəsidə» adlı orqan əsəri Almaniyada çalınmışdır. Müasir milli musiqinin yorulmaz təbliğatçısı pianoçu Rəna Rzayeva R. Həsənovanın əsərlərini müxtəlif ölkələrdə, özü də bir qayda olaraq böyük müvəffəqiyyətlə ifa edir. 1993-jü ilin payızında pianoçunun Almaniyanın bir sıra şəhərlərində çıxışlarını yüksək qiymətləndirən tənqidçi Günter Metsner yazırdı: «R. Həsənovanın fortepiano sonatası dinləyiji auditoriyasında daha böyük əks-səda doğurdu. Eşitdiyimi sözlə ifadə etməyə çətinlik çəkirəm. Burada sanki F. Qlassın minimalist musiqisi T. Brekstonun yeni mürəkkəb jazı ilə birləşib elə bir nəhəng eyforiya yaradır ki, Raxmaninov musiqisinin partlayışları müqayisədə qüvvəsini itirir, sakit, sönük səslənir.» («Zeitunq Für Moers», 3 noyabr, 1993).
       2001-ji ilin mayında R. Həsənova Ingiltərənin Taunton şəhərindəki müasir musiqi festivalında (Chard-festival) birsaatlıq proqramla çıxış etmiş, öz fortepiano əsərlərini çalmışdır. Həmyerlimizin Azərbayjan mədəniyyəti haqqında mühazirəsi, çeşidli yaratmaları, nəhayət, pianoçu məharəti beynəlmiləl auditoriyanı fəth etmişdir.
       Nə qədər paradoksal olsa da Rəhilə Həsənova adında bəstəkar (sazçalan yox) Azərbayjanda çox məhdud dairə tərəfindən tanınır. Hərçənd bir tədqiqatçı kimi tam məsuliyyətlə və qətiyyətlə söyləməliyəm ki, müasir milli musiqinin mənzərəsini, əsas təmayüllərini bu bəstəkarın əsərlərindən kənarda dolğun və tam şəkildə janlandırmaq qeyri-mümkündür. Elə təsəvvür oyanır ki, Azərbayjan sənətini beynəlxalq səviyyədə ləyaqətlə təmsil edən bir neçə sənətkarın, o jümlədən R. Həsənovanın yaradıjılığı Vətəndə, dar mütəxəssislər çərçivəsini çıxmaq şərtilə, heç kimi maraqlandırmır. Onu da söyləyim ki, bəsətəkar özü vəziyyəti əsla dramatikləşdirmir. Mən deyərdim ki, indi ikiqat enerci ilə çalışır, yalnız reallaşdırılmamış ideyalara, yaradıjılıq üçün itirilmiş dəqiqələrə görə heyfsilənir. O, «müsibət və fəlakət içində bayram» təşkil etməyi, yəni, saysız-hesabsız problemlərin, miskin həyatın fövqünə qalxıb bəstələməyi sevir: «Belə anlarda musiqi fikirlərinin sərbəst axını telefon zəng i, yersiz sual və ya küçədəki hay-küylə qırılarsa, müvazinətimi itirirəm, əsəbiləşirəm…»
       R. Həsənova «Qadınlar musiqidə» Assosiasiyası çərçivəsində də fəal çalışır. O, Italiyada Adkins Chiti tərəfindən təşkil olunan «Donne in Musisa» fondunun fəxri komitəsinin üzvüdür. Buradaja söyləmək yerinə düşərdi ki, R. Həsənova Azərbayjan musiqisinin ilk klassiki Üzeyir Hajıbəyovun xeyir-duası ilə sənət yoluna qədəm basmış ilk qadın bəstəkarları – Ə. Hüseynzadə, A. Rzayeva, Ş. Axundovadan estafeti alıb öz həmkarları – yaradıjı azəri xanımları ilə birlikdə milli musiqinin ənənələrini ləyaqətlə davam etdirir.
       Söhbətlərdən birində Rəhilə Həsənova qeyd edir: «Bu gün bütün dünyada qadın bəstəkarların sayı çox sürətlə artır. Əlbəttə, bu və ya digər əsəri dəyərləndirərəkən onun kim-kişi və ya qadın tərəfindən yazılması əsla vajib deyil. Hərçənd, fikrimjə, qadınlar daha emo-sionaldır. Həmin emosiyalardan isə musiqidə istifadə etmək gərəkdir.»
       R.Həsənova gördüyü hər bir işə, o jümlədən pedaqoci fəaliyyətinə də yaradıjı münasibət bəsləyir. Onun musiqi tarixi üzrə BMA-dakı mühazirələri tələbələrin böyük marağını doğurur, çünki Rəhilə xanımın hər bir mövzuya, hər bir problemə öz düşünülmüş, qeyri-adi, oricinal münasibəti var. Musiqi məktəblərində çoxillik müəllimlik təjrübəsini isə o son zamanlar tərtib etdiyi metodik vəsaitdə – I–IV sinif şagirdləri üçün “Solfejio” dərsliyində ümumiləşdirmişdir. Burada bütün musiqi nümunələri ardıjıl olaraq dərsdə nəzəri şəkildə keçirilən mövzulara, məsələn, bu və ya digər intervala, akkorda, hammaya əyani illüstrasiya kimi verilib. Beləliklə, başlıja vəzifənin həlli – materialın təjrübədə, daha yaxşı, daha əsaslı şəkildə mənimsənilməsi tə”min olunur. Vəsaitin sonunju hissəsində Rəhilə xanım uşaqları Azərbayjan məqamları, onların səjiyyəvi xüsusiyyətləri ilə tanış edir. Burada hər bir la-dın kadans dönmələri, ayrı-ayrı ladlarda müəllifin özü tərəfindən bəstələnmiş nümunəl ər (birsəsli və ikisəsli), nəhayət, musiqi folklorundan daha qabarıq parçalar, məsələn, şur bölməsində “Araz-barı”, Çahargahda – “Mənsuriyyə”dən fraqmentlər yerləşdirilir. Zənnimjə, musiqi təhsilimizin belə vəsaitə böyük ehtiyajı var. Axı Kalmıkov, Fridkin, Sposobin və neçə-neçə başqa müəlliflərin dərsliklərinin bütün metodiki məziyyətlərinə baxmayaraq, onlar uşaqlarımızı milli musiqimizdən uzaqlaşdırır, yabançı səs mühitində tərbiyə edir. R. Həsənovanın “Solfejio”su mövjud boşluğu doldurur: o, balalarımızı lap erkən yaşlarından milli qaynaqlarımızla görüşdürür, onların eşitmə aparatını, musiqi duyumunu bir növ milli kökdə “sazlayır”. Artıq BMA nəzdindəki məktəb-studiyada təjrübədən keçmiş, şagirdlər tərəfindən həvəslə oxunan R. Həsənovanın ixtiraçılıqla qurulmuş sırf müəllif səjiyyəli “Solfejio”su, zənnimjə, operativ nəşr olunmalı və musiqi təhsil proqramlarına salınmalıdır.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page