ÌÓÑÈÃÈ ÍßÇßÐÈÉÉßÑÈ
QARA QARAYEV VƏ MUSIQI FOLKLORU
C. Həsənova-Ismayılova.
Search

ÌÓÑÈÃÈ ÍßÇßÐÈÉÉßÑÈ
ŞOSTAKOVIC VƏ AZƏRBAYCAN SIMFONIZMI – (Q. Qarayev və C. Haciyevin əsərlərinin nümünələrində)
Elmira ABASOVA
ƏNƏNƏLƏRI YAŞADAN BƏSTƏKAR
Sevinc RZAYEVA
QARA QARAYEV VƏ MUSIQI FOLKLORU
C. Həsənova-Ismayılova.
ƏMIROVUN ÜSLÜB XÜSUSIYYƏTLƏRI VƏ ONUN FORMALAŞMASINDA MILLI XALQ YARADICILIĞININ ROLU
Inarə MƏHƏRRƏMOVA

 



        Məsələn, «Ürək mahnısı», «Səadət nəğməsi» kantatalarında bəstəkar Azərbaycan lad-intonasiyalarından sadə, lakin olduqca effektli bir tərzdə istifadə etmişdir. Hər iki əsərin mövzularında şur ladının istinad pərdələri, kadans ifadələri özünü aydın büruzə verir. Birinci və ikinci simfoniyalarında isə Q. Qarayev polifinik yazı üsullarını Azərbaycan xalq musiqisinin ümumi inkişaf prinsipləri, ritm və lad-intonasiya xüsusiyyətləri ilə qovuşdurmağa cəhd göstərir. Bu simfoniyalarda o, Azərbaycan ladlarının daha dərin qatlarına nüfuz etməyə çalışmışdır. Buna görə də bu simfoniyalarda lad-intonasiyalarından istifadə üsulları daha professionaldır.Yaradıcılığının ilkin mərhələsində Q.Qarayevin xalq musiqisindən istifadə üsullarını, xüsusilə onun milli ladlara istinadını araşdırarkən, belə bir nətcəyə gəlmək olur ki, Q.Qarayevin ilk əsərlərində milli lad-intonasiyalar «təmiz», « saf» şəkildə eşidilir, sonrakı əsərlərdə isə bəstəkar ladların qovudurulmasına, laddaxili modul yasiyalara daya geniş yer verir. Bu üsullarla onun yetkin əsərlərində daha da inkişaf etdirilərək, yaradıcılığının apardığı prinsipinə əevrilir.
        Bu baxımdan 1947-ci ildə yazılmış « Leyli və Məcnun» simfonik poemasını xalq musiqisi ilə əlaqə sahəsində bəstəkarın cəsarətli axtarışlarının bəhrəsi və həm də nəticəsi kimi qiymətləndirmək olar. Xalq musiqisinin dərin köklərilə bağlı bu əsərdə milli xüsusiyyətlər özünə məxsus, orcinal bir forma kəsb edir.
        «Leyli və Məcnun» simfonik poemasının mövzuları böyük gərginliyi, dramatizmi ilə diqqəti cəlb edir.Onlar lad-harmonik, ritm , tembr və s. cəhətdən inkişaf edərək tədricən mürəkkəbləşir. Buradan milli lad- intonasiyalardan sərbəst və dolğunluqla istifadə olunur. Giriş mövzuda şur ladının, əsas mövzuda şüştər ladının, köməkçi mövzuda rast ladının xüsusiyyətlərinə istinad edən bəstəkar bütövlükdə xalq musiqi təfəkkürünün ən dərin qatlarında yatan qanunauyğunluqların dərk edərək, üzə çıxartmağa çalışır.
        Poemada qeyd etdiyimiz ladların mühüm funksional pərdələri qabarıq verilmişdir. Buradakı formul xorekterli səciyyəvi lad-intonasiyalar «milli əlamət» rolunu oynayaraq, mövzuların inkişaf prosessindəki gərginliyi tənzimləyir. Bu prosses Q.Qarayevə məxsus bir sərbəstliklə, sadə ifadə vastələrindən istifadə etməklə həyata keçirilir.
        «Leyli və Məcnun» simfonik poemasında Azərbaycan xalq musiqisinin lad sistemi formanın dinamikləşdirilməsində mühüm rol oynayır.
        «Leyli və Məcnun»-da əldə olunmuş uğurlar 50-ci illərdə « Yeddi gözəl» baletində davam etdirilmişdir. «Yeddi gözəl» baletinin milli lad-intonasiya və tematizm cəhətdən təhlili göstərir ki, xalq musiqisinin intonasiya və ritimləri əsərin ümdə xüsusiyyətlərini, onun necə deyərlər « canını» təşkil edir.
        Baletdə xalq instrumental musiqisini müəllim üçün mühüm yaradıcılıq mənbəyi olmuşdur. Əsərdə milli musiqi folklorunun xüsusiyyətlərini, ilk növbədə lad sahəsində özünü göstərir. Belə ki, xalq melodiyalarının əhəmiyyətli dərəcədə dəyişilməsi lad transformasiyası ilə sıx bağlıdır.
        Xüsusilə Ayişə obrazının səciyyələndirilməsində, bu obrazın musiqi – dramaturji inkişaf xəttində xalq musiqi dilinin maraqlı amilləri təzahür edir. (Nümunə üçün onlardan birini – leytmotiv əhəmiyyəti kəsb etmiş aşağı istiqamətli sekunda intonasiyasını qeyd etmək olar ki, bu da Azərbaycan musiqisinin lod-intonasiya spesifikası ilə bağlıdır).
        Xysusi qeyd etmək lazımdır ki, Q.Qarayev bu əsərlərində musiqi materialının inkişafında muğam prinsiplərində özünə məxsus istedadla istifadə etmişdir.
        Q.Qarayevin bu baletində tapdığı milli musiqi mənbələrilə bağlı ifadə vastələri və üsulları sonrakı illərdə yazdığı əsərlərdə də inkişafa uğramışdır. Bəstəkarın yaradıcılığında xalq mənbələrinə istinad prinsiplərinin təkamül yolunun yeni və daha kamil mərhələsi 1965-ci ildə Üçüncü simfoniyasının yaranması ilə bağlıdır.
        Bu simfoniyasında, ilk növbədə, müasir professional sənətinin inkişaf etmiş vasitələri ilə xalq musiqi təfəkkürünün sintezi öz əksini tapmışdır. Bunun Q.Qarayevin özü belə şərh edirdi ki, «12 tonlu texnikaya ciddi riayət edərək, milli musiqi yazmaq olar». Üçüncü simfoniyanın melodik funksionallıq yönümündən araşdırılması göstərir ki, burada xalq musiqisi ilə əlaqənin yeni növü meydana çıxır. Başlanğıcını xalq musiqisindən götürən və seriya üslubu ilə yaxından qovuşan melodiyanın motiv quruluşu, motiv variantlılığı kimi xüsusiyyətləri Q.Qarayevin seriya ilə folkloru qovuşdura bilməsi üçün zəmin olmuşdur.
        Simfoniyanın ilk xanələrindən səslənən və 1-hissənin inkişafında mühüm yer tutan lad-intonasiya elementi aşağı hərəkətli kiçik sekunda intonasiyası diqqətə layiqdir. Bu intonasiya verilmiş mövzunun kontekstinə məntiqi surətdə daxil olaraq, obraz-məzmun mənasını dərinləşdirir.Bundan əlavə, bu simfoniyanın lad-intonasiya qurluşunda ardıcıl təzahür edən kvarta prinsipi də Azərbaycan lad sisteminin qanunauyğunluqlarındandır. Üçüncü simfoniyada bu cür qanuauyğunluqlar müasir hormoniyanın 12 pərdəli sistem, dissonansiyaların müstəqilliyi, funksionallıq kimi əsas xüsusiyyətləri ilə çulğalaşır.
        Beləliklə, Q.Qarayevin əsərlərində xalq musiqisindən istifadənin yeni üsulları formalaşmış və bəstəkarın yaradıcılıq üslubunun mühüm tərkib hissəsinə çevrilmişdir. Bu üsulların formalaşma prosesi bəstəkarın bütün yaradıcılığı boyu davam etmiş, hər bir yeni əsərdə təkminlləşərək, yüksək pilləyə qalxmışdır. Bəstəkarın yaradıcılığının təkamül prosesinin izlənməsi bunu bariz surətdə göstərir. Q.Qarayevin hansı mövzuya mürvciətindən, nə cür yaradıcılıq məsələsi həll etməyindən asılı olmayaraq, o, milli köklərdən ayrılmır. Əgər yaradıcılığının ilkin dövründə xalq musiqisi ilə professional sənət arasında qovuşma nöqtələrinin axtarışı diqqəti cəlb edirsə, yetkin əsərlərdə bəstəkar bu qovuşmaya nail olur. Sənət sahəsində onun hər bir yeni naliyyəti milli mənbələrə daha dərin əlaqəsini büruzə verir.Q.Qarayev Azərbaycan bəstəkarlıq məktəbi məkanında xalq musiqisinə, muğam köklərinə yeni baxışın, yeni münasibətin əsasını qoymuş, milli musiqi mənbələrindən novator sənətkar k imi istifadə etmişdir.Təqdirə layiqdir ki, onun bu aspektdə yaradıcılıq ənənələri çağdaş dövrün bəstəkarları tərəfindən diqqətlə öyrənilir və onların yaradılmasında yeni keyfiyyətlə davam etdirilir.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page