ÓÑÒÀÄËÀÐÛÌÛÇÛÍ ÕÀÒÈÐßÑÈÍß
RƏŞID BEHBUDOV FENOMENI (ARDI)
Kamil ŞAHVERDIYEV
Search

ÓÑÒÀÄËÀÐÛÌÛÇÛÍ ÕÀÒÈÐßÑÈÍß
ZƏRIF GÖZƏLLIK QƏLB SIRDAŞI…
Ceyran Mahmudova
CAHAN TALIŞINSKAYA
Əfruz MƏMMƏDOVA
RƏŞID BEHBUDOV FENOMENI (ARDI)
Kamil ŞAHVERDIYEV
ÑßÈÄ ÐÖÑÒßÌΠÂß ÀÇßÐÁÀÉÆÀÍ ÕÀËà ×ÀËÜÛ ÀËßÒËßÐÈ ÎÐÊÅÑÒÐÈ
Íàçèì ÊÀÇÛÌÎÂ

 



       Bütün bu axtarışlar, yeniliklər yalnız bir məqsədə xidmət edirdi. O da ondan ibarət idi ki, zəngin xalq mahnılarımız yaşasın və sevilsin. Rəşid Behbudov Azərbaycan xalq mahnılarını yenidən xalqa qaytardı və onlara əbədi həyat verdi. Görkəmli şairimiz Bəxtiyar Vahabzadə ölməz sənətkarın bu xidmətlərini nəzərə alaraq söyləmişdi: «Mən xalqına bundan böyük xidmət tanımıram…».
       Rəşid Behbudovun yaradıcılığında daha bir maraqlı cəhəti qeyd etmək vacibdir. Belə ki, sənətkar ifa etdiyi mahnıların böyük bir qismini bir neçə dildə oxumuşdu. Mövzumuz xalq mahnıları olduğu üçün onların üzərində dayanmaq daha məqsədə uyğun olar. Əldə etdiyimiz xalq mahnılarının bəziləri həm Azərbaycan dilində, həm də rus dilində müxtəlif illərdə lentə alınıb. Bəzi mahnıların isə bir hissəsi Azərbaycan dilində, bir hissəsi isə rus dilində ifa olunub. Görkəmli sənətkar xalq mahnılarımızı ya bütünlüklə, ya da qismən rus dilinə tərcümə elətdirərək onları daha geniş dinləyici auditoriyasına çatdırmaq üçün bu üsullardan istifadə edərdi. Keçmiş SSRI-də müxtəlif millətlərin ümumi dili, ünsiyyət dili olan rus dili vasitəsi ilə 100 milyonlarla dinləyici Azərbaycan xalq mahnılarını dinləyir və sevirdi. Bu qədim xalq mahnılarımızın müasir tərtibatda çox geniş bir ərazidə yayılmasına, sevilməsinə xidmət edirdi.
       Dahi sənətkar Rəşid Behbudovun ifa etdiyi Azərbaycan xalq mahnılarının əldə edərək bərpa etdiyimiz siyahısı.
       1. «Qalalı» - 3 variantda.
       I variant – tərtibatı Tofiq Quliyevin, (Azəri dilində), fortepianoda müşayiət edir Tofiq Quliyev – 1946.
       II variant – tərtibatı Tofiq Quliyevin, (Azəri və rus dillərində), fortepianoda müşayiət edir Tofiq Quliyev – 1946.
       III variant - tərtibatı Rafiq Babayevin, (Azəri dilində), müşayiət edir Mahnı Teatrının solistlərindən ibarət ansambl – 1969.
       2. «Güloğlan» - 3 variantda.
       I variant – tərtibatı Tofiq Quliyevin, (Azəri dilində), fortepianoda müşayiət edir Tofiq Quliyev – 1946.
       II variant – tərtibatı Tofiq Quliyevin, (Azəri və rus dillərində), fortepianoda müşayiət edir Tofiq Quliyev – 1946.
       III variant – tərtibatı Vasif Adıgözəlovun, (Azəri dilində), müşayiət edir Əliağa Quliyevin idarəsi ilə xalq çalğı alətləri ansamblı – 1963.
       3. «Ağacda leylək» – 3 variantda.
       I variant – tərtibatı Tofiq Quliyevin, (Azəri dilində), fortepianoda müşayiət edir Tofiq Quliyev – 1946.
       II variant – tərtibatı Tofiq Quliyevin, (rus dilində), fortepianoda müşayiət edir Çingiz Sadıxov – 1958.
       III variant - tərtibatı Rafiq Babayevin, (Azəri dilində), müşayiət edir Mahnı Teatrının solistlərindən ibarət ansambl – 1969.
       4. «Yar bizə qonaq gələcək» - tərtibatı Tofiq Quliyevin, (Azəri dilində), fortepianoda müşayiət edir Tofiq Quliyev – 1946.
       5. «Qalanın dibində» - tərtibatı Tofiq Quliyevin, (Azəri dilində), müşayiət edir Rəşid Behbudovun rəhbərliyi ilə «Azərbaycan» Dövlət konsert ansamblı - 1958.
       6. «Küçələrə su səpmişəm» - 2 variantda.
       I variant – tərtibatı Fikrət Əmirovun, (Azəri dilində), fortepianoda Fikrət Əmirov müşayiət edir–1946.
       II variant – tərtibatı Niyazinindir, Azəri və rus dillərində, müşayiət edir Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik orkestri, dirijor Niyazi – 1954.
       7. «Qoy gülüm gəlsin, ay nənə» – 2 variantda.
       I variant – tərtibatı Fikrət Əmirovun, (Azəri dilində), fortepianoda müşayiət edir Valter – 1946.
       II variant – tərtibatı Fikrət Əmirovun, (Azəri dilində), müşayiət edir Ü.Hacıbəyov adına Azərbaycan Dövlət simfonik orkestri, dirijor Niyazi – 1950.
       8. «Evləri var xanə-xanə» – 2 variantda.
       I variant – tərtibatı Fikrət Əmirovun, (Azəri dilində), fortepianoda müşayiət edir Vladimir Kozlov – 1946.
       II variant – tərtibatı Fikrət Əmirovun, (Azəri dilində), müşayiət edir Ü.Hacıbəyov adına Azərbaycan Dövlət simfonik orkestri, dirijor Niyazi – 1950.
       9. «Kəklik» - tərtibatı Fikrət Əmirovun, (Azəri dilində), fortepianoda müşayiət edir Fikrət Əmirov – 1946.
       10. «Laçın» - tərtibatı Fikrət Əmirovun, (Azəri dilində), fortepianoda müşayiət edir Valter – 1946.
       11. «Girdim yarın baxçasına» - tərtibatı Süleyman Ələsgərovun, (Azəri dilində), fortepianoda müşayiət edir Valter – 1946.
       12. «Getdi yar» - tərtibatı Vasif Adıgözəlovun, (rus dilində), müşayiət edir Əliağa Quliyevin idarəsi ilə xalq çalğı alətləri ansamblı – 1963.
       13. «Dağlarda çiçək» - tərtibatı Vasif Adıgözəlovun, (rus dilində), müşayiət edir Əliağa Quliyevin idarəsi ilə xalq çalğı alətləri ansamblı.
       14. «Güləbatın» - tərtibatı Vasif Adıgözəlovun, (Azəri dilində), müşayiət edir Əliağa Quliyevin idarəsi ilə xalq çalğı alətləri ansamblı – 1963.
       15. «Ləbu-ləb – Bülbüllər oxur» - tərtibatı - ?, müşayiət edir xalq çalğı alətləri ansamblı, bədii rəhbər - ?
       16. «Ay Dilbər» - müşayiət edirlər - fortepianoda Çingiz Sadıxov, tarda Əhsən Dadaşov. Tehran konsertindən lentə alınıb – 1962.
       17. «Çal oyna» - tərtibatı Rafiq Babayevin, (Azəri dilində), müşayiət edir Mahnı Teatrının solistlərindən ibarət ansambl – 1969.
       18. «Gözəlim sənsən» - tərtibatı Rafiq Babayevin, (Azəri dilində), müşayiət edir Mahnı Teatrının solistlərindən ibarət ansambl.
       19. «Bayatılar» - musiqisi Rəşid Behbudovun, sözləri xalqındır Tərtibatı Rafiq Babayevin, (Azəri dilində), müşayiət edir Mahnı Teatrının solistlərindən ibarət ansambl.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page