ÓÑÒÀÄËÀÐÛÌÛÇÛÍ ÕÀÒÈÐßÑÈÍß
ZƏRIF GÖZƏLLIK QƏLB SIRDAŞI…
Ceyran Mahmudova
CAHAN TALIŞINSKAYA
Əfruz MƏMMƏDOVA
RƏŞID BEHBUDOV FENOMENI (ARDI)
Kamil ŞAHVERDIYEV
ÑßÈÄ ÐÖÑÒßÌΠÂß ÀÇßÐÁÀÉÆÀÍ ÕÀËà ×ÀËÜÛ ÀËßÒËßÐÈ ÎÐÊÅÑÒÐÈ
Íàçèì ÊÀÇÛÌÎÂ
|
|
Kremldə keçən yüksək səviyyəli konsertlərdən sonra Rəşid Behbudov 1962-ci ildə M.Ə.Sabirin 100, M.F.Axundovun 150 illik yubileylərində də yaxından iştirak edir. Bu yubileylər həm Bakıda, həm də Moskvada dövlət səviyyəsində qeyd olunmuşdu.
Ümumiyyətlə, istər Azərbaycanda, istər Moskvada, istərsə də keçmiş SSRI-nin digər respublikalarında keçirilən dövlət tədbirlərinin hamısında Rəşid Behbudov iştirak edirdi. Onun yaradıcılıq bioqrafiyası olduqca zəngin idi. 1962-ci ilin sonunda Moskva zəhmətkeşlərinin xahişi ilə sevimli sənətkar Kremlin qurultaylar sarayında 2 konsertlə çıxış edir. Bu konsertlər də çox böyük uğurla keçir.
Rəşid Behbudovun həyat və yaradıcılığına həsr olunan bu yazıda bir çox faktlar və hadisələr ilk dəfə olaraq çap olunur. Ümumiyyətlə, ölməz sənətkarın çoxşaxəli yaradıcılığını, saysı-hesabsız xarici səfərlərini, müxtəlif ölkələrdə verdiyi konsertləri, keçirdiyi görüşləri qələmə almaq qeyri-mümkündür. Mən çalışıram ki, qüdrətli musiqi korifeyimizin həyatında, yaradıcılığında baş verən hadisələrin daha önəmlisini xronoloji qaydada istəkli oxuculara çatdıram. Çünki bu hadisələr Azərbaycan mədəniyyətinin parlaq səhifələri olmaqla yanaşı eyni zamanda bir örnək kimi nəsillərə nümunədir. Əfsuslar olsun ki, bu günə qədər dahi, ustad sənətkarın həyat və yaradıcılığı, səhnə fəaliyyəti geniş işıqlandırılmamışdır. Ona görə də çalışıram ki, bu yazıda xronoloji ardıcıllığa nəzarət edərək Vətənimizi, onun mədəniyyətini, incəsənətini ilk dəfə olaraq bütün dünyada tanıdan, sevdirən ölməz sənətkarın fəaliyyətini qismən də olsa işıqlandırım.
Apardığım araşdırmalar zamanı 1962-ci ildə çap olunan «Polşa» curnalında bir məqalə diqqətimi cəlb etdi. Stanislav Yanitskinin yazdığı bu məqalə «Arşın mal alan» Polşa səhnəsində» adlanır. Məqalənin izi ilə mən Azərbaycan-Polşa mədəni əlaqələrinə dair olduqca maraqlı faktlar əldə etdim. Məşhur Polşa dramaturqu S.Povolotskinin xatirələri isə mədəniyyət tariximiz üçün çox qiymətli faktlarla zəngindir. Ona görə də əldə etdiyim nadir məlumatları istəkli oxucularla bölüşmək istəyirəm.
Tanınmış Polşa jurnalisti Stanislav Yanitski öz məqaləsində yazır:
«Polşa xalqı Azərbaycanı neft və pambıq ölkəsi kimi tanıyırdı. Son zamanlara qədər bu respublikanın mədəniyyəti, incəsənəti, ədəbiyyatı haqqında biz yalnız ümumi anlayışlara malik idik.
Müharibədən sonrakı ilk illərdə (II Dünya müharibəsi nəzərdə tutulur – K.Ş.) Polşa tamaşaçıları Üzeyir Hacıbəyovun gözəl, təkrarolunmaz «Arşın mal alan» musiqili komediyası ilə tanış olmaq imkanı əldə etdilər. (Məqalə müəllifi 1945-ci ildə çəkilmiş və Rəşid Behbudovun Əsgər rolunda oynadığı məşhur «Arşın mal alan» filmini nəzərdə tutur. Bu film ekranlara çıxdığı andan ildırım sürəti ilə bütün dünyaya yayıldı. Əldə etdiyimiz statistik məlumatlara görə, «Arşın mal alan» filmi 136 ölkədə müqayisəolunmaz şöhrət qazanmışdı – K.Ş. Sadə, təmiz yumor, dərin həyati, həqiqətəuyğun material, musiqinin sehirli melodiyası bu komediyanı ən sevimli əsərə çevirib).
«Arşın mal alan» komediyasına ən uğurlu quruluşu «Mazovetski Teatrı» vermişdi. Bu teatr tez-tez Polşanın şəhər və kəndlərinə qastrola çıxır. Teatrın rejissoru və bədii rəhbəri Vanda Vrublyovska əsərin yüksək səviyyəsi və keyfiyyətlərini hərarətlə qeyd edərək quruluşun qazandığı əlçatmaz uğurları haqqında söhbət açır.
Vrublyovska ilk dəfə bu əsərə 1958-ci ildə quruluş verib. «Çadra altında qız» adı ilə səhnələşdirilən «Arşın mal alan» komediyası aramsız olaraq «Mazovetski Teatrı»nda 90 dəfə oynanılmış və əsərə 30 min tamaşaçı baxmışdır. Bu il (1962-ci il – K.Ş.) teatr yenidən həmin quruluşu bərpa edib və yaxın günlərdə tamaşaçılar ölməz əsərə baxa biləcəklər...»
Məqalədən göründüyü kimi, dahi Üzeyir bəyin «Arşın al alan»ı Polşada olduqca populyar və sevilən bir əsərdir. Jurnalın ötən saylarında çap olunan yazının əvvəlki hissələrində, daha doğrusu «Arşın mal alan ulduzu» bölməsində Rəşid Behbudovun «Arşın mal alan» filmində baş rolda çəkilməsi haqqında, bu filmin bütün dünyaya yayılması haqqında geniş məlumat verilib. Lakin bu mövzu o qədər geniş, maraqlı, tarixi faktlarla zəngindir ki, bütün məlumatları bir məqalədə işıqlandırmaq imkan xaricindədir. Bir danılmaz həqiqətdir ki, Rəşid Behbudovun həyatında, taleyində «Arşın mal alan» demək olar ki, «Bəxt ulduzu» rolunu oynamışdı. Eyni zamanda ölməz sənətkar öz «bəxt ulduzunu» – yəni «Arşın mal alanı» bütün dünyada ən yüksək səviyyədə təbliğ etməkdən yorulmurdu.
O, xarici ölkələrə səfəri zamanı konsertlərində mütləq «Arşın mal alan»dan bir neçə ariya və mahnıları həmin xalqın dilində ifa edərdi. Əsər haqqında geniş məlumat verərdi. Olduğu ölkədə rejissorları, musiqi xadimlərini bu əsərlə yaxından tanış edərdi. Bir sözlə, Rəşid Üzeyir bəyin ölməz əsərinin qızğın təbliğatçısı idi. Bunun nəticəsi kimi, yəni Rəşid Behbudovun təbliğatı sayəsində «Arşın mal alan» Çində Çin dilində, Polşada Polyak dilində, Bolqarıstanda Bolqar dilində, Macarıstanda Macar dilində, Çexoslovakiyada Çex dilində və s. səhnələşdirilirdi. Halhazırda «Rəşid Behbudov Fondu» bu məlumatları və buna aid olan materialları toplamaqla məşğuldur. Mədəniyyət tariximiz üçün qiymətsiz olan bu materiallardan birini – tanınmış Polşa dramaturqu S.Povolotskinin 1969-cu ildə «Bakı» qəzetindəki «Arşın mal alan» Polşada» məqaləsindən bəzi hissələri istəkli oxucuların diqqətinə təqdim edirik: «Azərbaycan bəstəkarlarının musiqisi bütün dünyada, eləcə də mənim doğma Polşamda həmişə məhəbbətlə dinlənili
r. Mən konkret olaraq, sözün əsl mənasında, dahi bəstəkar sayılan Üzeyir Hacıbəyovun «Arşın mal alan» musiqili komediyasından danışmaq istəyirəm. Polşa tamaşaçıları on beş ildir ki, bu məşhur komediya ilə tanışdırlar. On beş ildir ki, Üzeyir Hacıbəyovun həmişə təravətli, həmişə müasir səslənən, son dərəcə lirik və oynaq, Şərq koloriti ilə zəngin musiqisi Polşa səhnələrinin ən sevilən sakininə çevrilmişdir.
Mən ilk dəfə Əsgərin ariyasını sizin məşhur müğənniniz Rəşid Behbudovun ifasında eşitmişəm. Valeh olmuşam. Rəşid Behbudovla görüşəndə, o mənə «Arşın mal alan» operettası haqqında geniş danışdı. Sonra mən həmin əsərin fədakar təbliğatçısına çevrildim.
Belə gözəl bir söz var: incəsənət qurbansız olmur. Bu kəlam böyük məhəbbət mənasında deyilmişdir. Istedadlı əsər harda olursa-olsun insanların ürəyini fəth edir, insan o əsəri bütün varlığı ilə sevir.
Mən istər R.Behbudovun söhbətindən, istərsə də komediyanın rus mətnindən gördüm ki, Üzeyir Hacıbəyov təkcə böyük bəstəkar deyil, həm də böyük komediya-nəvisdir. Onun bənzərsiz obrazları, incə, təbii yumoru, həyata nikbin baxışı hamını valeh edir.
Mən də valeh olaraq, ürəyimin bütün məhəbbətini verərək dahi Üzeyir Hacıbəyovun tərcüməçisinə çevrilmişəm. Bəli, bu gün fəxr edirəm ki, «Arşın mal alan» komediyasının polyak dilinə ilk tərcüməçisi mən olmuşam.
«Arşın mal alan» musiqili komediyası mənim tərcüməmdə ilk dəfə 1954-cü ildə A.Venqerska adına Belostok Dövlət Teatrında tamaşaya qoyulmuşdur. Sonra öyrənəndə ki, bu, polyak səhnəsində ilk Azərbaycan pyesidir, sevincim ikiqat artdı. Deməli, mən Azərbaycan dramaturgiyasından Polşa səhnəsinə əsər gəlməsinin ilk təşəbbüskarıyam. Mən ilk körpüsalanam.
«Arşın mal alan» əsərini o vaxt səhnədə görkəmli səhnə xadimimiz Yevgeni Poreda canlandırdı. Yevgeni Poreda həm teatrın baş rejissoru, həm də direktoru idi. Gülçöhrə rolunu o dövrün ən məşhur aktrisası S.Voloşina oynadı. Bundan əlavə, teatrın ən güclü aktyorları «Arşın mal alan» komediyasının tamaşasına cəlb edilmişdilər
|