جسربأب حكاكذبةةكرب
ŞOSTAKOVIC VƏ AZƏRBAYCAN SIMFONIZMI – (Q. Qarayev və C. Haciyevin əsərlərinin nümünələrində)
Elmira ABASOVA
ƏNƏNƏLƏRI YAŞADAN BƏSTƏKAR
Sevinc RZAYEVA
QARA QARAYEV VƏ MUSIQI FOLKLORU
C. Həsənova-Ismayılova.
ƏMIROVUN ÜSLÜB XÜSUSIYYƏTLƏRI VƏ ONUN FORMALAŞMASINDA MILLI XALQ YARADICILIĞININ ROLU
Inarə MƏHƏRRƏMOVA
|
|
S. Skrebkov4 qeyd edir ki, müvzunun obrazlı müəyyənləşməsi həmişə onun konkret canr siması ilə əlaqədardır, və o, musiqinin janr xüsusiyyətini musiqi mövzusunun reçitativliyi, "mahnılığı" "rəqsvariliyi" kimi anlayışlarla müəyyən edir. Hələ XIX əsrdən romantik musiqidə inkişaf edən fərdi özünəməxsus xüsusiyyətlər məlum olduğu kimi hal hazırda tematizmin janr çalarlarının müxtəlif rəngarəngliyini əldə etmişdir, və bu da romantik sənətin ən vacib amillərindən biridir. Üslub məfhumunun özü bütövlükdə əsərin və mövzunun janr növünün fərdiləsiməsinin vasitəsi oldu. Əmirov musiqisinin başqa müəlliflərdən fərqlənən üslub xüsusiyyətini dinləyicilər daim hiss edirlər. Lakin üslubda prinsipial fərqlərin nəzəri dərki və əsası dəqiq "zərgar" tədqiqini tələb edən mürəkkəb və əhəmiyyətli məsələnin çətinlikləri ilə əlaqədardır. Geniş fərdi ifadənin zənginliyi (hər şeydən əvvəl, melosda, daha sonra rəngarəng harmoniyada) Əmirov üslubunun ən vacib prinsiplərindən biridir. Obraz mənasının çozcəhətliliyi
(heç olmasa lirika hüdudunda) və musiqi intonasiyalarının "mikroskopik" zəngin təfsilatının müxtəlifliyi, hissələri mürəkkəb kompozisiya prinsiplərinin əsasında əlaqələndirən və fərdiləşdirilmiş motivlərin halqasından təşkil edilmiş tematizm bəstəkarın özünəməxsus musiqi məntiqindən danışır. Bu, intonasiya əlaqələrinin özünəməxsus dialektikası, qarşılığlı çevrilməsi, dönməsi, melosun və tematizmin dəyişilmə bacarığı, xalq musiqisinin ehtiyatından götürülmüş prinsip və üsulların əsasında yaranan forma təşkilidir. Bütün bunlar ondan bəhs edir ki, mill əsasda formalaşan məntiqi və klassik-romantik prinsipləri çevik qavrayan Əmirov eyni zamanda musiqi dramaturgiyasının bu prinsiplərini bədii qanuna uyguluğla sintezləşdirir və yeni keyfiyyətlərlə təqdim edir.
Əmirov – lirikdir. Onun bütün musiqisini yaradıcılığının aparıcı obraz sahəsi olan lirikka təşkil edir. Hər hansı bir həyat mənzərəsi, mübarizə, epik dastan – bütün bunlar onun əsərlərində fərdi, şəxsi, lirik aspektdə istiqamətləndirilir. Hətta. epik, dramatik mülahizələr, fəlsəfi fikirlər lirik çalarlara boyanır. Lirikanın özünün çalarları da müxtəlifdir. Lirikanın dərəcəsi-romantik-patetik təsirlilikdən incə məlahətliliyə kimidir. O, özünü emosional cəhətdən dolğun, həzin, plastik, məişət janrı planında da biruzə verir. F. Əmirovun lirikasında muğam üslubunun və musiqi kompozisiyasının mahnı üsulları həmişə diqqəti cəlb edir – burada aparıcı melodiya (səs) və poetik söz daim ön plandadır. Əmirovun musiqisi zəngnliyinə görə nadir lirik sənətdir. Onun melodiyasının və tematizminin intonasiya üslub mahiyyəti ondadır ki, melodiyanın müxtəlif xüsusiyyətləri milli sahədə olduğu kimi, ümum-avropa vokal-instrumental xüsusiyyətlərini də özündə cəmləşdirir (biz burada mahnı reçitativ, deklamasiya, rəqsi
nəzərdə tuturuq).
Əmirovun musiqisi böyük potensial fərdi qüvvəyə malikdir və bu qüvvələr tematik cəhətdən daha bədii və məzmunlu olmaq imkanını aşkar edir. Əmirovun melodiyasında funksional qarşıdəyişilmələr çox vaxt linearlığa əsaslanır – başqa sözlə – linearlıq funksiyaların qarşılığlı dəyişilməsi üçün imkan yaradır. Sözsüz Əmirov yaradıcılığının üslubuna onun bir çox xüsusiyyətlərini müəyyən edən xalq ifaçılıq təcrübəsindən götürülmüş janrlara, şifahi ənənəvi musiqi janrına etdiyi istinad təsir göstərir. Mahnı, rəqs, muğam janrının və aşıq yaradıcılığının xüsusiyyətlərindən müxtəlif aspektlərdə geniş istifadə edərək Əmirov eyni zamanda klassik ənənələrə istinad edir və bu sintezdə musiqi ifadəsinin üzvü qovuşmasının yeni imkan və vasitələrinin axtarılmasına başlamışdır. Janrların sintezində yeni ifadə vasitələrinin axtarışları Əmirovu öz üslub sisteminin fərdiləşdirilmiş xalq materialının ifadəsinə gətirib çıxardı. Məsələn, Əmirovun muğama olan münasibəti onların müxtəlif intonasiyalarının geniş həyata keçiril
məsində və təfəkkür qanunauyğunluğu ilə bərabər eyni zamanda simfonik muğam janrlarının yaranmasında özünü biruzə verdi. Xalq musiqisi və şifahi ənənəvi yaradıcılıq sahəsində Əmirovun dəst-xəttində iki janr aparıcı əhəmiyyət kəsb edir: muğam və mahnı. Muğamın intonasiya materialına möhkəm istinad edərək, onların inkişafının üsul və prinsiplərini istifadə edərək, bəstəkar çox vaxt bu materialı mahnı tipinin forma-sxemində həyata keçirir, beləliklə xalq yaradıcılığının iki janrının keyfiyyət və prinsiplərini ümumiləşdirir. Əlbəttə, simfonik muğamlarını yaradarkən Əmirov bir sıra dəyişikliklər etməliydi. Təsadüfi deyil ki, Q. Qolovinski yazır: "əgər, əsər və yaxud onun elementi bir üslub çərçivəsindən başqa bir üsluba keçirsə, onda onun dəyişməsi zəruridir"5. Sözsüz ki, parlaq melodist olaraq – "melodiya onun musiqisinin ruhudur" – deyə Şostakoviç yazırdı, – Əmirov təbii ki, həmişə melosa, onun aparıcı roluna istinad edir.
Q. Qarayev yazırdı: "musiqidə emosional başlanğıcın aparıcısı olan melodiya bəstəkarın əsas ifadə vasitəsidir"6.
"Sevil" tamaşasının quruluşundan sonra I. Martınov qeyd edirdi: "F. Əmirovun musiqisi azərbaycan mahnı və muğamlarının qeyri-adi özünəməxsus gözəl intonasiyaları ilə dolğundur"7. Müxtəlif intonasiya quruluşlu çoxçeşmdli melodik tiplərin arasında müxtəlif mahnı quruluşlu melodiyalar əsas diqqəti cəlb edir. Mahnı tipli bu melodiyalar aramla sərbəst inkişaf edir və axarlıdır. Onlar həzin, sevgi-lirik, çox vaxt qəmli, kədərli, ehtiraslı-emosional, işığlı və dalğındırlar və s. Bu tip melodiyaların intonasiya-tematik məzmunu və obrazlı-emosional ifadə vasitəsinin diapozonu çox genişdir. Xüsusi lirik dolğunluğu, ifadəliliyi, həyəcanı ilə Əmirovun bu melodiyaları həmişə genişliyi ilə fərqlənir. Bəstəkarın istinad etdiyi xalq təcrübəsində olduğu kimi bu melodiyalar adətən aramlı və yaxud bir qədər aramlıdırlar, xalq mahnıları və çox vaxt muğamlarda təsadüf edilən improvizasiya axıcılığı, xanə bölgülərinən elə bil ki, arabir silinməsi bu melodiyaların səcliyyəvi xüsusiyyətidir. Buna misal opera
ariyaları, "Gülüm" romansı, simfonik əsərlərdən parçalar, baletdən sevgi mövzusu və s. ola bilər. Melodiyaların başqa bir növü xalq təcrübəsində olduğu kimi mahnılı-rəqsvaridir, cəld hərəkətlidir, qısa nəfəslidir, lakin əvvəl bəhs etdiyimiz melodiya növündən fərqli olaraq burada obrazların əhval-ruhiyyəsi daha da məhduddur. Bu, incə, şux, çox vaxt yumoristik obrazlardır. Onlar dəqiq ritmlidir, qısa motiv və obrazlara çox asan bölünürlər və adətən qısa sətri formalara yerləşdirilir. Məsələn, operadan Atakişinin kupletləri, baletdən Mərcanənin rəqsi mövzusu, bir sıra fortepiano miniatürlərinin mövzusu nümünə ola bilər. Birinci və ikinci növ melodiyaların tematik inkişafı motiv və onun variantlı təkrarı üzərində qurulur. Özünəməxsus tərzdə birləşdirilmiş və təkrar olunan hissələr onların melodik xəttini təşkil edir, burada motivlər ardıcıl variant halında təkrar olunur, əsas motivdən adətən yeniləri "yetişir", törəmələr yaranır. Yeni yaranmaların tonu üzərində sekvensiyalarla yerini dəyişir ki, bu da xalq mahnı
və rəqslərinin səciyyəvi xüsusiyyətini əks etdirir. Bir sıra xalq mahnılarını təhlil etsək deyilənlərin şahidi olarıq. Bu nümunələrdə hər bir sonrakı motiv əvvəl gələn motivdən əmələ gəlir ("Aman nənə", "Araz üstə", "Ay laçın").
Rəqs melodiyalarının ifadə quruluşu və tipi bir qədər başqadır. Əmirovun rəqs melodiyaları kiçik diapazonlu, qısa nəfəslidir, onlarda tez-tez kiçik motiv özəklər təkrar olunur. Bu tip melodiyalarda dəyişilmə melodik deyil, daha çox ritmikdir, tez-tez ilk tematik özəyə qayıtma baş verir (xalq musiqisində olduğu kimi). Bu melodiyalarda olçü sürəti hətta kiçik motivlərin variant təkrarlarının müəyyən dəyişkənliyi özünü göstərir. Çox vaxt Əmirovun musiqisində melodiyaların sintetik növünə də təsadüf olunur. Onlarda xalq mahnı xüsusiyyətləri ilə müasir kütləvi mahnılar üzvi surətdə qovuşur. Qeyd etmək lazımdır ki, bu melodiyalarda klassik major-minorun funksional əsası parlaq biruzə olunur. Bu tip melodiyalarda melodik yüksəkliyə cəhd qeyd olunur, nəticədə səsin tessiturası genişlənir. Çox vaxt bu sintetik melodiyalar septakkord və üç səsin pərdələrinə əsaslanır. Melodiyanın istiqaməti "əsil" mahnılardan fərqli olaraq yüksəlir.
Azərbaycan musiqisində melosun bu cür sintetik növü hələ 20 illərin sonu – 30 illərin əvvəllərində mövcud idi. Üz. Hacıbəyovun və M. Maqomayevin ilk kütləvi mahnılarında Maqomayevin və Hacıbəyovun operalarında kütləvi mahnılara və marşlara xas olan üstünlüklə yeni intonasiyalar səslənirdi.
(ardı var)
ƏDƏBIYYƏT:
1 Mazel L. Musiqi əsərlərinin quruluşu. M., 1960 il.
2 Mixaylov M. Musiqidə üslub. "Muzıka", 1981, səh. 127.
3 Skrebkov S. Musiqi üslublarının bədii prinsipləri. "Muzıka", M., 1973, səh. 16.
4 Skrebkov S. Musiqi üslüblarının bədii prinsipləri. "Muzıka", M., 1973, səh. 17.
5 Qolovinski Q. Bəstəkar və folklor". "Muzıka", M., 1981, səh. 273.
6 Qarayev Q. Sevil. "Bakinskiy raboçiy" qəzeti. 13 yanvar, 1954 il.
7 Martınov I. "Sevil" çadranı atır. "Izvestie" qəzeti, 24 may, 1959 il.
|