ÓÑÒÀÄËÀÐÛÌÛÇÛÍ ÕÀÒÈÐßÑÈÍß
ZƏRIF GÖZƏLLIK QƏLB SIRDAŞI…
Ceyran Mahmudova
CAHAN TALIŞINSKAYA
Əfruz MƏMMƏDOVA
RƏŞID BEHBUDOV FENOMENI (ARDI)
Kamil ŞAHVERDIYEV
ÑßÈÄ ÐÖÑÒßÌΠÂß ÀÇßÐÁÀÉÆÀÍ ÕÀËà ×ÀËÜÛ ÀËßÒËßÐÈ ÎÐÊÅÑÒÐÈ
Íàçèì ÊÀÇÛÌÎÂ
|
|
1937-ci ildə bacısı Sitarə xanımın əri şərqşünas-türkoloq Xalid Səid Xocayev və Sitarə xanım özü də həbs edilmişdi. Cahan xanım heç nədən çəkinməyərək bacısının qızı Bəhicəni öz evində saxlayır. O, başqa bacısı Bilqeyis xanıma da kömək edir. Bilqeyis xanımın da əri həbs edilmişdi. O, bacısı oğlu Hüseynə də köməklik göstərirdi. Cahın xanımın keçmiş əri Məmməd Hacıbəyov və qardaşı Rüstəm Talışinski də həbs edilmişdi. Cahan xanım tək özü oğlu Nazimi böyüdürdü və onunla anası Məryam xanım da yaşayırdı. Bu, çox çətin dövr idi və onun evi sakitlik adasını xatırladırdı.
Lakin Cahan Talışinskayanın da başının üstünü qara buludlar aldı. NKVD-də kizli əməkdaşlıq etməyə razılıq vermədiyinə görə Cahan xanıma 1938-ci ildə Moskvada keçirilən ilk Azərbaycan incəsənət ongünlüyükdə iştirak etməyə icazə vermədilər. Onun adı iştirak edənlərin siyahısından silinmişdi. Həmin hadisəni Cahan xanım çox ağır keçirdi. Buna baxmayaraq 1939-cu ildə estrada artistlərinin Birinci Ümumittifaq müsabiqəsinə yollandı. Burada münsiflər heyətinin sədri L. Utyosov, münsiflər heyətinin üzvləri isə –
I. Dunayevski, Smirnov-Sokolski, Irma Yaunzem idilər. O, Klavdiya Şulcenko, Olqa Lepeşinskaya və Tamara Sereteli ilə yanaşı bu müsabiqənin laureatı oldu. 1940-cı ildə Cahan Talışinskaya respublikanın əməkdar artisti adını aldı. 33 yaşında o, artıq yaradıcılığının yüksək zirvəsinə çataraq xalq tərəfindən sevilirdi.
1942-ci ildə onu 14 yaşlı oğlu ilə birlikdə yalançı donos nəticəsində Qazağıstanın Petropavlovsk rayonuna sürgün etdilər. «Xalq düşmənləri» adı altında ona orada (1942-ci ilin avqust ayına qədər) güclü nəzərətdə oldular. Bir sıra xahiş ərizələrindən sonra Cahan xanım Özbəkistanın Çimkənt şəhərinə köçməyə icazə aldı. Lakin bunun əvəzində o Daşkəndə köçdü və oğlu Nazimi Bakıya öz qardaşı məşhur professor-travmatoloq Əbülfət Talışinskinin yanına göndərdi.
Daşkənddə Cahan xanım şəhər filarmoniyasında solist ifaçı kimi çalışmağa başladı. Şübhəsiz, gənc qadın oğlunun, vətənin, qohumlarının həsrətini çekirdi.
Vətənə bir qədər yaxınlaşmağa Cahan xanıma bir təsadüfi hadisə kömək etdi. 1943-cü ildə Daşkəndə SSRI Xalq komissarlığı nəzdində yerləşən musiqi idarələrinin başçısı V. Surin gəlmişdi. O müəyyən bir vaxta Ümumittifaq estrada artistlərinin musabiqəsində münsiflər heyətinin üzvü idi. Həmin müsabiqədə Cahan xanım laureat adına layiq görülmüşdür. O, Cahan xanımı tanıyır, onunla söhbət etdikdən sonra Tbilisi şəhərində incəsənət işləri üzrə idarəyə təyinat verir. Beləliklə Cahan xanım Tbilisi şəhərində Azərbaycan teatrının səhnəsinə qayıdır. Burada o Leyli («Leyli və Məcnun»), Telli («Arşın mal alan»), Əsli («Əsli və Kərəm»), Şahsənəm («Aşıq Qərib») rollarında iştirak edir və müvəffəqiyyət qazanır. Lakin Bakıda NKVD təşkilatı Tbilisiyə məktub göndərir və bu məktubda Cahan xanımın yenidən Orta Asiyaya sürkün edilməsi məsələsini qaldırır. Onu bu dəfə keçmişdə Bakıda yaşamış Zaqavkaziya hərbi şurasının üzvü, SSRi deputatı Xavər Vəliyev xilas edir. Onun köməkliyi ilə Cahan
xanım Tiflisdə qalır və bir çox xahişdən sonra nəhayət Vətənə qayıdır. Həmin dövrdə musiqi teatrının direktoru və bədii rəhbəri Şəmsi Bədəlbəyli onu Teatra dəvət edir. Cahan xanımın parlaq komediya aktrisa istedadı bir daha özünü biruzə verir. Onun təbiətində olan şən əhval-ruhiyyə yenidən canlanır. Deyilənə görə, tamaşaçılar o dövrdə musiqili komediya teatrına «Talışinskayanın teatrı» adı ilə gedirdilər. Onun «Arşın mal alan», «O olmasın, bu olsun», «Gözün aydın», «Durna» operettalarında yaratdığı Telli, Sənəm, Nargilə, Lalə obrazları o qədər parlaq və yadda qalan idi ki, tamaşaçılar onu səhnəyə dəvət edir, hətta, mahnı və ariyaları bir neçə dəfə ifa etməsini tələb edirdilər. Sənəm rolunun ifası zamanı Segah muğamı üzərində edilən improvizə zalda gürultulu alqışlara səbəb olurdu. Qeyd etmək lazımdır ki, Cahan xanımın ifa etdiyi bəzi rollarını o vaxtı gənc aktrisa Nəsibə xanım Zeynalova dublyaj edirdi.
1949-cu ildə repressiya və sürgünlərin yeni dalğası başlanır. Yenidən Cahan Talışinskaya oğlu ilə Daşkəndə sürgün edilir. Yalnız 1954-cü ildə Stalinin ölümündən və M. C. Bağırovun həbsindən sonra Cahan xanımın və onun oğlunun azad olunması barədə qərar qəbul olunur. Cahan xanım Daşkənddə yaşamağı davam edir. O demək olar ki, işləmirdi, lakin hər ay radioda onun konsertləri səslənirdi. Daşkəndə oğlu evlənir, nəvələri dünyaya gəlir. Onlar tez-tez Bakıya qohumlarını görməyə gəlirdilər. 1966-cı ildə Daşkənddə baş verən zəlzələ onların Vətənə qayıtmağına təkan verdi. Daşkənddə onların yaşadığı ev tamamilə uçulur və təsadüf nəticəsində sağ qalan Cahan xanım və ailəsi təcili Bakıya qayıdırlar. Cahan xanım bir il sonra 1967-ci ildə vəfat edir. Pianoda çalıb oxuduğu zaman paraliç nəticəsində həyatını dəyişir. Bundan sonra uzun illər vaxtaşırı radioda onun konsertlərinin lent yazıları səslənirdi. Axırıncı dəfə onun səsi televiziya ilə ömrünün ildönümü münasibətilə səslənmiş
dir.
Məlum olduğı kimi, Daşkənddə Dövlət teleradiosunun arxivində Cahan xanımın konsertinin yeganə videoyazısı qorunub saxlanır. Inanmaq istəyirik ki, bizim xalqın Cahan xanım Talışinskaya kimi nümayəndələri haqqında xatirələri qorunub saxlanacaq və nəsildən nəsilə ötürüləcək. Bu xatirə olmadan bizim nə mədəniyyətimiz, nə tariximiz nə də evladlarımızın gələcəyi ola bilər.
|