ÅÒÍÎÌÓÑÈÃÈØÖÍÀÑËÛÃ
GÖYÇƏ AŞIQ MƏKTƏBI (ARDI)
Azad Ozan KƏRIMLI
XIX ƏSIRDƏ AZƏRBAYCAN MUSIQI FOLKLORU RUS ZIYALILARIN ƏSƏRLƏRINDƏ
Əhməd ISAZADƏ
|
|
1861-ci ildə çap olunmuş P.Siyalskinin «Zaqafqaziya vilayətində mahnı və musiqi haqqında» məqaləsində (P. Siəlğskiy. Neçto o pesnəx i muzıke v Zakavkazskom krae. «Illöstraüiə» jurnalı 2, 9, 23 və 30 noyabr 1861-cı il.) Azərbaycan xalq musiqi məişətinə əhəmiyyətli yer verilir. Əgər Zaqafqaziyada olduğu ilk illərdə o, rus musiqi həvəskarı kimi «aziat musiqisinə» və onun ifaçılıq tərzinə qarşı öz narazılığını bildirirsə, sonrakı illərdə isə (Zaqafqaziyada o üç dəfə olmuşdur) Siyalski bu xalqların nəinki mənşət və mənəviyyatını öyrənir, həmçinin xalq mahnılarını da yazmağa başlayır. Bunu həmin «Illüstrasiya» jurnalında nəşr olunan «Səkkiz aziat mahnısı və bir lezqinka» adlı not nümunələri təsdiq edir. Burada iki kürd, bir gürcü və dörd tatar mahnıları əhatə olunmuşdur.
Qeyd etmək lazımdır ki, sonuncu dörd nümunə tatar mahnısı» adlandırılmasına baxmayaraq onlarsırf Azərbaycan xalq musiqisini təmsil edir. Onlarda melodik, ritmik müxtəlifliyi və lad əsası ilə yanaşı bəzi mahnılarda Azərbaycan sözlərinin rus transkripsiyasında verilməsi ilə də təsdiq olunur. Misal üçün, beş nömrəli mahnıda «Dönüm qözünə balam ... can, can» , yeddi nömrəlidə «Ərzurum dağdakı ceyran, can, can bala ... sənin dayın oğlı», doqquz nomrəlidə isə «Qaladan qalaya mən gördüm onu». Şübhəsiz, doqquz nömrəli mahnı Azərbaycanda və onun sərhədlərindən uzaqlarda geniş yayılmış «Qalanın dibində» xalq mahnısının variantlarından biridir. Mahnının təkrar olunan bir bəndinin cümləsində belə sözlər istifadə edilir: «Qalanın dibində bir daş olaydım. Gələnə-gedənə sirdaş olaydım».
P. Siyalskinin nəşrində verilmiş «Tatar mahnıları» lad müəyyənliyinə görə eyni planlı melodiyalardan ibarətdir. Məsələn, dörd nömrəli mahnıda rast ladının kadensiyası aşkar özünü göstərir. Melodiya öz mülayimliyi, sakitliyi, təntənəliyi ilə seçilir və bu qəbildən olan mahnılar üçün xarakterli sayılan aşağı kvartadan toniaya keçid hərəkət özünü təsdiq edir. Mahnının ilk iki cümləsində isə bitmiş period təşkil olunur və daxilən genişləndirilmiş ikinci cümləsi onunla maraqlıdır ki, ornament bəzəntilər mövzunun birinci dəfə özünü göstərməsi ilə aşkar olur, halbuki ikinci cümlə, əksinə, təmkinli və ciddi səslənir. Mahnının böyük olmayan altı taktlı nəticəsi melodiyanı digər tonalıq sferasına aparıb, ona minor çaları gətirir.
Beş nömrəli mahnının janr və xarakterini lirik janr müəyyən etməyə imkan verir. Həm mətnin xarakteri («Qəlbim kədərimdir ... sevinc vaxtları keçdi» və s.) həmçinin nisbətən iri frazalarla və öz aralarında qeyri-bərabər bölünən ( 2 takt + 1 takt) və tələsmədən inkişaf edən melodiyanın quruluşu bir daha bunu təsdiq edir. Melodiyanın strukturu formanın ikinci yarısında parçalanır, bu da Azərbaycan lirik mahnıları üçün səçiyyəvidir (not misalı ¹ 1).
Yeddi nömrəli mahnı əvvəlki nümunələrdən öz fəallığı, çevik və canlı xarakteri ilə seçilir. Onun melodik quruluşunda kvarta intonasiyaları diqqəti xüsusilə cəlb edir. Mahnının forması iki dəfə təkrarlanan və «Rast» ladında xarakter kadensiya ilə bitən səkkiz taktlı cümlədən ibarətdir. Melodiyanın ritmik xətti bir qədər statik olub hər bir taktın (2/4 metrə uyğun) ikinci hissəsindəki qeyri-adi təziq ilə seçilir (not misalı ¹ 2).
Doqquz nomrəli mahnının melodikası özünün son dərəcə gözəlliyi, məlahətliyi, lad calarları, ritmik rəngarənkliyi ilə seçilir. Kiçik variasiya dəyişiklikləri ilə yanaşı kuplet iki dəfə təkrar olunur (not misalı ¹ 3).
.
XIX əsrin ikinci yarısında Azərbaycanda rus mədəniyyətinin və qabaqcıl inqilabi demokratik ideyaların təsiri altında ölkədə Rusiya və onun vasitasilə Qəlb mədəniyyəti ilə bağlı olan yeni dünya görüşlü ziyalıların sayı artır. Onlar nəinki Azərbaycanda, hətta onun sərhədlərindən uzaqlarda da şöhrət qazanırlar. Onların sırasında Peterburq Universitetinin şərqşünaslıq kafedrasının rəhbəri, professor M.D. Topçubaşov, maarifçi, alim və yazıçi Ç.K. Bakixanov, Qazan universitetinin görkəmli alim-şərqşünası, Peterburq Elmlər Akademiyasının müxbir üzvü seçilən ilk azərbaycanlı professor
M. Kazımbəy, maarifçi-demokrat, ictimai xadim, filosof və drammaturq M.F. Axundov, alim publisist və «Əkinci» qəzetinin nəşriyyatçısı H. Zərdabi xüsusilə seçilirdilər.
|