ÓÑÒÀÄËÀÐÛÌÛÇÛÍ ÕÀÒÈÐßÑÈÍß
RƏŞID BEHBUDOV FENOMENI (ARDI)
Kamil ŞAHVERDIYEV
Search

ÓÑÒÀÄËÀÐÛÌÛÇÛÍ ÕÀÒÈÐßÑÈÍß
ZƏRIF GÖZƏLLIK QƏLB SIRDAŞI…
Ceyran Mahmudova
CAHAN TALIŞINSKAYA
Əfruz MƏMMƏDOVA
RƏŞID BEHBUDOV FENOMENI (ARDI)
Kamil ŞAHVERDIYEV
ÑßÈÄ ÐÖÑÒßÌΠÂß ÀÇßÐÁÀÉÆÀÍ ÕÀËà ×ÀËÜÛ ÀËßÒËßÐÈ ÎÐÊÅÑÒÐÈ
Íàçèì ÊÀÇÛÌÎÂ

 



       Yadımdadır, məşqlərdən əvvəl Y.Poredanın xahişi ilə mən yaradıcı kollektivə Üzeyir Hacıbəyov və onun vətəni Azərbaycan haqqında bildiklərimi danışdım. Mən «Arşın mal alan»ı tərcümə edərkən sizin respublikanız, xalqınız, xalq sənətiniz barədə ədəbiyyat yığmışdım. Xeyli oxumuşdum. Xüsusən Azərbaycan xalqının koloritli adət və ənənələri obrazları səciyyələndirmək üçün çox lazım idi. Teatrın foyesində «Azərbaycan» adlı foto sərgisi açdıq. Burada Sovet Azərbaycanının memarlıq abidələrinə və mədəniyyət yeniliklərinə daha geniş yer verilmişdi. Sonralar «Arşın mal alan» komediyasını tamaşaya hazırlayan başqa teatrlar, hətta, bukletlər də buraxdılar. «Arşın mal alan» Polşanın Varşava, Poznan, Olştın, Qnezno, Belsko-Byalı və başqa şəhərlərinin səhnələrində müvəffəqiyyətlə oynanılır. Aldığım məlumata görə son bir neçə ildə «Arşın mal alan» Polşa səhnəsində 1500 dəfə oynanılmışdır. Təkcə Vrotslav şəhər teatrında 450 tamaşadan çox getmişdir.
       Onu da qeyd edim ki, «Arşın mal alan»ın televiziya tamaşasına dəfələrlə bütün Polşa baxmışdır. Bu orijinal televiziya tamaşasında Polşa səhnəsinin Irena Kvyatkovskaya və Edvard Dzevonski kimi sevimli sənətkarları iştirak etmişlər.
       On beş ildir ki, dahi Üzeyir Hacıbəyovun Tacir Əsgəri Polşa səhnələrində «Arşın mal alan» oxuyur. On beş ildir ki, Azərbaycanın saf yumoru bizə sevinc bağışlayır».
       1963-cü il də Rəşid Behbudovun yaradıcılıq bioqrafiyasında maraqlı hadisələrlə zəngin idi. Həmin ilin ilk aylarında Bakıya Kubadan, Türkiyədən, Əlcəzairdən geniş tərkibli nümayəndə heyətləri gəlir. Rəşid Behbudov SSRI ilə Xarici Ölkələr Arasında Dostluq və Mədəni Əlaqələr Cəmiyyətləri Mərkəzi Şurası Rəyasət Heyətinin üzvü kimi belə görüşlərin təşkili və keçirilməsində yaxından iştirak edirdi. Ona görə də bütün bu tədbirlərə o ciddi hazırlaşır və hər dəfə də xüsusi konsert proqramı ilə çıxış edirdi. Həmin il Bakıda Ümumdünya qadınlarının konqresi, 26 ölkə gənclərinin beynəlxalq seminarı da Rəşid Behbudovun iştirak etdiyi tədbirlərdən idi.
       Görkəmli sənətkar 1963-cü ildə 2 ay müddətində Azərbaycanın 24 rayonunda səfərə çıxır və maraqlı konsert proqramları ilə doğma xalqını sevindirir. Bu səfər zamanı onu gənc bəstəkar Vasif Adıgözəlov müşaiyət edirdi.
       Görkəmli bəstəkar Vasif Adıgözəlov 1996-cı ildə 5 fevral tarixli «Baku» qəzetində «Dahi sənətkar» adlı məqalədə Rəşid Behbudovla bağlı xatirələrini çap etdirmişdir. Sevimli bəstəkar bu məqalədə yazır: «1963-1966-cı illərdə mənə Rəşid Məcid oğlu ilə işləmək xoşbəxtliyi nəsib olmuşdu. Mən həyatda çox qüdrətli sənətkarlarla təmasda, işbirliyində olmuşam. Bunlar ilk növbədə mənim müəllimim Qara Qarayev, uzun illər yaradıcılıq dostluğunda olduğum maestro Niyazi və yaradıcılıq ünsiyyətində olduğum və bu ünsiyyətdən bir bəstəkar, bir pianoçu kimi çox faydalandığım Rəşid Behbudovdur.
       Rəşid müəllimlə ünsiyyətdə olduğum hər saat mənim qəlbimi, daxili aləmimi çox dərindən zənginləşdirirdi. Çünki, bu sənətkarın öz sənətinə münasibəti çox tələbkar, ciddi və prinsipial idi. Biz bəstəkarlar Rəşid müəllimin misli görünməmiş zəhmətsevərliyinin şahidi olmuşuq. O bir mahnı üzərində aylarla işləyərdi, sanki bu mahnı ilə yaşayar və ilhamlanardı. Bəli, bu unudulmaz günlər idi. Həqiqətən də həmin günlər bizim üçün əsil dahi ilə təmasda olduğumuz günlər idi...».
       Qeyd etməliyəm ki, məhz bu yaradıcılıq dostluğu nəticəsində Vasif Adıgözəlovun «Qızıl fonda» daxil olan bir neçə gözəl mahnısı dünyaya gəlir. «Qızıl fond»dan söz düşmüşkən istərdim ki, ölməz sənətkarın ifa etdiyi əsərləri lentə almasından bir qədər söz açam. Ümumiyyətlə, Rəşid Behbudov bu prosesə çox ciddi hazırlaşırdı. Çünki o bilirdi ki, əsər necə lentə alındısa, elə də tarixdə qalacaq. Onun səsini lentə alan sənətkarlar Adil Bəbirov, Zakir Ismayılov, Aydın Əzimov, Cavanşir Quliyev, mərhum, səs texnikası mühəndisi Salavat Axundzadə hər dəfə Rəşid Behbudovun tələbkarlığı haqqında heyrətlə sözbət açırlar. Onlar şahidi olublar ki, ölməz sənətkar bir mahnını bir neçə variantda və saysız-hesabsız dubl yazdırarmış. Sonra isə onların arasından ən uğurlusunu seçib səslənməsinə icazə verərdi. Bir faktı təəssüflə qeyd etməliyəm ki, Rəşid Behbudov ifa etdiyi bütün əsərləri lentə aldıra bilməmişdi. Çünki buna onun sadəcə olaraq vaxtı çatmamışdı. Bir çox bəstəkarlar xatırlayırlar ki, o, onların yazdıqları ç oxlu sayda əsərləri ifa edib. Hətta bu əsərlərin notları, sözləri də bu gün qorunmaqdadır. Həmin əsərlərin lent yazıları haqqında soruşduqda, onlar heyifslənərək bildirirlər ki, Rəşid müəllim bu mahnıları canlı konsertlərdə ifa edib. Əfsuslar olsun ki, həmin mahnıları o lentə aldırmağa vaxt tapmırdı. Həqiqətən də görkəmli sənətkar xarici ölkələrə, keçmiş SSRI-nin demək olar ki, bütün şəhərlərinə, dəfələrlə qarış-qarış gəzdiyi Azərbaycanın bütün rayon və şəhərlərinə o qədər səfər edirdi ki, ifa etdiyi bütün əsərləri lentə almağa zamanı çatmırdı. Lakin buna baxmayaraq, o təxmini hesablamalarımıza görə 1000-ə yaxın əsəri lentə aldırmışdı. Bir faktı da qeyd etməliyəm ki, Rəşid Behbudov getdiyi xarici ölkələrdə mütləq bir neçə Azərbaycan və həmin xalqların mahnılarını o dövlətin radiolarında lentə alırdı. Bu haqda onun yol qeydlərində məlumat verilir. Biz indi həmin ölkələrlə əlaqə yaratmağa çalışır və istəyirik ki, onlarda olan lent yazılarını ölkəmizə gətirək.
       Rəşid Behbudovun Bakıdan sonra ən çox lent yazıları Moskvada qorunur. Əldə etdiyimiz məlumata görə, bu əsərlərin sayı 400-ə yaxındır. Rusiya Dövlət səs arxivində və Rusiya Dövlət Radiosunun fondunda qorunan lent yazıları SSRI dağıldıqdan sonra Rusiyanın mülkiyyəti elan edildi. Çünki Rusiya keçmiş SSRI-nin xarici borclarını öz üzərinə götürməklə dağılan möhtəşəm imperiyanın varisi elan edildi və bu imperiyaya məxsus hər şeyə sahib çıxdı. Əqli mülkiyyətə aid olan bütün vasitələrin əsli, orcinalı SSRI –nin paytaxtı Moskvada toplandığına görə istər kino sahəsində, istər səs yazıları sahəsində, istərsə də digər sahələrdə Moskva arxivləri dünyanın ən zəngin arxivlərindən sayılır. Biz neçə ildir ki, Rusiya arxivlərində Rəşid Behbudova aid kino, audio materialları əldə etmək üçün həmin arxivlərə müraciət edirik. Lakin bizə hər dəfə bildirirlər ki, bu məsələ dövlət səviyyəsində həll olunmalıdır. Yəni Azərbaycan Dövləti adından Mədəniyyət Nazirliyi rəsmi qaydada müraciət edərək həmin əsərlərin surətini ala bilər. Lakin dəfələrlə bu barədə istər mətbuatda, istərsə də əlaqədar təşkilatların qarşısında məsələ qaldırsaq da, hələ ki, bir nəticə hasil olmayıb. Ümid edirik ki, nəhayət, biz xalqımıza məxsus olan nadir arxiv materiallarını ölkəmizə gətirə biləcəyik.
       Mən Moskva arxivlərində qorunan lent yazılarından təsadüfən söz açmadım. Imkan düşdükcə Rəşid Behbudov həm Bakıda, həm də Moskvada səsini lentə aldırardı. Adətən o daha çox Moskvada səsini yazdırardı. Çünki, Moskvanın Mərkəzi Səsyazma Evi Texniki təchizat baxımından yüksək səviyyədə qurulmuşdu. Həm də Moskva Mərkəzi Səsyazma Evi vaxtaşırı Rəşid Behbudovun ifasında əsərləri lentə almağı planlaşdırır və bunun üçün xüsusi tədbirlər görürdü. Belə ki, dünyanın ən zəngin arxivlərindən birini yaradan Moskva Mərkəzi Səsyazma Evi öz fondunu Rəşid Behbudov kimi məşhur sənətkarın ifası ilə daha da zənginləşdirməkdə maraqlı idi.
       1963-cü ildə növbəti dəfə Rəşid Behbudov Moskvada, Mərkəzi Səsyazma Evində ifa etdiyi əsərləri lentə aldırmaq üçün yola düşür. Görkəmli sənətkar hər 2-3 ildən bir imkan tapıb hazırladığını lentə aldırırdı. Bu dəfə o, 3 ay müddətində Moskvada qalır və 100-dən artıq mahnını lentə aldırır. Ən maraqlısı budur ki, onu keçmiş SSRI-nin müxtəlif adlı-sanlı musiqi kollektivləri ilə yanaşı Əliağa Quliyevin idarəsi ilə Azərbaycan xalq çalğı alətləri ansamblı da bu səfərdə müşaiyət edirdi. Daha doğrusu, Rəşid Behbudov proqramı elə tərtib etmişdi ki, bir çox xalq və bəstəkar mahnılarını o xalq çalğı alətlərinin müşayiəti ilə ifa edərək lentə aldırmışdı. Bundan başqa, onu Niyazinin idarəsi ilə Ümumittifaq Radiosunun Böyük Simfonik Orkestri, Vadim Lüdvikovskinin idarəsi ilə Ümumittifaq estrada simfonik orkestri, Nekrasovun idarəsi ilə Rus xalq çalğı alətləri orkestri, o dövrdə çox dəbdə olan Meşerinin idarəsi ilə elektron musiqi alətləri ansamblı müşayiət edirdi. Həmçinin Tofiq Quliyev, Adil Gəray, Səid Rüst əmov, Andrey Babayev və başqa sənətkarlar da ayrı-ayrı əsərlərə diricorluq etmək üçün Moskvaya ezam olunmuşdular.
       Rəşid Behbudov bu dəfə 100-dən artıq ifa etdiyi mahnılar arasında müxtəlif variantlarda bir neçə xalq mahnısını da lentə aldırır. Ümumiyyətlə, görkəmli sənətkarın Azərbaycan xalq mahnılarına olan münasibəti xüsusi araşdırılmalı və mütəxəssislər tərəfindən diqqətlə tədqiq olunmalıdır. Çünki o, xalq mahnılarımıza xüsusi ehtiram, ehtiyat və yaradıcılıqla yanaşırdı. Onun yaradıcılığında xalq mahnıları böyük bir dövr təşkil edirlər. 1940-cı-1980-ci illər ərzində müxtəlif variantlarda və interpretasiyalarda lentə aldığı xalq mahnılarını dinlərkən qarşımızda böyük bir məktəbin - Rəşid məktəbinin qapıları açılır.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page