ÅÒÍÎÌÓÑÈÃÈØÖÍÀÑËÛÃ
GÖYÇƏ AŞIQ MƏKTƏBI (ARDI)
Azad Ozan KƏRIMLI
XIX ƏSIRDƏ AZƏRBAYCAN MUSIQI FOLKLORU RUS ZIYALILARIN ƏSƏRLƏRINDƏ
Əhməd ISAZADƏ
|
|
DƏYMƏYIN
(arakəsmə)
Telli sazı sinəm üstə alanda
Çala-çala yırğalanım, dəyməyin.
Ismi pünhan, o qadası dediyim
Göz eyləsin, gözəl xanım, dəyməyin.
Adəm cana gəlsin desin «ruh hanı»?
Səs salmayın, qoyun çalım «Ruhanı».
Təlatümdə olsun Nuhun tufanı,
Kömək istər, mən oyanım, dəyməyin.
«Kərəm»i də Kərəm kimi yanım mən,
«Dilqəmi»də Dostu xanım anım mən.
«Cənki» çalım, Misri qılınc anım mən,
Hünər olsun hər gümanım, dəyməyin.
Dastan deyim, telli saza calanım,
«Sarıtel»də bu dağları dolanım.
Zəmbur olum, çiçək üstə yalanım
Belə olsun hər bir anım, dəyməyin.
«Dübeyti»də binələrə baş çəkim,
«Qəmərcanı» gülfincanı gül əkim.
Xalq mahnısı, el havası, baş həkim.
Qoy unutsun dərdi-canım, dəyməyin.
Segah çalım, Qarabağı dolanım,
«Çoban bayatı»da dağdan boylanım.
Şahin olum, zirvələrdə qıylanım,
Ov axtarsın özcə canım, dəyməyin.
Muğamda xalqımı yenidən gəzim,
Hər havada sazdı mənim sağ gözüm.
Şah Xətai, şah pərdədə, şah düzüm,
Belə olsun hər bir anım, dəyməyin.
«Dərbəndi»də mən Dərbəndi yad edim,
Tufarqan Abbasla Dərbəndə gedim.
«Səməndəri» uyğun döymü, düz deyim,
Düz çalmağa var gümanım, dəyməyin.
Naxçıvana Ağrıdağın başınnan,
Baxım od yurdunun üzük qaşınan.
Sazda çalım ox sinəli daşınnan
Vətənimdi şöhrət-şanım, dəyməyin.
«Incəgülü» qoy səs versin səsimə,
«Göyçəgölü» özü gəlsin bəsimə.
«Şahsuvarı» həm yaxşıma, pisimə,
Qiymət versin, özüm qanım dəyməyin.
«Narıncı» da Araz kimi lal axım,
Araz ovalığına təzədən baxım.
«Şaqayı gəraylı»da yandırım, yaxım.
Çoxdu hələ xanimanım, dəyməyin.
Hamı mərddi, mərddə bilir özünü,
Naməpd hanı, görən varmı üzünü?
Ata oğlun, ana qızın sözünü,
Qoy danışsın, din-imanım dəyməyin.
Havaların çoxu qalmır yadımda,
Balabansız yaddan çıxır adım da.
«Müxəmməs», «Divanı», «Təcnis» dadımda,
Məzələnim, məzə qanım, dəyməyin.
«Misri» çalım, qılınc asım belimə,
«Keşişoğlu» onda keçsin əlimə.
«Arazbarı», «Nəcəfi»ni dilimə,
«Məmmədsöynü» düzgün anım, dəyməyin.
Muğanı dolanım, Milə yollanım,
El havası şirin dilə yollanım.
Qayıdım Göyçəyə, Cilə yollanım,
Zəki olsun hər qurbanım, dəyməyin.
Aşıq Əsədin Azərbaycana köçməyinin birinci səbəbini aşıqladıqdan sonra ikincisinə keçək. Artıq 1924 –1925-ci illərdə Azərbaycan höküməti onu Bakida yaxud Gəncədə görmək istəyirdi. Ev, məhəllə yaxud da bir bölüm torpaq seçimi qalmışdı. Lakin Aşıq Əsəd şəhər yerində qala bilmirdi, ürəyi sıxılırdı. 1928-ci ildə Qazağın Çaylı kəndində ötəri yurd salıbmış, lakin Bozalqanlıdakı qohumlarının varlığı, Tovuza olan ürək yatımı öz işini görüb. 1930-cu ildə Aşıq Əsəd Tovuzda birdəfəlik yer alıb, ev tikdirir. Maraqlıdır ki, elə həmin ildəcə Cilovdarlı Aşıq Mirzə Kür qıragından köçərək, elə həmin Tatlar məhəlləsində onunla yanaşı yurd salır.
"Aşıq Əsəd səsi" haqqında dastanlar bağlanıb desək, heç kim heç kimi qınamaz. Bu heç də şişirtmə deyil. Əgər özü və səsi haqqında söhbətləri dastanın nəsr kəsimi, şərləri isə nəzm kəsimi kimi toplasaq, vəlkə də «Şah Ismayıl» yaxud da «Novruz və Qəndab»dan da tutumlu yazılı kitab alınar. Lakin mahiyyətcə Aşıq Əsədin səsi adi yüksək tessituralı, zilə qaxdıqca incələn və geniş nəfəsini, gücünü itirən nə aşıq səsi, nə də mugamatçı-xanəndə səsi deyildi. Bunu onun 1938-ci ildə Moskva çıxışlarından sonra buraxılan və xırıltılı səslənsə də, hazırda bərpası mümkün qrammafon valından duyub yozmaq olar. Belə çeşiddə səs yalnız hazırda əfsanəyə dönmüş italyan opera müğənniləri E. Karuzo və M. Lantsanın səslərilə tutuşdurula bilər, lakin diapazon və reqistr baxımından Aşıq Əsədin üstünlüyü şübhə doğurmur. Məndə olan (və lentə yazılmış) bilgiyə görə, onun səsinin oxşarını, - Aşıq Zeynal Gəncəlinin lap gənc yaşında,1945-ci il noyabrın 6-da opera və balet teatrındakı çıxışını eşi
dən Mircəfər Bağırov Üz. Hacibəyovun (və bir sıra vokal üzrə tanınmış müəllimlərin) həmin gəncin Bakıda hazırlıq keçib Italiyaya oxumağa göndərilməsi arzusunu bəyənmişdi.
Lakin hər halda Aşıq Əsədin oxumagı əfsanəvi gercəklik kimi yozulurdu. Məsələn, özünün oğlanlarına söylədiyinə görə, «1924-ci ildə Bakı filarmoniyasında aşıqlara və xanəndələrə baxış keçirilirdi. Mən də «El bayatısı» ilə çıxıb filarmoniya səhnəsini zəngülə (yaxud boğaz qaynatması! – A.O.) vura-vura iki dəfə hərləndim. Səhnəyə də iki tərəfdən gırış var. Girdiyimə əks tərəfdən çıxanda Cabbar Qaryağdıoğlu yolumu kəsib dedi: «Bir dayan!» Dedim: «Nədi?» Dedi: «Bir ağzını aç!» Dedim: «Nə işə?» Dedi: «Deyirəm ki, abzını aç, sənin boğazinda nəsə başqa bir şey var! O səs bu bədəndən çıxmırdı, sən boğazına nəsə qoyubsan!». Dedim: «A kişi, o boyda böyük sənətkar ola-ola cəfəngiyyat danışırsan!» Dedi: «Yox ey! Səni buraxan deyiləm. Açacaqsan ağzını, baxacağam boğazına!»
|