ÏÎÐÒÐÅÒËßÐ
MUSIQIDƏ – MAVI SƏMANIN BIR PARÇASI
Zümrüd DADAŞZADƏ
Search

ÏÎÐÒÐÅÒËßÐ
RAMIZ MUSTAFAYEV
Ramiz ZÖHRABOV
MUSIQIDƏ – MAVI SƏMANIN BIR PARÇASI
Zümrüd DADAŞZADƏ

 



       Son zamanlar Rəhilə xanımın imzasına mətbuatda (“Şərqi”, “Azərbayjan Irs” curnalları) da rast gəlmək olar. Onun Q.Qarayev, həmkarları haqqında esseləri formaja qeyri-adidir, ani həyat müşahidələri sərrast, oricinal, hər dəfə gözlənilməzdir. Düşünürsən ki, əsl iste”dad özünü yaradıjılığın hər bir sahəsində, hansı işlə məşğul olursa-olsun, reallaşdırmaq iqtidarındadır.
       Hal-hazırda bayağı musiqinin hüjuma keçdiyi, aşağı səviyyəli, səssiz, simasız pop müğənnilərin ekranı, efiri ələ keçirdiyi zövqləri diqtə etdiyi dövrdə musiqinin akademik canrlarında müntəzəm çalışmaq möhkəm iradə tələb edir. Yalnız Böyük Musiqinin ideallarını yüksək tutan nadir adamlar ağır yaradıjılıq yolundan dönmür, min bir zəhmətə, əzab-əziyyətə qatlaşıb düşünməyə səsləyən əsərlər bəstələyirlər. Ürəyi, qəlbinin hər bir hüjeyrəsi ilə musiqiyə bağlı R. Həsənova belə bir sənətkardır. Hər yeni əsəri ilə o, yüksək mənəviyyat aşılanmış sənətin yaşamaq haqqını isbat edir. Ümumiyyətlə, bəstəkar üçün yazmaq, yaratmaq daxili tələbatdır, fikirlərini, duyğularını ifadə etməyin, dünya və insanlarla ünsiyyətin ən münasib formasıdır, bəlkə də həyat tərzidir.
       Bu günlərdə R. Həsənova haqqında daha çox düşünərək mən onun bir yaradıjı şəxsiyyət kimi başlıja keyfiyyətini müəyyənləşdirməyə səy etdim. Mənjə, Rəhilə xanım ilk növbədə çox vijdanlı bir sənətçidir. O, heç zaman konyunktura xatirinə, vəziyyətə uyğunlaşaraq, zövqlərə xoş gəlsin deyə bəstələmir. Olduğu kimi görünür, göründüyü kimi olur. Yəni təbiətinə, məxfi iç dünyasına xəyanət etmir. Həmin fikri vaxtilə K. Batyuşkov şair peşəsi, sənətkarın öz işinə sədaqəti barədə düşünjələrində belə ifadə etmişdir: “Bu elmin ilk qanunu belə olmalıdır: yaşadığın kimi yaz, yazdığın kimi yaşa.”4 Əlbəttə, bununla Rəhilə özünü çox ağır bir yola məhkum edir: burada arasıra müvəffəqiyyətlərlə yanaşı, anlanılmamazlıq (hətta həmkarlar arasında), rəğbətin məhdudluğu, tənhalıq da mümkündür. Lakin Rəhilə xanımın bir insan, bir şəxsiyyət kimi jazibəsi məhz elə bu keyfiyyətlərin jəmindən törəyir. Bəstəkar bir an da yolundan sapınmayaraq özünün heç kimə bənzəməyən musiqisini yazmaq haqqını əs ərdən-əsərə təsbit edir.
       R.Həsənovanın mövqeyi son nətijədə ehtiram doğurur. Təsadüfi deyil ki, axır vaxtlar gənj tədqiqatçılar onun yaradıjılığına janlı maraq göstərir, bəstəkarın əsərlərindən təkan alıb müxtəlif, mühüm, bəzən polemikaya səbəb olan problemləri əzmlə müzakirə edirlər. Elə mənim də müasir Azərbayjan simfoniyasına dair araşdırmamın önəmli müddəalarını R. Həsənovanın müvafiq əsərləri doğurmuşdur. Etiraf edim ki, bəstəkarın yaratmalarının təhlili mənə heç nə ilə müqayisəolunmaz estetik zövq, emosinal yüksəliş dəqiqələri bəxş etmişdir. Ümumiyyətlə, bu zahirən zərif, lakin çox iradəli və güjlü qadının gördüyü və görmək istədiyi işlərin həjmi məni həmişə heyrətləndirmiş və hətta haradasa, mə”yusluğa sinə gərərək işləməyə sövq etmişdir.
       - Bəzən qanım qaralır, yorğun, əsəbi oluram. Lakin başımı qaldırıb pənjərədə mavi səmanın bir parçasını görüb rahatlıq duyuram. Bax elə bəstəkar da həmin pənjərə axtarışındadır. Dünyaya açılan pənjərə axtarışda…
       Bu sözlərdə R. Həsənovanın yaşayışının mahiyyəti əksini tapıb.
       Rəhilə xanıma nə arzulamaq olardı? Prinsipjə, Tanrı ona hər şey bəxş edib: məxsusi iste”dad, xeyirxah ürək, qeyri-adi işgüzarlıq, nadir müşahidə qabiliyyəti Bəlkə yalnız üzüjü, qeyri-yaradıjılıq problemlərinin azlığını, daxili rahatlıq və sakitlik. Və bir də, azajıq, bəxtin xoşluğunu (oxuju “xoşbəxt” sözünü nə üçün belə, tərkib hissələrini ayıraraq yazmağımın mə”nasını gərək ki, anlayır), zəhmətinin səmərəsini görmək imkanını, yəni əsərlərinin həmfikir-ifaçılar tərəfindən çalınmasını, həmfikir-recissorlar tərəfindən tamaşaya qoyulmasını. Və ən nəhayət, musiqisində mavi səmanın kiçik parçasının daim mövjudluğunu…
QEYDLƏR
        1. Muğam və simfoniyaya xas xüsusi prosessuallığın muqayisəli təhlilinə S.Bağırovanın bir sıra məqaləsində, habelə namizədlik dissertasiyasında xüsusi diqqət yetirilib. Bax: Baqirova S. Ö. Problemı muqamnoqo formoobrazovaniə. Avtoref. diss. … kand. iskusstvovedeniə . Taşkent: 1984.
        2. Tamaşanın müfəssəl təhlili müəllifin «Hüseyn Javid dramının yeni həyatı» adlı məqaləsində verilib. Bax: «Musiqi dünyası» curnalı, 2000, ¹ 3-4/ 5.
        3. Qeyd edək ki, R. Həsənovanın hələ 1984-jü ildə S. Vurğunun şerlərinə bəstələdiyi romanslar vokalçılar qarşısında mürəkkəb vəzifələr qoyduğu üçün indiyədək ifa olunmayıb.
        4. Aşağıdakı mənbə üzrə sitat gətirilir: Taqizade A. Aktivnaə poziüiə. – «Sov.muzıka», 1984, ¹ 5.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page