ÓÑÒÀÄËÀÐÛÌÛÇÛÍ ÕÀÒÈÐßÑÈÍß
CAHAN TALIŞINSKAYA
Əfruz MƏMMƏDOVA
Search

ÓÑÒÀÄËÀÐÛÌÛÇÛÍ ÕÀÒÈÐßÑÈÍß
ZƏRIF GÖZƏLLIK QƏLB SIRDAŞI…
Ceyran Mahmudova
CAHAN TALIŞINSKAYA
Əfruz MƏMMƏDOVA
RƏŞID BEHBUDOV FENOMENI (ARDI)
Kamil ŞAHVERDIYEV
ÑßÈÄ ÐÖÑÒßÌΠÂß ÀÇßÐÁÀÉÆÀÍ ÕÀËà ×ÀËÜÛ ÀËßÒËßÐÈ ÎÐÊÅÑÒÐÈ
Íàçèì ÊÀÇÛÌÎÂ

 



       Həqiqətində Cahan
       Parlayır Sürayyatək,
       Münəvvər ölkəmizin
       Ən gözəl Yavəriyəm.


       Əliağa Vahid bu dörd sətri öz dövrünün görkəmli qadın-xanəndələri Haqiqət Rzayeva, Sürəyya Qacar, Minəvvər və Yavər Kələntərli və Cahan Talışinskayaya həsr etmişdir.
       Azərbaycanın əməkdar artisti, gözəl müğənni Cahan xanımın adı müasirləri tərəfindən rəğbətlə çəkilirdi. Zaman keçir, Cahan xanımı səhnədə görənlər və həyatda tanıyanlar da öz dünyalarını dəyişirlər. Lakin onun lent yazıları və müasirlərinin xatirələri qorunub saxlanmışdır. Bu mürəkkəb və marağlı taleli şəxsiyyət, istedadlı müğənni və qeyri-adi qadın haqqında xatirələr qalmışdır. Qəddar və ziddiyyətli XX əsr bir neçə nəsildən olan insanlar üçün «möhkəmlik və davamlılığın sınağı»na çevrildi. Adətən olduğu kimi, məhz bu dövrdə bir sıra parlaq şəxsiyyətlər meydana gəldi. Onlar həyatsevərlik və mərdlik göstərərək öz istedadları və insanpərvərliyi ilə fərqlənirdilər. Onlardan biri də Cahan xanım idi.
        Cahan xanım Talışinskaya 1909-cu ildə fevral ayının 9-da Lənkəran şəhərində anadan olmuşdur. O, Mir Rzaxan Talışinski ilə general Səməd bəy Mehmandarovun bacısı Məryəm xanım Mehmandarovanın qızı idi. 1918-ci ildə onun ailəsi Bakıya köçür. Cahan böyük bacısı Bilqeyis xanımın evində qalırdı. Bilqeyis xanım «Yeni yol» qəzetinin baş redaktoru Rzaqulu Nəcəfovun həyat yoldaşı idi. O, Azərbaycan qızlar seminariyasına qəbul olundu və eyni zamanda musiqi və vokal ilə marağlanırdı. Bacısının evində piano var idi və Cahanın gözəl musiqi qabiliyyəti olduğundan tanış melodiyaları pianoda çalırdı. Beləliklə, xüsusi musiqi savadı olmadan o, pianoda və tarda gözəl ifa edə bilirdi. Xanəndənin oğlu, Azərbaycanın əməkdar memarı Nazim Məmməd oğlu Hacıbəyov öz xatirələrində Cahan xanımın hər hansı bir alətdə, - istər qarmon, istər fleyta, istər qaval olsun, - necə asanlıqla çalmağından danışır.
       Seminariyada oxuduğu illərdə Cahan xanım o dövrdə Əli Bayramov adına klubun nəzdində təşkil olunmuş bədii özfəaliyyət dərnəyində iştirak etməyə başladı. 1927-ci ildən Bakı şəhərinin radio şəbəkəsində işə daxil olur, sonra Dövlət estradası və nəhayət 1934-cü ildən Azərbaycan Dövlət filarmoniyasının solisti olur. Bu dövr Cahan Talışinskayanın həyatında yaradıcılıq yüksəlişi idi. Onun adı musiqisevərlərin və mütəxəssislərin dilindən düşmürdü.
       O, bir çox konsertlərdə çıxış edir, konsert briqadaları ilə Azərbaycanın bir çox rayonlarına və hərbi hissələrə qastrola çıxırdı. Cahan xanım xalq mahnılarının və Azərbaycan muğamlarının gözəl ifaçısı idi. Müasirlərinin xatirələrində deyildiyi kimi, onun ifa etdiyi Şahnaz, Segah, Bayatı-Şiraz və həmçinin Qarabağ şikəstəsi muqamları dinləyicilərin gurultulu alqışları ilə müşayiət olunurdu. Lakin Qatar muğamı onun ifa etdiyi şah əsəri idi. Çox vaxt onu belə də adlandırırdılar – Qatar Cahan. Cahan xanımın səsinin geniş diapazonu, virtuoz səs aparatına malik olması bu texniki cəhətdən mürəkkəb olan muğamı onun ifasında təkrarolunmaz edirdi
       Onun sənətinin nə qadar güclü tə sir buraxmağına bir hadisə misal ola bilər. 20-ci illərin axırı – 30-cu illərin əvvəlində Bakıya Avropaya səfərə hazırlaşan Əfqanistan şahı Əmənulla xan gəlmişdir. Bu yüksək qonağın tərəfinə qonaqlıq verilir və bundan sonra konsert proqramı göstərilir. Konsertdə iştirak etmək üçün Cahan Talışinskayanı dəvət edirlər. Konsertdən sonra şahın xanımı minnətdarlıq əlaməti kimi qızıl qol saatını Cahan xanıma hədiyyə etdi. Ertəsi gün Cahan xanımı NKVD-yə dəvət etdilər və saatı bir günə aldılar (yəgin ki, yoxlamaq üçün). Səhəri gün saatı qaytardılar: saatın arxa tərəfində «Cahan Talışinskayaya Əmənulla xandan» sözləri yazılmışdı.
       O dövrdə Cahan xanım Cabbar Qaryağdı, Hüseynqulu Sarabski, Seid Şuşinski, Xan Şuşinski, Həqiqət Rzayeva, Qurban Primov, Zülfi Adıgözəlov kimi görkəmli xanəndələr ilə konsert proqramlarında iştirak edərdi. Azərbaycanın xalq artisti Bəhram Mansurov xatirələrinin birində C. Qaryağdı, X. Şuşinski, H. Sarabski, Yavər və Minəvvər Kələntərli, Cahan Talışinskayanın birlikdə oxuduqları Qarabağ şikəstəsinin ifası haqqında danışırdı. Bahram Mansurovun sözlərinə görə, bu əsərin belə görkəmli artistlər tərəfindən birlikdə ifası dinləyicilərə təsiri dəfələrlə gücləndirirdi. Bundan əlavə, o dövrdə Cahan xanım özünü istedadlı folklorist kimi göstərmişdir. Çox az adama məlumdur ki, «Qubanın ağ alması», «Uca dağlar», «Dəli Ceyran», «Kürdün gözəli» kimi bir çox populyar xalq mahnıları məhz ilk dəfə onun ifasından yazılmış və ifa edilmişdir: bu mahnıları Azərbaycanın rayonlarına etdiyi qastrol səfərlərində toplamış, bütün vasitələrdən istifadə edərək yeni melodiyaları yadda saxlayaraq onu dinləyicilərə oluğu kimi çatd ırırdı. Belə ki, müğənninin oğlunun xatirələrinə görə, Cahan xanım bu mahnılardan bəzilərini ücqar dağ rayonlarında, çay qırağında paltar yuyan bir qadından eşitmiş və yazmışdır. Indi məşhur «Qubanın ağ alması» mahnısını isə ona akademik Mustafa bəy Topçubaşovun həyat yoldaşı Reyhan xanım oxumuşdur.
       1933-cu ildə «Şərq musiqi» ansamblının tərkibində Cahan xanım Moskva, Leninqrad və Kiyev şəhərlərinə qastrol səfərlərinə çıxır. 1936-cı ildə isə o yenə Moskva və Leninqrad qastrolları zamanı Ümumittifaq yazı studiyasında Qatar və Segah muğamlarının, «Uca dağlar» və «Yeni kənd» mahnılarının yazısı onun ifasında lentə alınır. Müharibədən əvvəlki bu illərdə Cahan xanım tamaşaçıların hədsiz rəgbətini və məhəbbətini qazanmışdır. Onu hər yerdə tanıyırdılar. Çox açıq ürəkli, şən, mehriban insan olan Cahan xanımın saysız-hesabsız dost və tanışları var idi. Bunlardan – Səid Rüstəmov, Bülbül, Həqiqət Rzayeva, Şovkət Məmmədova, Şəmsi Bədəlbəyli, Yavər Kələntərli, aktyorlardan Mustafa Mərdanov, Sona Hacıyeva, Əzizə Məmmədova, FatmaQədiri, Mərziyə Davudova kimi bir çox məşhur adamların adını çəkmək olar.
       Cahan xanımın bu yaradıcılıq fəallığına, işgüzarlığına, həyatsevərliyinə heyran olmaq olar – çünki, bu dövr, 30-cu illər Stalin repressiyasının ölkədə kölgə saldığı bir dövr idi. Cahan xanımın böyük hörmətə malik olmasını bilərək bir çox adamlar özləri barədə yüksək orqanlardan bu və ya digər məsələ üçün onun havadarlıq etməsini xahiş edirdilər. O, heç vaxt köməyini əsirgəməzdi; məhz qolçamağlıq dövründə bir neçə adam onun köməyi ilə xilas olunmuşlar.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page