ÅÒÍÎÌÓÑÈÃÈØÖÍÀÑËÛÃ
GÖYÇƏ AŞIQ MƏKTƏBI (ARDI)
Azad Ozan KƏRIMLI
XIX ƏSIRDƏ AZƏRBAYCAN MUSIQI FOLKLORU RUS ZIYALILARIN ƏSƏRLƏRINDƏ
Əhməd ISAZADƏ
|
|
XIX əsrin 80-cı illərində mədəniyyət və incəsənətinin öyrənilməsi işində Tiflisdə Qafqaz təhsil dairəsi idarəsi tərəfindən nəşr edilən « Sbornik materialov dlə opisaniə mestnostey i plem¸n Kavkaza» məcmuəsi mühüm mənbə rolu oynamışdır. Həmin məcmuədə Azərbaycan etnoqrafiyasına dair nəşr edilmiş məqalələrini bir neçə qrupa bölmək olar, məsələn, rayon və ərazinin kompleks etnoqrafik təsyiri , xalq sənətkarlığı, din və adət-ən ənələri, folklor və etnoqrafik materialları.
Məcmuənin nəşri ilə yanaşı Azərbaycanda şifahi poetik xalq yaradıcılığına xas olan folklor nümunələrinin, həmçinin rəvayətlərin, mahnıların, nağılların, atalar sözlərinin Qazax, Lənkəran, Şamaxı, Göyçay, Cavanşir, Yelizavetpol, Şuşa və Naxçıvan uyezdlərində yaşayan azərbaycanlılar arasında geniş yayılmış toplama və yazıya alma kimi böyük iş başlamışdır. Bu sahədə çalışan tədqiqatçıların əksəriyyəti Zaqafqaziya müəllimlik seminariyasının məzunları və xalq maarifi işçiləri idi: M. Mahmudbəyov, M. Quliyev, A. Ismaylov, A. Kalaşov xüsüsi fiəallıq göstərmişlər. Onların nəşr etdikləri bir sıra materiallarda qəhrəmanların igidliyini, mərdliyini əks etdirən rəvayət və mahnılarla yanaşı, xalqın həyatının müxtəlif tərəflərini təsvir edən xalq yaradıcılıq nümunələri də diqqəti cəlb edir.
M. Maxmudov tərəfindən Aşıq Qəribin 87 mahnısının mətninin yazılması xüsusi maraq doğurur, o bu yazını Bakı quberniyasının, Şamaxı uyezdinin Tircan kəndindən olan aşıq Orucun sözlərinə əsasən həyata keçirə bilmişdir. Bütün mahnılar rus dilinə tərcümədə nəşr olunmuşdur (Sbornik materialov dlə opisaniə mestnostey i plemen Kavkaza. Vıpusk XIII, Tiflis, 1892, str. 179).
Maldarların və balçılıq təsərrüfatı ilə məşqul olanların həyatını öyrənməkdən ötrü «Yaylağan aranla mübahisəsi», «Göyün yerlə mübahisəsi», «Arı haqqında mahnı» kimi etnoqrafik materialların da müsbət rolu vardır. Onların hamısı Zaqafqaziya müəllimlik seminariyasının məzunları tərəfindən toplanmışdır. Ilk iki mahnını M. Quliyev Yelizavetpol quberniyası, Cavanşir uyezdinin Mamurlu kəndində yazmışdır. Həmçinin qeydlərdə göstərilir ki, bu mahnılar dialoq tərzində aşıqların ifasında nəinki yalnız Cavanşir, həmçinin Şuşa uyezdində də geniş şöhrət tapmışdır. (Sbornik materialov dlə opisaniə mestnostey i plemen Kavkaza. Vıpusk XIII. Tiflis, 1892, str. 230).
Folklor materiallarının fəal toplayıçılarından biri də Yelizavetpolda Mixaylovski məktəbinin müəllimi A. Kalaşov idi. Onun topladığı mahnıların mövzusu son dərəcə rəngarəngdir. Azərbaycanın müxtəlif şəhər və kəndlərində o, bir çox lay-lay və uşaq mahnılarını, sevgi və təbiyyətə həsr edilmiş mahnılarını qeyd edə bilmişdir. Onların hamısı Azərbaycan və rus dillərində nəşr olunmuşdur.
Rus və Azərbaycan mədəniyyətinin qarşılıqlı əlaqəsi ölkənin musiqi həyatına da əhəmiyyətli təsir göstərirdi. Belə ki, musiqi folkloru toplanır, nəşr olunur, musiqi alətləri, musiqi məişəti öyrənilir, poeziya və incəsənətin bədii-estetik problemlərini geniş müzakirə etmək məqsədi ilə bir sıra şəhərlərdə (Şuşa, Şamaxı, Bakı) musiqi dərnəkləri, ədəbi-musiqi məclisləri təşkil edilir. Fəaliyyət göstərən musiqi məclislərinin xidməti xüsusilə qiymətləndirilməlidir. Çünki onlara xas olan yüksək ifaçılıq sənəti və sənətkarlar arasında yaranmış qarşılıqlı əlaqələr Azərbaycanın musiqi mədəniyyətinə də böyük təsir göstərmişdir. Eyni zamanda bu məclislər musiqimizi yad təsirindən qorumuş və şərq musiqinin incəliklərinə dərindən bələd olan çox el sənətkarlarını yetişdirmişdir.
|