جسربأب حكاكذبةةكرب
ƏMIROVUN ÜSLÜB XÜSUSIYYƏTLƏRI VƏ ONUN FORMALAŞMASINDA MILLI XALQ YARADICILIĞININ ROLU
Inarə MƏHƏRRƏMOVA
Search

جسربأب حكاكذبةةكرب
ŞOSTAKOVIC VƏ AZƏRBAYCAN SIMFONIZMI – (Q. Qarayev və C. Haciyevin əsərlərinin nümünələrində)
Elmira ABASOVA
ƏNƏNƏLƏRI YAŞADAN BƏSTƏKAR
Sevinc RZAYEVA
QARA QARAYEV VƏ MUSIQI FOLKLORU
C. Həsənova-Ismayılova.
ƏMIROVUN ÜSLÜB XÜSUSIYYƏTLƏRI VƏ ONUN FORMALAŞMASINDA MILLI XALQ YARADICILIĞININ ROLU
Inarə MƏHƏRRƏMOVA

 



        Üslub ümumi anlayışdı. Bu, məlum olduğu kimi təzahürün bir çox qrupunun əlaqələndirən obyektiv bədii vahidin yüksək növüdür. Bununla belə – üslub anlayışı çox tərəflidir, çünki bunu bütövlükdə milli üslub kimi və yaxud ayrı sənətkarın üslubu kimi – yəni fərdi üslüb kimi başa düşmək olar. Üslüb – elə xüsusiyətin, nümunənin, əlamətlərin kompleksinin nümunəsidir ki, bu konkret dövrün bu və ya digər milli məktəbindən yaranan həm fərdi müəllifin yaradacılığı üçün, həmçinin də bütöv istiqamət üçün tipik ola bilər. Üslub eyni zamanda yaxınlaşdırır və uzaqlaşdırır, birləşdirir və fərqləndirir. Üslub haqqında, onun vahidliyi haqqında bütövlükdə əsərin obrazlı quruluşu planında, bəstəkarın yaradıcılıq ənənələrinə münasibətində, bəstəkarın həyata və dinləyicilərə olan münasibəti baxımından danışmaq olar. Musiqidə üslub vahidliyi onun dilində, tematizmdə və formayaranmasında izlənir. Üslub haqqında müəyyən janrların obrazlarının quruluşu planında, müəyyən dövrən tarixi eta pının estetik normaları planında, həmçinin bu və ya digər janrlarda bəstəkar əsərlərinin xüsusiyyətlərində istifadə olunan ifadə vasitələri planında da danışmaq olar.
        Məşhur musiqişünas L. A. Mazel yazır: "Müsiqi üslubu – müəyyən sosial-tarixi əsasda yaranan və müəyyən dünyagörüşü ilə bağlı olan musiqi təfəkkürü sistemidir, ideya-bədii konsepsiyasının obrazı və onların təcəssümünün vasitəsidir...
        Üslub anlayışına həm musiqi vasitəsi, həm də məzmunu daxildir, vasitələrin məzmunlu sistemi daxildir"1.
        "Əsərlərdə olan üslub xüsusiyyətləri anlayışı bu və ya digər əsərin konkret məzmununun təcəssüm formasına, yəni musiqi ifadə vasitələri anlayışı ilə bərabərləşir"2.
        Hər bir üslub onun təbiətini, səcliyyəsini xarakterizə edən, onu başqalarından fərqləndirən prinsipial əhəmiyyətli ümumilik xüsusiyyətlərinə malikdir (təbiidir ki, musiqinin estetik quruluşu əhəmiyyət kəsb edir). Üslubda prinsipial fərqlərin tədqiqi və yaxud nəzəri anlayışı musiqi dilinin və quruluşunun bütün komponentlərinin tədqiqi ilə əlaqədardır. Ü. N. Tülinin redaksiyası altında çıxmış "Musiqi forması" dərsliyində uslub anlayışı bir qədər başqa tərzdə ifadə edilmişdir. Üslub anlayışının "yaradıcı xüsusiyyətinin, ifadə tərzinin adi anlayışının müəyyən edilməsindən sonra belə bir ifadə qeyd edilir: "əslində, üslub anlayışı qat-qat genişdir; o, ifadə vasitələrinin (cəm şəklində və ayrılıqda) hər hansı əsərin, bəstəkarın yaradıcı istiqamətinə xas olan keyfiyyət və xarakterini müəyyən edir" və s.
        Artıq 40-cı illərdə ilk əsərlərini yaradan zaman F. Əmirovun musiqisi özündə parlaq ifadə edilmiş melodik, harmonik və kompozisiya quruluşunun əsasını əks etdirirdi ki, bu da onun yaradıcılıq üslubunun əsasını təşkil etdi. Əmirov musiqisinin bədii-üslub quruluşu xüsusi maraq kəsb edir. Əmirovun üslubu obyektiv intonasiya əsası və subyektiv emosionallıqla, parlaq ifadə olunan milli ənənələrlə müəyyən olunur. Şübhəsiz ki, bəstəkarın üslubunun formalaşmasında şifahi xalq yaradıcılığının iki janrı əsas rol oynayır – bu, onun milli simasını müəyyən edən ənənəvi muğam və mahnı janrıdır. Əmirov musiqisinin əsas xüsusiyyətlərindən biri olan parlaq subyektiv emosionallıq onun yaradıcılığının əhəmiyyətli hissəsinidə obrazların romantikləşməsinə gətirib çıxartdı. Təbiidir ki, öz individual-milli simasını taparaq Əmirovun romantizmi bir çox romantik bəstəkarların səciyyəvi xüsusiyyətlərindən biri olan amillərlə (faktorlarla) ifadə edilmişdir. Əmirovun musiqisində bu hər şey dən əvvəl fərdi dünyagörüşünün zənginliyində, ehtirasda, fikrin ifadə qüvvəsində, melodik başlanğıjında özünü göstərir.
        Əmirov yaradıcılığının etik-estetik əsasına görə, məzmunun və onun inkişaf xəttinə görə romantikdir. Onun romantizmi hər şeydən əvvəl bəstəkarlıq təfəkküründə, janr prinsiplərində və janr yeniliklərində, ladın semantikasında özünü göstərir. Beləliklə, onun əsərləri romantizmin bədii-üslub sisteminə aid edilir. Məsələn, (əsərlərin araşdırılması zamanı) bəstəkarın melodiyası, ideyaları, obrazları, tematikası, ümumi ideyaları təcəssüm etdirilərək romantiklərin melodiyasına xas olan daxili ekspressiya və genişliklə dolğunlaşır. Belə bir hal bəstəkarın yaradıcılığında harmoniya sahəsində özünü göstərərək milli ladın major-minor sistemi ilə qarşılaşaraq romantik sənətin üslub xüsiyyətlərindən olan rəngarəngliklə təsvir edilir. Şəxsi mülahizələrin məhrəmanə lirik tonu, melosun ehtiraslı – potetik tonu, romantik estetikanın sintezi Əmirovun üslubunu məhz romantik üsluba yaxın olan bir çox müasirlərinin üslubundan fərqləndirir və müəyyən edir. Əmirovun dəst xəttinin xüsu siyyətlərindən bir çoxu bəstəkarın 40-cı illərdə yazdığı əsərlərdə parlaq əksini tapmışdır ("Ulduz" romansı, "Gülüm" qəzəl-romansı, fortepiano variasiyaları, prelüdlər və s.).
        Bu əsərlərin musiqi üslubu, şübhəsiz, Ü. Hacıbəyovun ənənələrini davam etdirərək artıq tipik Əmirov cizgilərini nümayiş etdirir. Demək olar ki, Əmirov o bəstəkarlardandır ki, üslubu tez bir zamanda formalaşaraq romantik melodiyasına xas olan fərdiliyi ilə qeyd edilir. Əgər ümumi cəhətlər bu halı əlaqələndirirsə, xüsusi cəhətlər onun özünəməxsusluğunu yaradır (beləliklə, üslu beyni zamanda yaxınlaşdırır və uzaqlaşdırır, birləşdirir və fərqləndirir – onun dialektikası bundadır "Gülüm" qəzəlinin Əmirova xas olan musiqi üslubu tipikdir. Lakin qəzəl Hacıbəyovun ənənələrini davam edir. Məsələn, Əmirov romansda Şur (q-moll) ladını qoruyub saxlayır, bununla belə bəstəkar sərbəst və geniş surətdə Şurun koloristik və emosional imkanlarından istifadə edir. O, sərbəst surətdə lad alterasiyalarının əsasında yaranan mikroxromatikaya müraciət edir, subdominanta sahəsi ilə əlaqələndirərək (II, VI, VI) ikinci pilləni əskildir, VI natural pilləni yüksəlmiş altıncı pillə ilə qarşı -qarşıya qoyur. Muğam oxumalarından geniş istifadə edərgk, melosu bəzəklərlə zənginləşdirərək, bəstəkar, onu metro-ritmik dairəsindən əhəmiyətli dərəcədə azad edir və melodik xətti xilas edir. Beləliklə, melodik xəttin özünə məxsus axarlığı – bütövlüyü yaranır ki, bu da melodik muğam bağlılığını xatırladır. Romantik meyl sözsüz, həm subdominanta qrupunun alterasiyalılığlı ilə, gizli tonikanın göməkçi tonla əvəz edilməsi ilə özünü biruzə verir. Melodik ekspressiya ilə yanaşı, bəstəkar üslubunun ən parlaq xüsusiyyətlərindən biri olan harmoniyanın və orkestrin parlaq rəngarəngliyini qeyd etmək lazımdır. Bu funksional cəhətdən rəngarəng romantikanın, yəni, major-minor həmahəngliyinin, lakin milli ladın əsasında VI yüksələn və VI natural pərdələrindən əmələ gələn rəng qalarlarıdır. "Ulduz" romansı sırf-milli özünəməxsus dili ilə fərqlənərək romantizmin bədii üslub sisteminə üzvi surətdə daxil edilir. Romansın melodiyasına geniş ifadə qüvvəsi xasdır. Əvvəl qeyd etdiyimiz obyektiv intonasiya əsasının və subyektiv em osionallığın sintezi burada da obrazların romantikləşməsinə getirib çıxardı. Milli lad çalarları burada klassik funksional harmoniya və major sistemi ilə deyil, tipik romantik rəngarəngliklə musiqidə xüsusi kolorit yaradan impressionizm ilə qarşılıqlı əlaqəyə girir. Həmçinin qeyd edək ki, opera və vokal musiqisi sahəsində Əmirovun lirik təbiəti daha dolğun və parlaq gözə çarpır. Bəstəkara xas olan açıq, sırf millilik, təsviri ahəngdarlıq, nəhayət-poetik obrazların açığlanmasında romantik coşqunluq özünü biruzə verir. Bütövlükdə bir sıra mahnılarda Əmirov xalq musiqi janrlarına yaxın olan parlaq obrazların yaranmasına cəhd göstərirdi. Məsələn, "Toy", "Lay-lay" mahnıları buna misal ola bilər. Bəstəkar onları artıq dərəcədə obyektivləşdirir və eyni zamanda konkretləşdirir. Həmçinin Əmirov mahnıların obrazlarını yeni ifadə vasitələri ilə müasirləşdirir. Bu xalq musiqisindən gələn intonasiyaların xüsusi rəngarəngliyi, xüsusi sadəliyi, və eyni zamanda melodik üslubun bütövlükdə parlaq fərdiliyi ilə əlaqədardır. Li rikanın romantik məxfi-şəxsi tonunu "1001 gecə" baletinin səhifələrində və "Sevil" operasında da izləyə bilərik (buna misal Sevil və Balaşın ariyaları ola bilər).
        Rusiyanın məşhur musiqişünası S. Skrebkov yazır: "Hər bir üslub onun təblətini, spesifikasını səciyyələndirən, bir üslubu digərindən fərqləndirən ümumi mühüm prinsial cizgilərə malikdir.
        Bu fərğlənmələr yalnız musiqinin daxili estetik quruluşuna aid deyil – musiqinin bədii təşkilinin özü ictimai təxsislə müəyyən edilir ki, musiqi sənəti də öz dövründə bunu qəbul edir"3.
        Əmirovun musiqisi daima geniş dinləyici kütləsinə yönəlmişdir ki, bu da bəstəkarı şübhəsiz ünsiyyət yollarının axtarışına gətirib çıxardı. Buradan da xalq sənəti janrlarına və hər şeydən əvvəl şifahi yaradıcılığın ənənəvi janrı olan – müğama – üzvi istinad özünü biruzə heyir. Musiqi əsəri tematizm, dil-quruluş kimi üç cəhətin dramaturji vahidi olaraq bu cəhətlərin münasibətində hədsiz müxtəliflik imkanlarına malikdir. Tematik məzmun – mövzunun dinləyicidə canlı musiqi obrazı yaratmaq qabiliyyəti – üslubun bütün növlərinin realistik musiqi estetikasının əsas tələbidir. Lakin, mövzunun məzmunluğu vacibdir. Bu keyfiyyətlər Əitrova daha yaxındır. Eyni zamanda Əmitrovun mövzularının tematizmi çox vaxt obraz cəhətdən müəyyən edilmişdir və bunun səbəbi onun janrlılığıdır.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page